www.bitik.az tərəfindən yazılmış bütün yazılar

BAKININ FƏVVARƏLƏR MEYDANININ “PARAPET” ADI HANSI MƏNADANDIR?

BAKININ FƏVVARƏLƏR MEYDANININ “PARAPET” ADI HANSI MƏNADANDIR?
(Əsl bakılılar bu bağa “Parapet bağı” deyirlər.)

Bu gün Bakı şəhərində öz gözəlliyi ilə insanı məftun edən Fəvvarələr Meydanı şəhərin köhnə meydanlarından biridir.Onun görünüşü şəhərimizin və xarici turistlərin nəzərini cəlb edir və bura bir turistik məkana çevrilmişdir.
Parkı gəzərkən ətrafımda gəzişən bir uşaq anasından xəbər aldı ki, “ana bura niyə Parapet bağı deyirlər?”Anası uşağa cavab verə bilmədi və “biz belə eşitmişik” cavabını verdi.
Bu gün mövcud olan istər toponimik, istərsə də tarixi adların öyrənilməsi dilçilik elmindən keçir.Həm toponimik adlar, həm də tarixi adlar insan təfəkkürü ilə yaranmışdır.Söz yaradıcılığının sütunu insanın təfəkkürüdür.Nominativlişmiş sözlər insan zəkasının məhsuludur.Əgər söz varsa orada dilçilik faktoru mütləqdir.
Bakının Fəvvarələr Meydanının tarixi “Parapet” adının öyrənilməsi dilçilik baxımından çox vacibdir.Bu adın bu günə qədər öyrənilməməsi bəzi jarqon mənşəli mənaların meydana gəlməsinə səbəb olmuşdur.Məhz bu məndə təəssüf hissi oyadır.Uşağın verdiyi suala nəinki tək onun anası, heç dilçiliklə məşğul olanlar da cavablandıra bilməmişlər.Bu nə vaxta qədər davam edəcəkdir?
Keçək “Parapet” adının semantik etimologiyasına.(Onsuz da bu suala cavab verən olmayacaq.)
Tarixi məlumatları təkrar etmək məqsədim yoxdur.Ancaq tarixi məqamlar dilçilik aspektinə böyük cığırlar açır.Tarixi məlumatın birində deyilir ki, “1920-ci ildə Sovet dönəmində bağın “Günəşli meydan” adı “Marks bağı” adlandırıldı, bağ yaşıllaşdırıldı və orada daha parad keçirilmədi.Paradlar əvəzinə sovet tədbirləri və teatrların açıq havada tamaşaları, siyasi çıxışlar keçirilirdi.
Bu tarixi mətndə “parad” sözü nəzərimi cəlb etdi və adın öyrənilməsinə düzgün istiqamət oldu.
“Parapet” sözünün 1-ci hecası latın mənşəli dillərdə olan “parade” sözü dilimizdə “rəsmi keçid, nümayiş” kimi mənalanır.
Sözün 2-ci hecası “pet” sözü latın mənşəli dillərdə “pedestrian, a pied, a piedi, in pede” və s. kimi “piyada” mənasını bildirir.
Həqiqətən də bu meydanın həm nümayiş məqsədli və eyni zamanda şəhərin digər küçələrinə keçid kimi funksiyası olmuşdur.
“Parapet” meydanının adı geniş mənada “nümayiş və keçid” meydanı mənasını daşımışdır.
“Parade” sözü latın mənşəli söz olsa da, Oxford lüğəti bu adı heç bir izahlı lüğətində aça bilməmişdir.Bunun səbəbi dünya dilçilərinin (lüğətçilərin) Fironizm dilçiliyindən xəbərlərinin olmamasıdır.Təəssüf ki, bu mənzərə bu günə aiddir.
“Parade” sözü fironizmin leksikasıdır.Latın dilindəki, “pare” sözü qibti dilindəki “fərr” sözündəndir.Dilimizdəki ərəb mənşəli “feil” sözü də “hərəkət” mənasını bildirir.”Hərəkət” sözü də qibti mənşəli olub, “Hor” tanrısının adından yaranmadır.
Sözün tarixi semantikası Fironla bağlıdır.Firon Musanın adamlarını “Günəş Tanrısına” biət etmədikləri üçün onları Misirdən qovmuşdur.Lakin Musanın adamları Fironun qisasını duyaraq onlar yol boyu piyada qaçmışlar.”Parade” sözü Fironun dövründən latın dilinə Fironun adının “far” şəklindən “par” şəklini almış yüzlərlə adlarından biridir.
Bu gün moda sərgilərinin nümayiş etdilməsinə ingilis dilində “fair” deyilir.Bu sərgidə geyimləri yeriyərək nümayiş etdirirlər.(Görəsən dünyanın ən varlı milyarder modelyerləri bu sözün mənasını bilirlər?)
Ingilis dilində “fare” sözü “gediş haqqı”; arxaik mənada “səyahət etmək” kimi mənalanır.(Ingilislər bunu haradan bilərlər?)
Hətta ingilis dilində olan “following” -“ardınca getmək” sözü də buradandır.(Sözdə r-l samit əvəzlənməsidir.)

“Qaçmaq” sözü istər latın mənşəli olsun, istər Qədim Oğuz mənşəli dillərdə eyni paralellikdədir.Yəni latın mənşəli dillərdə “pair”-“qoşa” sözü və oğuz dillərində “qoşa” cüt mənasında “ayaq” mənasını bildirir.
Maraqlıdır, dilimizdə olan “piyada” sözü yəqin ki, yunan-roma dövründən dilimizə keçmədir.Rus dilindəki “пешком” sözü də buradandır.
Ərəb dilindəki “fərari” – “qaçqın düşmək” sözü də fironizmlə bağlıdır.
Araşdırmadan aydın olur ki, “parad” sözü həm semantik, həm də tarixi mənada fironizmdən gəlir.Onun tarixi terminologiyası Fironun keçirdiyi müxtəlif tədbirlərin nümayişlərindən formalaşmışdır.Rus dilindəki “парадный” sözü də “keçid” mənasındadır.”Keçmək” sözü də dilimizə “qoşa” sözündən törəmədir.Sözün ən ilkin mənası “qoç” inamından yaranmadır.Yəni “qoç” inancımızın “qoşa buynuzlu” olmasından yaranmadır.Yəni ayağın qoşa olması(iki).Əslində bizlərə verilən “köçəri” adı bizim inancımızın adı olan “qoç+lar” terminin təhrif olunmuş nominatividir.
Tarixdəki “ağ qoyunlular” və “qaraqoyunlular” soyları da “qoç” heyvanının adı ilə tayfanın inanc adı ilə adlanmasındandır.
Latın mənşəli dillərdə “keçmək” sözü də türk dillərinin paralelliyindədir.”Cross” sözü bu gün də idman yarışlarının bir növü kimi adlanır.”Cross” sözünün özü Latın dilindəki “cornu”-“buynuz” sözündəndir.Yəni dilçilərin aça bilmədiyi C+C –dir.Ayağın qoşa(iki) mənasındandır.Türklərin “koşmak” sözü daha əski türk formasını özündə saxlamışdır.
Nəticə olaraq “PARAPET” sözünün əsl mənası dilimizdə olan onun jarqonik mənadan təmizlənmiş “Nümayiş keçidi, rəsmi keçid” mənası daşıması dilçiliyin tarixi və müqayisəli təhlili əsasında ən doğru yekunudur.
P.S.Hərdən fikirləşirəm “yazım, yazmayım?”Mənə elə gəlir ki, “yazmaq” yaxşıdır.”Oxumaq” olsa daha da yaxşıdır.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kainatda bu qədər parlaq ulduz varsa, niyə gecələr səma qaranlıq olur?

Kainatda bu qədər parlaq ulduz varsa, niyə gecələr səma qaranlıq olur?
Bu sualın cavabı açıq görünə bilər: gecələr qaranlıq olduğu üçün səma qaranlıqdır. Ancaq əslində hər şey o qədər də sadə deyil.

Gəlin ondan başlayaq ki, hətta gündüzlər də səmamız yalnız atmosferə görə mavi olur. Əgər atmosfer olmasaydı, Günəşin işığına baxmayaraq, gündüzlər də səma qaranlıq olardı. (Aydakı kimi, atmosferin olmadığı yerdə). Kosmos özlüyündə qaranlıqdır, bəs niyə? Axı o, sözün əsl mənasında ən parlaq ulduzlarla doludur? Kainat sonsuzdursa və parlaq ulduzlarla doludursa, gecə niyə səma qaranlıq olur?

Bu sualı ilk verən riyaziyyatçı Yohan Kepler olub. Fizik və astronom Qalileo Qaliley teleskopdan istifadə edərək adi gözlə görülməyən ulduzların olduğunu sübut edib. Kepler təklif edib ki, sıx bir meşədə dayanarkən yalnız ağacları tamamilə dayanmış görürüksə, Kainatı öyrənərkən də, bütün ulduzları görməliyik və kosmos onların işığından parlaq olmalıdır.

Keplerin fərziyyəsi bir ulduzun sonsuza qədər yanması və kosmosa sonsuz miqdarda işıq buraxması faktına əsaslanırdı. Amma bu belə deyil. Əslində, ulduzlararası məsafələr o qədər böyükdür ki, kainatdakı bütün ulduzlar bütün enerjilərini ulduz işığına çevirsələr belə, bütün kosmosu işıqla doldursalar və beləliklə də Yerin gecə səmasını işıqlandırmaq kifayət etməyəcək.

Onu doldurmaq üçün çox az su olan nəhəng bir vanna kimi düşünə bilərsiniz. Ulduzların sadəcə olaraq, bütün Kainatı işıqla doldurması üçün kifayət qədər enerjisi yoxdur, buna görə də kosmos qaranlıq görünür. Alimlər bu faktı, mövzunu 1826-cı ildə geniş elmi dairələrdə ilk dəfə qaldıran alman astronomunun şərəfinə Olbersin paradoksu adlandırırlar.

Bundan əlavə, uzun müddətdir ki, elm adamları arasında bir inam var idi ki, əksər ulduzlar “qırmızı cırtdanlar” olduğundan (və bütün ulduzların təxminən 70% -i) gecə səmasının qırmızı rəngdə olması lazımdır, lakin bu da yanlış çıxdı. 2002-ci ildə 200 min qalaktikadan gələn işığı təhlil edən Cons Hopkins Universitetinin (ABŞ) alimləri Kainatın orta rənginin solğun yaşıl olduğu qənaətinə gəliblər. Lakin bir müddət sonra dəqiqləşdirilmiş hesablamalar göstərdi ki, əslində Kainatın rəngi boz-qəhvəyi rəngə daha yaxındır.

Mənbə: Esmira Şükürova

ESMİRA ŞÜKÜROVANIN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Yaxşı qan üçün süfrədə olması lazım olan yağlı qidalar

Yaxşı qan üçün süfrədə olması lazım olan yağlı qidalar

Həkimlər yaxşı qan üçün süfrədə hansı qidalar olmasını açıqlayıb. Mütəxəssislərin fikrincə, pəhrizinizə bir neçə qida, o cümlədən yağlı qidalar daxil etməklə qanın “tərkibini yaxşılaşdıra” bilərsiniz.

Dəmir ehtiyatlarını bərpa etmək üçün (orqanizmin qırmızı qan hüceyrələrinin – eritrositlərin əmələ gəlməsi üçün zəruri olan mikroelement) qırmızı ətdən imtina etməmək tövsiyə olunur.

Həkimlər xatırladıblar: “Ətə sıx qırmızı rəng verən heyvan hemoglobinin tərkibindəki böyük miqdarda dəmirdir.

Dəmir tərkibinə görəgörə, liderlər arasında heyvan mənşəli məhsullar da var. Yeri gəlmişkən, mal qaraciyərində mal ətindən daha az yağ var. Ancaq yadda saxlamağa dəyər ki, malın iç orqanları yüksək xolesterollu bir qidadır, buna görə də xidmət ölçüsünə nəzarət etməlisiniz, həmçinin həkiminizin mümkün əks göstərişlərini nəzərə almalısınız.

Toyuq və bildirçin yumurtaları da yaxşı dəmir mənbəyidir.

“Onlar həm də maqnezium, doymamış yağ turşuları və vitaminlərin etibarlı tədarükçüsüdür” həkimlər deyir.

Yaxşı qan üçün ətdən daha çox dəmiri olan orqanlar:
Mütəxəssislər mal ürəyi yeməyinə xüsusi diqqət yetirməyi məsləhət görürlər.
Ürəkdə mal ətindən altı dəfə çox B vitamini olduğu, bir yarım dəfə çox dəmir olduğu aydınlaşdırılıb. Buna görə də, bu cür qida bədənin qırmızı qan hüceyrələrini (eritrositlər) istehsal etməsi üçün, lazım olan dəmir ehtiyatlarını bərpa etməyə kömək edəcəkdir.
Qaraciyərdə çoxlu dəmir, vitamin B12 (anemiyanın qarşısının alınması və müalicəsi üçün vacibdir) var.
Yumurtanın müntəzəm istehlakının xolesterolun artması riski ilə əlaqəli olduğuna inanılır. Son araşdırmalar göstərib ki, “pis” xolesterol səviyyəsinə yumurtanın özü deyil, onları nə ilə yediyimiz təsir edir. Məsələn, kolbasa və donuzla. Kardioloq, tibb elmləri namizədi Anna Koreneviç qeyd edib. Ancaq hər şeydən istifadə etdikdə, həddi və nə vaxt dayanacağını bilmək lazımdır.

Həkimlər qeyd ediblər ki, balıq zəngin dəmir, yod və bir çox vitamin mənbəyidir. İspanağa da yaxından nəzər salmağa dəyər. İspanaqda olan dəmir (digər bitki qidalarından fərqli olaraq) yüksək konsentrasiyaya malik C vitamini sayəsində daha yaxşı sorulur. Həmçinin şokoladdan miqdarında istifadənin də orqanizmə xeyri var.

Mənbə: Esmira Şükürova

ESMİRA ŞÜKÜROVANIN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Sumqayıtda Elçin Səlimli “Görüşünə gəlmişəm” adlı yeni kitabını təqdim edib.

Bugün – 21.04.2024-cü il tarixində Sumqayıt şəhər Tarix Muzeyində AYB-nin üzvi, “Qızıl Qələm” media mükafatçısı şair, publisist Elçin Səlimlinin yeni çapdan çıxmış “Görüşünə gəlmişəm” adlı kitabının təqdimatı oldu.
Təqdimatda ilk öncə torpaqlarımız uğrunda dünyasın dəyişən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Elçinin yaradıcılığı haqqında müzakirələr oldu .
İradə xanım təqdimat iştirakçı şairlərə söz verdi. Çıxışlarda şairlər Elçin müəllimin şeirlərindən parçalar söylədilər və yaradıcılıq uğurları arzu etdilər. Elçin Səlimli “Görüşünə gəlmişəm” adlı kitabını gələn qonaqlara öz imzası ilə hədiyyə etdi. Elçin Səlimliyə yaradıcılığında uğurlar arzu edirik .
Möhtəşəm tədbirdən fotolar:

Təqdim etdi: LEYLİ NUR NOVRUZOVA

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Təranə Dəmir – İbrətamiz.

** ** **

Anam bu dünyadan köç edəndən sonra
başa düşdüm ki, məzarlıqda bir şəhər adam varmış sən demə.
Gördüm ki, dayanıb səbirsizliklə sahibini gözləyən qapıya bənzəyir burda qəbirlər.
Ayaqları torpaqdan, baxışları yoldan asılan
Körpə qəbirlər, qoca qəbirlər,
Ana qəbirlər, ata qəbirlər.
Bəzilərinin ətrafında əl ələ verib keşik çəkir
Daş hasarlar, dəmir çəpərlər.
Bəzilərinin yanı, yörəsi boşdu hələ.
Hər yandan üzünə yorğun-yorğun
baxır ot basmış köhnə ləpirlər.
Təzələrinin üstü-başı yaşdı hələ.
“Burda ölülər adamı yanıq qoxusundan,
Bir də ölüm qorxusundan tanıyır”.
Kimdənsə eşitmişəm,
Ya hardasa yazılıb…
Ölülər durub qaçar deyə
Məzarlığın girişindən yekə qıfıl asılıb.

** ** **


Hardasa bayquş ulayır bir ümidin xarabalığında ,
Kimsə daş atır gecəyə,
Bayquşun səsi çiliklənib tökülür dünyanın başına.
Tanrı gördümü?
Görəsən kim düşdü bayquşun qarğışına?

** ** **


Bu sevgi ölümdən keçib,
Təzədən bir də doğulub.
Göyün üzündə əkilib,
Qayıdıb yerdə doğulub.

Yanıb, kül olub odunda,
Külündən keçib qayıdıb.
Min yol şeytanın , iblisin
Feilindən keçib, qayıdıb.

Bu sevgi qandan, qadadan,
Bu sevgi zülümdən gəlib.
Göy yarılıb, göydən düşüb,
Tanrının belindən gəlib.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Çingiz Abdullayev: – Mən dünyamı dəyişmişdim…

Mən dünyamı dəyişmişdim. Bu, mənim adi, cansıxıcı hekayəmin xülasəsi deyil. Aprelin 6-na keçən gecə və mənim yubileyim günü – aprelin 7-də mənim başıma gələn hadisədir. Mən dünyaya yenidən gəldim. Ölümü necə ifadə etmək olar? Əgər insanın bütün daxili orqanları eyni vaxtda öz fəaliyyətini itirirsə, tənəffüs dayanırsa, ürək döyünmürsə, demək insanın həyatı sona yetir. Belə bir komanın və ya kliniki ölümün bir neçə dəqiqəsi insanı “tərəvəzə” çevirir. Həkimlər məni o biri dünyadan geri qaytardılar. Allahın mənə rəhmi gəldi, bəlkə də qərara gəldi ki, mənim üçün hələ tezdir, məni geri qaytardı.
Bu iki gündə öz doğmalarıma, yaxınlarıma necə acılar yaşatdığımı sözlə ifadə etmək çox çətindir. Bu günlər ərzində mənə görə narahat olan çox hörmətli Prezident cənab İlham Əliyevə, bütün dostlarıma, oxucularıma, məni sevənlərə öz dərin təşəkkürümü bildirirəm. Hamıya cansağlığı arzulayıram. Sizin mənə qarşı olan sevginizi hər zaman doğrultmağa çalışacağam. Mən o biri dünyanı görüb qayıtmışam, artıq heç nədən qorxmuram. Bir dəfə “dünyasını dəyişən” insan ikinci dəfə həyatını itirməkdən qorxmur. Bizim hər birimizin öz alın yazımız var. Şəkildə gördüyünüz ağxalatlı xilaskarlarım məni həyata qaytardılar. Hər şeyə görə onlara təşəkkür edirəm. Я умер.Нет. Это не прозаическое резюме моего повествования.Это то, что со мной произошло.В ночь на 6 апреля и в течении дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти, превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить какую боль я причинил в эти несколько дней своим близким, своим родным. Хочу поблагодарить всех! Моего Президента, всех друзей,знакомых , читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот,кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверно у каждого из нас свой срок. Сегодня я вышел из больницы.На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!

Müəllif: Çingiz ABDULLAYEV

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

20 aprel Qulu Ağsəsin doğum günüdür!

Bu gün gözəl insan, sevimli şair Qulu Ağsəsin doğum günüdür!!! Ad günü münasibəti ilə Qulu müəllimi təbrik edir, Uca Yaradandan sağlıqlı uzun bir ömür və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun, Qulu  müəllim!!!

QISA  ARAYIŞ

Qulu Ağsəs  20 aprel 1969-cu ildə Ağdamda doğulub.

1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.

27 mart 2014-cü ildə “Ulduz” jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Vaqif Yusifli

Vaqif Yusifli

Filologiya elmləri doktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi Vaqif Əziz oğlu Yusifli 20 aprel 1948-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsi, Həsənəküçə məhəlləsində anadan olub.
Orta məktəbi Ərkivan kəndində bitirərək (1966), ADU-nun filologiya fakültəsində təhsil alıb (1967-1972). Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonunda, orta məktəblərdə, o cümlədən, Yeddioymaq kənd orta məktəbimdə dil-ədəbiyyat müəllimi işləyib.
1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olub, 1979-cu ilin oktyabr ayında “Müasir Azərbaycan nəsrində konflikt və xarakter” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından “Azərbaycan” jurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb. 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilib.
2002-ci ildən Ədəbiyyat İnstitutunda əvvəlcə 0.5 ştat vahidi ilə aparıcı elmi işçi kimi çalışmağa başlamış. 2014-cü ildən isə həmin institutda Tənqid şöbəsinə müdir təyin edilib. Baş elmi işçidir. İnstitutun doktorluq müdafiı şurasının üzvüdür.
2011-ci ildə “Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçilərdən biridir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 2000-ə qədər irili-xırdalı məqaləsi vardır. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınamışdır.
Məqalələri Azərbaycanın hüdüdlarından kənarda-Türkiyədə və Almaniyada da çap olunub.
2003-cü ildə Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb. Beynəlxalq Rəsul Rza və Məmməd Araz ədəbi mükafatı laureatıdır.”2018-ci ilin noyabr ayında Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tənqid və ədəbiyyatşünaslıq sahəsində uzunmüddətlin fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Kitabları:
“Nəsr, konfliktlər, xarakterlər” Bakı, 1986
“Məmməd Araz dünyası” Bakı, 1994
“Ərkivan və Ərkivanlılar” Bakı, 1996
“Ürəyimi sərdim günəşə” (monoqrafiya, F.Qocanın
yaradıcılığı) Bakı, 1997
“Tənqid yarpaqları” (məqalələr) Bakı,1998
“Karvanbaşı, yolun hayanadır” (məqalələr) Bakı, 1998
“Yollar hayana aparır” (məqalələr) Bakı, 1999
”Bu nə sehirdir belə” (Elçin haqqında əlli altı söz) Bakı,
1999
“Tənqid və bədii söz” (məqalələr) Bakı, 2002
“Tənqid də yaradıcılıqdır” (məqalələr) Bakı, 2003
“Yolayrıcı” (məqalələr) Bakı, 2004
“Fikrət Qoca-70 il” (monoqrafiya) Bakı, 2005
“Yaxşı ki sən varsan” (Musa Yaqubun yaradıcılığı) Bakı,
2007
“Sındır qəfəsi…” (məqalələr) Bakı, 2008
“Poeziyanın yolları və illəri-1960-2000-ci illər”
(monoqrafiya). Bakı, 2009
“Rəsul Rza və müasir Azərbaycan poeziyası”
(monoqrafiya) Bakı, 2010
“Şeirimizin Nərimanı” (monoqrafiya-N.Həsənzadənin
yaradıcılığı) Bakı, 2011
“Poeziya və zaman” (monoqrafiya) Bakı, 2012
“Ədəbi həyat” Bakı, 2014
“Ağacəfər Həsənli: Bu dünyanın şairi” Bakı, 2014
“Adil Cəmilin sənət yolu” Bakı, 2014
“Elçin İskəndərzadə 50” Bakı, 2014
“Bölgəllərdə ədəbi həyat” Bakı, 2018
“Şabranfa ədəbi həyat” Bakı, 2018.

Mənbə: Aztc.gov.az (tərcümə)

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MİLLİ BİRLİYİN ƏSASLARINA UYĞUN

Bir millət, iki dövlətin sözləri bir lüğətdə
Haccəttəpə Universitetində, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin tərtib etdiyi və son illər türk dilinin təsiri ilə Azərbaycan dilinə keçən xeyli yeni sözlərin də əlavə edildiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin geniş təqdimatı olub. Bu orfoqrafiya lüğəti Türk dünyasının ortaq ünsiyyət dilinin inkişafı və təbliğatı istiqamətində mühüm və nümunəvi bir addımdır.
Son illər Türkiyə ilə sıx əlaqələr nəticəsində işləklik qazanmış “çarşı”, “doğal”, “kürəsəl”, “seçmən”, “sınır”, “tutqu”, “uçaq” kimi sözlər bu orfoqrafiya lüğətində yer alır. Türkiyənin “Erkmen” nəşriyyatında işıq üzü görən kitab 904 səhifədən ibarətdir.

MİLLİ BİRLİYİN ƏSASLARINA UYĞUN
Təqdimat mərasimində çıxış edən lüğətin tərtib müəllifi, Azərbaycanın Xalq yazıçısı Afaq Məsud iki dövlətin birliyini nümayiş etdirən əsas atributlardan birinin məhz dil olduğunu vurğulayaraq bu lüğətin ədəbiyyatlarımızın daha rahat oxunması və anlaşılmasına kömək edəcəyini dedi: “Əvvəlki lüğətlərdə dilimizə müxtəlif xarici dillərdən keçmiş çoxlu söz yer alırdı. Yeni lüğəti hazırlayarkən onları təmizlədik, xarici sözlər öz ifadələrimizlə əvəzləndi. Lüğətdə türk dili ilə Azərbaycan dilinin ortaq ifadələri, unudulan qədim sözlər yer alır. Bu kitab dilimizin konstitusiyasıdır”. Türkiyədəki nəşrin ön sözünün müəllifi, görkəmli dilçi-alim, uzun illər Türk Dil Qurumuna sədrlik etmiş professor Şükrü Haluk Akalın lüğətin bütün Türk dünyası üçün bir örnək, nümunə olacağını qeyd edib: “Bu lüğətin ən mühüm xüsusiyyətlərindən biri başda Türkiyə olmaqla, türkdilli ölkələrdən Azərbaycan dilinə keçən sözlərin orfoqrafiya lüğətinə salınmasıdır. Bu vəsait Türk dünyasında ortaq ünsiyyət dilinin inkişafı və təbliği istiqamətində mühüm bir addımdır”.
“Yeni Şafaq” qəzeti, Türkiyə

Mənbə: Aztc.gov.az (tərcümə)

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (2)

Günlərdən Firudin İbrahimi.
(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizin, fədailərimizin ruhuna ithafən)

(Xəlil Rza Ulutürk və Əsgər Süleymaninin söhbətlərindən)

-Firudin İbrahimini 7 dəfə görmüşəm,-Süleymani bu cümləni deyəndə mən dəftər-qələm çıxartdım, bu görüşləri təfərrüatı ilə danışmasını xahiş etdim.
-Firudin İbrahimini ilk dəfə sərhəng (polkovnik) Zəngənənin mühakiməsində görmüşəm. Urmiyə faciəsini törədən, inqilabçılara qanlı divan tutan bir cəllad idi.Zəngənə çox savadlı və igid bir düşmən idi.6 dəfə mühakimə olunmuşdu.
“Bu sədr əsl İranlı deyil, məni mühakimə edə bilməz”
“Mən polkovnikəm, bu sədrin hərbi dərəcəsi məndən aşağıdır, məni mühakimə edə bilməz…”
Hər dəfə o, hakimlərə irad tutur, məhkəməni təxirə salırdı.Axırda milli dövlətin gənc prokuroru Firudin özü onu mühakimə etməli oldu.Yüksək elmi səviyyəyə, ali hüquq təhsili barədə diploma malik Firudinə heç bir irad tuta bilmədi.
Firudin mühakiməni azərbaycan türkcəsində olduqca ləyaqətlə, təmkinlə aparırdı.Üçüncü gün mütərcimlər gəldi.Sərhəng Zəngənə ilə birlikdə mühakimə olunan Rzaxan Dəhtir ağlayırdı.Zəngənə isə özünü şax aparırdı.
“Hər nə etmişəmsə, öz dövlətimin tutduğu müqəddəs yol naminə etmişəm”-deyirdi.
Etdiyi cinayətləri boynuna almayanda isə Firudin İbrahimi deyirdi: “Buyur, lentə bax” Sərhəng Zəngənənin cinayətləri lentə çəkilmişdi.Hakim, Əsgər və Qasım adlı 3 fədai qardaşı öldürəndə kiçik qardaş xahiş etmişdi ki, əvvəlcə məni öldürün, böyük qardaşımın ölümünü görməyim.Lakin faşistlər əvvəlcə böyük qardaş Hakimi, sonra ortancıl Əsgəri, axırda Qasımı öldürdülər.
Firudinin apardığı məhkəmədə Zəngənəyə ölüm kəsildi.Sonra 4 əsiri verib 24 inqilabçını xilas etmək zərurəti yarananda Milli Hökumətin pəncəsindən yaxa qurtara bildi.
-Bəs Firudini 2-ci dəfə harada görübsünüz?
-1946-cı ilin şəhrivər ayında, sentyabrın 2-də Azərbaycan Demokrat Firqəsinin yaranmasının elan olunduğu təntənəli gündə, Milli Məclisdə Pişəvərinin yanında.
Üçüncü dəfə Urmiyə məsələsini həll etməyə gedəndə.Urmiyədə çoxlu kürd yaşayır.Buranın kürd torpağı olduğunu iddia edən kürdlər Urmiyəni bizdən tələb edirdilər.
-Bəs Urmiyə məsələsini necə həll etdiniz?
-Kürdlərə çoxlu maaş təyin etdik, güzəştə getdik.Əslində, Urmiyə Azərbaycanın ən doğma, ən qədim yerlərindən biridir və kürdə aid olması bir xəyaldır.
Nərddə bir-iki dəfə udub-uduzandan sonra Məhəmməd Rza Pəhləvini adam yerinə qoymayan Stalindən danışırıq.
-Məhəmməd Rza Pəhləvi 1941-45 -ci illərdə sovet ordusunun İranda olması faktı müqabilində “torpaq basdı” haqqı tələb etdikdə Stalin deyir:
-Biz şaha deyil, İran xalqına borcluyuq.İran xalqı hakimiyyəti ələ alanda biz borcumuzu qaytararıq.
Xruşşovla ticarət əlaqəsinə girən indiki şah isə 11 ton yarım qızılla yüklənmiş vaqonları Culfada qəbul edir, kəllə qəndlə, qırmızı “Moskviç” və qeyri maşınlarla dolu vaqonları geri qaytarır.Həmin qənddən və maşından bakılılar istifadə etdi.İndiki şah ingiliscəni, fransızcanı mükəmməl bilən hiyləgər adamdır.Baş nazir Mənsur onun tapşırığı ilə öldürüldü.Şah bununla 2 hədəfi vurdu.Əvvələn, o, rövşən fikirli, 41 yaşlı baş naziri öldürməklə Naser tərəfdarı olan “Fedaiyan İslam” partiyasına və onun liderlərinə qarşı nifrət oyatmaq istədi.İkincisi, şahın hüquqlarını məhdudlaşdıran və yeri gəlsə, onu ləğv etmək qüdrətində olan “İrani nəvin” partiyasının əl-ayağını yığmaq istədi.
-Yəni İranda Naser tərəfdarı belə güclüdür?
-Əlbəttə, Naser İslam imperiyası yaratmaq istəyir.Buna qoşulanlar az deyil.Hacı Molla Kərim İraqi kəfən geyinib irəli çıxanda şah öz qərarını ləğv etməyə məcbur oldu.Dinin hökmünə bax.Şah hiyləgərdir.Nüfuzlu bir Təbrizlinin qızını alıb ki, Azərbaycanı əldə saxlaya bilsin.Fəqət, bu, mümkün deyil.

Ardı var…

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru