www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Təranə Məmməd – Dan yeri sökülür…

Dan yeri sökülür…

Dan yeri sökülür, açılır səhər.
Günəş Xəzərimə ilk salam deyir.
Oyanır küçələr, oyanır şəhər,
Oyan, Məmləkətim, sabahın xeyir!

Açılır Bakımın üzündən örpək,
Birazdan alnlndan Günəş öpəcək.
Şəfəqdən şəhərə nur səpələnir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Şəkidən Şirvana, Muğandan Milə,
Qədim Şamaxıdan cənub ellərə,
Günəş addımlayıb dağlardan keçir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Şuşanın başından çəkilir duman,
Laçınım bəzənib-düzənib yaman!
Kəlbəcər uçadan “mən varam!” deyir.
Oyan, Məmləkətim, sabahın xeyir!

Füzuli, Zəngilan, Qubadlı gözəl,
Hərəsi bir oba, hərəsi özəl.
Ağdamdan azadlıq, hürr ətri gəlir!
Oyan, Məmləkətim, sabahın xeyir!

Canım Azərbaycan! Gözəl vətənim!
Çırpınan gəlbimsən, vuran ürəyim!
Təbiət şəninə min nəğmə deyir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

НАВРУЗА БАХРИТДИНОВНА – Денгиз…

Денгиз мавжларингда дилим совутгин,
Оташин туйғуни овутгин бир оз…
Чуқур дардга чўмган хаёлим сокин,
Чайқалар телбадек тўлқинли парвоз!

Сен гўзал жозиба уфқ ботар шомда,
Жоним оққуш каби кафтингда сузар…
Чўкиб бораяпман ҳижрон домига,
Дардларимни олиб шодлигим қайтар!!!

Денгиз пурвиқорсан кенг сарҳад ичра,
Мафтун нигоҳимни ҳеч узолмайман…
Сен-ла суҳбат қурсам бир тун тонггача,
Минг кеча ҳайратдан сўз тополмайман!

Мен соҳил бўйида сендан завқ олиб,
Шамол шиддатидай сарҳуш қучаман!
Юзимда томчилар ўйнайди кулиб,
Ҳузур қанотида масрур учаман!

Денгиз мавжларингда ғамларим тарқаб,
Енгил вужудимга сокин кўчаман!!!

YAZAR: НАВРУЗА БАХРИТДИНОВНА

БОЗОРОВА НАВРУЗА БАҲРИТДИНОВНА

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhəmməd Kərimov – Xədicənin duası

                      Xədicənin duası

–          Atəş səsləri dayanmayacaqmı?
–          Dayanacaq ,mənim gözəl qızım,  səbirli olmaq lazımdır.
–          Ata, insanlar nədən belə edirlər ki? – sual dolu gözləri gözlərimə zilləndi, sanki qaneedici cavab gözləyirdi.
–          Ölkələr arasında müəyyən səbəblərdən müharibə ortaya çıxır,amma qorxma ,bizim evə gəlməzlər – deyərək saçlarına sığal çəkdim.
–          Bundan necə əmin ola bilərsən, axı atəş səslərini eşidirik.
–          Olsun, müharibə özü çox uzaqda davam edir, qızım.
–          Bəs gəlsə, o zaman nələr baş verəcək?
–          Sual qarşısında  bir az susdum, cavabımda nə söyləyəcəyimi düzü bilmədim – dua edək gəlməsinlər, qızım – deməkdən başqa ağlıma heç nə gəlmədi.
–          Allahamı dua edək?
–          Əlbəttə , qızım,Tanrı bizi eşidər və o mərhəmət sahibidir – deyərək simasında arxayınlıq yaratmaq istədim.
–          Mərhəmət sahibidirsə, demək müharibəni sevmir, hə ,ata?
–          Elədir, əlbəttə, sevmir.
–          Bəs, niyə icazə verir?
–          Nəyə, qızım?
–          Tanrı hər şeyin sahibidirsə, müharibəni sevmirsə, niyə olmasına icazə verir?
        Yaşı az olmasına baxmayaraq dərin suallar verərək məni çətin halda qoyurdu. Xədicəm o dəniz mavisi gözləri ilə mənə zillənmişdi, sanki sakit görünən dəniz tam gerçəkdə olan öz fırtınalarını gizlətməyə çalışırdı məndən.
–          Gözəl qızım ,Tanrı bizi üstün edib, azad iradə bəxş edib bizə. Ona görə də etdiklərimizə müdaxilə etmədən izləyir bizi.
–          Azad iradəyə görə Tanrı qarışmır pisliklərə? – az düşünərək verdiyi sualı oldu.
–          Eynilə ,Xədicəm, məhz ona görə Tanrı şəxsən müdaxilə etmir.
        Ardından Xədicə aramızda olan söhbəti saxlayaraq, əllərini dua vəziyyətinə gətirərək ovuclarını birləşdirdi. Səmaya deyil, düz qarşısına baxaraq Tanrısına dua etdi. Düzünü deyim, mənə əsas təsir edən məhz qızımın duası oldu. Ovuclarını birləşdirərək etdiyi duası uzun sürmədi, amma çox dərin oldu. Duada səsləndirdiyi sözlər bu tərzdə oldu:
–          Gözəl Allahım, sən hər şeyə qadirsən. Bizə azad iradə verərək üstün etdin, bunu öyrəndim atamdan, amma Tanrım biz azadlığın qədrini bilmirik. Ona görə də bizdən, yəni insanlardan azad iradəni geri al. Azad olmasaq da, heç olmasa ,xoşbəxt, sülh içində yaşaya bilək. Yoxsa, belə yaşamırıq bizlər…
 
 
 
                                     ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

Vaqif Poeziya Günləri – 2024 yekunlaşıb – Maraqlı fotolar:

Şuşada Vaqif Poeziya Günləri yekunlaşıb. Poeziya Günləri çərçivəsində Şuşanın bir sıra tarixi və mədəni məkanlarında müxtəlif tədbirlər baş tutub. Yaddaqalan anlar (fotolar):

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Vaqif Poeziya Günləri 2024

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əlirza HƏSRƏT – CIDIR DÜZÜNDƏ


CIDIR DÜZÜNDƏ
(Sevimli şair dostum Qəşəm Nəcəfzadəyə)
Şeir oxuyurdun Cıdır düzündə,
Sovqatın eşq idi Şuşadan sənin.
Hər misran bir nazlı simfoniyaydı,
Sıxanda əlini Natəvan sənin.

Sevdası başqaydı çəkdiyin ahın,
Nə qəfəs bülbülün,nə bu taxt şahın.
Dönür “Durnalar”ı Molla Pənahın,
Vəsfinə dayanıb Cabbar,Xan sənin.

Şuşada dağların o duman tülü,
Yenə yaraşıqlı,yenə mürgülü.
Bağrına basıbsan Xarıbülbülü,
Şeir göyərtdiyin o meydan sənin.

Müəllif: Əlirza Həsrət

ƏLİRZA HƏSRƏTİN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Jan Jak Russonun “İctimai Müqavilə” və Tomas Hobbsun “Leviafan” əsərlərinin multikultural müqayisəli təhlili

Jan Jak Russonun “İctimai Müqavilə” və Tomas Hobbsun “Leviafan” əsərlərinin multikultural müqayisəli təhlili
Siyasi fəlsəfə sahəsində Jan-Jak Russo və Tomas Hobbs əsərləri ictimai müqavilə və idarəçilik anlayışımızı əhəmiyyətli dərəcədə formalaşdıran nüfuzlu şəxsiyyətlər kimi seçilirlər. Russonun “İctimai Müqavilə” və Hobbsun “Leviafan” əsərlərində cəmiyyətin, avtoritetin və dövlətin təbiəti haqqında ziddiyyətli perspektivlər təqdim olunur. Bu nəzəriyyələrin multikulturalizmlə kəsişməsinin tədqiqi müxtəlif cəmiyyətlərin mürəkkəblikləri haqqında maraqlı fikirlər açır. Russonun “İctimai Müqavilə” və Hobbsun “Leviafanı” idarəçiliyin, cəmiyyətin və insan davranışının təbiəti haqqında əhəmiyyətli fikirlər verir. Jan-Jak Russo və Tomas Hobbs ictimai müqavilə və təbiətin vəziyyəti haqqında təzadlı fikirlər təqdim edirlər. Hər iki filosof cəmiyyətlərin formalaşması və hökumətlərin rolunu müzakirə edərkən, onların perspektivləri insan təbiəti, fərdi azadlıq və siyasi hakimiyyətin legitimliyi kimi əsas məsələlərdə fərqlidir.
Russo fəlsəfəsi vətəndaşların kollektiv maraqlarını təmsil edən “ümumi iradə” ideyasını vurğulayır. O, iddia edir ki, ədalətli cəmiyyətdə fərdlər ümumi mənafe üçün ümumi iradəyə tabe olmalıdırlar. Russo hesab edirdi ki, multikulturalizm müxtəlif mədəni kimliklərə hörmət edildiyi və ümumi iradənin formalaşmasına töhfə verdiyi müddətcə ictimai müqavilə çərçivəsində yerləşə bilər. Onun fikrincə, dövlət müxtəlif mədəni qrupların özünəməxsus kimliklərini qoruyub saxlamaqla onların arasında harmonik birlik yaratmağı qarşısına məqsəd qoymalıdır. Russo nəzəriyyəsinin mərkəzində fərdi azadlıq və icma daxilində bərabərlik anlayışı dayanır. O, iddia edirdi ki, qanuni hökumət xalqın ümumi iradəsini əks etdirməli, qərarların imtiyazlı bir azlığın maraqlarına xidmət etməkdənsə, kollektivin xeyrinə olmasını təmin etməlidir. Russonun ümumi iradənin əhəmiyyətini və xalq suverenliyi anlayışını vurğulaması multikultural cəmiyyətlər üçün əhəmiyyətli təsirlərə malikdir. Belə kontekstlərdə problem ümumi iradənin cəmiyyətin birliyinə xələl gətirmədən müxtəlif mədəni, dini və ictimai dəyərlərə necə hörmət edəcəyini və onlara uyğunlaşa biləcəyini müəyyən etməkdən ibarətdir.


Bundan fərqli olaraq, Hobbsun “Leviafan” əsəri hökumətə və multikulturalizmə daha avtoritar baxışı təqdim edir. O iddia edir ki, təbiət vəziyyətində insanlar öz maraqları və güc istəyi ilə idarə olunur və bu, xaotik varlığa gətirib çıxarır. Hobbs təbiətin vəziyyətini həyatın “iyrənc, qəddar və qısa” olduğu əbədi müharibə və xaos şəraiti kimi təsvir edirdi. Bu vəziyyətdən xilas olmaq üçün fərdlər öz təbii hüquqlarından cəmiyyətdə nizam və təhlükəsizliyi təmin etmək səlahiyyətinə malik olan suveren hakimiyyətə – Leviafana – imtina edirlər. Hobbsun “Leviafan”ı cəmiyyətin dağılmasının qarşısını almaq və sülh və sabitliyi təmin etmək üçün vacib olan güclü mərkəzi hakimiyyəti simvollaşdırır. Onun nizam-intizamı qorumaq üçün güclü hökumətin zəruriliyinə diqqət yetirməsi ictimai birliyin və hakimiyyətə itaətin vacibliyini vurğulayır. Multikultural kontekstdə Hobbsun “Leviafan”ı müxtəlifliyin idarə olunmasında və fərqli mədəni inanc və təcrübələrdən irəli gələn potensial münaqişələrə vasitəçilikdə güclü mərkəzi hökumətin rolu ilə bağlı suallar qaldırır. “Leviafan”a bənzər bir hakimiyyət necə ola bilər? Asayişi qorumaq və münaqişənin qarşısını almaq üçün fərdlər öz azadlıqlarını suveren hakimiyyətə təhvil verməlidirlər. Çoxmədəniyyətli cəmiyyətdə Hobbs, sosial birliyi qorumaq və mədəni toqquşmaların qarşısını almaq üçün ümumi qanunlar və dəyərlər dəsti tətbiq edən güclü mərkəzləşdirilmiş gücü müdafiə edir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Sevgi dolu şeirlər

ZAUR USTACIN “SEVGİ DOLU ŞEİRLƏR” KİTABINDAN:

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İVAN İLİÇİN EKZİSTENTİALİZMİ

İVAN İLİÇİN EKZİSTENTİALİZMİ

Lev Tolstoyun “İvan İliçin ölümü” romanında 19-cu əsrdə Rusiyada yüksək məhkəmə hakimi olan qəhrəmanın həyatı və ölümü vasitəsilə ekzistensialist mövzuları araşdırılmışdır. İvan İliç nümunəvi hesab etdiyi, cəmiyyətin gözləntilərinə uyğun, sosial nərdivanları yüksələn və peşəkar uğur qazanan bir həyat yaşayır. Ancaq ölümcül xəstəliyə düçar olanda həyatı dramatik şəkildə dəyişir.Vəziyyəti pisləşdikcə İvan varlığının səthiliyi ilə üzləşir.Bir vaxtlar statusunda və maddi var-dövlətində tapdığı rahatlıq dağılır və onu ölümünün açıq reallığı ilə üz-üzə qoyur.
Tolstoyun İvanın ekzistensial böhranını təsviri insan vəziyyətini dərindən araşdırır. İvanın xəstəliyi onu həyatının mənasını və etdiyi seçimləri şübhə altına almağa məcbur edir. O, anlayır ki, cəmiyyət tərəfindən bəyənilmək və maddi sərvət əldə etmək ardınca getməsi onu həqiqi xoşbəxtlikdən və xoşbəxtlikdən yayındırıb. Bu reallaşma ekzistensial fəlsəfədə əsas mövzu ilə səsləşir: əsl məna xarici təsdiqdə deyil, şəxsi həqiqilik və özünüdərkdə tapılır. Ömrünün son anlarında İvan köklü dəyişikliklərə məruz qalır. O, ümidsizlikdən qəbula və maariflənməyə keçir, ölüm qarşısında belə məna tapmaqda mövcud olan inamın simvolu olur.
İvanın hekayəsi, ölümlə üzləşməyin daha həqiqi və mənalı bir varlığa səbəb ola biləcəyinə dair ekzistensialist fikri təsvir edir. İvan İliçin ölümü həyatın son suallarını dərindən və dürüst araşdırdığına görə Tolstoyun insan varlığının dərinliklərinə varmaq, oxucuları öz həyatları haqqında düşünməyə və həqiqi məna axtarışına çağırmaq bacarığı misilsizdir,

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Məlhəmli – SALAM, ŞUŞA!

SALAM, ŞUŞA!

Otuz il bizimçün döndün xəyala,
Nəhayət yetişdik şirin vüsala,
Səni görmək üçün çıxmışam yola,
Arzum həqiqətlə yürüyür qoşa,
Salam, Şuşa!

Qəhrəman ordumuz keçilməz dağla
Gəldi harayına dişlə, dırnaqla,
Qırdı düşmənləri yüngül yaraqla,
Salıb öz izini qayaya, daşa,
Salam, Şuşa!

Yaşadın bəxtinə düşən qədəri,
Unut bundan sonra qəmi, kədəri,
Hər dün gözəlləşən gözəl şəhəri
Bütün elim-obam gəzib dolaşa,
Salam, Şuşa!

Nəhayət yetişdim Cıdır düzünə,
Bələndim Vaqifin şirin sözünə,
Düşərək ustadın aydın izinə,
İlhamım çağladı, təb gəldi cuşa,
Salam, Şuşa!

Gəldim, gözlərində gülüşü gördüm,
O mavi səmanı, günəşi gördüm,
Səni əbədilik qəlbimə hördüm,
Daha bundan sonra bəxtəvər yaşa,
Salam, Şuşa!

18.07.2024 – ŞUŞA

Müəllif: ELÇİN MƏLHƏMLİ

ELÇİN MƏLHƏMLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şuşada Vaqif Poeziya Günləri başlayıb

Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayıb. Poeziya Günləri çərçivəsində Şuşanın bir sıra tarixi və mədəni məkanlarında müxtəlif tədbirlər təşkil ediləcək. Yazarlar Şuşada (fotolar):

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru