ADALET, MÜLKÜN TEMELİDİR!

ADALET, MÜLKÜN TEMELİDİR!

1750 yılında, Alman Prusya Kralı Büyük II. Frederick, Berlin yakınlarındaki Potsdam Ormanları’nda gezinirken, bir değirmenin bulunduğu alçak bir tepe üstünde durur.

Manzara güzel, hava nasıl ferahtır.

  • Yazlık sarayımı burada yapalım! der, sessiz ve sakin kapanıp okumayı çok seven, kütüphanesiyle ünlü kral..
  • Değirmeni satın alıp yıkın, yerine saray yapın! der adamlarına..
    Adamları değirmenciye gider ve kralın bu isteğini iletirler.
    Değirmenci malını satmak istemez.

Kral değirmenciyi huzuruna çağırtır;

  • Yanlış anladınız herhalde beyefendi, ben satın almak istiyorum orayı. Kaça satarsınız? diye sorar.
  • Yanlış anlamadım efendim.
    Adamlarınıza da söyledim.
    Değirmenim satılık değil! der değirmenci.
  • Beyefendi inat etmeyin! Paranızı fazlasıyla vereceğim, diye ısrar eder Kral..

Değirmenci direnir;

  • Sen koskoca kralsın, paran çok.
    Git Almanya’nın istediğin yerinde saray yap!
    Burayı benden önce babam işletiyordu.
    O’na da babasından kalmış, ben de çocuğuma bırakacağım.
    Değirmenin bahçesinde dedemin, babamın mezarları var.
    Ben de ölünce yanlarına gömüleceğim.
    Burası bizim aile ocağımız. Satılık değil!

Sabrı tükenen ve sinirlenen Kral Frederick ayağa fırlar ve gürler;

  • Sen benim Prusya Kralı Friedrick olduğumu bilmiyor musun yoksa?

Değirmenci;

  • Senin kral olduğunu biliyorum ama ben de bu değirmenin sahibi Sans-Souci’yim.

Kral öfkeden deli olur;

  • Madem benim kim olduğumu biliyorsun, o halde zorla alabileceğimi de biliyor olmalısın.
    Bakalım o zaman ne yapacaksın?

Değirmenci hiç telaşa düşmez ve tarihe geçecek ve dünyanın her yerinde Adalet’in sloganı olacak ünlü lafını söyler;

  • SEN KRALSIN AMA.. BERLİN’DE DE HAKİMLER VAR!.

Kral, kendi ıslah ettiği adalet sistemine ve o düzenin yargıçlarına halkın nasıl güvendiğini ve mahkemelere kralın bile laf geçiremeyeceğine inandığını anlar ve adamlarına, ayni tarihe geçen sözünü söyler;

  • Hiçbir güç, hiçbir siyaset, hiçbir iktidar, kral bile olsa adaletten üstün değildir!

Hiç kimse adaletin üstüne çıkamaz.” Kral II. Friedrich bu yel değirmeninin Prusya Krallığı devam ettikçe korunmasını ister ve sarayını hemen onun altına inşa ettirir.

Değirmencinin ismini, Sarayının da adı yapar..
“SANS – SOUCI SARAYI”
Saray ve değirmen günümüzde hala bir “Adalet Simgesi” olarak o tepede arka arkaya duruyorlar.
Ne güzel bir adalet ki.. Kralın arka bahçesinde bir değirmenci olabiliyor.

Ne güzel bir adalet ki, bir kralla, bir değirmenciyi komşu ve dost yapıyor..

Belki de sabahları Prusya Kralı II. Frederick, arka bahçeye çıktığında, değirmenci O’na seslenirdi;

  • Hey Frederick, sımsıcak ekmek yaptım, göndereyim mi?
    Belki, Prusya Kralı II. Frederick anlatırdı;
  • Adalet her sabah bana, taze ve sıcak bir ekmek kokusuyla gelirdi..

Yıllar sonra genç bir Osmanlı subayı, bir yılbaşı gecesi Berlin’de bir davete katılır.
Arkadaşlarına bu hikâyeyi anlatır ve teklif eder;

  • Haydi gidelim ve bu sarayı görelim!
    Değirmen de hala duruyormuş, sarayın arkasında..
    Kimse yılbaşı balosunu bırakıp o soğukta dışarı çıkmak istemez.
    Genç subay kararlıdır.
    Tek başına çıkar gider.

Tek başına bu eşsiz anıta bakar..
O genç subay, Mustafa Kemal’dir.
Ve Kurucu Lider Mustafa Kemal ATATÜRK, genç Türkiye Cumhuriyeti’nin tüm mahkeme salonlarında, yargıçların arkasındaki duvara asılacak sözü yazdırır;

ADALET, MÜLKÜN TEMELİDİR!

Müəllif və mənbə: Sunay AKIN

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“BİR OĞUL İSTƏYİR VƏTƏN”

“BİR OĞUL İSTƏYİR VƏTƏN”
yaxud, hamının yaxşı tanıdığı şair Ramiz Duyğun

Onu mən də tanıyırdım. Hardan tanıyırdım, necə tanıyırdım, xatırlamıram. Bir onu bilirəm ki, adı çəkiləndə bir doğmalıq hiss edirdim. Elə bilirdim ki, hardasa, uzaq qohumlarımdan biridir, nə vaxtsa yaxından görmüşəm, danışmışıq, aramızda dostcasına səmimi ünsiyyət yaranıb.
Sən demə, bu, mənim şüuraltı yaddaşımda belə yer alıbmış. Axı mən də XX əsr səksəninci illərin uşaqlarındanam. O vaxt məktəb illərim, yeniyetməlik dövrüm keçib.
Onda ucqar bir dağ kəndində yaşayırdıq. Kəndimizdə səkkizillik məktəb açılandan sonra məktəbə televizor da vermişdilər. Bizim kəndə gələn ilk televizor o olmuşdu. Qarlama göstərirdi, bəzən ekrandakılar güclə seçilirdi. Məktəb direktorunun evinə toplaşıb televizora baxırdıq. Dəqiq yadımdadır, həftə ərzində iki dəfə yığışırdıq; bir “Səhər görüşləri”nə, bir də Ramiz Məlikovun apardığı “Hünər” verilişinə…
Beləcə, illər çox sürətlə gəlib keçdi. Dövran dəyişdi, insanlar dəyişdi. O boyda Sovet imperiyası dağıldı. O boyda Sovet imperiyasının köynəyindən çıxan hər bir müttəfiq respublika müstəqil ölkəyə çevrildi, özü də imperiya qüdrəti ilə… heç kimə, heç bir ölkəyə sığınmadı. Gün gəldi, Ramiz Məlikovu yenidən televizorun ekranından gördük. Həmin görkəmdə, daha zabitəli, həmin duruşunda, daha ötkəm, daha vüqarlı və qürurlu, danışığını dinlədik, həmin ibarəli və məntiqli ifadələri ilə, bu dəfə daha kəskin, daha qətiyyətli… Bu dəfə onun hədəfində məchul düşmən deyil, konkret erməni faşizmi vardı, axı o, indi “Hünər” verilişini aparmırdı, yeni yaranmış müstəqil ölkənin Müdafiə nazirliyinin Mətbuat xidmətinə rəhbərlik edirdi.
Birinci Qarabağ savaşı “Atəşkəs” rejimində davam etdirildi.
İllər keçdi.
Bir vaxtlar “Hünər” verilişini səbrsizliklə gözləyən mən də yaşlandım, hərbi xidmətimi başa vurub təqaüdə çıxdım. Ancaq Qarabağ azad olunmadı. “Atəşkəs” rejimi davam edirdi. Belə bir vaxtda Ramiz Duyğunla şəxsi tanışlığımız yarandı. Onun görüşünə əksər hallarda sadiq silahdaşı, həm də yetirməsi şair Mahir Cavadlı ilə gedirdik. Qismətə bax ki, polkovnik Ramiz Duyğun Mahir Cavadlını gənc yaşlarında boyunu sevə-sevə yenicə yaratdığı “Sərhəd” qəzetində işə və hərbi xidmətə götürmüş, ona ilk zabit rütbəsini verdirmişdi. İndi Mahir Cavadlı da təqaüddəydi, özü də polkovnik rütbəsində.
Ramiz Duyğun uzaqgörən idi, dünya gedişatından baş çıxarırdı. Onunla hər zaman bu barədə söhbətlər edir, hədəflərini nəzərə alırdıq. Əksər hallarda da düz çıxırdı. Bir dəfə necə olmuşdusa, görüşümüzdə Mahir iştirak eləmirdi. Yenicə bitirdiyi “Bir oğul istəyir Vətən” poemasını oxuyur, detallarını müzakirə edirdik. Onda hələ 2020-ci ilin may ayıydı. Bizdən heç kimin ağlına gəlməzdi ki, tezliklə nələr baş verə bilər. Yatsaydıq, heç yuxumuza da girməzdi. Həm də elə bir tarixi şərait yetişməmişdi. Ramiz Duyğin isə bunu qətiyyətlə vurğulayırdı. Yekunda poemanın tezliklə yayılmasını və hamı tərəfindən oxunulmasını istədiyini bildirdi. Artıq axşam olduğundan kimə müraciət edəcəyim barədə düşünürdüm. İlk ağlıma gələn əslən Kəlbəcərdən olan şair Namiq Dəlidağlı oldu. O, həm də “Dəlidağ.az” saytının rəhbəriydi. Əlaqə saxladım. Müsbət münasibət bildirdi. Elə həmin gecə Ramiz Duyğunun “Bir oğul istəyir Vətən” lirik poeması minlərlə oxucunun nəzərinə çatdırıldı.
44 günlük savaşdan sonra da Ramiz Duyğunla görüşdük. Antiterror əməliyyatından sonra da əlaqələrimiz oldu. Sonuncu dəfə 2025-ci il fevralın 10-da – şairin ad günündə onun qonağı olduq. Yenə də Mahirlə getmişdik. Ramiz Duyğunun yaxın dostlarından məşhur cərrah-həkim-uroloq Südeyf İmamverdiyev də oradaydı. Şairin ailə üzvləri ilə bir neçə saat bir yerdə olduq, söhbətlərini dinlədik.
Ramiz Duyğun həmişəki kimi ötkəm, məntiqli danışırdı. Yaddaşı çox güclü idi. Ən azından ötən səksən ilin harasından söhbət salsaydıq əhatəli, təfsilatı ilə məlumat verərdi. Düşüncəli, məntiqəuyğun proqnozları ağlabatan görünürdü. Bir sözlə; böyük ürək sahibi Azərbaycanın vurğunuydu, təpədən dırnağa kimi Vətən rənginə boyanmışdı, mayası Vətən xəmiri ilə yoğrulmuşdu.
Tezliklə onun doxsan yaşında toplaşmaq arzusu ilə şairlə görüşüb ayrıldıq. Amansız ölüm arzularımızı ürəyimizdə qoydu. Bir də eşitdik ki, əcəl onu aramızdan aparıb.
Cismani olaraq aramızda yoxdursa da, əziz xatirəsi daima qəlbimizdədir.

24 mart 2026-cı il, Xırdalan şəhəri

Əli bəy Azəri

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etiraz postu

SONUNCU DÖYÜŞ
(hekayə)
1994-cü ilin soyuq yaz günlərindən biri idi. Birinci Qarabağ müharibəsi artıq taleyüklü mərhələyə qədəm qoymuşdu. Füzuli cəbhəsində hər gün yeni bir sınaq, hər saat yeni bir döyüş demək idi. Torpaq yorulmuşdu, səma isə barıt qoxusuna alışmışdı.
Boz çöllər uzanıb gedirdi. Sanki həyat bu torpaqlardan çəkilmişdi. Yalnız arabir eşidilən mühərrik səsləri və uzaqlardan gələn top atəşləri bu səssizliyin içində bir vahimə yaradırdı. Bu səssizliyin ortasında isə bir post vardı — “Etiraz” postu.
Bu ad təsadüfi deyildi.
Posta bu adı verən 23 mm-lik zenit qurğusunun komandiri — Ağdamın Yusifcanlı kəndindən olan çavuş Etiraz Mejdinov idi. Onun  özü də adı kimi idi — inadkar, dönməz, qətiyyətli.
Otuz yaşı vardı. Çoxdan tərxis olunmalı idi. Amma o, hər dəfə eyni sözləri deyirdi:
— “Adım Etirazdır!”
Bu söz onun həyatının andına çevrilmişdi.
Ağdam veriləndən sonra onu bir neçə dəfə ordudan tərxis etmək istəmişdilər. O isə geri çəkilməyi yox, irəli getməyi seçmişdi. Ən ağır nöqtəyə — Füzuli cəbhəsinə könüllü gəlmişdi.
Səhər yeni açılırdı. Hava sazaq idi. Çöllər yavaş-yavaş yaşıllaşsa da, bu yaşıllıq həyat yox, daha çox xatirə kimi görünürdü.
Etiraz əsgərlərini düzdü. Onlar cəmi altı nəfər idilər. Amma bu altı nəfərin ürəyi bir batalyon qədər idi.
— Uzaqlıq ölçəni yaxşı qoruyun, — dedi. — Hələlik ona ehtiyac yoxdur. Düşmən beş addımlığımızdadır.
Ən gənc əsgəri — rabitəçini çağırdı. Ona uzaqlıq ölçəni və məxfi sənədləri verdi.
— Bunları apar, gizlət. Yerini unutma. Heç vaxt düşmən əlinə keçməsin.
Sonra əsgərlərin gözlərinin içinə baxdı. O baxışlarda qorxu yox idi, yalnız qərarlılıq vardı.
— Hamımız burada ölə bilərik, — dedi sakit səslə. — Amma bir addım geri yoxdur.
Bir anlıq sükut çökdü.
— Adımız nədir? — deyə soruşdu.
Hamısı bir ağızdan cavab verdi:
— ETİRAZ!
Birdən səma yarıldı. Mərmilər başlarının üzərindən vıyıldayaraq keçdi.
Etiraz dərhal əmr verdi:
— Rabitəçi! Qaç! Qərargaha de: biz sona qədər döyüşəcəyik. Amma kömək lazımdır!
Əsgər qaçdı.
Etiraz zenit qurğusunun arxasına keçdi. Ayağını atəş pedalının üstünə qoydu və komanda verdi:
— “Heyət, Döyüşə!”
Zenit qurğusu sanki canlandı. Əsgərlərin “ördəkvuran” adlandırdığı silah gurultu ilə atəş açmağa başladı.
Səma titrəyirdi.
Qarşıdan üç ədəd BMD* irəliləyirdi. Onlar tank kimi görünürdü, amma Etiraz onları yaxşı tanıyırdı.
— Qorxmayın! — qışqırdı. — Onlar düşündüyünüz kimi möhkəm və qorxulu deyil!
Birinci BMD atəş zonasına düşən kimi alova büründü.
İkincisi də çox keçmədi ki, sıradan çıxdı.
Amma üçüncüsü dayanmadı.
O, irəliləyirdi.
İnadla.
Sanki ölümə meydan oxuyurdu.
Döyüş şiddətləndi.
Doldurucular yaralandı.
Tuşlayıcı şəhid oldu.
Sürücü də yerindəcə can verdi.
Zenit qurğusunun ətrafı qan içində idi.
Etiraz özü də neçə yerdən yaralandığını hiss etmirdi artıq. Bədəni ağırlaşmışdı. Amma ayağı hələ də pedalın üstündə idi.
Qurğuda mərmi azalırdı.
Son gücünü topladı.
Qarşıdakı BMD artıq 10-15 addımlıqda idi.
Etiraz lüləni düz onun üstünə yönəltdi.
— Etiraz… — deyə pıçıldadı.
Sonra bütün gücü ilə pedalı basdı.
Atəş başladı.
Dünya o anda yalnız səsdən ibarət idi.
Birdən hər şey dayandı.
BMD yerində dondu.
Sonra tüstülənərək hərəkətsiz qaldı.
Sükut geri qayıtdı.
Boz çöllər yenidən susdu.
Kömək çatanda artıq hər şey bitmişdi.
Uzaqlıq ölçən və sənədlər sağ-salamat idi.
Post sona qədər dayanmışdı.
Düşmən geri çəkilmişdi.
Qərargahdan gələnlərin arasında bir türk zabiti də vardı — minbaşı Levent bəy.
O, zenit qurğusuna yaxınlaşdı.
Etirazın bədəninə baxdı.
Ayaqları hələ də atəş pedalına sıxılmışdı.
Barmaqları donmuşdu.
Sanki hələ də döyüşürdü.
Levent bəy başını aşağı saldı.
Göz yaşları yanağından süzüldü.
— İşte Türk əsgəri böylə olur… — dedi titrək səslə.
— Bir ölür, min diriliriz…
Yüngül yaralı əsgər döyüşü danışanda səsi əsirdi.
Amma gözlərində qürur vardı.
Çünki o gün altı nəfər bir cəbhəni saxlamışdı.
Çünki o gün bir ad tarixə yazılmışdı:
ETİRAZ.
Bəzən torpaq susur.
Amma o sükutun altında qəhrəmanların səsi yatır.
Füzulinin boz çölləri o gündən sonra daha heç vaxt əvvəlki kimi olmadı.
Çünki o torpaq bir əsgərin son nəfəsini, son gücünü və son döyüşünü yadda saxladı.
Bu, sadəcə bir döyüş deyildi.
Bu, bir xalqın geri çəkilməmək andı idi.
Bu, bir adın taleyə çevrildiyi an idi.
Bu, “Sonuncu döyüş” idi.

****

Etirazın sonuncu döyüşü müzəffər ordumuzun şanlı zəfərlərlə dolu yeni döyüşlərinin başlanğıcı oldu. “Etiraz” postunda burnu ovulmuş düşmən qüvvələri ordumuzun həyata keçirdiyi bir-birindən uğurlu əməliyyatlar nəticəsində Füzuli cəbhəsində qəti olaraq geri oturtduldu. Etiraz kimi oğulların inadlı dirənişi, müqaviməti nəticəsində daha irəli getməyin mümkün olmadığını anlayan düşmən o, şəhid olandan cəmi iki gün sonra atəşkəs müqaviləsi imzalamağa məcbur oldu.
8.03. – 16.03.2026.
Ağcabədi, Ağdam, Bakı.

*BMD –  (БМД – Боевая Машина Десантная  — Desantın Döyüş Maşını – DDM) – БМД -1,  БМД-2 və БМД-3 olmaqla modifikasiyaları mövcuddur. Ermənistan Respublikasının Silahlı Qüvvələrində 5 ədəd БМД-1 olduğu ehtimal olunur ki, onların 5-i də Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazisində istifadə olunub.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

Əvvəli burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

IV yazı

… Müstəqilliyimizin ilk illərindən başlayaraq Səməd Vurğun yaradıcılığı şəxsiyyəti,həyatı barədə qərəzli təftişlər mətbuatda yer almağa başladı və bu zərərli təftiş bu günə qədər də davam etməkdədir.Həmin o illərdə Səməd Vurğun poeziyasına irad bildirirdilər ki,o,partiyaya,komsomola,Leninə,Stalinə şeirlər həsr edib.Düzdür,bu yazıların cavabları verilirdi.Cavab isə çox sadə idi:Partiyaya,komsomola,Leninə Stalinə SSRİ də elə şair,yazıçı yox idi ki, şeir,poema,pyes,hekayə,povest,roman həsr etməmiş olsun.Hətta sonralar repressiya olunaraq güllələnən şairlər də Stalinə əsərlər həsr etmişdilər (Mikayıl Müşfiq).Avropada demokratik fikrin az qala ikona kimi səcdə etdiyi Anna Axmatovadan tutmuş,Pasternaka,Marina Svetayevaya qədər,yaxud Türk Nazim Hikmətdən tutmuş,Çilli Poble Nerudaya qədər… Stalinə,leninə əsərlər həsr etmişdilər.Hətta sonralar “rus ədəbiyyatının vicdanı” (Soljenitsinin əsırlərini redaktoru olduğu “Новый мир”
dərgisində çap etdiyi görə vermişdilər bu adı ona) adlandırılacaq Aleksandr Tvardovski 1949- cü ilin dekabrında,Stalinin 70 illik təntənələrində, Stalinə həsr etdiyi tərif dolu poemasından hissələr oxumuşdu.Sontalar Xruşov tərəfindən şəxsiyyətə pərəstiş tənqid hədəfinə çevriləndə,həmin o “rus ədəbiyyatının vicdanı” sayılan Tvardovski,heç bir təzyiqə- filana məruz qalmadan həmin əsərdən imtina etmişdi.Və bu günkü rus içtimai fikri Tvardovskinin bu qeyri- ciddi əməlinə müsbət mənada yüz cür don geyindirirlər.Yəni Stalinə münasibətdə şəraitə uyğun gah nala,gah da mıxa vuran Tvardovski,bu gün Rusiyada,Stalinə bu oynaq münasibətinə görə,Səməd Vurğunun Azərbaycanda məruz qaldığı sərt təpkilər qədər təpkilərə məruz qalmayıb…Bu yazımda elə təsəvvür yaranmasın ki,mən Səməd Vurğunun Stalinə Leninə yazdığı əsərləri hansı yolla olursa olsun idealizə etməyə çalışıram.Əsla.Mənim üçün Lenin də,Stalin də qan hərisi,demokratik fikrin ən amansız düşməni,Türk millətlərinə qənim kəsilən despotlardır… Və ən əsası,Səməd Vurğun kimi dahi şairlərin mənim hər hansı müdafimə ehtiyacı olmadığını da bilirəm….Sadəcə,öz həqiqətlərimi yazıram…Müstəqilliyin ilk illərindən sonra Səməd Vurğuna münasibətdə daha sərt mövqelər sərgiləndi.Səməd Vurğunun bütün müsbət keyfiyyətlərini,saysız- hesabsız insanlara etdiyi yaxşılıqlarını ğörməzdən gəlib,bir- birindən gözəl şeirlərinin üstündən sükutla keçənlər,1937-ci il repressiyasında həbs edilən məşhurlarımızın məhvində Səməd Vurğunun da əli olduğunu deyən insanlar da oldu.,”Səməd Vurğun kimisə satıb,Səməd Vurğunun yazdığı “ünvanlı şeirlər” guya,kiminsə ölüm fərmanı olub – deyənlər də və s…Bəs əslində vəziyyət necə idi? Mən bəzən 37-ci ildən söhbət düşəndə,çoxlarına qəribə gəlsə də,deyirəm ki,1937- ci ildə ( ondan bir qədər əvvəl və bir qədər sonra da) Allah ümumiyyətlə mövcud olmayıb. Dünyanı şeytan idarə edib 1937- ci ildə sovet dustaqxanalarındakı günahı olmayan ” müttəhimlər”i,adı bəşər olan insanlar yox,ruhlarını şeytana satmış şəxslər mühakimə edib. Günahsız “müttəhimlərə” cəsa verənlər yenə də adi insanlar yox,zombiləşmiş manyak psixozlar olub…Mənim kitabxanamda bir necə kitab var.Kitablar, Moskvada,sovet dövləti çəkəndən sonra çap olunub.Oxunması son dərəcə ağır olan həmin kitabların bəzi səhifələrində 1937- ci ildə Sovet dustaqxanalarlnda mövcud olan cəza üsullarından da yazıblar: (Məsələn: Евгений Гинзбург:”Крутой маршрут”, Варлам Шаламов “Колымские рассказы”. Олег Волков ,” Я погружение во тьму” və s) .Heç bir günahı olmayan “Xalq düşmənlərinin” gözlərini çıxarırmışlar,dırnaqlarının altına iynə yeridirmişlər,yaxıd dırnaqlarını çıxarırmışlar,kəlbətinlə dişlərini çəkirmişlər, sümüklərini sındırırmışlar,butulka üstündə oturdurmuşlar,boğazlarına qədər olan nəcis ambarlarında saatlarla qalmağa məcbur edirmişlər…Daha dəhşətli bir cəza üsulundan da oxumuşam həmin kitablarda:Müttəhimlərin bəzisini dəmir seyfə salırmışlar.Bu cəza növünü təsəvvür edəndə belə adamın nəfəsi kəsilir:İnsanı güc bəla ilə həmin seyfə salırmışlar.Ağzı kilidlənmiş seyfin içərisində azca qımıldanmağa belə imkanı olmayan bədbəxt dustaq saatlarla o seyfdə qalırmış..Belə zülmü Allah götürərmi? Ona görə deyirəm ki,1937- ci ildə Allah mövcud olmayıb.Ruhlarını şeytana satmış zombiləçmiş manyak pzixozlar edib bunları.O bədbəxt,günahsız “müttəhimlərdən” istədikləri izahatları almaq o manyaklar üçüm su içmək qədər asan olub.O dəhşətləri ğörəndən sonra hansı müttəhim dirəniş göstırə bilərdi ki? Təkcə gerçək dünya ilə ilə deyil,gördüyü dəhşətlərdən ağılları ilə belə əlaqələrini itirən “müttəhimlər” yalan-gerçək kimin üzünə desən dururdular.Ona görə yox ki onları azad etsinlət.Əsla.Çünki,xalq düşməni kimi həbs olunanların böyük qismini sonda hökmən güllələməli idilər.Tapşırıq belə olub.Ona görə o yazıq ” müttəhimlər”, yalan,olmayan “hadisələri” boynima alırdılar,yalnız yaxşılaqlarını görmüş dostıarının üzlərinə ona görə dururdular ki,bu dəhşətlər tez bitsin,onları tez güllələsinlər…1937- ci ildə Bayıl həbsxanasında cəza cəkən dustaqlardan birinin 1995- ci ildə bir yazısını oxumuşdum.Yazırdı ki,bəzən güllələnən adamlara qibtə edirdik.Çünki bəzən aylarla uzanan dindirmələr də olirdu.Demək verilən işgəncələr də aylarla çəkirmiş…Bütün bunları niyə yazıram,? Yəni Səməd Vurgunun “danosu”, “böhtanı” hedabına kiminsə güllələmməsi fikri tamamilə absurddur. O vaxtlar Moskvadan Azərbaycan rəhbərliyinə (həmçinin bütün respublikalara) qəribə məktublar gəlirmiş:Məzmunu da belə olurmuş: Bu il Sizin respublikadan filan qədər( rəqəm də göstərirmişlər) xalq düşməni ifşa olunib həbs edilməlidir.Yəni plan verirmişlər.Və həmin ölüm qoxuyan tapşırıq nəyin bahasına olsun yerinə yetirilməli imiş.Və yetirirdilər də.Şərəfsiz bir hakimiyyətin,sistemin vəhşiliklərə görə Səməd Vurğunu da günahlandırmaq, düzgün deyil axı…

Ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bəhruz Niftəliyev – Ömür paydı

Ömür paydı

Ömür paydı, nə haraydı,
Kisəsindən yeyən deyil?
Qürur elə bir saraydı,
Ucasından enən deyil!

İç səsim də çölə bənddi,
Mən çəkdiyim həmin dərdi,
Candı, ruhdu, əmanətdi,
Bir namərtlə ölən deyil.

Solu boşluq, sağı qardı,
Ağ gördüyün sarğılardı,
Sevsə idi, qarğımazdı,
Mən gördüyüm, görən deyil.

Ürək deyir yara, sarı,
Yar qoxusu, yara sarı,
Qov daxmandan yarasanı,
Yoxsa bülbül dönən deyil.

Nəfəsini meh bilərdim,
Göz yaşınla mərmilərdin,
Ürəyini mən bilərdim,
Yad sevdaya dinən deyil.

Döyüşdüyüm qoç oldumu?
Arzularım puç oldumu?
Tanrı, sənə borc oldumu?
Yeni ömür gələn deyil!..

Yarat məni, başdan yarat,
Bir az möhkəm, daşdan yarat,
Aşıq olub dastan yarat,
Əlindəki qələm deyil?!

27.03.26
15:55

Müəllif: Bəhruz Niftəliyev

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

Oxuyun >> Gözündə tük var

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Zaur Ustac – Sonuncu döyüş

SONUNCU DÖYÜŞ
(hekayə)
1994-cü ilin soyuq yaz günlərindən biri idi. Birinci Qarabağ müharibəsi artıq taleyüklü mərhələyə qədəm qoymuşdu. Füzuli cəbhəsində hər gün yeni bir sınaq, hər saat yeni bir döyüş demək idi. Torpaq yorulmuşdu, səma isə barıt qoxusuna alışmışdı.
Boz çöllər uzanıb gedirdi. Sanki həyat bu torpaqlardan çəkilmişdi. Yalnız arabir eşidilən mühərrik səsləri və uzaqlardan gələn top atəşləri bu səssizliyin içində bir vahimə yaradırdı. Bu səssizliyin ortasında isə bir post vardı — “Etiraz” postu.
Bu ad təsadüfi deyildi.
Posta bu adı verən 23 mm-lik zenit qurğusunun komandiri — Ağdamın Yusifcanlı kəndindən olan çavuş Etiraz Mejdinov idi. Onun  özü də adı kimi idi — inadkar, dönməz, qətiyyətli.
Otuz yaşı vardı. Çoxdan tərxis olunmalı idi. Amma o, hər dəfə eyni sözləri deyirdi:
— “Adım Etirazdır!”
Bu söz onun həyatının andına çevrilmişdi.
Ağdam veriləndən sonra onu bir neçə dəfə ordudan tərxis etmək istəmişdilər. O isə geri çəkilməyi yox, irəli getməyi seçmişdi. Ən ağır nöqtəyə — Füzuli cəbhəsinə könüllü gəlmişdi.
Səhər yeni açılırdı. Hava sazaq idi. Çöllər yavaş-yavaş yaşıllaşsa da, bu yaşıllıq həyat yox, daha çox xatirə kimi görünürdü.
Etiraz əsgərlərini düzdü. Onlar cəmi altı nəfər idilər. Amma bu altı nəfərin ürəyi bir batalyon qədər idi.
— Uzaqlıq ölçəni yaxşı qoruyun, — dedi. — Hələlik ona ehtiyac yoxdur. Düşmən beş addımlığımızdadır.
Ən gənc əsgəri — rabitəçini çağırdı. Ona uzaqlıq ölçəni və məxfi sənədləri verdi.
— Bunları apar, gizlət. Yerini unutma. Heç vaxt düşmən əlinə keçməsin.
Sonra əsgərlərin gözlərinin içinə baxdı. O baxışlarda qorxu yox idi, yalnız qərarlılıq vardı.
— Hamımız burada ölə bilərik, — dedi sakit səslə. — Amma bir addım geri yoxdur.
Bir anlıq sükut çökdü.
— Adımız nədir? — deyə soruşdu.
Hamısı bir ağızdan cavab verdi:
— ETİRAZ!
Birdən səma yarıldı. Mərmilər başlarının üzərindən vıyıldayaraq keçdi.
Etiraz dərhal əmr verdi:
— Rabitəçi! Qaç! Qərargaha de: biz sona qədər döyüşəcəyik. Amma kömək lazımdır!
Əsgər qaçdı.
Etiraz zenit qurğusunun arxasına keçdi. Ayağını atəş pedalının üstünə qoydu və komanda verdi:
— “Heyət, Döyüşə!”
Zenit qurğusu sanki canlandı. Əsgərlərin “ördəkvuran” adlandırdığı silah gurultu ilə atəş açmağa başladı.
Səma titrəyirdi.
Qarşıdan üç ədəd BMD* irəliləyirdi. Onlar tank kimi görünürdü, amma Etiraz onları yaxşı tanıyırdı.
— Qorxmayın! — qışqırdı. — Onlar düşündüyünüz kimi möhkəm və qorxulu deyil!
Birinci BMD atəş zonasına düşən kimi alova büründü.
İkincisi də çox keçmədi ki, sıradan çıxdı.
Amma üçüncüsü dayanmadı.
O, irəliləyirdi.
İnadla.
Sanki ölümə meydan oxuyurdu.
Döyüş şiddətləndi.
Doldurucular yaralandı.
Tuşlayıcı şəhid oldu.
Sürücü də yerindəcə can verdi.
Zenit qurğusunun ətrafı qan içində idi.
Etiraz özü də neçə yerdən yaralandığını hiss etmirdi artıq. Bədəni ağırlaşmışdı. Amma ayağı hələ də pedalın üstündə idi.
Qurğuda mərmi azalırdı.
Son gücünü topladı.
Qarşıdakı BMD artıq 10-15 addımlıqda idi.
Etiraz lüləni düz onun üstünə yönəltdi.
— Etiraz… — deyə pıçıldadı.
Sonra bütün gücü ilə pedalı basdı.
Atəş başladı.
Dünya o anda yalnız səsdən ibarət idi.
Birdən hər şey dayandı.
BMD yerində dondu.
Sonra tüstülənərək hərəkətsiz qaldı.
Sükut geri qayıtdı.
Boz çöllər yenidən susdu.
Kömək çatanda artıq hər şey bitmişdi.
Uzaqlıq ölçən və sənədlər sağ-salamat idi.
Post sona qədər dayanmışdı.
Düşmən geri çəkilmişdi.
Qərargahdan gələnlərin arasında bir türk zabiti də vardı — minbaşı Levent bəy.
O, zenit qurğusuna yaxınlaşdı.
Etirazın bədəninə baxdı.
Ayaqları hələ də atəş pedalına sıxılmışdı.
Barmaqları donmuşdu.
Sanki hələ də döyüşürdü.
Levent bəy başını aşağı saldı.
Göz yaşları yanağından süzüldü.
— İşte Türk əsgəri böylə olur… — dedi titrək səslə.
— Bir ölür, min diriliriz…
Yüngül yaralı əsgər döyüşü danışanda səsi əsirdi.
Amma gözlərində qürur vardı.
Çünki o gün altı nəfər bir cəbhəni saxlamışdı.
Çünki o gün bir ad tarixə yazılmışdı:
ETİRAZ.
Bəzən torpaq susur.
Amma o sükutun altında qəhrəmanların səsi yatır.
Füzulinin boz çölləri o gündən sonra daha heç vaxt əvvəlki kimi olmadı.
Çünki o torpaq bir əsgərin son nəfəsini, son gücünü və son döyüşünü yadda saxladı.
Bu, sadəcə bir döyüş deyildi.
Bu, bir xalqın geri çəkilməmək andı idi.
Bu, bir adın taleyə çevrildiyi an idi.
Bu, “Sonuncu döyüş” idi.

****

Etirazın sonuncu döyüşü müzəffər ordumuzun şanlı zəfərlərlə dolu yeni döyüşlərinin başlanğıcı oldu. “Etiraz” postunda burnu ovulmuş düşmən qüvvələri ordumuzun həyata keçirdiyi bir-birindən uğurlu əməliyyatlar nəticəsində Füzuli cəbhəsində qəti olaraq geri oturtduldu. Etiraz kimi oğulların inadlı dirənişi, müqaviməti nəticəsində daha irəli getməyin mümkün olmadığını anlayan düşmən o, şəhid olandan cəmi iki gün sonra atəşkəs müqaviləsi imzalamağa məcbur oldu.
8.03. – 16.03.2026.
Ağcabədi, Ağdam, Bakı.

*BMD –  (БМД – Боевая Машина Десантная  — Desantın Döyüş Maşını – DDM) – БМД -1,  БМД-2 və БМД-3 olmaqla modifikasiyaları mövcuddur. Ermənistan Respublikasının Silahlı Qüvvələrində 5 ədəd БМД-1 olduğu ehtimal olunur ki, onların 5-i də Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazisində istifadə olunub.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I








Əsəd Cahangirin Cahangirlə söhbəti – Müsahibə + Fotolar

«QƏLƏMI XEYIRXAHLIĞA XIDMƏT EDƏN BIR SILAHA ÇEVIRMIŞƏM…»

Hörmətli oxucular! 
Söhbətdaşımız —tanınmış
özbək şairi və jurnalisti, tərcüməçi
Azərbayan ədəbiyyatının  tədqiqatçı və təbliğatçısı, Azərbaycan Jurnalistlər Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, “Ədəbiyyat və İncə Sənət” portalının Özbəkistan üzrə təmsilçisi Cahangir NAMAZOV.

— Səni ədəbiyyata gətirən yol haradan başlayır?

— Məni ədəbiyyata gətirən yol, hələ dünyaya gəlməmişdən əvvəl başlayıb.
Allah hər bir insanı yaratmazdan öncə onun taleyini, qismətini, gedəcəyi yolu yazır və yalnız bundan sonra onu həyat səhnəsinə çıxarır.
Ədəbiyyat yolu isə taleyin dəftərinə yazılmış ən gözəl nemətlərdən biridir desəm, yanılmaram.
Uşaqlıq illərim dünən kimi yaddaşımdadır.
O zamanlar şairliyin, poeziyanın mahiyyətini hələ dərk etməsəm də, qəlbimdə və ruhumda şairanə bir ovqatla yaşayırdım.
Ən kiçik gözəlliklərdən, təbiətin adi, amma möcüzəvi hallarından belə heyrətlənirdim.
Bəlkə də bu, sözə olan məhəbbətin ilk əlamətləri idi.
Məktəb illərindən etibarən həvəskar kimi şeirlər yazmağa başladım.
Ancaq ədəbiyyat və poeziyanın sadəcə bir məşğuliyyət deyil, mənim əsl yolum, taleyim olduğunu kollec illərində dərindən dərk etdim.
Həyatın daşlı, tikanlı yollarını mətanət və cəsarətlə keçməyimdə isə ədəbiyyat həmişə mənim təmənnasız dayaq nöqtəm olub.

— Özünü daha çox şair, ədəbiyyatşünas, yoxsa jurnalist hesab edirsən?

— Özümü, hər şeydən əvvəl, şair hesab edirəm.
Jurnalistikaya, ədəbiyyatşünaslığa gedən yolum sözün qapısından — poeziyanın dərgahından keçib.
Jurnalistika və ədəbiyyatşünaslıq mənim üçün fəaliyyət və maraq sahəsidirsə, poeziya daxili ehtiyacım, ruhumun nəfəsidir.
Mən jurnalist kimi düşünəndə də, ədəbiyyatşünas kimi araşdıranda da, içimdə bir şair danışır.
Çünki şairlik mənim üçün peşə deyil — haldır.
Poeziya — ruhumun öz-özünə etdiyi zikridir.

— Özbək ədəbiyyatı klassikləri və çağdaşlardan kimin yaradıcılığının sənə daha çox etkisi olub?

— Mənim üçün ədəbiyyatda təsir anlayışı bir müəlliflə məhdudlaşmır; o, ruhdan ruha ötən bir silsilədir.
Özbək klassiklərindən Əlişir Nəvai mənim üçün bir məktəbdir o, sözü yalnız bədii vasitə deyil, həm də vicdan və mənəviyyat səviyyəsinə qaldırmışdır. Babur, Lütfi, Məşrab kimi simalar isə mənim ruh dünyamda dərin iz buraxıb; xüsusilə Məşrabın üsyankar ruhu və ilahi məhəbbətlə yoğrulmuş “dəliliyi” mənə çox yaxındır.
Çağdaş özbək ədəbiyyatı isə ayrıca bir həyat məktəbidir. Rauf Parfi, Abdulla Aripov, Matnazar Abdulhakim, Şevkat Rehman, Sənubar Məhman, Xasiyyət Rustəmova kimi şairlərin yaradıcılığı məni həm estetik, həm də insan olaraq formalaşdırıb.
Onların şeirlərində milli yaddaş, tarixi ağrı, həyatın ziddiyyətləri və insan məsuliyyəti çox güclü şəkildə hiss olunur.
Ümumilikdə desəm, klassiklərdən mən sözün əxlaqını, çağdaşlardan isə ruhla zaman arasında dialoq qurmağı öyrəndim.
Ədəbiyyat mənim üçün keçmişin təkrarı deyil, ruhun davamıdır; hər bir şair isə mənim daxili sükutumu sözə çevirən bir sima olmuşdur.

— Yeni nəsil özbək yazarlarının özlərini realizə etməsinə nə mane olur?

— Dövlətimiz tərəfindən Yazıçılar Birliyinə şair və yazarlara, gənclərə dəstək məqsədilə böyük maliyyə vəsaitləri ayrılıb.
Bu imkanlar, məncə, yeni nəsil üçün həqiqi imkan qapısı olmalı idi.
Lakin təəssüf ki, praktikada bütün istedadlar bu imkanlardan tam şəkildə yararlana bilmir.
Yazıçılar Birliyi həmişə dəqiq istedadları birinci plana çıxarmayıb.
Çox vaxt birliyin dəstəyi ətrafdakı tanış və əlaqəli yazıçılara yönəlir.
Nəticədə, həqiqi istedadlar, ürəyində alovla yaşayan şairlər diqqətdən kənarda qalır.
Bunu söyləməkdən məyusam, amma həqiqət budur ki, sağlam mühit və ədalətli rəqabət yoxdur. Tanışlıq, daxili siyasət və ədalətsizlik gənc yaradıcı üçün ən böyük əngəllərə çevrilir.
Bununla belə, bu vəziyyət gənc şair və yazıçılar üçün sınaqdır.
Ədalət olmayan yerdə heç vaxt yüksəliş və tərəqqi olmaz.
Ən pis olanı isə budur ki, istedadlilar qalır, amma imkanlardan munasib olmayanlar istifadə edir. Həmişə istedadların yolu ağır və çətindir…

— Ədəbiyyatda nəsillərarası qarşıdurma varmı?

— Ədəbiyyatda nəsillərarası qarşıdurma anlayışı tez-tez bir az sadələşdirilmiş və yanlış qəbul edilir.
Əslində isə çox hallarda bu qarşıdurma deyil, bir-birini tam anlamamaqdır.
Böyük nəsil nümayəndələri tez-tez gənc yaradıcıların yeni fikirlərini, dünya görüşünü və təcrübəsiz hərəkətlərini tam anlamır.
Onların baxışları çox vaxt ənənəvi, sistemli və nəzəri əsaslara söykənir.
Buna görə də onlar bəzən gəncləri ehtiyatla izləyir və ya tənqid edirlər.
Bu tənqid, əlbəttə ki, qarşıdurma deyil, əksinə təcrübə və biliklərin qorunmasıdır.
Digər tərəfdən, bəzi gənc yaradıcılar öz istedadı və imkanlarına həddindən artıq güvənərək, kiçik bir təkəbbürə düşə bilərlər. Lakin bu da çox hallarda müvəqqəti və inkişaf prosesinin təbii bir hissəsi kimi qiymətləndirilir.
Çox gənc ustadların yaradıcılığına böyük hörmətlə yanaşır, onların nailiyyətlərini öyrənir və öz daxili səsini belə formalaşdırır.
Bundan əlavə, böyük nəsil nümayəndələri çox vaxt gəncləri dəstəkləməyə, onları düzgün istiqamətlərə yönləndirməyə hazırdır.
Bu isə nəsillər arasındakı fərqi qarşıdurma deyil, öyrənmə və dialoq kimi qəbul etməyə imkan verir.
Beləliklə, ədəbiyyatda nəsillərarası “qarşıdurma” anlayışı çox hallarda anlaşılmazlıq və müvəqqəti fərqlilikdən ibarətdir.
Əslində bu proses gənc və böyük nəsli bir-birini öyrənməyə, bir-birinin ruhunu anlamağa və ədəbiyyatı davam etdirməyə sövq edir.

— Azərbayan və özbək ədəbiyyatının hazırkı durumunu necə müqayisə edərdin?

— Azərbaycan və özbək ədəbiyyatı iki ayrı dilin səsi, lakin eyni ruhun əks-sədası kimidir.
Hər ikisi öz xalqının tarixi, mədəniyyəti və daxili aləmini əks etdirir, sözlə insan ruhunu işıqlandırmağa çalışır.
Azərbaycan ədəbiyyatı klassik ənənələri çağdaş təfəkkürlə birləşdirir, yeni nəsil həm milli ruhu, həm də bədii ifadəni dünyaya çatdırmaq üçün mübarizə aparır.
Özbək ədəbiyyatı isə milli yaddaş və mədəniyyət üzərində fokuslanır, lakin bəzi istedadlar sistemsiz dəstək səbəbindən tam görünmür.
Tənqid nöqteyi-nəzərindən deyə bilərəm ki, hər iki ölkənin ədəbiyyatı hələ də dünyaya çıxmaq və beynəlxalq səhnədə layiq olduğu mövqeyi tutmaq üçün böyük potensiala malikdir.
Tərcümə və beynəlxalq əlaqələrə daha çox diqqət yetirilməli…
Müqayisə etsək, Azərbaycan ədəbiyyatı daha çox xarici oxucu ilə dialoqa açıqdır, tərcümə və beynəlxalq layihələr vasitəsilə özünü tanıdır. Özbək ədəbiyyatı isə daxili yaddaşa fokuslanaraq yavaş-yavaş sərhədləri genişləndirir.

— Azərbaycan ədəbiyyatna maraq səndə necə yaranıb?

— 2017-ci ildən etibarən Azərbaycan ədəbiyyatına marağım oyandı.
Həmin dövrdə Nəbi Xəzri, Vaqif Səmədoğlu, Ramiz Rövşən kimi şairlərin şeirlərini özbək dilində oxuyaraq Azərbaycan ədəbiyyatının mənə qəlbən və ruhən nə qədər yaxın olduğunu dərk etdim.
Sonralar isə Facebook sosial şəbəkəsi vasitəsilə azərbaycanlı şair və yazıçılarla dostluq əlaqələri qurdum.
Onların səmimiyyəti, təvazökarlığı və insanpərvərlik kimi ali keyfiyyətləri Azərbaycan ədəbiyyatına olan sevgimi daha da gücləndirdi.
Bu sevgi zaman keçdikcə səmimi dostluğa, ədəbi əməkdaşlığa çevrildi.
Dostlarımın dəstəyi və diqqəti sayəsində Azərbaycan dilini öyrəndim, bu ədəbiyyatdan tərcümələr etdim və dostluqla ədəbi əlaqələrimizi daha da möhkəmləndirmək yolunda yeni layihə və planları həyata keçirməyə çalışıram.

—Azərbaycan yazarlarından kimləri oxuyursan?

—Azərbaycan ədəbiyyatı mənim üçün göy qurşağı kimi rəngarəng və parlaq bir mənəvi aləmdir.
Bu aləmdə söz təkcə ifadə vasitəsi deyil, eyni zamanda qəlbin, xatirənin və ruhun səsinə çevrilir.
Nəbi Xəzrinin misralarında Vətən həsrətini və fəlsəfi sakitliyi duyuram, Səməd Vurğunun poeziyasında isə xalq ruhunun və tarixi məsuliyyətin nəfəsini görürəm.
Vaqif Səmədoğlunun sözlərində daxili üsyan və təfəkkür azadlığı təcəssüm olunursa, Ramiz Rövşənin şeirləri ruhi tənhalığı, insani iztirabı və həqiqət axtarışının ağrılı gözəlliyini üzə çıxarır.
Musa Yaqubun poeziyasında təbiətlə insan qəlbi bir-birinə qovuşur, Sabir Rüstəmxanlının yaradıcılığında milli təfəkkürlə ümumbəşəri məsuliyyət vəhdət təşkil edir. Rüstəm Behrudi isə poeziyanı fikir, inanc və vicdan səviyyəsinə yüksəldir.
Bununla yanaşı, Azərbaycan xalq yazıçısı Anarın özünəməxsus və bənzərsiz hekayələrini xüsusi maraqla mütaliə edirəm.
Onun nəsrində insan ruhu incə psixoloji qatlar vasitəsilə açılır.
Ədəbi tənqidçi, publisist və şair Əsəd Cahangirin esseləri isə müasir təfəkkürün, ədəbi məsuliyyətin və intellektual dərinliyin parlaq nümunəsi kimi məndə heyranlıq və həyəcan doğurur.
Bu yaradıcıların əsərləri mənə təkcə estetik zövq deyil, həm də təfəkkür, ruhi oyanış və ümumbəşəri dəyərlər üzərində dərin düşünmək imkanı verir.

— Azərbaycan yazıçıları ilə müsahibə kitabının ideyası necə yarandı?

— Azərbaycan yazıçıları ilə müsahibə kitabı ideyası uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş qəzet və jurnallarda çalışdığım illərdə formalaşdı. Həmin dövrdə jurnal üçün Özbəkistanın tanınmış şairləri, yazıçıları, rəssamları və idmançıları ilə müsahibələr aparırdım.
Bu söhbətlər oxucular tərəfindən maraqla qarşılansa da, mövzuların məhdudluğu və fikirlərin qəlibləşməsi məni qane etmirdi.
Bu narahatlıq məni daha geniş düşünməyə və yaradıcılıq imkanlarımı sınamağa sövq etdi. Beləliklə, “ədəbi söhbətlər” layihəsi yarandı.
Sonralar layihəni beynəlxalq miqyasda davam etdirmək qərarına gəldim və dünyanın müxtəlif ölkələrindən şair, yazıçı və ədəbiyyat adamları ilə müsahibələr etdim.
Bu söhbətlər özbək, azərbaycan və digər xarici nəşrlərdə dərc olundu və geniş oxucu auditoriyasının marağına səbəb oldu.
Azərbaycan ədəbiyyatının zənginliyi, azərbaycanlı şair və yazıçıların özünəməxsus dünyası və yüksək yaradıcılıq potensialı məni onlarla aparılan ədəbi söhbətləri ayrıca bir kitab halında toplamağa təşviq etdi.
Bu prosesdə Azərbaycan xalqının və ədəbiyyat mühitinin mənə göstərdiyi diqqət və mənəvi dəstək mühüm rol oynadı.
Şeirlərimin Azərbaycan dilinə tərcümə olunaraq nüfuzlu nəşrlərdə dərc edilməsi isə bu yolun doğru olduğuna dair mənim üçün böyük motivasiya oldu.
Əslində, Azərbaycan şair və yazıçıları ilə ədəbi söhbətlər kitabı qarşılıqlı etimad və sevgi üzərində qurulub.
Bu kitab Azərbaycan ədəbiyyatına və xalqına bəslədiyim səmimi məhəbbətin kiçik, lakin ürəkdən gələn ifadəsidir.

— Sən dünya ədəbiyatının çoxsaylı nümayəndələri ilə əlaqə saxlayır. müxtəlif ölkələrin ədəbiyyat adamları arasında körpü rolu oynayırsan? Buna necə nail olmusan?

— Mən həmişə dostluq, xeyirxahlıq və insanpərvərlik hisslərini ən yüksək dəyər hesab etmişəm.
Ədəbiyyat mənim üçün yalnız söz sənəti deyil, həm də qəlbləri yaxınlaşdıran, millətlər və mədəniyyətlər arasında körpü rolunu oynaya bilən müqəddəs bir meydandır.
Müxtəlif xalqların yaradıcı şəxsləri ilə ünsiyyət qurmaq, ədəbi söhbətlər aparmaq mənim üçün təsadüf deyil — bu şüurlu seçim və daxili ehtiyac nəticəsidir.
Dilimiz, dinimiz və ya irqimiz fərqli ola bilər, lakin insan duyğuları — ağrı, sevinc, həsrət, məhəbbət — hamımız üçün ortaqdır.
Mən ədəbi meydan vasitəsilə könüllərə körpü olmaq, müxtəlif xalqların yaradıcılarını bir-birinə yaxınlaşdırmaq üçün çalışıram.
Qələmi xeyirxahlığa xidmət edən bir silaha çevirmişəm, ədəbi söhbətlərimdən əsas məqsəd — ürəkləri-ürəklərə, xalqları-xalqlara bağlamaqdır.
Bundan əlavə, mən beynəlxalq ədəbiyyat festivalları, görüşlər və sosial şəbəkələr vasitəsilə tanış olduğum yaradıcı şəxslərlə samimi dostluq və ədəbi əməkdaşlığı qarşılıqlı fayda prinsipi əsasında qururam. Biz bir-birimizin yaradıcılığını dəstəkləyir, əsərlərini tərcümə edir və dünyaya tanıdırıq. Belə əməkdaşlıq həm mənə, həm də digər yaradıcı dostlarıma yeni ideyalar, ilham və səmimi həmrəylik gətirir.

— Hansı ölkənin yazarları səndə daha xoş təəsürat oyadır?

— Mənim üçün hər bir ölkənin yazıçısı özünəməxsus ruh, düşüncə və yaradıcılıq tərzi ilə dəyərlidir. Lakin xüsusilə Azərbaycan,Türkiyə yazıçıları mənim üçün çox xoş təəssürat oyadırlar— onların samimiyyəti, zəngin estetik duyumu və milli-mənəvi irsi mənim ruhuma dərindən toxunur.
Eyni zamanda Koreya yazıçılarının intellektual dərinliyi və həyat fəlsəfəsini poetik ifadə etmə bacarıqları məni heyrətləndirir.
Albaniya və Makedoniya yazıçıları ilə olan tanışlıqlarım mənə həm beynəlxalq ünsiyyət, həm də fərqli mədəniyyətlərin estetik zənginliyini öyrətdi.
İtaliya yazıçıları isə incəsənət və insan təbiətinə dair universal baxışları ilə mənə ilham verir.
Ümumilikdə deyə bilərəm ki, hər bir ölkənin yazıçısı mənim üçün bir dərsdir, bir yeni dünya açan pəncərədir. Hər birinin yaradıcılığı ilə tanış olmaq mənim adabiyyat və insan ruhuna olan marağımı daha da genişləndirir.

— Sosial şəbəkələr insanların roman və ya şeir toplusu kimi mürəkkəb əsərləri oxuma qabiliyyətini zəiflədirmi?

— Bəli, bu təhlükə mövcuddur.
Sosial şəbəkələr sürətliliyi təşviq edir, diqqəti qısa bloklara bölməyə öyrədir.
Bir postu oxuyub, dərhal növbətiyə keçmək vərdiş halına çevrilir.
Bu isə mürəkkəb quruluşa malik, çoxqatlı əsərləri oxumaq üçün zəruri olan diqqət, səbr və daxili ritmi zəiflədə bilər.
Məsələn, Tolstoy və ya Herman Hesse romanları çoxqatlı, daxili psixoloji araşdırma tələb edir.
Belə romanları sosial şəbəkələrdə tez-tez “scroll” edərək oxumağa çalışsanız, ruhani təsir və mənanı tam hiss etmək mümkün deyil.
Amma sosial şəbəkələr — həmçinin yeni auditoriya yaratmaq vasitəsi də ola bilər.
Məsələn, gənc oxucu qısa şeir parçasını şəbəkələrdə görə və tam kitaba maraq göstərə bilər.
Buna görə də, bu həm güclü bir vasitədir, həm də zəiflədici təhlükə — hər şey yaradıcı və oxucunun şüurlu yanaşmasına bağlıdır.

— Gənc şair kimi bu gün müxtəlif yollardan, şov-şəbəkələrlə özünü tanıtmağa çalışan yaradıcı şəxslərə münasibətin necədir?

— Mən şeir haqqında danışmazdan əvvəl eşqdən danışmağın vacib olduğunu hesab edirəm!
Çünki Fars ədəbiyyatının möhtəşəm nümayəndəsi Qeysər Aminpurun:
“Biləsiniz ki, şairlik bu aşiq olmaqdı!”
– deyə qətiyyətlə vurğuladığı misralara rast gəldikdən sonra, bu barədə uzun-uzadı düşündüm…
Həqiqətən də, şair şeir söyləyərkən öz halında olmur, ilhamın qucağında ruhunu bu aləm sərhədlərinə sığmayan yerlərə qaldırır, yəni yer üzündən ayrılıb yazır.
Şeyxlərin alimi, alimlərin şeyxi Şeyx İbrahim Naxai deyib:
“Eşqi bəlaya , oxşatdıq çünki rast gələn hər kəs Aşiqlik iddiası etməsin”,
– demişlər…
Beləliklə, özünü min bir yol ilə tanıtmağa çalışmaqla hələ şair olmaq və formalaşmaq mümkün deyil.
Təəssüf ki, bu gün əksər oxucular məşhurluqla həqiqi istedadı düzgün qiymətləndirə bilmir.
Həqiqi istedad heç bir mükafat və ya məşhurluqla ölçülə bilməz.
Şeir yolu qəlb yolu, tale yolu deməkdir…
Beləliklə, yaradıcılığını, həyatını şov-şəbəkələr və yalanlarla qurmaq istəsələr, lap yaxşı, bu yolu seçsinlər!
Amma bu yolla yalnız özlərini aldatmış olurlar.

— Bu gün dünya üzrə qarışıqlıqların, zülmün və ədalətsizliyin hökm sürdüyü bir zamanda qəlbindən hansı düşüncələr keçir?…

—Bu sual — insan qəlbini parça-parça edən, bəşəriyyətin vicdanına ünvanlanan ən ağır suallardan biridir…
Mən də bu sonsuz kainatın bir zərrəsiyəm.
Bu dünyada insanlıqla eyni havanı nəfəs alır, eyni səmanın altında yaşayıram…
Elə buna görə də bəşəriyyətin sevincini də, kədərini də ruhumla hiss edirəm. Dünyanın hansısa viran qalmış guşəsi, hansısa məzlumun gözündən süzülən hər bir damla yaş qəlbimdə əks-səda doğurur.
Zülm — təkcə bir xalqın faciəsi deyil, o, bütün insanlığın yarasıdır. Ədalətsizlik — təkcə bir hadisə deyil, o, qəlblərimizdəki tarazlığı sarsıdan bir zəlzələdir.
Dünya yaranandan bəri xeyirlə şərin əbədi mübarizəsi davam edir.
Bu mübarizə yalnız xaricdə deyil — o, hər bir insanın daxilində, qəlbinin ən incə qatlarında baş verir. İnsan — həm yaradan, həm də dağıdandır. O, əli ilə bir bağ yarada bilər, ya da o bağı külə çevirə bilər… Buna görə də mən daha çox insanın qəlbindən qorxuram: orada sevgi də var, amma o sönərsə — zülmət də var.
Bəzən düşünürəm: insanlıq tərəqqiyə doğru bu qədər sürətlə irəlilədiyi bir vaxtda, niyə qəlb tərbiyəsində geri qalırıq? Texnologiya səmanı fəth etdi, amma insan qəlbi hələ də öz içindəki qaranlıqla mübarizə aparır. Tamahkarlıq — dövrümüzün ən təhlükəli xəstəliyinə çevrilməkdədir. O, o qədər səssiz və hiss olunmadan daxil olur ki, sonda insanı öz mahiyyətindən, insanlığından uzaqlaşdırır. Qorxuram ki, bu bəla cilovlanmasa, insan bir gün öz əli ilə öz gələcəyini məhv edəcək…
Düzünü desəm, gələcək haqqında düşündükdə qəlbimdə iki hiss oyanır: biri — qorxu, digəri — ümid. Qorxu — bugünkü qarışıqlıqlardan, müharibələrdən, ədalətsizliklərdən doğur. Ümid isə — hələ də insan qəlbində yaşayan mərhəmət, şəfqət və yaxşılıq toxumlarından cücərir. Çünki hər bir qaranlığı işıqlandıran ən kiçik bir nur belə mövcuddur…
Bu səbəbdən mən bu gün yalnız nigaranlıqla deyil, eyni zamanda şükür hissi ilə yaşamaq istəyirəm. Çünki hələ də seçim imkanımız var — yaxşılığı seçmək, ədaləti qorumaq, sülhü yaşatmaq imkanımız var. Əgər hər birimiz öz qəlbimizdə kiçik bir sülh məkanı qura bilsək, bu məkanlar birləşərək bütün dünyanı əhatə edən bir səadət bağçasına çevrilə bilər.
Çünki insanın ən böyük qələbəsi — başqaları üzərində deyil, öz nəfsi və nifrəti üzərində qazandığı qələbədir!

— Hazırda hansı layihə üzrəində işləyirsən?

— Hazırda bir neçə böyük layihə üzərində çalışıram.
Adətimə görə, hələ reallaşmamış, tamamlanmamış işlərim və planlarım haqqında məlumat vermirəm. İnşallah, 2026-cı ildə beynəlxalq səviyyədə əhəmiyyətli bir layihəmi tamamlayacağam.

Əlaqəli fotolar :

Söhbətləşdi: Əsəd CAHANGİR

ƏSƏD CAHANGİRİN YAZILARI


Cahangir Namazuvun yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəhidi Ağagülov Eldəniz Etibar oğlu 3 may 1975-ci ildə Alpan kəndi – Quba

30 illik ayrılığın anım günləri
4 illik 1-ci Qarabağ müharibəsinin kəndimizdən axırıncı şəhidi Ağagülov Eldəniz Etibar oğlu 3 may 1975-ci ildə Alpan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1992-ci ildə Alpan kənd orta məktəbini bitirmiş və əmək fəaliyyətinə Sabir adına sovxozda fəhlə kimi başlamışdı. 1993-cü ilin iyul ayının 5-də Milli Ordu sıralarına çağırılan Eldəniz Güzdəkdə yerləşən hərbi hissədə xidmət etmiş və 8 ay ərzində burada hərbin sirlərinə yiyələnmişdir. 1994-cü ilin mart ayının 11-də Eldənizi döyüş bölgəsinə-Ağdama göndərirlər. Orada o ərazinin düşmənlərdən təmizlənməsində fədəkarlıq göstərmişdir. Onun döyüş bölgəsində nizam-intizamlı xidməti, hərbi texnikanın sirlərinə dərindən yiyələnməsi komandanlıq tərəfindən qiymətləndirilir və 1994-cü ildə kiçik çavuş rütbəsi verilərək tank komandiri təyin edilir.
Eldəniz hərbi xidmət zamanı xüsusi fədakarlıqlar göstərmiş, yeni gələn əsgərlərə nümunə olmuşdur. Onun ən böyük arzularından biri Vətəni erməni dığalarından təmizləmək idi. Çünki o ailədə atası Etibar müəllimdən, məktəbdə hərbi hazırlıq müəllimlərindən belə tərbiyə almışdı. Etibar müəllim hamıya vətənpərvər olmağı təlqin edir, bunu həyatdan nümunələr göstərməklə öyrədirdi. Buna görə səbəbsiz deyil ki, onun oğlu Eldəniz də hərbi xidmətini davam etdirməklə qəlbində Vətəni qorumaq, azad etmək hissi yaşadırdı. Ürəyində bu dəruni duyğularla yaşayan və 1996-cı il fevralın 10-da kəşfiyyat zamanı ağır yaralanan Eldənizi həkimlər nə qədər çalışsalar da ölümün pəncəsindən qurtara bilmədilər. 44 gündən sonra -mart ayının 26-da Eldəniz əbədi olaraq həyata gözlərini yumur.

Onun qisasını almaq arzusu ilə alışıb yanan və 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərən polkovnik qardaşları Şəhriyar və Elşən hal-hazırda Milli Ordu sıralarında yüksək ordenlərlə təltif edilən zabitlər kimi korpus komandanlığında xidmət etməkdədirlər. Eldəniz Alpan kəndində, polkovnik qardaşlarının girişdə, pir ziyarətçiləri üçün 2 türbə tikdirdiyi “Subaba” qəbiristanlığında martın 28-i dəfn edilmişdir. Eldəniz subay olduğu üçün bu türbələrdən biri onun xatirəsini yaşadır həm də. Allah ruhunu şad, axirətini abad eləsin, Amin!

Müəllif: İlkin Balayev
Alpan.az  saytının qurucusu və idarəçisi

 İlkin Balayein digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Salam, ədəbiyyat!

Salam, ədəbiyyat!

(qayğılar Təranə Dəmirin qələmində)

Dəniz ola, sən olasan, bir də qağayılar,
Xəfif meh əsə, narın yağış yağa,
Uzaqdan əl edə xəyallar —
Ağ-qara.

İçindəki həsrət kükrəyə dalğa-dalğa,
Ləpə-ləpə göynəyə.
Saçlarını külək, yanaqlarını sel apara.
Bürünəsən təkliyə,
Tellərinin dəni, ovuclarının qabarı üşüyə.
Xatirələr küskün-küskün başına yığışa,
Verəsən ürəyini dənizə, küləyə, yağışa.

Həsrətin, tənhalığın və kədərin tablosu Təranə Dəmir qələmində.

Mən şair olduğum kimi, eyni zamanda da oxucuyam. Özü də sözün hənirini uzaqdan hiss edən oxucu. Məni heyrətləndirmək elə də asan deyil. Gərək şeir məni o qədər içinə çəksin ki, mən heyrətlənə bilim. Bu şeir kimi.

Nədir məni heyrətləndirən?

Birinci növbədə Təranə Dəmirin şeirlərindəki səmimiyyət məni heyrətləndirir. İçdən və yaşananlar elə peşəkarcasına qələmə alınır ki, sözün sehrinə düşməmək olmur. Sonra ədəbi sözün qaydalarına peşəkarcasına yanaşmaq bacarığı. Şair təşbehlərdən, metaforalardan elə gözəl, yerində və ustalıqla istifadə edir ki, sadəcə alqışlamaqdan başqa çarəmiz qalmır.

Təranə Dəmir gündəm şairi deyil, minilliklərin şairidir. Mən onu gələcək minillikdə də gözləyirəm. Şairin ədəbiyyatda öz cığırı olmalıdır. Kiminsə cığırı ilə irəlilədinsə, demək böyük Sözü ram edə bilməmisən. Demək bu gün alqışlanacaqsan, səhərsə unudulub gedəcəksən.

Sözdə öz fikrin, düşüncən olmalıdır. Ədəbiyyata yeni söz, yeni nəfəs gətirməlisən. Təranə Dəmir öz cığırında yol gedən şairdir. Mən onu böyük ədəbiyyat adamı adlandırıram. Təranə Dəmir alqış və mükafat şairi deyil, söz adamıdır. Eyni zamanda təvazökar və özündənrazılıq hissindən uzaqdır. Tərifi də qədərində qəbul edir.

Yalançı təriflərdən və yalançı insanlardan uzaq olmağı da şairin səmimiyyətindən irəli gəlir. İnsan onun şeirlərində özünü tapa bilir. Hər kəsin dili ilə danışmağı bacaran şair çox bağlı qapıları açmağı bacarır. Axı ədəbiyyat eyni zamanda dövrün aynası da olmalıdır. Belə ədəbiyyat əbədiyaşar ədəbiyyatdır.

Şair şeirlərində küləyin də, yağışın da, torpağın da, quşun da, küçənin, yolun, cığırın da dili ilə danışmağı bacarır. Cəmiyyəti düşündürən məsələlər, problemlər, qayğılar şeirləşə bilir Təranə Dəmir qələmində.

Bu şəhərin adamların don vurub,
Bu şəhərin küçələri yel çəkir.
Bu şəhərin ayaqları yorulub,
Bu şəhərin baxışları yol çəkir
— deyən şair bu günkü yorğun, yuxusuz, dərdli şəhərin sözlə tablosunu çəkib.

Gecənin ən gözəl rəngi darıxmaq,
Elə darıxmaqçün doğulub gecə.
Qapqara zülməti çəkib üstünə,
Göz yaşı tökəsən burda gizlicə.

Başdan-başa təşbehlə dolu misralarda adam zülmət gecənin içində hiss edir özünü. Darıxırsan, həsrətə bələnirsən, üşüyürsən. İnsan duyğularına ayna tuta bilən şair gecəni də dilləndirə bilir demək. Ayla, ulduzla, işıqla, qaranlıqla dərdləşə bilmək özü də adamdan hünər istər. Bu baxımdan Təranə Dəmir hünərli şairdir.

Eyni zamanda şair:

Biz də keçdik ayrılıqdan,
Həsrət, gözün aydın olsun.
Bu qaranlıq, bu toranlıq,
Zülmət, gözün aydın olsun
— deməyi də bacarır.

Həsrətə, zülmətə “günaydın” deməyin içində böyük ağrı, kədər və üzüntü var.

Günaydın, əsən külək,
Yağan yağış, günaydın.
Günaydın, gedən payız,
Sazaqlı qış, günaydın.

Salam, dən axataran quş,
Üşüyən ağac, salam.
Bu tələsən küçələr,
Basabas, tıxac, salam.

Günaydın, dilənçi qız,
Diləyin, duan aydın.
Qızaran üzündəki
İsmətin, həyan aydın.

Şeir uzanır. Uzandıqca gözümüzün qabağına küləkli, yağışlı şəhər gəlir. Qayğılarla yüklənmiş insanlar, basırıq küçələr, utancaq dilənçi qız gözümüzün önündə canlanır. Təsvirlər canlı və diridir. Təranə Dəmirin şeirləri adamla danışır sanki. İnsan bu şeirlərə ürəyini aça bilir. Bu da bir uğurdur.

Yenə töküb qaş-qabağın,
Qaramat yağır üzündən.
Göy geyib, qara bağlayıb,
Hava nə çıxıb özündən…

Küçələr, yollar üşüyür,
Dərə, təpə, dağ ağlayır.
Dəniz ləpə-ləpə küsüb,
Ağaclar yarpaq ağayır.

Yeni, orijinal fikirlərlə dolu olan bu şeiri oxuduqca gözümüzün önündə hava dil açır, danışır adamla, buludlar üsyan edir, qışın sazağına düşürük. Şairin şeirlərindən belə sitatlar çox gətirmək olar.

Təranə Dəmir eyni zamanda gözəl təbiət şairidir. Onun payız tabloları həmişəyaşardır. Şair bu şeirlərlə payızı da, qışı da bizə sevdirməyi bacarır.

Hər həsrətin öz ağrısı,
Hər həsrətin öz rəngi var.
İkimizin də könlündə
Payız adlı bir sevgi var,
Vermişik baş-başa, payız.

Və ya:

Bir payız nağılıydı,
Ayrılıq qoxuluydu,
Sərsəmdi, yuxuluydu,
Gözümdə azdı getdi,
Bu sevgi göyərmədi.

Burda payızın xəzanına bürünmüş sevgi canlanır gözümüzün önündə. Payız rəngdə, payız dadda, payız ruhda. Bu da bir bacarıqdır.

Eyni zamanda kənd təsvirləri, ormanlar, meşələr, ağaclar, kollar şair qələmində məharətlə şeirləşə bilir. Obrazlılıq Təranə Dəmir şeirlərinin əsasını təşkil edir.

Qalxasan at belinə,
Basasan üzəngiyə,
Qovasan yaylağacan,
O da bir az təngiyə.
Alaçığın başında
Narıncı çoban iti
Boynun burub otura,
Nənən səndən nigaran
Tez-tez durub otura…

Yaylaqlarımız, qoyun-quzu səsi, yaylaq abu-havası gözümüzün önündə canlanır. Təsvirlər o qədər canlıdır ki, istər-istəməz özünü yaylaqda hiss edirsən.

Təranə Dəmir gözəl şair olmaqla yanaşı, gözəl də publisistdir. Publisistikasında da özüdür Təranə Dəmir. Şairin sözə fərqli yanaşması və güclü təhlil bacarığı var. O, həmçinin gözəl nəsr əsərləri, hekayələr, esselər müəllifidir.

Bir sözlə, Təranə Dəmir əsl söz adamıdır. Eyni zamanda şair sözə ürəklə salam verənlərdəndir.

Zabil Pərviz,
AYB-nin və AJB-nin üzvü, şair-publisist

Zabil Pərvizin digər yazıları

TƏRANƏ DƏMİRİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NADİR DİRİDAĞLI – 65

NADİR DİRİDAĞLI – 65

Rejissuraya şərəf gətirən, qanı ilə, canı ilə milli kökə sığınan, folklora bağlanan, etnoqrafiyaya sarılan, sözə, kadra, televiziyaya 40 ildən çox hizmətdə bulunan, təpədən-dırnağa vətən, yurd, məmləkət qoxuyan insan – Nadir Diridağlı, yeni yaşınız mübarək! Nadir müəllim çəkiliş meydançasında meydangirliyi, koloriti, sərrastlığı ilə daim fərqlənib.40 ildən çox müddətdə irimiqyaslı tamaşaların, bayram proqramlarının, Novruz çəkilişlərinin, televiziya filmlərinin ərsəyə gəlməsində misilsiz əmək sərf edən Diridağlının canı sağlam, ruhu hüzurlu, ömrü uzun olsun! Ömrü uzun olsun ki, yenə də klassik rejissura bu sənətkarın görəcək işlərindən nəsibini alsın.Nadir Həsənovdan Nadir Diridağlıya gedən yol çox qısa olub.Öncə yaxşı insanların – Nahid Hacızadə kimi azman redaktorların əlinə düşüb.Tez bir zamanda özünü və imzasını təsdiqləyib.AzTV-nin “Ədəbi-dram verilişləri Baş redaksiyası” nda müxtəlif səpkili, müxtəlif janrlı verilişləri ərsəyə gətirib.Bunu da kafi saymayıb, öz verilişlərini yaradıb.Kənardan aparıcılar gətirib – şairlərə, yazıçılara meydan verib.
Nadir müəllim çəkilişdə xoşbəxt olan sənətkarlardandır.Onun təcrübəsi elə həyatda da bir çoxumuza yol bələdçiliyi edib.Kimsə reallıqdan uzaq arzularla, xəyallarla danışanda,

“Ayə, mənə nağıl danışma!”, yaxud kimsə keçmişi özləyən zaman ah çəkib, sitəm edəndə,

“Ayə, qurtardı o şeylər…” – deyən də Diridağlıdır…

…Və həmən anlayırıq…Anlayırıq ki, danışan təcrübədir, danışan illərin birikmiş yaşantılarıdır və bu sözləri ərkyana bizə söyləyən Diridağlıdır.
Əziz Nadir müəllimə israrla və inadla yenə arzularımı bildirərək deyirəm ki:
-“Qurtarmadı!!! Sizin görəcək işləriniz, yeni-yeni layihələriniz hələ qabaqdadır.Sizin nağılvari filmləriniz, nağıl kimi həyat öyküləriniz hələ qarşıdadır.”
Yaşayın və yaradın!
Mübarəksiz, sənətkar!

Turan Uğur,
AYB-nin üzvü,
26 mart 2026-cı il,
Novxanı.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"