“Zəngəzur yazarlarının Zəfər çələngi” işıq üzü görüb – təbrik

Nəhayət, kitab ünvanına yetişdi. Bu toplunun ərsəyə gəlməsində ən çox əməyi olan ZƏNGƏZUR cəmiyyətinin sədri dəyərli ziyalı HACI NƏRİMANOĞLUna dərin təşəkkürümü bildirirəm.
Toplu 44 günlük Vətən müharibəsində zəfərimizin beş illiyinə həsr olunub. Eyni zamanda bu il Zəngəzur cəmiyyətinin yaradılmasının 33 ili tamam olur. Hər ikisi əlamətdar hadisədir. Bu münasibətlə məxsusi olaraq zəngəzurluları təbrik edir, bütövlükdə cəmi azərbaycanlılara gözaydınlığı verirəm.
412 səhifəlik TOPLU “Fiyuzat” nəşriyyatı tərəfindən bu ilin iyun ayında çap olunub. Təqdimatı keçirilib və məhdud sayda çıxdığından əsasən ölkə kitabxanalarına paylanıb.
Topluya Zəngilan, Qubadlı, Cəbrayıl, Qafan, Meğri, Gorus, Sisian, Laçın və Kəlbəcər də daxil olmaqla doqquz rayondan olan qələm əhlinin yazı nümunələri, Zəngəzur haqda vacib məlumatlar salınmışdır.
Zəngilanlı qələm əhlindən aşağıda adları qeyd olunan imza sahiblərinin yazı nümunələri topluya daxil edilmişdir.
Mahir Cavadlı, Pənah Azəri, Xosrov Natil, Asya Əhmədova, Salam Cavadlı, Lalə İsmayıl, Vaqif Qüdrət, Aysel Nəsirzadə, Sona Əli, Bərxudar Səlimoğlu, Ruslan Bəhmənoğlu, Səadət Salmanqızı, Elvin Əlizadə, Ceyran Qurbanova, Elşad Hacıyev, Həsən Orucoğlu, Adil Həsənoğlu, Azad Qaradərəli, Ayaz İmranoğlu, Zəhra Səfəralıqızı, Tarverdi Abbasov, Çərkəz Nəsirli, Vüsalə Cəfərova, Vahid Məhərrəmov, Şəcahan Gün, Əli bəy Azəri, Nəsiman Yaqublu, Bayram Məmmədov, Lətif Babayev… cəmi 29 nəfər…
Kitabla M.F.Axundov adına Mərkəzi Kitabxanada və rayon kitabxanalarında tanış ola bilərsiniz.

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

Ziyadxan Budağın yazıları

I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şərafət Şəfa – Həkimliyi və şairliyi ilə insanların qəlbinə boylanan Zakir Ağdamlı

TAİB-in aydınları – RUBRIKA

Həkimliyi və şairliyi ilə insanların qəlbinə boylanan Zakir Ağdamlı

Türk Ağsaqqallar İctima Birliyinin rəsmi saytı olan “Agsaqqallar.com” saytının start verdiyi “TAİB-in aydınları” rubrikasının növbəti qonağı İdarə Heyətinin üzvü, tanınmış həkim-şair Zakir Ağdamlıdır.

Əbu Türxan deyir ki, adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir. Hər gün yeni bir inci tapmağın yolu öz içindəki hikmət xəzinəsinə baş vurmaqdır. Bəzi insanlar yalnız özləri üçün yaşarkən, bəzi insanlar da fədakarcasına xalqı, vətəni üçün yaşayır, millətinə, dövlətinə layiqli vətəndaş olmağa çalışır. Belə insanlar həm duyğulu, həm məsuliyyətli, həm də bütün işlərdə fəal olurlar.
Zakir Agdamlı kimi tanınan Zakir Hüseyn oğlu Əliyev 1946-cı ildə Ağdam rayonunun Papravənd kandində anadan olmuşdur. Gözəl Qarabağın cənnət guşəsi olan Ağdamın təmiz havasında, mehriban, ziyalı və sənətkar insanları arasında böyüyən balaca Zakir də hami kimi yurduna bağlı, vətənpərvər böyüyürdü. Onun ədəbiyyata olan marağı da məktəb illərindən başlayır. Tanınmış bir ailənin övladı olan Zakir Əliyevin ailəsində hər kəs təhsilə böyük önəm verir, elmin insan həyatında böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilirdilər. Ona görə də bu ailənin övladları bir müddət sonra Azərbaycanın ziyalıları arasında özlərinə məxsusi yer tuta bilirlər.
Qardaşı Həmzə Əliyev Ağdam rayonunda məsul vəzifəyə təyin olunur. Azərbaycan Ali Sovetinin deputatlığına kimi yüksəlir. Ağdamın sayılan-seçilən ağsaqqalları cərgəsinə qoşulur. Özü isə həkimlik sənətinə yiyələnir, ömrünü insan sağlamlığına həsr etməklə yanaşı, ədəbi mühitdə də sınayır. Ölkənin ictimai-siyasi həyatında baş verən bütün hadisələrdə fəal ictimaiyyətçi olaraq cəmiyyətdə sevilir, əxlaqi keyfiyyətləri, dürüstlüyü, səbri və təmkinliliyi, işgüzarlığı ilə özünə olan ehtiramı artırır. Zakir Əliyevin ailəsinin daha bir üzvü də alimlik dərəcəsinə yüksəlir. Qardaşı oğlu Bəxtiyar Əliyev də tanınmış psixoloq-alim kimi yetişir, elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri kimi məsul vəzifələrə sahib olur. Dəyərli ziyalımız keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biri kimi tarixə düşür.
Zakir Əliyev 1972-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirir. Dövlət xəstəxanalarının birində işə başlayır. Şairliyindən və ictimai fəaliyyətindən də geri qalmır. 1966-ci ildən ədəbi yaradıcılığa başlayan şairin şeirləri dövri mətbuatda çap olunmağa başlayır. Görkəmli xalq şairimiz Məmməd Arazın xeyir-duası ilə ədəbiyyat üfüqlərini fəth etməyə başlayır. Xalq şairi Məmməd Araz onun haqqında fikirlərində deyir: “Zakir Ağdamlı həkimdir. Həkim sənəti insana poeziya sənəti qədər yaxındır. Həkim də insan qəlbinə “boylanır”, şair də. Poetik söz də dərman olur, qeyri- poetik həkim məsləhəti də. Zakir Ağdamlının, necə deyərlər, avazı xoşuma gəlir”
Bir çox qəzet və jurnallarda şeirləri çap olunan şair Azərbaycan Yazıçılar Birliyinin üzvü olur. Daima ədəbi məclislərə qatılan şair iki şeir kitabının müəllifidir. Onu tanıyan hər kəs haqqında ehtiramla, məmunluq hissi ilə danışır. Dirili Qurbani Məclisinin rəhbəri Yusif Dirili onun haqqında belə deyir: ”Zakir Ağdamlı! Bu imzanı çətin ki, ədəbi mühitdə tanımayan olsun. … Bir şair olaraq poeziyasındakı fərqli məziyyətləri, şeirlərinin səmimliyi, ürəyəyatımlığı, yaxşı mənada çevrəsindəki insanlara sevgi aşılamaq eşqi nəyə desən dəyər şair Zakir Ağdamlının.”
Bir insan haqqında xoş sözlər eşitmək müsahibin də xoşuna gələn nüansdı. Həyatda insanlar müxtəlif olduğu kimi, xarakterlər də müxtəlifdi. Eqonun yüksək olduğu bir cəmiyyətdə əxlaq nizamını, davranış mədəniyyətini qorumaq böyük səbr tələb edir. Mən Əbu Türxanı çox sevirəm. Onun kəlamlarındakı hikmətin ruhən yaxınlığı yaradıcılığıma böyük stimul verir. Onun daha bir gözəl kəlamı var. Deyir ki, səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır. Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür. Bizim Zakir Əliyev də cəmiyyəti gözəlləşdirmək üçün tər tökənlərdəndir. 80 yaşının bir addımlığında olan dəyərli el ağsaqqalı bu gün də bütün tədbirlərdə, səfərlərdə, konfranslarda fəal iştirak edir. O, deyir ki, gənclərlə işləmək, onlara yol göstərmək mənə xoş təsir bağışlayır:” Özümü onlarla eyni yaşda hiss edirəm. Təmsil olunduğum bu təşkilatdakı gənclərin hamısı fəallıqları ilə yanaşı, həm də yenilik axtarışında olaraq, bayram, bazar günləri də çalışan gənclərdi. Onların ən böyük məziyyətləri ağsaqqal məsləhəti ilə hərəkət etmələridir. Türk Ağsaqqalları Birliyinin Gənclər Təşkilatında türk ölkələrindən də xeyli sayda gənclər var. Onlar da təşkilatın rəhbərliyində təmsil olunan müdrik ağsaqqallarımızla sıx əlaqədədirlər, özlərini ata ocağındakı kimi hiss edir, onlardan məsləhət alırlar. Bu nəsillərin dialoqu olmaqla, ağsaqqal-gənclik birliyinin göstərgəsidir”.
Zakir Əliyev təşkilat yarandığı gündən bütün işlərdə fəal iştirak edir, kollektivdə hamı tərəfindən sevilir. Onun doğma yurdu Ağdamın işğalından sonra nisgilə bürünmüş, heç zaman gülməyən gözləri Zəfər tariximizdən sonra gülməyə başlayır. İndi o, daha böyük həvəslə, qolunu çırmayıb təşkilatın bütün işlərində ön sıralardadır.


Fransız filosofu Dekart deyir ki, insan haqqında onun istedadına görə yox, bu istedaddan necə faydalandığına görə mühakimə yürütmək olar. Faydalılıq əmsalı yüksək olan Zakir Əliyev kimi insanlar son nəfəslərinə qədər cəmiyyət içində yararlı olmağa çalışırlar. Onlar öz şəxsi mənafelərini, öz rahatlığını deyil, el üçün faydalı olmağı düşünürlər.
Bir zamanlar şeirlərində hayqıraraq, Allaha əl açan, ey Ulu Yaradan, qanad ver mənə, sərhəd dirəklərin keçim, qayıdım, cənnət Qarabağın havasın udum, onu dərman kimi içim qayıdım,- deyən şair indi yurd vüsalından yazır. Doğma Qarabağın çiçəklənməsindən yazır. Bu vüsalın ona verdiyi böyük həvəs, böyük sevinc ilə də təmsil olunduğu təşkilatın mərkəzi ofisini tez-tez ziyarət edir, bütün işlərdə fəal iştirak etməyə çalışır.
Biz də dəyərli üzvümüzə, elimizin dəyərli, duyarlı ağsaqqalına uzun ömür və fəaliyyətində bol-bol uğurlar arzulayırıq…
Elimizdən azan səsi, ozan səsi və ağsaqqal səsi əskik olmasın!

Şərafət Şəfa,
Agsaqqallar.com

Türk Ağsaqqallar İctima Birliyi

Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18 sentyabr – Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Milli Musiqi Günü dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur.

1995-ci ildə  Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.

Milli Kitabxanada bu münasibətlə “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

 Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər   https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi  sərgidə isə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar,   Azərbaycan musiqi sənətinin təşəkkülü və inkişafı tarixi, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, Milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti,  Azərbaycanın milli musiqi alətləri və s. haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Mənə qaçqın dedi dostum

SAKİTLƏŞİN!

1993-cü ildə Cəbrayıl rayonu Hovuslu kəndində daşnaklar tərəfindən tar-mar olunmuş ATA YURDUM…
Bir zamanlar bu görkəmdə idin… Hazırkı görkəmin isə ürəyimi param-parça edir… Hələ də göz yaşları ilə yaşayırıq… Ata-Anam yurdum deyə deyə köçdü həyatdan… De nələrini, kimlərini itirmədik… Kənardan baxana çox asn gəlir…
Məcburi köçkünlərə, Qaçqınlar heç nəyiniz olmayıb deyənlərə bu şəkili göndərirəm. Yaxşı-yaxşı baxın qaçqıların, məcburi köçkünlərin işğal altında qalan bu cür şəkildə gördüyünüz evlərinə və onların 30 ildə çadır şəhərciklərində, yarımçıq tikililərdə, yataqxanalarda çürütdükləri silinməz iz buraxan qara bəxtli talelərinə!
Allah bütün Şəhidlərimizə Rəhmət eləsin. Müharibə Veteranlarımızı, Qazilərimizi, bir sözlə Ordumuzu Allah qorusun.
Bir zamanlar yazmışdım…
“MƏNƏ QAÇQIN DEDİ DOSTUM” şeirimi 2017-ci ildə çap olunmuş “İÇİMİZDƏ YURD ADLI YARAMIZ VAR” şeirlər kitabından oxuyun…

Mənə qaçqın dedi dostum,
Huşsuz oldum, lap pis oldum.
Dedim “dostum” yaxına gəl,
Boş-boşuna danışma “bəy”…


Ardını şeir kitabımdan oxuyun (Bir çox kitabxanalarda kitablarım var)…
Oxuyduqdan sonra hər şeyi biləcəksiniz…
Tanrı Dünyamızı qorusun. Dünyanın malı, var-dövləti Dünyada qalacaq…
SAKİTLƏŞİN! SAKİTLƏŞİN! SAKİTLƏŞİN!

Müəllif: Ədalət ƏROĞLU

AYB və AJB-nin üzvü,
Hüquqşünas-şair
.

ƏDALƏT ƏROĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN

11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.

“Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları, elm adamları sərgidə təmsil olunacaq.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Sərgiyə giriş ödənişsizdir.

Sərgidə iştirakla bağlı qeydiyyat sənədləri ən son 2025-ci il sentyabrın 25-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Qaynar xətt: (+99412) 147

📧 bakubookfair@culture.az
🌐 www.bakubookfair.az
📸 Instagram: @baku_book_fair

YAZARLAR.AZ
============

<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>

“XƏZAN” JURNALI – 68

“XƏZAN” JURNALI – 68

“Xəzan” jurnalının altmış səkkizinci sayı çapdan çıxıb. Yüz səhifəlik jurnal nəsr əsərləri, poeziya və publisistik yazılarla zəngindir.
Jurnal bu sayında şairlərdən Dəmir Çeşməli(75), Məmməd Tahir(70), Zəhra Səfəralıqızı(65) və Rəhman Bayramı(60) müvafiq yubiley yaşlarının tamam olması münasibətilə təbrik edib və onların yaradıcılıqları haqda yazılar, eyni zamanda yaradıcılıqlarından nümunələr seçərək oxucuların ixtiyarına çıxarmışdır.
Jurnalın YAZI DÜZÜMÜ aşağıdakı kimidir:

Redaktor guşəsi
-“Mətbuat bayramı ilə Əlifba və Ana dili günü”
-Fazil MUSTAFA – “Məmməd Tahir – 70” (təbrik məktubu)

Publisistika
-Günay RZAYEVA, Faiq NƏSİBOV – “Yaşayırsan, ölməmisən, şair” (Bəxtiyar Vahabzadənin 100 illiyinə)
-Əli BƏY AZƏRİ – “Bayatı ilə rübai arasında” (Dəmir Çeşməli yaradıcılığında xalq folkloruna bənzər yeni poetik tapıntılar mövcuddur)
-Hikmət MƏLİKZADƏ – ““Qoca adam”da İRADƏ və TƏSƏVVÜR, yaxud həyat sadə bir yaşantıdır…” (Zəhra Səfəralıqızının “Qoca” kitabına daxil olunmuş hekayələr haqqında)
-Əli BƏY AZƏRİ – “DƏRDDƏN BÖYÜK DƏRD LİBASINDA” (Arzu Kazımqızı Nehrəmlinin “Bir gecəlik yuxu” şeirlər toplusu haqqında)
-Güldanə MEHDİYEVA – “Azərbaycan dili tədrisinin tarixi”
-Əhməd HAQSEVƏR – “Şair Xəyyam Avşar”
-Tuğba GÜL(Türkiyə) – “Ayrı bayraqların kölgəsində eyni duaların səsindəyik!”
-Güldanə MEHDİYEVA – “Poeziyamızın Bəxtiyarı”
-Əli BƏY AZƏRİ – “Zəhra Səfəralıqızının “Zəngilanlılar”ı”

Poeziya
-Məmməd TAHİR – “Məhbəsdə bitən çiçək” (poema)
-Dəmir ÇEŞMƏLİ – “Tapılmır”, “Çəkirəm”, “İz olmaq olmur”, “Dünya”, “Dinmədi”, “Məhəbbətim”, “Dağların”, “Gəlirdim”, “Gedir”, “Yerindəydi”, “Şeirlərim”, “Gördüm”, “Burda”, “Göründüm”, “Sən necəsən?”, “Gəlsən – 1”, “Gəlsən – 2”, “İki yarpaq”, “Bayatı dəsti” (şeirlər)
-Rəhman BAYRAM – “Başqadı”, “Bəs”, “Dəyməz”, “Deyiləm”, “Gəz məni”, “Apar məndən”, “Dahilər mayakım, ilham mənbəyim”, “Keçmiş xatirələr dərd ortağımdı”, “Qocalar evi”, “Qəşəngdir”, “Qocalanda”, “Quş yuvası”, “Anamız beləcə böyütdü bizi”, “El ağlamasın”, “İçində” (şeirlər)
-Şahməmməd DAĞLAROĞLU – “Hökumə, el qızı”, “Deyiləm”, “Hərdən yaxın gəl”, “Vətəndir indi”, “Yaxşı ki, sən varsan”, “Məhəbbətin”, “Aralı”, “Dördlük”, “Necə sevməyim?”, “Vaxt olur”, “Ya öldür, ya xilas et”, “O dadı”, “O damda”, “Dostlara xitab”, “Nə olar”, “Yada belə”, “Sarı, sarı”, “Dəlidən doğru xəbər”, “Yaradandı”, “Sevənlərə ölüm yox”, “Narahatam” (şeirlər)
-Zeynəb CƏMALƏDDİN – “Bil”, “Bir”, “Dəryadan damcılar”, “Olmur”, “Süveyda”, “Zamanla yolçuluq”, “Tək əlac”, “Qar adam”, “Qarsalar”, “” (şeirlər)
-Xəyyam AVŞAR – “Sənsiz qəribəm”, “Anamdır”, “Axirət evi”, “Taparsan məni”, “Necə ağlamayım?”, “Düşünmə ki, Xəyyam dəli olubdur”, “Sən yenidən qurdun məni”, “Hər zaman bizimləsən”, “Nə etmişdim?”, “Ağlamasın”, “Gəl birlikdə ömür sürək”, “Mənim bəxt yazmağa yoxdur qüdrətim” (şeirlər)
-Elşad KƏLBƏCƏRLİ (Comərd Qazi) – “Mənim – 1”, “Şəhid atası”, “Unutdun”, “Mələyim var”, “Mənim – 2”, “Ay ana”, “Sevənim gəlsin”, “Qalmayıb”, “Kül oldum”, “Dünya”, “Qəzəl” (şeirlər)
-Rəqsanə XƏLİLOVA – “Allah, məni möhtac etmə heç kimə”, “Şükür ki, varımsan”, “Gəl, görüşək” (şeirlər)
-Natiq ABDİNOV – “Təranə müəllim”, “Şair Damət Salmanoğlu” (şeirlər)
-İbrahim ŞAŞMA(Türkiyə) – “Azərbaycan salamlaması”, “Kəhribar”, “Cam qırığı” (şeirlər)

TƏRCÜMƏ
-Zeynəb CƏMALƏDDİN – “Sonet 30 (Vilyam Şekspir)”, “Dua (Mixail Lermantov)”, “Yaxın gələcəyin rəsmi (Grahan Riçard Smit)”, “Qış səhəri (Aleksandr Sergeyeviç Puşkin)” (şeirlər, tərcümələr)

Nəsr
-Zəhra SƏFƏRALIQIZI – “Şöhrət” (pritça-hekayə)
-Xaliq AZADİ – “Bəydəmir ocağı” (povest)
-Dərya QILIC – “Çinarın yuxusu”, “Ünvansız oğlan” (hekayələr)
-Damət SALMANOĞLU – “Filmin sonu”, “Yuxu” (hekayələr)
-Mənsurə XƏLƏFBƏYLİ – “Çətin adam”, “Dəmir tabut” (hekayələr)
-Etibar HƏSƏNZADƏ – “Sevgi bəstəsi” (hekayə)
-Nazim ƏHMƏDLİ – “Sol ayağın yuxusu” (hekayə)

PDF BURADN OXU: >>>> “Xəzan” jurnalı PDF №68

“Xəzan” jurnalı

Əli NƏCƏFXANLI – “Yardımlı” sözünə qafiyə

Əli Nəcəfxanlı : – “Bir gün ustad Məmməd Aslan mənə dedi ki, “Yardımlı” sözünə qafiyə tapmaq çətindir. Dedim, sən istəsən taparsan…”

“Yardımlı” sözünə qafiyə

Məmməd Aslan, imtahana çəkmə gəl məni,
“Yardımlı”ya həmqafiyə sözmü qəhətdi?
Sən ki, səpib göyərdənsən sözü, kəlməni,
Xeyir ola, odmu sönüb, közmü qəhətdi?

Neçə kərə yolun düşüb bizim dağlara,-
Dərələrdə əks-səda verməyib səsin?
Könül quşun can atanda göy yaylaqlara
Tutmamısan “Yardımlı”nın bir qafiyəsin?

Nə söyləyər söz sahibi, laf yiyələri,
Kəklik azan dumanlarda azmısan yəqin.
Xoruz səsi eşitməyən qafiyələri
Kağıza yox, qayalara yazmısan yəqin.

Dönə-dönə öpmək üçün çiçəkli yazı
Pərvazlanıb uçsan yenə Yardımlıya sən,
Bədahətən yüz qafiyə deyərsən azı
Gül içində addımlaya-addımlya sən.

Buludu gah ağa çalar, gah da maviyə,
Zər qarışar sularının hər damlasına…
Olmasa da, yoxdan yarat, üç-dörd qafiyə
Tapılmazmı könlümüzün Yardımlısına?

2002-ci il

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

SONBAHAR HAYALİ

ŞART

Yüreğimi kemiriyor gam,
Kanımı içip semiriyor dert.
Acılara yenilmemek için,
Artık beni unutman şart!

Hangi yollara çağırırsın hoyrat,
Gel, gönlünü teslim et güneşe, hayat.
Aşk derdinde dökülmemek için,
Hayallere ateş yakar gözyaş.

Dik durur, yenilmez irade,
Kalbimle ebedî yaşar hicran.
Seni bana hatırlatmamak için,
Güneşi görmemem şart.
Ben güneşi sevmemem şart!

SONBAHAR HAYALİ

Güneş yorgun bakar titreyerek,
Dünya altın renkte ışıldar.
Yeşil bahçeler veda eder,
Ve bitkin el sallayarak kalır.

Sıcak günler gücü tükenir,
Ay da mahzun bakar göğe.
Hayallere masallar söyleyip,
Kırık gönlüm hâlâ közde.

Penceremi öper yaprak dökümü,
Yüreğimde donmuş bir söz.
Yine seni hatırlatır bana,
Gözyaşım gibi dökülüyor sonbahar…

SEVGİ

Sevgi senin… acılarından?!
Tatmamış kalp var mı acaba?
Azaplara verip canını,
Gönül ayrılıklara yar mı acaba?

Sevgi senin… işkencelerinden,
Hasrete yanar geçer yıllar.
Aşkın gizli masalında,
Mutluluk sarayına yürür diller.

Sevgi senin… acılarından,
Güneşin de yüreği donar.
Kalplere yardır muhabbat,
Yoldaş olur en tatlı sözler.


Yollar uzak, menziller ırak,
Her saniye kalbimdesin.
Özlem gönle titrek salar,
Benim en tatlı dileğimdesin.

Uzanırsam göğe, kopar sanki,
Gönüller yakın, kalpler bir adım.
Sen bedenimde yaşıyorsun ama,
Ben kalbinden yabancı adam.

Müəllif: Elboy KULMONOV

ELBOY KULMONOVUN YAZILARI

Elboy KULMONOV

Elboy KULMONOV

Elboy KULMONOV, 29 Mayıs 1992’de Kaşkaderya ilinin Koson ilçesinde doğdu.

Karshi Devlet Üniversitesi Tarih Fakültesi’nden mezun oldu.

Yaratıcı eserleri, cumhuriyetin ve çeşitli uluslararası ülkelerin dergilerinde yayımlandı.

“Duygular Şehri” (2019), “Gönül Saroy’u” (2021) ve “Gönlümün Kâbesi Annem” (2022) adlı şiir kitapları ile “Ülkede Saygı Görenler” ve “Aydınlanma Parıltıları” adlı tanıtım kitapları Özbek-Kırgızca’da yayımlandı.

2023 yılında Rusya, Altın Kalem Ulusal Edebiyat Ödülü için düzenlenen uluslararası yarışmaya katıldı.

2025 yılında Türksoy Uluslararası Örgütü’nün “Ahmet Baytursunov” edebiyat ödülüne layık görüldü.

Asya Teknoloji Üniversitesi’nde 1. sınıf yüksek lisans öğrencisi.

Halen Özbekistan Yazarlar Birliği Kaşkaderya Bölge Şubesi’nde başuzman olarak çalışmaktadır.

Özbekistan Yazarlar Birliği Üyesi.

"…yazarlar, ancaq yazarlar…"