Nazim Teymuroğlu (Sayılov Nazim Teymur oğlu) 1953-cü ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Filiologiya fakultəsini bitirib. Bədii yaradıcılığa orta məktəb illərində başlayaıb. Şeirləri müxtəlif dövrü mətbuatda, ədəbi orqanlarda, almanaxlarda dərc olunub. “Gözün aydın Azərbaycan” adlı bir şeirlər kitabı capdan çıxıb.
Hal-hazırda Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində yaşayır.
Tanınmış yazıçı Sədulla Şirinov yeni işıq üzü görmüş “Sönməyən qisas” adlı kitabına görə “Ziyadar” mükafatı ilə təltif olunub. Mükafatı ən yaxın dostların çevrəsində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim edib. “Yazarlar” heyəti olaraq, Sədulla Şirinovu bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 10 noyabr 2020-ci il tarixli xalqa müraciətindən:
“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq.
Biz bu Qələbəyə görə onlara borcluyuq.
Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb.
Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının.”
Ali Baş Komandan İlham Əliyev
10 noyabr 2020, 05:50
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
YAZARLAR cameəsi adından Həqiqət Şamillini doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Həqiqət xanım!
Şair, esseist, tərcüməçi SƏLİM BABULLAOĞLU “ədəbi fəaliyyətinə və yaradıcı bioqrafiyasının məziyyətlərinə görə” Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvü seçilib və fəxri diplomla təltif olunub.
Akademiyanın www.accademiainternazionalesenghor.com ünvanlı saytında qurumun üzvləri siyahısında S.Babullaoğlunun da adı qeyd edilib.
Sözügedən təsisat Seneqal şairi, filosof və siyasətçisi, “Afrika ruhu” nəzəriyyəsinin banilərindən biri, XX əsr Afrika intellektuallarının və panafrikanizmin nüfuzlu nümayəndəsi, Seneqal və Maliyə rəhbərlik etmiş Leopold Sedar Senghorun adını daşıyır. Akademiyanın baş ofisi İtaliyanın Milan şəhərində yerləşir, rəhbəri professor Şeyk Tidian Qaydır. S.Babullaoğlunun namizədliyini Mihay Eminseku Akademiyasının prezidenti, Nobel Akademiyasının eksperti, tanınmış rumın şairi İon Deakonesku irəli sürüb. Diplomun təqdimat mərasimi 2025-ci ilin mayında baş tutacaq.
S.Babullaoğlu bununla bağlı açıqlamasında qərarın 2023-cü ilin avqustunda verildiyini, ancaq özünün bu haqda məlumatsız olduğunu, xəbəri yaxın günlərdə aldığını deyib: “Əlbəttə ki, bu xəbərdən məmnunam. Cənab İon Deakoneskuya, onun təklifini dəstəkləyən adamlara, o cümlədən cənab Tidian Qaya təşəkkür edirəm”.
YAZARLAR olaraq, bu münasibətlə SƏLİM BABULLAOĞLUnu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!