www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Sumqayıtda 24 saylı məktəbdə Esmira Günəşin kitablarının təqdimatı oldu

ESMİRA GÜNƏŞİN YAZILARI

Sumqayıtda 24 saylı məktəbdə Esmira Günəşin kitablarının təqdimatı oldu

Dekabrın 23-ü Sumqayıt şəhər 24 saylı məktəbdə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitablarının təqdimatı oldu. Tədbirdə kitablarla yanaşı həm də kitabda yer alan Sumqayıt şəhidlərinin şəkillərindən sərgi hazırlanmışdı. Məktəbin şagirdləri əvvəlcə sərgi ilə tanış olub şəhidlərimizi daha yaxından tanıdı, sonra isə tədbirdə iştirak edərək şəhid anaları ilə ünsiyyət qurmağa fürsetləri oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Nəsibə müəllimə qonaqları salamlayaraq şəhidlərimizin illər keçsə də unudulmayacağını dilə gətirərək, məktəb kollektivi olaraq bu sahədə xüsusi addımlar atdıqlarını bildirib. O qeyd edib ki, hər zaman şəhid ailələrinin və qazilərin yanında olaraq onlara dəstək olmağa çalışırlar. Tədbir Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirlərlə və vətənpərvərlikdən bəhs edən bir neçə səhnəciklə davam edib.

Tədbirin gedişatında sözləri Esmira Günəşə bəstəsi Yaqut Almaza məxsus olan şəhid Elmar Nəsibovun xatirəsinə həsr olunmuş musiqi gənc müğənni Xəyal Cəbrayıllının ifasında səsləndirilərək klipi qonaqlara nümayiş olunub. Tədbirin xüsusi qonaqlarından biri də qadın şəhidimiz Mətanət Mehdiyevanın ailəsi olub. Tədbirin sonunda çıxış edən Esmira Günəş qadın qəhrəmanlarımızdan çox az tanındığını bildirərək, Mətanət Mehdiyevanın adını xüsusi vurğulayıb. O bildirib ki, bundan sonra da şəhidlər haqqında yazıb, yeni kitablar nəşr etdirməyə davam edəcək. Gələn bütün qonaqlara və tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür etdikdən sonra isə tədbir xatirə şəkilləri ilə yekunlaşıb. Sonda məktəb kollektivi şəhid ailələrini ehsan süfrəsinə qonaq ediblər.

Təqdim etdi: LEYLİ NUR NOVRUZOVA

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

ESMİRA GÜNƏŞİN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏHİD ELNURUN ƏZİZ XATİRƏSİNƏ

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

ŞƏHİD ELNURUN ƏZİZ XATİRƏSİNƏ
Əgər səs verməsəm haqqın,səsinə,
Lallar da dil açıb dillənə, bilər.
Dünyanı firladar fələk tərsinə,
Dünya bir nənnidə yellənə bilər…
* * *
Qarabağ uğrunda tökülən,qanlar,
Qlümün üzünə gülən, oğullar.
Haqqı uca tutan bilən o canlar,
Daşıb sellər kimi sellənə bilər…
* * *
Elnur da bu selin kiçik,damlası,
Elə nur doğmuşdu onu ,anaşı.
Qarabağ uğrunda bu haqq davası,
Hələki bəmdədir, zillənə bilər..
* * *
Silər yer üzündən, kin-küdurəti,
Bərqərar eləyər haqq, ədaləti.
Xudanın hökmüylə onun, qüdrəti,
Yazdakı çəməndir güllənə, bilər…
* * *
Doğulub böyüdü o,İsmayıllıda,
Can qurban eylədi qohuma, yada
Qarabağda qopan aha, fəryada,
Dözmədi vuruşdu o sona qədər…
* * *
Şəhid ruhları haqq,dərgahında,
Vətən sevgisi var,ruhlarında.
Düz dinin,danışın ruh yanında,
Bir gündə göylərdən o enə bilər…
* * *
Bir qızın bir oğlun, bir də vətəni,
Bizə əmanətdir şəhid Elnurun!
Çürüməz cəsədi, nə də, kəfəni ,
Sevsək əmanətin igid, Elnurun!

Müəllif: LEYLİ NUR NOVRUZOVA

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ekzistensializm cərəyanı

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

 Ekzistensializm cərəyanı

      Ədəbiyyatda və fəlsəfədə insan oğlunun varlığından bəhs edən cərəyana ekzistensializm deyilir.Latın dilində “exsistensia varlıq deməkdir və bu ədəbi-fəlsəfi cərəyanın əsas problematik mövzusu insanın mövcudluğudur.Fəlsəfə və ədəbiyyat tarixində insanın mövcud olması müxtəlif formalarla izah olunmuşdur.Məsələn,şərq fəlsəfəsində mövcudluq anlayışı “vücud” termini ilə ifadə edilir.Belə ki,əqidə alimlərinə görə varlığın iki forması mövcuddur:

1.Vacibül-Vücud

2. Mümkün əl- Vücud.

  Molla Sədranın ekzistensializmi

    Mümkün əl- vücud insanın və eyni zamanda bütün məxluqatın xilqətindən bəhs edən anlayışdır.Bu anlayışa görə insanın mövcud olmasının səbəbi vacibül-vücud yəni Allahdır.Çünki insanın mövcud olması Allahın azad iradəsindən aslıdır.Bir sözlə insan mümkün varlıqdır, mövcud ola da bilər,olmaya da bilərdi.Sözügedən anlayış Molla Sədranın fəlsəfəsində də geniş formada izah olunmuşdur.Sədranın hikmətil-mütəaliyə fəlsəfəsi qərb təfəkküründə transsendensial cərəyan olaraq qəbul olunur və bir çox fəlsəfəçilər onu şərq ekzistensializminin atası hesab edir.Sədraya görə bir nəsnənin varlığı(ekzistenisası) onun mahiyyətindən (essensiasından) əvvəl gəlir.Biz bu fikirə XX əsr qərb filosoflarından olan Jan Pol Sartrın “Varlıq və heçlik” əsərində də rast gəlirik.Lakin Sədranın Sartrdan fərqi onda idi ki,Sartın fəlsəfəsindəki azadlıq və özgələşmə anlayışı,Sədrada yox idi. Həmçinin,Molla Sədra varlığa mahiyyətin verilməsinin səbəbini Allahda görürdü, Jan Pol Sartr isə qeyd edir ki,varlıqdan əvvəl mahiyyətin olmamasının səbəbi Tanrının olmamasıdır.

   Sədranın ekzistensializm metodunda bir digər fərqlilik də metempsixoz anlayışıdır.Belə ki,filosofa görə insan mahiyyət etibarı ilə gördüyü xeyir və şər əməllərə nəzərən mücərrəd dünyada ,yəni məad aləmində öz varlığını hazırlayır və ölən zaman onun mövcudluğu həmin bədənə köçür.İnsan nə qədər xeyir işlərlə məşğul olsa,məad aləmindəki bədəni də o qədər nurani olar. Molla Sədranın bu fikiri irfanda da öz əksini tapır.Məad anlayışını qəbul edən irfani cərəyanlara görə abid olan şəxs,dünyadan təcrid olmalı,ibadəti zöhdə əsaslanmalı və ən əsası öz məad aləmini və məaddakı cismini nuraniləşdirməlidir.İrfandakı bu təcridolmaya qərb fəlsəfəsində özgələşmə və yadlaşma anlayışları ilə paralellik təşkil edir.

Soren Kyerkaqard  və ekzistensializm

    Bir çox filosofların fikrincə,ekzistensializm cərəyanının atası danimarkalı filosof və teoloq Soren Kyerkoqordur.Onun “Qorxu və Titrəmə” əsəri ekzisensializm cərəyanı üçün ilkin başlanğıc hesab olunur.Sözügedən əsər İbrahim peyğəmbər və oğlu İshaqın sərgüzəştlərindən bəhs edir. Belə ki,əsərdə İbrahim peyğəmbərin Allahın əmri ilə oğlu İshaqı qurban kəsməyə aparması teoloji yol ilə təhlil olunmuşudur.Həmin hadisədə ekzistensial metod ondan ibarət idi ki,İbrahim dövrün və cəmiyyətin qanunlarını çeynəyir və bilavasitə Allahın əmrinə tabe olaraq oğlunu qurbangaha aparırdı.Biz bu situasiyada əsərin baş qəhrəmanının cəmiyyəti önəmsəməməsini müşahidə edirik.Eyni zamanda Sorenin digər təhlillərinə nəzər yetirdikdə İshaqın qüssəli,kədərli  və pessimist olması qarşımıza çıxır.İbrahim bu əsərdə azad iradəli obrazdır və O öz azadlığı üçün oğlunu Allahın yolunda qurban verməyə hazırdır.Soren Kyerkeqor həmin əsərdə maraqlı bir mövzuya toxunur.O,söyləyir ki, “… İşləməyən çörək yeməz. Nə qədər qəribə olsa da,bu atalar sözü ən təbii şəkildə aid olduğu bu dünyaya tətbiq edilə bilməz, xarici aləm natamamlıq qanunlarına tabedir və burda dəfələrlə eyni şey təkrarlanır.Öz çörəyini işləməyən qazanır, hərçənd yatan işləyəndən daha çox bolluq içindədir… Ruh aləmində isə məsələ başqa cürdür.Burda əbədi ilahi nizam hökm sürür,burda günəş xeyirxah və bədxahlar üzərinə eyni parlamır,burda əziyyət çəkən öz bəhrəsini görür”. Soren Kyerkaqardın bu sözlərində dünyanın ədalətsiz və absurd olması ön plandadır.Biz bu fikirlərin əksini Albert Kamyunun absurdist ideyalarında da görmüşük.Belə ki,Kamyuya görə həyatın mənası yoxdur və mənasız həyatda məna axtarmaq özü mənasızlıqdır,gah30 yaşda öldün,gah da 70 yaşda bunun heç bir fərqi yoxdur. Mahiyyət etibarı ilə hər iki filosof bir-birləri ilə səsləşən paralel fikirlər söyləyirlər.Yalnız, əsas fərq budur ki.Soren Kyerkeqor axirət aləmini qəbul edir və mənanı orda görür,Albert Kamyu isə ateist olduğu üçün axirəti qəbul etmir və məsələyə nihilist yanaşır. Jan Pol Sartrın isə məna anlayışı bir qədər fərqlidir.Onun sözlərinə görə Dünya aporiori(təcrübədən əvvəl) dərk olunmazdır.Yalnız ,insan bu dünyaya hər hansı bir mənanı verə bilər.

Ekzistensializmin tüğyan etməsi və Jan Pol Sartr

   Avropada sənaye inqabından sonra insanların yaşayış tərzi müsbətə doğru dəyişməyə başlamışdır. Həmin dövrün “baş bilənləri”nin fikrincə, Avropa zaman keçdikcə daha da inkişaf edəcək,çiçəklənəcək və cənnətə çeviriləcəkdi.Lakin bu tip fikirlər,alman filosofu Fredrix Nitşze tərəfindən qəti şəkildə rədd edildi.Nitşzeyə görə Avropa cəmiyyətinin həddən artıq inkişaf etməsi ümumibəşəri bir bəlaya səbəb olacaqdı.Filosofun bu sözləri 1914-cü il 28 iyul günü Frans Ferdinandın öldürülməsi ilə I Dünya Müharibəsinin başlamasında öz əksini tapmışdır. Müharibə bitən zaman cəmiyyət çöşük və yıxıntı dövrü yaşayırdı və bu yıxıntıdan qaynaqlanaraq dadaistlər və sürrealistlər eyni zamanda da dekadentçilər əsərlər yazıb yaratmağa başlamışdırlar.Belə ki, dadaistlər müxtəlif qəzetləri bir yerə yığıb parçaladıqdan sonra,onların təsadüfi seçilmiş fərqli parçalarını birləşdirərək  xaosu ifadə edən əsərlər yazmışdırlar. Sürrealizm isə ilkin olaraq incəsənətdə ,daha sonra isə bədii ədəbiyyatda özünü büruzə vermişir.Bu cərəyanın nümayəndələri artıq xaosdan doğan real hadisələri qəbul etmir və realist dünyaya gerçəkliyin üst qatından baxırdılar. Dekadentizm isə həyatın absurdluğunu və insanın vəhşətini nəzərə alaraq Tanrı ilə zarafat edib,söhbətləşməyi daha məqbul hesab edirdi.Bütün bu cərəyanlar Avropada modernizm adı altında birləşmişdir ki,ekzistensializm də bu siyahıya daxil idi.Ekzistensializm cərəyanı II Dünya müharibəsindən sonra bədii ədəbiyyatda geniş formada tüğyan etməyə başlamışdır və bu ədəbi-fəlsəfi axının öndərləri Albert Kamyü və məşhur fransız filosofu Jan Pol Sartr hesab olunurdu.

 Haşiyə:

  Qeyd etmək lazımdır ki,biz şərti olaraq eksiztensializmi 2 hissəyə bölə bilərik.1. Teizmin təsir etdiyi II Dünya müharibəsinə qədərki dövr.2. Ateizmin təsir dairəsində olan və II Dünya müharibəsindən sonrakı dönəm.

   Sartr mövcudluğu insanın azadlığında və azad iradəsində görürdü.Onun Varlıq və Yoxluq əsəri insanın azadlığını etiva edən fikirlər ilə zəngindir.Filosofa görə:

  • İnsanın mövcudluğu mahiyyətdən öncə peyda olur.
  • Əgər əzəli insan xisləti yoxdursa,əgər dünya öz-özlüyündə dərkolunmazdırsa,başqası insana nə əmr edə bilər,nə də haqq qazandırmağı bacarar.İnsan azadlığa məhkumdur. 
  • Əgər insan azaddırsa,O ,tamamilə öz mövcudluğu üçün məsuliyyət daşıyır.
  • Əgər insan azddırsa,onun üçün nə xeyir ,nə də şər mövcuddur.Çünki insan yalnız özünə xeyir seçə bilər.
  • Azadlığın özü azadlığa gedən yoldadır.

    Jan Pol Sartrın bu fikirləri bilavasitə müharibələrə,vətənpərvərlik,mühafizəkarlıq və milliyyətçilik kimi siyasi ideyalara qarşı idi.Onun zənnincə, bu tip siyasi ideologiyalara  xidmət edən insanlar sürü psixologiyası ilə idarə olunur və azadlıqları əllərindən alınırdı.Məhz ,onda görə də insan bu ideyalardan təcrid olub özgələşməli və yadlaşmalıdır.

 Anar yaradıcılığında ekzistensializm cərəyanı.

    Dünya müharibəsindən sonra Avropada tüğyan edən ekzistensializm cərəyanı Azərbaycan ədəbiyyatına da təsir etmişdir.Bədii ədəbiyyatda ekzistensial obraza dair bir neçə xas xüsusiyyətlər mövcuddur ki,Anar Rzayevin yaradıcılığında biz bunu müşahidə edirik. Həmin xasiyyətlər bunlardır:

1. Obraz ölüm qorxusu ilə üzbəüzdür

2. Kədərli,pessimist ruhludur.

3. Özgələşdiyi üçün tənhadır

4. Cəmiyyətin fikirlərini önəmsəmir. Və öz azadlığı üçün hər kəsi qurban verməyə hazırdır.

5. Narsizmə meyillilik müşahidə edilir.

    Anarın yaradıcılığında “Otel otağı”, “Mən sən o və telefon”, “Qırmızı limuzin”, “Ağ liman” və.s kimi əsərlərdə ekzistensializm cərəyanının qoxusunu hiss etmək mümkündür. Ədibin yaradıcılığı- ndakı “Qırmızı limuzin” əsəri sürrealist elementlər ilə başlayır.Belə ki, əsərin baş qəhrəmanı yuxuda bir məhəllə görür və həmin məhəlləni yadına sala bilmir,daha sonra isə bəhsigedən məhəllədə qarabasma kimi bir qırmızı limuzin peyda olur.Səhər saatlarında zəngli saatın onu oyatması ilə yuxusu bitir.Baş qəhrəmanın yuxusuna girdiyi qırmızı limuzini real həyatda ,daha dəqiq desək həyətdə,işdə, metronun önündə görməsi onu vahiməyə və qorxuya salır,sanki obrazımız ölüm qorxusu ilə üz-üzədir.Biz burda ekzistensial obrazın ölüm qorxusu məfhumunu müşahidə edirik.Obrazımız həddən artıq tənhadır.Bu tənhalıq onun tək yaşamasında, işə gedib- gələrkən yolda heçkimlə yoldaşlıq etməməsində görürük.Bu tənhalıq onu az da olsa,eqozimə sürükləyib.Eqoist olan insan da cəmiyyətin təfəkkürünə tabe olmağı özünə heç cürə sığışdıra bilmir. Əsər I Qarabağ müharibəsi dövründə qələmə alınmışdır ki, biz bunu maşının simvolik olaraq 19.91 rəqəmli seriya nömrəsinin 1991-ci ilə nisbət verilməsində müşahidə edirik.Halbuki, əsərdə həmin müharibədən bir cümlə də olsa bəhs edilmir, çünki əsər ekzistensial ruhludur və bu cərəyan cəmiyyətin təfəkküründə olan vətənpərvərlik və müharibə leyhdarlığına qarşı çıxırdı.Baş qəhrəmanımız həddən artıq pessimist obrazdır , əsərdə onun gündəlik həyatının təkrar və sıxıcı olması,katibə ilə ayrılarkən mənfi aurada olması obrazımızın neqativliyinə dəlalət edir.Əsərin gedişatında isə obrazımız qırmızı limuzin qorxusuna qalib gəlir və onunla üzləşmək istəyir.Lakin sonda qəhrəmanımızın əvvəlki ölüm qorxusu başına gəlir və o, maşında partlayaraq ölür. Ekzistensial obrazın ölümdən qorxması təbii haldır,çünki ölüm varlığın yaşamasına son qoyan yeganə vasitədir.Qeyd edək ki, limuzinin qırmızı rəng olması da təsadüfi hal deyil.Belə ki, qırmızı rəng qanı simvolizə edir.

    Əsərdə baş qəhrəmanımız limuzini görən zaman özü-özünü sorğulamağa, real həyatdakı qırmızı limuzin ilə yuxudakı limuzin arasındakı hər-hansısa bağlılığın olmamasına özünü inandırmağa çalışır. Lakin hərşeyə biganə olan obrazımız, bu məsələyə də biganə yanaşır, bəzən də problemi yola vermək üçün özü-özünü aldadırdı. Əsərdəki bu situasiya bizə Soren Kyerkeqorun məşhur bir deyimini xatırladır: “ Hər kəs özü tərəfindən aldadılar”. Kyerkoqardın bu sözünü sanki Anar Qırmızı limuzin əsərindəki baş qəhrəman vasitəsi ilə nəsrə çəkmişdir. Hər bir insanın fitrətində eqoizm olduğu üçün ağılasığmaz hər- hansısa situasiya qarşısına çıxanda onu real baxış bucağı ilə dəf etməyə səy göstərir , çünki eqoizm həmin insanın təfəkkürünə təsir etdiyi üçün artıq eqo vasitəsi ilə hökm verməyə, problemdən çıxış axtarmağa və ya  qeyri-adi bir anlayışı ya real baxış bucağı ilə yozmağa, ya da rədd etməyə çalışır. Qeyd etdiyimiz kimi baş qəhrəmanımız da eynən bu cürdür. O öz həyatında gördüyü limuzini, yuxusunda gördüyü limuzin ilə eyniləşdirmək istəmir. Hətta, bir ara qırmızı limuzinin varlığını “deyəsən şəhərdə qırmızı maşınların sayı çoxalıb” kimi sözlərlə inkar etməyə başlamışdır. Və bu tip sorğulamalar nəticəsində obrazımız özü-özünü Kyerkeqor demiş aldadırdı.

İstifadə olunmuş mənbələr:

Qorxmaz Quliyev – Dəlidən doğru xəbər. Mütərcim nəşriyyatı Bakı – 1999

Jan Pol Sartr- Varlıq və Yoxluq Qanun nəşriyyatı- Bakı 2012

Əli Əmininejad – İrfan elmi- Nurlar nəşriyyatı – Bakı- 2022

Soren Kyerkeqor – Qorxu və Titrəmə – Bakı-2018

İnternet resursları :

https://news.milli.az/culture/102671.html
https://plato.stanford.edu/entries/mulla-sadra/

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFAQ NƏBİQIZININ QEYBDƏN GƏLƏN SƏSİ – Tapdıq ƏLİBƏYLİ

AFAQ NƏBİQIZI və SƏYADULLA KƏRİMLİ

23 dekabr – dünyasını vaxtsız dəyişən yazıçı Afaq Nəbiqızının doğum günüdür. İşıqlı xatirəsini ehtiramla yad edirik!

AFAQ NƏBİQIZININ QEYBDƏN GƏLƏN SƏSİ

“Əlində inləyən tar nakam bir məhəbbəti aləmə car çəkirdi. Vaxtsız itirdiyi, amansız ölümün yarımçıq qoyduğu Afaq ömrünün fəryadıydı bu inilti, bir də…həsrətdən qovrulan türk kişisinin utanıb-çəkinmədən gözlərindən gilənənən duzlu göz yaşlarının dadına azacıq şirinlik gətirmək istəyindən yoğrulmuşdu bu inilti. Amma bu inilti sərinlik gətirmədi Səyadulla müəllümün qəmdən, kədərdən yoğrulan nisgil təşnəsinə…Yumulu gözlər indi öz aləmində idi-onunla keçirdiyi, çətin anlarda dərdini böldüyü,boy-buxunundan, qədd-qamətindən,gözəlliyindən qürrələndiyi,baxdıqca doymadığı onlu aləmində.Bu aləmdən, əlində bərk-bərk sıxdığı tarından Səyadulla müəllimi heç kim və heç nə ayıra bilməzdı bu məqamda ”.

Bu fikirləri qələm dostumuz-yazıçı, filoloq-alim Səfər Kəlbixanlı Azərbycanın dilbər guşələrindən biri olan Yardımlı rayonunun ziyalılarından-onların həyat yolundan, uğurlarından, bütövlükdə respublikamızın çiçəklənməsi üçün gördükləri müxtəlif istiqamətli işlərindən söhbət açdığı ”Sənsiz günlərim” (1997) adlı kitabında “Kərimli Səyadulla” oçerkində yazıb.

Bu yanğılı ovqat, vaxtilə ədəbiyyatımızın, mənəvi irsimizin, poeziyamızın, sözün geniş mənasında Sözümüzün dərsini aldığım hörmətli müəllimim, dostum, yazıçı, publisist Səyadulla Kərimlinin Afaq Nəbiqızı itkisini özündə ehtiva edir…

Afaq Nəbi qızı Cavadova 1950-ci il dekabrın 23-də Ağcabədi rayonunda anadan olmuşdur. Uşaq ikən ailəsi Beyləqan rayonuna köçmüşdür. Beyləqandakı 1 saylı şəhər orta məktəbi, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Beyləqan 1 saylı şəhər və Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində ədəbiyyat müəllimi işləyib. 1983-cü il mayın 6-da Bakıda vəfat etmişdir. Beyləqan rayonunda dəfn olunub.

Afaq xanım Səyadulla müəllimin həyatından fiziki baxımdan ayrılsa da, onlar metafiziki bağlarla yenə birgədirlər. Ədəbi yolda da… Afaq Nəbiqızının “Qeybdən gələn səslər” adlı ilk kitabının ölümündən sonra, Səyadulla müəllimin təşəbbüs və səyi ilə içıq üzü görməsi və müəllifi olduğu, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş “Sarıcanın macəraları” adlı nağıl-povestin nəşrə hazırlanması dediklərimə əyani sübutdur.

Müxtəlif mövzularda yazılmış hekayələr və “Həmin sentyabr səhəri” adli povest daxil edilmiş “Qeybdən gələn səslər” kitabı 1990-cı ildə “Yazıçı” nəşriyyatı tərəfindən çapdan buraxılıb. Kitabın “Ön söz” müəllifi Cavad Zeynal mərhum yazıçını təəssüf hissi ilə oxuculara belə təqdim edir: “Afaq Cavadova dünyaya söz demək üçün gəlmişdi, lakin o sözünü deyə bilmədi. Bu deyə bilməmək o biri deyə bilməməkdən deyildi. Yəni bu, onun özündən asılı olmadı…”

Hesab edirəm ki, S.Kərimli ilə A.Nəbiqızının yaradıcılığına da ayrı -ayrılıqda deyil, küll halında baxılmalı, ədəbi kontekstdə baxış müvazi, paralel olmalıdır.

Mərhum ədibimizin bədii sözü, əsərlərindəki sənətkarlıq xüsusiyyətləri, bütövlükdə yazıçı taleyi haqqında S.Kərimlinin fikrinin daha səmimi, daha dolğun, eləcə də baxış və yanaşma yöndənmənə məhrəm olduğunu nəzərə alıb müəllimimə istinad etmək istəyirəm .

S.Kərimli Afaqsız Afaqın 60 illik yubileyi ilə əlaqədar olaraq yazdığı, qəmli notların hakim kəsildiyi “O əsl qələm sahibi idi…” adlı məqaləsi (noyabr, 2011-ci il)ilə dünyasını vaxtsız dəyişmiş mərhum yazıçı Afaq Cavadovanı anmaqla, həm də onun ədəbi irsinə işiq tutur: “Keçən əsrin 80-ci illəri Azərbaycan ədəbiyyatı tarixində öz yeni dəst-xətti, yeni yazı manerası ilə seçilən xeyli gənc yazıçı bəxş elədi ki, onlardan da biri mərhum ədibimiz Afaq Nəbiqızı (Afaq Cavadova) idi. Lakin taleyin amansız əli ona çox tez, istedadının təzə-təzə çiçəkləndiyi, sənətə ilk addımlarını atdığı bir vaxtda uzandı; dünyasını çox er¬kən dəyişdi. …Cəmi 32 il ömür yaşadı. Əgər sağ olsaydı bu günlər onun altmış yaşı tamam olacaqdı.

Sağlığında – ölümündən qabaq dövri mətbuatda cəmi bir neçə hekayəsi dərc olunmuşdu. Ancaq bu hekayələr onun gələcəyin böyük yazıçılarından olacağından xəbər verirdi…

İlahi bir istedad, talant, təxəyyül vardı Afaqda. Bizim gündəlik müşahidə etdiklərimiz, gördüklərimiz, bəzən də belə desək, “görə bilmədiklərimiz” adi həyat həqiqətlərini o, elə duyub qavrayırdı, yaradıcılığında onları detallarına, incəliklərinə qədər elə təsvir edirdi ki, oxucu istər-istəməz bu “xırdalıqlar”, “əhəmiyyətsiz hesab etdiyimiz hadisələr” fonunda böyük ictimai bəlaların əsl mənbəyinin, kökünün şahidi olurdu…

Afaqın yazılarının ruhunda bir qeyri-adi müəllif özünə məxsusluğu vardır. Konkretlik, yığcamlılıq həm də bu müəllif özünəməxsusluğu tamamlayır. Təbii ki, bunlar həmin əsərlərin oxunaqlığını bir az da artırır, onları daha da rəvanlaşdırır və yaddaqalan edir.

Yuxarıda sadalanan məziyyətləri həm də Afaqın uşaqlar üçün yazdığı povest, hekayə və nağıllara da şamil etmək olar. Bu əsərlərin ideya, məzmun və qayəsi bəşəri xarakter daşıdığından, deyərdim ki, ondan dünyanın bütün uşaq və yeniyetmələri bəhrələnə bilər”.

S.Kərimlinin Afaq xanımın yaradıcılığının məziyyətləri haqqındakı qeydlərini eynilə özünə də şamil etmək olar. Bu da təbiidir. Axı onların “xəmiri bir yoğurulub.”

Afaq itkisinin acıları ilə üz-üzə qalan Səyadulla müəllim göyüm- göyüm göynərtilər közündə qovrula – qovrula yazır: “Afaqı…üçüncü uşağımız dünyaya gələrkən itirdim…

Deyirlər insanın həyatı qəribəliklərlə doludur. Bu qəribəliklər Afaqın da həyatından yan keçməyib. Anası dünyasını dəyişəndə onun beş, kiçik bacısının isə iki yaşı olub. Afaq da həyatdan köç edəndə böyük qızının beş, kiçiyininsə iki yaşı vardı. Anası da may ayının altısında torpağa tapşırılıb, Afaq da mayın altısında dəfn olundu…

Ölüm ayağında Afaqın güclə eşidilən son sözü, son kəlməsi, son pıçıltısı indi də qulaqlarımda səslənir: “Aynur məni soruşur?..”

Afaq əsil insan, böyük fəzilət sahibi idi. Yaxşı həyat yoldaşı olmaqla yanaşı, sədaqətli, etibarlı, qayğıkeş, mehriban bir dost idi. Səmimi etiraf edirəm ki, keçən bu illər ərzində mən təkcə həyat yoldaşımı deyil, həm də əziz dostumu itirmiş oldum…”

Səyadulla Kərimlinin ürək yanğısı ilə yazdığı bu sətirlədən ülvi məhəbbətin fonunda xisləti xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğurulan, məslək və amalı ülvi dəyərlərədən qaynaqlanan Afaq xanımın işıq saçan ömrü boy göstərir.

Leonardo da Vinçinin təbirincə desək: ”Mənalı yaşanmış hər bir ömür uzun ömürdür”.

Səyadulla müəllim ötən çağların xiffətitindən qəhərlənə -qəhərlənə Afaqlı günlərini yada salır:

-Gözəl gənclik çağlarımız idi. Tez- tez meşələrə, çay qırağına, bulaq başına, bir sözlə, kəndimizin görməli yerlərinə gəzməyə çixardıq. Gəzməkdən doymazdıq. Bədahətən deyilmiş aşağıdakı misralar da həmin günlərdən, anlardan yadigar qallıb:

Sərin-sərin səmasından meh əsdi,

Sürü keçdi, çoban yaman tələsdi.

Bir səs gəldi, dönüb baxdım, vələsdi,

Yardımlının qucağında dil açıb…

Ümumxalq dilinin zənginliklərini bilmək, incəliklərinə bələd olmaq və ondan istifadə bacarığı bədii yaradıcılığın mühüm tələblərindəndir ki, bu məziyyətlər qoşa qanadın –Səyadulla Kərimli və Afaq Nəbiqızının yaradıcılığında özünü bariz şəkildə göstərir.Milli düşüncə və duyum yaddaşı hər iki qələm sahibinin söz boxçasındakı büllurlaşmış nümunələrin mayasına hopmuşdur ki, burada yazıçı fəhmiylə hadisələrin ictimai mahiyyətinə varılır və fikir canlı nitq vahidi ilə zinətləndirilir, xalq ifadəsi ilə rövnəqləndirilir.

Qeyd edim ki, bu yazıda məqsədim heç də Səyadulla Kərimli və Afaq Nəbiqızının ədəbiyyatımızda yerini, mövqeyini müəyyənləşdirmək deyil; bu, sadəcə olaraq mənəvi ehtiyacdan doğan könül işi, böyük yunan filosofu Əflatunun qədimliyi qədərincə müasir səslənən ”Atam məni göydən yerə endirdi, müəllimim isə yerdən göylərə qaldırdı” müdrik kəlamının ehtiva etdiyi fikrə rəğmən öz düşüncələrimi qələmə almaq istəyim, rəğbət hissimi bildirmək üçün bir cəhddir…

İllərin axarı axır su kimi.

Bulanıq sular da axı durulur…

Ötən günlərindən peşmansa kimi,

Səninsə hər günün qürur doğurur.

Dünyanın təzadlı-ipək, tunc üzünə bələd, bununla belə ifrat dərəcədə sadə, duyğulu, humanist…fəzil xislətə malik olan S.Kərimli beyninin işığını, ürəyinin hərarətini öz yazıçı kredosu ilə sözə köçürməkdədir, Afaqsiz Afaqla… Axı Səyadulla müəllim, sən ki bələd bu dünyaya…

Afaq xanım Səyadulla Kərimlinin təkcə həyatında deyil, ədəbi taleyində belə silinməz iz qoymuş, qəlb yaddaşında kədərlə sevincdən yoğrulmuş hissə, duyğuya, xəyal həmsöhbətinə, röya səhnələrinin baş qəhramanına, əndişəli günlərində mənəvi ümid rəmzinə…ruhuna hopmuş ilahi sevgiyə dönmüşdür…

Mənbə: Tapdıq Əlibəyli  Səyadulla Kərimli ilə birlikdədir.

MÜƏLLİF: TAPDIQ ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

AFAQ NƏBİQIZNIN YAZILARI

SƏYADULLA KƏRİMLİNİN YAZILARI


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mina Rəşid. Qırmızı yarpaqlı ağaclar və adsız qəhrəmanlar…

Qırmızı yarpaqlı ağaclar və adsız qəhrəmanlar…
(Yazı şair, publisist Zaur Ustacın hekayələri, xüsusilə “Qırmızı yarpaqlı ağac” əsəri haqqında yazılıb)
Kitab oxumağı vərdişə çevirəndə artıq müəlliflərlə “dost” olursan, necə deyərlər, onların çox sirlərini öyrənirsən. Məsələn, bəyəndiyin bir müəllifin bəzən elə əsərinə rast gəlirsən ki, uzun müddət həmin yazıçıya yaxın düşmək istəmirsən. Ona görə ki, yazıçı bir məsələyə, hadisəyə o qədər kobud yanaşır, elə vulqar ifadələr işlədir və həddi aşır ki, əsərlə birgə yazıçı oxucu gözündən düşür… Amma elə yazıçılar da var ki, “qəhrəman”ının ən çətin anında belə o qədər kobudluğa yol vermir. Müəllif oxucuya hörmət edir, onu dünyadan, həyatdan və əsərlərindən (iyrəndirmir) uzaqlaşdırmır. Əksinə, müəyyən mənada onu tərbiyə edir. Son vaxtlar yazılarını, xüsusilə hekayələrini oxuduğum müəllif Zaur Ustac kimi. Düşünürəm ki, bu müəllifi Sizə xususi təqdim etməyə ehtiyac yoxdur. Çünki, yazıları müəllifini yaxşı nişan verir və əlavə bəzək-düzəyə ehtiyac qalmır…
Z.Ustacın bir müəllif kimi dili aydın, şirin, nağıl kimi yüyrəkdi və elə ona görə də, əsərləri oxunaqlıdı. Bunları bir oxucu kimi qeyd edirəm. Çünki nə tənqidçi, nə də ədəbiyyat bilicisiyəm. Ancaq bir oxucu kimi oxuduğum əsərlər haqqında qeyd aparmağı, düşünməyi, yazıdan müəyyən hissələri ayrıca qeyd etməyi unutmuram. Birinci onu qeyd edim ki, Z.Ustac bir yazıçı kimi hər bir hekayəsi ilə oxucuya nəsə deyir və sözünün canı olur. Yəni, yazı söz oyunundan, mənasız boş düşüncələrdən, vəsvəsələrdən ibarət olmur. Z.Ustacın yazılarında Qarabağ müharibəsi xüsusilə qırmızı bir xətt kimi keçir. Bu da təbiidir. Çünki müəllif müharibəni, Qarabağı kənardan seyr edib, kitablardan öyrənib bu barədə əsər yazmır. Yazdıqları onun öz həyatı, 30 ilə yaxın didərgin ömrünün güzgüsü, yaralı uşaqlığı, gəncliyi, müharibədə yaxından iştirakı, sonra böyük Zəfərimizdə sözə sığmayan sevinc göz yaşlarıdır… Buna görə də, müəllifin yaşadıqları onun yazılarında bu və ya başqa dərəcədə öz ifadəsini tapır.
44 günlük Zəfər yürüşündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusunun qazandığı Zəfərdə Şəhidlərimizin, qazilərimizin tökülən qanları əsl qələm adamlarımızın qələminin mürəkkəbinə çevrildi. Ürəklə yazılan bütün əsərlər haqq işimizi tərənnüm edərək, ona dəstək verdi, unudulmazlıq qazandı. Z.Ustacın “Qırmızı yarpaqlı ağac” hekayəsi də, bu müqəddəs savaşda qazi olan zabitimizin timsalında gözə görünməyən qəhrəmanlarımızdan bəhs edilir. “Sədaqətimiz şərəfimizdir” deyə, and içərək Vətən uğrunda ölümə hazır olan igidlərimizdən biridir həmin qəhrəman… Müəllif çox sevdiyi, ancaq adını unutduğu “adsız ağac”la hələ müharibədə əlil olduğunu təsdiq edən sənədi olmayan Vətən müharibəsi qazisini eyniləşirir. Al-qırmızı yarpaqları ilə qarlı qışın görüşünə hazırlaşan ağac və illərlə torpaqlarımızın azad olunması uğrunda müqəddəs savaşa hazırlaşan zabit sanki eyni amala xidmət edir. Dünya, həyat və Vətən savaşıdır bu… Bəli, Vətəni sevmək imandandır, Şəhidlik ən uca məqam, qazilik, bir qazimizin dediyi kimi, canlı şəhidlikdir… Bütün bunları öz əsərində ustalıqla ifadə edən Z.Ustac oxucu üçün “Qırmızı yarpaqlı ağac” əsərinin müəllifi kimi xüsusilə yadda qalır. Onun qazilərimizə həsr etdiyi “Psixoloqun qəbulunda” adlı əsəri də maraqlıdır. Burada da, odun-alovun içindn çıxan, şəhidlərin qanına bulaşan və öz qanlarına qərq olan Vətən qazilərinin müharibədən sonra keçirdiyi dəhşətli sarsıntılardan, həyatla apardığı mübarizədən bəhs edilir. Bəzən həyat onları anlamır, həqiqət onların simasında təklənir, elə bu əsərdə olduğu kimi, adamlar haqqı görmək istəmirlər. Əvvəllər elə bilirdim qazilər başqa ehtiyacdan intihara əl atırlar, sonra anladım ki, məsələ təkcə maddiyyat deyil, burada o qədər incə nüanslar var ki… Ən dəhşətlisi odur ki, Vətən müharibəsi qazilərini – o fatehləri duymayasan, onlara qarşı yabançı, süni olasan. O Vətən fədailərinin kim və ya necə dəyərli olduqlarını unudasan…
Qazi qardaş, səndələmə, mətin ol,
Bu torpağın altı, üstü sənindir!
Addımını ürəklə at, şax yeri,
Bu torpağın altı, üstü sənindir!
(“Qırmızı yarpaqlı ağac” hekayəsindən)
Zaur Ustacın əsərləri sadə dildə yazılsa da, mahiyyət etibarilə insanı düşündürür, səni bir vətəndaş kimi haqsızlıqlara qarşı mübariz olmağa çağırır. Onun yazıları haqqında çox danışmaq olar, amma bu tənqidçilərin işidir. Bu kiçik yazıda isə mən sadəcə bir oxucu kimi onun əsərləri haqqında az da olsa fikirlərimi paylaşdım. Əslində bu yazı çoxdan yazılmalıydı, ancaq vaxtın darlığı buna imkan vermirdi. Müsabiqə isə bu arzuma sanki təkan verdi və bəlkə yarışmaya qatılan (vaxt darlığından) ən son iştirakçı da mən oldum…
Yazını bitirib təqvimə baxdım ki, bu gün Azərbaycan Ordusunun Ağdam rayonunu işğaldan azad etdiyi gün – 20 noyabr günüdür. Bu nə gözəl bir təsadüf, – deyə düşünərək Zaur Ustacı bu gözəl gün, onun Ağdama, doğma Yusifcanlı kəndinə qovuşması münasibətilə ürəkdən təbrik edir, bu vətəncanlı insana, yazıçıya cansağlığı və uğurlar arzulayıram. Sonda bir oxucu kimi onu da demək istəyirəm ki, Z.Ustacın bundan sonra da, daha dəyərli, düşündürən hekayələr, povestlər yazacağına inanıram. Təki Vətən sağ olsun!

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİR CAVADLI. MƏNİM ƏSGƏR BALALARIM

MAHİR CAVADLININ YAZILARI

Mahir Allahverdi oğlu Cavadlı 27 fevral 1959-cu ildə Zəngilan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

MƏNİM ƏSGƏR BALALARIM

-Anacan, xahiş edirəm! – hündürboylu, hərbi forması əyninə kip oturmuş əsgər bir əli ilə ağzındakı maskanı burnunun üstünə çəkib, o biri əlinin işarəsi ilə ləpədöyəndən asfalt yola aparan narın qumlu cığırı göstərdi. Elə yumşaq tərzdə dedi ki, sanki böyük günah işlədir. Bir şey başa düşməyən nurüzlü ağbirçək heç nə olmamış kimi sıyıq dolu qaşığı uşaq arabasında rahatca uzanan körpənin ağzına apardı.

Uşaq sıyığını iştahla yeyib növbəti qaşıq üçün aşzını geniş açmaq istədi. Sübh çağınıın dəniz havasında, qulaqlarında ləpələrin həzin şırıltısı, mavi səmada dövrə vuran qağayıları seyr edə-edə yeməyinə nəyinsə mane olduğunu üzünə düşən kölgədən hiss elədi. Toppuş əllərini yellətdi, ayaqları ilə üstündəki nazik örtüyü atmağa çalışdı.

Nəhayət, üzünü bu yana çevirdi, gözləri günəş şəfəqlərinin qabağını kəsmiş təvərəmə papağın altından onu maraqla süzən gəncin baxışlarına dikiləndə, sanki nə isə anlamaq üçün hərəkətlərinə fasilə verdi və birdən daha bərk əl-qol atmağa başladı. Ona elə gəldi ki, əvvəllər zorla boğazına dürtülən, son bir neçə gündə, bu qumlu sahildə iştahla yediyi südlü sıyığını və süzgəcdən keçirilmiş şirin bibərini əlindən almaq istəyirlər. Ona bu iştahı bəxş edən mavi səmanın, qaqqıldaşan qağayıların, dan yeri şəfəqlərinin əvəzində qarışıq yaşıl, palıdı, bir az da bozumtul rəngli təvərəmə papağı görüb dodaqlarını büzdü, deyəsən ağlamağa hazırlaşırdı. Baxışlarını döndərib nənəsinin dümağ saçlarında sakitlik tapdı. Nənə ürəyinin dərinliyindən süzən şirin nəvə sevgisi ilə dodaqlarının azca tərpənişinə “can, bala!” ifadəsinə elə nəvaziş qatdı ki, dünyanın ən böyük möcüzələrini kəşf etmiş ən dahi alimlər belə ilk baxışdan adi görünən bu kiçik detalın sirrlərini açmaqda, yəqin ki, aciz qalardılar.

-Noolub, nəyi, niyə xahiş edirsən, ay sənin sərv boyuna, yaraşıqlı formana qurban olum, bala?!

-Çimərlik bağlıdır, ay nənə, dünən elan eliyiblər, dənizə gəlmək qadağandı, – əsgər bu sözləri deyəndə baş barmağının arxası ilə papağının altından alnına süzülən təri sildi, – Nənəcan, bir azdan komandir də gəlməlidi, sən Allah, gəl kömək eliyim, gedin burdan, bir az tez olun.

-Necə yəni dəniz bağlıdr, ay başına dönüm, niyə, suda əjdaha-zad var ki, yoxsa fırtına qopacaq?.

Bu vaxt uzaqdan çiyinlərinin ulduzları par-par parıldayan maskası çənəsindən gözünün altınadək örtmüş hərbçinin amiranə səsi eşidildi.

-Əsgər, nə durub gözünü döyürsən? Sənədlərini də yoxla, – dedi, o biri əsgərlərə də ucadan qışqırdı, – cəld tərpənin, tez zəncirvari düzülün, dəniz qırağında bir nəfər də qalmasın, sənədlərə, qeydiyyata diqqət yetirin. Qanunu pozanı dərhal mənim yanıma gətirin! Tez olun, tez, tez…

Əsgər vəziyyətin gərginləşdiyini hiss elədi. Yeməyi acgözlüklə hövkələyən körpəyə, hələ də nə baş verdiyini anlamayan nənəyə baxdı. Cavabını əvvəlcədən bilsə də soruşmaq xatirinə soruşdu:

-Axşam televizora baxmamısan, nənəcan, axı neçə gündü, deyirlər ki, karantin olacaq.

-Nə televizor, ay bala, indi heç cavanlar televizorda baxmağa bir şey tapmırlar, qaldı mənim kimi əldən-ayaqdan düşmüş, bir ayağı gorda olan qarı! Hə, camaat nəyəsə baxıb elə hey gileylənirdilər. A bala, day mən bu dünyanın işlərinə qarışası halda deyiləm.

Komandirin yaxınlaşdığını görən əsgər bir az ciddi görkəm alıb nənədən sənədlərini soruşdu.

-Sənədi neynirsən, ay qadan ürəyimə? Günün bu çağında, bu dənizin qırağında, bir mən nənədən, bir də bu tifildən sənəd istəmək kimin ağlına gələr belə? Axı, mən sənədi niyə götürməliyəm ki, qoca arvadam, salıb itirrəm, sonra da! Düzdü ye, çox heylə lazımım da olmur, yenə də…

-Nənə, vallah, necə deyim?!.. – Əsgər nəvazişlə – Bu koronavirus pandemiyasına görə yuxarıların qərarıdı. Biz də əmrə tabeyik, neyləyək.

-Nə kəkəliyirsən, əsgər, – yaxınlaşan komandirin səsi əsgərin qulağında cingildədi, qamətli, bir gözələ bəy ola biləcək gənci sanki yumağa döndərdi. Bilmədi ağbirçəyi müdafiə eləsin, yoxsa..

-Komandir…

-Nə komandir, komandir salmısan? Dur bu yana görüm ə!..

Gənc əsgər əmrə tabe olub bir addım geri çəkildi. Komandir əli ilə toqqasını düzəltdi. Qamətini şax tutdu, sağ əlini əsgərin papağından fərqli furajkasına aparıb hərbi salam verdi.

-Leytenant Kazımov! – özünü təqdim etdikdən sonra adəti üzrə “vətəndaş, karantin rejiminin tələblərinə uyğun olaraq….” sözlərini dilinə gətirmək istədi. Ancaq uşağa baxdı, son iki ayda cəmi üç dəfə görə bildiyi iki yaşlı oğlu yadına düşdü. Səsinin tonunu yumşaltdı, sakit tərzdə: 

-Sabahın xeyir, ay nənə! – deyə bildi ki, bu da öz yerini komandirinə vermiş əsgərə xüsusi ləzzət və rahatlıq gətirdi.

-Ağibətin xeyir, mənim komandir balam! – deyib yaşarmış gözlərini uzaqlara dikdi. Körpəyə baxıb əlinin arxası ilə yanağından süzülən bir damlanı sildi: – Bir vaxt o bədbəxt də evə gələndə sənin kimi belə şux duruşda anasına raport verərdi, – pıçıldadı.

Zabit dərinə getmədən vəziyyəti izah etməyə çalışdı.

-Nənəcan, bax, səndən sənəd istəmirik, cərimə də eləmirik, vəziyyətlə bağlı karantin rejimidir. Çimərliyi də qadağan ediblər. Yəqin bağınız haradasa buralardadı, gəl bir nəfər verim, sənə kömək eləsin, gedin evinizə, çölə çıxmayın! Yaxşı, nənə, mən də sənin oğlun.

-Çox sağ ol, ay oğul! Bu əsgər balamız dedi, ancaq mən qanammadım. Mənim evim də, bağ-bağatım da, ay boyun qurbanı, o nankor erməniylə üz-üzə dayanan dağın döşündəki kənddədi. Bura da özüm gəlməmişəm. Gətiriblər, bu tifilə görə, kim gətirib heç adını da bilmirəm! Oturmuşdum gül kimi kəndimdə, bu dəqiqə də meyvənin bol vaxtıdı. Düzdür, hərdən o nankorlar topa-tüfəngə tuturlar. Ancaq noolsun ki, o boyda igidimdən artıq deyiləm ha!

-Kim gətirdib, hara gətirib, ay nənə, de çağıraq gəlsin, özü aparsın, ya aparaq onun yanına, ancaq burada vaxt itirməyək, rəhbərlik gələr, atamıza od vurar.

Ağbirçək təmkinlə yemək dolu qaşığı körpənin ağzına apardı, dərindən köks ötürüb ah çəkdi.

-Bala, elə məsələ burasındadır ki, bizi bura gətirəni də tanımıram, bağda bu şəraiti yaradanı da! Tanısaydım alnından öpərdim, doğma balam kimi bağrıma basardım, elə bilərdim ki, birini alan tanrı başqasını yetirib.

Bayaqdan əsgərinə acıqlanan zabitdən əsər-əlamət qalmamışdı. O, artıq veriləcək cəzanı da çəkməyə hazır imiş kimi ağbirçəyin sözünü kəsməyi belə ağlına gətirmirdi. Nənə isə qaşıqla yemək qabının dibini siyirməkdə idi. Qərbədir ki, uşaq da qımıldanmırdı, sakitcə öz işindəydi. Deyəsən, zabitin papağındakı ulduz diqqətini çəkmişdi. 

-Hə, bala, bu uşağın atası aprel döyüşlərində şəhid olub. O günləri uşağı aparmışdım rayon xəstəxanasına. Orada da ağzı maskalılar çox idi, ağrın alım. Oradan da məsləhət gördülər ki, apar Bakıya! Hə, birtəhər tifili gətirdim Papanin deyilən yerə, hərbi qospitalı deyirəm, başqa haranı tanıyıram ki?!… Balam birinci dəfə yaralananda oralara çox gəlib-getmişəm. Sağ olsunlar, öz balaları kimi baxdılar. Bir də gördüm məni axtarırlar. Bir həkimin yanına apardılar. Çox mehriban qarşıladı, uşağı oxşadı, bir az kövrəldiyini də hiss elədim. Dedi, ay nənəcan, indi rayonda qarışıqlıqdı, uşağa da dəniz havası lazımdı. Dedim, ay həkim, vallah, ömrümdə dənizdə olmamışam. O da gülüb dedi ki, mən hamısını bilirəm, heç nədən narahat olma, sizə qulluq bizim boynumuzun borcudu. Sonra telefonu zəng çaldı, danışıb, tələsik sağollaşdı, geyinib “indi sizi mənim bağıma apararlar, mən gələnəcən orada qalın”, deyib çıxdı, elə o gedən getdi, bir də üzünü görmədim.

…Körpə qımıldandı, deyəsən, yeməyin arası kəsilmişdi. Nənə “Ay maşallah!” deyib nimçənin dibini sivirdi, dolu qaşığı növbəti payını yeməyə hazırlaşan nəvəsinin ağzına apardı. Deyəsən, qaşığın nimçə dibini sivirməsi uşağın da qulağına çatmışdı, üzünü çevirib, yastıqda başını rahatladı.

Nənə yaş dəsmal ilə nəvəsinin ağzını sildi, qab-qaşığı səliqə ilə büküb uşaq arabasının altındakı torbaya qoydu. Sonra “Ya Allah, özün kömək ol!” deyib ayağa qalxdı. Zabit uşaq arabasını fırladıb narın qumlu cığıra salanda nənə dillənmədən onun yanına düşdü.

-Hə, bala, sonra bir nəfər maşınla bizi bu bağa gətirdi. Yer-yataq göstərdi, yolda bazarlığa da saxlamışdı. İndi üç gündür burdayıq. Şükür Allaha, heç bir korluğumuz yoxdu. Ancaq bunu kim eliyir, niyə eliyir, anlamıram! Buraya gələnnən qoymurlar əlimizi ağa-qaraya vuraq. Adam xəcalət çəkir.

Asfalt yolu keçib üç yol ayrıcına çatdılar. Nənə bilərəkdən addımlarını yavaşıdıb, zabitin irəlidə getməsinə şərait yaratdı. Gənc oğlan yaşıl darvazanın ağzında ayaq saxladı. Sağollaşıb təcili xidmət yerinə qayıtmalıydı. Dünyagörmüş ağbirçək üzünü ona tərəf çevirdi, bir az əvvəl sahildən çıxıb getməyi tələb edən zabitə sual verməkdən çəkinmədi:

-Sağ ol, ay bala! Darvazaya birbaşa gəlməyindən belə anladım ki, bu bağın yolunu yaxşı tanıyırsan, bəlkə yiyəsini də tanıyasan?!…

Zabit xoş təbəssümlə:

-Tanıyıram, nənəcan, tanıyıram, – dedi, – bizim bağımızdır, bizim! Vaxtilə həkimlər mənə də dəniz qumunu məsləhət görüblər. Atam onda alıb. Özü aylarla bura gələ bilmir, o cəbhədən bu cəbhəyə qaçır. Evdə üzünü görəndə şükr eləyirik. Mən də onun kimi!

Sözünə bir qədər ara verdi. Qapını açıb ağbirçəyi içəri dəvət elədi:

-Sən narahat olma, elə bil öz evindəsən, nə lazım olsa, çəkinmədən de. İmkan tapan kimi uşaqları da gətirəcəm, bizim də, üzüm ayağınızın altında bir oğlumuz var, iki qardaş kimi bir yerdə oynayarlar. Mən də arxayın olaram ki, nənəsinin yanındadı.

Nənə taleyin bu qədərini gözləmirdi. Başını şax tutub gülümsəyən bu dünyagörmüş nənənin sual dolu baxışları daha çox mətləblərdən agah olmaq istəyinin ifadəsi idi. Xidmət yerindən nigaran zabitin isə bu mətləbləri açıqlamağa nə vaxtı vardı, nə də…

…Başlasaydı, uzun çəkərdi. Deməliydi ki, hələ mən anadan olmamışdan sənin oğlun mənim atamın əsgəri olub, qanlı-qadalı döyüşlərdən keçiblər. Şəhidlərin ruhuna and içiblər. O vaxtdan ta aprel döyüşlərinədək səngər dostu olaraq qalıblar. Deməliydi ki, oğlun şəhid olan gündən atam da sanki ölü kimidir. Sizin bu nəvəniz dünyaya gələndə nə qədər sevinmişdisə, aprel hadisələrindən sonra onqat, yüzqat artıq kədərlənmişdi döyüşçü atam. Zabit deyə bilmədi və deyə də bilməzdi ki, pandemiya dövründə bu cocuğun xəstəxanaya aparılması da, oradan guya göndərişlə hospitala gətirilməsi də, dəniz havası da atasının düşüncələrinin məhsuludur. Gənc leytenant, döyüşçü komandirin zabit oğlu kimi deməyə borclu olduğunu qısa və konkret, bir-iki cümlə ilə ifadə edə bildi:

-Nənəcan, sənin şəhid oğlun Horadiz döyüşlərində öz komandirini, yəni mənim atamı ölümcül vəziyyətdə səngərdən çıxaranda yaralanmışdı. Sənin o igid oğlun olmasaydı, indi nə mən vardım, nə də biz indi bu bağda idik. Ona görə də bura həm də sizin, bu balamızın bağıdır. Sizə qulluq etmək, vallah boğazdan yuxarı demirəm, bizim borcumuzdur.

O yan otağa keçib əlində bir fotoşəkillə geri qayıtdı. Atasının gənc əsgərlə çərçivəyə salınmış fotosuydu:

-Rəhmətliklə atamın şəklidir. Dünəndən Tovuzda bərk atışma gedir, atam da oradadır, – dedi, – qayıdanda hökmən baş çəkəcək. Eh danışılası o qədər söhbətlər var ki! Ancaq, nənəcan, hələlik bağda oturun, doğrudan da vəziyyət yaxşı deyil, Allah eləməmiş, uşağa bir şey olar.

Zabit nənənin əllərindən öpüb, mışıl-mışıl yatan uşağı təbəssüm dolu baxışlarla süzdü. Sonra adəti üzrə hərbi salam verib həyətdən çıxdı.

…Nənə iki igidin fotosunu sifətinə yaxınlaşdırdı, xəstə xalatından bilinirdi ki, hospitalda çəkilib. Əvvəlcə oğluna diqqətlə baxdı və indi anladı ki, oğlu bu yaşda olanda üzünü əməlli-başlı görə bilməyib. Onu doyunca görmək, oxşamaq istəyi həmişə ürəyində bir nisgil kimi qalıb. Toyundan sonra da cəmi bir həftə evdə qalmışdı. Bu tifil dünyaya gələndə ezamiyyət götürmüşdü, demişdi ki, bir ay qalacam. Onda da aprel hadisələri, Allah mərdumazarın bəlasını versin…

Ana oğlunun şəklini öpüb gözünün üstünə qoydu, “can, bala, yaralarına anan qurban!” – deyib ağladı. Baxışlarını fotodakı hərbi formalı gəncə yönəldəndə ona elə gəldi ki, sahildən bəri onunla söhbət edən zabit ona baxıb gülümsəyir.

…Şəkildəkiləri bir də öpdü, əli ilə tumarlayıb sinəsinə sıxdı, qəlbinin lap dərinliyindən bir pıçıltı dodaqlarına süzüldü: “Mənim əsgər balalarım!”

MÜƏLLİF: MAHİR CAVADLI

MAHİR CAVADLININ YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qəşəm Nəcəfzadə. Unudulmağım haqqında bir neçə kəlmə

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

Unudulmağım haqqında bir neçə kəlmə

(esse)

Həmişə atamın məzarını ziyarət edəndə sağ tərəfindəki boş yer diqqətimi çəkir. Açığı bir az da qorxuram, heç kimə demirəm. Birdən məsələ ciddiləşər. Amma deməsəm də, oğlanlarım və qohumlarımın seçdikləri ən münasib yer ancaq ora ola bilər.

Öləndən sonra mən şair kimi yaşaya biləcəyəmmi? Qəribə də olsa, bu barədə düşünürəm. Ciddi yox, elə -belə. Çünki nə olsa, ölməyi boynuma almıram. Bəzi şeyləri, reallıqları hesablayıram.

Keçək hesablamağa. Tutaq ki, mən öldüm. Onsuz da saytlar belə xəbərdən ötrü pul paylayırlar. Şəkillərim bir günlük saytların bəzəyi olacaq. Gör yadıma nə düşür? Tanınmış bir şair dostum ağır xəstə idi, saytların birinin baş redaktoru mənə zəng elədi ki, o şair ölən kimi tez bizə de, xəbəri ilk dəfə biz verək, yaxşı qonararın da olacaq.

Elə bil damarımda qanım dondu. Mən öləndə imkanım olsaydı, qabaqcadan kasıb bir jurnalistə deyərdim, o da sayta yazardı, babat qonarar alardı.

İndiyə kimi otuz səkkiz kitabım çap olunub. İlk kitabım “Yazıçı” da işıq üzü görüb. O vaxt düzün düz vaxtı o kitabı çap etdirməkdən ötrü düz on il növbə gözləmişəm. İndi evimdə cəmi bir nüsxə qalıb. Bilirəm ki, ölən günü bütün nəvələrim bizə gələcək. Həyat yoldaşım o bir nüsxəni də verəcək ağlayan uşaqların birinin əlinə. Adını da belə qoyacaq: uşaq babasının kitabını oynadan kimi sakitləşir. Bir azdan kitabımın cırılmış vərəqlərini külək qonşu həyətə yuvarlayıb aparacaq. Birinci kitabımın taleyi belə.

O biri kitablarıma gələk. Kiçik oğlum kitab sevən deyil. Onun fikrincə, ədəbiyyat-zad mənasız bir şeydir. Ona görə də ev bölgüsündə kitablarımı böyük oğlum tərəfə itələyəcək. Böyük oğlum yazıçıdır. O da heç vaxt mənim şeirərimi bəyənməyib. Guya mən həmişə Yazıçılar Birliyinin tərəfini saxlamışam. Hətta o mənim qəbrimi, şəkilli başdaşımı görüb heyrətlənməz. Qalır qızım. Bilirəm o mənim bir kitabımı götürəcək. Hey opüb ağlayacaq. Amma heç vaxt kitabımı çap etdirmək üçün imkanı olmayacaq. İstəyəcək, amma ildən – ilə saxlayacaq. Sonra isə tamamilə yaddan çıxacaq. Sonra böyük oğlum kitablarımı qoymağa yer tapmayacaq. Beləcə evdəki kitablarım bir – bir illərin arxivinə düşüb it – bat olacaq. Sonra evdə bir dənə də olsun kitabım qalmayacaq…

Evdən çölə cıxaq. Yaxşı dostlarım var. Onlar bir gün AYB-nin Natəvan klubunda ildönmümü qeyd edəcəklər. Bilirəm, on yeddi adam gələcək. Sonra dostlar da dəyişəcək: ya fikirlərini, ya da dünyalarını. Hər dostla yenidən öləcəm. Sonra ayrı adamlar gələcək ki, onlar da artıq məni tanımırlar.

Hərdən həyat yoldaşıma deyirəm ki, mənim video çəkilişlərimi yaxşı saxla. Bir gün mən həyatda olmayanda səni televiziyaya çağırarlar, səndən istəyərlər, sən də tapmazsan. Pis olarsan. Sənin pis olmağına dözə bilmərəm. Özüm də sağ deyiləm ki, durub yerini sənə göstərim.

Televiziyalar susacaq. Heç sağlığımda televiziyaya çıxa bilmirdim, öləndən sonra necə çıxa bilərəm ki? Heç sağ vaxtımda şeirlərimi dərsliklərə saldıra bilmirdim, mahnı bəstələmirdilər, kitabımı çap etmirdilər, öləndən sonra bunlar necə baş tuta bilər?! Gözlərinin qabağındaydım, məni unudurdular, bəs öləndən sonra necə görə bilərlər?!

Amma böyük oğlumun yubileyimdə kiçik, deyək ki, əlli altı səhifəlik bir kitabımı çap etdirmək ehtimalı var. Olsun. Onun təqdimatı da düşəcək bayram gününə, 5-6 adam gələcək. Bir iki xatirə, rəhmət-zad, filan.

Qeyri-hökümət təşkilatları, bələdiyyələr, hamısı isti yay günləri kimi gəlib gedəcəklər üstümdən. Eləcə istilərin altında baş daşımdakı adım intihar edəcək. Məni tanıyanlar da öləcək. Oğlum da, qızım da, arvadım da.

On beş ildən sonra kənd bələdiyyəsinin kəndin ortasında balaca bir büstümü qoymaq ehtimalı ola bilər. Orası da var ki, məni şair kimi təqdim etməyəcəklər; ya da ola bilsin ki, uşaq şairi kimi xatırlasınlar. Büstümün pyedestalını çox aşağı qoyacaqlar ki, uşaq kimi görünüm. Yəni baxça uşaqları və ya birinci sinif şagirdləri büstümü ziyarətə gələndə onlardan böyük görsənməyim, onlarla bir boyda olum. Guya böyük kimi görünməyə hələ yaşım çatmır.

Oğlumu büstümün açılışına çağıracaqlar, şübhəsiz ki, gəlməyə vaxtı olmayacaq. Qızımın da gəlməyinə həyat yoldaşı icazə verməyəcək. Nəvələrim xaricdə təhsil alırlar deyə artıq məni tanımırlar. Büstümün ətrafında susuzluqdan öləziyən bir– iki qızıl gül kolu ola bilər. Onu da kəndin qoyunları yeyəcək. Heç kəs məni tanımayacaq.

Beş ildən sonra kəndin baytar həkimi büstümü sökdürəcək, yerində baytar apteki tikdirəcək. Məni bir şey yandıracaq; büstümü aparıb qəbrimin üstə qoyan olmayacaq. Büstüm baytar aptekindən bir az aralı başı üstə dərin bir arxa düşüb qalacaq. Heç olmasa büstümü torpağa basdırmaq bir adamın ağlına gəlsəydi… Heç kimi istəmirəm, hamının əvəzinə bircə atam sağ olsaydı, o büstümü aparıb qəbrimin üstə qoya bilərdi, hökmən qoyardı.

Müəllif: QƏŞƏM NƏCƏFZADƏ

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adil Mirseyid: “Mənə elə gəlir ki, min illərdir Yer üzündə ömür sürürəm” – «Sənət hücrəsi»ndə Adil Mirseyidlə xəyali söhbət – Kənan Hacı

Bu günlərdə Azərbaycan poeziyasının bənzərsiz nümayəndələrindən olan görkəmli şair, rəssam Adil Mirseyidin “Son şeir, son vəsiyyət” kitabı nəşr olundu. İçimdən Adil Mirseyidlə həmsöhbət olmaq istəyi keçdi. Beləcə, “Sənət hücrəsi”ndə qara sevdalar şairi ilə bir xeyli dərdləşdik. Ruhlarla həmsöhbət olmaq çətindi, onlar hər çağıranda insanla görüşə gəlmir. Adil Mirseyid isə qədimdən qədim uşaq təbəssümü ilə bu görüşə razılıq verdi. Və dedi: “Dünyanın harasındasa çiçəklənmiş alça ağacına baxıb dost kimi gülümsəyən bir dərviş görsən, ayaq saxla, yan keçmə, o dərvişə salam ver. Və mütləq gülümsə…”.

Bu görüşün məmnunluğu içində gülümsəyirəm…

– Salam, Adil müəllim.

– Əleykümsalam. Gəl gedək “Paradizi” kafesinə, bir az ömür karuselində fırlanaq. Orda “Ay sonatası”nı da dinləyərsən, ruhun dincələr.

Bir kafeyə girdik biz axşam işıqlarıyla

yağmur bayırda qaldı

pəncərə önündə boş masa bulduq

qara qəhvə çox dadlıydı o gecə.

– Adil müəllim, siz həm şair, həm də rəssamsınız. Bənzərsiz üslubunuz sizi həm rəssamlıqda, həm də poeziyada avanqardizmin nümayəndəsi kimi tanıdıb. Nə vaxtsa proza ilə məşğul olmaq, nəsr əsərləri yazmaq istəmisinizmi?

– Sənətkar ömrünün poeziyası ilə yanaşı, prozası da var. Sənətkar ömrünün prozasını özüylə qəbir evinə aparır.

– Deyirlər, şairin taleyi olmalıdır. Sizin üçün şair taleyi hansı anlam kəsb edir?

– Bir qaraçı nəğməsidir bu dünya

dünya ürəyinə yatırmı, Qoyya

gecələr dəli ilham

çarmıxa çəkəndə səni içindən

qupquru gözlərindən

dupduru gözlərindən

            göz yaşların görünmədən

içinə axırdımı, Qoyya

barmaqların necə

ürək sözə baxmayanda

barmaqların sözə baxırdımı, Qoyya

bir qaraçı nəğməsidir dedim bu dünya

dünyada bu dünyada

şair ürəyilə yaşamaq ağırdımı

Qoyya, Qoyya

Qoyya, dəli Qoyya

niyə belə gözəldi dünya…

Bu şeiri 1981-ci ildə yazdım. Bu şeiri yazana qədər demək olar ki, yalnız rəsmlərindən (reproduksiyalarından) tanıyırdım Qoyyanı. Şeir 1981-ci ildə “Ulduz” jurnalının 10-cu sayında çap olundu və mən Leon Feyxtvangerin “Qoyya” romanını 1985-ci ildə oxudum. Oxudum, heyrətləndim və təəccübləndim – rəsmlərdən oxuduğum tale rəssamın gerçək taleyilə üst-üstə düşürdü. Həmin axşam, həmin anda bilmirəm nədənsə, birdən-birə qorxutdu məni şair taleyi… Mən taleyə asi bir türk oğlu türkəm. Şair doğulan insan oğlunun könlündən zaman-zaman göy üzünə dönmək arzusu keçir. Şairlərin göy üzünə dönmək amacı nədir, görəsən? Hərdən “Tanrım, məni göy  üzünə döndər” deyə dualarımın arasında pıçıldayıram və öz səsimdən diksinirəm. Şair ömrü bir kəpənək ömrüdür. Poeziya adi dilin fövqündə olanı, təbir-caizsə, dillə deyilə bilməyəni bəlağətli şəkildə ifadə edə bilmək möcüzəsidir. Şeirin möcüzəsi şair ürəyidir. Bir şairi öz şeirlərindən ən gözəl nə anlada bilər? Şeir şairin ürək döyüntülərini əks etdirən kardeoqramdır. Mən şeiri hər zaman, həm də bir rəsm olaraq görürəm. Bülbül yuvasıdır şair ürəyi. Şair ürəyinə toxunmaq bülbül yuvasını dağıtmaq kimi bir şeydir. Özünüzü bu günahdan qoruyun. Mən uzun illərdir insanlar arasında ruh kimi yaşayıram.

– Bəs rəssamlıq sevdası?

– Norveçli simvolist rəssam Edvard Munk deyirdi ki, mənim sənətimin kökləri dünya ilə mənim aramda olan anlaşılmazlığı daha aydın izah etməyə  gedib çıxır. Rəssamlıq mənim üçün xəstəlikdi, məhbəsdi. Bu xəstəlikdən şəfa tapmaq istəmirəm, bu məhbəs mənim üçün vacibdir. Mən də o məhbəsdə illər uzunu səadət aradım, amma onu da bilirəm ki, səadət nəsib olmur şair doğulanlara. Şair demişkən, “pakoy nam tolko snitsya”. Şair özünü unudanda böyük poeziya yaranır, rəssam aqillə aqil, məcnunla məcnun olanda, predmetlərin içinə girəndə rəssam olur. Əgər bizi əhatə edən aləm sənətkar ürəyində əks-səda doğurursa, artıq o, əlinə fırça alıb öz dünyasını yaradır. Fırça, kağız, kətan, tuş, boya isə təsviri sənətin texniki tərəfinə aiddir, gerçək sənətin toxumları isə insanın qəlbində, ürəyində cücərir. Rəssam hələ əlinə fırça almamışdan qabaq rəsm əsəri özü-özlüyündə rəssamın ürəyində yaranır, yalnız bundan sonra sənətkar gəldiyi abstrakt psixoloji durumda yaradıcılığa qurşanır. Görünən və görünməyən dünya bizim ürəyimizdə buluşur.

– Deyirlər, Adil Mirseyid Parisdən, dünyanın böyük şəhərlərindən elə yazır ki, sanki o yerləri gözüylə görüb. Bunun sirrini aça bilərsiniz?

– Hələ lap uşaqlıq illərindən böyük şəhərləri böyük oğullarıyla – sərkərdələriylə, cəngavərləriylə, ən çox da rəssamları və şairləri ilə tanımışam və sevmişəm. Sevdiyim şairlər, heyran olduğum rəssamlar sevdirib mənə Venetsiyanı, Parisi, Xirosimanı, Münheni, Arl üzümlüklərini, İstanbul minarələrini. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perronun nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm. Rəssamlıq məktəbində təhsil alanda özümü əməlli-başlı imperialist hesab edirdim və haçansa mütləq Parisi görəcəyimə, bu şəhərdə yaşayacağıma dəlicəsinə inanırdım. Amma xəyalıyla yaşadığım o böyük şəhərləri görmək mənə nəsib olmadı.

– Dostoyevski deyirdi ki, “gözəllik dünyanı xilas edəcək”. Siz necə düşünürsünüz?

– Dostoyevski ilə mübahisəyə qalxmaq mənim həddim deyil, amma mən heç bir zaman onun kimi ümidvar olmadım. Düzdür, lap gənc çağlarımda mən də fanatik idim, şeirlərimin bu dünyanı dəyişəcəyinə bel bağlayırdım. Bəzən düşünürəm ki, gözəllik yasaq meyvə kimi bir şeydir, onun içində günah gizlənib. Bəlkə də gözəllik, kamillik hardasa bir qədər təhlükəli nəsnədir.

– Ölümdən sonrakı həyata inanırsınız?

– Əsl sənətkar ölümündən sonra ikinci dəfə doğulur. Doğulur və bu dəfə ölüm ondan yan keçir. Mən ölümündən sonra doğulan sənətçiləri sevirəm. Sevirəm demək azdır, diz çöküb onların ruhuna dua edirəm. Dualarımın Tanrı dərgahına çatacağına şübhəm belə yoxdur. Əgər səsimin eşidilməyəcəyinə şübhə etsəydim, əlimə qələm almazdım, ulduzlu göylərin altından bir könül xoşluğu ilə keçməzdim. Bəzən Tanrı  üçüncü göz verir insan oğluna. Üçüncü göz ancaq peyğəmbərlərə və şairlərə nəsib olur. Mən alın yazımı yazan adamam. Təəssüf ki, bəzən sənətkarın yaradıcılıq ömürlüyü, bioqrafiyası, alın yazısı yarıda qırılır. Eynən yarımçıq nəğmə kimi, tamamlanmamış tablo sayağı. Mən o adamlardanam ki, Şairin qeyri-adi məxluq olduğuna şübhə etmirəm. Şairin istisnalıq hüququnu müdafiə edirəm. Şair ömrü yaşamaq qaranlıqda qıl körpüsündən keçmək kimi bir şeydi. Bilirsən, əzizim, sənət adamlarının bioqrafiyası sənədlərdə qeyd olunmuş kənddən, şəhərdən, doğulduğu tarixdən deyil, onun yaradıcılıq ömürlüyündən, əsərlərindən – şeirlərindən, rəsmlərindən, musiqisindən başlanır. Və bu, ilahi bir başlanğıcdır. Bütün ilahi başlanğıcların siqlətində bir kədərli dram, bəlkə də faciə aurası mövcuddur. Sənət gün işığı kimi ölməzdir. O, torpağa gömülmür, o, ölümsüzdü. Və əsl sənət həmişə xeyirə tapınır.

– Özünüzlə təkbətək qalanda hansı sualları verirsiniz özünüzə?

– Hərdən öz könlümdən soruşuram ki, mənə məlum olan daha nələr var dünyada? Və bu dünyada bir şair taleyi yaşamaq mənim alnıma yazıldı. Haradasa, kimsə alın yazısına düzəliş etmək arzusunda bulunur. Mənim içimdə belə bir istək olmayıb və olmayacaq. Mən mütləq azadlığın tərəfdarıyam və mən öz ideoloji və estetik dünyagörüşümü müdafiə edirəm. Fransız Klod Simona görə, azadlıq absolyut yaradıcılıq azadlığından önəmli deyil. Bəli, mən də bu həqiqətlə şərikəm. Hərdən də düşünürəm ki, biz hamımız, sən də, mən də, küçədən keçən o yad adamlar da həyat adlı filmin personajlarıyıq.

– Adil müəllim, biz xeyli müddət sizinlə Buzovnadan şəhərə elektrik qatarında eyni yolu gəlmişik. Mən sizə yaxınlaşmağa cürət etməmişəm. Sizin sükutunuza toxunmağa ürək eləməmişəm. Nə görünürdü o qatarın pəncərələrindən? Hansı mənzərələri yaddaşınıza köçürürdünüz?

– Hə, kaş ki, yaxınlaşaydın. (Gülümsəyir). Biz ruh adamlarıyıq, yəqin ki, bir-birimizi anlayacaqdıq. Bilirsən də, bir zamanlar mən şəhərətrafı qəsəbədə yaşayırdım. Çox vaxt şəhərə elektrik qatarı ilə gəlib-gedirdim. Sən də məni kənardan izləyirmişsən. Hələ də bilmirəm ki, nədənsə, həmişə üçüncü vaqona minərdim. Yəqin, sən də həmin vaqonda gedib-gəlmisən. Qatar pəncərəsindən görünən mənzərələr sürətlə bir-birini əvəzləyərdi. Hər gün gördüyüm adi mənzərələr hər dəfə təzə biçimə, hər dəfə fərqli bir koloritə düşərdi. Lap Tarkovski filmlərinin mənzərələri kimi. Yəqin ki, “Səhər qatarı” şeirimi oxumusan.

Səhər qatarı keçir Zuğulba stasionundan

dörd yaşıl vaqon uzaqlaşır səssizcə

üçüncü vaqonda yol gedəydik bu səhər

on yeddi yaşımla mən

bir-birimizə göz vurardıq hərdən

qızıl eynək taxaydım

qatar pəncərəsindən ağaclara,

buludlara baxaydım.

Səhər saat beş, qırx beş, saat altı, altı on

ötüb-keçdi dörd vaqon

qaranquşlar oyandı, qaranquşlar oyandı

dəniz göy üzüylə birləşən yerdə

üfüq pərdə-pərdə qana boyandı

may səhəri, may səhəri

nədən mənim boğazımda yaşıl alça qəhəri.

– Tarkovskinin filmlərini çox sevirsiniz?

– Tarkovski filmlərinin qəribə mənzərələri sirli, müəmmalı insan qəlbinin maddiləşmiş görüntüsü təsiri bağışlayır. Salvador Dalinin, Corce de Krikonun, Rene Maqrittin sürreal tabloları, Nazim Hikmətin, Brayten Braytenbaxın, İnqeborq Baxmanın, Fəyyal Xamisin, Aydın Əfəndinin şeirləri də mənim qəlbimdə belə bir ovqat yaradır. Adlarını sadaladığım insanlar mənim dostlarımdır. Tarkovskiyə gəldikdə isə, mistik dünyaya bələd olmayan, naturanın yalnız zahiri görünüşünə uyan, onun mahiyyətinə varmayan və ya vara bilməyən adam onun filmlərinin kodunu aça bilməz.

– Tarkovskinin filmləri dediyiniz kimi, çətin anlaşılırdı. Siz də avanqard sənət cərəyanını təmsil edirsiniz və sizin şeirlər kütləvi oxucu üçün deyil, müəyyən qədər hazırlıqlı, modern şeiri anlayan oxucular üçündür.  Bu, sizi narahat etmir ki?

– Qətiyyən. Bəzən insanların nadanlığı ilə üzləşəndə susmuşam. Susmuşam və məni naşı biliblər, amma mən naşı deyiləm. Mən azad adamam, azad adamın çəkdiyi, çəkə biləcəyi çilələri mən də yaşadım. Mən Stalkerəm.

– Adil müəllim, uşaqlığınızı necə xatırlayırsınız?

– Mənim uşaqlıq adlı aləmimdən yaz fəslində meşə rütubəti qoxusu gəlir. Mənim uşaqlıq adlı aləmimin pəncərəsində yağış yağır. İndi çox uzaqlarda yeddi dəniz, yeddi dağ arxasında qalmış uşaqlıq illərimi xatırlayanda orda dənizlərin dağların arxasında gecələr bədirlənmiş Ayın ovsunlayıb arxasınca daha gözəl bir dünyaya apardığı qanadlı bir çocuq görürəm. O qanadlı çocuğun arxasınca yüyürürəm. Ay gedir, çocuq gedir, mən də onların peşindəyəm. Amma heyhat, birdən-birə o çocuğun ayaqları yerdən üzülür, sonra o, Ay işığına qarışıb gözdən itir. Bu mənzərə nə röyadır, nə də xəyal. Bu mənzərə reallıqla irreallığın qovuşağıdır. Şair doğulan bəndə reallıqla irreallığın qovuşağında yaşayır. Uşaqlıqda pəncərə şüşəsinə çəkdiyim rəsmləri xatırlayıram, gecələr o fantastik rəsmlərə Ay işığı düşərdi. Ay mənim əlimdən tutub pəncərə şüşəsinə rəsmlər çəkərdi. Mən güzgülərlə oynayan uşaq kimiyəm, bir güzgünün içindən çıxıb başqa bir güzgünün içinə girmək mənim ən sevimli məşğuliyyətimdir. Mən güzgüdəki adamam. Ay bədirlənəndə mənim ruhum bədənimdə oynayır, metafizik bir zamansızlıq aləminə düşürəm, yalquzağa dönürəm. Mənə elə gəlir ki, min illərdi bu Yer üzündə ömür sürüb yaşayıram.

– Dahilik Allah vergisidir, yoxsa divanəlik?

– Yapon fəlsəfəsinə görə, şair təbiətlə insanlar arasında mediumdur. Mən şairin medium olduğuna, ruhlarla insanlar arasında vasitəçilik etdiyinə inanıram. Yaradıcılıq psixologiyası nə qədər araşdırılsa da, yenə bir müəmma olaraq qalır. Yaradıcılıq insan qəlbinin xüsusi vəziyyətidir. Müdriklər bu psixoloji vəziyyətin dəliliyə, divanəliyə çox yaxın bağlılığını zaman-zaman, dönə-dönə vurğulayıblar. Mübahisələr hələ də davam edir və sonu görünmür. Araşdırsaq, dahi şəxsiyyətlərin bir qədər anormallığı haqqında ilk dəfə Çezare Lombrozonun “Dahilik və divanəlik” kitabında rast gələrik. Sənin sualın mənə bu kitabı xatırlatdı. Lombrozodan günümüzə qədər bu mövzunun çeşidli versiyaları mövcuddur. Dahilik fenomenini mediumizmlə bağlayanlar nə dərəcədə haqlıdır? Biz bu sualın cavabını bilmirik, bəlkə də bizim intellektimiz hələ çox bəsitdir. Bəlkə bu, hələlik belədir, bəlkə zamanla insan təhtəlşüurunun gizli qatlarına varacaq, hələ bir elm sahəsi kimi etiraf olunmamış mediumizm psixologiyasını çözəcək. Mediumizm, ingilis dilində “çenpelninq”, bədii yaradıcılıq prosesi zamanı insanın öz tənini ötürücü qisimdə başqa aləmlərdən gələn informasiya axınının öhdəsinə buraxması kimi yozula bilər. Bu informasiyalar şeir, nəsr, musiqi, rəsm şəklində transformasiya olunur. Bəzən insan şüurlu şəkildə bu informasiyaları qəbul edir və ötürür. Amma bəzi məqamlarda bu proses insan iradəsinin dışında baş verir. Çox qəliz mətləblərə gedib çıxdıq, deyəsən.

– Öz təcrübənizdə bu hal necə baş verir?

– Mənim poetik təcrübəmə güvənsək, ilk misra qeybdən gəlir, ikinci misranı içimdəki mən yazır. Şairlər var ki, ilham pərisi onların qulağına nəğmələr pıçıldayır, rəssamlar var ki, kimsə onun əlindən alət kimi istifadə edir. Mənim də həyatımda belə məqamlar olub, bəzən rəsm çəkdiyim zaman, sanki kimsə əlimdən tutub, fırça özü rəsm çəkir, kətan və ya kağız üzərində obraz doğulur. Bu məqamda bəlkə susmaq məsləhətdir, mən susuram. Susuram və zikr eləyirəm – “qərib səs qeybdən gəlsə yaxşıdır…”.

– Hansı rəssamların əsərlərini bəyənirsiniz?

– Çağdaş Azərbaycan rəssamları Mircavadın, Kamal Əhmədin, Əbülfəz Fərəcoğlunun, Fikrət İbrahimlinin, Nəvai Mətinin və indi adlarını çəkmədiyim sənətkarların tablolarında gördüyümüz mənzərələr bizi daha gözəl bir dünyaya səsləyir və biz o səsin peşinə düşüb yuxuda gəzən adamlar kimi söz-söz açılan göy üzünə doğru gedirik. Bədirlənmiş Ay yalnız metafora deyil, bədirlənmiş Ay metafizik dünyanın simvoludur. Şairləri də xatırlayaq da. Ay kimi işıq saçan, gün kimi batan şairləri də xatırlayıram. Xəyalımda bir səhnə canlanır – Ay işığı içindən qərib atlılar keçir, – atlılar, ay atlılar, atları qanadlılar… 

Mənim suallarım bitir. Şair asta səslə qarsonu səsləyir. Qəhvəmiz təzələnir.

Uzun yolun sonunda

rəssamın son təbəssümü

diksindirdi ölümü.

Hələlik, şair! Görüşənədək! Bizdən ordakılara salam de. Sən Haqq dərgahındasan, biz isə hələ Fəna fasiləsindəyik!

İlkin mənbə: edebiyyatqazeti.az

Məllif: KƏNAN HACI

KƏNAN HACININ YAZILARI

ADİL MİRSEYİDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu. Cəbrayılın Mahmudlu kəndindən başlanan ömrün 61-ci qışı…

ELÇİN HÜSEYNBƏYLİ haqqında ELMAN ELDAROĞLU

Cəbrayılın Mahmudlu kəndindən başlanan ömrün 61-ci qışı…

Deyilənlərə görə, dünya şöhrətli yazıçı Heminquey gündə mütləq bir səhifə yazırmış. O isə yazmamışdan öncə uzun müddət düşünür və deyir ki,- “mənim üçün birinci cümləni başlamaq çətin olduğundan, keçirəm ikinci cümləyə”…

Heç vaxt yaradıcılığında qrafik tutmur, daha doğrusu yazacaqlarını proqramlaşdırmır. Ona mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Bəli, yazıçı sözdən qorxmamalıdır, yəni sözə yuxarıdan aşağı baxmağı bacarmalıdır. Əslində, o, sözlə məzələnir, oxucunu oyuna salmağa çlışır, gözləmədiyi halda onu dolanbac yollarla aparır və odur ki, hekayələrinin çoxu da novellavari qurtarır…

“Mən modernist yazıçıyam. Heç kim deyə bilməz ki, mənim ortaya qoyduğum romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu əsərlərin müəllifi yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi…”- söyləyir.

Haqqında söhbət açdığım Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabr ayının 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə Varşavada “İnsan haqları yay məktəbi”nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən “Azadlıq” radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. Bir sözlə, uzun müddət “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu mətbu orqanlarına rəhbərlik edib. Sonradan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri olub. 2021-ci ildən Azərbaycan Yazıçılar Biriyinin katiblərindən biridir. “Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab 21-ci əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari, 141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Azıx”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam”, “Yenə iki Od arasında”, “Gözünə gün düşür”, “Ağ və qara”, “Vida”, “Dənizin nağılları” kitablarının, on bir romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb və 2019-cu ildən Əməkdar incəsənət xadimidir…

Deyir ki,- “Çox mütaliə etmişəm. Sartr, Kamyu, Prust, Platonov, Selincer və s.. Xeyli ad çəkə bilərəm, amma Platonov mənim sevdiyim yazıçıdır. Adamların əksəriyyəti heç onların adlarını eşitməyəndə, mən onları oxumuşdum. İnsan ona görə mütaliə etməlidir ki, haradan gəlib, hara getdiyini, nəyin ədəbiyyatda olub-olmadığını bilsin. Buna görə də fərqli nələrisə yaratmağa cəhd etməlisən. Yazıçı fərqli yazan, fərqli düşüncəyə malik olmalıdır. Hadisələrə fərqli rakurslardan yanaşmağı bacarmalıdır. Hamının baxdığı rakursdan baxacaqsansa, bu, bezikdirici olacaq. Fərqli çarpazlardan baxsan, fərqli bir şey edə biləcəksən. Amma etiraf edim ki, bu gün ədəbiyyatımızda maraqlı imzalar var, onlar dayanmamalı, yazmalıdırlar. Təəssüflə deyirəm ki, ədəbiyyat arxa plana keçib. Müsahibələrimdən birində də demişdim ki, dünyada kataklizmlər baş verərsə, ədəbiyyata qayıdış ola bilər. Çünki insanlar humanizm, mərhəmət hislərini itirməyə başlayıblar…”

Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: “Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir.”

“Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Əslində, mühit və şərait imkan vermədi ki, bizim nəsil yazarların ziyalı potensialı ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anar müəllimgilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır. Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Elçin Hüseynbəylidən bir ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam…”- söyləyir.

Kimin dediyini unutmuşam- aqillər ideyaları, ariflər problemləri, adi adamlar isə adamları müzakirə edirlər. Onunla heç vaxt yoldaşlıq, dostluq etməsəm də, bilirəm ki, bu sırada birincilərdəndir…

Dekabrın 23-ü haqqında söhbət açdığım nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin növbəti ad günüdür, 61 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

Müəllif: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

ELÇİN HÜSEYNBƏYLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əsəd bəy – Çəmənzəminli – Qurban Səid diskursu: həqiqətin gerçək üzü – V məqalə – Bədirxan ƏHMƏDLİ

BƏDİRXAN ƏHMƏDLİNİN YAZILARI

“Əli və Nino”: Mətnin və faktların dedikləri…

Hər hansı bir mətn özünün müəllifliyi ilə bağlı hər şeyi deyə bilməsə də, müəyyən izləri qalır. Bəzən də onu müəyyənləşdirmək mümkün olmur; yəni mətnlə onun müəllifinin kimliyi arasında heç bir əlaqə görünmür. Dədə Qorqudun “Kitabi-Dədə Qorqud” dastanının müəllifi olması haqqında ehtimallar var. Bu ehtimallar akademik İsa Həbibbəylinin araşdırmalarında bir qədər də qüvvətləndirilir. “Dastani Əhməd Hərami” poemasının əvvəlində yazarın adı olan hissə itdiyindən müəllifini hələ də müəyyənləşdirmək mümkün olmamışdır. Əlbəttə, XIII əsrlə XX əsr eyni olmadığı kimi, poeziya ilə nəsr arasında da fərqliliklər var. Bir də ki, əsərin yazılması zamanı müəllif şəxsiyyətinin bədii mətnə hər zaman transformasiyası baş vermir. Hər bədii mətn özündə hər zaman müəllif gizlinlərini ehtiva etmir. Ona görə də, hər hansı bədii mətndə, əsərdəki süjet xətlərində, obrazlara və onların adlarına tərcümeyi-hal materialı kimi baxmaq doğru olmazdı. Lakin yenə də, əvvəlki məqalələrimizdə qeyd etdiyimiz faktorlara və faktlara söykək kimi bədii mətnə də müraciət etmək məcburiyyətindəyik. Elə çəmənzəminlişünaslar da ən çox müraciət etdikləri və irəli sürdükləri ehtimallar bədii mətnlə bağlıdır. Lakin burada da müəyyən çətinliklər vardır; hər şeydən əvvəl, mətni düzgün oxumaq və doğru nəticələr çıxarmaq lazım gəlir. Mətnşünas alim akademik Lixaçev mətnin düzgün oxunması üçün bir şərt-dövrün dilini yaxşı bilmək olduğunu bildirərək yazırdı: “Təəssüf ki, müasir nəşrlərdə və mətn araşdırmalarında çox sayda səhv oxunma məhz əsərin yazıldığı dili zəif bildiyindən baş verir. Dövrün əsərlərində təkcə oxumaq kifayət  deyil, mətni səthi başa düşmək deyil, dövrün yazım, fonetik, morfoloji və sintaktik normalarının dəqiq bilmək lazımdır. Bundan əlavə, abidə ədəbi xarakter daşıyırsa, dövrün ədəbi üslublarını bilməlisiniz və tarixi bir sənəddirsə – sənədin mənsub olduğu dövrdə istifadə olunan formul və terminləri də bilməlisiniz” (Lixaçev, s.33).

Çəmənzəminlişünaslar bədii mətndə Y.Vəzirin izlərini axtararkən ən çox bir neçə məsələ üzərində dayanırlar. Onlardan biri “Əli və Nino” romanının bəzi cümlələrinin Y.Vəzirin “Gündəlik”ində və başqa əsərlərindəki oxşarlıqlardır. Doğrusu, bu yolda elmilik çox az olsa da, bu prinsipi nəzərdən keçirək. “Əli və Nino”da: “Nikah qarşılıqlı etimad və qarşılıqlı qayğıya əsaslanır. Ər ilə arvad həmişə məsləhətləşməli və işdə bir-birinə kömək etməlidir” (“Əli və Nino”, 1993, s.88). Y.Vəzirdə: “Ər və arvad yoldaşdır. Nikahın ümdə şərti ər və arvadın bərabərliyi olur… Kişi bir işə başlayanda arvadına məsləhət etməlidir, hər məsələ gərək bir yerdə müzakirə olunsun”. (Y.V.Çəmənzəminli, Əsərləri, 3-cü cild, s.157). Burada çox zəif oxşarlıqdan danışmaq olar və bu oxşarlığı hər hansı başqa bir yazıçıda da axtarmaq mümkündür. Və yaxud: “Qızlar mavi uniforma – donlar və ağ döşlük geyib bağçada gəzirdilər” (“Əli və Nino”, s.6). Y.Vəzirdə: “Buranın məktəb qızları göy zolaqlı paltarlarda və ağ döşlükdə gəzirlər” (Y.V.Çəmənzəminli, “Bir cavanın dəftəri”, s.38). Bu bir cümlənin oxşarlığını hər hansı bir əsərin məxsusluğunu təyin etmək üçün ehtimal sıfrın altındadır.

Yenə də çəmənzəminlişünasların ehtimallarına nəzər salaq: “Orada, Davud dağında bir qəbir vardır. Bu qəbirdə şair və əlahəzrət Aleksandr Qriboyedov yatırdı. Onun məzar daşının üstündə bu sözlər yazılmışdır: Sənin əməllərin unudulmazdır, amma nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun oldu?”. (“Əli və Nino” s.99). Y.Vəzirdə: “…Onun (Qriboyedovun – B.Ə.) məzarı üstündə qadını Nino tərəfindən ucaldılmış dəbdəbəli abidənin üstündə bu sözlər yazılmışdı: “Sənin ağlın və əməllərin rusların xatirəsində əbədidir, amma nə üçün mənim məhəbbətim səndən artıq yaşadı?” (Y.V.Çəmənzəminli, “Fokusnik” jurnalı, 1904). Yəqin ki, Qriboyedovun məzar həyatının bu anını təsvir edən üçüncü bir yazıçıda da eyni informasiya yer alacaq. Bir də 1904-cü ildə on yeddi yaşlı bir gəncin dəftərində yazılmış bu cümlənin 20-ci illərdə yazıldığı güman edilən əsərlə nə əlaqəsi ola bilər? Doğrudanmı, Y.Vəzir bu əsəri yazarkən vaxtilə dəftərinə yazılan bu cümləni xatırlamışdır?

Başqa bir nümunəyə nəzər salaq. Doğrusu, bu yarımçıq cümlədən yapışmaq tədqiqatçı üçün yolverilməzdir, deyərdim ki, qeyri-ciddidir: “…riyaziyyatın əlindən ölürəm…” (“Əli və Nino”, s.83). Y.Vəzirdə: “Riyaziyyatla mübarizə aparmaq məni təngə gətirmişdir” (Y.V.Çəmənzəminlinin gündəliyi, 23 yanvar, 1909). Gündəliklə bədii əsərdə yaxınlıq axtarmaq heç bir prinsipə əsaslanmır. Üstəlik, istənilən gündəlikdə hər hansı bir şagirdin yarımçıq cümlə ilə riyaziyyatdan şikayət etməsi tamamilə təbiidir. Yaxud: “Onun səsini minlərlə insanın təkrar etdiyi “Şaxsey, Vaxsey – Hüseyn, vay Hüseyn” nidaları müşayiət edirdi” (“Əli və Nino”, s.186). “-Ku Hüseyinmə! Vay Hüseyinmə! – minlərlə adamın hönkürtüsü bir-birinə qarışmışdı” (Y.V.Çəmənzəminli, əsərləri, 1-ci cild, 1966, s.263.). “…İkinci dəfə idi ki, üçüncü sinfin partasında oturdu və onun üçüncü il də eyni sinifdə qalması üçün hər cür ehtimal var idi (“Əli və Nino”, s.4). “Bu bədbəxt 18 yaşında da hələ də üçüncü sinifdədir…” (Çəmənzəminli, əsərləri, 3-cü cild, s.252).

Hər hansı bir əsərin birinə məxsusluğunu əsaslandırmaq üçün o qədər zəif ehtimallardır ki, bunların üzərində dayanmağa dəyməz.

“Əli və Nino” romanının mətnində elə yerlər var ki, onu Y.Vəzirin yazmasını çəmənzəminlişünaslar qəbul etməzlər. Ancaq Əsəd bəyin yazmasına heç kim etiraz etmir, çünki bu cür ziddiyyətlər, gözlənilməzliklər onun başqa əsərlərində də nə qədər desən var. Çox doğru olaraq, professor A.Məmmədli Qarabağa həsr olunmuş səhifələrdə qonaqlığın təsvirinə diqqət çəkərək “Görəsən, Azərbaycan yazıçılarından hansı Şuşadakı ziyafəti təsvir edərkən sadarilərdən, dairə, çinuri, thara, diplipitodan bəhs edərdi? İstər Çəmənzəminli, istərsə də lap kim olur-olsun – nə üçün tardan, kamançadan və xanəndədən barı bir kəlmə demir? Rus tərcüməsində bu musiqi alətlərinin arasında tarın da adı çəkilir. Azərbaycan mətnindən məlum olur ki, bu tar deyil, tharadır”, – deyə Azərbaycan yazıçısının bu cür yazmasını qəbul etmir. Əli xanın Şuşada özünü pis hiss etməsi, meşəni sevməməsi (Əsəd bəy həmişə səhranı dilə gətirir, burada da qəhrəmanı səhranı təqdir edir), şiəliklə bağlı təsvirlərdə açıq-aşkar səhvlərə Y.Vəzirin necə yol verdiyinə inanmaq olmur. Əli xanın “Mən sadə şeyləri sevirəm – külək, qum və daşları. Səhra qılınc zərbəsi kimi sadədir. Meşə isə Qordiy düyünü kimi dolaşıqlıdır. Mən meşədə çaşıb qalıram, möhtərəm Didiani”, – sözləri daha çox Əsəd bəyin digər əsərlərindən bizə məlum olan qəhrəmanın dünyagörüşü ilə nəinki uyğun gəlir, hətta eynilik təşkil edir. Didianinin də Əli xana dediyi: “Sizdə səhra adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul vardır: insanları meşə adamlarına və səhra adamlarına bölmək lazımdır. Şərqin içkisiz sərxoşluğu səhradan gəlir. Səhrada isti külək və qızmar qum insanları sərxoş edir. Səhra dünyası sadə və problemsiz bir dünyadadır. Meşə isə suallarla doludur. Yalnız səhra sual vermir, məhsul vermir və heç nə vəd etmir. Lakin ruhun atəşi, qığılcımı meşədən gəlir. Səhra adamı, yəni gördüyüm və təsəvvür etdiyim səhra adamı yalnız bir hissə və bir həqiqətə malikdir: bu iki şeydir onun daxilində olan. Meşə adamı isə çoxsifətlidir. Təəssübkeşlər səhradan gəlirlər, yaradıcılar isə meşədən. Şərq və Qərb arasında əsas fərq də elə budur” (“Əli və Nino”, s.41) sözləri də Əli xanın səhra adamı obrazını yaradır. Söhbətə qoşulan erməninin: “Bax bu səbəbdən biz ermənilər və gürcülər meşələrdə yaşayırıq” sözləri Şərq-Qərb diskursunda üstünlüyü Qərbə verir, Qərbi yaradıcı, Şərqi isə primitiv kimi göstərir. Bir çoxları mətnin bu oxunuşunda milli düşüncə konsepsiyasından çıxış edərək Əli xanın gürcüyə və erməniyə cavab verməməsini doğru hesab etmir. Hətta Ninonun Əli xana Şuşanı sevməsi barədə şərt qoyması bizə qəribə gəlir. Romanda mətnin oxunuşunda bu cür ziddiyyətli yerlər çoxdur. Y.Vəzirin başqa əsərlərində xalqın tarixi, etnogenezisi, düşüncəsi ilə bağlı bu cür təsvirlərə rast gəlmək mümkün deyil. A.Məmmədli Y.Vəzirin Şuşanın təsviri zamanı Pexaçpür bulağından bəhs etməsini də heç cür qəbul edə bilmir, çünki İsa bulağı olan yerdə nədən adı bizə məlum olmayan Pexaçpür bulağını təsvir edir: “Mənə həmişə elə gəlib ki, Şuşada bulaq adı çəkiləndə İsa bulağı yada düşər. Qurban Səid Pexaçpürdən danışır… Qurban Səid Qarabağ atına da ermənini oturdur… Qarabağ atları – Azərbaycanın fəxridir! Heç Çəmənzəminli Qarabağ atına ermənini otuzdurardımı? Qurban Səid otuzdurur” (Məmmədli).

Bədii mətnin oxunuşunda Y.Vəzirin olmayacaq yerlər çoxdur; məsələn, Şuşadan və Qarabağdan bəhs edərkən ermənilər buranın adlı-sanlı nəsilləri və əsilzadələri kimi qələmə verilir. Yəqin ki, çəmənzəminlişünaslar da bu fikirlərin ona aid olmasını istəməzdi. A.Məmmədli Qarabağ mövzusunu yekunlaşdıraraq belə bir statistik nəticə çıxarır: “Romanda yalnız bir realiya adı çəkilir – erməni kilsəsi Maraş. Yalnız bir bulaqdan söhbət gedir – Pexaçpür. Yalnız iki soyad verilir, ikisi də erməni – Naxararyan və Melikov. Hər ikisi Şuşa əsilzadəsi kimi təqdim olunur. Qarabağın və Azərbaycanın rəmzi olan Qarabağ atının romanda yiyəsi ermənidir. Qarabağın müdafiəsi romanda ermənilərə həvalə olunur.

Azərbaycanlılar romanda işğalçılar kimi təsvir olunur, onlar Qarabağa gəlib burada yaşayan xalqları dəhşətə salan ad qazanmışlar. Onlar primitiv çöl-səhra adamlarıdır, dağlarda və meşələrdə özlərini pis hiss edirlər” (Məmmədli). Əlbəttə, məsələyə bu cür yanaşdıqda əsərdə antierməni, antigürcü, antirus təsvirlərə də rast gəlmək olur. Lakin bu təsvirlərin özü də romanın Avropa modelini ortaya çıxarır. Roman Avropada yazılmışdı və Avropa oxucusuna ünvanlanmışdı. Romanda Azərbaycan əleyhinə səslənən bu fikirləri heç cür Y.Vəzirin olduğunu qəbul etmək olmur, ancaq bunu Əsəd bəyin adına asanlıqla yazırıq. Əsəd bəyin bütün əsərlərində mətn məhz bu cür ziddiyyətlər üzərində qurulur. Ancaq bunlar mətnin üst qatını əhatə etmir, mətnin üst qatında Azərbaycana, Cümhuriyyətə sevgi sonadək süjetin ana xəttini təşkil edir.

Məsələ burasındadır ki, “Əli və Nino” romanı mətnin təhlili baxımından da dolaşıqlığa salınıb; kim necə gəldi oxuyub. Romandakı adlar, hadisələr, şəxsiyyətlər və s. hər iki yazıçının ömürlüyü ilə müqayisə edilir, oxşarlıqlar axtarılır və “tapılır”. Bu cür oxşarlıqlar həmin dövrdə yazıb-yaradan bir başqa (deyək ki, Ə.Cavad və ya C.Cabbarlı) yazıçının yaradıcılığında da axtarıla bilər. Bəzən bu “tapıntılar” heç cür müqayisəyə belə gəlmir. Çünki hər bir müqayisədə gərək bənzəyənlə bənzədilən arasında bir yaxınlıq olsun. Yenə də, çəmənzəminlişünasların istinad etdikləri həqiqətə yaxın olmayan ehtimallar üzərində dayanmaq istəyirik.

Məlumdur ki, romanın baş qəhrəmanı Əli xandır. Onun qəlbində iki sevgi var; Cümhuriyyətə və Ninoya. Əvvəldən axıra Əli xan bu iki sevgi arasında qalır. Lakin əsərin sonunda Əli xanın Cümhuriyyət sevgisi qalib gəlir; o, Nino və qızı ilə Parisi, rahat həyatı yox, Gəncənin müdafiəsi zamanı ölümü seçir. Maraqlıdır ki, bütün çəmənzəminlişünaslar bu əsəri ona görə Y.Vəzirə bağlayırlar ki, o, Cümhuriyyət səfiri olub. Ona görə də Y.Vəziri, yəni müəllifi Əli xanın prototipi hesab edirlər. Onların fikrincə, Əli xan obrazı ilə yazıçı özünü nəzərdə tutmuşdur. Vaxtilə “Məlikməmməd nağılı”nı da “Əli xan” adı altında çap etməsi çəmənzəminlişünaslara əsl avantaj verir. Mən də istərdim elə olsun, lakin əsərdəki Əli xanla “müəllif” Y.Vəzirin ruh yaxınlığı bunu deməyə əsas verirmi?! 1911-ci ildə işlənmiş bir təxəllüsün bundan on-on beş il sonra yazıldığı güman edilən bir obrazla nə əlaqəsi ola bilər? Yenə də bu versiyanın mümkünlüyünə bir aydınlıq gətirək; doğrudur, Y.Vəzir Cümhuriyyətin İstanbuldakı Türkiyə səfiri olmuşdur, ancaq bu o demək deyil ki, bu obrazla ona aid edilən prototip arasında oxşarlıq vardır.  Elə isə əsərdə Əli xan Parisə konsul getməkdən imtina edir; əgər özünü nəzərdə tutmuşsa, tərcümeyi halına uyğun olaraq konsul getməli idi, o zaman əsərin süjet xətti də dəyişirdi. Və yaxud nədən Paris, elə tərcümeyi-halına uyğun olaraq İstanbul daha uyğun ola bilməzdimi? Əgər Y.Vəzir Əli xanın prototipidirsə, nədən aralarında bu qədər məfkurə və ideya fərqi vardır? Əsərin Y.Vəzir tərəfindən yazıldığı iddia edilən dövrdə Əli xanla Y.Vəzir hadisələrə münasibət baxımından tamamilə fərqli adamlar idi. Təsəvvür edək ki, həqiqətən belədir, o zaman yaranmış situasiyaya nəzər salaq; Əli xan atası ilə söhbətdə Birinci Dünya müharibəsinə getmək istəmir və bu müharibənin onluq olmadığını deyir, hiss edir ki, bu müharibədən sonra çarın istila yürüşlərindən də böyük təhlükə meydana gələ bilər. O görür ki, gözəgörünməz bir qüvvə karvanın ipini sarvanın əlindən alır və onu zorla yad otlaqlara, yad yollara döndərmək istəyir.  Bu, ancaq Qərbin yolları ola bilər. Bu həm də Azərbaycan Cümhuriyyətinin tutduğu yol idi. Atasının onun müharibəyə getməsinə isə münasibəti belə olur: “Atam heyrət içində və təşvişlə məndən soruşdu:

– Sən, doğrudan da, müharibəyə getmək istəmirsən? Sən, Əli xan Şirvanşir?

– Bilirəm, ata. Mən də cəng yolunda başımı qoyacağam, amma indi yox, elə uzaqlarda yox.

– Şərəflə ölmək şərəfsiz ölməkdən yaxşıdır.

– Mən şərəfsiz yaşamıram. Mənim bu müharibədə heç kimin qarşısında vəzifəm və borcum yoxdur” (“Əli və Nino”, Bakı, 2005, s.57-58). Əli xan bu müharibəyə ona görə getmir ki, qarşıdan xalqın müstəqilliyi gəlirdi. O bunu hiss edir və dövlətçilik yolunu qərbçilikdə görürdü. O, şərəfsiz yaşamaq istəmirdi…

Əli xan Y.Vəzirdən fərqli olaraq axıradək heç bir dövlət vəzifəsi tutmur, Fətəli xan Xoyskinin “Əli xan, nə üçün siz dövlət vəzifəsində deyilsiniz?”, -sualına “Fətəli xan, mən bütün varlığımla vətənimə bağlıyam, əmriniz nədir”, -desə də, Xarici İşlər Nazirliyində Qərbi Avropa şöbəsinin attaşesi vəzifəsindən də imtina edir.

Əli xanın Cümhuriyyətə, bu dövrdə baş verən hadisələrə münasibəti ilə səfir Y.Vəzirin münasibəti də xeyli fərqlidir. Götürək, romanın bitdiyi Gəncə hadisələrini. Cümhuriyyət süqut etdikdən sonra milli qüvvələr yığışıb Gəncəni XI Qırmızı Ordudan müdafiə edirlər. Nino qızı ilə Gəncəyə gəlir, fikri budur ki, əvvəllər xəyal qurduğu kimi, bu siyasi hadisələrdən uzaqlaşıb qızı və əri Əli xanla birlikdə Parisə getsin. Lakin Əli xan onun uşaqla tək gedəcəyini qəti şəkildə bildirir. Nino bunu gözləmirdi. Ona görə də: “Bəs “oyuncaq?”, – dedi, körpəmiz var, sən bizimlə getmək istəmirsən?

– Gedə bilmərəm, Nino.

– Sənin ulu baban Gəncə körpüsündə şəhid olmuşdu. Mən bunu tarix imtahanından bilirəm.

Nino qəflətən, ölüm astanasında olan yaralı heyvan kimi nalə çəkib yerə sərildi. Onun gözləri qupquru idi, bədəni titrəyirdi. O, fəryad edərkən İlyas otaqdan eşiyə atıldı.

– Nino, mən dalınızca gələcəyəm. Mütləq, bir neçə günə yanınıza gələcəyəm.

O, ah-nalə içində idi və bayırda insanlar can verən cümhuriyyətin coşqun mahnısını oxuyurdular” (“Əli və Nino”, s.202).

Əli xan Şirvanşir ailəsi ilə getmir, Gəncədə qalmağı, istiqlal və Cümhuriyyət uğrunda qurban getməyi üstün tutur və Ninonun dediyi kimi, ulu babası kimi Gəncə körpüsündə şəhid olur.

İndi gəlin görək, romanın  Y.Vəzir tərəfindən yazıldığı iddia edilən dövrdə onun Gəncə hadisələrinə münasibəti necə idi? Bunu biz Y.Vəzirin “Müsavatçıya cavab” məktubundan öyrənirik. Məktubda Y.Vəzir söhbəti Gəncə hadisələrinə gətirərək yazırdı: “İstanbulda bulunan millətçilərin əksəriyyətini təşkil edən o zaman gəncəlilər idi. Bu siyasətlə iştiğal etməyən və sülhpərvər adamların İstanbula iltica etmələrinin səbəbi Gəncə hadisələri olmuşdu. Odur ki, mühacirlər ürəklərində “Müsavat” rəhbərlərinə qarşı dərin bir kin bəsləyirdilər. Gəncədə tökülən qanların və yıxılan evlərin səbəbini iki adamda görürdülər. Biri Xəlil bəy Xasməmmədov, ikincisi Məşədi Əli Rəfiyev. Mühacirlərin rəyincə Gəncədə qarışıqlığa səbəb olan bu adamlar “Tiflisdən gürcü qoşunu gətirməyə gedirik” bəhanəsi ilə xalqı qan içində buraxıb qaçmışlar imiş…

Bir zamanlar mən bitərəf qalmışdım. Çünki Gəncədən mühacirlərlə bərabər gələn kin çox dərin idi və onu yox etmək qabil deyildi. Zatən mənim nöqteyi nəzərimcə, Gəncə üsyanını quranlar millətə qarşı böyük xəta işləmişlər (bundan sonra Y.Vəzirdən gətirilən sitatlardakı boyalar mənimdir – B.Ə.). Bakıda məclisi məbusan əzası imzaları ilə hökuməti Şuralara tərk etdikdən sonra Gəncə hadisəsinə lüzum varmı idi?” (Y.Vəzir, 1926). Göründüyü kimi, Y.Vəzirin bir siyasətçi kimi Gəncə hadisələrinə münasibəti müsbət deyil. İndiyədək tarixşünaslığımızda rus istilasına qarşı dirəniş olaraq böyük tarixi (və fəxr olunası!) hadisə kimi qiymətləndirilən bu üsyanı “millətə qarşı böyük xəta” adlandırır və onun baş verməsini “lüzum” görmürdü. Ola bilməz ki, bir siyasətçi kimi Y.Vəzir bir cür, yazıçı kimi başqa cür düşünə idi. Məktubun yazılması ilə əsərin yazılması arasında təxmin edilən vaxtda yazıçının eyni hadisəyə ikili münasibəti necə ola bilərdi?

Əvvəldə qeyd etdiyimiz kimi, Əli xanın bütün idealı Azərbaycan Cümhuriyyəti və xalqın istiqlalıdır. Biz demirik ki, Y.Vəzir istiqlalçı, cümhuriyyətçi olmayıb; sadəcə, Y.Vəzir prototipi Əli xan obrazı ilə heç cür üst-üstə düşmür. Bundan başqa, Azərbaycan Cümhuriyyəti və istiqlalı barədə Y.Vəzirin  hər hansı bir təqdir yazısına rast gəlmirik. Tədqiqatçıların Y.Vəzirin bu əsərləri yazdığını ehtimal etdikləri 1920-1926-cı illərdə, əslində, onun mücadiləsi cümhuriyyət uğrunda yox, cümhuriyyət ideallarını yaşadanlarla mücadilədə keçirdi. Ola bilməz ki, yazıçı bir tərəfdən “Əli və Nino” əsərində Cümhuriyyəti təsvir və tərənnüm etsin, eyni zamanda Cümhuriyyət ideallarını mühacirətdə yaşadanlara qarşı savaş aparsın. Bunların ikisinin bir yerdə olması mümkün deyil. Ə.Topçubaşovu, M.Ə.Rəsulzadəni və digər Cümhuriyyət funksionerlərini tənqid etməyindən belə məlum olur ki, onun Cümhuriyyət liderləri, sonra isə mühacir müsavatçılarla münasibəti yaxşı olmamışdır. Y.Vəzir ən çətin vaxtda yardım üçün üstünə getdiyi Ə.Topçubaşovun Parisdə villada yaşadığını deyir, onun əlinə düşən “millət naminə” paralardan bəhs edir. Halbuki həmin dövrdə Ə.Topçubaşovun özünün çox çətin şəraitdə yaşadığı barədə mənbələr bunun əksini deyir, elə tarixçilər də bu barədə yekdil fikir bildirirlər. Bütün bunlar Y.Vəzirlə Cümhuriyyət liderləri arasında ideya uçurumunun yarandığını aydın şəkildə göstərirdi.

Romanda Fətəli xan Xoyskinin müsbət obrazı yaradılır. Y.Vəzir isə bir səfir kimi F.Xoyskiyə xidməti məktubunda onu vəzifəsindən azad etməsini istəyərək yazırdı: “Təfsilata hacət varmı? Rəsmi raportlarımda uzun-uzadı bəhs olunur. Yalnız sizdən bir ricam vardır. Hökumətimizin xətaları üzündən üzərimə düşən bu ağır məsuliyyətdən məni qurtarınız və müsaidə ediniz səfarəti müstəşarıma tərk edərək geri gələyim” (Y.Vəzir, 1926). Belə görünür ki, Y.Vəzirlə Cümhuriyyət funksionerləri arasında dərin uçurumun kökləri bir qədər də əvvələ, yəni Cümhuriyyət illərinə gedib çıxır: “İstanbulda bundan dörd il müqəddəm müsavatçıların rəzalətlərinin şahidi olduğum zaman bir dostum daima mənə söylərdi: bax, qardaş, gör və bil ki, millət bunlardan nə zülmlər görmüşdür. Bilaxirə Parisin ətrafında kiçik bir şəhərdə işçi ikən dostumun sözlərini xatırlayırdım” (Y.Vəzir, 1926). Ağır ittihamlar olmaqdan əlavə, səfirin Cümhuriyyət ideallarını yaşadacaq ştrixlərə rastlaya bilmədik. Hər halda 20-ci illərin əvvəllərində Y.Vəzirin münaqişədə olduğu bu vəziyyətdə Cümhuriyyəti tərənnüm edən bir əsərin yazılması assosiasiyası heç cür reallığı əks etdirmir.

Məsələ belədir; M.Ə.Rəsulzadə 1923-cü ildə artıq İstanbulda idi və Azərbaycan mühacirlərini ətrafına toplayıb “Yeni Qafqasiya” dərgisini çap edir, siyasi mübarizəsini davam etdirirdi. Həmin vaxt Y.Vəzir də İstanbulda idi, lakin nə M.Rəsulzadənin, nə də digər mühacirlərin yanında yer almışdı və bu illərdə Azərbaycan istiqlalı uğrunda mübarizə aparması ilə bağlı faktlar da öz əksini tapmır. Bu zamanlarda “Əli və Nino”nu “yazan” Y.Vəzir Cümhuriyyətin obrazını necə yarada bilərdi?! Elə çıxmasın ki, Y.Vəzir M.Ə.Rəsulzadənin “Bir şərəfsizin aqibəti” məqaləsindən əsəbiləşərək yuxarıdakı məktubunda bu cür düşünürdü. Yox, özü də yazır ki, mən iki il yarım əvvəl bu qərara gəlmişəm. O yazırdı: “Üçüncü “günah” müsavatçılardan ayrılaraq bir başqa qrupa iltihaqım oldu”. O, müsavatçılardan ayrılmağını təqdir edir, günah sözünü dırnaq içində yazırdı. Y.Vəzirin “Müsavatçıya cavab” məktubunda gəldiyi qənaət sıradan bir fikir deyil, ideyalar ətrafında məfkurə ayrılığı idi. Bu fərqliliklər məktubun sonunda daha qabarıq şəkildə əks olunur: “Əgər Məhəmməd Əminlər Azərbaycanda feodalizmin ehyasına və qolçomaqların təkrar iş başına gəlməsinə inanırlarsa, əmin olsunlar ki, bu olmayacaqdır. Bütün Azərbaycan gəncləri ölərlər, lakin əskimiş idarənin təkrar hökm sürməsinə razı olmazlar. Çünki böyük inqilabın feyzləri geri alınmaz” (Y.Vəzir, 1926).

Bu fikirlər “Əli və Nino” romanının qəhrəmanı Əli xanın həyat kredosu ilə tamamilə ziddiyyət təşkil edir. Bu, sadə bir məsələ deyildi, böyük məfkurə məsələsi idi. Bu qənaətə mən yox, Y.Vəzirin özü gəlmişdi: “Zamanları keçmiş, söz və söhbətləri köhnəlmiş altun üftadəsi Topçubaşovlardan, Xəlil bəy Xasməhəmmədovlardan, qoçu Məşədi Əlilərdən və başqalarından millətə fayda gözlənməz. Yetər ki, mən qurban oldum. Nahaq yerə yalançı propaqandalara uyulmasın. Əgər “milli məfkurə” bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə. Əgər məfkurə dediyimiz ibtidai bir idarədə qövmi bir təşkilat isə, yox olsun o məfkurə” (Y.Vəzir, 1926). Y.Vəzir milli məfkurəni dırnaq içinə alır və onun yox olmasını istəyir. O məfkurə yox olmadı, cümhuriyyətin liderlərinin əsərlərində, fikir və ideyalarında yaşadı və yenidən vətənə döndü. Milli məfkurəçilik, cümhuriyyətçilik həm də bədii düşüncədə ən yaxşı şəkildə “Əli və Nino” romanında bütün dünyanı dolaşaraq əsrin sonlarında eyni vaxtda yenidən Azərbaycana döndü.

İndi gəlin Əsəd bəyin Cümhuriyyətə münasibətinə nəzər yetirək, çünki “Əli və Nino” müəllifinin gizlinləri məhz cümhuriyyətə münasibətində üzə çıxır. Əsəd bəy 1920-ci ildə Azərbaycandan gedərkən cəmi on beş yaşında idi. Cümhuriyyəti bu zaman dərk edə bilməyəcəyi deyilən bu gənc Almaniyada yazmağa başladığında əsas mövzusu Şərq və Azərbaycan olur. Məlumdur ki, Azərbaycan mühacirət bədii düşüncəsində milli istiqlal motivləri ən yaxşı şəkildə Gültəkinin şeirlərində, ictimai-siyasi publisistikada isə M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və Ə.Cəfəroğlu yaradıcılığında əksini tapır. Çox maraqlıdır ki, onların hamısı Türkiyə mühacirətinin nümayəndələri idilər. Avropa mühacirətində isə istiqlal savaşı daha çox Fransada Ə.Topçubaşov və C.Hacıbəyli tərəfindən aparılırdı. Gözlənilmədən Almaniyada onların sırasına 23 yaşlı Əsəd bəy də qoşulur. 1928-ci ildə yazdığı “Azərbaycan Demokratik Cümhuriyyəti” məqaləsi ilə Türkiyədə Azərbaycan mühacirlərinin gördüyü işi görür. Məqalə Azərbaycanın “Müstəqilliyinin elan edilməsinin 10 illiyi münasibətilə” altbaşlığı qeydi ilə çap olunmuşdu. Digər məqalələrində fantaziyaya, şişirtmələrə yol verən Əsəd bəy burada çox ciddi informasiyalara yer verir və cümhuriyyət haqqında Almaniya oxucularını məlumatlandırır. Gənc yazıçının Azərbaycan Cümhuriyyətinə, xalqına və onun qazandığı istiqlalına ilk sevginin işartılarını burada görürük. Buna qədər Azərbaycan mühacirləri tərəfindən Almaniyada belə bir məqalə yazılmamışdı. Yalnız Əsəd bəydən iki il sonra Hilal Münşi “Azərbaycan Respublikası” adlı kitabçasını yazmışdı. Lakin bu əsərini yazmaqda əsas məqsədi Əsəd bəyi tənqid etmək olmuşdu. Əsəd bəyin məqaləsi isə həm siyasi məzmunu, informasiyalılığının tamlığı, istiqlalı qiymətləndirməsi baxımından olduqca qiymətlidir.

Əsəd bəyin bu məqaləsində “Əli və Nino” romanının, demək olar, mahiyyəti açılır. Yazıçı burada Azərbaycan xalqının etnik kökən etibarilə türk olduğunu yazır ki, bu da romanda keçən əsas xətlərdən biridir. Müəllif Azərbaycanın XIX əsrdə çar Rusiyası tərəfindən işğalını “rus istismar gücünün qapqara səhifəsi” adlandırır, azərbaycanlı-erməni toqquşmasının ruslar tərəfindən törədildiyini yazır. Lakin Cümhuriyyətin yaradılması ilə hər şey dəyişir: “Bolşeviklərin məhv etdiyi ölkə çox qısa müddət ərzində yeni hökumət tərəfindən bərpa edilməyə başladı, kənd təsərrüfatı islahatı həyata keçirdi, peşə məktəbləri, institutlar, universitet açdı, qabiliyyətli tələbələri xaricə göndərdi və çox qısa müddətdə xalqın etibarını qazandı” (Əsəd, Azərbaycan Demokratik Cümhuriyyəti. Ədəbiyyat dünyası, Berlin, 1928, 28 may). Məqalədə Cümhuriyyətə münasibətdə bu cür sevgi tezisləri çoxdur. Y.Vəzirin F.Xoyskiyə raportları və “Müsavatçıya cavab” məqaləsində isə bunun əksini görürük.

Əsəd bəy məqalə boyu “bizim müstəqilliyimiz” ifadəsindən istifadə edir, özünü də bu ölkənin bir parçası olmaqdan ayırmır. Əsəd bəyin məqaləsi belə tamamlanır: “İndi müstəqilliyimizin elan edilməsinin 10-cu ilində ruslar tərəfindən əzilən  digər xalqlarla birgə arzumuz ən qısa zamanda ölkələrimizin qırmızı qüvvələrdən  azad edilməsi və öz taleyini özü təyin etməsidir. İnşallah, bu arzu qısa zamanda gerçək olar!” (Əsəd bəy, 1928). Y.Vəzir isə bir də o zamanın gəlməməsini arzu edir; bir-birinə tamamilə əks olan qütb və mövqe…

Deməliyik ki, Əsəd bəyin bu məqaləsi bütün siyasi məzmunu və mesajları baxımından M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə kimi siyasi mühacir funksionerlərin yazdıqları ilə eyni təsir gücünə malikdir və məzmunca onların yazdıqlarından fərqlənmir.

“Əli və Nino” romanındakı Əli xan  Y.Vəzirin yox, Əsəd bəyin Əli xanıdır. O özünü Şuşaya, meşəyə yad hesab edir, özünü daha çox asiyalı hesab edir. Müəllifin romanın əvvəlində qoyduğu “Biz asiyalı, yoxsa avropalıyıq?” sualına da “asiyalı” cavabını verir. Əsərin sonunda Avropaya getmir, Asiyada qalır və vətəni üçün həlak olur. Bakının düşdüyü vəziyyətə tab gətirə bilməyərək: ” – Ata, Asiya məhv olub, dostlarımız döyüş meydanında həlak olublar, biz də didərgin düşmüşük”, – deyir. Atası ona deyəndə ki: “- Asiya məhv olmayıb. Onun yalnız sərhədləri dəyişilib, özü də birdəfəlik dəyişilib. Bakı indi Avropadır və bu, təsadüfı deyil. Çünki Bakıda artıq asiyalı qalmamışdı”, – sözlərinə ” – Ata, mən üç gün ərzində Asiyanı pulemyot, süngü və xəncərimlə müdafiə etmişəm axı. – Sən qəhrəmansan, Əli xan! Amma cəsarət nə deməkdir?” (“Əli və Nino”, s.146).

İndi Əsəd bəyin Əli xanı asiyalı hesab etməsinin nədənlərini axtaraq. Əsəd bəyin milli kimliyi ilə bağlı əvvəlki məqaləmizdə atasının Səmərqənddən olduğunu yazmışdıq. İkinci bir səbəbi isə türklərin bu torpaqlara Asiyadan gəlməsi haqqında tarixi nəzəriyyədir. Demək lazımdır ki, türklərin Anadolu torpaqlarına Asiyadan gəlməsi nəzəriyyəsi xüsusilə türk tarixşünaslığında üstün yer alır. Yalnız son zamanlarda türklərin öz tarixi vətənlərinə təkrar geri dönmələri barədə fikirlər vardır. Əsəd bəy 30-cu illərdə məhz bu fikirdə idi. Əcdadlarının Asiyadan gəlməsi haqqında bir çox əsərlərində dönə-dönə bu mövzuya toxunur.

“Əli və Nino” romanının Əsəd bəyə məxsus olması barədə faktlar çoxdur, lakin bunlar çəmənzəminlişünasların gətirdiyi oxşarlıqlar kimi deyil, səhifələr, bəzən fəsillər, ideya və fikirlərin olduğu kimi təkrarlanmasından ibarətdir. Sadəcə, burada gətirdiyimiz arqumentlər yetərli olduğu üçün çoxlu yer ala biləcək o səhifələri burada qeyd etməyi lazım bilmədik. “Əli və Nino” romanının Əsəd bəyə məxsus olması faktı o qədər üzdədir ki, bunu sübut etməyə heç ehtiyac da yoxdur… Axı hər şeyi üzdə olan bir faktın nəyini sübut edəsən?! Qoy bu barədə çəmənzəminlişünaslar fikirləşsinlər…

Müəllif: Bədirxan ƏHMƏDLİ

İlkin mənbə: edebiyyatqazeti.az

BƏDİRXAN ƏHMƏDLİNİN YAZILARI


FİRUZ MUSTAFANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru