
CIDIR DÜZÜNDƏ
(Sevimli şair dostum Qəşəm Nəcəfzadəyə)
Şeir oxuyurdun Cıdır düzündə,
Sovqatın eşq idi Şuşadan sənin.
Hər misran bir nazlı simfoniyaydı,
Sıxanda əlini Natəvan sənin.
Sevdası başqaydı çəkdiyin ahın,
Nə qəfəs bülbülün,nə bu taxt şahın.
Dönür “Durnalar”ı Molla Pənahın,
Vəsfinə dayanıb Cabbar,Xan sənin.
Şuşada dağların o duman tülü,
Yenə yaraşıqlı,yenə mürgülü.
Bağrına basıbsan Xarıbülbülü,
Şeir göyərtdiyin o meydan sənin.
Müəllif: Əlirza Həsrət
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru