Kateqoriya arxivləri: “ZİYADAR” M.

ƏYYUB QİYAS “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

“Ziyadar” Mükafatını doğrulama lingi >>> LAUREATLAR

Cənab Əyyub Qiyas “Qara işıq” adlı yeni kitabının işıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Təqdimat 15 aprel 2022-ci il tarixində saat 15:00-da Gənc Tamaşaçılar teatrında baş tutacaq. Məlumatı oxuyan hər kəs dəvətlidir. Qi Or El dəvət edir.

Ünvan: Nizami küçəsi 72. ( Milli Kitabxananın, AYB-nin arxasında)

Yazarlar olaraq, dəyərli yazarımızı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Əyyub müəllim!

ƏYYUB QİYAS – Qİ OR ELİNİN YAZILARI

OXU: >>>>>ORXAN CUVARLININ YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMƏD VURĞUN – DAĞLAR ŞEİRİ

SƏMƏD VURĞUNUN YAZILARI

DAĞLAR

Üstündən karvan yeriməz
Sıxdı dumanların, dağlar.
Yazda-yayda heç əriməz
Quzeylərdə qarın, dağlar.

Laçınların göydən enməz,
Qayaların baxar, dinməz,
Yaman gündə üzün dönməz,
Pozulmaz ilqarın, dağlar.

O qız yaldan tək aşanda,
Saç kəmərə dolaşanda,
Atdan enib yol çaşanda
Mən olum zəvvarın, dağlar.

Ovçuların gəzər oğrun,
Maralların düşər yorğun.
Qonaq gəldi sizə Vurğun,
Sevinsin gülzarın, dağlar.

Müəllif: Səməd VURĞUN

SƏMƏD VURĞUNUN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kamalə Abiyevanın Şuşa ilinə həsr olunmuş “Torpaq” və “41” adlı kitablarının təqdimatı keçirilib

Bu gün “Azərkitab”da tanınmış şair, yazar Kamalə Abiyevanın Şuşa ilinə həsr olunmuş “Torpaq” və “41” adlı kitablarının təqdimatı keçirilib.

Tədbirdə qazilər, şəhid ailələri, millət vəkilləri, oxucular, tanınmış mədəniyyət adamları iştirak edib. Hər iki kitab Qarabağ şəhidlərinə həsr olunub.

Tədbirin gedişi zamanı “Yazarlar”  jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova tərəfindən Kamalə Abiyevaya “Ziyadar” mükafatı təqdim olunub. DOĞRULAMA LİNGİ >>>LAUREATLAR

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR TƏLTİF OLUNUB

22.02.2022 – Cİ İL TARİXİNDƏ YAZARLAR TƏLTİF OLUNUB

LAUREATLAR :

Tuncay Şəhrili “21-XXI əsrin 21 aydını” adlı yeni kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb.

DİPLOMU DOĞRULAMA LİNGİ >>>> LAUREATLAR

Leyla Yaşar “Daş adam” adlı İlk kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. 

DİPLOMU DOĞRULAMA LİNGİ >>>> LAUREATLAR

Fevralın 22 də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə filologiya üzrə fəlsəfə doktoru, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri Cəfərova Jalənin “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilib. “Yazarlar” jurnalının İƏ üzrə meneceri, AJB üzvü Nəzakət Kərimova-Əhmədova müəllifə “Ziyadar” Mükafatını təqdim edib.

DİPLOMU DOĞRULAMA LİNGİ >>>> LAUREATLAR

Laureatları təbrik edir yeni-yeni nailiyyətlər arzulayırıq!


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN EMFİRA XANIMIN DOĞUM GÜNÜDÜR! – MÜSAHİBƏ:

Emfira Ərklinin kitabı

EMFİRA XANIMLA MÜSAHİBƏ

1. Salam, Emfira xanım. Necəsiniz? Özünüzü bir neçə kəlmə ilə oxucularımıza necə təqdim edərdiniz?
Mən Emfira ƏrkliEmfira Hacıbaba qızı Tağıyeva 1950 -ci fevralın-17 də Xaçmaz rayonundakı Alıc-qışlaq kəndində ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Konserva kobinatında laborant və hesablaycı vəzifəsində çalışıb, 1969-cu ildə Bakı yeyinti-sənaye texnukumuna daxil oldum. Texnukumu bitirdikdən sonra Xaçmaz taxıl hazırlığı kobinatında hesablama şöbəsinin müdiri işləməyə başladım.
Həm də “partkom” ( İlk partiya təşkilatının katibi) kimi çalışırdım.
Daha sonra texniki peşə ixtisası üzrə istehsalat təlimi ustası işləməyə başladım. Həm də müəllimlik edib, o eyni zamanda uzun müddət məktəbin ilk partiya təşkilatının katibi oldum.
Hələ orta məktəbdə oxuduğum illərdən şeirə, poeziya vurğunu idim. Özüm də arada yazırdım.
Şeirlərim müxtəlif mətbuat orqanlarında, almanaxlarda, poeziya antalogiyalarında işıq üzü görüb. Tanınmış şair Vidadi Ağdamlının t’rtib etdiyi “Gözüm yolda könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ”, “Qarabağ Azərbaycandır” poeziya antalogiyalarında davamlı çap olunuram. Şeirlərində Qarabağ müharibəsindən, şanlı qələbədən mərd oğullarımızın döyüşlərdə göstərdikləri qəhramanlıqlardan bəhs olunur.
AKİVİHİ rəyasət heyətinin qərarı ilə 70-illik yubileylə əlaqədar olaraq “Qızıl Qələm” və “Ulu Öndər” fəxri media mükafatları ilə eləcə də “Azərbaycan Bayrağı”, “Abdulla Şaiq”, “Xəlil Rza Ulutürk” diplomları ilə təltif olunmuşam.
“Düyam Mənim” kitabım işıq üzü görüb. İkinci kitab hal-hazırda çapdadır. Emfira xanımın ilk kitabıdır.
Ailəliyəm. Üç övladım (iki oğl, bir qız), yeddi nəvəm var.

2. Emfira xanım, məktəb illərinizi necə xatırlayırsınız?
Məktəb illərim çox gözəl keçib. Özfəaliyyətlə və idmanla məşğul olmuşam çox çıxışlarım olub.
Rayonda Atıcı kimi də 3-cü yer tutmuşdum. Valeybol komandamız var idi. Kapitan mən idim. Yarışlara çıxırdıq. Həm də şeirlər yazırdım.

3. Gənc yaşlarında yazdığınız o şeirlər qalır yoxsa?
Əfsus. Bir tək yadımda ana şeirindən bir parça qalıb. Ailə vəziyyətimlə əlaqədar maneələr vardı. Anam rayonun rəhbəri olub uzun illər. 1959 -1980 kimi! Respublikada o dövrün ən fəal qadını anam güclü riyaziyyatçı idi. Paralel dərs də deyirdi. Yüksək mükafatlara da layiq görülmüşdü. Vəli Axundovun rəhbərliyi dövründə tanınmış bir Azərbaycanlı qadını idi.

4. Ailədə neçə uşaq olmusunuz evin böyüyü ya kiçiyi olmusunuz?
İlk övladı mən 3 uşaq olmuşuq. Bir bacım və bir qardaşım var.

5. Yəqin ki, siz onlardan seçilirdiniz şeirlər yazdınığınızı ana – atanız bilirdi, necə qarşıladılar?
Atam 1969- cu ildə rəhmətə gedəndən 16 gün sonra gözü yaşlı öz biliyinə 4-5 qiymətlər alıb Yeyinti Sənaye texnikumuna daxil oldum. Çox gözəl, atam mənə, “Oğul” deyərdi. Bəli tək mən seçildim həm təhsil həm yaradıcılığımla.

6. Ruhu şad olsun. Atanız necə bir insan idi, ailədə övladlarına qarşı sərt idi, yoxsa?
Atam 1939- cu ildə müharibəyə gedib. 1948 də qayıdıb evlənib. Anam Qubadandır. Kəndə riyaziyyat müəlliməsi olub. 20 yaşında sevib evləniblər. 1916-dən atam,1928 anam idi. Yaş fərqi çox olsa da, mehriban idilər. Çox gözəl ailə başçısı idi. Yəqin ki, başa düşərsiz müharibənin acılarını çəkmiş insan idi. O, da sovet işinə dəvət almışdı. Partiya sovet işçisi olmaq o dövrün ən çətin vəzifələrdən biri idi.

8. Yoldaşınız haqqında zəhmət olmasa?
Yoldaşımla orta məktəbin axırıncı siniflərində tanış olmuşam. Ona qədər tanımırdım. Özüm oğlan kimi böyümüşdüm. Sinifdə ərköyün bir qız idim.
Evləndikdən sonra kəndə köçdüyüm üçün yaradıcılığıma son qoydum. Amma 3 günə bir kitab oxuyurdum gecələr. Vaxt yox idi. Qaynanam da olmadığına görə işim çox olurdu.

9. Hal-hazırda yaradıcılığınızı davam etdirirsiniz?
52 ildən sonra sosial şəbəkələrin yaratdığı imkandan istifadə edirəm. Təsadüf məni yenə yaradıcılığıma qayıtmağa yol açdı. Tanınmış yazarlarla söhbətlər stimul yaratdı yazmağa 17 yaşında başlasam da, qeyd etdiyim kimi 52 ildən sonra 71 yaşında ilk kitabım çıxdı. İndi də ikinci kitabım bu gün, sabah işıq üzü görəcək. Müharibə ən aktual məsələ kimi povest hekayə şeir və sairə toplanır. 10 Dan çox antologiyada, həm öz rayonumuzda, həm Quba və Dəvəçi rayonlarında, həm də Bakıda şeirlərim çap olunub.

10. İndiki gənc yazarlarımız haqqında fikirləriniz necədir?
Əlbəttə, əfsus ki, şərait onlara imkan vermir özlərini xalqa tanıdanlar. Hər şey maddiyyata bağlı olduğu üçün çox əzab çəkirlər. Mən özüm də təqaüdümlə çap elətdirirəm əsərlərimi.

11. Aldığınız bu mükafatların sevincini ifadə etsəydiniz ?
Əlbəttə, çox sevinirəm. İlk Türkiyə tanıdı məni. Bunu unutsam, nankor olaram. Güldürün xanımın sayəsində. Mükafatların içində
“ZİYADAR” Mükafatı mənim üçün xüsusi ilə çox dəyərlidir.

12. İkinci kitabınızda “Borçalı” nəşiryyatında olacaq yoxsa, fikrinizdə başqa bir nəşiryyat var?
Bəli. “Borçalı” nəşriyyatı artıq nüsxələrini yoxlamağa verib mənə. Bilirsiz rayon adamıyam hər dəfə gəlib, getmək olmur. Artıq tanımışam rahatdı. Onlarla gələcəkdə də iş birıiyimiz davam edəcək.

13. Çox gözəl qiymətləri necə sərf edir, bir kitab neçəyə başa gəlir?
Var indiki tələbatla baha olsa da cəmiyyətə bəxş etdiyin üçün qiyməti düşünmədən çalışıram ki, gənclərə çatdırım.
2022 -ci il bizim ailə qurmağımızın 50 ilidir. Brilyant toy.
İlk kitab 71 də çıxıb ikincisi 50 illiyimizə töhfə olar.

15. Emfira xanım, Sizi doğum gününüz münasibəti ilə bir daha təbrik edir, həyatda və yaradıcılığınızda yeni-yeni nailiyyətlər arzu edirik. Sizi çox yormayaq. İnanın çox xoş oldu. Sonda oxucularımıza sözünüz nə olardı?
Oxucularımıza sözüm odur ki, sadə xalq dilində yazdığım şeirlərimdə hər cür nəsihətlər var. Onlara can sağlığı, həyatda sağlam ömür arzulayıram. Gələcək nəslə gözəl töhfələr hazırlasınlar. İzləri qalsın. Sizə də dərindən təşəkkürümü bildirir, işlərinizdə uğurlarınızın davamlı olmasını arzu edirəm. Çox sağ olun.

Biz də YAZARLAR kollektivi olaraq, Emfira xanımı təbrik edirik. Uğurlarınız bol olsun, Emfira xanım! İlhamınız tükənməsin!

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

EMFİRA ƏRKLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – “DAŞ ADAM” KİTABI

LEYLA YAŞAR – “DAŞ ADAM” KİTABI PDF:

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

“YAZARLAR”  JURNALI PDF

Şəlalə Camal “Beş mininci il” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatına layiq görülüb. Müəllifi bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Şəlalə xanım!



“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XƏZƏR DELTASINDA GÖYQURŞAĞI. ZAUR USTACIN YENİ KİTABI HAQQINDA – KƏNAN HACI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
(Zaur Ustacın yeni kitabı haqqında)
Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır.
Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!

Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu:
Özün getdin yuxuya,
Milyonları oyatdın…

Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər.
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…

Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib.
Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır.
Xəzər deltasında göyqurşağı adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir.
Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac!
11.01.2022. Bakı.

Kənan HACI

Mənbə: edebiyyatqazeti.az Arxiv: archive.vn

Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.

KƏNAN HACININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YENİ ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

YAZ  SEVDASI  VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021. Bakı.

MƏN BABƏKƏM
(“Uşaq boğçası”ndan bir şeir)
Babəkdir mənim adım,
Sırğa et qulağında!
Bir ömür xərcləmişəm,
Hürriyyət sorağında.
***
Bu yurd sənə əmanət,
Bəzz yanan ocağımdır.
Mayası qan lalələr,
İstiqlal sancağımdır!

AZƏRBAYCAN
(“Uşaq boğçası”ndan bir şeir)
Odlar yurdu deyir hamı,
Azərbaycan mənim adım!
Sağım, solum, dörd bir yanım,
Öz canımdan,  qol-qanadım!
***
Nazlı Araz kəmərimdir,
Xudafərin onun qaşı!
Birləşdirir ayrı düşmüş,
Dost-tanış, bacı-qardaşı!

HÜSNÜ PÜNHANA
(birinci şeir)
İsmipünhan deyib, yazıb şairlər,
Mənim müsahibim hüsnü pünhandı.
Səmimi, mehriban, həm zarafatcıl,
Mənim müsahibim hüsnü pünhandı.
* * *
Ürəyi yuxadı, xasiyyəti xoş,
Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”!
Camalın gizlədib, deyir:- “Nəğmə qoş”!
Mənim müsahibim hüsnü pünhandı.
* * *
İsmin bağışlayıb; “Nurlu ləçəkdi”,
Cənnət bağçasında şehli çiçəkdi,
Ustacam, bu iş də bir görəcəkdi,
Mənim müsahibim hüsnü pünhandı.
07.10.2021. Bakı.

BAYRAQ  BİZİM  BAYRAĞIMIZ!!!
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.Bakı.

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk…
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021. Bakı.

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
“Donun” Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

USTACLIYAM
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – İBRƏTAMİZ ŞEİRLƏR

ZAUR USTACIN YAZILARI

YER CƏZA YERİDİR!
Ey insan, unutma;
Almanı xatırla,
Adəmi xatırla,
Həvvanı xatırla!
* * *
Ey insan, unutma;
Əzanı xatırla,
Qəzanı xatırla,
Cəzanı xatırla!
* * *
Ey insan, unutma;
Yer cəza yeridir!
Yer cəza yeridir!
Yer cəza yeridir!
14.09.2020. Bakı.

HERMAFRODİT
Məchulsa, cinsi bir kəsin,
Bəlkə, hermafroditdi…
Adı yoxsa, bir nakəsin,
Bəlkə, hermafroditdi…
* * *
Qışdı ya payız bilinmir,
Qovun ya qarpız bilinmir,
Oğlandı ya qız bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Adamdı, oyux bilinmir,
Bordaxdı, burux bilinmir,
Atdı ya ulax bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Şalğamdı, pazı bilinmir,
Çoxu çox, azı bilinmir,
Ördəyi, qazı bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Nə sudadı, nə quruda,
Nə lildədi, nə duruda,
Çatmayıb, qalıb boruda,
Bəlkə, hermafroditdi…
* * *
Bilinmir hara malıdı,
Ayağında at nalıdı,
Qabağında it yalıdı,
Bəlkə, hermafroditdi…
* * *
Halından halıdı Ustac;
Dərdi böyük, dərdə möhtac,
Nişanı var, ləçəkli tac,
Bəlkə, hermafroditdi…
14.09.2020. Bakı.

MƏŞƏQQƏT
Yenə çalardan qabaq
Açıram gözlərimi…
Aman Allah, hardayam?
– Qucuram dizlərimi…
* * *
Elə həmən yerdəyəm;
– “Göyün yeddi qatı”dı,
Hələlik “Koroğlu”yam,
Atım, onun atıdı…
* * *
Özüm də “Çənlibel”də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm…
* * *
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım…
* * *
Alt  qonşunun ah-vayı,
Üstdəkinin  cır-cırı…
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı…
* * *
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər…
Oxur sevgi nəğməsi,
– Utanmazlar, düşüklər…
* * *
“Əldəndışqarı” sözü
Nəsə düşür yadıma…
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
* * *

Təxəllüsə sığınıb,
Birtəhər oyanıram…
Hələ alaqaranlıq,
– Bir xeyli dayanıram…
* * *
Qəfil saat zəng çalır,
Sonra oxunur azan…
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan…
* * *
Qopur dizimin bağı;
– Xəyalda iydə qoxur…
Hamı əvvəlki kimi,
Sevgi nəğməsin oxur…
* * *
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar…
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar…
* * *
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur…
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur…
22.09.2020. Bakı.

MƏNBƏ: ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru