
Dünya
Divarı suvanmaz, çatı örtülməz,
Nizamsız hörülmüş hörgüdü dünya.
Ona gələn gedər, gedənlər gəlməz,
Beləcə tilsimdi, vergidi dünya…
Əvvəli gül açar, sonu qış gedər,
Cani peş alanlar, verər peş, gedər,
Əliboş gələnlər, əlıboş gedər.
Hər ömrə beş günlük sərgidi dünya…
Fəxrəddin, keçənlər yazla-yay idi,
İndi də ömrümün payız ayıdı…
Səninçün,bəlkə də dədə payıdi,
Mənimçün,bir qorxunc mürgüdü dünya…!
Dünya
Yenə mürgülüsən,yenə ahəstə,
Ay səni, gözləri xumarlı dünya.
Səni vəsf eylədi nökər də, şah da,
Ay səni rəssamlı, me’marlı dünya…
Vuruşdu uğrunda neçə xan, sultan,
Çiləndi sinənə min günahsız qan,
Əl çəkə bilmədi, əlini tutan
Ay səni bəzəkli, tumarlı dünya…
Axı kim deyir ki, cəfasiz oldun?
Dondün,gələ-gələ səfasız oldun.
Sən də Leylalartək vəfasız oldun
Ay səni xəlbiri xamirlı dünya.
Gorsəm də üzünü bagçalı-barlı,
Görmüşəm içini qəmli-qübarlı…
Ətəyi qönçəli,zirvəsi qarlı,
Müdhiş qayaları mamirlı dünya.
Qəmgin Fəxrəddinəm, sirrin çoxuymuş,
Çiçəyin zəhərmiş,gülün oxuymuş,
Sənə inananin aglı yoxuymuş,
Ay səni bazarlı, qumarlı dünya.!
Mən bu dünyanın
Məni əzablarla qoydu başbaşa,
Mənə bu dünyanin nəyi xoş gələr?!
Nə dosta çevrildi, nə də sirdaşa,
Mənə bu dünyanın nəyi xoş gələr?!
Üşütdü könlümü qar, boran, ayaz,
İsidə bilmədi bir bahar, bir yaz,
Sevinci səməni kökütək dayaz …
Mənə bu dünyanin nəyi xoş gələr?!
Quruda karvan tut, dənizdə gəmi,
Daşinmaz möhnəti,daşinmaz qəmi,
Məzarlıqda bitən yasəmən kımı…
Mənə bu dünyanin nəyi xoş gələr?!
Fəxrəddin, çox yurdu görmüşəm talan,
Dilsız bir diləkdir-yarimçiq qalan…
Ölümündən başqa, hər şeyi yalan…
Mənə bu dünyanin nəyi xoş gələr !!!
Dünyanın
Gündüzləri əzab dolu,
Gecəsi zülmət dünyanın.
Başımızı adadandı
Verdiyi qismət dünyanın.
Gordüm gəlib-gedənləri,
Uddu billur bədənləri,
Harda qalıb “Ədən” ləri?
Nagılı cənnət dünyanın…
Daglarından çən daşıdım,
Nə dərdi var, tən daşıdım,
Şələsini mən daşıdım
Şələsi möhnət dünyanın.
Gözdə qalmaz tər, gülüşü,
Zəqqum olar, zər gülüşü,
Hər sevinci, hər gülüşü
Boynuma minnət, dünyanin…
Fəxrəddinim qəmə qaldı,
Qəmi, sarı simə qaldı
Kım apardı? Kimə qaldı?
Varına lə’nət dünyanin…!
Bu yollar
Bu yollar yorur adamı,
Yaman daşlı-qalaqlıdır…
Hər otağın sönər şamı,
Hər könül qəm otaqlıdir…
Dərə dağdan çəkər az-az,
Dərə dağa ucalanmaz!
Düz əyrisiz yaşayanmaz,
Əyri düzə badaqlıdır.
Hər diləyə dil bağlama,
Hər gülənə gül bağlama,
Zəmanəyə bel bağlama,
Yamaqlıdır, yaltaqlıdır.
Biri günah, biri savab,
Olanlara gəl eylə tab
Ömür dediyimiz kitab,
Yarıyacan varaqlıdir…
Bu nə yuxu, bu nə röya,
Bu nə xəyal, bu nə xülya?
Cənnət sandiğimız dünya,
İndi kəfən soraqlıdır…
Çox ədalət sorma qardaş,
Bogazini cirma qardaş,
Heç özünü yorma qardaş,
Kim güclüsə,o haqlıdır.!
Fəxrəddinəm, verdim yaşi,
Nə taparam öndə, yaxşı,
Xatirəmin dağı,daşı
Qəm odlu, qəm ocaqlıdır.
Məni
Vaxtla güləşənəm,bəxtlə döyüşən
Eh, anam nə günə doğubdur məni…
Mən öz dərdlərimi boğa bilmirəm,
Dərdlərim bələkdən boğubdur mənı.
Demə ki, bu dağlar niyə dumandi,
Elə dəyişməyib, zaman zamandi
Nadan şərəfsizin şər donlu andı
Bir divar küncünə sıxıbdir məni.
Varlının hər yerdə yanar çaxmaği,
Yoxsulu sanarlar elin axmaği.
Bə’zən bir haqlının haqsız çıxmaği
Ocaqsız yandirib-yaxıbdır məni…
Ürəyim, bu qədər özünü sıxma,
Yanğinlar çox olur, neyniyək,qorxma,
Vicdan itgin düşüb, vicdana baxma
Vicdan nağılları yıxıbdir məni…
Qəmgin Fəxrəddinəm, bax bu cahana,
Nə haqqa güvənmə, nə də divana,
Mö’minə baxanda, rəhmət şeytana…
Böhtanlar boğaza yiğibdir məni…!
Mənimmiş
Eh, anam doğmadi pəhləvan məni,
Dünyanin ən ağır daşı mənimmiş…
Gölmə götürmədim,göz götürüncə,
Gözlərin bulanan yaşı mənimmiş…
Gəzdim çəmənləri bülbülsayaği,
Olmadı konlümün bir kəs dayağı,
Sevincin bəxtimə düşməz ayaği,
Kədərin, möhnətin başı mənimmiş…
Fərəhli günlərə qaldım tamarzı,
Dünyadan nə qədər göturdüm nazi,
Nə yayı gəlmədi, nə də ki, yazı
Gərdişin payızı, qışı mənimmiş…
Çula bəzək vurdu zəri, zi’nəti,
Könlüm bu dövranla barişmaz qəti.
Tanrım, kimə verdin bəxti, qisməti,
Bu paydan səbətin boşu mənimmiş…
Fəxrəddinəm, bezdim əlindən qəmin,
Düzdü saçlarıma dağlarin çənın.
İkirəng dünyanın dan üzü sənin –
Zülmətdə qaralan qaşı mənimmiş…
Bəs hanı?
Dostdan deyən-dastan deyən ey könül
Sənə sarı gələn dostlar bəs hanı?
Səndən ayrı bir qurtum su içmiyən,
Səndən ötrü ölən dostlar bəs hanı?
Ağlım kəsmir qürub anı şən gələ,
İnanmazdım bu dağlara çən gələ,
Tikəsini bütöv taxıb çəngələ,
Sənlə yarı bölən dostlar bəs hanı?
Dağ odur ki, vüqarını saxlasın,
Bağban odur, bağın hər gün yoxlasın…
İndi çagir,dəsmal tapsın, aglasın
Şad günündə gülən dostlar bəs hanı?
Fəxrəddinəm, de hansı gül solmuyub?
Heç bir çanaq axıracan dolmuyub…
Dünya özü qədirbilən olmuyub
Sorma, qədirbilən dostlar bəs hanı!
Qananam
Qafil, mənə irad tutma, qınama,
Neynəmışəm axı, belə qınanam?
Yüz sınaqdan alnıaçıq çıxmışam,
Yüz sınaq da innən belə sınanam…
Yaltaq olub incəlmədim,şişmədim,
Alçaq olub daban dibi eşmədim,
Qanmazlıqdan bu günlərə düşmədim
Səhv anlama ay duyğusuz, qananam.!
Gözlədiyim bir əlçatmaz sərabmış,
Dost ülfəti iki qədəh şərabmış,
Tək qalmışam, dünya yaman xarabmış,
Vardı əzəl yüz qardaşım, on anam…
Fərq qoymadım nə varlı, nə yoxsula,
“Həyat” kimi baxmamışam mən pula,
Yeri gəlsə, qul olaram bir qula,
Yeri gəlsə, Allahı da dananam…
Fəxrəddinəm, dərd daşımaq hünərmış,
Dilsız qalan diləklərim dinərmi…
Keçen günlər bir də geri dönərmi?
İnanmıram… kaş bircə yol inanam…
Etiraf
Bal kimi anları nəyə dəyişdik,
Niyə belə düşdük uzaqdan uzaq?
Öldü aramızda ən gözəl illər
İnsan şüurunda vəhşətlərə bax…
Biz harda doğulduq, harda qocaldıq,
Bir idi, bölündü ikiyə ürək…
Bir parça çörəyi dastana saldıq…
Hardan olsa, gələr bir tikə çörək.
Bəzən, düşündükcə ölürəm, nəsə,
Bu bizə nə qışdır, nə də bahardır…
Adam kasıblığı qəbul eyləsə,
Vallah bu dünyada hər şeyi vardır..!
Uzun danışanlar qıssın səsini,
Gəl çəkim həyatın xəritəsini;
-Məsələn:-ağaclar, budaqlar varın,
Budaqlar altında, bulaqlar varın,
Yanında, dövrəndə uşaqlar varın,
Canına “can” deyən dodaqlar varın,
O köhnə divarda suvaqlar varın,
O sakit axşamlar, sabahlar varın…
Can qıya bilmirik bu boyda cana,
Daha nə lazımdır axı insana…
Nə də ki, məzəli bir neyimiz yox,
Nə elə gücümüz, nə heyimiz yox,
Qəbrə götürəcək bir şeyimiz yox…
Saraylar min dəfə tərk edib bizi,
Min dəfə dəyişib tini,dalanı.
Əbədi əlində saxlayanmazsan,
Adına yazılıb, sənin olanı…!
Hayana aparır bu yollar bizi?
Hayana aparır bu pullar bizi?
Yamanca çaşdırdı bu dollar bizi… !
Sonladı bu qayğı, bu qallar bizi…!
Ömür çox qısadır, ömür çox gödək
Ulaq örkənitək, it zənciritək…!
Müəllif: Fəxrəddin Gədəbəyli
Moskva ş.
Fəxrəddin Gədəbəylinin yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında