www.bitik.az tərəfindən yazılmış bütün yazılar

“QARABAĞNAMƏLƏR”dən:

QARABAĞNAMƏLƏR”dən:

“…Pənah xan bir para yerlərə gedib ki, görsün, möhkəm yer ha tərəfdə var, tapa bilməyibdir… Sonra bir qədri camaat ilə atlanıb buraya gəlib, çox çətinlik ilə dolanıb, görüb ki, çox möhkəm olan yerdir. Və Allah-təalanın qüdrətidir, ta bu fikrə düşüb ki, gəlsin burada məskən edib əyləşsin.
Qərəz, Pənah xan qalanı tamam edib və Pənahabad adını qoyub, sonra yenə bu fikrə düşüb ki, qaladan bir neçə ağac aşağı bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmən Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çayının o tərəfində və birisi bu tərəfdə təmir olub, həmən qalaçaları təmir elədib və bir cəm qoşun həmişə o qalalarda durarmışlar”.


“…Bu yeri Pənah xan özü gedib görmüş və hər cəhətdən bəyənmişdi. Lakin ərazinin ortasından su axmadığı üçün bir neçə yerdə quyu qazdırdı və bu quyulardan çoxlu su çıxdı. Bundan sonra 1166 (1752)-cı ildə Pənah xan xoş bir gündə Şuşa şəhərinin təməlini qoydu… Divar çəkmək üçün şəhərin aşağı tərəfini və bir də şərq tərəfinin bəzi yerlərini ölçdülər. Bu işdə kənd əhli, mahalların məlikləri, ellərin başçıları ilə bir yerdə çalışaraq, beş arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər. Bu divardan nə top gülləsi, nə də başqa bir şey keçməzdi. Çünki divar daş və əhənglə bərkidilmişdi. Bu divarlardan dörd darvaza açdılar.
Şuşa şəhəri bina olandan sonra Pənah xan Şahbulaq qalasının əhalisini, bəzi Qarabağ və başqa kənd adamlarını köçürüb gətirdi, onlara burada yer verdi. “Pənahabad” adı ilə bir misqal vəznində gümüşdən pul sikkəsi vurdurdu. “Pənahabadın” altısı bir manat, səkkizi isə Qarabağ tüməni adlanırdı. Pənah xan Şuşa qalasını tikdirib qurtardıqdan sonra asudələşdi.”

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Hər şey belə başladı…

O GÜN
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

QARDAŞ
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.

Müəllif:  Zaur USTAC

ZAUR USTAC HAQQINDA

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünya bu zəfərlə nura boyanır!

Yaşayır Vətən

Vətən də yaşayır ömrünü sürür,
Torpağa tökülən şəhid qanıyla.
İnsan firavanlıq, əminlik görür,
Bədəndən ayrılan şəhid canıyla.

Ətri gəlir hər düzündə, daşında,
Vətən şəhidlərdən nəfəsin alır.
Bir qürur var dağlarının başında,
Dağlar da torpaqdan zirvəsin alır.

Ana Vətənimin daşı, torpağı,
Şəhid məqamına şahidlik edir.
Üçrəngli, ay ulduz zəfər bayrağı,
Yenilməz duruşla vahidlik edir.

Camal, ürəyində, könlündə hər an,
Şəhid guşəsini sevərək bəslə!
Hörmət, ehtiramın saxla hər zaman,
Tanıt şəhidləri gələcək nəslə!
04.05.24.

Vətənin sevinci

Qalıbdır arxada çətin dönəmlər,
İndi Qarabağın üzü sevinir!
Gedib ayrılıqdan süzülən nəmlər,
İndi Qarabağın gözü sevinir!

Çıxıb azadlığa daha rahatdır,
Elimin, yurdumun gözəl Şuşası!
Artıq Vətənimdə şənlik, büsatdır,
Qovuşub Vətənə özəl Şuşası!

Şaxtalı, boranlı, soyuq Xocalı,
Səribdir lalədən xalı torpağa!
Firavan günlərdən duyuq Xocalı,
Yansıdıb sevincek halı torpağa!

Bilən azadlığı ölməz Şəhidlər,
Cənnətdə ruhları şaddır bu anda!
Hər zaman Vətənə olan Şahidlər,
Duyulur sevgisi hər bir məkanda!

Aydındır, ey Camal, Vətən səması,
Günəş üfüqlərdən gülüb boylanır!
Çatıb kainata zəfər sədası,
Dünya bu zəfərlə nura boyanır!
08.05.24.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəhra Həşimova – İMAM QƏZALİ VƏ İNTUİSİONİZM

İMAM QƏZALİ VƏ İNTUİSİONİZM

Qəzali, “Təhafütü’l Fəlâsifə” əsərində özündən əvvəlki filosofların kainat və varlıq haqqında uyğunsuzluqlarını üzə çıxarmışdır. Onun fikrincə, insanlar bilik əldə etməkdə həm hisslərdən, həm də ağıldan faydalana bilərlər. Lakin bu qabiliyyətlər varlıq haqqında həqiqi bilik verə bilməz. Çünki həqiqi və dəqiq bilik intuisiya ilə əldə edilir. Bu tip bilik insan qəlbinə mənəvi və ülvi bir idrak kimi enir. O deyirdi ki, düzgün məlumat nə olduğunu və bu məlumat necə əldə edilməli olduğunu araşdırmaq lazımdır. Qəzalinin fikrincə, daxili rahatlığa nail olmaq üçün həqiqəti bilmək lazımdır. Bu həqiqətə aparan bilik isə şübhədən uzaq olmalıdır. Başqa sözlə desək, həqiqəti bilmək bizi azdırmayan və heç bir şəkk-şübhə ehtiva etməyən elmdir Qəzali insanda iki cür göz olduğunu iddia edirdi:
Normal fiziki göz: Bununla insan maddi aləmə üz tutur və müəyyən məlumatlara çatır. Yəni bu göz elmlərin və fəlsəfənin əsasını qoyan ağıldır.


Qəlb gözü: Qəlbin özü mənəvi cövhər olduğu üçün insan onunla, yəni intuisiya ilə həqiqətləri aydın dərk edir.
İdealist xarakter daşıyan intuisionizm dörd bilik sahəsində həyata keçirildi: fəlsəfə, psixologiya, etika və riyaziyyat.Bu əsərdə Qəzali kainatın əbədiliyinə dair baxışları, kainatda zamanın və hərəkətin əbədiliyi haqqında fikirləri, Tanrı ilə kainat arasındakı əlaqə, Allahın vəhdəti məsələsi, Tanrı ilə varlıq əlaqəsi, Allahı tanımaq, səbəbiyyət məsələsi, insan mənliyinin varlığı və yoxluğu və s ortaya qoyur. O, əvvəlcə bir çox məsələlərdə filosofların fikirlərini ortaya qoymuş, sonra onları dəlillərlə təkzib etməyə çalışmışdır.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İlqar Mirzəyev haqqında kitab – “Atama məktub”

8 MAY İLQAR MİRZƏYEVİN DOĞUM GÜNÜDÜR

Aynur xanınmın kitab haqqında dedidklərindən:

– “Sayca ikinci olan “Atama məktub” adlı kitabım Azərbaycanın Milli Qəhrəmanı polkovnik Mirzəyev İlqar Anzor oğlunun əziz xatirəsinə həsr olunmuşdur. Kitaba “Atama məktub” adının verilməsi isə təsadüfi deyil. Çünki, bu kitabda əsas yeri Milli Qəhrəmanımız İlqar Mirzəyevin övladları: Gülnarə Mirzəyeva və Elvin Mirzəyevin ataları ilə bağlı xatirələri,yarım qalmış arzuları və atalarının şəhidlik zirvəsinə ucaldıqdan sonra birlikdə planlaşdırdıqları hərşeyin yavaş-yavaş reallaşdırılması tutur. Bu kitabda da yazıçı mövqeyi ilə birgə qəhrəmanımızın doğmalarının fikirləri də öz əksini tapır. Eyni zamanda qeyd etmək lazımdır ki, milli qəhrəmanımız İlqar Mirzəyev Gürcüstanda beynəlxalq səviyyəli orta məktəbdə təhsil aldığı üçün kitabda əcnəbi sinif yoldaşlarının da rus və azərabycan dillərində öz fikirləri yer alır. Kitab həm də məktub xarakterlidir. Bu kitabda öz xatirələrini bölüşən hər bir kəs, eyni zamanda müəllif olan mən- əgər İlqar Mirzəyev bizi eşitmiş olsa ona nə demək istəyərdik? sual başlığı altında öz ürək sözlərimizi qeyd etmişik. Kitabın ilk təqdimatı 3 may 2023-cü ildə hərb tarix muzeyində, ikinci təqdimatı 17 may 2023-cü ildə Yeni Azərbaycan Partiyasının Nərimanov rayonunda, üçüncü təqimatı isə 8 sentyabr 2023-cü ildə  Libraff MMC tərəfindən həyata keçirilmişdir.”

AYNUR ƏDİLİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Türkiyənin Trabzon Sənət Teatrı Bakıda Firuz Mustafanın “Neytral zona” tamaşasını təqdim edib.

Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqı sədri vəzifəsi səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov sözügedən layihədən danışıb. Bildirib ki, ötən illər ərzində Layihə çərçivəsində bəzi teatrlar Teatr Xadimləri İttifaqının səhnəmizdə maraqlı tamaşalarla çıxış edib.

Trabzon Sənət Teatrının 1993-cü ildən fəaliyyət göstərdiyini diqqətə çatdıran H.İsmayılov qeyd edib ki, sənət ocağının yaradıcısı və bədii rəhbəri Necati Zengindir və o, teatrda çox sayda tamaşaya quruluş verilib. Bu tamaşaların əksəriyyəti türk və dünya dramaturqlarının əsərləri əsasında hazırlanıb. Türkdilli xalqların dramaturgiya nümunələri teatrın repertuarında möhkəm yer tutur. Ötən 30 il ərzində Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi teatrı daim dəstəkləyib. Trabzon Sənət Teatrı Ankara, İstanbul, Qars, Ərzurum, Ordu və digər əksər şəhərlərdə çıxış edib.

“Teatr 2006 və 2009-cu illərdə Gürcüstanda uzunmüddətli qastrollarda iştirak edib. Repertuarında bir çox klassik və müasir dramaturqların əsərlərinə müraciət olunub. Buna misal olaraq, Maksim Qorkinin “Birincilər”, Eduardo de Filipponun “Milyonçu Napoli”, Nazim Hikmətin “Fərhad və Şirin”, Yaşar Kamalın “Yer dəmir, Göy bakir”, Əziz Nesinin “Qaragözün antenorluğu”, Çingiz Aytmatovun “Dənizdə ala köpək”, Tufan Minulinin “Şeytana lənət” və digər müəlliflərin əsərlərinin adlarını çəkmək olar. “Neytral Zona” indiyə qədər bir sıra ölkələrin – Türkiyə, Ukrayna, Azərbaycan və Rusiyanın teatrlarında uğurla oynanılıb. Səhnə bədii rəhbəri Necati Zəngin, rejissoru Cemire Can Avçıdır”,- deyə o əlavə edib.

Tamaşanın nümayişindən sonra Trabzon Sənət Teatrı və sənət ocağının bədii rəhbəri Necati Zengin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə əsasən mükafata layiq görülüb. Həmçinin Əməkdar incəsənət xadimi Firuz Mustafa “Neytral zona” tamaşasının orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.

AZƏRTAC 

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elvin Mirzəyevin 8 may paylaşımı

8 MAY İLQAR MİRZƏYEVİN DOĞUM GÜNÜDÜR

ELVİN MİRZƏYEV : – “Canım Atam! Bugün sənin 51 yaşın tamam oldu. Ancaq, heyif biz artıq 4 ildir ki, ad günlərini sənsiz qeyd edirik. Şəkillərinə baxıram, deyirəm görəsən 51 yaşında necə görünərdin? Saçın çox ağarardı? Üzündəki qırışlar daha da kəskin görünərdimi? Yoxsa elə 47 yaşda olduğu kimi qalardın? Heyif bilməyəcəyik, çox heyif. Axı biz necə razı ola bilirik bu hala? Necə səni hər ziyarət etdikdən sonra, tək buraxıb gələ bilirik evə. Axı, çox vaxt görüşəndə sən də bizlə gələrdin evə. Artıq, 4 ildir ki, nə özün var nə səsin. Ad günün mübarək Qəhrəman atam. Səni çox istəyirik. Sən bizim ailənin, Azərbaycanın, millətin fəxrisən. İllər ötəcək bizlər yox olub gedəcəyik. Ancaq, sənin kimi adını şanlı tarixə yazdırmış Qəhrəman Vətən Övladları, heç vaxt unudulmayacaq və heç vaxt yaddan çıxmayacaq!”

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

8 MAY İLQAR MİRZƏYEVİN DOĞUM GÜNÜDÜR

8 MAY İLQAR MİRZƏYEVİN DOĞUM GÜNÜDÜR

SƏKKİZ ŞEİR VƏ SONSUZLUQ

(Polkivnik İlqar Mirzəyevə həsr olunmuş şeirlər)

GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA…
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
31.10.2020. Bakı.

DAHA TƏK DEYİLSİNİZ
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
* * *
Qəribə bir hüzur çuğlayır məni,
Yanında hər nəfəs ruha töhfədir.
Vətən kitabını vərəqləyirəm,
Burada hər məzar bir səhifədir…
* * *
İgid, ər oğullar toplanıb bura,
Bütün çöhrələrdə, təbəssüm, qürur…
Tək-tək sıralanan bu baxışların,
Hər biri özünə bir dastan qurur…
* * *
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
29.12.2020. Bakı ş. II FX.

SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR
Xoşbəxtlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
Ölməzlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Bu gün doğum günü, yaşar əbədi,
Eliynən bir ünü, yaşar əbədi,
Sonsuzluğa yönü, yaşar əbədi,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Zaur tək yüzləri bir çətən oldu,
Çoxu arzuladı, o yetən oldu,
Vətən torpağında o, bitən oldu,
Təqvimin bu günü İlqar günüdür!
08.05.2021. Bakı.

İLQAR
Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
* * *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
* * *
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
* * *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
* * *
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
* * *
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
* * *
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021. Bakı.

O GÜN
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

QARDAŞ
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.

Müəllif:  Zaur USTAC

ZAUR USTAC HAQQINDA

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac “Tamaşadan sonra tamaşa”da.

Zaur Ustac “Tamaşadan sonra tamaşa”da. 06.05.2024. Müəllif: Cəbrayıl Qənbər.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu – Sevməz

SEVMƏZ

Ömrümüz, günümüz fələk oyunu,
Daha seçmək olmur qurdu, qoyunu.
İnsan anlamırsa kökü , soyunu,
Vətənini sevməz, xalqını sevməz!

Bəndə meyl eləyib əqlə, kamala,
Gərək xidmət etsin saf bir amala.
Hərissə dövlətə, hərissə mala,
Vətənini sevməz, xalqını sevməz!

Ötüşər əsrlər, dəyişər zaman,
Dil olar milləti yaşadan loğman.
Öz doğma dilini sevməyən insan,
Vətənini sevməz, xalqını sevməz!

Vətən torpağının yeyənlər barın,
Sevirsə gülünü sevəcək xarın.
Sevmirsə anasın, sevmirsə yarın,
Vətənini sevməz, xalqını sevməz!

Dünya vəfasızsa, ömür qısasa,
Dəyişməz insanı təsbehlə, əsa.
İmanı allahsız, dini saxtasa,
Vətənini sevməz, xalqını sevməz!

05.05.2017.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru