
Palıd ağacı və payız
Bu payız əriyib, qış oldu, getdi,
Bu palıd hələ də dayanıb məğrur.
Üstündə qozalar daş oldu getdi,
Budaqda saralan yarpaqlar durur.
Bir külək qopunca, bir meh əsincə,
Hazırdı, bir topa məktub göndərə.
Qocaman kökləri qoyubdur dincə,
Ağ örtük axtarır üstünə sərə.
Susdurur bulağı şaxtanın əli,
Damlalar inciyə çevrilir dən-dən.
Bu palıd elə bil zəlidir, zəli,
İçir, azad edir buludu nəmdən…
13.09.2025
Müəllif: Vahid ÇƏMƏNLİ
VAQİF POEZİYA GÜNLƏRİ 2023
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru