Etiket arxivi: AYSEL NAZİM

Yazıçı şair Aysel Əliyevanın yeni kitabının təqdimatı olub

Yazıçı şair Aysel Əliyevanın yeni kitabının təqdimatı olub

Bu gün Yazıçılar Birliyində tanınmış şair,yazar Aysel Əliyevanın Qırğızıstanda yenicə işıq üzü görən “Könül Dünyası” adlı şeirlər kitabının təqdimatı keçirilib.Təqdimatda Orta Asiya ölkələrinin şair,yazıçıları iştirak edib.
Xatırladırıq ki, Əliyeva Aysel Nazim qızı Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Qırğızıstan Yazıçılar Birliyinin üzvü, Kərkük Kültür Dərnəyinin fəxri üzvüdür. Azərbaycanın “Qızıl Qələm” , Qırğızıstanın Çingiz Aytmatov “Qızıl Qələm” döş nişanı ilə təltif olunub. 2025- ci ildə Qırğızıstan Yazıçılar Birliyinin şer müsabiqəsində “Altın Qələm ” I dərəcəli diploma layiq görülmüşdür.
Bundan əvvəl onun “Duyğu Dənizi”, “Qəlbimin Harayı” , “Xalqımızın Mehribanı” adlı şeir kitabları nəşr edilib.
Onun şerləri qardaş ölkə Türkiyədə, o cümlədən Qırğızıstanda, İranda, Qazaxıstanda , Özbəkistanda yayımlanır.
Bir çox ədəbi Antologiyalarda şerləri yer alıb.
Şairin qəlbində Vətənə sevgi, Turan sevdası xüsusi yer almışdır.
Qırğızıstanda yenicə işıq üzü görən “Könül Dünyası” adlı şeirlər kitabı Aysel Əliyevanın ( Aysel Nazim qızının) ədəbi yaradıcılığının uğurunun yeni bir başlanğıcıdır.
Kitabın tərtibatı və nəşrinə Özbəkistanlı şair, yazıçı və ədəbiyyat səfiri Müqimcan Nurboyev köməklik göstərib .
Kitabın üz qabığındakı əsərin müəllifi isə Azərbaycan Respublikasının əməkdar rəssamı, Təsviri sənət üzrə fəlsəfə doktoru Rəşad Mehdiyevdir.

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Aysel Əliyevanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

AYSEL ƏLİYEVANIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aysel Nazim – Gördüm

Gördüm

Bələndi duyğular könül mehrinə,
Ruhum vaqif oldu eşqin sehrinə.
Cənnət diyarımın daldım seyrinə,
Uca dağlarını, düzünü gördüm.

Haqdan dönməmişəm darda, çətində,
Mətin yaranmışlar qalır mətin də.
Günəşin alovlu hərarətində,
Doğma ocağımın kökünü gördüm.

Şair, hikmətini saxla özündə,
Qoxusu duyulur hər bir sözündə.
Ayna bulaqların zümrüd gözündə,
Bir mələksimanın üzünü gördüm.

06.09.2025

Müəllif: Aysel NAZİM


AYSEL NAZİMİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aysel Əliyeva (Nazim) QYİB-nə üzv qəbul olunub.

“Yazarlar” jurnalının redaksiya heyətinin üzvü Aysel Əliyeva ( AYSEL NAZİM ) Qırğızıstan Yazıçılar İctimai Birliyinə üzv qəbul olunub. Əməkdaşımız sevincini belə ifadə edib: – “Bu gün baharın ilk müjdəsini aldım. Qırğız Yazıçılar Birliyinin vəsiqəsi və döş nişanıyla təltif olunub, üzvü seçildim. Qırğızstan Yazıçılar İctimai Birliyinin rəhbəri Б. Карагулова xüsusi minnətdarlığımı bildirirəm. Şair dostum Muqimjon Nurboyev bəy var olun! Yaşasın , var olsun Azərbaycan-Qırğızıstan qardaşlığı, ədəbi-mədəni əlaqələri!”

Kollektivimiz adından Aysel xanımı təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Aysel xanım!

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYSEL NAZİM – ŞEİRLƏR

Aysel NAZİM (Əliyeva) – pedaqoq, şair, yazar.

MƏNİM BU SEVGİM

Bahara döndərdi duyğularımı,
Şipşirin eləyib yuxularımı.
Üstünə sərmişəm könül varımı,
Kövrək bir nəğmədir mənim bu sevgim.
**
Hər gün sevincimin dodağı qaçır,
Duyğular sinəmdə gül-çiçək açır.
Elə bil ruhuma işıq, nur saçır,
Kövrək bir nəğmədir mənim bu sevgim.
**
Çiçəyə bürünüb yaylaqlar kimi,
Pıçıldayır körpə dodaqlar kimi.
Çağlayır dumduru bulaqlar kimi,
Kövrək bir nəğmədir mənim bu sevgim.
**
Oxu könlümdəki eşqin sətrini,
Daim uca tutdum onun xətrini.
Ayselin ruhuna səpib ətrini,
Kövrək bir nəğmədir mənim bu sevgim.

VƏTƏN

Ömrümə ələnən ilahi nursan,
Ana laylası tək qəlbə dolursan.
Yamyaşıl geyinmiş gəlin olursan,
Bir özgə aləmdir baharın, Vətən.
**
Nəğməyə bələnib gözəl çağların,
Ərən oylağıdır uca dağların.
Könüllər oxşayır barlı bağların,
Ümid ətirlidir yolların, Vətən.
**
Aysel, bu torpaqda halallıq ara,
Zirvələr heykəldir namusa, ara.
Sənin sorağına gələn dostlara,
Sevinclə açılır qolların, Vətən.

Müəllif: Aysel NAZİM


AYSEL NAZİMİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSEL NAZİMİN AD GÜNÜDÜR!

Aysel NAZİM (Əliyeva) – pedaqoq, şair, yazar.

Bu gün “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, qələm dostumuz, tanınmış söz adamı, sevimli müəllim, gözəl xanım  Aysel Nazimin doğum günüdür! Ad günü münasibəti ilə Aysel xanımı təbrik edir, uzun ömür, can sağlığı həyatda yeni – yeni nailiyyətlər arzulayırıq!

AYSEL NAZİMİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru