KİFAYƏT KƏRİMQIZININ ŞEİRLƏRİ

KİFAYƏT KƏRİMQIZININ ŞEİRLƏRİ

Bir ovuc torpaq

Bir ovuç torpağı götürdüm ələ,
Ayrılıq sözünü gətirdim dilə.
Özüm bilə-bilə sıxdım əlimi,
Yenidən torpağı buraxdım yerə.
Çırpınan ürək tək o gəldi mənə,
Kimləri udmusan, ey qara torpaq?
Əzizi-xələfi salmısan uzaq,
Sənin qucağında, de, kimlər yatır?
Şah ilə nökərə sən fərq qoymadın,
Burda sən onları heç ayırmadın.
Hər biri olubdur bir ovuç torpaq —
Bunun üçün, ey insan, vuruşmaq nahaq.
O bizim heç zaman olmayacaqdı,
Onun üçün vuruşan uyuyacaqdır,
Bir ovuç torpaq olana qədər,
Bu dünya viranə qalana qədər.
De, kimlərə dərman olubdu səndən,
Göz yaşı axıdıb töksə sinədən?
Bir yazıq ananın, bax, naləsindən
Yoğrulub qaraya boyanan torpaq —
Bəlkə də fəryaddan oyanan torpaq.

Yaz yağışı

Dünən yağış yağırdı —
Sevimli yaz yağışı.
Bu yağış isladırdı,
Saf sevgini, baxışı.
Ürəklərə yağaydı —
Kaş ki, bu yaz yağışı
İsladaydı qəlbimdə
Olan gözəl naxışı.
Bu naxış xatirədir,
Yaz yağışından qalıb.
Sular göydən düşdükcə,
İnan, qəlbim üşüyür.
O torpağa düşəndə
Gözəl qoxu bürüyür.
Yaz yağışı, bir dayan —
Ürəyimdə nisgil var.
Göydən düşən damcılar
Xəyalları da yuyar.
Yağ, aramla sən yağ ki,
Dərin xəyala dalım,
Gözlərimi yumaraq
Xatirələrə dalım…
Qoy küləklər gətirsin
Cavanlığın ətrini,
Bu qış ömrümə yağ ki,
Bəlkə baharım gələ…

Mən dünyanı uduzmağa gəlmişəm

Mən dünyanı uduzmağa gəlmişəm,
Payız fəsli ağlayaraq gəlmişəm.
Bu gəlişlə sevincləri silmişəm,
Bu dünyaya uduzmağa gəlmişəm.
Mən sevgidə gözlərimi silmişəm,
Ürəyimin səsini dinləmişəm.
Həqiqətin kor gözümlə görmüşəm,
Mən bu dünyaya uduzmağa gəlmişəm.
Anlamırdım həyat belə qısadır,
Gənclik ömrü yanmaq üçün puçadır,
Nakam sevgi ömür təki qısadır,
Ömrü boyu heç olmağa gəlmişəm.
Mən dünyaya uduzmağa gəlmişəm.
Bu dünyaya uduzan kim, udan kim,
Fərəhindən qanadlanıb uçan kim,
Mənim kimi röyalarda yatan kim,
Zər də tutub oyunlara baxan kim,
Həyatı ilə razılaşıb qalan kim,
Arzusuna, niyyətinə çatan kim,
Mən kimi xəyallarda qalan kim,
Mən dünyada uduzmağa gəlmişəm.

Müəllif: Kifayət Kərimqızı

Kifayət Kərimqızının digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

MÜCRÜNÜN KİTAB SOVQATI

MÜCRÜNÜN KİTAB SOVQATI

Əziz həmvətənlər, əziz oxucular, əziz dostlar!

Yurdumuza bahar fəsli qədəm qoyur. Sevimli Novruz bayramını, müqəddəs Ramazan bayramını qeyd edirik. “Mücrü” nəşriyyatı adından bütün xalqımızı, dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, hər birinizin nümunəsində xalqımıza firavanlıq, səadət dolu günlər, dünyamıza sülh, əmin-amanlıq arzu edirik.

Əlbəttə, həmişəki kimi Mücrünün bayram sovqatı da öz yerində!

Nəşriyyatımız bu dəfə də nə az, nə çox, düz 500 kitabı sizlərə hədiyyə üçün ayırıb.

Bu bir sosial layihədir və kitabların aztəminatlı ailələrə çatmasını daha çox arzu edirik. Hədiyyələrin doğru ünvanlara yetişməsində yardımçı olacaq hər kəsə öncədən təşəkkürümüzü bildiririk.

Hər kəsin kitabı olacaq!

Hədiyyələri 23-30 mart tarixlərində Mücrüdən qəbul edə bilərsiniz.

Ünvan: Zərgərpalan 117/5 (Nizami metrosunun yaxınlığı)

Əlaqə nömrəsi: +994555028932, +994554610720

İş qrafiki: I-V günlər, saat 10:00-18:00

MÜCRÜ NƏŞRİYYATI

Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqına yeni sədr seçilib

Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqına yeni sədr seçilib

Bu barədə YAZARLAR-a AYB-dən məlumat verilib.

Belə ki, uzun müddət bu ittifaqa rəhbərlik edən tanınmış şair Firuzə Məmmədli ərizə yazaraq, istefa verib.

İclas zamanı onun yerinə tanınmış şair Faiq Balabəylinin namizədliyi irəli sürülüb.

Təklif səsverməyə qoyularaq qəbul edilib.

YAZARLAR olaraq Faiq Balabəylini  təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMAL CAMALOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəlalə Camal – Sən

SƏN

Mənim ürəyimə çəkdiyin dağda,
Yığıb veş vüşümü ev düzəltmişəm.
Arada baş çəkib halıma bax da…
Bar verməz dağında bağ düzəltmişəm

Yolların daşını gözümə sərib,
Mən bu yurd yuvanı sağ düzəltmişəm.
Ölsəm vəsiyyətdə yazacam belə:
“Sən nə istədinsə, bax, düzəltmişəm”

Sındırdın qəlbimin incə telini,
Bir ömür bilmədim sənin dilini.
Kaş qaçıb yanına sıxıb əlini
Deyəydim, hər şeyi bax, düzəltmişəm.

*****

Pambıqdan da yumşaq ürəyimi sən
Necə daş elədin, danış qoy bilim.
Həyata sevgiylə baxan gözləri
Necə yaş elədin, bircə-bircə de.

Bəxtimin payına nə düşdü, denən,
Utanma, mən səni darda qoymaram.
Danış, rahat-rahat çəkinmə məndən,
Bir Allah bilir ki, nə çəkirəm mən.

*****

Daha mən əvvəlki uşaq deyiləm,
Oturub nağıla qulaq da asım .
Bütün bəlaların içindən keçib,
Deyirsən, yenidən mən qucaq açım?

İçimdə bir uşaq vardı, öldürdün,
Nağıllar danışıb sonra gülürdün.
Sən mənim eşqimi niyə söndürdün?
Deyirsən, sevgidən biryolluq qaçım?

Qayıtma, yolları bağladım artıq,
Köhnə qapıları açan deyiləm.
Sevgi bir dəfədir, yanılır insan,
Mən daha əvvəlki adam deyiləm.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I