Kateqoriya arxivləri: “YAZARLAR” j.

KƏNAN HACI – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
(Zaur Ustacın yeni kitabı haqqında)
Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır.
Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI


Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!

Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu:
Özün getdin yuxuya,
Milyonları oyatdın…

Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər.
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…

Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib.
Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır.
“Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir.
Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac!
11.01.2022. Bakı.
Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.

KƏNAN HACININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ÜLKƏR NİCATLININ ŞEİRLƏRİ

ÜLKƏR NİCATLININ YAZILARI

BAYRAQ
Bir üzü Turandı,bir üzü Quran,
Qalalar endirən,sərhədlər quran,
Oğul qəbri üstə səssizcə duran,
Şəhid anasının gözüdür bayraq.
* * *
Şanlı zəfərinlə, Vətənim, tanın,
Şəhid ətirlidir damarda qanın,
Qələbə soraqlı Baş Komandanın,
Yurdda dalğalanan sözüdür bayraq.
* * *
Daglarda qalmayıb nə duman nə çən,
Şöhrətin boy verir zirvələrəcan.
Bu torpaq uğrunda canından keçən,
Şəhid oğulların özüdür bayraq!

YAĞIŞ
Bir qərib nəğmənin misraları tək,
Mənim ürəyimə yağır bu yağış.
Göydə doluxsunmuş tənha mələyin,
Qəmli gözlərindən axır bu yağış.
* * *
Sən çıxıb getdiyin yolların üstə,
Nə vaxtdır dözümüm,səbrim islanıb.
Bu bəyaz yağışın damlalarında,
Bir vüsal həsrətli ruh misralanıb.
* * *
Bu yağan yağışın payız qoxusu,
Həsrətlə çırpınır könlümə hopur.
Kövrək ürəyimə təsəlli kimi,
Yağış damcıları üzümü öpür.

YUXUSU ÜŞÜYƏN KÖRPƏ
Yurd uğrunda şəhid olub atası,
Bu körpənin yuxusuna qar yağır.
Açılmayan dili ustə, ilahi,
“Ata” sözün qoxusuna qar yağır.
* * *
Vətən qədər tarixi var, yaşı var,
Bax üstündə uyuduğu mundirin
Başqa dili anlamaz o,bilməz o,
Bu körpəni yurd dilində dindirin.
* * *
Böyüdükcə böyüyəcək dərdi də,
Ürəyindən ağrı acı yığışmaz.
Öz ömründən asar ata şəklini,
Şəhid adı çərçivəyə sığışmaz.
* * *
Ta oxşamaz bu körpənin boyunu,
Döyüsdədir atasının qolları.
Bu körpənin xatirinə yol gəlir,
Uzaqlardan qələbənin yolları.

SEVGİNİN PAYIZI
Canım gözüm ayrılıqlar içindən,
Keçib gedən o qız sənə tanışmı?
Bəxt dalınca göndərdiyi ümidi,
Qayıtsa da xəcalətdən danişmır.
* * *
Kirpikləri yarpaqlayır hər gecə,
Duaları daha payız qoxuyur.
Ayrılığın əlifbasın öyrənib,
Ovcumdakı ürəyini oxuyur.
* * *
Ləpirləri güzgüsüdü yolların,
Tellərini öpüb qaçır küləklər.
Bəyaz-bəyaz varaqlarda ağlayır
Arzu-arzu çiliklənən ürəklər.
* * *
Unudubdur doğmalığın dadını,
Bir yaxın gəl öp uzündən o qizın.
Bu şəhərin yaddaşına sevgi səp,
Könlünü al doluxsunan payızın.

Müəllif: Ülkər NİCATLI

ÜLKƏR NİCATLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zülfiyyə Vəliyeva – 20-YANVAR UMUMXALQ  HÜZÜN  GÜNÜ – QAYSAQ TUTMAYAN YARAMIZ…

20 YANVARA AİD ŞEİRLƏR

20-YANVAR UMUMXALQ  HÜZÜN  GÜNÜ

QAYSAQ TUTMAYAN YARAMIZ

  Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq  32  il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər  öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi  ümumxalq hüzn günü!  Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından  Qarabağımızın xilası,  Qələıbə müjdəsi ilə gedirik!

20 YANVARA AİD ŞEİRLƏR

Gözün aydın Azərbaycan Dünyası!

Qələbə müjdəsini verən oğullar!!!

Sizlərlə Qururludu Vətən Oğullar!!!

Tarixinə sahib çıxmaq zamanıdır!!!

Bunun üçün şəhid olub oğullar!!!

Mənfur düşmənin belini qıran,

Düşməni diz çökdürüb,qan uduran,

Qələbə çalalan  Oğullar!!!

Qanınızı  aldılar,  ŞƏHİDLƏR!!!

Qarşınızda baş əyirik!!!

Haqqınız boynumuzadadır!!!

Sizlərə rəhmət deyirik!!!

Sizləri unutmayağa haqqımız yox!!!

Dəmir Yumruquq tək birləşib!

Əldə Qılınç Ali məqsədə çatmaq!!!

Tarıxi torpaqlarımıza sahib olmaq!!!

Qətiyyətıli Ali Baş Komandanın!!!

Var gücü ilə hayqiran Körpələrin!!!

Vətən sevdalı müəllimlərin var!!!

Yetirmələri ilə qürür duyurlar!!!

Yeni Əsr, Yeni Era Türk Erası!

Sınanır Türk Dünyası!!!

YARANIR TURAN DÜNYASI!!!

GÖZÜN AYDIN TÜRK DÜNYASI!!!

Dünya nizamına atılan İmza!

Azərbaycan- Türkiyə İmzası!!!

UNUDULMAZ  “QARAYANVAR”

BAŞINSAĞOLSUNVƏTƏN!

Yer yiyəsiz olanda, millət başsız olanda,

Düşmən qansız olanda necə müsibətolar?

Beləqiyamətolar:

– İnsan oğlu şəhid olar, torpaq qanla suvarılar.

Millət oyansın  deyə, ayağaqalxsın deyə,

Şəhid olub oğullar!

İnsanların qəlbində daim sağdır şəhid olan oğullar.

Tarixüçün abidədir daşlaşan, heykəlləşən oğullar,

Vətənüçün qurban  gedən oğullar!

Yerdə qalmaz şəhid qanı.

Bu qan mütləq alınacaq, yatmışlarda oyanacaq!

Unutmayacaq: – yatmır şəhid anaları,

Odsuz-ocaqsız yanır, bacılar qara bağlayır,

Sızıldayır, ağlayır.!

Bəy otağı bağlı qalıb,  gəlininsə bax, əlləri xınalı!

Ataların əlləri göydə qalıb.

Qurban deyib bircə qola analar,

Bala deyə zar-zar ağlarlar.

Uşağın nə günahı var, qocanın nə günah?

Şəhid olan alimin nə günahı?

Yerdə qalmaz vallah ahı bu günahsız millətin!

Öz haqqını alacaqdır millətim!

Şəhidlərin qarşısında öz borcunu verəcək,

Yada şəhid olacaqdır millətim!

Yaşamağa layiq olan millətim!

Yaşayacaq, yaşadacaq millətim!

Yumruq tək birləşəcək, əzəcəkdir

O, düşmənin başını!

Şəhid olan torpağının o, yiyəsi olacaqdır!

Azad olan Qarabağda nakam ölən oğullarçün

O, toybüsat quracaqdır!

Şərq ilə  Qərbarasında Qapı olan,

Dünya üçün Böyük İpək yolu olan,

Sinəsində şəhidlərin qanı olan,

Məmləkətdir Azərbaycan, müstəqildirAzərbaycan!

Gələcəyi daha parlaq, daha uca Azərbaycan!

Dünya böyük mərkəzində Azərbaycan!

İgidlərin can verib, can!

Azərbaycan, Azərbaycan!

Qoca Şərqin  Qapısısan!

Başını  dik tut Vətən!

Başın sağ olsunVətən!

Qurbanı vardan vermisən,

Sonsuz deyilsən Vətən!

Bilki, haqla qorunmusan, yenə haqla qorunarsan.

Zaman-zaman sınanmısan,

Sınaqlardan sən üzü ağ çıxmısan!

Bu gündə sınaqdasan!

Bu sınaqdan  çıxacaqsanintiqamın alacaqsan!

Torpağının  sən yiyəsi olacaqsan!

Övladına arxadayaq,

Sən dünənsən, həmdə sabah.

Daha nurlu gələcək sənin sabahın!

Odlar yurdu diyarım mənim, Azərbaycanım!

Nə yaxşı ki, günahsız olan xalqın

Ahı yerdə qalmadı.         

Dağıldı, tarimar oldu, SSRİ qalmadı!

Şəhidlərin arzuları gözlərində qalmadı!

Bir zaman endirilmiş bayraq yerdə qalmadı!

Müstəqil olsun Vətən, bu əsrin əvvəlində,

Müstəqi lolan Vətən,  buna imkan yarandı!

Şəhid oldu bunun üçün oğullar!

Qurban getdi oğullar!

Bakının mərkəzində onların xatirəsinə

Bir abidə yaradımış, “ŞəhidlərXiyabanı”adlanmış!

Qanlı cinayətlərə ŞahidlərXiyabanı!

Millətin yaddaş yeri, insan üçün and yeri!

Şəhidlərin gor yeri, müqəddəs ruhlar yeri

Şəhidlər Xiyabanı, ŞahidlərXiyabanı!

          VƏTƏN ŞƏHİDLƏR ÜÇÜN

Şəhidlərsırasındasinda İlhamla  Fərizə var.

İlqar ilə Larisa, Mehman da, Rauf da var.

Ölənlərin içində üç görkəmli alim var!

Meydanda olanda var, evində olanda var,

Lənkəranda,  Neftçalada olan var!

Gələn qoşun içində xüsusi qrupda var.!

İntiqamın alırdı!

Günahsız olanları, silahsız olanları,

Rastına çıxanları qırırdı, intiqamın alırdı!

Buna imkan yaradanlar varidi!

Düşməndən də alçaq olanlar varidi!

Bu millətdən bilin, deyillər onlar,

Ermənidi,  yada ondan dönmədi!

Bax,  görürsünüz heç birisi ölmədi!

Onlar yoxdu  Vətən wçün!

Şəhidlər var Vətən wçün!

Vətən var Şəhidlər üçün!

Gülərsən, güləbilsən, gözyaşın siləbilsən.

Başını dik tutarsan intiqamın alabilsən.

Bilin, günahkar olarıq,

Günahlara biz batarı qnəticəçıxarmasaq!

Olanları yaddaşlarda yaşatmasaq!

Torpaqları   qaytarmasaq!

Şəhidlər  üçün Qarabağın mərkəzində

Biz abid  əyaratmasaq!

Odsuz-ocaqsız yanar şəhidlərin yataqları.

Heç zaman bağışlamaz bizi şəhid ruhları.

Biz Yumruq tək düyünlənib,

Bir məqsəd üçün birləşək!

Namussuzluq ləkəsini üstümüzdən biz silək!

Bir olmaq üçün gəlin, bu gün and içək.

Daha nurlu sabahlara

Alnıaçıq,  gəlin üzü ağ gedək!!!

AĞILAR

Əziziyəm laylalar,

Bayatılar, laylalar.

Ağı üstə deyiləcək

Bu gün burda laylalar.

Zülümlə böyütdüyüm,

Ərsəyə yetirdiyim,

Toyunu görmədiyim

Balamlaylay, alaylay.

Gəl, ağlamasənhələ,

Qoyağlayımmənbelə,

Təzəcə toy etmişdim,

İli olmayı hələ.

Demə üzü bərk mənə,

Ürəyi kövrək mənə.

Dözümümə heyrət et –

Qəbri qoşa qazıram,

Sən gücünə heyrətet.

Bu oğlan nə gözəldi,

Baxan İİham alardı.

Xiyabanda siz bilin,

İlham,  ilk sırada yatandı.

Əzizimiz belə olmaz,

Qan olmaz, qadaolmaz.

Görüşə çağırdın məni,

Görüş yeri beləolmaz.

Ah-nalə belə olmaz,

Bəy evi belə olmaz.

Gəlinin yatan yeri

Daş olmaz, torpaq olmaz.

Əziziyəm anası,

Şəhid bəyin anası.

Odsuz-ocaqsız yanır,

Göyə qalxır naləsi.

Əzizim baxmaq olmaz,

Yaşı saxlama qolmaz.

Şəhidin balasının

Üzünə baxma qolmaz.

Daşdı, daş.

Torpaqdakı yaşdı, yaş.

Gözəl, cavan  oğlanlar,

Torpağa yaraşdı bax.

Gül dənizi, olardı gül dənizi.

Toylar üçün gül dənizi,

Küçələrdə gü ldənizi.

Yollar boyu gül düzülür,

Düşmən heyrətə gəlir.

Gəlin necə incədir,

Bəyin  ürəyincədir.

Xiyaband aİlhamla

Qoşa olan Fərizədir.

Körpədir balam mənim,

Körpə İlqarımm ənim.

Fələk gözümdəq oydu

Allah, muradım mənim.

Gözün aydına ay ana

Muştuluğun ver s ənə.

Bircə qolu tapılıb,

Yusifinin ay ana.

Laylasını asta çalaq,

Gəlin, muğam üstə çalaq,

Yanıq Kərəm üstə çalaq,

Yanıqlı layla çalaq.

Bəy bacısı,

Qardaşa qurban bacısı.

Bağlı qalıb bəyqapısı,

Yaşiçində bəy bacısı.

Gəlin, gəlin, aygəlin,

Nə xoşbəxtsən ay gəlin.

Bəylə qoşaya tırsan

Xiyabanda sən gəlin.

Hər tərəf gülə bələnir,

Güllərdə  ağıdeyilir

Bu cansız cavanlara,

Bu günahsız olanlara.

Ağlar gördük gülləri, əyilmişdi qəddləri.

Güllələnmiş qəddləri, didilmiş cəsədləri

Gəlib görən ağladı:

Göydə quşlar, yerdə güllər ağldı.

Allahın dərgahındahamı birdi deyirlər,

Yoxdur  millət, din fərqi söyləyirlər.

Xiyabanda birgə yatır Sahidlər,Şəhidlər!!!

Yoxdur burda din fərqi,

İnsanlar bunu görürlər.

ŞƏHİD OĞULLAR DOĞULUR

Baş verən necə müdhiş, necə ağır cinayət.

Cinayətdən çıxış yolu xəyanətdir, xəyanət!

Necə  olsun, partladılsın!

Dağıdılsın televiziya, qoy efir də susdurulsun!

Bilinməsin bu cinayət.

Həmin günlər bircə ümid Tanrıya,

Bir də, bir də Mirzə Xəzərə qaldı.

Mirzə Xəzər eşidirsən?

Eşitdir sən, bütün dünya gərək bilsin;

Tökülür qan, didilir can,

Dinc əhali olur güllə-baran.

Şəhid oğullar doğulur!!!

Müəllif: Zülfiyyə VƏLİYEVA

ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLHAMƏ DAĞLI – TOBIKTIDA     GUNƏS  DOĞDU

İLHAMƏ DAĞLI

                            İLHAMƏ    DAĞLI

TOBIKTIDA     GUNƏS    DOĞDU

(pyes)

                                      İSTRAK   EDƏNLƏR:

         A b a y   –  İbrahim Kunanbayev.

         K u n a n ba y  – Abayın atası, qəbilə basçısı, ağa – sultan.

         U l j a n  – Abayın anası

         Z ə r i – Abayın nənəsi

         T a k e j a n,  O s p a n,  İ s h a q  –  Abayın qardasları.

         M a y b a s a r   –  Abayın əmisi

         Syundk, Boje, Karatay, Baysal – qəbilə başçıları.

         T o q j a n – Syundikn qızı, Abayın ilk sevgilisi.

         D i l d a   –  Abayın birinci arvadı

         A y k ə r i m  – Abayın ikinci arvadı.

         Y e r b o l  – Abayın dostu

         D a r k e m b a y  – sadə kasıb kəndli

         M a k i ş  – Abayın bacısı

                                               BİRİNCİ  HİSSƏ

                                               BİRİNCİ  ŞƏKİL

            1845- ci ilin isti avqus ayı. Qazaxstanın Jidebay  (Semey – Sempalatnsk) qəzasında Tobıktı tayfasının ağa-soltanı, İrgizbaylar qəbiləsinin başçısı Kunanbayın ailəsndə böyuk aulda  uşaq dünyaya gəlir. Dunyaya uşaq gətirən Kunanbayın ikinci arvadı Uljandır.  Uljanın ətrafında mamaça qadınlar uşağın doğulmasına yardım edirlər. Doğuş zamanı huşunu İtirən Uljana qeybdən bir əl uzanır.  O, Uljanı ucsuz-bucaqsız qaranlıq yoldan aydınlığa çıxarır və həlim xasiyyətli Uljana bir qopuz uzadır. Uljan qopuzu alır, qeybdən gələnin kim olduğunu öyrənir. Qeybdən gələn adam bütün turklərin ağsaqqalı, qopuz çalıb, söz qoşan Dədə Qorqud  olduğunu bildirir.

         D ə d ə Q o r q u d. Qızım, al bu qopuzu indi dunyaya gələn oğluna ver.  Sənin bu saat dunyaya gətirdiyin oğlun əsl el ağsaqqalı, xalqın dərdinə yanan bir insan olacaq. O,  aglı, mərifəti, ədaləti ilə xalqın sevimlisinə cevriləcək. Söz deyəcək, nəgmə qoşacaq, könullər oxşayacaq.  Haqqı nahaqqa  verməyəcək.  O, xalqı, xalq da onu əsrlərlə yaşadacaq. O, övladlarının ən mərhəmətlisi, ən ədalətlisi, ən agıllısı olduğu üçün sən onu daha çox əzizləyəcəksən və ona: “Abay, Abayım”, – deyəcəksən. Bu qaranlıq yoldan   səni  işığa çıxardım, bil ki, Sənin Abayın da xalqı belə aydınlığa çıxaracaq.

         U l j a n.  Dədə, mən çalışacağam onun tərbiyəsi ilə özüm və mərhəmətli, ağıllı qayınanam Zəri ana məşğul olsun. Zəri ana öz mərhəməti ilə butun mahalda hörmət qazanıb.  Mənim Abayım onun nəsihətlərinə qulaq assa, onun tərbiyəsini alsa, əminəm ki, sizin dediyinz bir insan olacaq.

         D ə d ə  Q o r q u d. Qızım, belə bir övladı  Allah sənə əmanət, qazax xalqına mükafat   verir.  Allahın  əmanətini  göz bəbəyin kimi qoru, onun heç bir istəyinin ziddnə getmə. İndi isə aç gözlərini, balanı qucağına al, onu əzizlə.

         Dədə Qorqud gedir, Uljan Dədə Qorqudun ona verdiyi qopuzu  bağrına basırmiş kimi gözlərini açır. Gözlərini açan zaman mamaçalar onun qucağına ay parçası kimi gözəl  uşaq verirlər. Uljan uşağı alanda mamaçalardan heç nə soruşmadan  “ mənm Abayım” , – deyə körpəsini bağrına basır. Mamaçalar  qadının bu hərəkətnə məəttəl qalırlar. Çunki uşaq doğulanda Uljan ağrının təsirindən özündən getmişdi. O, dunyaya gələn körpəsinin oğlan və ya qız olduğunu bilmədyi halda, necə ola blərdi ki, balasına Abay desin?!

                                      İKİNCİ  ŞƏKİL

         Abay şəhərdə molla yanında təhslini yarımçıq qoyub atasının tapşırığı  ilə aula gəlib. Neçə vaxtdan bəri doğmalarını görməyən Abay  doğmalarını gördükdə çox sevinir.  Ancaq atasının onu yarımçıq məktəbdən geri çağırmasından şübhələnir.  Onun şübhələri düz çıxır. Atası Kunanbay ağa-soltan olduğu üçün gunahsız Kodarın ölümünə bais olur.  O gündən Abayın kövrək uşaq qəlbndə  günahsız, köməksiz  insanlara rəhm yarandı, qəddar, zalım, qaniçən qatillərə qarşı isə, kin, nifrət, qəzəb coşmağa başladı.

            Kodarın faciəsindən sarsılan Abay xeyl müddət xəstə yatır. Onun bu halını görən anası Uljan və nənəsi Zəri cox narahat olmağa başlayır. Zəri nəvəsinin nağılları, əfsanələri, mahnıları, şeirlər çox sevdyi üçün ona bildiyi nağıl və əfsanələri dəfələrlə danışır. Anası isə oğluna qədim turkəçarələr eləyr. Lakin bunların heç biri Abaya məlhəm olmur. Bir gün təsadüfən aula Dulat adlı bir akın (aşıq) gəlir. O, bir neçə gün aulda qalıb, gecə-gündüz mahnılar oxuyur. Dulatın mahnıları Abayı həyata qaytarır. Dulatın satirik şerləri Abayın düşüncələrini dəyişir, onun gələcəyin mütəfəkkiri olmağına təkan verir.

                                      ÜÇÜNCÜ  ŞƏKİL

         Çingiz dağlarının ətəyi. Syundikin aulu. Abayın yeniyetmə vaxtları. Abay atası Kunanbayın tapşırığını yerinə yetirməyə gəlib. O, jigiteklər qəbiləsinin başçısı Syundiklə  nəinki atası Kunanbay kimi kobud  danişir, hətta yeniyetmə kimi deyl, müdrik bir adam təsiri bağışlayır. Abayın belə ağıllı rəftarını Syundikin ailəsi bəyənir . Həmn gün Abay Syundikn qızı Toqjana vurulur.

            Abay Syundikin aulundan qayıtdıqdan sonra bir gün də olsun Toqjanı unutmur. Onun gənc qəlbini məhəbbət alovu yandırıb külə döndərir. O, Toqjana öz sevgisini dostu Yerbolun vasitəsi ilə çatdırır.( Həmin vaxtlar Kunanbay ilə Syundik bir-biri ilə düşmən mövqeyində idilər.) Abay sevgilisi Toqjanla görüşür, ona öz sevgisini etiraf edir.

         A b a y: Toqjan, mənim əzizim, səni gördüyüm ilk gündən özümə heç yerdə yer tapa bilmirəm,  Hara gedirəmsə səni görürəm. Hansı alaçıqda oluramsa, sənin ipək kimi saçlarına taxılmış şolpalarının səsini eşidirəm. Harda nəğmə səsi eşidirəmsə, orda sənin məlahətli səsini eşidirəm. Yuxuda  da səni görəndə qaranlıq gecə kimi qara gözlərinin atəşndən yanıram. O gündən sonra sənin məhəbbətn qarşısında bütün sözlər mənə aciz gəlib. Sənin üçün nə qədər seirlər yazıb,  nəğmələr qoşsam  da yenə də, sənin gözəlliyn qarşısında aciz qalmışam.  Mən indi məhəbbət alovunda yanan bir aşiqəm. Əzizm, məni bu alovdan yalnız sən xilas edə bilərsən.

         Toqjan Abayın sevgi etirafından utanıb başını yerə dikir. Onun yanaqları günəşin al şəfəqləri kimi qızarır. Abayın üzünə baxa bilmir. Abay qızın utandığını görüb əlini qızın zərif çənəsinə uzadır.

         A b a y: Toqjan, əzizim, niyə utanırsan? Niyə mənə baxmırsan? Mən bu gözlərin atəşində yenidən yanıb kül olmaq istəyirəm. Əzizm, mənə bax, bir söz de.

         Toğjanın qəlbi indi quş kimi çırpınırdı. Axı, o da Abayı sevirdi.

         T o q j a n:  Abay,  sənin nəğmələrini eşitmişəm. Məni bu qədər dərin məhəbbətlə sevirdinsə, bəs o vaxtdan  bəri niyə bir dəfə də gəlmədin, mənimlə görüşmək istəmədin?

         A b a y:  Toqjan, əzizim, mən səni hər dəqiqə, hər saat yanımda görmək istəyirdim. O gündən bəri mən səni heç unutmadım ki. Ancaq qəbilələr arasında  baş verən soyuq müharibə səninlə  görüşmək şansımı əlimdən aldı. Mən öz Toqjanımla xəyalən görüşüb, onun isti nəfəsini hiss edirdim.  Yalız  bir dəfə Bojeyn yas köçü zamanı səni uzaqdan görmək imkanım oldu.O zaman sənin o məlahətli səsini Bojey üçün oxuduğun qəmli nəğmədə eşitdm, bütün qız-gəlnlərdən fərqlənən  at belində şahanə oturuşun məni məftun elədi. Həmin saat fikrləşdim ki, səni gəlib o qız-gəlinin arasından  götürüm qaçım. Ancaq o dəqiqə də fkrimdən döndüm. Dedim ki, igid kişi olmayan yerdə öz gücünü qız-gəlinə göstərməz. Bu ən böyük şərəfsizlikdir.

         T o q j a n:  Abay, mən də səni gördüm. Həmin vaxt nəğmə oxuyurdum. Oxuduğum nəğməni yaxşı eşitməyin üçün səsimi bir az da qaldırdım. Bizm uzaqdan-uzağa olan bu görüşümüz üçün cox üzüldüm.

         A b a y:  Aman Allahım! Toqjan, demək sən də mənə qarşı biganə olmamısan.  Ah, mənm gözümün nuru, ah mənim həyatım! Deməli, sənin də qəlbində o gündən mənə qarşı hislər yaranıbmış.    

         T o q j a n:  Bəl, Abay! Mən də səni o gündən sonra heç unutmadım. Sənin yolunu gözlədim. Yerbolla göndərdiyin ismarışı o,  Karşaş vasitəsilə mənə çatdıranda  elə bildim ki, göylərdə uçuram.  Karaşaşın verdiyi xəbər mənə qanad verdi. O qanadlarla mən Çingiz dağlarının başında dövrə vurub, öz yarımın gəldiyi yollarda qanad çaldım. İndi mənim yanımdasan. Sevginin qarşılıqlı olmağından dünyada gözəl nə ola bilər?

         A b a y:  Ah Toqjan, ah mənim sevgilim! Səndən bunu eşitmək mənm üçün nə qədər xoşdur. 

         Abay qollarını açıb Toqjanı bağrına basır. Onun sevginin hərarətndən yanan al yanaqlarından, qızılgülün şeh düşmüş qönçəsinə bənzəyən bal dodaqlarından öpməyə başladı. Toqjan əvvəlcə utanıb çəkilsə də, sonradan Abayın qüvvətli qolları arasında ona təslim olub, daha heç br müqavimət göstərmədi. O da, öz ehtiraslı öpüşləri ilə Abayın sevgisinə cavab verdi. 

         Səhərin açılmasına az qalırdı. Abay günəş çıxmamış aulu tərk etməli idi. Çünki neçə vaxtdan bəri İrgizbaylarla Jgitekləe arasında soyuq müharbə gedirdi. Abayın Jigiteklərin aulunda görünməsi hamıda şübhə yarada bilərdi.

         A b a y:  Mənim həyatım, doğan günəşim Toqjan! Mən artıq getməliyəm, bir azdan gün çıxacaq, bütün aul yuxudan oyanıb məni burda görsələr hamı şübhələnər. Lənət olsun müharibəyə, lənət olsun savaşa, lənət olsun tamaha, lənət olsun bizm adətlərə! Axı sevgi sərhəd tanımır, axı sevgi varlı-kasıb bilmir, axı sevgi din tanımır. Bax, budur. Bz bir-brmiz dəlicəsinə sevirik, ancaq hansısa br soyuq münasibətin qurbanına çevrilmişik. İki sevgilini iki qəbilə arasında gedən savaş bir-birindən ayırır, onları bir-birinə həsrət qoyur.

         T o q j a n: Abay, əzizim, bil ki, mən sənin yolunu hər gün gözləyəcəyəm. Nə tayfa davası, nə qəbilə savaşları, nə də atalarımızın bir- biri ilə düşmənçiliyi mənim sənə olan sevgimi azalda bilməz. Bizim sevgimiz iki qəlbin ucalan haqq səsidir. Bu səs heç kəs boğa bilməz.

         A b a y:  Gözümün nuru Toqjanım, yenə də səni görməyə gələcəyəm. Səninlə bir yerdə olmaq,  isti nəfəsini duymaq, arının güldən çəkdiyi şirə kimi, bal dodaqlarından şirə çəkmək, qara gözlərinin atəşində yanmaq,  ecazkar səsinə valeh olmaq mənə  cənnəti verdiyi qədər,  səndən ayrılmaq isə mənə qəbir əzabından da ağır gəlir.  Kaş bu ayrılıq bizim sonuncu ayrılığımız olsun. Tezliklə qəbilələrimiz arasında sülh bərqərar olsun, biz də bir-birimizə qovuşub xoşbəxt olaq.

         Onlar bir-birinə sonuncu dəfə sarılırlar. Elə bu vaxt Karaşaş gəlir.

K a r a ş a ş:  Sizə çay gətirmişəm.

         A b a y:  Çox sağ ol, Karaşaş. Sənin bu yaxşılığını heç vaxt unutmayacağam.  Sən məni  muradıma yetirdin. Toğjanımla görüşməyə şərait yaratdın. Allah səni də muradına çatdırsın.

         K a r a ş a ş: Abay, mən bunu eləməyə bilməzdim. Çünki Toqjanımın da qəlbi səni görmək üçün uçunurdu. Yaxşı ki, Asılbayla, Adilbay səfərdədirlər. Onlar evdə olsa idi sizin görüşməyiniz müşkülə çevrilərdi. Bəxtin gətirdi ki, görüş üçün yaxşı vaxt seçdin.

         T o q j a n:  Çox sağ ol, Karaşaş. Sən yengəm olmaqla bərabər, əsl dostsan, əsl rəfiqəsən.

         A b a y:  Gülüm mənim, bəxtin gətirb k, Karaşaş kimi xoşxasiyyətli yengən olub.

         K a r a ş a ş: Həm də sənin kimi sevgilisi. Allah sizi ayırmasın ! Amin!

         A b a y: Amin!

         T o q j a n: Amin!

         A b a y:  Vaxt yetişdi. Yerbol məni çayın sahilində gözləyir, getməliyəm. Salamat qalın!

         K a r a ş a ş:  Yaxşı yol!  Ümid edirəm ki, bundan sonra mənim gözəl Toqjanımın  gözünü yolda qoymayacaqsan.

         A b a y:  Tezliklə biz yenə görüşəcəyik.

         T o q j a n: Sağ-salamat get, Abay!  Səni gözləyəcəyəm.

            Abayın ayağı getsə də, ürəyi getmir. Sağollaşıb çıxdığı  zaman Toqjandan ayrıla bilmədiyi üçün geri dönür. Bunu görən Karaşaş alaçığı tərk edir. Abay yenidən Toqjana möhkəm-möhkəm sarılıb onu öpüşlərə qərq edir. Sonuncu dəfə qızın gözlərindən öpüb ondan ayrılır.  Toqjan isə sevgilisndən ayrıldığına çox məyus olur.Bir dəqiqədən sonra gecənin qaranlığı Abayı  sanki udmuşdu.

                      DÖRDÜNCÜ ŞƏKİL

Abay qazax çöllərində tək-tənha dolaşıb qəlbini təlatümə gətirən sevgisini nəğmə kimi ötürdü.

Abay:

Kədər də, həsrət də, nisgil də, qəm də,
Qəlbin atəşində qovrulur, yanır.
Ömür-gün yolunda dara düşəndə,
Məhəbbət ömrünə arxa dayanır.

Həyatda bir kəsi sevə bilməyən,
Daşıya bilərmi insan adını?
Yoxsul belə olsan günün keçər şən,
Olar var-dövlətin yaxşı qadının.

İşığa çıxmazsan yarıb zülməti,
Dost qəlbi yanmasa bir çıraq kimi.
Axı, şöhrət nədir, axı, var nədir,
Olmasa ömrünün yaxın həmdəmi.

Sadiq dostu Yerbol gülümsəyib dodaqucu nəsə deyirdi.

Yerbol: Gör məhəbbət nələrə qadirdir. Abay  artıq şair olub, nəğmələr qoşur.

İki dost çovğunda azırlar, Abay xəstələnir, hərarəti qalxır, şaxtadan donmaq təhlükəsiylə üz-üzə qalır. Amma zəngin qışlaqlardan birinə düşürlər, Abayı halsız vəziyyətdə çadıra aparırlar. Sən demə, illər boyu axtardığı Toqjan bu ailənin gəlini imiş. Toqjan bir həftə gecə-gündüz qızdırmadan sayıqlayan Abaya qulluq edir. Xəstə sağalır və Toqjan onunla əbədi vidalaşır.

Abay:

Atəş də, buz da var yanaqlarında,
İki yarpaq kimi bir əsir onlar.
Hamıdan yayınıb, hamıdan qaçıb
Yenə bir-birinə tələsir onlar.

Toqjan çadırın o üzündə Abayın nəğmələrini dinləyir, gözlərindən yaş axır. Darkenbayın ruhu səhnədə görünür.

DARKENBAYIN RUHU: Abayın atası Kunanbay bizə zülm elədi. Tayfalarımız onun qəzəbi ucbatından bir-birinə qənim kəsildi. Amma o, atasından da, qardaşlarından da mərhəmətli çıxdı. Mən Abaya görə onun zalım atasını bağışlamışam. Qoy uca Allah ona daim yar olsun! O, Toqjanı yenidən tapacaq.

Səhnə dəyişir. Abaygilin çadırı. Dilda Abayın anası Uljana və nənəs Zəriyə şikayət edir.

DİLDA: Abay məni heç sevmədi. Görürsünüz, o, yenə məni atıb sevdiyi qızın yanına gedib.

ZƏRİ: Bəsdir ah-vay etdin. Sən bu ocağın gəlinisən. Demək, Abay səni çox sevir. Bundan artıq sənə nə lazımdır? Taleyindən gileylənmə. Allaha ağır gedər.

Uljan çadırın yuxarı başında, qayınanasının böyründə oturub oğlu üçün aramsız dualar edir. Sonra acıqlı  halda Dildanın üstünə qışqırır.

ULJAN: Az qarğış tök, gəlin! Axırda oğlum sənin bəd duaların ucbatından zavala gələcək.

MAKİŞ: Mən hər gün dadaş üçün dua edirəm. Allah onu qorusun. Mənim əsl qardaşım odur. Qoymadı yad əllərdə qalım. Məni xilas etdi. O biri qardaşlarımın heç vecinə deyildi.

Dilda acıqlı-acıqlı Makiş süzüb heç nə demədi.

Səhnə dəyşir. Kunanbay öz çadırında oturub fikirli halda çubuq tüstülədir. Maybasar daxil olur.

MAYBASAR: Ağbim, oğlun yaman özbaşınalıq edir. Bu qədər ərköyünlük olmaz. Bir çağır yanına, onu danla.

KUNANBAY (laqeyd halda): Yenə nə edib?

MAYBASAR: Qənimət götürdüyümüz mal-qaranı qonşu tayfaya geri qaytarıb.

Kunanbay eşitdiy xəbərdən yerindən dik atılır.

KUNANBAY: Necə?! Artıq mənim işlərimə də burun soxmağa başlayıb? Mən o tayfanı cəzalandırmışam. Səbəbi də məlumdur. Onlar icazəsiz bizim ərazilərimizə soxulublar. Abay hansı cəsarətlə mənim qərarıma müdaxilə edir?

Bu vaxt Abay çadıra daxil olur. Qəzəblidir.

ABAY: Ata, sən nə vaxta qədər bu tayfaları bir-birinə düşmən edəcəksən? Axı bütün bu torpaqlarda yaşayanların hamısı qazaxlardır. Görürsən ki, onlar kasıb, zəhmətkeş insanlardır. Niyə camaatın mal-qarasını əllərindən alırsan? Onlar ac qalanda sən necə yerində rahat yata bilirsən?

Kunanbayın dişi bağırsağını kəssə də Abayın sözləri qarşısında susdu. Maybasar da cəsarət edib nəsə deyə bilmədi. Hər ikisi çadırdan çölə çıxdı.

KUNANBAY (üzünü göyə tutur): Ey uca Allah, məni bağışla. Qəlbimdən bu yersiz kini, nfrəti uzaq elə.

BEŞİNCİ ŞƏKİL

Qazax çölü. Abay Toqjanı gördü və heyrətləndi. Amma bu qız zahirən Toqjanın eyni olsa da, Toqjan deyildi. Abay qopuz çalıb ona nəğmələr oxumağa başladı. Bu nəğmələr Toqjana oxşayan qızı sehirlədi. O, ayaq saxlayıb bu ozana diqqət kəsildi.

ABAY:

Bir daha sevinməz, gülməz bu ürək,
Günəş də, qəmər də parlasa yəqin.
Mən səni sevirəm bu dünyada tək,
Səninsə sayı yox aşiqlərinin.

O dönük çıxsa da – sadiqəm yenə,
Dözürəm yarımın hər şıltağına.
Bir gün qah-qah çəkib gülsə də mənə,
Deyərəm: odlu qəlb, susub döz buna.

Onlar üz-üzə gəldilər. Abay daha bu qızdan vaz keçə bilməyəcəyini anladı.

ABAY: Adın nədir sənin?

AYKƏRİM: Mənim adım Aykərimdir. Bəs sən kimsən?

ABAY: Mən el ozanı Abayam.

Səhnəyə Dədə Qorqud daxil olub kənardan onları seyr edir.

DƏDƏ QORQUD: Hə, bax beləcə, Tobıktıda Günəş doğdu. Bu, Abayın Günəşi idi. Uca Tanrı onlara sevgi dolu xoşbəxt bir ömür bəxş etdi. Siz də sevin-sevilin, ömrünüzə Günəş doğsun, övladlarım! Qəlbinizdə sevgi olmasa, günəşi görə, onun istiliyini duya bilməyəcəksiniz. Sevginizi qoruyun ki, Günəş həmişə sizinlə olsun!

2020-ci ilin yazı

Müəllif: İlhamə DAĞLI

İLHAMƏ DAĞLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PƏRVİZ YƏHYALI – ARZU ŞƏRBƏTİ

PƏRVİZ YƏHYALI – YAZAR

ARZU ŞƏRBƏTİ
(Hekayə)
Əfsanəyə görə oturuşmuş adətlərə qarşı üsyan etmək istəyən biri ağlına gələn ilk dua üçün allahdan onu bir kəpənəyə çevirməsini təvəqqə edir.Yavaş-yavaş bu arzunun qanadlarında nəhayətsiz ənginliklərə uçur.Azadlıq , istədiyini etmək sevdası , dünyanın bütün pisliklərindən qaçmaq , təmənnalı dostlardan uzaq olmaq istəyinin reallaşağacığını ağılının ucundan belə keçirəndə sərməst olub , yeni həyatın şirinliyində büsat qurur.
Kəpənək olmaq !
Günəşdən ,çiçəklərdən zövq almaq , istədiyi qədər uçmaq … Və yenə də uçmaq..
Qurduğu xəyal dünyasında insan olaraq buxovlandığı , bezdiyi hər nə varsa ondan uçmaq , nəfəsi kəsilənəcən uçmaq . Və yenə də qonduğu çiçəklərdən şirə çəkib , mavi göylərin intəhasız əsrarəngizliyində mehdən-küləyə , rüzgarların qanadlarında bihuş olmaq.
Və… Və birdən haqdan gələn nida bir andaca onu kəpənəyə çevirir.
Bu qədərmi asan , buncamı arzu anındaca arzuluqdan dönüb real olarmış ?
… Oldu keçdi. Geriyə dönüş yox. Kəpənək olaraq uç ! Zövq al ! Güllərin ətirindən məst ol ! İnsanların yaratdığı pis tabulara meydan oxu ! Ehkamlarına rişxənd et ! Sevgi azadlığına doyunca qanad çal !
Cəmi bir gün keçir. Çiçəklərin şirələri dadsızlaşır , qəfil yağan yaz yağışı moruqları təmsiz edir. Bu azmış kimi anadillərin,qaranquşların təqibi onu uçub gizlənməyə məcbur edir.O , gah gizlənir , gah da yağışdan islanmış qanadlarını çırparaq uçacağı səmti belə bilmədən vurnuxur.
Lap yaxşı bilir ki , tanrı onu bir daha insana çevirməyəcək .
Birdən aşağıda ucsuz-bucaqsız tarla görünür.Hələ insan olduğu dönəmlərin ən yaxşı dostlarına yaxın olduğu məkan bilib , qanadlarını süzərək tarlaya enir.Bura onun üçün tanış məkan imiş . İnsanlığının son dönəmlərində tanış olduğu , bir az da yarımgerçək duyğularından rəng qatdığı dostu buralara tez- tez baş çəkərdi.Qaçmaq , uçmaq onu taqətdən salmışdı. Quşlardan gizləndiyindən heç bir şirə də dadmamışdı.
Burada heç bir çiçək yoxdur ki….
Hələ başqa canlı olduğu zamanların yaddaşını xatırlamağa çalışdı. Alatoran xatirələr buranın şəkər çuğunduru tarlası olduğunu, çuğundurların onun keçmiş həmcinsləri tərəfindən torpaqdan çıxarıldığını özü üçün aydınlaşdırdı. Sahədəki yumuru – uzunsov çuğundur qalaqlarından hiss etdi ki, çiçək dönəmi deyil , məhsul yığımı zamanıdır.Böyük bir çuğundurun üzərinə qonub ,gövdə ilə yarpaqların birləşdiyi hissədən doyunca şirə çəkdi. Əvvəl xoşlandı , ac mədəsində doymağın ləzzətini duydu….
Bu nədir ?
Mən zəhər içmişəm ?
Başı gicəlləndi. şəkər çuğundurunun kölgəsinə yuvarlandı.
– Gəncdir ,prespektivi böyükdür.Düzü onun ziyanvericilərlə mübarizə üçün təklif etdiyi elmi işin təcürbə sahəmdə tətbiqinə ehtiyat edirdim.Amma yanılmışam. Bir baxın tarlada bir dənə də olsa kəpənək uçmur.
Bu insan kimi doğulan, kəpənək kimi ölən birinin həyatda eşitdiyi son sözlər idi. 

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL – GEDƏK DAĞLARA, DAĞLARA…

Lalə İSMAYIL

LALƏ İSMAYIL – GEDƏK DAĞLARA, DAĞLARA…

Müəllif: Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NATİQ RƏSULZADƏ

NATİQ RƏSULZADƏ

Natiq  RƏSULZADƏ

Natiq Rəsul oğlu Rəsulzadə — Azərbaycan yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi (1999), “Şöhrət” ordeni laureatı (2009), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).

HƏYATI
Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumiyttifaq Mükafatına layiq görülüb. “İntihar edənin gündəliyi”, “Gecə çaparı”, “Nonsens”, “Məhəbbət ili”, “Yağışlı bayram”, “Kabuslar arasında”, “Quş çəkirəm”, “Ulduz yollar”, “Tələ”, “Adacıq” və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında “Mələklərə inanmayın”, “Bayramda yağış”, “Yaşa, qızıl balıq”, “Vahimə”, “Sifarişçi”, “Gecə qatarında qətl”, “Nə gözəldir bu dünya…”, “Girov”, “Ovsunçu”, “Biz qayıdacağıq” kimi onlarla maraqlı filmlər çəkilmişdir. 2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında “Meme” tamaşası səhnəyə qoyulub.

Azərbaycanın əməkdar incəsənət xadimi (1999) fəxri adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

ƏSƏRLƏRİ
«Uşaqlıq lövhələri»
«İşıqlı toran»
«Bayramda yağan yağış»
«Gecədə atlı»
«Ruhlar arasında»
«Intihar edənin qeydləri»
«Kabusların arasında»
«Ulduzların altında yol»

FİLMOQRAFİYA
Bayramda yağış (film, 1985)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
De ki, məni sevirsən! (film, 1977)
Dünən, bu gün, sabah (film, 1992)
Epizod (film, 2002)
Gecə qatarında qətl (film, 1990)
Girov (film, 2005)
Nə gözəldir bu dünya… (film, 1999)
Ovsunçu (film, 2002)
Pərilərə inanmayın (film, 1979)
Sifarişçi (film, 2000)
Sürpriz (film, 1977)
Vahimə (film, 1998)
Yaşa, qızıl balıq (film, 1988)

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİQULU QƏMKÜSAR – ƏDƏBİYYAT ŞEİRİ

Əliqulu QƏMKÜSAR

ƏDƏBİYYAT
Bir hökumət tazə çıxmış, ismi Azərbaycan.
Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.
Heç görübsüzmü ki, olsun kəlləyə qurtdan çoban?
Bir nəfər xalis rəiyyət kabinədə yoxdur, inan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Hər şəhərdə xandır, əyandır keçib iş başına,
Hər cəhətdən üz görür öz qövmu, öz qardaşına.
Get dolan kənd-kəsəyi, bax bir axan göz yaşına,
Hər tərəfdə kamirandır bəy, əkinçi bağrı qan.
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Get Qazaxdan keç, Tovuzdan keç, özün ver Gəncəyə,
Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə,
Kəndliyə, rəncbərlərə bax bir olan işkəncəyə.
Bax nə cür bu zülmdən qan ağlayırlar hər zaman,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Nəql edim bir-bir sənə mən hər yerin əhvalını,
Kəndlinin, rəncbər, əkinçi, fəhlənin bil halını,
Bax, düşün, gör onların idbarını, iqbalını,
Qalma qəflət uyqusunda, dur, gözün aç, bir oyan!
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Xoylu xan bir müddət etdi tək idarə milləti,
Kabinə təşkil eylədi, hər yerdə çıxdı şöhrəti,
Çünki böhran oldu, dəyişdi vizarət heyəti,
Hər tərəfdən toplanıb məbus açıldı parlaman,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Bəh, nə məbuslar ki, tanrı bədnəzərdən saxlasın,
Qıymasın canlarına, hər şur-şərdən saxlasın,
Qəlblərin sinsitməsin, qəmdən, kədərdən saxlasın,
Çünki millət onlara mərhuni-minnətdir hər an,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Var o cür məbus əsla anlamaz bəsət nədir,
Parlaman nə, üzv nə, bu vəz, bu halət nədir,
Kimdi millət, kimdi dövlət, bu qədər bidət nədir,
Çünki onda nə fərasət var, nə təqriri-bəyan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Get soruş öyrən, gör, aya, bunları kimlər seçib,
Onların kim qəddinə bu xələti ölçüb-biçib,
Hər biri yüz min fırıldaq işlədib,zorən keçib,
Ayda on min donluq alsın, müftə olsun kamiran,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Böylə getsə binəvalər büsbütün pamal olur,
Bu fəlakətdən, yəqin, axırda izmehlal olur,
Kim bu bəylərdən səvay bu vəzidən xoşhal olur,
Hər tərəfdən ərşə qalxıbdır bütün ahu fəğan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Vardı min dinsiz, imansız hər biri milyon yeyib,
Beş gün əqdəm lüt gəzərkən indi xəz paltun geyib,
Doğrudur həqqən, keçənlər mətləbin lübbün deyib,
İndi bülbüllər yerində qarğalar tutmuş məkan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Qan töküldü, can verildi, oldu hürriyyət pədid,
Köhnə istibdad düşdü, parladı tərzi-cədid,
Şahidi-məqsud göstərdi üzün, verdi nəvid,
İxtiyar olmuş könüllər oldular yeksər cavan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Leyk, heyf olsun, üzü bir binəvanın gülmədi,
Milləti-cahil bu feyzin qürb-qədrin bilmədi,
Fəhlənin bir kəs üzündən əşki-alın silmədi
Canəvərlər əl-qol açdı oldu zalımlar əyan
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
İndi getsən hər mahala hər yetən dad eyləyir,
Dövreyi-mənhusi-istibdadı dəryad eyləyir,
Bəs ki xanlar, bəs ki bəylər zülmü bidad eyləyir,
Qalmayıbdır rəncbərlərdə dəxi tabu təvan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
İndi lazımdır ki, millət huşunu cəm eyləsin,
Hər cür olsa haq danışsın, haq desin, haq söyləsin,
Yoxsa bizlərə təpər yoxsa, buna kim neyləsin?
Qalmaz axırda bu cür bivayə millətdən nişan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
* * *
Çünki bu millət susayıb bir-birinin qanına,
İndi firsətdir, düşüb qardaş qardaş canına ,
Gözləri qızmış, qudurmuş, getmək olmaz yanına,
Ol səbəbdəndir olur gündən-günə işlər yaman,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

Müəllif: Əliqulu QƏMKÜSAR

“Hürriyyət”,

4 oktyabr 1919, N: 17

Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.

ZAUR USTAC YENİ ŞEİRLƏR – KƏŞKÜL, SİMSAR, PÜNHAN

ZAUR USTACIN YAZILARI

A SİMSAR
Salam olsun, sənə şanlı ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
Şükür, əlindədir külli-ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Nə deyim, a simsar, elə sim sarı,
Simsar sinsidərmi, belə simsarı,
Hələlik dönüş var, hələ sim sarı,
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Rəvamıdır, bu edilən Ustaca!?
Diqqət istər sim sarıyan ustaca…
Al dil ilə deyər halın ustaca,
Mizrab tutan əlin, qolun var olsun!
05.02.2021.  Bakı.

BƏRK YAPIŞ
Ay Zaur, deyirlər ən yaxşı vaxtdır,
Bir az daha qeyrət, güləş, bərk yapış!
“İgid odur, atdan düşə, atlana.”
Bu işdə dönüş yox, dirəş, bərk yapış!
* * *
“Kor qızın baxtı”ndan yeyindi baxtın,
İlikdən tacın var, sümükdən taxtın,
Olmasa da adan, ya da ki, “yaxt”ın,
Olanları qoru, çalış bərk yapış!
* * *
Ay Ustac, bilirsən, yastığın üç gül,
Göydə ulduz sayır basdığın müşkül,
Bir türlü dolmayır asdığın kəşkül,
Haqqın ətəyindən sallaş, bərk yapış!

HÜSNÜ PÜNHANA
(birinci şeir)
İsmipünhan deyib, yazıb şairlər,
Mənim müsahibim hüsnü pünhandı.
Səmimi, mehriban, həm zarafatcıl,
Mənim müsahibim hüsnü pünhandı.
* * *
Ürəyi yuxadı, xasiyyəti xoş,
Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”!
Camalın gizlədib, deyir:- “Nəğmə qoş”!
Mənim müsahibim hüsnü pünhandı.
* * *
İsmin bağışlayıb; “Nurlu ləçəkdi”,
Cənnət bağçasında şehli çiçəkdi,
Ustacam, bu iş də bir görəcəkdi,
Mənim müsahibim hüsnü pünhandı.
07.10.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yaradıcılıq Fakültəsinə qəbul elan edildi

“Yazarlar”  jurnalı

Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan “Yaradıcılıq fakültəsi”nə qəbulla bağlı müsabiqə elan edilir.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan, qısa müddətdə ədəbi ictimaiyyətdə böyük rezonans doğuran, geniş ədəbi proseslərə yol açan “Yaradıcılıq fakültəsi” 2022-2023 tədris ilində tələbələrə Xarici dil (ingilis, rus), Mifologiya tarixi, Fəlsəfə, Dünya ədəbiyyatı, Müasir ədəbi proseslər, Mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil edəcək, eyni zamanda, yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, Ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər, rəngarəng mədəniyyət tədbirləri həyata keçirəcək.

Dərslər həftədə 3 gün olmaqla 2 akademik saat təşkil edir.

“Yaradıcılıq fakültəsi”nə qəbul iki mərhələli olacaq. Birinci mərhələdə təqdim edilən yaradıcılıq nümunələrinin qiymətləndirilməsi, ikinci mərhələdə isə seçilən nümunələrin müəllifləri ilə müsahibə şəklində olacaq.

> ƏN ÇOX OXUNAN HEKAYƏ

>Kırım’ın Sesi Gazetesi

>Azərbaycan-Ruznaməsi

Fakültəyə qəbulla bağlı tələb olunan ilkin sənədlər aşağıdakılardır:

  • Tərcümeyi-hal;
  • Yaradıcılıq nümunəsi (5 şeir, yaxud 10 min işarəlik nəsr nümunəsi);
  • Təhsil sənədinin (şəhadətnamə, attestat, diplom, tələbə bileti və s.) surəti;
  • 3×4 ölçüdə 2 ədəd fotoşəkil.

Tələb olunan sənədlər elektron formada 2022-ci il aprelin 1-dək bu ünvana göndərilməlidir: mubarizz1967@mail.ru

Qeyd edək ki, təhsil müddəti 2 il olmaqla illik təhsil haqqı 500 AZN təşkil edir.

Fakültənin yeni dekanı yazıçı Mübariz Örəndir.

Fakültəni bitirən məzunlara Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun ortaq sertifikatı veriləcək.

İlkin mənbə: kulis.az



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru