Akif Əli: – Rasim Balayev, səninlə vida çox ağırdır

Elegiya

Eh, Balayev… Əziz dost, nə tez getdin…
Səni sevən hər kəsin qəlbində həzin bir xatirə qoyub uzaqlarda qalan dəyərli dostlarımız – Şahmar Ələkbərovun, Səməndər Rzayevin, Həsən Məmmədovun, Həsən Əblucun, Yaşar Nurinin, Əlabbas Qədirovun yanınamı tələsdin?
Axı, dedilər hər şey yaxşıdır, tezliklə İstanbuldan Bakıya dönəcəksən?! Və biz Azərbaycan Kinematoqrafçılar İttifaqındakı Sədr kabinetində səninlə görüşməyə, kino barədə müzakirələr aparmağa, xatirələr danışmağa hazırlaşdığımız vaxtda, bu nə qəfil xəbər idi?! Sən axı ətrafımızdakı bəzi-bəzilərindən fərqli olaraq, sözünə bütöv adam idin? Bəs niyə o xoş müjdəni bu acı xəbərlə əvəzlədin?
Heyf… Kaş yalan olaydı, Balayev…
…Rasim bəylə dostluğumuzun uzaq bir tarixçəsi var. Ötən əsrin 70-80-lərində Azərbaycan Kinosunun məbədgahı olan C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qaynar çağlarına gedib çıxır. O vaxt kinostudiyanın gur fəaliyyət dövründə Şahmar Ələkbərov, Rasim Balayev və mən “Arxadan vurulan zərbə” filmində birlikdə çəkilmişik. Kinodan başlanan o dostluğumuz əbədiyyətə qədər uzandı…
…Bir ara iddialıların ictimai-siyasi müstəvidə bəlli oyunlarına görə, sənətkar qəlbli səmimi R.Balayev də Telekanallardan uzaq qalmışdı. Onu efirə çağırmağa risk etmirdilər. Onda mən AZTV-nin sədri Arif Alışanovu inandıra bildim ki, Rasim Balayev milli dəyərdir, onu efirdən məhrum etmək düz deyil. Onu öz verilişimə çağırmaq istəyirəm, məsuliyyəti də mənim boynuma. İnsafən, A.Alışanov etiraz etmədi. Və mən Rasim Balayevi “Mədəniyyət” kanalında müəllifi olduğum “Zaman və Məkan” proqramına dəvət etdim. Uzun fasilədən sonra Balayevlə çox maraqlı bir sənət söhbəti çəkib efirə verdik. Buz qırıldı…
…Bir neçə il öncə, ona “İstiqlal” ordeni təqdim olunanda, Prezidentlə səmimi söhbəti zamanı alicənab ziyalı olaraq yaradıcılığına verilən yüksək qiymətə görə Rasim Balayev hərarətlə Dövlət başçısına minnətdarlığını bildirdi, tarixi Qarabağ Zəfərinə görə Ali Baş Komandana ürəyindən gələn yüksək qiyməti dilinə də gətirdi… Və yenə bədxahların nahaq hücumuna tuş gəldi, ünvanına tənqid yağış kimi yağdırıldı. Susmaq yeri deyildi. R.Balayevin müdafiəsinə məqalə yazıb “Təzadlar” qəzetinə təqdim etdim. Cəsarətli jurnalist Asif Mərzili də etiraz etmədi və o yazını çapa imzaladı…
Təəccüblüdür, dünyaya hər an gəlməyən fitri istedad sahiblərinin xalq kütlələrinin ideya-estetik inkişafında, ictimai zövqün cilalanmasında nə qədər gərəkli və nə qədər əhəmiyyətli rol oynadığını dərk etmək nə çətin işdir ki! Onlara münasibətdə həssaslıq göstərmək vacibdir axı. Onsuz da ömrünü xalqın mədəni-estetik inkişafına həsr edən Rasim Balayev kimi böyük sənət ustaları heç kimə və heç nəyə baxmadan tarixin səhifələrində öz layiqli yerlərini tez-gec tuturlar!
Azərbaycan Kinosunun görkəmli simalarından olan Rasim Balayev dahi Nəsiminin, qəhrəman sərkərdə Babəkin və digər obrazların mükəmməl ifasına görə Azərbaycan Mədəniyyətində əbədi dərin iz qoyub. Nə qədər ki Azərbaycan var – Nəsimi də, sərkərdə Babək də var olacaq; və nə qədər ki Nəsimi, Babək olacaq – Rasim Balayev də xalqın sevimlisi olaraq qəlblərdə yaşayacaqdır.

Gözəl Kinolu illərimizin dostu Rasim Balayev, səninlə vida çox ağırdır.
Ruhun şad olsun, əziz dost!

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC VƏ TURANÇILIQ

ZAUR USTAC VƏ TURANÇILIQ

Zaur Ustacın “MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM!!!” şeiri, sadəcə bir vətənpərvərlik nümunəsi deyil, eyni zamanda böyük bir coğrafi və tarixi yaddaşın hayqırtısıdır. Müəllif bu misralarla oxucunu lokal hüdudlardan çıxarıb, daha geniş bir məfkurəyə — Turan və Bütöv Azərbaycan ideallarına doğru aparır.
​Zaur Ustacın yaradıcılığında vətən mövzusu statik bir anlayış deyil; o, daim hərəkətdə olan, böyümək istəyən və ədalətin bərpasını gözləyən canlı bir ruhdur. “Mən zəfərə təşnəyəm!” nidası ilə başlayan bu əsər, xalqın qəlbindəki gizli arzuların poetik manifestinə çevrilir.
​Şair Dərbənddən Borçalıya, Kərkükdən Mosula qədər uzanan geniş bir coğrafiyanı xatırladır. Bu, təsadüfi seçilmiş adlar deyil; bura türk ruhunun nəfəs aldığı, lakin tarixin gərdişi ilə ayrı düşmüş məkanlardır. Müəllif “unuduruq həmişə” deməklə milləti öz tarixi köklərinə sahib çıxmağa, coğrafi yaddaşı diri saxlamağa çağırır. İrəvanın və Zəngəzurun “beş sətirlik kağızla” peşkəş edilməsinə olan etiraz, tarixin saxtalaşdırılmasına qarşı çıxan bir vətəndaş səsidir.

​Şeirdə Araz çayı sadəcə bir su hövzəsi deyil, ayrılığın və “qarğışın” simvolu kimi təqdim olunur. Lakin müəllif bu bədbinliyi zəfər ümidi ilə əvəz edir. Bayrağın Təbrizdə dalğalanması, Urmu gölünün dirçəlişi, Xoyda, Mərənddə, Ərdəbildə “üzü ağ” qonaq olmaq arzusu Azərbaycanın mənəvi bütövlüyünə olan sarsılmaz inamın ifadəsidir. Bu misralar oxucuda həm bir həsrət, həm də o torpaqlara qayıtmaq üçün güclü bir motivasiya yaradır.
​Şairin son bənddəki “Neynim, mayam belədir” etirafı çox mühümdür. Bu, zəfər çalmaq istəyinin müvəqqəti bir hiss deyil, insanın yaradılışından, kökündən gələn bir ehtiyac olduğunu göstərir. Zəfərə təşnə olmaq — haqqın bərpasına, parçalanmış bütövün birləşməsinə və milli ləyaqətin tam bərpasına təşnə olmaqdır.
​Nəticə olaraq, Zaur Ustac bu şeiri ilə bizə xatırladır ki, zəfər sadəcə bir döyüşün bitməsi deyil, o, milli ruhun öz mənzilinə — Qarsdan Qaşqayadək, Dərbənddən Tehranadək uzanan o böyük hədəfə çatmasıdır. Müəllifin qələmində vətən sevgisi bir “təşnəlik”dir və bu təşnəlik ancaq bütövlük suyu ilə doya bilər.
Əllərinizə sağlıq Zaur Ustac!

MüəllifSüleymanova Ümmü İsmayıl qızı
Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi,
AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I