www.bitik.az tərəfindən yazılmış bütün yazılar

“XƏZAN” jurnalının APREL 2024 sayı işıq üzü görüb.

“XƏZAN” jurnalının APREL 2024 sayı

“Xəzan” ədəbi-bədii jurnalının mart-aprel 2024 sayı çapdan çıxdı. Sayca 57-ci olan 128 səhifəlik jurnal 2016-cı ildən çıxır. Jurnalın səhifələri ədəbi nümunələrlə zəngindir.
Jurnalda MAHİR CAVADLInın 65, Şərqiyyə BALACANLI və Nəzakət EMİNQIZInın isə 75 yaşlarının tamam olması münasibətilə redaksiya heyəti adından təbrik mətnləri yerləşdirilib. Yubilyarlara can sağlığı, uzun ömür, bol-bol yaradıcılıq uğurları arzulanıb.
Bundan əlavə hələ də haqqında müxtəlif şayiələr dolaşan Mir Cəfər BAĞIROV haqqında araşdırmaçı jurnalist Füzuli BARATOVun təkzibolunmaz faktlara və məxəzlərə söykənən araşdırma yazısı da jurnalın bu sayında çap olunmuşdur.
Nəsrsevərlər Ayaz İMRANOĞLUnun “Uşaq ferması” romanının davamını da jurnalın bu sayında oxuya bilərlər.
Jurnalın YAZI DÜZÜMÜ aşağıdakı kimidir:

1.Redaktor guşəsi
-“Qərbdə elədir, bizdə belədir”
-Şərqiyyə Balacanlı – 75
-Nəzakət EMİNQIZI – 75
-Mahir Cavadlı – 65

2.Publisistika
-Füzuli BARATOV – “Mir Cəfər Bağırov”
-Sabir BƏŞİROV – “Qiyamətə qalan qisas”
-Röya TALIBLI – “Qərbi Azərbaycanda multikultiralizm”
-Sabir ŞİRVAN – “Məhəmməd Əlinin söz aləmi”
-Məhəmmədəli ZAMANOV – “Şair Sabir Şirvanın “Söz ömrü” kitabı haqqında düşüncələrim”
-Ruqiyə İSMAİLOVA – “Qərbi Azərbaycanın Atəşpərəstlik məbədi”
-Təranə DƏMİR – ““Sərhədçi zabitin etirafı” niyə ədəbi hadisəyə çevrilmədi?” (Əli bəy Azəri ilə müsahibə)
-Xatir ƏLİYEV – “Doğma yurdumuz Qərbi Azərbaycan”
-Mahir CAVADLI – “Ayaz gülüşünün yaz təbəssümü”
-Əli BƏY AZƏRİ – “Nazim Hüseynovun rəsm əsərləri – Zəngilanlıların yurd həsrətinin ifadəsi”
-Əli BƏY AZƏRİ – “Gözəl təşəbbüsün incə məqamları”

3.Poeziya
-Təranə DƏMİR – “Həyat bir cür unudulur”, “Özümə”, “Baxmayın”, “Bir”, “Göz arasında”, “Bu gün”, “Ocaq”, “Dağın vüqarı zirvədi” (şeirlər)
-Zeynalabdin NOVRUZOĞLU – “Yaşadım”, “Milli iftixarımız”, “Haqqı danmayın”, “Söz də metal kimi”, “Şair və şeir”, “Şükürlər olsun Allaha”, “Elə mənəm”, “Bizim şanlı ordumuz”, “O günah səninkidir” (şeirlər)
-Mübariz HÜSEYN – “Sular belə dənizinə qayıdır”, “Düzmü sandın, sən özünü, a dünya?”, “Can gedəndə”, “Bu gediş”, “Məni çox çəkirsən sınağa, dünya”, “Deyil”, “Görünür” (şeirlər)
-Qüdsiyyə QÜDSİ – “Badına getdi”, “Ağlamazdı”, “Sənsiz”, “Bəhanə”, “Asıb”, “Buludlar da”, “İndi”, “Hardadır?”, “Qığılcım”, “Sürüdüm”, “Ruhun fəryadı”, “Hələ” (şeirlər)
-Xatirə SƏFƏR – Poeziya çələngi
-Məhəmməd ƏLİ – “Gözəl”, “Yollar, ömürlər” (şeirlər)
-Arzu HEYDƏROVA – “Yaxşı adam”, “Səni aparan qatar” (mənsur şeirlər)
-Fazil AYDIN – “İtinə sahib çıx, ay it yiyəsi”, “Bir insan tapmıram bu yer üzündə”, “Sən Allah, siz mənə şair deməyin”, “Hara tələsirik?”, “Əllərini, əllərini ver mənə”, “O arzuma çatasıyam, çatası”, “Ağlayır qəbrimin baş tərəfində”, “Qayıdır Xan kəndinə”, “Şairin edam yerinə”, “Titrəyə-titrəyə”, “Mən kiməm?”, “Ürəyindən çıxart məni”, “Bu çörəyim daşdan çıxır” (şeirlər)
-Ziyafət YƏHYA – Qəzəllər
-Mehri VAHABQIZI – Poeziya çələngi
-Ağakişi ÇİNGİZOĞLU – “Deməyin mənə”, “Sonet”, “Ana”, “Sevgilim”, “Mən səni dost kimi görürəm axı” (şeirlər)
-Roza MƏSUM – “Ver mənə”, “Salatın”, “Mənəm”, “Dünyanın”, “Arasın məni”, “Dünya”, “Ötdü”, “Uşaqlar”, “Yaz”, “Bahar gəlir” (şeirlər)
-İlhamə KƏDƏR – “Biri mən”, “Kimi”, “O gündən ki”, “Darıxıram”, “Gülü”, “İlahi”, “Yaralar”, “Qar adamlar” (şeirlər)
-Yadigar TƏVƏKGÜL – “Ünvanlı şeir”, “Salam, ana”, “Azərbaycan qadını”, “Ay daş ürəklim”, “Adsız şeirlər”, “Dəli eşqi” (şeirlər)
-Aynurə İNCİ – “Özüm oldum”, “Darıxmaq”, “Küsdüm”, “Gözümdə səni”, “Şəhidlər”, “Köçündə məni”, “Nağıllar”, “Gecələr”, “Qəm əsəri”, “Qadın”, “Vətən”, “Vəfasız”, “Allahın əmanətidir” (şeirlər)
-Bahadur KƏRİM – “Məhtumqulu” (Türkmən ədəbiyyatı, dilimizə uyğunlaşdırdılar: Zəki BAYRAM YURDÇU, Rəhmət BABACAN)
-İltimas SƏMİMİ – “Güman yaşamaq”, “Nə halə salıb”, “Zaman”, “Yağış tək”, “Gümanla yaşayıram”, “Qış havası”, “Arzular boğulur”, “Gülüşlər çiçəklənir”, “Silmək olmur”, “İşıq axtarır”, “Ötər”, “Ağrısını” (şeirlər)

4.Nəsr
-Mahir CAVADLI – “Firuzun on bir yaşı” (hekayə)
-Ayaz İMRANOĞLU – “Uşaq ferması” (roman, davamı – əvvəli ötən sayda, ardı var)
-Damət SALMANOĞLU – “Bəddua” (hekayə)
-Xaliq AZADİ – “Fəlakət tək gəlmir” (hekayə)
-Zaur USTAC – “Santavik Əhməd” (hekayə)

Jurnalı KİTABEVİM.AZ kitab mağazasından əldə edə bilərsiniz.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Təranə Dəmir: – Ürəyimdə iyun həsrəti…

** ** **

Gecə yenə qaşqabağını töküb durub,
Kim bilir nə acığı var dünyaya.
Buludlar bir tərəfdə bardaş qurub oturub .
Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında .
Külək qudurub,
Gör necə ulayır gecənin başı üstündə ac yalquzaq tək.
Torpaq bir qat qabıqdan,
Ağaclar yarpaqdan çıxır.
Dəniz yaxasını açıb qaçır sahilə ,
Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.
Bir şair tənhalığın acığını varaqdan çıxır .
Təzə abzasdan köhnə yaralar boylanır,
Hamısının da üstü açıq.
“Bircə səhər açılsaydı”-deməyə də adamın dili gəlmir.
Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq…
Nağıl kimi….

** ** **


Əynimdə dekabrdan qalma ömür,
Ürəyimdə iyun həsrəti.
Bircə çimdik ümidlə gedirəm üzüyoxuşa.
Çilik-çilik olmuş arzular baş-başa verib arxamca ulaşır.
Geriyə baxmağa nə gücüm qalıb, nə cəsarətim.
Dünən, bu gün mənimdi…hələ ki…
Bəs sabah?
…Gözümdə bütün rənglər bir-birinə qarışır
Budaq-budaq, yarpaq-yarpaq…

** ** **

Bir şeir asıb özünü hecadan,
Qafiyələr ağlaşır başı üstündə.
Ayağının altında varaq,
Boğazında qələm,
Nəfəsi kəsilir söz-söz, cümlə-cümlə.
Azadlığa açılır qapısı qorxuların.
Hardasa bir ütüsüz, bərsiz-bəzəksiz ,
Evsiz-eşiksiz sevgi yapışır gecənin yaş köynəyindən..

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Spinozanın istifadə etdiyi möhürün mənası nə idi?

Spinozanın istifadə etdiyi möhürün mənası nə idi?
Spinoza göndərdiyi məktublara şəkildəki möhürü vurardı. Bu möhürdən istifadəsi isə xüsusi məna daşıyırdı. Şəklə nəzər salsaq, tikanlı bir gülün ətrafında onun adının baş hərflərini ( Benedikt de Spinoza – B.D.S) və “CAUTE” (diqqət) sözünün yazıldığını görə bilərik
“Dediklərimi anlamağa çalışmayacaqsanızsa, fikirlərimi təhrif edəcəksənizsə, mənə qarşı kininizin dəlili kimi görəcəksinizsə, diqqətli olun” mesajını verən Spinoza adının baş hərflərini tikanlı gülün ətrafında yazmaqla bu fikri dəstəkləyir. Belə ki, o, məktublarını “Mən qızılgüləm, amma diqqətli olun, tikanlarım olduğunu xatırlayaraq” xəbərdarlığı ilə möhürlə göndərir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BENİM MİNİK SERÇEM

Yazar: Müşfik Şükürlü
Çeviri: Turan Novruzlu

BENİM MİNİK SERÇEM
(Tarih: 2023-11-03)

“…öyle yalnızım ki, Blum…” Coys “Uliss”

“Road”a arkadaşlarla toplanıp içki içiyoruz. Öğrencilik yılları. Gençlerin cebinde belki fareler kapışıyordur ama, biradan başka herşeyin pahalı olduğu “Road”a gitmeğe deyer.

“Road”dayım.
Üç-dörd garson var. İçerisi bir haylı karanlık. Durmadan çalışıyorlar mı? Hayır, barın önüne mi toplaşmışlar? Galiba, arkasına. İçlerinden bir tanesi erkek. Kalanları kızlardır. Birisi çok tatlı. Doğanın mucizesi gibi. Eğer şimdi doğayla poetik bir bağlantı kurmak gerekirse, demek ki, o, tam anlamıyla gerçek bir serçe. Göz, burun, kaş, dudak – arılar çiçeklerden toplamışlar. Tadına baksam olur mu?

Güzellik elbise gibi eğnine biçilmiş sanki. Belki sadece karanlıkmış? Tatlı yalanlar. Koynunda mışıl-mışıl uyumak isterdim, sözün kısası. Ruj yoktu dudaklarında, kırmızı dudakları vardı. Az önce anlattığım gibi doğanın lutfuydu güzelliği.
Az önce bana yaklaştı, biramı tazelemek için elini bardağıma uzatıp gözlerime baktı. Şu güzellik için secdeye bile gidilir… Etraftakilere ayıp olmasa şu Don Kişot Dulsineyasının karşısında diz çökecekti. Onu bir yudum sevgiye misafir etmek istedim ve dedim : “Bir tane daha, lütfen.” Ortalarda gözükmüyor. Nereye kayboldu? Güzellik dediğin böyle bir şey işte. Arkasınca koş, koşa bildiğin kadar, bakalım yakalayabilecek misin? Aniden masaların arasından geçiyor, uzun saçları işveyle havada dans ediyor. “Geçiyor” demeyelim de sanki birileri kovalıyordu onu, zaman makinesindeymiş gibi Vıyyyy… Tanrı da bizi hiçlikten böyle yaratmış olmalı. Nereden çıktı, nasıl geldi? Dostluğunuzun değerini yitirmemesini istiyorsanız, az-az görüşün.

Uzun uzun göz süzüyor, varlığımı ödüllendiriyormuş gibi. Kalabalık bayrak kaldıran hakimdir, bense oyunu terkeden futbolcu. Yalnızlık her zaman hüzünlüdür. Subliminal mesajlardır yüzünü güldüren. Ama iğrençliğe yol vermek olmaz.

İkinci bardağı şişman kız getiriyor. Başım dik ama kipriklerim yer süpürüyor. Bende zaman anlayışını kaybetmiş şair görkemi var. Mesela, sigaranın dumanıyla metafizik atmosfer oluşturuyorum. İnsanlara bakmayı beceremiyorum. Bir az egoluyum, bir az da heyecanlı. Belki de korkuyorumdur. Kendimi anlamak zor geliyor bazen, aslında anlayacak bir şey de yoktur. Televizyonda futbol programı var. Ama hiç kimse izlemiyor. Sadece sesini duyuyoruz. Kahkahalar, buz kesmiş bardakların sessizliği, o bardaklara dikilmiş , dalgın bakışlar. Futboldan sonra sıra kliplere geliyor. Bir şeyler olmalı, bir kavga, bir olay mesela, hayat bu kadar cansıkıcı olamaz!
Tek başına oturmak çok hüzünlü ve acayip bence.. Dışarıdan bakınca da hiç hoş gözükmüyor. Arkanca birilerinin fısıltılarını duyuyorsun, seni çekiştiriyorlar. Belki de toplum olarak o kadar da olgunlasmamışız, ne bileyim. Belki , hollandlar da kafede yalnız başına oturan biri hakkında iyi şeyler düşünmüyorlar.. Neyse. İncebelli bardağımı avcumun içine alıyorum. Ahşap masada tıkırdattığım boş bardağımın köşesiyle sipariş veriyorum. “Road”da aniden ortam sessizleşiyor. Birer birer arkaya dönüp bana bakıyorlar. Kızları anlayamıyorum, panikliyorlar mı, gülüyorlar mı bilmiyorum.
Garson yaklaşıyor. Busefer bir tane erkek garson gelmişti. Yüzün ifadesini beğenmiyorum. Neden memnun değil acaba?

  • Bira?
    Sağ kaşından döktüğü, gözünün yarısını kaplamış siyah kekili fırçanın eğilip kurumuş tüyleri gibi cansıkıcı ve hareketsizdir. Elinin tersiyle onları arkaya doğru toplamaya çalışması da bir işe yaramıyor. Hayatla çokdan bağlarını koparmış, fosilleşmiş, hafif kuş tüyü gibi yeniden kayarak kirpiklerinin üzerine düşüyor.
  • Ever, bira getir. Yanında da fri olsun.

Azönceki geçici olumsuz yüz ifadesi değişiyor. Yüzünü sahte, ama işıklı bir gülümsemeyle kaplıyor.

  • Olur. – Sağ elini havaya kaldırıp, sahte gülümsemeyle, ” yalnız sessiz olun” söyleyerek mutfağa doğru gidiyor.

Oleyyy. Kavgaya sadece bir adım kaldı. Şimdi ya herşeyi oluruna bırakıp görmezden gelmek lazım , ya da çıktığım yola devam etmek. Bardağı sakince masanın altına ,aşağıya doğru indirdikten sonra aniden 90 derecede yukarı kaldırıp sevimsizin suratına fırlatmak… Siyah kekilini kırmızıya boyamak! İyi fikirmiş gibi gözüküyor.

  • Başüstüne.

Şimdilik biraya devam.

30 dakika.

Ben hazırım. İçkiye devam. Bu, ben değilim. Eğer şimdi olsaydı, mutlaka “Dur, bu kadar yeter.” derdim.

  • Hanım kız nerde?

Boş bardağımı elinə alan şişman kızı bakışlarımla bekletiyorum.

  • Kim?
  • Uzunsaçlı kız. …Boyunlu kazağı olan. Tatlı kız.
  • Burda. Neden sordunuz? – hafifçe gülümsedi.
  • Neden bana o hizmet etmedi, biramı neden o getirmedi?

Dudakları biraz da yanaklarına doğru kayıyor, mutlu dişleri bakışlarımı ısıracakmış gibi gözüküyor.

  • Tamam, getirmesini söylerim ona .

Gelsene bu gece bir- birimize sarılıp uyuyalım.
Sıcak yatak sorun değil, yoksa yatağı mı dert ediyorsun?

Ben öyle sandım ki, o bana doğru gelecek ve “buyurun, beni istemişsiniz” söyleyecek. Şaka mı yapıyorsun? Böyle bir şey nasıl olur? İzlediğim filmlerden aşk sahneleri kazınmış galiba hafızama. Açık saçık sahneler daha doğal olurdu belki. İhtiraslı, nazlı adımlarla masaya yaklaşıp kollarına teslim oluyorsun, güzel olmaz mıydı? Dur, dur! Toparla kendini. Ne istiyorsun acaba?

O, yine masaların arasından parmak uçlarında ışık hızıyla gözlerimin önünden kayboldu. Arka tarafa, belki de mutfağa.

İğrençliğe yol vermek olm…

Ben sadece saçlarını,yanaklarını okşamak istemiştim, dudaklarının tadına bak… Göğsüne dokunsam… hayır, hayır, o anlamda değil. Sadece teninin sıcaklığını… İğrençliğe yol… Ama…

Ben kıskançlık krizine giriyorum. O biraz uzaktaki masalardan birinin önünde hemin o kekilli “horozun” saçlarıyla oynuyor. Sağ kolunu masaya dayayıp sol ayağını yarı katlamış biçimde aynada kendisini seyrediyor. Offf, kadınlar! Onlardan birşeyler saklamak mümkün mü?! Peki ama kızları nasıl kandırıyorlar bu uçkuruna düşkün “sırtlanlar”? Oysa duygu meleği değil mi tüm kızlar, kadınlar? Kendi çıkarları için aşk sahneleri hazırlamakta onların üstüne var mı?
Beni sesliyor.
Hayallere kapılma, güzelim. Kendime bile söz geçiremiyorum.
Hüzünlü bir sahne. Bardağımı elime alıp masamı arkaya doğru itiyorum. “Dzrrrr”… ve ireliye doğru. Tıpkı ünlü filmlerdeki gibi. Elimdeki bardağımla koluma çok romantik bir tarz ekliyorum. Bara yaklaşan tenim ve adımlarımın uzlaşmasına söz olamaz. Bak, böyle. Bekle,geliyorum.
Bu ne rahatlık böyle. Yüzünün şekli gri duvarlar gibi. Kadın erkeğin toprağıdır. Böylesine tohum serpmek lazım. Yok, galiba bakışlarımı sınıyor. Ya da bekliyor. Ne söyleyecek şimdi bu? Yani nasıl söylesem, beyaz kağıt siyah kaleme muhtaçmış gibi.
Sonunda hedefime ulaşıyorum. Kekilli “horoz” da benim kararsız halimden bıkmış olmalı. Güzel kız da sonunda dile geldi:

  • Ne kadar peşimden koşacaksın. Yeter artık, düş yakamdan!
    Öğrenci işte…
    Konunun şu kekilli horozla ne alakası var?! Seni kim çağırdı, sırtlan, sana ne?! O bana seslendi :
  • Sorun ne? Kaşınmayan yerden kan mı çıkarmak istiyorsun?
    Galiba, evet, güzel bardağım. Benim sevimli silahım.
    Tappp. Kırılıp kum gibi etrafa saçılmış ince bardaklar yalnız son anlarda insan acısına, sese dönüşe, çığlığa benzeyebilir. Elimdeki bardaksa şimdilik sağlam…Bir kaç saniye sonra Kekillinin masaya doğru eğilmiş kafası dengesini kaybediyor ve teni de kafasının eğildiği yöne doğru süzülüyor…

Sanki gök gürlemiş, fırtına çıkmış gibi kızların çığlığı etrafı sarıyor. Ama uğruna kavga ettiğim minik serçem nerde? Cik. Cik. Cik. Bulamıyorum. Gözlerim kararıyor. Galiba bana vurdular. Tanrı bizi hiçlikten böyle yaratmış olmalı işte. Nereden geldi, nasıl kayboldu? Dostluğun değerini korumak istiyorsanız , az-az görüşün. Cik. Cik. Yok oldu. Benim minik serçem…

Təranə Dəmir: – GÖY ADAMI

GÖY ADAMI

Siz Göy adamı ifadəsin eşitmisiz? Eşitməmisizsə, bu yazını oxuyun və görün ki, göy adamı necə olur? Özü də təpə-dırnaq . Yer günah yuvasıdı onunçun. Suyu günah, havası, dəni, işığı–hamısı kirlidi. Balaca da olsa hər şeydə günah var Yer üzündə. Günahkar da özümüzük. Onunçun göy üzü ən mübhəm, bakirə duyğuların məkanıdı. Sözün qanadında ruhu tez-tez göylərə uçur və paklanıb, durulub geri dönür. Ayı, ulduzu , buludları, səmanı özünə dost seçib deyə ürəyi rahatdı bir az. Qaldan, qeybətdən, paxıllıqdan uzaq bir dünyası var. Yurdu , yuvasıdı Göy . Yeri rahatdı yəni. Ürəyinin, ruhunun qapılarını hər adama açmaz. Heç özü də hər qapını döyməz. Şeirlərini pıçıldayar, səsə salmaz. Özünü öyməz, yazar sadəcə. Ürəyindən nə gəlirsə, Tanrı nə göndərirsə onu. Bir sözlə razıdı göyündən. Alqışı da şeirdi, qarğışı da. Qarğışı da alqışa bənzəyir. Uzaqbaşı “Mənim yaşıma çatasan” -deyər bir kəlmə. Vəssalam. Ürəyi gəlməz uzağa getməyə.
Heç kimdən gözükölgəli deyil. Ona görə yerişi də amiranədi. Polis polkovnikidi axı. Qanunlardan kənara çıxmağı sevməz. Elə sözü də qanundu onun. Ona görə sözü də qəlibdə saxlayar. Burda da qanunları, sədləri keçməz. Qafiyəbaz deyil. Qafiyə onu axtarıb tapır. Bu sarıdan kökünə bağlıdı. Ona görə də qol-budaq atıb. Sözü ilə işi birdi. Fəxrəddin Teyyubu deyirəm. Sözünün ağası şair Fəxrəddin Teyyubdu bu günkü qəhrəmanım. Onun sözünə ikinci sığalımdı mənim bu yazı. Tərifi çox sevmir deyə elə duyduqlarımı qələmə alıram . Bir də şairi şairdən gözəl kim duyar, tanıyar axı? Şairlər özlərini sözlərilə ələ verirlər. Onları tanımaqçun bircə misrasından tutmaq kifayətdi. Ağrıları , acıları, həsrəti , sevgisi, nifrəti, arzusu, ümidi -hamısı gizlənib o bircə misranın arxasında. Görmək, duymaq lazımdı sadəcə. Bir sözlə sözün ucundan tut, qaldırsın səni göyün yeddinci qatına. Çox hikmət var sözdə. Fəxrəddin Teyyub da sözüylə adamı göylərə qaldıran şairdi. Onun bioloji yaşında payız qışla savaşdadı. Ruhunun yaşı isə hələ bahardadı. Cismi ilə ruhu bir -biriylə yollaşa bilmir. Ruhunu cisminə geyindirə bilmir Fəxrəddin Teyyub. Dar gəlir. Neynəsə də əynindən çıxıb qaçır o çox sevdiyi göylərə. Qoşulur aya, ulduza, günəşə, səmaya. Dayanır Tanrısıyla üz -üzə. Cismi də yerdə tozla, torpaqla, otla, çayırla, yağışla, qarla əlləşir. Yazıq qalır ruhun dalınca baxa-baxa. Bu tərsmütənasiblikdə şair yorulur, inciyir ancaq dayanmır. Gözü dünya malında yoxdu. Bircə hörmətin, sevginin, qayğının, diqqətin acıdı. Hamını dinləyər, özü susar. Dərdini anlatmaz. Yükünü özü çəkməyə alışıb. Kimsə içindəki təlatümü görməz .Ruhunu kimsəyə əmanət etməz axı, bircə Tanrıdan başqa. Dost sözünə axıracan sadiq qalanlardandı . Küsməyi də şeir yazanacandı. Söz doğulan kimi ürəyindən tikan çıxar. Sözlə yaralanar, sözlə sarınar.
Mənim Fəxrəddin Teyyubla dostluğumun yaşı elə də çox deyil. İki il ola, ya olmaya. Ümumiyyətlə elə də çox dostum yoxdu axı. Bircə ovucun içinə sığacaq qədər. Kiminsə dostu olmaqdan da qorxmuşam ömür boyu. Bu boyda ağır yükün altına girmək hünər tələb edir axı adamdan. Deyilənə görə hünərliyəm. Bəlkə də…Bilmirəm.. Ömür boyu dostum daş, divar, qapı, pəncərə olub. Məhkumiyyətim azadlığımdı. Azadlığımın içinə sığacaq qədər dostum, yaxınım var.
Fəxrəddin Teyyubla aramızda bir fəsillik yol olsa da ruh yaşımız eynidi. Bahardayıq ikimiz də. Ruhumuzun götürdüyü yerə ayaqlarımız getməsə də ürəyimiz gedir. Ürəklə ” dostumdu” -deyə bildiklərimdəndi. Ərkim çatan qədər doğmayıq yəni. Saatlarla söhbət edirik. Sözdən, ədəbiyyatdan, yaradıcı adamlardan, dünyasını dəyişən ustadlarımızdan, klassiklərimizdən. Dünya ədəbiyyatına da baş vurduğumuz zamanlar az olmur. Heç kimin haqqına girmədən, heç kimin sözünə toxunmadan . Rəngsiz, boyasız fikirlərimizin işığında fikirləşirik ki, görən bütün yazarlar da bizim kimi görə bilirmi dünyanı? Aydın, ləkəsiz, rəngli…Kaş.. Bəlkə də.. Ola bilər…
Saatlarla danışığımızın sonunda yenə yarımçıq qalırıq. Sözdən doymaq olarmı?
Bəlkə də heç kim bilmir ki, Fəxrəddin Teyyub daim düşünür, axtarışdadı. Özü deməsə də bilirəm. Günün bütün saatlarında şeir havasındadı. Yazır, pozur, bir də yazır. Ta ki ürəyi soyuyanacan. Axırda da nə özündən razı qalır, nə sözündən. Hər gün nəsə tapır. Sevinir uşaq kimi. Sonra yazır. Bir də, bir də…Onunçun ağac, yarpaq, xəzəl, külək, yağış, torpaq-hamısı şeirdi. Bəlkə də ən yaxın dostları da onlardı. Şair gözlə görünən, toxunduğu hər şeyi dilləndirə bilir. Daşı da, qayanı da, dənizi də, buludu da…..Etdiyi yaxşılığı unudur. Ona edilən yaxşılığısa heç vaxt unutmaz.
Rahatlığı yoxdu. Həmişə narahatdı. Ata narahatlığı, övlad, yar, dost, qardaş, yoldaş narahatlığı var həmişə. Nəsə gəzir. Bəzən heç özü də nə istədiyini bilmir. Bu yaşında da anasını axtarır Fəxrəddin Teyyub. Uşaqlaşmaq, saflaşmaq, ovunmaq, yaşamaq üçün. Bir də görürsən bu həsrətin içində gözəl bir şeir dünyaya gəldi. Özü də şairin ürəyinə , sevgisinə , göz yaşına bələnmiş şeir..Gəl bu şeiri sevmə indi…
Darıxanda, özünə çəkiləndə təptəzə , işıqlı, tərtəmiz bir şeirlə dönür geri şair. Çox az hallarda ürəkdən gülür. Boğazdan yuxarı gülüşünü tanıyıram axı. Üzünə vurmuram… Utancaqdı…
Bağlı boxçadı ürəyi. Qıfılı özündədi. Özü küsər, özü də barışar…Kini yoxdu. Heç düşməninə də. Görəsən Fəxdəddin Teyyubun düşməni var? Maraqlıdı. İnanmıram. Amma onu sözünə, özünə rəqib bilənlər həddindən artıq çoxdu. Qoy olsun. Bu da bir uğurdu.
Dünyaya gəlişi ərəfəsində nəsə hədiyyə etmək istədim şairə. Bildim ki, o məndən ancaq söz istəyir bu günündə . Onunçun sözdən dəyərli heç nə yoxdu. Axı sözə əbədi vurğundu. Ürəyimdən keçənləri yazdım. Yazmadım əslində. Bu yazı da belə doğuldu. Bəs görəsən onun ürəyindən keçənlərdən xəbər verə bildimmi? Bilmirəm…Kaş..Bəlkə də….

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

“-ÇILIQ⁴” ŞƏKİLÇİLİ SÖZLƏR HAQQINDA

-ÇILIQ⁴” ŞƏKİLÇİLİ SÖZLƏR HAQQINDA

Bu şəkilçi hansı hallarda -çı⁴ və -lıq⁴ hissələrinə ayrılır, hansı hallarda bütöv şəkildə götürülməlidir?

Xoşbəxtçilik, tələbəçilik, müsəlmançılıq kimi sözlər Orfoqrafiya lüğətində düzgün olaraq xoşbəxtlik, tələbəlik, müsəlmanlıq şəklində verilib.

Bu sözlərin əsasən şifahi nitqdə, bəzən də yazıda yanlış olaraq xoşbəxtçilik, tələbəçilik, müsəlmançılıq şəklində işləndiyini müşahidə edirik.

-çılıq⁴ şəkilçili bütün sözləri -lıq⁴ şəkilçisi ilə əvəz etmək mümkün olmur, çünki bu zaman sözün mənasında fərq yaranır.

Məsələn, əkinçilik sözü sənət, məşğuliyyətlə bağlı olduğu halda, əkinlik (ərazi) sözü əlamət, xüsusiyyət bildirir. Lakin biabırçılıq sözü biabır+çı+lıq şəklində kök və şəkiçiyə ayrılsa da, onu “biabırlıq” şəklində işlədə bilmirik.

Düşmənçilik, kasıbçılıq, nigarançılıq kimi sözlərdə isə -çılıq⁴ şəkilçisini hissələrə ayırmaq olmur, çünki ədəbi dilimizdə düşmənçi, kasıbçı, nigarançı sözləri yoxdur.

-lıq⁴ şəkilçisi -çılıq⁴ şəkilçisini o zaman əvəz edə bilir ki, bu və ya digər bir leksik vahidin ifadə etdiyi əvvəlki və sonrakı məna eyniyyət təşkil etsin: kasıbçılıq – kasıblıq, nigarançılıq – nigaranlıq, avaraçılıq – avaralıq və s.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələr – toplusu işıq üzü görüb.

“Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələrtoplusu işıq üzü görüb

“Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələr– toplusu “Mücrü” nəşriyyatında çapdan çıxıb. Topluya XX-XXI əsr çeçen şeirinin bütün ədəbi nəsillərini təmsil edən, hər bir müəllifdən bir şeir olmaqla 41 şairin əsəri daxil edilib. Şeirlərin dilimizə tərcüməçisi, eyni zamanda antologiyanın tərcüməçisi və son sözün müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğludur. O bildirib ki, toplu Azərbaycan Yazıçılar Birliyinin nəşridir, Birliyin Çeçenistan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı çərçivəsində hazırlanıb: “Məryəm İsayeva, Məhəmməd-Salah Qadayev, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Arbi Mamakayev, Məhəmməd Sulayev, Əhməd Süleymanov, Zayndi Mütəllibov, Xasməhəmməd Ədilov, Raisa Əhmədova, Şayxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Səid Qatsayev, Adiz Kusayev, Eduard Mamakayev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev, Əlvədi Şeyxiyev, Qafur Əliyev, Elman Yusifov, Tovuz İss, Albert Məhəmmədov, Əbdülhəmid Xatuyev, Leça Abdullayev, Yusif Yarəliyev, Ruslan Yusifov, Xocbaudi Borhacıyev, Süleyman Hacı-Autayev, Bana Qaytukayeva, Ömər Saiyev, Adəm Əhmətukayev, Şərif Suruyev, Sulim Mahəmmədov, Aslambek Tuquzov, Lyuba Arsaliyeva , İnqa Hayauri və Əsəd Xaliqova kimi tanınmış çeçen şairlərinin müxtəlif mövzulu şeirləri topluya daxil edilib. Kitabın redaktoru “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli, naşiri Müşfiq Xan, dizayneri Cavid Kişiyev, məsləhətçilər tanınmış çeçen alimləri Tamara Avtayeva və Raisa Buralova, korrektoru Gülzar Vaqifqızıdır. Mətnlərin nəşrinə icazə və müəlliflik hüququ ilə bağlı məsələlər Çeçenistan Yazıçılar İttifaqı tərəfindən həll edilib. Biz kitabın hazırlanmasında istedadlı çeçen rəssamları Ruslan Yakixanovun, Məhəmməd Zakriyevin işlərindən istifadə etmişik. Mən bu əməkdaşlığa görə, universitetin rektoru cənab İsmayıl Bayxanova və İttifaqın sədri cənab Aləməhəd Yelsayevə, rəssamlara, bütün yaradıcı heyətə, eləcə də kitabın redaktoruna, məsləhətçilərə, naşirə, zəhməti keçən hər bir şəxsə təşəkkür edirəm. Və əlbəttə ki, kitabın nəşrindəki dəstəyinə görə iş adamı Süleyman Muradlıya xüsusi minnətdarlığımı çatdırıram, çox sağ olsun.
Poeziyadan danışarkən şeirin xalqın mənəvi tarixi olduğunu deyirlər. Onda bu toplu Azərbaycan oxucusuna çeçen poeziyası və çeçen xalqının mənəvi tarixi ilə tanış olmaq üçün bu həcmdə ilk fürsət olacaq…”

YAZARLAR.AZ olaraq,  SƏLİM müəllimi, eyni zamanda bütün kitabsevərləri bu mühüm ədəbiyyat hadisəsi münasibətilə təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tələbə Yulian Semyonovun şəxsi məsələsi – 1951.

1951-ci ildə “həkimlərin işi” adlı qondarma məsələ ortaya çıxarıldı.”Gözü dörd olan”lardan kimsə institutumuzun tələbələrindən birinin damğalanmış həkimlərdən biri ilə qohumluq əlaqəsində olduğunu üzə çıxarmışdı.Bu məsələyə münasibət o dəqiqə bildirildi.Partbüro və komsomol bürosu tərbiyəvi məqsədlə “açıq” müzakirə təşkil elədilər.

Gündəliyinə :”Tələbə Yulian Semyonovun şəxsi məsələsi” – daxil edilmiş komsomol yığıncağına bütün institut -müəllimlər və tələbələr toplaşmışdı . Rayon partiya və şəhər komsomol təşkilatlarının nümayəndələri də dəvətli idi. Ağzınacan dolmuş zal arı pətəyi kimi uğuldayırdı. Öz aralarında xısın-xısın danışan tələbələr yoldaşlarının vəziyyətinə acıyır, daha diribaşları isə anlayırdılar ki, bu yazıq bütün ölkədə “qırılan meşə”nin kiçik bir “talaşa” sıdır. Rəyasət heyətində əyləşmiş “meşəqıranlar”ı mühakimə etdikləri tələbənin nə bilik və bacarığı,nə dərsə davamiyyəti , nə də insani keyfiyyətləri marağlandırırdı. Onun taleyinə acıyan da yoxdur. Onların qarşısındaki, büllur kimi təmiz komsomolçu gənclər arasında yeri olmayan “xalq düşməni”-nin oğlu iclasa toplaşmış kütləni qorxutmaq aləti idi.

Çıxışçılar bir-birinin dalınca əzbərlədikləri ittihamedici və ifşaedici sözləri təkrarlayıb,axırdada: “Belələrinə komsomolda yer yoxdur!”, “Tələbə adına layiq deil!”,”Utanırıq ki,aramızda…”- deyib əyləşirdilər.Təhqiramiz və alçaldıcı söz yağışından qıpqırmızı qızarmış Yulian ümidlə zala baxır,neçə vaxtdan bəri bir yerdə olduqları , kasıb tələbə tikəsini böldükləri,imtahana birlikdə hazırlaşdıqları , şeir oxuduqları, zarafatlaşdıqları ,sevindikləri,dostlarından kiminsə durub məruzəçilərə etiraz edəcəyini onun düşmən yox,adi sovet gənci olduğunu soyləyəcəyini gözləyirdi.

Sifətlər necə də dəyişmişdi! Bəziləri təmamilə yadlaşmış, bir başqaları nəzərlərini bicliklə qizlədir, onu yaxşı tanıyan qocaman sayseçmə müəllimlər isə dişlərini bir-birinə sıxıb , sadəcə olaraq baş verənlərə tamaşa edirdi.Yalnız bir neçə nəfər onun halına acıyaraq günahkarcasına üzünə baxırdı.İclasın sonluğu məlum idi- xaric etmək!
Həmin gün Ziya təsadüfən instituta gəlmiş və auditoriyaları boş görərək təəccüblənmişdi. Ona demişdilər ki, hamı Yulian Semyonovun taleyinin həll olunduğu zala toplaşıb.Ziyanın bütün həyatı boyu öyrənmədiyi bir şey vardı – laqeyd qalmaq! O bu sözləri eşidəndə barıt kimi partlamış , ədalətsizliyin qarşısını almaq üçün özünü təcili olaraq zala yetirmişdi. Vaxta qənaət məqsədi ilə yan qapıdan rəyasət heyətinə , oradanda kürsüyə yönəlmişdi. Onu görəndə zala sükut çökdü.Keçmiş komandirin xasiyyətini çoxları yaxşı bildiklərindən hamı donub onun nə edəcəyini gözləyirdi.

-Nədir,sizin burda qurduğunuz?! İclas, yoxsa məhkəmə?! – deyə qışqırdı. Hirsindən Ziyanın “sözə baxmayan” saçları dağıldı.Sonra da sərt bir hərəkətlə əlini təəccübdən donub qalmış Yuliana tərəf uzadıb soruşdu :

-Kimdir burda düşmən? O??! Siz özünüz indiyə qədər əsl düşmən görmüsünüz?! Sizdən soruşuram!

Rəyasət heyəti bir-birinə dəymişdi.Onlar Ziyanın döşündə parlayan Qəhrəman ulduzuna baxıb , nə haqdasa xısınlaşdılar.

-Onun günahı nədir? Özünüz hamıdan yaxşı bilirsiniz ki,oğul ataya cavabdeh deyil ! Bəs onda gəncin həyatını niyə sındırırsınız? Bacarıqlı və istedadlı tələbədir.Qoyun təhsilini başa vursun,bəlkə o,ölkə üçün başqalarından daha xeyirli olacaq.Ona inanmırsınızsa,mənə- Sovet İttifaqı Qəhrəmanına inanın. Mən zəmanət verirəm.
Zalda razılıq nidaları eşidildi.Əl çalmağa başladılar.,kimsə: “Ura” – qışqırdı.Bəzən bir söz də fədakarlıq olur.Ziyanın çıxışı düşünülmüş ssenarini dəyişdi.Belə sonluğu heçkim , hətta Yulian Semyonov gözləmirdi.Bu,dar ağacına aparılan müttəhimin son anda gözlənilmədən bağışlanmasını əks etdirən filmin kadrlarını xatırlatdı. Həmin dəqiqələr Yuliana baha başa gəlsə də , ona gələcək bəhş eləmişdi.Ziya bədbəxt edilməkdə olan insana əl uzatmış,düşdüyü dəhşətli vəziyyətdən çıxmaqda ona kömək olmuşdu.Lakin Yulian Semyonov bu iclas haqqında mətbuata söz açana qədər Ziya heçkəsə bu barədə bircə kəlmə də danışmamışdı.

Məhz həmin olay Ziyanı və Yulianı uzun illərin dostu elədi.Bu möhkəm,səmimi və sədaqətli – əsl kişi dostluğu idi.
Ziya Bünyadov ona yardım əlini uzatmasaydı, yəqin ki , əfsanəvi “Baharın 17 anı” filminin müəllifi də olmazdı.

У истоков дружбы Зии с Юлианом Семеновым был интересный случай. В 1951 году возникло пресловутое «дело врачей». И кто-то в институте обнаружил родственные связи между студентом Юлианом Семеновым и одним из заклейменных врачей. Вскоре на комсомольское собрание было выдвинуто персональное дело студента Семенова. Выступающие сменяли друг друга, повторяя заученные обвинительные речи с одинаковой концовкой: «Таким не место в комсомоле», «Не достоин быть студентом», «Нам стыдно что он учится среди нас». Раскрасневшийся от потока оскорбительных и унизительных слов, Юлиан смотрел в зал в надежде, что хоть кто-то заступится за него. В тот день Зия случайно зашел в институт и удивился пустым аудиториям. Ему сказали, что все в зале, на собрании, на котором решается судьба Юлиана. Зия вбежал через боковую дверь прямо на сцену, где восседал президиум: «Вы что здесь устроили!? Собрание или судилище?! Кто здесь враг?! Вы врагов-то настоящих видели?!» Наступило замешательство. Многие кидали растерянные взгляды то на грозное лицо Зии, то на его Звезду Героя. «Его вина в чем? Сами знаете, что сын за отца не в ответе. Так стоит ли парню жизнь ломать? Он способный и талантливый студент, дайте ему возможность доучиться, может быть он больше пользы принесет, чем кто–то другой. Не верите ему, так поверьте мне – Герою Советского Союза, я ручаюсь за него!» В зале раздались одобрительные возгласы, стали хлопать, кто-то крикнул «ура». Такой концовки не ожидал никто, тем более Юлиан Семенов. Эти минуты многого стоили Юлиану, но они дали ему путевку в будущее. Не протяни Зия ему руку, может, и не было бы автора гениального фильма «Семнадцать мгновений весны».

Mənbə: Ziya Bünyadov

ZİYA BÜNYADOV HAQQINDA


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuzə Məmmədli: – Yuxu.

Yuxu

Darvazanın aralı qalmış qapısından həyətə bir uşaq əli uzanmışdı. Çirkli, tozlu, paıçıqlı bir əl. Uşaq özü görünmürdü. Qalmışdı darvazanın çöl tərəfində. Yaxınlsşdım. Uşağın çəlimsiz barmaqlarından tutub əlini özümə tərəf çəkdim. Çəkdi əlini. Qapını açdım. Saçı, başı, üzü, gözü toz torpaq içində, qartmaq bağlamış saçları qara rəngli çöhrəsini örtmüş 3-4 yaşlarında bir körpə. Ayaq üstə güclə dururdu. Cır-cındır içində əsir…”Buna pul versəm, gedib nəsə almağa da çətinlik çələcək. Bəlkə yemək verim. Bir dəfə yeməklə yaşamaqmı olar?! Daha düşünmək vaxtı deyildi. Uşağın qolundan tutub həyətə çəkdim. Yanımca əsə-əsə yeriyirdi. Hardan gəlib çıxıb bira? Bu ki ayaq üstə dura bilmir. Həyətdə tut ağacının kölgəsindəki yemək stolunun arxasında əyləşdirdim. Tələsik qarşısına çörək, bir-iki şirin qoğal, qaymaq, şirinçay düzdüm. Doğranmış çörək dilimləri. ilə qaymağı sıyırıb ağzına basır və tələmtələsik çeynəyib udurdu. Beləcə yeməyini bitirib ayağa qalxdı. İki əlini sinəsinə qoyub baş əydi. Təşəkkür edirdi. Getmək istəyəndə çiyinlərindən tutub ona doğru əyildim. “Anan varmı?” soruşdum. Başını buladı.”Bəs atan?” yenə başını buladı. Və dolmuş gözlərini göyə zilləyib yerində dondu. Bir anlığa fikir məni çulğadı. Bu uşağı götürüb saxlasam, bir yandan polis, o biri yandan mediya …Hardandı? Kimin uşağıdı? Oğurlamısan?.. Gəl indi bunları inandır. İnanmasalar, ciblərini gör ki, səndən əl çəlsinlər…Yox… Bu vəziyyıtdə küçəyə atmaq da olmaz. Uşağın əlindən yapışıb birbaş vanna otağına apardım. Kirli paltarları birdəfəlik əynindən sıylrıb zibil qabına tulladım. Uşağı vannaya salıb əvvəlcə qartmaq bağlamış saçlarını qayçıladım. Sonra yaxşı-yaxşı yuyundurdum. Birdən ağlıma gəldi ki, bu uşaq bir kəlmə də olsun danışmayıb. Bəlkə laldı. Suallarıma da başı ilə cavab verdi. Adını soruşdum. Susdu. Uşağı iri hamam dəsmalına büküb öz yataq otağıma apardım. O otağa ki, orada heç vaxt heç bir körpənin yatmadığı uşaq çarpayısı vardı. Uşağı çarpayıya uzandırdım.Üstününə isti odeyal çəkdim.”Yat, yuxula, mən gedib sənə paltar alım” deyib çıxdım. Qapını eşikdən bərk-bərk bağladım. Kəndin o biri bsşındakı mağazaya yönəldim. Uşağın yaşına, boyuna uyğun paltarlar seçib aldıqca satıcı ” kimə alırsan? Qardaşın uşağına? bacın uşağına?” deyə cavab almasa da, suallar yağdırmaqda davam edirdi. Paltarları götürüb, fikrimcə məni gözləyə-gözləyə yuxuya getmiş “qarabalanı” sevindirməyə tələsdim. Evə çatıb yataq otağının qapısını açdım və çarpayıya tərəf qaçdım. Matım-qutum qurudu. Çarpayıda yatmış qoyub getdiyim uşaq yoxa çıxmışdı. Necə oldu bu?Qapı da bağlı. Buxarlanmadı ki. Odeyalı qaldlrdım. Orada uşaq əvəzinə, balaca bir pişik balası yatırdı. Bərk qorxdum. Həm də içimdəki heç vaxt böyümək istəməyən uşaq heyrətdən çığırdı. Bu çığırtıya yuxudan ayıldım.
Demə, bütün bunlar yuxu imiş…

Müəllif: Firuzə MƏMMƏDLİ

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dekartın fəlsəfə ağacı

Dekarta görə, fəlsəfə “kökləri metafizika, gövdəsi fizika, budaqları tibb, mexanika və etika olan bir ağac”dır. Fəlsəfə ağacı da adlandırılan bu təsnifat Kartezyen ənənənin və dolayısı ilə müasir fəlsəfənin elmi paradiqmasını simvolizə edir. Dekart “Metod haqqında müzakirə” (“Discourse on Method”) əsərində ağacın gövdəsi və budaqlarının insan biliyinin strukturunu təmsil etdiyini bildirir. Köklər düzgün biliyə çatmaq üçün əsas anlayış və prinsiplərdir. Gövdə əsas bilik sahələrindən ibarət məntiqi quruluşdur. Budaqlar isə əsas bilik sahələrindən əldə edilən digər bilik sahələrini təmsil edir.
Dekart iddia edirdi ki, fəlsəfə həqiqi biliyə çatmaq üçün bu ağacın budaqlarından keçməlidir. O, ağacın budaqlarına yaxınlaşdıqca həqiqi biliyə çatmaq üçün dörd qayda müəyyən etdi: 1.Skeptisizm prinsipi 2.Təhlil prinsipi 3.Sintez prinsipi 4.Saysızlıq prinsipi.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru