Bu gün “Difai” təşkilatının Şuşa bölməsinin başqanı, tanınmış həkim Əbdül Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovun doğum günüdür (02.12.1854, Şuşa – 20.12.1929, Şuşa). Ruhuna alqış!
Ana babam, “Molla Nəsrəddin” jurnalında “İstot” təxəllüsü ilə şeirləri çap olunan Nuşirəvan Kərimovun məndə xeyli əlyazması var. Əski əlifba ilə yazıldığından, onları oxuya bilmirdim. AMEA Folklor İnstitutunda Dissertasiya Şurasının iclasından sonra bu haqda dostum, filologiya elmləri doktoru, professor Raqub Kərimova danışdım. Dedi ki, o yazıların fotosunu çəkib mənə göndər. Mən bir şeirin fotosunu çəkib Raqub müəllimə göndərdim. Onun bizim əlifbaya çevirib göndərdiyi bu şeiri oxuyanda qəribə hisslər keçirdim. Mənə elə gəldi ki, ermənlərin vəhşiliyini hələ uşaq vaxtı öz gözləri ilə görən babam elə öz taleyinin ən ağrılı anlarını nəzmə çəkibmiş… Ruhu şad olsun babamın. Raqub müəllimdən Allah razı olsun!
Açıldı iki meydan Axıdıldı qızıl qan. Yatmayıb gecə-gündüz Vuruşdular üzbəüz. Düşmən azğınlaşdıqca, Öz həddini aşdıqca, Quduz canavar kimi Zəhərli şahmar kimi Vurdu, sancdı, dağıtdı, Qanı sel tək axıtdı. Biinsaf azğın yağı Qırıb arvad uşağı Sivirib baş qulağı Nizələrə taxdılar Atəşlərə yaxdılar. O vaxt anam, bir də mən Oturub dincəlmədən Süründük bir talaya Sanki girdik qalaya. Titrəyirdik quş kimi, Susurduq bayquş kimi. Səs uzağa getməsin, Ağlardıq həzin-həzin… Döşəyimiz torpaqdan, Yorğanımız yarpaqdan, Yastığımız oldu daş, Nə bacı var, nə qardaş. Ərşə çıxdı ahımız, Yox bir ümidgahımız. Anam açıb qolların, Arasında onların Məni çəkdi yanına, İsti doldu canına. Gəlir quşların səsi Həzin-həzin nəğməsi. Sipər edib axşamı Uçub gedirdi hamı Elinə, obasına, Yurduna, yuvasına. Yalnız yurdsuz yuvasız Qalanlardan idik biz. Uğuldayanda meşə Biz düşürdük təşvişə. Bəlkə də vəhşi heyvan Hücum edər arxadan. Gəlib dağıdar bizi, Bilən yox yerimizi. O gecəni müxtəsər Yola verincə, səhər Qalmadı tabü-tavan, Hər ikimiz yarımcan. Gecəni başa vurduq, Hesab etdik qurtardıq. Günəşin şüaları Bürüyərkən dağları Ərvağan gəldi bu səs, Qorxudan çəkdik nəfəs. Bu əsnada bir nəfər Əlində iti xəncər Yeridi bizə sari, Rəngim oldu sapsarı. Anam qalxdı ayağa, Yalvardı ki, ay ağa Insaf eylə, rəhmə gəl, Biz yazıqdan götür əl. Gəl məni eylə ağah, Eyləmişik nə günah? Bir bu qədər əziyyət, Verilməsin nəhayət. Insanlığa yararmı? Qisas yerdə qalarmı? Deyincə məzlum arvad, Xəncəri çəkdi cəllad. Kəsdi əmcəklərini, Tulladı hər birini. Axdı, hər yan qızıl qan, Yarpaqlar oldu əlvan. Cırıb köhnə köynəyini, Yamaqlanmış ətəyini Basdım qan axan yerə, Dəsmalımla bir kərə Sarıqladıb birtəhər. Məni boğurdu qəhər. Hıçqırıqla ağladım, Anamı qucaqladım. Əllərim batdı qana, Dedim: -Can, yazıq ana, Sən ölürsən biəcəl, Ölüm mənimdir əvvəl. Anamın dodaqları Baxdım, olub sapsarı. Ağzımı qulağına Tutub dedim: -Can ana! Məni qoyub bu gündə, Bu talanın içində Bəs sən gedirsən hara? Nə edim mən biçara? Qolu qurumuş cəllad Heç zaman olmasın şad. – Deyib nifrin eylədim, Qorxub gizlin eylədim. Hərdən çəkib soyuq ah, Dedim, kömək ol, Allah! Gözüm axtarırdı su, Dildə qaldı bu arzu. Su olmadı bir damla Içməyə ana-bala. Dodaq yandı, dil yandı, Ciyərimiz odlandı. Bu arada arxadan Bir səs gəldi ucadan: Oba azad, el azad, Qələm azad, dil azad. Bu sədaya yuxudan Ayıldı bütün insan. Dağdan, daşdan, meşədən Hər bir güzli guşədən “Ura” səsi ucaldı, Düşməni dərdə saldı. Dalınca bizim ordu Cəbhədə möhkəm durdu. Hər yanda top gurladı, Göydə şimşək parladı. Atəş açıldı hər an Qaçdı ağlar durmadan. Azğın düşmən hər nə var Oldu bütün tari-mar. Hakimiyyət çevrildi, Sovetlərə verildi…
Bahar ağaçları soyunmaya başladığında Karanfiller ağaçlardan birer birer düşmeye başladı
Parlak güneşin acı soğuğu, şeffaf ve narin ateşin uçuşan kıvılcımlarını zifiri kara bir sise dönüştürür.
Bütün kristalleşmiş bulutlar bilinçsizce yere düşer.”
Gerçek anlamını bastıran her söz, bir miktar hüzünle yere akar. Yapraksız dallara konan her serçe, yemyeşil çimenlerin sarıya dönüşünü iç çekerek seyreder.
“Kara nehrin suyu yakut ve kafuru ayrıştırır, akan berrak su kristal parçacıklarına dönüşür.”
Kapalı bir kubbenin altında, göğün altında kızıl, soğuk bir alevin içinde Güneş bir buz parçası gibi yayılırken, “Aralık ayı artık sabahın ilk ışıklarıyla kendine yer açmıştır.”
Kırmızı şarap, horozun kanı gibi doğanın her yetisinden fışkırır.
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
26 noyabrda toyum olacaqdı, il də 1985- ci il. Atam dedi payız ayında toylar çox olur, gərək gedib aşıqla indidən danışasan, beh verəsən.
Anam atam sözünü bitirməmiş inəyimizi eydirə-eydirə dedi: Get Vahidnən danış, əhd eləmişəm, özümüzünkidi, gərək sənin toyunda Vahid oxusun. Atam əvvəlcə dinmədi, yəhəri atın belinə atdı, quşqununu keçirdi, çəkib tapqırını bağladı, ayağının birin üzəngiyə qoyub:- Qəşəmin toyunda Vahid yox, hökmən Mövsün oxumalıdı- dedi.
Anam dedi, yox, Vahid oxuyacaq,
Atam: o toyda Mövsüm oxumasa, çıxıb gedəcəm Urisetə.
Anam dedi Vahid oxumasa, mən gedəcəm dədəmin öyünə
Atam dedi:-Mövsüm,
Anam dedi:-Vahid,
-Mövsüm,
-Vahid Sonra atam ayağını saxladı, bildi ki, söznən iş keçməyəcək, göz eləyib məni çağırdı pəyənin arxasına:- ala bu əlli manatı bas Mövsümün cibinə, deynən atam dedi ki, noyabrın 26-da toy var, səhər tezdən ol Əliqulularda, sən oxuyacaqsan.
Anam uzaqdan- uzağa var səsilə: Qəşəmin toyunda Mövsün yox, Vahid oxuyacaq.
Atam: – Sağlıq olsun, görərik-deyib mindi ata, nətər dəhmərlidisə, at quş olub uçdu.
Bilmədim neyləyim, bu tərəfə baxıram ana, o biri tərəfə baxıram ata. Hər halda bilirdim ki, anamın söhbəti nisyə söhbətdi, yəni mənə beh-zad verməyib, atam heç olmasa 50-lik verib, ona görə üz qoydum rayona, pulu verdim, Mövsümə, atamın ismarıcını çatdırdım, dedim noyabrın 26- da saat 8- də olsun bizim qapıda. Gəldim kəndə, qarşıma ilk çıxan elə anam oldu, Vahidə dedinmi, sən oxuyacasan?
-Get bu saat, sənə deyirəm, behi Mövsümdən al, ver Vahidə. Toyda Vahid oxumalıdı, əhdim var, öz əmioğlumuzdu, qonşumuz arvadlara söz vermişəm. Indi onlara nə cavab verəcəyəm? Mən əlacsız idim, boynumu büküb anama baxırdım Anam daha real ve kövrəldici notlara keçdi.
-Səni qışın qış günündə dalıma şəlləmişəm, kiçik çillədə əlim un cuvalında donub, toylara getməmişəm, gəlinlərlə bəhs eləməmişəm. Anam gördü ki, başımı aşağı salıb peşimançılıq hissləri keçirirəm, ona görə daha ağlamalı notlara keçdi.
Sənin süd şüşəni qoynumda qızdırırdım, səhərəcən yatmırdım. İki dəfə sənə qurban dedim, atan kəsmədi, gedib öz qardaşımdan qurbanlıq alıb gətirdim.
Anam bu işdə onun tərəfində dayanmağımı istəyirdi. Nənəm də Vahidin tərəfində idi. O da Vahidin oxumağını qonşumuz Bəybalanın toyunda görmüşdü, onda mən nənəmin kürəyində şəlləkdə imişəm. Nənəm and içirdi ki, Vahid oxuyanda mən ağlamağımı kəsib ona qulaq asmışam. Toyxanadan aralanan kimi ağlamaq məni tuturmuş. Hətta Vahid özü deyib ki, bu oğlanın toyunda özüm oxuyacam.
Nənəm daha dəqiq faktlarla fikrini əsaslandırdı.
-Vahid, “Sən, sən” mahnısın oxuyanda sən başladın kürəyimdə oynamağa. Oynadın, sonra kürəyimdə yatdın. Xanpəri nənəmin süfrəsi haqqı səni elə ordaca yuxu apardı.
Düzü çox təsirləndim. Gedib “behi” Mövsümdən alıb verdim Vahidə. Yenə evimizdə atam, anam arasında mübahisə başladı. Atam hazırlaşdı ki, getsin Moskvaya. Bu dəfə gedib “beh”i alıb verdim Mövsümə. Indi də anam hazırlaşdı ki, çıxıb getsin dədəsi evinə, yəni babamgilə. Yenidən behi Mövsümdən alıb verdim Vahidə. Bu dəfə Vahid haqlı olaraq mənə bir sual verdi:
-Qardaşoğlu, hələ sənin toyun olmayıb?
Məsələni kökündən həll eləmək üçün Vahidlə Mövsüm qərara gəldilər ki, toyumda ikisi də oxusun.
İndi 26 noyabr 1985- ci il. Saat 23.00. Bəyi tərifləyirlər, yəni məni. Mövsümün səsi Çinarların üstü ilə qanadlanırdı.
Göydə bir ulduz var, adı Talıbdı, Bəyin anasında xələtimiz qalıbdı.
Arxasında Vahid deyir: Bəyin atasında xələtimiz qalıbdı.
Axırda ikisi sə xorla deyir: Bəyin nənəsində xələtimiz qalıbdı.
Çox kövrəldim. İndi nənəm, atam, anam həyatda yox. İl də 2017, ay və gün də 9 oktyabr.
Mən qismətə inanmıram. Hər şey insanın öz əlindədir və istəsə, həyatını dəyişə bilər. Uğuru da, uğursuzluğu da. Atam öləndən sonra anamla yaşayıram. Ali təhsilim, işim, yüksək əmək haqqım, evim və maşınım var. İndi durum deyim ki, bu mənim qismətimdir? Həyatdı da, yaşayırıq. Nə qismət? İllərdir anam günaşırı məni evləndirməyə çalışır. Bütün söhbətlərin sonu mənim evlənmək problemimlə bitir. Hər dəfə də bibim onu sakitləşdirmək üçün deyir:
Qismət! Qismətinə yazılan qız qarşısına çıxan kimi evlənəcək. Danlama uşağı. Neyləsin? Qismətində olan hələ çıxmayıb da qarşısına. Mən də hər dəfə bibimin üzündən öpüb “Bir dənəsən ey, bibişka!” – deyib aradan çıxıram. Deyə bilmərəm ki, əks cinsin nümayəndələrinə qarşı biganəyəm. Yeri gələndə danışır, söhbət edir, bir müddət görüşürəm də, ancaq məsələ evlənməyə gələndə hansısa bir qüvvə məni saxlayır və sanki daxildən gələn bir səs deyir:
Bu sənin deyil! Xarici ölkələrdə çox oluram. Yazıq anam deyir ki, vallah, hansı ölkədən bir qızın qolundan tutub gətirsən, razılaşaram. Təki sən evlən. Sabah səhər tezdən BƏƏ-yə uçuram. Bir həftəlik ezamiyyətim var. Sevinirəm ki, heç olmasa bir həftə heç kim məni evlənməyə təkid etməyəcək, bibim də mənim o inanmadığım qismətə müraciət etməyəcək. Mağazadan bəzi şeylər almaq üçün çox çətinliklə bir yer tapıb maşını saxladım. Cəmi 15 dəqiqə alış veriş edib çıxdım ki, kimsə öz maşınını düz mənim maşınımın qarşısında saxlayıb. Əvvəl maşının qabaq şüşəsinə baxdım ki, bəlkə yiyəsi telefon nömrəsi qoyub, ancaq nömrə-zad yox idi. Əəlacım yalnız oturub gözləmək idi. Ürəyimdə fikirləşirdim ki, qoy gəlsin, ağzımdan çıxanı deyəcəyəm ona. Ancaq ola bilərdi ki, maşının yiyəsi qadın olsun. Onda gərək əsəblərini cilovlayıb heç nə deməyəsən. Necə olmasa qadındı axı. Əlbəttə! Əlbəttə, qadındı! Baxın, necə də nazlana-nazlana gəlir! Heç elə bil yarım saatdır məni burada gözlədən bu deyil.
Ay xanım, siz Allah bir az tez gəlin. Gecikirəm axı, – dözməyib onu tələsdirdim.
Bağışlayın, tanımadım,- deyə qız gözlərini qıyıb mənə baxdı.
Xanım, mən də sizi tanımıram. Sadəcə siz maşınınızı çəkməsəniz mən öz maşınıma oturub gedə bilmirəm! – dedim.
Aaaa! Gör e, bu boyda maşını görməmişəm. Bağışlayın, siz Allah.
Yox, eybi yox. Buyurun. Qız maşınına oturub onu yerindən tərpədəndə gözlərimi yumdum, çünki ürəyimə dammışdı ki, əgər qarşısında saxlayanda o boyda maşını görməyibsə, mütləq indi maşınını mənim maşınıma vuracaq… Mənim də həmişə ağlıma gələn başıma gəlir. Maşınıma dəyən zərbənin səsi gözümü açmağa imkan vermədi. Nəticəni təsəvvür edib gözlərimi daha da bərk bağladım ki, bu müsibəti görməyim. Sonra xanımın məndən dəfələrlə üzr istəməsi, maşınımı təmir edəcəyinə söz verməsi və sairə artıq məni maraqlandırmırdı… Açarları xanıma verib dedim:
Xanım, mən sabah tezdən xaricə gedirəm. Bu məsələləri həll etməyə vaxtım yoxdur.
Ola bilməz!
Niyə ola bilməz ki?
Çünki mənim də vaxtım yoxdur.
Bəs onda neyləyək?
Gəlin sürək bizim qaraja. Yaxındır. Gedib gələrsiz, sonra həll edərik.
Düz deyirsiz. Nə qədər ki, yol polisi işə qarışmayıb, buradan getmək lazımdır. Bu dəfə qız maşını cəld işə salıb elə sürdü ki, sanki bayaqkı naşı sürücü deyildi. Zədələnən maşınımla onun arxası ilə gedə-gedə “Sən bir işə bax da. Heç hənanın yeridi? Mənim işim, gücüm. Mənə bu lazım idi?” – deyə deyinirdim. İri müasir tipdə tikilmiş qaraj çox uzaq deyildi. Xanım iki maşının rahat yerləşə biləcəyi qarajın qapılarını pultla açıb əvvəl özü maşını ora sürdü, sonra da məni dəvət etdi. Biz maşınları qoyub qarajdan çıxdıq. O, dəfələrlə üzr istəyib mənə bir kart uzatdı:
Narahat olmayın, bu da qismətdəndir, – dedikdə, sanki bədənumdən 220 voltluq gərginlik keçdi.
Mən qismətə zada inanmıram, işdi də gəldi başımıza. Narahat olmayın.
Qismətə inanmırsız?
Xeyr. Heç inanmıram. Mənə maraqsız olan söhbətin bitməsini tezləşdirərək sağollaşıb getmək istəyirdim ki, birdən məni bayaqdan bihuş edən bir qoxunun hardan gəldiyini anlayıb soruşdum:
Xanım, üzr istəyirəm, bəlkə də sualımı qeyri-etik hesab edərsiz, ancaq xahiş edirəm, deyin, ətirinizin adı nədir? Qadın bir qədər təəccüblənsə də gülümsədi və dedi:
“Kesma”
Təbii ki, Fransa istehsalıdır.
Xeyr. Ərəb ətiridir.
Ərəb?
Niyə təəccübləndiz ki? Onların ətirləri pis olmur.
Bu gün hiss etdim. Çox nadir qoxusu var.
Çox sağ olun.
Siz sağ olun. Adətən qadınlar ətirlərini gizlədirlər. Nə əcəb siz dediniz?
Nə bilim. Dedim də, – deyə qız gülümsədi və sağollaşıb getdi. Bakının sərin payız havasından sonra Dubayın istisinə düşməyin nə olduğunu bilirdim, ancaq bu dəfə hava çox isti idi. Oteldən ofisə, ofisdən də otelə ancaq maşınla gedirdim. Çünki kondisioner olmasa, bəlkə də, nəfəsim kəsilərdi. Bu gözəl ölkənin havasını süni yolla tənzimləyənlərə əhsən. İnsanın rahatlığı üçün hər şey nəzərə alınıb. Burada dəfələrlə olsam da, hər dəfə yeni tikililər, yeni ticarət mərkəzləri, yeni istirahət məkanları məni valeh edir. Sürücüm Saidlə ingilis dilində danışıram. Lakin gündə məni yüz dəfə də görsə “salam aleykum” deyir, mən də ona “aleykum salam” deyib cavab verirəm. Onunla şəhərdən bir qədər kənarda yol gedirik. Birdən gözüm o qədər də iri olmayan ətriyyat mağazasına sataşdı. Saiddən maşını saxlamağı xahiş etdim və ətriyyat mağazasından hədiyyə almaq istədiyimi deyib maşından düşdüm. Mağazaya yaxınlaşdıqca, ağır ətriyyat iyi adamı məst edirdi. Bir neçə gün əvvəl maşınımı əzən xanımın “onların ətirləri pis olmur” dediyi yadıma düşdü. Məni çox nəvazişlə qarşılayan qızlar ərəb, ingilis, rus dillərində mənə ətirləri təklif etməyə başladılar. Rus dilli qıza yaxınlaşıb “Burda “Kesma” adlı ətir var? – deyə rus dilində soruşdum
Sizin yüksək zövqünüz var! – deyə qız gülümsədi. – Həmin ətir Misirdə istehsal olunur. Ancaq bizim mağazada da satılır.
Qiyməti neçəyədir?
Kiçik bağlamada 150, irisi 300 dollar. Gətirim?
Bəli. Kiciyini, zəhmət olmasa. Ömrümdə ilk dəfə ətirə 150 dollar verib mağazadan çıxdım. Maşına oturub “Yalla, Said!” – deyib düşündüm: mən bunu niyə və kimə aldım? Əlimdə ətiri oyan-bu yana çevirib baxır və gülümsəyirdim. Əcəb işdir, hansısa tanımadığım bir xanım mənim maşınımı vurub əzir, mən də ona dünyanın o başından ətir alıb gətirirəm… Said güzgüdə ətiri görüb gülümsədi:
Bu ətiri hər adam almır. Onun xüsusi təyinatı olur adətən.
Anama almışam! – dedim. Elə utanırdım ki, güya Said bütün Dubaya və Bakıya yayacaqdı ki, mən hansısa xanım üçün ətir almışam. Öz hərəkətim özümə də gülməli gəldi. Said isə ağappaq dişlərini mənə nümayiş etdirərək gülümsədi:
Bu ətirin adı bilirsən nədir?
Bilirəm.
Bəs mənasını necə?
Doğrudan, heç mənasına fikir vermədim. Nə deməkdir “kesma”?
“Qısmə” ərəb dilində bəxt, qismət deməkdir. Xaricilər düz tələffüz etmirlər. Bu ətir kimə alınıbsa, o sənin qismətindir! – deyə Said yenə gülümsədi. O, sanki məni pis əməl üstündə yaxalayıbmış kimi güzgüdə düz gözlərimin içinə baxdı. Mən də güldüm.
Mən qismətə inanmıram.
Sən inanmaya bilərsən, ancaq sonda qismətdə nə varsa o olur. Sən bir işə bax. Qismət adında ətir olar? Ola bilər, ancaq niyə məhz mən o ətiri bu qədər bəyəndim və aldım? Həm də ona aldım. Bu düşünçələrlə oteldə bir qədər dincəlib yatdım… Bakıya səhərə yaxın çatdım. Bu möhtəşəm şəhərdən bir günlük də ayrılanda darıxıram, gəl ki, bir həftə ola. Dənizdən əsən həzin gilavara üzümü tutub sevdiyim şəhərə “Canım, Bakım!” – deyərək sevgimi bildirdim. Anama və bibimə hədiyyə təqdimatı bitdikdən sonra anam mən olmayanda səhhətində problem yarandığından və əmimin ona həkim çağırmağından danışdı.
Elə yaxşı həkim idi ki. Qəşəng, cavan bir qız. Deyirəm, oğul, adamın belə bir gəlini ola, – deyə anam söhbətin istiqamətini həmişəki kimi ən mühüm səmtə yönəltdi.
Ana, sənə söz verirəm! Bu il mütləq sənə bir gəlin gətirəcəm! – deyib qadını sakitləşdirmək istəyirdim ki, bibim “Ya qismət!” – deyib ayağa qalxdı.
Yenə qismət? – deyə mən həqiqətən əsəbiləşdim. Qismət nədir ee?
Qismət odur ki, qismət deyilsə, alınmır! – deyə bibim populyar şəkildə mənə izah etdi və sağollaşıb getdi. Otağıma keçib “kesma” ətirli xanıma zəng vurdum:
Xanım, mən artıq Bakıdayam. Bəlkə, bu maşın məsələsini həll edək?
Hə. Sizsiz? Maşınınız hazırdır. Gəlib apara bilərsiniz.
Necə yəni?
Yəni ki, ikisini də qarajda qardaşım təmir etdi. Heç yerə getməyə ehtiyac olmadı. Gəlib baxarsız. Nə xoşunuza gəlməsə deyərsiz.
Xanım, məni lap utandırırsız. Mən sizdən heç nə istəmədim axı. Sadəcə vaxtım məhdud idi deyə maşını sizdə qoyub getdim.
Boş verin. Günah məndə idi. Mən hələ də maşın sürməyi öyrənə bilmədim. Söz vermişəm daha sürməyəcəm.
Düz edirsiz. Onda gəlin belə danışaq. Mən gəlim maşınımı da götürüm sizi də. Gedək bir yerdə oturub şam yeməyi yeyək. Razısız?
Düzü gözlənilməz təklif oldu, amma razıyam. Gəlin. Bu nə təklif idi? – özüm-özümdən soruşdum. Nə deməkdir, bu? Tanımadan, bilmədən, qızı restorana getməyi təklif edərlər? Yaxşı, bəs o niyə dərhal razılaşdı? Nə baş verir axı? Suallara cavab tapmayıb axşama hazırlaşmağa başladım. Əvvəllər də qadınlarla şam yeməyi yemişəm, amma həyacansız. Bu gün bambaşqa idi hər şey. Dubaydan aldığım ətiri götürüb otaqdan çıxanda anam məni görüb kövrəldi:
Bura bax sən Allah! Boy, buxun, yaraşıq. Kim görsə vurular balama. Di gəl, bu tərsliyinə salıb evlənmir.
Ana can, Sən mənim gözəl anamsan. Sil gözlərini! Qoy görək nə olur.
Hə? Nəsə olmalıdı ki? – deyə qadın sevincək soruşdu.
Demirsən həkim qıza baxım? Baxacam o qıza sənin xətrinə.
Ay bərəkallah! Ay səni həmişə sevinəsən. Bəs indi, belə bəzənib-düzənib hara gedirsən?
İndi vacib işim var. Gec gəlsəm narahat olma. Bibi gəlsə deynən kesma! – deyib gülə-gülə otaqdan çıxdım.
Kecma nədi,ay bala? Nə deyir bu görəsən? Anam məndən sonra hələ də nə dediyimi fikirləşirdi. Yazıq qadın nə bilsin nədir kesma? Onunla qarajda görüşdük. Bu gün tam başqa idi. Çox incə görünürdü. O qədər incə ki, iri hündür maşın ona heç yaraşmazdı. Bu incə, bəstə boy qızın saçlarını külək yellədikcə “Kesma”nın ətri məni bihuş edirdi. Nəhayət dilləndim:
Çox sağ olun. Bilmirəm necə təşəkkür edim sizə. Biz axı Avropada, Amerikada yaşamırıq. Bura Azərbaycandır. Qadın maşının yarısını vurub sındırsa da, kişilər ondan heç nə ummaz.
Dedim ki, boş verin. Yaxşı ki, ikimiz də sağ-salamatıq. Qalanı önəmli deyil.
Qardaşınıza da mənim adımdan çox sağ ol deyin. Heç izi də qalmayıb.
Hə. O, elədi. İşini həmişə elə görür.
Gedəkmi?
Gedək! Şam yeməyini çox gözəl bir restoranda yedik. Həzin musiqi sədaları altında çox danışdıq. Ondan icazə alıb “sən” deyə müraciət etdiyim bu qızın yaşını, ixtisasını, harada işlədiyini, ailəsi haqda məlumatı – bir sözlə hər şeyi öyrəndim və özüm haqda da məlumat verdim. Onun həkim olduğunu öyrənəndə çox sevindim və anamın məni həkim qızla görüşdürmək arzusu düşdü yadma. Qismətə inanmadığımı da dedim və elə bu an gətirdiyim hədiyyəni qıza verdim.
Nədir bu?
Bu sənə hədiyyədir. Dubaydan gətirmişəm.
Çox sağ ol. Lazım deyildi heç nə.
Bəlkə də, amma bunu bəyənəcəksən, məncə.
Onda açıb baxım.
Aç. O, qutunu açıb ətiri gördükdə gülümsədi, ancaq nədənsə heç təəccüblənmədi. Sanki qutuda həmin ətirin olduğunu əvvəlcədən bilirdi.
Deməli, həqiqətən qismətdir! – deyib mənə baxdı.
Bu gün mən də qismətə inandım! Biz onunla tez-tez göüşürdük. Bir gün onu görməyəndə darıxırdım. Mən bu incə qızı sevirdim! Bəli, həm də çox! Bir gün anama və bibimə dedim ki, sizi bir qızla tanış etmək istəyirəm. Qadınlar bu görüşə çox ciddi hazırlaşırdılar. Təzə geyim, ayaqqabı da almışdılar özlərinə. Anam elə ha “amma o həkim də yaxşı idi. Allah onu da xoşbəxt eləsin. Olmasın o həkim, olsun bu həkim!” – deyə özünə təskinlik verirdi. Qismət kimindirsə, o da olacaq! – deyə bibim yenə son nöqtəni qoydu. Anama əziyyət olmasın deyə sevdiyim qızın ailəsini, yəni anasını və qardaşını restorana dəvət etdim. Anamla bibim çox həyacanlı idilər. Birdən, burnuma tanış bir qoxu gəldi. “Kesma!” – deyib ayağa qalxdım. Bildim ki, gələn odur. Anası, qardaşı və özü qapıdan içəri girdilər. Mən onları qarşılayıb anam və bibim oturan masaya tərəf apardım. Hər şey çox ani oldu. Heç kim nə baş verdiyini anlamırdı. Anam onu qucaqlayıb bağrına basdı. O da anama çoxdan tanıdığı bir adam kimi sarılmışdı. Bibim qonaqlarla görüşüb üzünü mənə çevirdi:
Nə deyirsən? Bu qismət deyil? – deyə soruşdu. Cavab verə bilmədim, çünki həqiqətən bu həkim qızın ailəmizin qisməti olduğu aşkar idi. Mənim sevdiyim qız anamın mənimlə tanış etmək istədiyi həkim qız idi. Nə deyim? Qismət!
Neftçala rayonunda tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın anadan olmasının 60 illik yubileyi qeyd olunub…
“Yazarlar” 60 illik yubileyi münasibətilə Azər TURANı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır. Uğurlarınız bol olsun, Azər müəllim!