Əjdər Əlizadə – Şair

BİR ŞAİR VAR İDİ…
(Şair dostum German Adğamlıya)

Bir şair var idi, can, Qarabağlı,
Alimin ağlından ötəydi ağlı.
Cümləsi badamdı, sözləri püstə,
Şeirlə qoyardı dağı dağ üstə…

O şair dağılan şəhərdən çıxıb,
Söz ilə nahaqqı sürüyüb, yıxıb.
Tıkanlı yollarla daim gəzərdi,
Ürəyi sancanda ona dözərdi…

O şair yaşayır, özü də necə,
Necə yaşadığın almayır vecə.
Yaşayır, dərd biçib qəm əkə-əkə,
Gözünün yaşından nəm çəkə-çəkə…

O şair Germandır, onu sevir el,
Sanmayın, zəhməti danılacaqdır.
Onu yıxsa külək, aparsa da sel,
Yüz illər boyunca anılacaqdır…

02.09.2024

ƏJDƏR ƏLİZADƏ

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir