Qayıt, mənim gülüm, yerbəyer elə, Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi, Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı…
QAYTAR ANA BORCUNU
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə: Atlını atdan salıb küləklərlə ötüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!” Ana yuxularında tez-tez Bakıya getdi, Ana məktub yazdı ki: “Yanıltma gümanımı, Pul nədir, pul deyirsən, göndərərəm canımı”. Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi tətil oldu, Ananı fikir aldı, ananın əsdi dizi Ana müqəssir etdi, tramvayı, dənizi. O yenə dözdü, durdu… O yolmadı saçını, Səsləri qonşuları Əsmər, Çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub məktub dalınca axdı, Bakıya xdı, Ana da məktubların dalınca baxdı, baxdı… Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, Məktublar əzik-üzük, məktublar bezdi gəldi, Ana yenə də baxdı gah dolama yollara, Gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü gur, çatmaqaş, gensinə, Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Oğul böyütdümü o büzmədodaq bir qıza? Oğul böyütdümü o. min işvəyə, min naza? Ana bilsəydi əgər böyütməzdi oğlunu, Yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri! O sözü, o söhbəti gülüşü anan verib, Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul, ayaqlarına Yerişi anan verib. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, Qaytarsan o yerişi, yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha Qaytar, qaytar onları. qaytar qoyma sabaha! Sən ki dərd verdin, oğul, sənə gülüş verənə. Oğul demərəm sənə! Deyirəm ki, o boyu, buxunu qaytar geri! Deyirəm ki, varını, yoxunu qaytar geri! Qaytar onun borcunu, Gülüşünü, adını, sözünü qaytar geri! Qaytar ana borcunu, O borc sənin özünsən, özünü qaytar geri!
İKI SEVGI
Paylaş Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub,
Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə.
1953
O QIZA
Axtarıram mən səni, Arayıram mən səni. Soruşuram gözümlə ötüb keçəndən səni, Axtarıram kitabda, arayıram həyatda. Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda, Sənin təhsilin nədir, sənin yaşın neçədir? Aladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi, Qoy qara xalın olsun həsrətimin nöqtəsi! Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən; Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən. Kamal ol ki ömür bir şən nümayiş deyil, Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində. kamal da öz yerində. Bir gözəllik də görüm mənalı gözlərində. Kimə. niyə baxıram təkcə səni andırır. Ürəyimdə sözüm var, ürəyimi yandırır. O elə bir sözdür ki, dosta. yada deyilməz. Anadan əziz nə var, anaya da deyilməz. Əllərimi göynədir saçlarının həsrəti. Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti. İşdir üz-üzə gəldik… Onda məndən utanma, Ürəyindən keçəni nə gizləmə, nə danma Gizləmə ki, danma ki, gedər hərə bir yana; Qoyma canım od tutub yana, ömürlük yana. Səni harda axtarım? De nəçisən? De kimsən? Tez ol, görün, tez ol gəl, axtarıram səni mən! Gözümdə, könlümdə qəm, Yollarına bitmişəm. İlk baharı gözləyən cavan ağac kimi. Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.
BABƏKIN QOLLARI
Qolu sındırılmış Babək. Yurdu yandırılmış Babək. Qan rəngli bir arabada Şərq boyda bir xarabada Söyə-söyə, Döyə-döyə, Hamıya görk olsun deyə Kənd-kənd gəzdirilən Babək, Ölübən-dirilən Babək; Qollarını görməyəndə Azca rahat olan Babək; Bir qırmızı yuxu içrə, Uzaqlara dalan Babək. Deyən Babək: – Aman dostlar, Hücum çəkin qoşun-qoşun, Orda mənsiz qılınc çalan Qollarımla bir vuruşun.
Altmışıncıların ədəbiyyat aləminə gəlişi ilə başlanan mənəvi-estetik yenilənmənin bir çox xüsusiyyətləri ədəbiyyatşünaslıqda hələ də yetərincə açılmayıb. Xüsusən, yeni ədəbi nəslin klassik poetik ənənəyə qayıdışı, milli bədii-fəlsəfi dünyagörüşünü diriltmək və bərpa etmək cəhdləri bütün dərinlikləri ilə tədqiq edilməyib. O illərin ədəbi prosesinə bu nöqteyi-nəzərdən yanaşılanda, əsasən, gənc şairlərin Füzuliyə, əruza və qəzələ qayıdışları nəzərə çarpdırılır. Yəni milli bədii ənənəyə qayıdışın yalnız bu hüdudları və dərəcələri nəzərdə tutulur. Halbuki yarım əsr bundan əvvəlki poetik gəncliyin yaradıcılığı və cəsarətli bədii kəşfləri onların bu yöndə daha da dərinlərə enə bildiyini isbat etməyə əsas verir. Məsələn, 60-70-ci illər özbək ədəbi tənqidi və ədəbiyyatşünaslığında poetik gəncliyin milli ədəbi ənənə ilə əlaqələrinin dərin qatlarına və o dövrdə aktual hesab olunmayan digər mətləblərə münasibət bildirilib (1, s. 14-19; 2, s. 41-50; 3, s. 73-82).
Altmışıncıların ədəbi-mənəvi liderlərindən biri Əli Kərimin poeziyası, xüsusən, erkən lirikası estetik fikri ciddi və casərətli ümumiləşdirmələr aparmağa sövq edir. Eyni zamanda, gənc Azərbaycan şairinin ilk qələm təcrübələrini başqa qardaş xalqlardan olan yaşıdları ilə, xüsusən, özbək altmşıncıları ilə müqayisə edərkən mülahizə və qənaətlərimizin daha da əsaslı olduğunu görürük. Beləliklə, Azərbaycan və özbək altmışıncılarının ilkin yaradıcılıq mərhələsində bariz surətdə nəzərə çarpan, amma indiyə qədər elmi ədəbiyyatşüanslıqda və poetika sahəsindəki tədqiqatlarda nəzər-diqqətdən yayınmış mənəvi-estetik keyfiyyətlər hansılarıdır? Başqa sözlə, biz gələcək xəyallı gəncliyin hansı bədii xidmətlərini və kəşflərini lazımi dərəcədə işıqlandırmamış və dəyərləndirməmişik. Tədqiqatlar göstərir ki, böyük və möhtəşəm poetik epoxa kimi tarixə çevrilən 60-cı illərin ədəbi prosesi bu cür yeniliklər və hadisələrlə zəngindir.
Bu özünəməxsus və odlu-alovlu ədəbi gənclik ədəbiyyatın iqlimini dəyişmək və bədii təfəkkür aləminin ab-havasını təzələmək niyyəti ilə sənət meydanına atılmışdılar. Bu şiddət və estetik məqsəd onların ədəbi məramnamələrində ardıcıl şəkildə ifadə olunurdu. Qibtə ediləsi cəhət o idi ki, onların vədləri və işləri, sözləri və əməlləri bir-birilə uyğunluq təşkil edir, bir-birini tamamlayırdı. 60-cı illərin həqiqət nəfəsli sözə pərəstiş edən və gözəl bədii sözün həsrətini çəkmiş, saf və səmimi oxucuları gəncliyin ədəbi arzularına inanırdılar. “İnanıram ki” (1950) şeirində oxuyuruq:
Mən öz qüdrətimə inanıram ki,
Əlimə inamla qələm almışam.
Saf məhəbbətimə inanıram ki,
O ellər qızına aşiq olmuşam.
(4, s. 361).
Şairin xüsusi vurğu ilə haqqında bəhs etdiyi və eşqini ünvanladığı “o ellər qızı” kim idi? Öz məhəbbətinin saflığını və bütün varlığı ilə bu eşqə bağlandığını söyləyən lirik “mən” məhz elə bu səbəbdən yaradıcılığının sabahına və taleyinə də ümidlə baxır. Gənc şair özünün və sözünün əbədiyyətinə səmim-qəlbdən inanır:
Bütün varlığıma inanıram ki,
Onu həsr elədim mən bu sənətə.
Bəxtiyarlığıma inanıram ki,
Deyirəm yetərəm əbədiyyətə.
(4, s. 361).
Saf və səmimi eşq lirik qəhrəmanın qəlbinə o qədər və o dərəcədə hakim kəsilmişdir ki, o, qələmi ilə ağ kağıza yazdığı sözlərin könüllərə həkk olunacağına ümid bəsləyir. Şair öz adının günəş kimi ucalacağını da gözləri önündə canlandırmağa cəsarət edir.
Şeirimə, sözümə inanıram ki,
Hər insan könlünə od salacaqdır.
Mən iki gözümə inanıram ki,
Adım Günəş kimi ucalacaqdır.
(4, s. 361).
Bu şeiri gənclik eşqi ilə qəlbi coşub daşan bir müəllifin özünə vurğunluğu, ilk uğurlarından vəcdə gəlib öz poetik sözünə fəxriyyəsi kimi də dəyərləndirmək olar. Amma yuxarıdakı misraları sadəcə olaraq ədəbi fəxriyyə adlandırmaq, bizcə, çox azdır. Xüsusən bu şeirdə bədii sözə, yaradıcılığa nisbətən saf eşqin və mənəvi yüksəkliyin, öz çağdaşları ilə fövqəl fərqin nəzərə çarpdırıldığını unutmaq olmaz.
Bu hərarətli və ehtirasla yoğrulmuş misraların altından Ə.Kərimin bütün səfdaşları və sıradaşları imza ata bilərdi. Çünki bütün altmışıncılar məhz belə bir əqidə və məslək ilə əllərinə qələm almışdılar. Maraqlıdır ki, Azərbyacan və Özbəkistan altmışıncılarının da estetik məramnamələri bir-birilə heyrətamiz dərəcədə səsləşir və həmahənglik təşkil edirdi.
Yeni lirik qəhrəman özünün haqq olduğuna sövqi-təbii inanırdı. O elə zirvələrə ucalamq istəyir ki, hətta ulduzlar da boylana-boylana baxsın. Elə bir nəğmə olmaq arzu edir ki, sular da axmayıb onu dinləsin. Elə bir qüdrətli xilqət olmaq istəyir ki, ana Vətəni qanadları üstünə alıb, hər yanda gəzdirə bilsin. Bu gənc qələm sahibi elə bir duyğuya çevrilmək istəyir ki, hər bir könüldə, hər canda xoş bir hal kimi dolansın. Və nəhayət, bu nurlu ürək sahibi həqiqət işıqlı bir xəyal kimi bütün dünyanı tutmaq istəyir. “İstərəm” (1951) şeirində bu yaşantılar daha aydın ifadə olunub:
İstərəm elə bir heykəl olam ki,
Yoğrulub yaranam əbədiyyətdən.
Boylana-boylana baxsın hər ulduz
Elə əzəmətlə ucalam ki, mən…
(4, s. 369).
Yeni lirik qəhrəman əbədiyyət barəsində həvəslə və ilhamla söyləməkdən doymur:
İstərəm ən gözəl bir nəğmə olam,
Sular axmayıb dinləyə məni.
Alıb öz görünməz qanadlarımda,
Gəzdirəm hər yanda ana Vətəni.
(4, s. 369).
Onun əbədiyyət haqqınakı anlayış və təsəvvürləri də mücərrəd deyil, gənc lirik “mən” ən azı təbiət və vətən qədər yaşarı olmağı istəyir. Eyni zamanda, onun əbədiyyət amalının məzmununa və tərkibinə həm də zamandaşlarının qəlbinə hakim kəsilmək, onların mənəviyyatında yaşamaq ehtirası da daxildir.
İstərəm elə bir duyğu olam ki,
Dolanam hər canda bir xoş hal kimi.
Mən hələ istərəm dünyanı tutam,
Həqiqət işıqlı bir xəyal kimi.
(4, s. 369).
Gənc şairin 19-20 yaşlarında yazdığı bu poetik manifest, təbii ki, gələcəyə ünvanlanmışdı. Bu şairanə arzuları və bədii manifestləri səciyyələndirən əsas xüsusiyyət sarsılmaz ümid və inam idi. Xüsusi vurğulamaq yerinə düşər ki, altmışıncıların ən parlaq nümayəndələrində və liderlərində bax bu özünə inam duyğusu son dərəcə güclü idi; M.Araz, F.Sadıq, X.Rza, F.Qoca, V.Səmədoğlu, Ə.Salahzadə və Ə.Kərimdə də öz istedadlarının sabahına, öz ədəbi talelərinə ümid və güvənc dərin idi.
Ə.Kərimin “Mənim ömrüm” (1954) şeiri də istedad və onun gələcəyi haqqındadır:
Ömür tənhalıqda bada gedərdi,
Əgər olmasaydı gözəl insanlar.
Mənimdi onların sevinci, dərdi,
Mənə özüm kimi əzizdir onlar.
(4, s. 385).
“Mənim ömrüm” şeiri öz məzmununa və poetik təyinatına görə səmimi bir fəxriyyədir. Amma bu lirik özünütəsdiq ənənəvi fəxriyyələrdən fərqlənir. Zira, “Mənim ömrüm”ü yazanda, Ə.Kərimin yaradıcılıq yolu hələ təzəcə başlanırdı. İlk baxışda, gənc “mən”in özünü bu cür təqdim etməsi təəccüb doğura bilərdi. Müəllifin özünü və öz taleyini təsəvvür etməsi də çox düşündürücüdür:
Bəzən rastlaşıram özümlə özüm,
Düşəndə bir yerə güzarım mənim.
Yüz gördü, min gördü, çox gördü gözüm,
Bir deyil, on deyil məzarım mənim.
(4, s. 385).
20 yaşına təzəcə keçmiş cavan bir oğlanın özü və yaşıdları üçün səciyyəvi olmayan duyğuları, hətta bir qədər sufiyanə əhvali-ruhiyyəsi qəlbimizə qəribə bir heyrət bəxş edir:
Torpağın altında çox darıxıram,
Torpağın üstündə nə qədər şənəm.
Gah sağa göz qoyub, sola baxıram,
Hər yerdə mən varam, hər yerdə mənəm.
(4, s. 385).
Şair özünü iki cür – ikili təsəvvür edir; daha doğrusu, iki “mən”inin olduğuna əmindir. Bu “mən”lərdən biri “ölümlü”, o biri isə ölümsüzdür. Biri qəmgin, gülməyi də yaddan çıxarmış, o biri isə gülməyi bacaran, şəndir:
Deyib: “Nə tez öldü, nə nakam öldü” –
Bəzən gül qoyuram məzarm üstə.
Deyirəm: az güldü, çox azca güldü,
Qoy gülüm, qalmasın arzusu gözdə.
(4, s. 385).
“Mənim ömrüm” şeirinin lirik-fəlsəfi semantikasını ehtiva etmək çox çətindir. Lirik “mən”in öz əbədiyyətinə münasibəti son dərəcə təzə və bənzərsizdir. Bu mətndə lirik qəhrəman öz mühiti və mənəvi məkanı hüdudlarından çox-çox uzaqlara uçub. Burada sufiyanə təsəvvür və təxəyyül sonsuzluq müstəvisinə keçib. Gənc şair ruhunun, yəqin ki, o vaxtlar sərbəst mənəvi ünsiyyətin mümkün olmadığı Yunus Əmrə və Əhməd Yasəvi ruhu ilə qovuşması və bu ruhi vüsalın özü belə heyrətamizdir:
Baxsan bu dünyanın ha tərəfinə,
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa, ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam.
(4, s. 385).
Az qala yeniyetməlik illərində yazılmış bu şeirdə Ə.Kərim ruhu yalnız ustadları ilə deyil, həm də çağdaş söz adamları ilə səsləşir. “Mənim ömrüm” şeiri özbək altmışıncılarının parlaq nümayəndəsi Abdulla Aripovun məşhur “Ruhum” (1969) şeiri ilə son dərəcə yaxındır. Hər iki şeiri yanaşı qoyub, eyni vaxtda oxuyarkən, bu doğmalıq bariz surətdə nəzərə çarpır: “Vücud dedikləri əslində nədir? Tale dənizində üzən gəmidir. Bir gün bir qayaya vurular gəmi, Ruhum, sən vücudun qəmini yemə. Yüksək fəzalarda sən eylə pərvaz, Səndə nə ahəng var, nə də ki, avaz. Sənə nə boranlar kar edə bilir, Heç kim nə yox edə, var edə bilir. Sən bir göy qurşağı – yüksək və solmaz, Göy qurşağını isə yox etmək olmaz”. (5, s. 39). Burada isə təəccüblüsü odur ki, A.Aripov da Ə.Kərimin şeirini oxuya və təsirlənə bilməzdi. Bu oxşarlığı yalnız və yalnız istedadların bənzər ovqatının və mənəvi ehtiyacın hasili kimi izah etmək məqsədə müvafiqdir. Məsələ bundadır ki, “Mənim ömrüm”də də əsas vurğu insan ruhuna qoyulub. Ə.Kərim də şeirdə ömür yolu və həyatın məzmunundan çox, insan mənəvi qüdrətindən, ruhun ölməzliyindən söz açır. Ə.Kərimin şeirindəki əsas mətləbi A.Aripovun “Ruhum” şeiri daha dəqiq və sərrast ifadə edir. Aydın olur ki, yeni poetik ruhun və ovqatın doğulması 60-cı illərdə səciyyəvi proses idi. Müxtəlif ədəbi mühit və məkanlarda bu yenilənmə özünəməxsus tərzdə reallaşırdı. Bu oyanmanın əsas parametrləri və əlamətləri mühitin təsiri ilə formalaşırdısa, daxili qanunauyğunluqları etnomilli gendən və ənənədən qaynaqlanırdı.
“Şəhidliyin zirvəsi” (1969) şeiri yuxarıdakı mülahizələri özünəməxsus tərzdə təsdiq edir. Orta əsrlər Azərbaycan və ümumtürk təsəvvüf şeirinin ən görkəmli nümayəndələrindən birinə – Seyid İmadəddin Nəsiminin şəxsiyyətinə və şəhadətinə sonsuz sevgi ilə yazılmış aşağıdakı misralarda gənc müəllifin həm də sufiyanə əqidə və məsləkə münasibəti də aydın şəkildə əks etmişdi: “Altı yüz ildir idrak çırpınır pələng kimi, Nərə çəkir, ağlayır, tapa bilmir ki, bilmir – o, bir sirri-xudanı. Təpədən dırnağadək soyalar bir adamı; Necə ola dinməsin, Böyük əqidəsindən Bir misralıq enməsin. Gözündən bir nöqtə yaş sinəsinə düşməsin. Qaşları çatılmasın bir xırda vergül qədər, Diri-diri soyulsun, əqidədən keçməsin. Altı yüz ildir bəşər ağrılardan inildər. Altı yüz ildir bəşər düşünər, düşünər çatmaz yenə Məşəqqətli ölümün Nəsimi zirvəsinə”. (4, s. 89-90). Bu şeirdə və xüsusən, nəzərdən keçirdiyimiz sətirlərdə Nəsiminin şəxsiyyətinə və şeiriyyətinə hərarətli sevgi açıq-aydın duyulmaqdadır. Amma gənc müəllifin böyük şairin əqidəsinə və məsləkinə olan baxışları da nəzərdən yayınmır. Yuxarıdakı parçada Nəsiminin öz məsləkinə sədaqəti də, şeir müəllifinin bu əqidəyə sonsuz heyranlığı və sevgisi də yanaşı əks edib:
Təpədən dırnağadək
soyalar bir adamı;
Necə ola dinməsin,
Böyük əqidəsindən
Bir misralıq enməsin.
Bu misralarda təkcə şəhid şairin öz əqidəsinə sədaqəti deyil, eyni zamanda, lirik “mən”in bu əqidəyə heyrəti diqqəti cəlb edir. Bu heyrət şeirin əvvəllindən axırına kimi yüksələn xətlə davam edir. Və təbii ki, müəllifin özünün də bu sirli və sehirli məsləkə münasibətini təyin etmiş olur:
Gözündən bir nöqtə yaş
sinəsinə düşməsin.
Qaşları çatılmasın
bir xırda vergül qədər,
Diri-diri soyulsun,
əqidədən keçməsin.
“Şəhidliyin zirvəsi” şeiri, təbii ki, yalnız Nəsiminin özünə və əqidəsinə sevgi izhar edən şeir kimi dəyərləndirilə bilməz. Bu şeirin məna üfüqləri daha genişdir. Oxucunu dərindən düşündürən və şeirdə sətiraltı mənalara məharətlə hopdurulmuş üsyankar poetik konsepsiya da diqqəti özünə çəkir. Nəsiminin onu əqidəsizlikdə suçlayan zamandaşlarına münasibəti, xüsusən, daha həssas yanaşmanı tələb edən məsələdir. Nəsimi və zaman, Nəsimi və zamandaşları konfilikti şeirin mətnində bütün kəskinliyi ilə nəzərə çarpır. Nəsimi və ona əqidəsizlikdə günahlandıran əqidəsizlər, dinsizlər və imansızlar arasındakı qanlı qarşıdurma 700 ilə yaxındır ki, insanlığın ayıq və vicdanlı hissəsini yandırmaqdadır: “Altı yüz ildir, altı, Nəsimini soyurlar. Qanlı yaralarına hələ duz da qoyurlar. “Uf” da demir Nəsimi. Əmmamilər baxır dəli suçlular kimi. Təpədən dırnağadək soyurlar, özləri qorxur neçin? Göylərə göz dikirlər… Şəhidi görməməkçin, İlahi də görünmür! Onun qorxusu nədi? Niyə azad eləmiş hər ağrıdan şəhidi? Şəkki-şübhə başını qaldırdı, dedi, “Ay aman, Tanrı dəhşətə gəlmiş, qaçmış yaratdığından!”. (4, s.90).
Əli Kərim və “Şəhidliyin zirvəsi” şeiri haqqında hələ 70-ci illərdə ciddi və canlı mülahizələr bildirmiş görkəmli filosof və tənqidçi Asif Əfəndiyevin aşağıdakı fikirləri bugün də öz dəyərini qoruyub saxlamaqdadır: “Cansızı canlandırmaqda, cansız ilə canlı arasında rabitə yaratmaqda Əli Kərim kamil bir ustadır… Nizamilər, Füzulilər, Nəsimilər, Vaqiflər, Sabirlər, Səməd Vurğunlar adlı uca zirvələr səltənətində saf bir bulaq var. Əli Kərim bulağı. Yolçular onun yanında ayaq saxlar. Bənzərsiz suyundan içər və yollarını davam etdirirlər… Uca zirvələrə aparan yollarını!”. (6, s. 11-12).
Bu şeirin poetik fikir tariximizdəki mövqeyindən bəhs edərkən filologiya elmləri doktoru Cavanşir Yusifli yazır: “…Əli Kərim, doğrudan da, Azərbaycan poeziyasında elə bir iş görür, elə bir missiyanı yerinə yetirirdi ki, onu, necə deyərlər, əl atıb bir nöqtədə tutmaq olmurdu, indiyə qədər müəyyən sahələr, cazibə sahələri işində donub qalmış kəsişmə məqamlarında özünəməxsus situasiyalar yaradırdı, Füzulini təzədən kəşf edir, Babəkin nə tarixdən, nə də poeziyadan görünməyən cizgilərini rəsm edirdi, Nəsimi haqqında bolluca danışılan yazılan bir dövrdə onun əzəmətli obrazını yaradırdı, – bu şeirdə Əli Kərimin mənalar əsasında yaratdığı “döyüş səhnələri” insanı üfüqdən o tərəflərə boylanmağa məcbur edirdi, şeirdə müqayisələri, artıq söz və kəlmələri yığışdıra-yığışdıra bütün dünyanın sükuta baş qoyub ağladığı bir məqamə yetişirdi. “Şəhidliyin zirvəsi” şeirində pafos, ümumiyyətlə, yoxdur, misralar arasında məna keçidləri ümumi ovqatı dəyişdirə-dəyişdirə, inkişaf etdirə-etdirə üzü sonsuzluğu aparırdı. “Şəhidliyin zirvəsi” şeirində bir neçə məna istiqaməti var: biz bu hissələri xəyalən kontekstlərə, yaxud semantik müstəvilərə də bölə bilərik. Şeirin başlanğıc hissəsində tağından, bünövrəsindən qopub sökülən bir orqanizm müşayiət edilir, bu şübhəsiz ki, şahanə bir şeir parçasına bənzəyir: gözümüzün qarşısında yaranıb pərvazlanan bu şeir misra-misra, nöqtə-nöqtə sökülür, sinəyə, varaqların, yarpaqların üstünə göz yaşı kimi tökülür, istəsəniz bu şeirdə, bu son dərəcə gözəl, ağıl çaştıran kətanın üstündə qüssəli payızla yol gəlsə də hələ çatıb yetişməyən baharın bir-birinə qarışan ovqatlarının rəsmini “görə” bilərsiniz”. (7, s. 84-85). Əli Kərimin Nəsimi və onun idealı haqqındakı təsəvvürlərini anlamaq və təsəvvür etmək baxımından alimin aşağıdakı düşüncələri də diqqətə layiqdir: “Ölümün Nəsimi zirvəsi” sadəcə qanadlı ifadə deyildir, Nəsimiyə, onun necə deyərlər, “qanlı köynəyindən” keçib tarixə, zamana bir başqa məqamdan, fərqli mövqedən baxmağın bir misra içinə yığışmış formasıdır. Burada əslində Qurani-Kərimdə deyildiyi kimi, bütün vücudu ilə Tanrının rənginə boyanmış bir insanın nöqtə-nöqtə, misra-misra sökülməsi, soyularaq gerçək zamandan daş-qalaq edilməsi səhnəsi canlandırılmışdır. Bu qanlı səhnədə ilahi qüdrətə yetişmək, onunla can bir qəlbdə nəfəs almaq ehtirası ilə yanaşı, elə bu ehtirasın yaratdığı və səbəb olduğu müdhiş səhvlər göstərilir, məhz bütün bunların ucbatındandır ki, Nəsiminin yalnız Tanrı eşqi ilə yazdığı şahanə bir şeiri misra-misra, nöqtə-nöqtə sökülür, ovxarlanıb tökülür, toza, torpağa dönür… Canlandırılan səhnə o qədər müdhişdir ki, ona baxıb dərhal bir nəticə çıxartmaq çətindir, danışmaq istəyən dillərə qıfıl vurulur, adi məntiq kara gəlmir, ağıl susur, ruh-yanıb külə dönür…”. (7, s. 87-88).
Bütün bunlar onu göstərir ki, özlərinin ilk yaradıcılığından etibarən milli amalımızı coşğun ilhamla və məftunluqla vəsf edən poetik gənclik, eyni zamanda, əsl və qədim milli-estetik ideallarımıza da rəğbət bildirmiş və onu bacardıqları qədər, imkan dərəcəsində təbliğ və tərənnüm etməyə çalışmışlar. Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Hüseyn Kürdoğlu, Fikrət Sadıq, Fikrət Qoca və başqa döyüşkən altmışıncıların milli-estetik fikir tarixindəki mühüm və unudulmaz xidmətlərinindən biri də, bizcə, məhz budur.
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub,
– Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə.
Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı,
Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
Yaradıcılığı,
Əli Kərimin ömrü,öz şair sözü kimi,poeziyada atributa çevrildi. Bu gün onun üslubunu,deyim tərzini,söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxmış «Təzə müəllim» şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «İki sevgili» kitabı olmuşdur.
«İki sevgi» (1960), «Həmişə səfərdə» (1963), «Qızıl qanad» (1965), «Qaytar ana borcunu» (1970), «Uşaqlar və ulduzlar» (1971) «Səfərdən sonra» (1972), «Pillələr» (1978), «Gül və çörək» (1978), «Seçilmiş əçərləri» (I cild, 1974, II cild 1975), «Qayıt» (1983), «Pillələr» (1987), Seçilmiş əsərləri» (2 cilddə, 1991), «Mavi nəğmənin sahilində» (1991), «Neyləyim, şeirlə dərd söyləyirəm, (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin «Dinmə, ey kədər» (1986), Elza Kərimin «Nə xoşbəxt imişəm», Altay Məmmədovun «Tanıdığım Əli Kərim» xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin «Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» (2005), «Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış» (2010), Sona Xəyalın «Əli Kərim» (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: «Ə.Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: «Babəkin qolları»nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; «Heykəl və heykəlin qardaşı» poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. «Gül və çörək», «Sevirəm», «Bomba üstündə ev», «Çiçəklər iclasda» kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.
Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı «Bir santimetr haqqında ballada» poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: «İlk simfoniya» poemasını oxuyarkn əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. «Heykəl və heykəlin qardaşı» poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…»
,Şeirlərinə yazılmış mahnılar,
· Aybəniz Haşımova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi
· Flora Kərimova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi
· Səbinə Ərəbli, Yar gəldi, musiqi: Adil Gəray
· Yaqub Zurufçu, Yar gəldi, musiqi: Adil Gəray
· Vaqif Şıxəliyev, Azərbaycanım mənim, musiqi: Hacı Zirəddin Tağıyev
Haqqında yazılmış kitablar,
· Feyzi Mustafayev – “Dinmə, ey kədər”
· Cavanşir Yusifli – “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış”
· Cavanşir Yusifli – “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”
· Altay Məmmədov – “Tanıdığım Əli Kərim”
· Sona Xəyal – “Əli Kərim”
· Elza Kərimova – “Nə xoşbəxt imişəm”
Əsərləri,
Əli Kərimin Təbrizdə nəşr olunan Qaytar Ana Borcunu kitabı
1. İki sevgili. Bakı: Azərnəşr, 1960, 60 səh.
2. Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh.
3. Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh.
4. Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh.
5. Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh.
6. Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh.
7. Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh.
8. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh.
9. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh.
Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,- Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı
İki sevgi
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub, – Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə. 1953
O qıza
Axtarıram mən səni, Arayıram mən səni. Soruşuram gözümlə ötüb keçəndən səni, Axtarıram kitabda, arayıram həyatda. Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda, Sənin təhsilin nədir, sənin yaşın neçədir? Aladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi, Qoy qara xalın olsun həsrətimin nöqtəsi! Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən; Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən. Kamal ol ki ömür bir şən nümayiş deyil, Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində. kamal da öz yerində. Bir gözəllik də görüm mənalı gözlərində. Kimə, niyə baxıram təkcə səni andırır. Ürəyimdə sözüm var, ürəyimi yandırır. O elə bir sözdür ki, dosta. yada deyilməz. Anadan əziz nə var, anaya da deyilməz. Əllərimi göynədir saçlarının həsrəti. Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti. İşdir üz-üzə gəldik… Onda məndən utanma, Ürəyindən keçəni nə gizləmə, nə danma Gizləmə ki, danma ki, gedər hərə bir yana; Qoyma canım od tutub yana, ömürlük yana. Səni harda axtarım? De nəçisən? De kimsən? Tez ol, görün, tez ol gəl, axtarıram səni mən! Gözümdə, könlümdə qəm, Yollarına bitmişəm. İlk baharı gözləyən cavan bir ağac kimi. Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.

Qaytar ana borcunu
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə: Atlını atdan salıb küləklərlə ötüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!” Ana yuxularında tez-tez Bakıya getdi, Ana məktub yazdı ki: “Yanıltma gümanımı, Pul nədir, pul deyirsən, göndərərəm canımı”. Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi tətil oldu, Ananı fikir aldı, ananın əsdi dizi Ana müqəssir etdi, tramvayı, dənizi. O yenə dözdü, durdu… O yolmadı saçını, Səsləri qonşuları Əsmər, Çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub məktub dalınca axdı, Bakıya xdı, Ana da məktubların dalınca baxdı, baxdı… Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, Məktublar əzik-üzük, məktublar bezdi gəldi, Ana yenə də baxdı gah dolama yollara, Gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü gur, çatmaqaş, gensinə, Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Oğul böyütdümü o büzmədodaq bir qıza? Oğul böyütdümü o. min işvəyə, min naza? Ana bilsəydi əgər böyütməzdi oğlunu, Yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri! O sözü, o söhbəti gülüşü anan verib, Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul, ayaqlarına Yerişi anan verib. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, Qaytarsan o yerişi, yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha Qaytar, qaytar onları. qaytar qoyma sabaha! Sən ki dərd verdin, oğul, sənə gülüş verənə. Oğul demərəm sənə! Deyirəm ki, o boyu, buxunu qaytar geri! Deyirəm ki, varını, yoxunu qaytar geri! Qaytar onun borcunu, Gülüşünü, adını, sözünü qaytar geri! Qaytar ana borcunu, O borc sənin özünsən, özünü qaytar geri!
Atamın xatirəsi
O sərt idi. Səhər dərsə tələsəndə mən Bildirməzdi yolda durub boylandığını. Bircə dəfə söz açmazdı qəlbindəkindən, Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən Durub-durub güc gələrdi əyri qəlyana. Övladına bircə dəfə “can” söyləməkdən Övlad üçün can verməyi daha asandı ona.
Əməksevər. ağır, enli, cod əli vardı, Tale kimi endirərdi çiynimə hərdən Sərt üzünə bircə anlıq səhər doğardı Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi – təzə əkini Hər bəladan hifz eləyən qar kimi. Moskvada oxuyurdum, Tərk etdi məni. Gələn kimi bir əbədi ayrılıq dəmi Gah istəyib məni görə. Gah deyib ki mən Qoy bilməyim O utanıb öz ölümündən Ah, o niyə belə etdi, bu nə qubardı? Nə zamansa bu nişanda bir atam vardı.
*** Bəzən haqq qazanır insan öləndə, Hətta unudulur ağır günahı Hamıya dərd olur cavan getməyi, Oduqca az görüb, az yaşamağı…
Deyirlər:”bilsəydik, ayıq olardıq Onu qoyardıqmı heç gözdən iraq? Hər bir dərdinə də çarə tapardıq, Nə bilək, o belə az yaşayacaq?”
Eh! Bu gün nə qədər xəyala daldım, Eh! Qəlbim nə qədər alışdı, dindi. Sən mənim qədrimi biləsən deyə Bu cavan yaşımda ölümmü indi?
İlk görüş
Nə vaxt görüşmüşük? Harda? Nə zaman? Doğrusu, elə bil yadımdan çıxıb. Təbəssüm səhəri doğdu üzündən, Dayandın ehmalca əlimi sıxıb.
Sözlərin qırıldı, töküldü bir-bir; Çırpdı divarlara, daşlara külək. Kəlmələr dağıldı sahil boyunca Yorulmuş bir gülün ləçəkləri tək.
Əynində sevincdən biçilmiş ağ don, Gözündə çaşqınlıq ala-toranı. Əllərin qonmağa bir yer tapmadı, Sındırdın az qala barmaqlarını.
Sonra da gözlərin sirli söhbəti: – Sevirsən? – Sevirəm. – Hər zaman? – Hər an! Sonra da dillərin şirin yalanı: – Sevmirsən? – Sevmirəm? İndi o vaxtdan:
Saatlar, həftələr, illər ötüşür. Amma o ilk görüş yaşayır hələ. Qocalmır, zamana yanıqlar verib, Yaşayır hər yeni görüşümüzlə.
İlk görüş yox olsa, yox olub gedər, Dönər bir heçliyə görüşlərimiz… Görüşlər hamısı vərdişə dönər, Bəlkə bir saatda qocalarıq biz.
Hər yeni görüşlə ilk görüş gəlir, Bütün görüşlərə nur səpir bir-bir. İlk görüş həmişə arxada deyil, İlk görüş bəzən də gələcəkdədir.
Nə xoşbəxt imişəm bir zaman Allah
Nə xoşbəxt imişəm bir zaman, Allah, Xəbərim olmayıb bu səadətdən. Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt! Bu gün eşitmişəm bunu həsrətdən. Niyə yazmamışam o zaman, Allah, Əlimə qələm də gəlməyir indi. De, niyə aradan küləklər əsir? Aramız, de, niyə belə sərindir? İçdiyim o su da səadət imiş, İşə getməyim də, qayıtmağım da. Ona baxmağım da xoşbəxtlik imiş, Onu yuxusundan ayıltmağım da. Dünya başdan-başa səadət imiş, Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə, Bəs indi nə olub belə dayanmış? Göylər səadətin çətiri imiş, Torpaq da səadət məhvəri imiş. Gecələr toranlı vüsal məskəni, Hər səhər, ruhumun səhəri imiş. Dilin quruyaydı sənin, ay həsrət, Sən bu gün könlümü tarımar etdin. Ya bunu vaxtında deyəydin mənə, Ya da ki lal olub heç dinməyəydin. Dünya başdan-başa səadət imiş, Görəsən, heç bir də olarmı yenə? Dünya başdan-başa nə imiş dedin? Dünya başdan-başa nə imiş, de nə?
Şəhidlik zirvəsi
“Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz” İmadəddin Nəsimi
I
Altı yüz ildir idrakçırpınır pələng kimi Nərə çəkir ağlayır tapa bilmir ki, bilmir – o bir sirri-xudanı. Təpədən dırnağadək soyalar bir adamı; Necə ola dinməsin, Böyük əqidəsindən Bir misralıq enməsin. Gözündən bir nöqtə yaş sinəsinə düşməsin. Qaşları çatılmasın bir xırda vergül qədər, Diri-diri soyulsun, əqidədən keçməsin. Altı yüz ildir bəşər ağrılardan inidlər Altı yüz ildir bəşər düşünər, çatmaz yenə Məşəqqətli ölümün Nəsimi zirvəsinə. Altı yüz ildir, altı Nəsimini soyurlar, Qanlı yaralarına hələ də duz qoyurlar. “Uf” da demir Nəsimi Əmmaməlilər baxır dəli suçlular kimi Təpədən dırnağadək soyurlar özləri qorxur neçin? Göylərə göz dikirlər.
Şəhidigörməməkçün, İlahi də görünmür! – Onun qorxusu nədir? Niyə azad eləmiş, Hər ağrıdan şəhidi? Şəki-şübhə başını qaldırdı, dedi, “Ay aman, Tanrı dəhşətə gəlmiş qaçmış yaratdığından!” Təpədən dırnağadək Əqidə olan kəsi Dırnaqdan təpəyədək Soydu xəncər tiyəsi Şəhid, odur nə dindi göz yaşı tökdü nə də, O oldu yer də göy də ilahi də bəndə də Amalıyla ağrısı biləşib daha güclü bir qanadla Tanrı tutası yerə uçub, o bülənd oldu Küfr edən də çox oldu duyub bilən də oldu
II
Yarım ölümdən ötrü azmı ağlayan olmuş Azmı könlə, beyinə qorxu qurşunu dolmuş? Xırda yarasının da ağrısını doğmaca balasıyla bölənlər Ölümün gəlişini eşidəndə ölənlər Bir qəzəbli baxışın ucunda tir-tir əsən Adam görsən, Nəsimi, əlbət, heç nə deməzsən Ləkələnməzsən əsla Yazmaq istedadını, ölmək istedadını, Dinməzsən ucalardan, Enməzsən ucalardan.
Epiloq
O, altı yüz il qabaq Dərisindən çıxaraq Göylərə baxa-baxa Dözüb hər məşəqqətə Getdi əbədiyyətə Al-qanı axa-axa, Yeridi, gücü artdı Tarixləri qızartdı.