Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlaması
TikTok sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılmışdır. Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir.
“Yazarlar” jurnalının redaksiya heyətinin üzvü Aysel Əliyeva ( AYSEL NAZİM ) Qırğızıstan Yazıçılar İctimai Birliyinə üzv qəbul olunub. Əməkdaşımız sevincini belə ifadə edib: – “Bu gün baharın ilk müjdəsini aldım. Qırğız Yazıçılar Birliyinin vəsiqəsi və döş nişanıyla təltif olunub, üzvü seçildim. Qırğızstan Yazıçılar İctimai Birliyinin rəhbəri Б. Карагулова xüsusi minnətdarlığımı bildirirəm. Şair dostum Muqimjon Nurboyev bəy var olun! Yaşasın , var olsun Azərbaycan-Qırğızıstan qardaşlığı, ədəbi-mədəni əlaqələri!”
Kollektivimiz adından Aysel xanımı təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Aysel xanım!
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir ki: 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub,
– Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə.
Təzə idarədə işə başladıqdan cəmi bir ay keçmiş Məhərrəm Səməndərli ilə dostlaşdım. O, idarənin əsas istehsalat şöbələrindən birinin rəisi idi. Məndən on-on beş yaş böyük olsa da söhbətimiz tuturdu. Müxtəlif mövzularda danışırdıq. Ara-sıra şeir yazdığımdan bədii ədəbiyyat mövzusunda söhbəti xoşlayırdım. Məhərrəm müəllim də özünün bu sahədə bilikli olduğunu göstərmək üçün Nizamidən, Füzulidən, Səməd Vurğundan xüsusi intonasiya ilə şeirlər söyləyirdi. Məni də ruhlandırır, yazılarımı tərifləyirdi. Əsasən vətənpərvərlik mövzusunda və uşaqlar üçün yazdığım şeirləri toplayıb kiçik bir kitab çap etdirdim. İlk kitabımı əlimə alanda sevinirdim. Az qalırdım quş kimi uçam və hamıya bu xəbəri çatdıram: -Mən şairəm, kitabım çıxıb. Kitablarımdan dostlarıma, tanışlarıma fəxrlə hədiyyə edirdim. Birini də Məhərrəm müəllimə bağışlamaq istədim. Kitabı alıb məni təbrik etdi və -Ay şair, avtoqrafsız da kitab hədiyyəsi olar?- kitabı mənə qaytardı. -Bunu yaz, Dürdanəyə. – Məhərrəm müəllimin kiçik qızının adı Dürdanə idi. Üçüncü sinifdə oxuyurdu. – O şeiri çox sevir, oxuyar, əzbərləyər. Həyəcənla, həyatımda ilk dəfə olaraq müəllif olaraq kitaba avtoqraf yazdım. Bir neçə gün keçmiş nahar fasiləsində Məhərrəmlə qarşılaşdım. Məni görən kimi ucadan: -Şair, şeirlərin əladır. Kitabı Dürdanə aparıb məktəbə. Müəllimləri də şeirləri oxuyub, bəyəniblər. Sinif yoldaşlarının hərəsi bir şeirini əzbərləyiblər. Sevindim. Şeirlərim kiminsə xoşuna gəlirsə, deməli, yaxşı yazıram. Ürəyimdə qürurlandım. – Çox sağ olun, Məhərrəm müəllim.-dedim. -Şair, sən daha çox yaz. Səndən təzə kitab gözləyirik. Bir müddət sonra Məhərrəm müəllim dedi ki, məktəbdə maraqlı tədbir keçirilib, Dürdanə də sənin kitabından iki şeiri əzbər deyib, hamının xoşuna gəlib. Bu xəbər məni daha çox fərəhləndirdi. Yeddi-səkkiz aydan sonra Məhərrəm müəllimi başqa bir idarəyə daha məsul vəzifəyə göndərdilər. Açığı onun uğuruna sevinsəm də bizim idarədən çıxmasına kədərləndim. Hər halda söhbətimiz tuturdu, səmimi, söhbətcil insan idi, hər bir mövzuda danışa bilirdim. Məhərrəm müəllimin yerinə onun müavini Zəkərayı təyin etdilər. Onunla da münasibətim yaxşı idi. Zəkaray otağıma zəng elədi. Salamlaşdıqdan sonra: -Məhərrəm müəllimin köhnə kitabları qalıb, baxıram, lazımsızları atıram. Sənin kitabın da var, istəyirsənsə gəl götür. Getdim, kitabı götürdüm. Açdım, varaqladım. Görünüşündən “Məhərrəm müəllimin xoşuna gələn, qızının əzbərlədiyi, müəllimlərinin də bəyəndiyi şeirlər olan kitab”-ın vərəqlənmədiyi, heç bircə dəfə də oxunmadığı aydın hiss olunurdu.
Fransız filosofu, dramaturqu və yazıçısı Jan-Pol Sartr erkən yaşlarında sadiq marksist idi. Lakin o, sonralar sinfsiz cəmiyyətin yaradılmasına çağıran siyasi və iqtisadi nəzəriyyə olan marksizmin ən görkəmli tənqidçilərindən birinə çevrildi. Sartrın marksizmi tənqid etməsi ilk növbədə onun determinist və reduksionist mahiyyətini hədəfləyir. Marksizm, Sartrın fikrincə, şəxsiyyəti sadəcə subyektə endirir, onu öz taleyini seçmək və təyin etmək azadlığından məhrum edir. Marksizmə görə, fərdləri öz sinfi, hərəkətlərini isə iqtisadi baza ilə müəyyən edilən sinfi mübarizə müəyyən edir. Sartr hesab edirdi ki, fərd haqqında bu determinist baxış kökündən qüsurludur, çünki o, fərdin subyektiv təcrübəsini və agentliyini inkar edir. Sartr iddia edirdi ki, fərdlər sadəcə iqtisadi şəraitlərinin məhsulu deyil, daha çox öz seçimləri və hərəkətləri ilə öz taleyini formalaşdıra bilən şüurlu, fəal varlıqlardır. Sartr həmçinin marksizmi onun fəhlə sinfinə həddən artıq bəsit və reduktiv baxış olduğuna inandığı proletariat konsepsiyasına arxalandığına görə tənqid edirdi. O, proletariatın homojen bir qrup olmadığını, əksinə maraqları, istəkləri və istəkləri fərqli olan müxtəlif fərdlər qrupu olduğunu müdafiə edirdi. Sartr hesab edirdi ki, marksizmin bu fərqləri izah etməməsi fəhlə sinfinə dar və doqmatik baxışa gətirib çıxarır ki, bu da son nəticədə həqiqətən sinifsiz cəmiyyətin əldə edilməsinə mane olur. Marksizmi tənqid etsə də, Sartr sosializmi siyasi ideal kimi rədd etməmişdir. O, komanda işinin vacibliyinə və bərabərlik və sosial ədalətə əsaslanan cəmiyyətin zəruriliyinə inanırdı. Bununla belə, o, sosializmə marksizmin dar və doqmatik dünyagörüşü ilə deyil, insan davranışının və sosial dinamikanın daha incə və mürəkkəb dərk edilməsi ilə nail oluna biləcəyini müdafiə edirdi. Nəticə olaraq, Sartrın marksizmi tənqid etməsi onun fərd haqqında determinist və reduksionist baxışına, fəhlə sinfinə dar və doqmatik baxışına, tarixi determinizm konsepsiyasına arxalanmasına yönəlmişdi. Sartr sosializmin siyasi ideal kimi əhəmiyyətinə inanırdı, lakin marksizmin dar və doqmatik dünyagörüşü ilə buna nail ola bilməyəcəyini müdafiə edirdi.
Yazarlar Jurnalının baş redaktoru Zaur Ustac reaksiya heyəti və üzvləri adından pedaqogika elmləri doktoru, professor, yazıçı, tərcüməçi, jurnalımızın redaksiya heyətinin üzvü Akif Abbasova böyük qardaşı
Hafiz bəyin
vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.
30 марта 1873 года Лев Толстой начал писать «Анну Каренину»
19 марта (по старому стилю) 1873 года жена писателя Софья Андреевна написала в дневнике: «Вчера вечером Левочка мне вдруг говорит: „А я написал полтора листочка и, кажется, хорошо“. Думая, что это новая попытка писать из времен Петра Великого, я не обратила большого внимания. Но потом я узнала, что начал он писать роман из жизни частной и современной эпохи».
Если учесть, что по новому стилю запись была сделана 31 марта, получается, что 30 марта 1873 года Лев Толстой начал работу над романом «Анна Каренина».
О том, как Толстой начал писать новый роман, рассказывал и сам автор.
Однажды в его руках оказался пятый том сочинений Пушкина, издания П. В. Анненкова. Дальше приводим слова самого Толстого: «Я как-то после работы взял этот том Пушкина и, как всегда (кажется седьмой раз), перечел всего, не в силах оторваться, и как будто вновь читал. Но мало того, он как будто разрешил все мои сомнения. Не только Пушкиным прежде, но ничем я, кажется, никогда так не восхищался: „Выстрел“, „Египетские ночи“, „Капитанская дочка“!!! И там есть отрывок „Гости собирались на дачу…“. Я невольно, нечаянно, сам не зная зачем и что будет, задумал лица и события, стал продолжать, потом, разумеется, изменил, и вдруг завязалось так красиво и круто, что вышел роман, который я нынче кончил начерно, роман очень живой, горячий и законченный, которым я очень доволен и который будет готов, если бог даст здоровья, через две недели».
Это первое сообщение самого автора о работе над романом «Анна Каренина» находим в письме к Н. Н. Страхову от 25 марта (6 апреля) 1873 г.
Однако для создания нового произведения потребовалось не две недели, а целых пять лет!
Рассказ Пушкина подсказал начать действие со сцены в гостиной, где собралось общество после театра. Среди гостей были супруги Ставровичи и Балашов (будущие Каренины и Вронский). Их отношения бросились в глаза окружающим (сцена напоминает салон Бетси Тверской во второй части завершенного романа). Дальше описаны скачки и только намечены главы, в которых говорится о беременности будущей Анны, об отъезде ее мужа в Москву, о родах. Ставрович дает развод жене, но второй брак не принес счастья. Страдали и первый муж и новые супруги. Однажды первый муж пришел к ней и сказал, что развод был ошибкой («связь наша не прервана… все мы наказаны»). Через несколько дней она покончила с собой; в Неве нашли ее тело.
Первый набросок не имеет заглавия, второй назван «Молодец баба»; появилась фамилия Карениных, имя героини Нана (Анастасия), Вронский носит фамилию Гагин; заглавие не получило развития.
В марте 1874 года Толстой отдаёт первую часть романа в типографию, но потом останавливает печать. «…Перестал печатать свой роман и хочу бросить его, так он мне не нравится», — пишет он двоюродной тётушке Александре Андреевне Толстой.
Изменить планы заставляет материальный интерес: Толстому срочно нужны деньги на покупку земли, и журнал «Русский вестник» предлагает ему 20 тысяч рублей авансом за ещё не законченную книгу. С этого момента ему поневоле пришлось заниматься книгой, чтобы успевать за ежемесячным журналом. Порой он садился за работу с удовольствием, но часто и восклицал: «Моя Анна надоела мне, как горькая редька». Когда работа над романом возобновляется в январе 1875 года, но идёт тяжело, Толстой жалуется корреспондентам: «берусь за скучную, пошлую Каренину», «мне противно то, что я написал». Перелом наступает после поездки в Москву в ноябре 1876 года; жена Толстого Софья Андреевна пишет сестре: «Толстой, оживлённый и сосредоточенный, всякий день прибавляет по целой главе». Весной 1877 года роман закончен.
Поначалу Анна Каренина должна была стать некрасивой: «с низким лбом, коротким, почти вздернутым носом и слишком толстая». Но постепенно писатель проникался все большей симпатией к ней.
Как утверждают современники писателя, некоторые черты для образа главной героини Толстой позаимствовал у Марии Александровны Гартунг, дочери Пушкина. Так, во время одной из встреч, писатель обратил внимание на завиток темных волос, выбившуюся прядь ее прически, и впоследствии этот штрих стал одной из ярких черт Анны.
Прототипом другого героя — Константина Левина — стал сам Лев Толстой. Во время написания романа он даже прекратил вести свои дневники, так как его мысли и чувства отражались в работе над образом этого провинциального помещика. Левина, как и самого автора, интересовали вопросы: нужно ли образование крестьянам, и что случится, если его дать? Даже внутренний кризис, который переживал персонаж романа, исследователи соотносят с жизненным кризисом автора.
Помимо повествования о трагической любви замужней дамы Анны Карениной и блестящего русского офицера Алексея Вронского, в романе показана масштабная картина нравов и быта дворянской среды Петербурга и Москвы второй половины 19 века.
Лев Толстой четко различал два своих великих романа. Роман-эпопею «Войну и мир» сам Толстой называл «книгой о прошлом», а «Анну Каренину» называл «романом из современной жизни». В этом произведении не было или почти не было великих исторических событий, но в нём поднимаются темы, близкие лично каждому.
Иллюстрация: Лев Толстой, 1877 год. Так выглядел писатель, когда закончил «Анну Каренину».
Hər şey qonşum Gilə arvaddan oldu. Bir az da beynimə o, saldı… Gilə arvad Qarabağ köçkünüdür. Ermənilər evini, olan-qalanını əlindən alıb, kəndini-kəsəyini yağmalayıb. O da kənd camaatı ilə birlikdə yurdundan-yuvasından didərgin düşüb. 90-cı illərdən söhbət açıram sizə. Gilə arvad bir müddət dost-tanış evinə sığındıqdan sonra Bakıya pənah gətirib, gələn kimi də bizim evin qarşısındakı boş sahəyə daş töküb, hasar çəkib, özünə kümə qurub, həyət-baca düzəldib. Hardansa ağac, gül kolu tapıb, həyətində yaşıllıq yaradıb. Sonra o boş sahədə evlərin sayı durmadan artıb. Ev deyirəm ha sizə, daha kümə yox! Əməlli-başlı bağı-bağçası, eyvanı, hasarı olan evlər! Gilə arvadın dediyinə görə, ev tikənlərin arasında köçkünlər da var, yerli camaat da. Guya yerli sakinlər də kimisə görür, nə bilim nəsə sənəd göstərir və sonda həyət evi tikirlər. Yalandır, düzdür, ta orasını deyəmmərəm, günahı Gilə arvadın boynuna. Deyərəm düzdür, sonra yalançı çıxaram. Deyərəm yalandır, yenə yalançı çıxıb qınağa gələrəm. Görünən odur ki, bir vaxtlar boşluq olan bu ərazidə indi əməlli-başlı qəsəbə salınıb. Gilə arvad şirindil, söhbətcil arvaddır, xeyli vaxtdır ünsiyyət qurmuşuq. Gəlib kəndlərindən, orda qoyub gəldiyi ev-eşiyindən, “Sarıca” adlı inəyindən, olub- keçəndən danışır. Sonra söhbət istər-istəməz təzə salınmış qəsəbənin üstünə gəlir. Belə ki, mən doqquzmərtəbəli binanın beşinci mərtəbəsində yaşayıram və onunla eyvanda əyləşib çay içərkən o qəsəbəni açıq- aydın müşahidə edirik. Gilə arvad evləri bir-bir nişan verir: -Odey, Ramizin evidir: başı qırmızı. İki ay deyil torpaq aldığı artıq ev tikib. Özünün köçkün statusu olsa da, lap çoxdan- hadisələrdən əvvəl Bakıda yaşayandır. Hələ eşitmişəm, kənarda bina evi də var. O biri də Raziyənin evidir. Heç bilmirəm, haralıdır? Torpağı da necə alıb bilinmir, gecəykən tikib. Səhər-səhər qaz kartının necə yüklənməsini öyrənmək üçün bizə gələn Gilə arvad yenə həyətini tərifləyir, əkdiyi ağacların böyüməsindən, gül-çiçəkdən söz açır, ürəyim atlanır. Ürəyimdə hövllənirəm ki, niyə mənim də orada bir parça torpağım olmasın? Niyə mən o torpaqda ağac əkib altında dincəlməyim? Kölgəlikdə uzanıb Gilə arvad kimi səhər-səhər açıq havada çay içməyim? Niyə də, niyə? Mən də kənd adamıyam axı, canımda torpaq həvəsi, ağac sevgisi var. Yaşıllıq görən kimi üzüm gülür. İndi nə olsun, kəndi qoyub gəlib şəhərdə oturmuşam, burda torpaq xiffəti edirəm. Nə isə, ta dərinə gedib bu söhbətlərə toxunmayaq… Bu dəfə gedərkən Gilə arvad birbaşa hücuma keçir: -Sən də tərpən, gəl, özünə bir kümə qarala. Nə qədər göyün üzündə oturacaqsan? -Necə edim axı? Kimdir məni ora buraxan? -Ta özün bil, məndən deməkdir. Bu gün- sabah oranın qiyməti qalxacaq kəllə-çarxa. Mən heç e… Onsuz da yerim-yurdum alınandan sonra burda qalan deyiləm. Buranı böyük oğlana verib çıxıb gedəcəm elimə-obama. Amma sən onsuz da burda yapışıb qalansan. Paho! Gilə arvad dərdimi təzələyir. Yarama duz səpir. Yenidən həvəslənirəm. Arvad qapıda bir də dillənir: -Azdan -çoxdan əlində ehtiyatın da var. Lazım gəlsə ora- bura verməyə deyirəm. Bilirəm nəyə işarə vurur. O gün evin sirrini ona açmışam. İllərlə etdiyim qənaətin hesabına bir qədər pul yığdığımı bildirmişəm. Xülasə, neçə gün dalbadal həyət evlərinin arasıyla gəzə¬rək özümə torpaq sahəsi axtarıram və məlum olur ki, mən xeyli gecikmişəm. Sən demə, əməlli-başlı əfələmmiş. Bu qəsəbədə bir qa¬rış da olsa, boş torpaq qalmayıb. Hərə daxmasını tikib, hasarını çəkib, başını içəri salıb oturub. Ümidsiz halda geri dönmək istədiyim anda görürəm ki, sısqa bədənli, qolları yanında çubuq kimi yırğalanan, çə¬¬lim¬siz bir adam yolda qamış kimi o tərəf- bu tərəfə yellənir, sonra gəlib qapısının ağzında çöməltmə oturur. Mən də ədəb- ərkanla yaxınlaşıb salam verirəm. Arzumu, mətləbimi bildirirəm. Adamın birdən –birə gözləri işıqlanır: -Özüm ölüm, düz ünvana gəlmisən! Sevincdən ürəyim döyünür. Deyəsən, işıq ucu var axı… Adam qarğı kimi yellənən qollarını evinin qarşındakı boş sahəyə tərəf uzadır: – Mənim torpağımdır, ehtiyacım var, satıram. Bu sısqa bədənli, dünyanın işlərini vecinə al¬mayan, hörümçək kimi yellənən adam elə inamla danışır ki, kənardan qəhrəman kimi görünür. Zarafat deyil, bu basabasda həm özü¬¬¬nə yer tutub, ev tikib, həm də üstəlik torpaq satır. “Dostum” kifayət qədər münasib qiymətlə razı¬la¬şır və şərt qoyur: – Bax, qiymətdə güzəştə gedirəm, torpağı yarı qiymətinə satıram. Amma bir şərtim var. Hələlik bir müddət bura yaxınlaşma! Sonra yolunu öyrədərəm, elə gecəykən evi tikərsən. Heç kəs bilməsin mənim torpaq satdığımı, mən də buranı nə vaxtsa tutmuşam, odur ki, səs düşməsin. Özüm ölüm, hamısı satqındır burda, bir dəqiqəyə xəbərçilik edirlər, gözləri elə hey orda-burdadır. Adamı bir dəqiqəyə satarlar e… Neçə dəfə məni xəbərləyiblər, güclə canımı qurtrmışam. Onun gələcək qonşularım haqqında belə deməsi xoşuma gəlməsə də, razılaşıram. Rahat və xoşbəxt halda evə qa¬yı¬dı¬ram. Xəyalımda təzə həyətimə çoxlu ağaclar, güllər əkirəm. Sonra gülləri sulayıram, ağacın saralmış yarpaqlarını yığıram, kölgəsində xumarlanıram. Bəh-bəh… Bir müddət xoşbəxtliyimlə əylənəndən, ev¬də oturub əməlli-başlı dadını çıxarandan sonra nə¬ha¬¬yət ki, nəfsimi saxlaya bilməyib torpağıma bax¬maq qərarına gəlirəm. Arıq, cüssəsiz adam hardan biləcək axı?.. Gecə -gündüz ora keşik çəkmir ki?..Gedim, heç olmasa kənardan tamaşa edim. Torpağa yaxınlaşdıqda oranın hasara alındığını, bir neçə fəhlənin də içəridə işlədiyini görürəm. Bu nə məsələdir? Mənim yerimdə tikinti gedir. Bəs arıq, sısqa adam hardadır? Niyə görmür? Ürəyimə titrətmə düşür. Amma özümü tox tut¬ma¬ğa çalışıram. Məğlub olmaq olmaz! Pis fikirləri özüm¬¬¬¬dən uzaqlaşdırıram. Fəh¬¬lə¬lərlə danışıqdan sonra aydın olur ki, bura ya¬xın¬lıqdakı taxta sexinə aiddir, tikintini də bu sexin sa¬hi¬bi aparır. Əsəbi halda dostumun qa¬pı¬sı¬nı döyürəm. Qapını açan olmur, bir xeyli qapıda dayanıram. Zəng edirəm, telefonuna zəng çatmır. Qonşu qadından öy¬rə-nirəm ki, dostum evini satıb aradan çıxıb. Tez taxta se¬xi¬nin sahibini tapıram. Sahibkar şişman bədəninin yarısını bahalı maşınının açıq qa¬pısından bayıra çıxarıb, sual dolu gözlərini bə¬rəl¬dir: yəni, nə olub, nə istəyirsən? Mən həyəcanla və tələsə-tələsə de¬yi¬rəm: – Bu torpaq mənimdir, mən bura pul ödə¬mi¬şəm. – Əlində sənədin var? Kəkələsəm də, təslim olmuram: – Nə sənəd? Burda hamı mənim kimidir! -Hamıdan sənə nə?! Bəlkə, hamı köçkündür, hamının başqa şansı, imtiyazı var? Xırppadan içimdən qırılsam da, mübarizəmi da¬vam etdirirəm: – Bəs sizin sənədiniz var? Sahibkar mənimlə danışmağı boş hesab edir, iztehza ilə gülümsəyərək başını yırğalayır, yəni ki, sə¬ni aldadıblar. Sonra o, kəskin hərəkətlə əlini yel¬lə¬yir, yəni ki, xoş getdin. Arxamca söylənir: -Tanımadığı adama heç bir sənədsiz fi¬lan qədər pul verib, hələ danışır da… Onda mən inadla yenidən “dostumu” axtarmağa başla¬yı¬ram. Özüm də döyüşə tam hazır vəziyyətdəyəm. Nəhayət ki, onu tapıram. Deyəsən, yüngülvari keflənib, yerində düz dayanammır, o tərəf- bu-tərəfə aşır. O, əlini bo¬ğa¬zı¬na aparıb and-aman edir: – And olsun Allahın bir adına, and olsun yerə-göyə, and olsun qeyrətimə sexin o torpağı gözaltı etməyindən xəbərim olmayıb. Bilsəm, heç sat¬maz¬dım. Bir də ki, heç onların da sənədi yoxdur. Hardandır onlarda sənəd? Onlar səni aldadırlar, sənədləri yoxdur. Necə vicdansız adamlar var e… Yalandan deyir sənədim var. – Ver, mənim pulumu! Dostum arıq əlini qalxıb-enən hülqumuna çəkir: – Məndə pul nə gəzir? İstəyirsən vur öldür, is¬tə¬yirsən tut boğazımdan təhvil ver polisə, aparıb bassınlar içəri, bir qəpiyim də yoxdur! – Axı pulu sənə təzəcə vermişəm, neynəmisən pu¬lu? – Borcum var idi, dirəmişdilər divara, verdim, getdi… Deməyə söz tapmıram. Hərif pulu heç bir sənəd olmadan ona ver¬di¬yim¬dən arxayın olub, yəqin. Bir də ki, məni tanıyıb, bilib ki, bərkdə əli olan adama oxşamıram. -Yaxşı, bəs neyləyim? -Heç nə, get dirən, qoy sənin torpağından çıxsınlar. Deməyə sözüm qalmır. Onsuz da dos¬tum, necə deyərlər, bir həsirdir, bir məmmədnəsir. Bəd ayaqda onu həbs etdirib qisasımı ala da bilərəm. Onu həbs etdirəndən sonra dəqiq bilirəm ki, bir müddət keçmiş başlayacam halına acı¬mağa, əzab çəkməyə. Həm də özüm öz xoşuma aldanmışam axı… Gedib Gilə arvadı tapıram. Gilə arvad şappıltıyla dizinə elə vurur ki, şappıltısı 9 mərtəbəli evlərin panel divarlarında əks –səda verir: -Vay, gedib kimə ilişmisən! O, fırıldağın biridir, içməkdən başı açılmır. Avaranın biridir. Vay-vay! -Payatonnan! Gör, məni kim aldadıb e?! -O boyda qəsəbədə adam tapmırdın, alver etməyə? –Gilə arvad söylənir- heç olmasa soruşardın, məsləhət alardın. -Nə bilim e, dedi heç kim bilməsin. Bir müddətdən sonra, özümü ələ alıb sakitləşdirdiyim bir zamanda, Bakının uzaq kəndlərindən birində yaşayan qo¬hu¬mum zəng edir: – Tez gəl, burada ucuz torpaq satırlar. Belə getsə,bir azdan bir qarış da yer qalmayacaq. Gürcüstan tərəf¬dən elə hey axışıb gəlirlər. -Yox e… Qorxuram daha! Sənədsiz, filan… -Qorxma, buranın sənədi var. Yenə də həvəslənirəm. Daha doğrusu, sənəd sözü ağlıma batır. Xeyli uzaq da olsa, yenə bir parça torpaqdır. Yenə xəyalımda ağac əkirəm, sulayıram, kölgədə dincəlirəm. Torpağı satan və sənədləşdirən məmurla qiymət üstündə bir qədər çək-çevir¬dən sonra sövdələşə bilirik. O, məni torpaq sahəsinə gətirir. Cibindən metrə çıxardır, qonşunun sahəsini- ölçüb biçir, araya nişəngah kimi daşlar düzür, mənim tor¬pa¬ğı¬mın sərhədlərini müəyyənləşdirir. Sonra cibindən kirli, əzik dəftərini çıxardıb özü bildiyi şəkildə qara-qu¬ra xətlərlə yerin təzə xəritəsini çəkir. Xəritənin üstündəki şaquli xəttə mənim adımı yazır. Dəftəri mənə göstərir, mən də açıq-aydın orada adımı oxuyuram. -Sənədləri iki aydan sonra alacaqsan, -məmur bildirir. Sonra pulu almağı haqqında kağız yazıb imzalayır. Məmura minnətdarlıqla baxıram, adətimə uyğun ol¬ma¬sa da, xeyli dil-ağız edirəm. Rahat nəfəs alaraq geri qayıdıram. Bir müddət son¬ra qohumum həyəcanla mənə zəng edir: – Tez gəl, qonşu sənin torpağına girib. Cəld ora yollanıram. Bir Allah bilir ki, yolboyu nə¬lər çəkirəm. Torpağıma yaxınlaşdıqda sahənin xey¬¬li hissəsinin qonşu tərəfindən zəbt edildiyini, hələ bir neçə ağac da əkildiyini görürəm. Zəbt edən də enli tumanlı, kök qadındır. Dil qəfəsə qoymadan danışır. O qədər fasiləsiz danışır ki, nəfəs almaq olmur, heç verdiyin sualın yarısını səsləndirib çatdırammırsan. Hərdənbir “əcəb edirəm, hara istəyrsən get!” sözlərindən başqa heç nə eşidəmmirəm. Qırımından baxıram ki, bununla dava etmək mənlik deyil. Torpaq satan məmuru tapıb gətirirəm. Məmur əsə¬bi görünür. -Əlimdə 100 dənə işim var. Nə istəyirsən? Ölçüb vermişəm yerini, gedin yerləşin də!.. Onun əsəbləşməyindən xeyli xə¬ca¬lət çəksəm də, öz etirazımı bildirirəm. Məmur çirkli dəftərini açıb şaquli xəttin üzərində mənim adımı tapır. Sonra torpağı ölçür, dəftərə bir də baxır, torpağı təkrar ölçür. Qonşunun adı yazılmış perpendikulyar xəttə baxır, xətləri tutuşdurur. Qonşunu çağırıb göstərir. Məlum olur ki, məmur onun torpağını öl¬çən¬də səhvən mənim sahəmə girib. Bundan istifadə edən acgöz qonşu da torpağımın xeyli his¬sə¬si¬ni zəbt edib. Məmur qonşunun və mənim tor¬pağ¬ı¬mın kənarına nişangah kimi düzdüyü əyri daş¬la¬rı o tərəf-bu tərəfə diyirlədib “sərhədləri” möh¬kəm¬lən¬dirir. -Bu daşları tərpətməyə ixtiyarınız yoxdur! Bura sizin sərhədinizdir. Hasarı da burdan çəkin! Məmur torpağa bulaşmış əlləri ilə bir az da qaralıb çirk¬lən¬¬miş dəftərində düzəliş aparır, ucu qırıq qələmini dəftərin qırağına sancır, dəftəri cibinə qo¬yur. Nəhayət ki, sülh müqaviləsi bağlayır və bizi yerləşdirib geri qayıdır. Mən də tam rahat oluram. Qohumumun bu dəfəki zəngi isə əsəbimi son hədd¬ə çatdırır, beynimi qıcolmaya yaxın bir və¬zi¬y¬yə¬tə gətirir. Bu dəfə də məlum olur ki, başqa bir qonşum ar¬a¬mızdan keçən yolu zəbt edərək öz torpağına qatıb. Mən təbii ki, tez ora yollanıram və baxıb gö¬rü¬rəm ki, təzə qonşum, doğrudan da, yolu tutub, “sər¬həd¬lə¬rimizi” birləşdirib. Artıq aramızdakı yol yoxdur. Həmin yolun tutulmasıyla o bi¬ri qonşulara və təzə tikililərə gediş-gə¬liş də bağlanıb. İndi adamlar evdən çıxıb harasa getmək üçün nə qədər yolu fırlanmalı olacaqlar. Bu dəfə daha bərk qəzəblənirəm, əsəb¬¬lərimi cilovlaya bilmirəm. Üzümü qonşumun həyətinə tutub hündürdən söy¬¬lənirəm: – Heç belə də şey olar? Bir qarış torpağa görə yo¬lu kəsərlər?! Camaat bizdən ötrü yolunu gör nə qə¬dər uzatmalıdır, bu qanunsuzluqdur! Qonşu heç üzünü də göstərmir. Qapını da aralamır, heç aralanmış qapıdan başını da çölə çıxartmır. Tez məmurun yanına yol¬la¬nı¬ram. Məmur əvvəlcə məni tanımır. Sonra kirli dəftərini çıxardır. Xəritədə məni tapır, qonşuyla aramızda olan yolu görür. Hirsini cilovlayammayıb vul¬kan kimi üstümə püskürür: – Sənin torpağın yerindədir? Təsdiq əlaməti olaraq başımı yelləyirəm. -Sərhədin yerindədir? -Bəli! – Vəssəlam!!! Cəhənnəmə kimi, yol tutulub! Yoldan sənə nə? Yol sonranın işidir. Bir də ki, qoy bu haqda başqaları düşünsün. Niyə o qədər adam səsini çıxartmır, elə sən ortaya düşmüsən? Başa düş! Sən yalnız oz sahənə cavabdehsən! Öz sahənə!!! Məmurun qəzəbli səsi məni yuxudan ayıldır. Mən yalnız öz sahəmə, özmə cavabdehəm. Doğrudan da, yo¬lun tutu¬l¬ma¬ğı¬ndan mənə nə var? Qoy bu barədə başqaları dü¬şün¬sün. Camaat məndən ağılsız deyil ki? Lazım gəl¬sə, elə səslərini çıxardarlar. Elə ordaca fərd olmaq, həqiqət axtarmaq iddiasından vaz keçirəm. Belə bir “dahi¬¬ya¬nə fikir” də irəli sürürəm: axın¬dan aralanmaq olmaz! Ancaq bir tərəfdən, lap elə hər tərəfdən ba¬xan¬da, düzgün deyil axı! Özbaşına götürüb yolu kə¬sə¬sən, öz xeyrin üçün başqalarına bu qədər ziyan vu¬ra¬san, heç kim də dillənməsin! Paho! Yenə də insanlarla aramda dilemma yaranır, nə qə¬rar verəcəyimi bilmirəm. Bir qədər götür-qoydan son¬ra özümü sülhə çağırıram. Qərara alıram ki, bü¬tün bunlar mənlik deyil, mən özümü qorumalıyam, ca¬maat necə, mən də elə. Özümü müdafiə etməliyəm, ha¬mı kimi axına qarışmalıyam. Hamı kimi… Hamı kimi… Mən də çox¬lu¬ğun bir hissəsiyəm, bir zərrəyəm…zərrəyəm. Eyni zamanda, hiss edirəm ki, zəifləyirəm. Çoxluğa qoşulduqca özümü kiçik hiss edirəm. Nə etmək olar, mən də insanam axı… Amma sizə bir söz də deyim, öz aramızda qalsın! Zərrə olmaq heç də yaxşı deyil…