Etiket arxivi: Yazarlar 66

Halime Hüdayberdiyeva (1947)

 Halime Hüdayberdiyeva,
Özbekistan halk şairi

1947 yılında Sirdarya vilayetinin Boyovut ilçesinde doğmuştur. 2018 yılının 17 Ağustosda vefat etmiş.
Aşağıda onun şiirini Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun öǧrencisi Sevinç Bazarbayova tercümesinden okuyacaksınız

VATAN SESSİZ DURUR

Vatan sessiz durur, ama onun hakkında
Dağdan yuvarlanan taş söz söyler.
Bir sedalar gelir sessiz sessiz filizlerden,
Gökyüzünden gelen güneş söz söyler.
Vatan sessiz durur, bayrağı yanıp,
Başındaki tuğu söyler sözünü.
Mazilerden gelip, tez tez dönüp,
Ninemin kırmanı söyler sözünü.
Vatan sessiz durur. Sabah yellerinin
Neylere karışan ağlayışları çoktur.
Yengeç. Bozkırdaki dedelerimin
Alçak çadırlarının sözleri çoktur.
Vatan sessiz durur…

Çevirmen: Sevinç Bazarbayova,
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğrencisi

Təqdim etdi: Khaitov Khusniddin (Hüsniddin Hayıt)
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğretmeni

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

Murad Məmmədov – Söz var

SÖZ VAR
Söz var ağız dondurur,
Udanmırsan, yemək olmur.
Dərdə dönür, can yandırır,
Niyəsini demək olmur.

Sağalmayan yara kimi,
Öz içində bəsləyirsən.
Son mənzilə, gora kimi,
Axşam, səhər səsləyirsən.

Nə kimsəyə açılası,
Nə də səni yıxan deyil.
Unudulub qaçılası,
Nə də yaddan çıxan deyil.

Bu dərd ilə dolanırsan,
Kimsə sənə həyan olmur.
Öz içində bulanırsan,
Ətrafından duyan olmur.

Dolaşırsan bir kənarda,
Deyilənə bənd olmursan.
Vaxt olur çətində darda,
Dərdi vecinə almırsan.

Daşıyırsan ürəyində,
Lal ün kimi, səda kimi.
Hiss edirsən kürəyində,
Yağır olan zədə kimi.

Yaranışdan bir müəmma,
Öhdəsindən gələnməzsən.
İnsan bütöv sirdi, amma,
Xislətini bilənməzsən.

OĞULSAN
Dildi sözə verən dad,
Çalış ona şirin qat.
Sözünlə bir qəlbi şad
Edə bilsən, oğulsan!

Yollar çarpaz, dolaşıq,
Dərd-azarla bulaşıq,
Gah qaranlıq, gah işıq,
Gedə bilsən, oğulsan!

Zülmü müdrük çağınla,
Kök-köməcin tağınla,
Dişinlə, dırnağınla,
Didə bilsən, oğulsan!

Yoldaş olsan təkiylə,
Nə tələ qur, nə hiylə.
Şeş qoşanı yekiylə
Uda bilsən, oğulsan!

Dərindən olsan halı,
Naşı sevməz kamalı.
Ağıllı ağsaqqalı
Dədə bilsən, oğulsan!

Ətrafında sevənin,
Oğul, uşaq, nəvənin,
Ləzzətini güvənin
Dada bilsən, oğulsan!

Dərd bükməsin qolunu,
Nə sağını, solunu.
Əzrayılın yolunu
Güdə bilsən, oğulsan!

İNCƏYƏ YAĞIŞ YAĞIR
Gün batır, axşam çökür,
Göyə bax, ahmır tökür.
Elə bil hönkür-hönkür
İncəyə yağış yağır.

Palçığı sözə baxmır,
Tutduğunu buraxmır.
Suyu sellənib axmır,
İncəyə yağış yağır.

Nərğizə bax, oyanmır,
Sarı rəngə boyanmır.
Neçə gündü dayanmır,
İncəyə yağış yağır.

Günü güzəranı yox,
Dayanmır, amanı yox.
Bu palçıqda canı yox,
İncəyə yağış yağır.

İslandıqca kürəyim,
Buza dönür ürəyim.
Biləmmirəm nə deyim?!
İncəyə yağış yağır.

Keçib amandan ahdan,
Qorxusu yox sabahdan.
Bərəkəti Allahdan,
İncəyə yağış yağır.

DİL VURAN ARANIN SÖHBƏTİ BİTMİR
Bu yaşda bir şeyi anlayammıram,
Dil niyə dinc durmur, kimisə satır.
İnsanıq, söz deyib danlayammıram,
Mənim gücüm ancaq sözümə çatır.

Şuğulluq qədimdən köhnə sənətdi,
Donluğu danışan dilə bağlıdı.
Belə götürəndə bir qarış ətdi,
Deyəsən qazancı yaman yağlıdı.

Burda alət olan kəlmədi, sözdü,
Dilinə dolayıb çatdırır sənə.
Bilsə ki, hər işi qarsayan közdü,
Bəlkə cana doyar, yorular çənə.

Məndən sənə demək, səndən də mənə,
Sən demə peşəymiş, çox qədim peşə.
Utanmır, iyrənmir, usanmır yenə,
Fərasəti budur, keçirdir işə.

Sözün qabağında yalmanmaz kişi,
Çəkinməz, nə varsa düzünü söylər.
Görüm zəhrimara dönsün o işi,
Səni el içində bir qəpik eylər.

Qeybətin bir ucu sənin əlində,
Danışma, ayıqdı, söz güdür çoxu.
İnsanı danışdır, nə var dilində,
Oxu sifətindən, gözündən oxu.

Kişiyə yaraşmaz, yapışmaz qəti,
Qeybətin səs-küyü yaddaşdan itmir.
Möhkəm tut ağzında yüz qram əti,
Dil vuran aranın söhbəti bitmir.

AĞILLI İNSANA SÖZ GƏRƏK DEYİL
Ağlımdan nə keçir, başıma gəlir,
Vallah çəkinirəm nəsə deməyə.
Kimə danışıram qımışıb gülür,
Bircə yazıq səbrim gəlir köməyə.

Yaxşıya dəyişmir görürəm illər,
Ruhum çox yorulub, rahatlıq gəzər.
Bu gün çəkdiyimi sabah silirlər,
Yoxsa bu ağrıya səbirmi dözər.

Gəzib dolaşıram başımı qatıb,
Bircə rahat olum, yorulum yatım.
Köhnə fikirləri ağlımdan atıb,
İlahi, kömək ol, yetmişə çatım.

Bilirəm taleyim sözümə baxmır,
Yazılı kitabdı ağzı qapalı.
Nə mənə gün verir, nə də buraxmır,
Bir gülən görmədim məni tapalı.

Bilirəm ömürdü, qismətim bəlli,
Taleyin quluyam, yüz gərək deyil.
Bir gün deyib-gülmək yalnız təsəlli,
Ağıllı insana söz gərək deyil.

GƏRAYLI
Nə yaxşının, nə də pisin,
Başı gora titrəməsin.
Yüz yaşayıb ölən kəsin,
Günahını yuyanı var.

Dəlisinin danlayanı,
Bir nəsilin sonluyanı,
Hər ocağın anlayanı,
Ağıllısı, duyanı var.

Çayı, salı, bu bərəni,
Dam üstündə hər kərəni,
Dünya adlı bir kürəni
Öz yerinə qoyanı var.

Kim ayrılır, gözü nəmdi,
Günü qara, bəxti kəmdi.
Hamı keçən bir dönəmdi,
Günlərini sayanı var.

Baxsan, dünya bir möcüzə,
Özü köhnə, sözü təzə.
Murad görür gəzə-gəzə,
Bundan betər o yanı var.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səadət Qərib – Qadın

SOYUQ QADIN
Lal baxışlı, soyuq qadın,
Danışmayan, susan qadın…
Nə ağlayır, nə də gülür,
Susduqca ucalan qadın!

Gözlərində dəniz yatır,
Dalğaları içindədir.
Həm kədərli, həm də güclü,
Yarım qalan hekayədir.

Min söz yatır sükutunda,
Ən səsli səs olan qadın.
Dili gəlməz söz deməyə,
Bulud kimi dolan qadın.

Min iztirab var içində
Qırıq arzuların izi..
Kimsə duymaz , kimsə bilməz
Tanrı bilir , bir də özü…

EŞQİN DÜNYASI

Ey mənim qanıma hopmuş məhəbbət
Qəlbimi yandır ki yaşıya bilim
Bu yatmış ruhumu oyat canımda,
Əbədi eşqimi daşıya bilim.

Şirin xatirələr həmdəmim olsun
Bir an ayrılmasın mənim yanımdan.
Həsrətin kök salsın damarlarımda
Ruhumla çıxartsın səni canımdan.

Ey mənim qanıma hopmuş məhəbbər
Sənsiz bu dünyanın nədir mənası?…
Dünyanın içində neçə dünya var,
Ən gözəl dünyadır eşqin dünyası…

ELƏ BİR YER OLA

Elə bir yer ola çıxıb gedəsən
Özünlə baş başa qalasan orda
Nə hal bilən ola nə xətir soran
Özünü yenidən tapasan orda

Yanında qələmin, kağızın ola
Yazdığın ilk sözdən çıxasan yola
Yazasan xəyali səadətini
Gözlərin uzağa hey dala dala

Ovunmaq istəsən misralarında
Qəmi gizlədəsən söz arasında
Bir sətir ümidə sarılmaq üçün
Sanasan özünü eşq adasında

Elə bir yer ola çıxıb gedəsən,
Ürək öz yükünü divardan asa
Nə kaş ki səslənə nə niyə ola
Sual da yorula cavab da susa

Elə bir yer ola çıxıb gedəsən
Qayıdış olmaya xəritələrdə
Gedəsən dərdlərin itə yollarda
Keçmişlə arana çəkilə pərdə

BOŞ ÇƏRCİVƏ

Gələndə özüylə nə gətirdisə
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxarmışam çərçivəsindən.

Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Yenidən şəklini qoymaram daha.

Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, əsada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda nə gəzir?!

A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam , o son məzarim.

YALAN DÜNYADA

Uyma tərifə ey qadın ,inanma , yalan dünyada .
Baxışın od silahındır, unutma, yaman dünyada,

Günəş kimi ləkəsiz ol, parla ,işıq saç,heç sönmə,
Məsafəni qalxan eylə ,günahla dolan dünyada.

Hər üzünə güləni sən, sanma ki aşiqdir deyə,
Kar ol şirin, xoş sözlərə, kəməndə salan dünyada.

Açma könül qapısını hər qapını döyənə sən,
Sevgini qumar ediblər, oyunbaz olan dünyada,

Aşiq o kəslər olar ki ,niyyəti safdır, təmizdir,
Bax, belə sevgi sağlamdır, saralıb solan dünyada.

Səadət gördükcə sən də, bu dünyanın hər üzünü,
Qəm edirsən, dərd edirsən, sevgisiz qalan dünyada.

SƏN YALANDAN GÜLURSƏN

Haqsızlıq içrə sən ey, lal olub susan qadın,
Qərib tənhalığında öfkəsin qucan qadın,
Səbri dar ağac edib, özünü asan qadın,
Üzün pak, gözün gülür, hər an təbəssümlüsən,
And ola o Allaha, sən yalandan gülursən!

Günah mənimdir deyib, özünü qinayırsan,
Yaşadığın hər günü qara günün sayırsan,
Susqun durub, bəlkə də, hər kəsi sınayırsan,
Gecələr yatır, ölür, sübh səhər dirilirsən,
And ola o Allaha, sən yalandan gülürsən.

Yuvasinda bir qərib qaranquşa bənzədin,
Baharin ortasinda soyuq qışa bənzədin,
Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin,
Kipriyin kölgəsində sığınıb, gizlənmisən,
And ola o Allaha sən yalandan gülürsən.

O nakam arzuları yada salırsan hərdən,
Qırılan ümidlərə düyün vurursan hərdən,
Ucurub xəyalları, gah da qurursan hərdən,
Sən cənnətin qızısan, buluddan süzülmüsən
And ola o Allaha sən yalandan gülursən!!!….

AĞLAYAN XATİRƏLƏR

Qəlbim göylər kimi aydın olsa da,
Gecələr gecətək qaralmağım var.
Hər bahar ruhumda güllər açsa da,
Payızda yarpaqtək saralmağım var.

Dağların qarıtək soyuyub sinəm,
Donmuşam bir daha çətin isinəm .
Elə bil bulud da ,yağış da mənəm,
Çayların suyutək durulmağım var.

Həyatım küləyə,yelə bənzəyir,
Dağlardan kükrəyən selə bənzəyir,
Qönçəsi çatlamış gülə bənzəyir,
Taleyə, qədərə qırılmağım var.

Eşqim uca idi hər şeydən uca,
Sevgimi qorudum ömür boyunca.
Sarıla bilmədim ona doyunca,
Təkcə xatirəyə sarılmağım var.

Bilmirəm həyatda yoxam ya varam ,
Baxdıqca geriyə sızlayır yaram.
Özümü heç bir vaxt bağışlamaram ,
Ən çox da özümə daralmağım var.

MƏN Kİ, TƏNHA DEYİLƏM

Mən ki, tənha deyiləm,
İçimdə çoxlu “mən” var.
Biri hey susur dərin
Biri hey haray salır.

Biri keçmişdə donub ,
Xatirəyə sarılıb,
Biri sabah dalınca
Ümid kimi darıxıb…

Mən ki, tənha deyiləm
Beynimdə izdiham var.
Səssizliyin səsində
Min səsli bir aləm var.

Özümlə savaşıram,
Bəzən də barışıram,
Kənardan bir nəfərəm,
İçimdə min nəfərəm.

Kiməm axı, kiməm mən?
Hansı səsim həqiqət?
Bəlkə bütün “mən”lərin
Adı qərib Səadət…

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
  3. SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“GƏL” NƏZİRƏSİNDƏ İNSANİLİK, MƏNƏVİ DƏSTƏK VƏ ƏDƏBİ VARİSLİK RUHU

“GƏL” NƏZİRƏSİNDƏ İNSANİLİK, MƏNƏVİ DƏSTƏK VƏ ƏDƏBİ VARİSLİK RUHU
(Zaur Ustac – Gəl)
Müasir Azərbaycan poeziyasında klassik nəzirə ənənəsini yaşadan, onu çağdaş düşüncə ilə zənginləşdirən qələm adamlarından biri də Zaur Ustacdır. Onun ədəbiyyatşünas alim-şair Qəndabın “Amansızdır xəstəliyim” şeirinə yazdığı “GƏL” nəzirəsi yalnız poetik cavab deyil, həm də mənəvi dayaq, insani həmrəylik və yaşamaq eşqini təlqin edən mükəmməl bədii nümunədir. Bu şeir bir tərəfdən klassik nəzirə məktəbinin poetik xüsusiyyətlərini qoruyursa, digər tərəfdən müəllifin fərdi üslubunu, ictimai düşüncəsini və humanist baxışlarını özündə əks etdirir.
Azərbaycan ədəbiyyatında nəzirə yazmaq yalnız forma təkrarı deyil. Bu, bir şairin digər şairlə mənəvi dialoqu, poetik söhbəti, fikrə və duyğuya verilən cavabdır. Klassik Şərq poeziyasında geniş yayılmış bu ənənə Nizami, Füzuli, Vaqif, Sabir kimi sənətkarların yaradıcılığında mühüm yer tutmuşdur. Müasir dövrdə isə bu ənənənin yaşadılması həm ədəbi yaddaşın qorunması, həm də söz sənətinin davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır.
Qəndabın “Amansızdır xəstəliyim” şeirində həyatın ağrıları, insanın daxili iztirabları, dərdlə üz-üzə qalması poetik dillə təqdim olunursa, Zaur Ustac həmin ağrıya ümid, təsəlli və birlik hissi ilə cavab verir. Bu baxımdan “GƏL” şeiri bir növ poetik məlhəm təsiri bağışlayır.
Şeirin ilk bəndində müəllif dərdin qarşısında təslim olmamağı təlqin edir:
“Sənə gələn, mənə gəlsin”,
Sipər çəkək dərdə qoşa.
Elə həmən təslim olma,
Ömrü vuraq birgə başa.

Bu misralarda yalnız fərdi hisslər deyil, ümumbəşəri humanizm vardır. Müəllif dərdi bölüşməyi, ağrını paylaşmağı həyat fəlsəfəsi kimi təqdim edir.“Sipər çəkək dərdə qoşa” ifadəsi birlik ideyasının poetik zirvəsidir. Burada insanın insana dayaq olması əsas ideya kimi ön plana keçir.
“GƏL” şeirinin əsas gücü onun səmimiyyətindədir. Müəllif oxucuya yuxarıdan baxmır, öyüd vermir, əksinə, dərdi birlikdə yaşamağı təklif edir. Bu, müasir dövrün mənəvi ehtiyaclarından biridir. İnsanların getdikcə tənhalaşdığı bir zamanda belə misralar cəmiyyətə mənəvi yaxınlıq mesajı verir.
Şeirin ikinci bəndində müəllif həyatın fəlsəfi mahiyyətinə toxunur:
Hər nə gəlsə, bizə gələr,
Dildən çıxan sözə gələr,
Haqdan doğru düzə gələr,
Könlü fərah, xürrəm yaşa.

Burada taleyə münasibət, sözün məsuliyyəti və haqq anlayışı ön plana çıxır. “Dildən çıxan sözə gələr” misrası Azərbaycan xalq hikmətinə söykənən dərin mənalı poetik qənaətdir. Şair insanın dediyi sözün, etdiyi əməlin qarşısına çıxacağını xatırladır. Bu fikir həm dini-mənəvi, həm də etik baxımdan böyük məna daşıyır.
“Haqdan doğru düzə gələr” misrası isə müəllifin ədalət və ilahi həqiqət anlayışını poetik şəkildə ifadə edir. Burada insanın düzgün yaşaması, haqq yolundan ayrılmaması əsas mənəvi çağırış kimi təqdim edilir.
Şeirin son bəndində müəllif özünəməxsus poetik ifadə ilə ustad-şagird münasibətinə, dostluğa və mənəvi bağlılığa toxunur:
Hər söz Ustaca fərmandır,
Əlin əlimdə dərmandır,
Sinəm halalca xırmandır,
Baballa qoyma baş-başa.

Bu misralarda Zaur Ustacın daxili dünyası, insan münasibətlərinə verdiyi dəyər açıq görünür. “Əlin əlimdə dərmandır” misrası sadəcə poetik təşbeh deyil, insanın insana şəfa olması ideyasının bədii ifadəsidir. Şair burada mənəvi yaxınlığın, dost əlinin ən böyük təsəlli olduğunu vurğulayır.
“Sinəm halalca xırmandır” misrası isə müəllifin geniş ürək sahibi olduğunu göstərir. Burada həm mərhəmət, həm də saflıq duyulur. Şair insanları kinə, nifrətə deyil, halallığa və vicdanlı yaşamağa çağırır.
Zaur Ustacın yaradıcılığına diqqət etdikdə onun poeziyasında insanlıq, mərhəmət, milli-mənəvi dəyərlər və sözə sədaqət xəttinin daim aparıcı mövqe tutduğu görünür. O, şeirlərində sadəcə estetik gözəllik yaratmağa çalışmır, həm də oxucunun mənəvi dünyasına təsir etməyi bacarır.
.“GƏL” şeiri də bu baxımdan müəllifin humanist poetik düşüncəsinin uğurlu nümunələrindəndir. Burada həyat eşqi, dostluq, ümid və mənəvi dayaq ideyaları poetik ahənglə təqdim edilir. Şeir həm forma baxımından axıcıdır, həm də məna yükü etibarilə düşündürücüdür.
“GƏL” nəzirəsi çağdaş Azərbaycan poeziyasında nəzirə ənənəsinin uğurlu davamı olmaqla yanaşı, insanı yaşamağa, mübarizəyə və mənəvi birliyə çağıran dəyərli poetik nümunədir. Şeir göstərir ki, söz yalnız estetik vasitə deyil, həm də mənəvi dayaq, ruhi təsəlli və insani körpüdür.
Qəndabın nisgil dolu poetik harayına Zaur Ustac ümid, dostluq və mərhəmət dili ilə cavab verir. Bu isə ədəbiyyatın əsas missiyasını — insanı insana yaxınlaşdırmaq missiyasını bir daha təsdiqləyir.
19.05.2026. Bakı – Novxanı.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

HƏCƏR ATAKİŞİYEVA YAZIR

Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu

          Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu daim aparıcı istiqamətlərdən biri olmuşdur. Xalqın tarixi yaddaşı, milli kimliyi, torpaq sevgisi və dövlətçilik düşüncəsi bir çox sənətkarların yaradıcılığında mühüm yer tutmuşdur. Müasir Azərbaycan ədəbiyyatında bu mövzunu ardıcıl şəkildə işləyən müəlliflərdən biri də Zaur Ustacdır. Onun əsərlərində vətən anlayışı yalnız coğrafi məkan kimi deyil, milli ruhun, mənəvi bağlılığın və tarixi yaddaşın simvolu kimi təqdim edilir. Azərbaycan ədəbiyyatı əsrlər boyu xalqın milli yaddaşını, mənəvi dəyərlərini və azadlıq arzularını yaşadan ən mühüm mənəvi sərvətlərdən biri olmuşdur. Tarixin müxtəlif mərhələlərində Azərbaycan yazıçı və şairləri xalqın taleyini, onun sevinc və kədərini, mübarizə və qəhrəmanlığını bədii söz vasitəsilə gələcək nəsillərə çatdırmışlar. Ədəbiyyat yalnız estetik zövq formalaşdıran sənət sahəsi deyil, eyni zamanda cəmiyyətin milli şüurunu oyadan, vətən sevgisini gücləndirən və mənəvi birliyi qoruyan mühüm ideoloji vasitə kimi çıxış etmişdir. Bu baxımdan vətənpərvərlik mövzusu Azərbaycan ədəbiyyatında daim aparıcı xətt olmuş, klassik dövrdən müasir mərhələyədək müxtəlif sənətkarların yaradıcılığında xüsusi yer tutmuşdur. Vətən anlayışı Azərbaycan insanının düşüncə sistemində müqəddəs məfhumlardan biri hesab olunur. Bu anlayış yalnız insanın doğulduğu torpağa bağlılığı deyil, həm də milli kimliyə, dilə, tarixə, mədəniyyətə və mənəvi dəyərlərə sədaqəti ifadə edir. Azərbaycan xalqı tarix boyu müxtəlif işğallarla, müharibələrlə və ağır sınaqlarla qarşılaşsa da, vətən sevgisini və milli ruhunu qoruyub saxlamağı bacarmışdır. Xüsusilə Qarabağ münaqişəsi və Vətən müharibəsi Azərbaycan insanının vətənə bağlılığını, torpaq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirmişdir. Bu hadisələr ədəbiyyatda da dərin iz buraxmış, bir çox müəlliflərin yaradıcılığında əsas mövzulardan birinə çevrilmişdir.

         Müasir Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərlərin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik hisslərinin təbliği ilə seçilən müəlliflərdən biri də Zaur Ustacdır. Onun yaradıcılığı vətən sevgisinin, milli düşüncənin və xalq ruhunun bədii ifadəsi kimi diqqəti cəlb edir. Müəllif əsərlərində Azərbaycan xalqının tarixi yaddaşını, milli ağrılarını, Qarabağ həqiqətlərini və şəhidlik zirvəsini böyük həssaslıqla qələmə alır. Zaur Ustacın yaradıcılığında vətən yalnız coğrafi məkan deyil, insanın mənəvi varlığını müəyyən edən müqəddəs dəyər kimi təqdim olunur. Yazarın əsərlərində vətənpərvərlik anlayışı geniş məna daşıyır. Burada vətənə sevgi yalnız emosional hiss kimi deyil, həm də vətəndaş məsuliyyəti, milli birlik və mənəvi borc kimi izah edilir. Müəllifə görə vətəni sevmək təkcə onun gözəlliklərini tərənnüm etmək deyil, eyni zamanda onun problemlərinə biganə qalmamaq, milli dəyərləri qorumaq, dövlətə və xalqa sədaqətlə xidmət etməkdir. Bu baxımdan Zaur Ustacın yaradıcılığı oxucuda yalnız bədii-estetik zövq formalaşdırmır, həm də milli düşüncə və vətəndaşlıq mövqeyi yaradır.

         Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu müxtəlif dövrlərdə fərqli formalarda ifadə edilmişdir. Klassik ədəbiyyatda daha çox mənəvi bağlılıq və yurd sevgisi ön planda olmuşdursa, müasir dövrdə bu anlayış milli azadlıq mübarizəsi, dövlətçilik və torpaq bütövlüyü məsələləri ilə daha sıx əlaqələndirilmişdir. Xüsusilə XX əsrin sonu və XXI əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələr müasir şair və yazıçıların yaradıcılığına güclü təsir göstərmişdir. Bu baxımdan Zaur Ustacın əsərləri həm dövrün ictimai ruhunu, həm də xalqın mənəvi dünyasını əks etdirən mühüm ədəbi nümunələrdən hesab oluna bilər. Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu müxtəlif istiqamətlərdə özünü göstərir. Yazarın şeir, hekayə, povest və publisistik yazılarında Azərbaycan torpağına bağlılıq, Qarabağ ağrısı, şəhidlik zirvəsi və milli birlik ideyası xüsusi diqqət çəkir. Müəllif vətəni sadəcə sevməyi deyil, onu qorumağı, onun uğrunda mübarizə aparmağı da vətəndaşlıq borcu kimi təqdim edir. Onun əsərlərində Qarabağ mövzusu xüsusi yer tutur. İşğal dövrünün ağrıları, yurd həsrəti və xalqın mənəvi sarsıntıları onun yaradıcılığında emosional və təsirli şəkildə əks olunur. Bu baxımdan onun yaradıcılığı oxucuda vətən sevgisini gücləndirən mühüm ədəbi nümunələrdən hesab edilə bilər. Zaur Ustacın vətənpərvərlik düşüncəsində şəhidlik anlayışı da mühüm yer tutur. Müəllif şəhid obrazlarını yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi təqdim edir. Onun “Sənətin seçdiyi adam”, “Qırmızı yarpaqlı ağac”,  “Sonuncu tapşırıq”, “Sonuncu döyüş”, “Son uçuş”, “Alp Eldəniz” və “Zenitdəki zenitçi” kimi əsərlərində şəhidlər xalqın azadlığı və gələcəyi uğrunda canından keçən qəhrəmanlar kimi təsvir olunur. Bu yanaşma gənc nəslin milli ruhda formalaşmasına təsir edən mühüm ideoloji xüsusiyyətlərdən biridir.

        Müəllifin publisistik yazılarında da vətənpərvərlik xətti açıq şəkildə hiss olunur. O, milli-mənəvi dəyərlərin qorunmasını, Azərbaycan dilinə və mədəniyyətinə sahib çıxılmasını vacib hesab edir. Yazıçının fikrincə, vətənpərvərlik yalnız döyüş meydanında deyil, elmə, təhsilə, ədəbiyyata və milli mədəniyyətə xidmət etməklə də ifadə olunur. Müəllifin yaradıcılığında Qarabağ mövzusu xüsusi emosional yükə malikdir. İşğal illərinin ağrısı, yurd həsrəti, şəhid ailələrinin kədəri və xalqın mənəvi sarsıntıları onun əsərlərində real və təsirli boyalarla əks olunur. Bununla yanaşı, müəllif xalqın gələcəyə inamını, milli birliyini və qələbə ruhunu da ön plana çəkir. Bu xüsusiyyətlər Zaur Ustac yaradıcılığını yalnız bədii hadisə deyil, həm də milli-mənəvi çağırış nümunəsi kimi dəyərləndirməyə əsas verir. Zaur Ustacın əsərlərində diqqəti cəlb edən mühüm məqamlardan biri də milli-mənəvi dəyərlərin qorunmasına verilən önəmdir. Müəllif dilə, mədəniyyətə, ailə institutuna, tarixə və milli adət-ənənələrə böyük həssaslıqla yanaşır. Onun fikrincə, vətənpərvərlik yalnız müharibə dövründə deyil, gündəlik həyatda milli kimliyi qorumaq və gələcək nəsillərə ötürmək vasitəsilə də ifadə olunur. Bu baxımdan yazıçının yaradıcılığı maarifçi və ideoloji xarakter daşıyır. Zaur Ustacın dil və üslub xüsusiyyətləri də vətənpərvərlik mövzusunun təsir gücünü artırır. O, sadə, anlaşıqlı və emosional dil vasitəsilə oxucunun hisslərinə təsir etməyi bacarır. Bədii təsvir vasitələri, obrazlı ifadələr və milli ruhla zəngin poetik düşüncə müəllifin əsərlərinə xüsusi məna qazandırır. Onun yaratdığı “O gün”, “Qardaş”,  “Dağlar”, “Sevin, a Təbriz”, “Araz”, “Tuncaya” kimi nümunələr sözün əsl mənasında seçilən əsərlərdir.  Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu mühüm ideya istiqamətlərindən biridir. Onun əsərlərində vətən sevgisi, milli birlik, Qarabağ həqiqətləri və şəhidlik mövzuları yüksək bədii və mənəvi dəyərlərlə təqdim olunur. Yazarın yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında vətənpərvərlik ruhunun yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli yer tutur. Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu əsas ideya istiqamətlərindən biri kimi mühüm yer tutur. Müəllifin əsərlərində vətən anlayışı yalnız coğrafi məkan və ya doğma torpaq sevgisi çərçivəsində təqdim edilmir. Məsələn, şairin “Bayraq, bizim bayrağımız” şeirindən bir bəndə baxaq:

“Üstündən yüz Araz axsın,

Torpaq, bizim torpağımız!

Güney, Quzey fərq eləməz,

Oylaq, bizim oylağımız!

burada Vətən anlayışı coğrafi aspektdən çox uzaq olub, ruhu, düşüncəni, könül bağlarını təcəssüm etdirir. Bu anlayış daha geniş məna daşıyaraq milli kimliyi, tarixi yaddaşı, dövlətçilik düşüncəsini, mənəvi dəyərləri və xalqın gələcəyinə bağlılığı özündə ehtiva edir. Yazar  yaradıcılığı göstərir ki, vətən sevgisi insanın mənəvi varlığını müəyyən edən ən ali hisslərdən biridir və bu hiss cəmiyyətin milli birliyinin formalaşmasında mühüm rol oynayır. Ümumiyyətlə Zaur Ustacın yaradıcılığında milli təəssübkeşlik qırmızı xətt kimi keçir. Bu baxımdan onun “Əliş və Anna” əsəri də diqqətə layiqdir.

        Zaur Ustac əsərlərində Azərbaycan xalqının keçdiyi tarixi yolun ağrılarını, mübarizə ruhunu və gələcəyə olan inamını bədii sözün gücü ilə əks etdirməyi bacarmışdır. Onun yaradıcılığında xalqın mənəvi dünyası, milli ruhu və torpaq sevgisi yüksək emosional təsir gücü ilə təqdim olunur. Müəllifin əsərlərindəki vətənpərvərlik hissi süni və şüar xarakterli deyil, həyat həqiqətlərindən doğan səmimi duyğular üzərində qurulmuşdur. Bu xüsusiyyət yazıçının əsərlərinin oxucuya daha təsirli şəkildə çatmasına və geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanmasına səbəb olur. Müəllifin yaradıcılığında Qarabağ mövzusunun xüsusi yer tutması onun vətənpərvərlik düşüncəsinin əsas istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Qarabağ dərdi Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxmış faciələrdən biri olmuşdur.    Zaur Ustac bu ağrını təkcə fərdi hiss kimi deyil, ümummilli problem kimi təqdim etmiş, xalqın torpaq sevgisini, yurd həsrətini və azadlıq arzusunu bədii dillə ifadə etmişdir. Onun əsərlərində Qarabağ yalnız müharibə mövzusu deyil, həm də milli qürurun, mənəvi bütövlüyün və tarixi ədalət uğrunda mübarizənin simvolu kimi çıxış edir. Müəllif bu mövzu vasitəsilə oxucuda həm emosional bağlılıq yaradır, həm də vətənə qarşı məsuliyyət hissini gücləndirir. Zaur Ustac yaradıcılığında şəhidlik mövzusu da xüsusi mənəvi dəyərə malikdir. Müəllif şəhid obrazlarını yalnız qəhrəmanlıq nümunəsi kimi deyil, milli ruhun və mənəvi ucalığın təcəssümü kimi təqdim edir. Onun əsərlərində şəhidlər xalqın azadlığı, torpağın bütövlüyü və gələcək nəsillərin xoşbəxtliyi naminə canından keçən müqəddəs insanlar kimi təsvir olunur. Bu yanaşma gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına mühüm təsir göstərir. Yazıçının şəhidlik mövzusuna həssas münasibəti oxucuda həm qürur, həm də məsuliyyət hissi formalaşdırır. Müəllifin əsərlərində diqqəti çəkən əsas xüsusiyyətlərdən biri də milli birlik və həmrəylik ideyasının güclü şəkildə təbliğ edilməsidir. Zaur Ustac vətənin qorunmasının yalnız hərbi qüvvə ilə deyil, xalqın mənəvi birliyi, milli həmrəyliyi və ortaq məqsəd uğrunda birləşməsi ilə mümkün olduğunu vurğulayır. Onun yaradıcılığında xalqın birlik içində olması dövlətin güclənməsi və milli dəyərlərin qorunmasının əsas şərti kimi təqdim edilir. Bu ideyalar xüsusilə müasir dövrdə milli şüurun formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu müxtəlif əsərlərdə fərqli aspektlərdən işlənmişdir. Müəllifin əsərlərində vətən anlayışı torpaq sevgisi, milli birlik, şəhidlik, dövlətçilik düşüncəsi və Qarabağ həqiqətləri ilə sıx bağlı şəkildə təqdim olunur. Yazarın  bədii düşüncəsində vətən yalnız insanın doğulduğu məkan deyil, onun mənəvi kimliyini formalaşdıran müqəddəs dəyər kimi çıxış edir. Bu baxımdan müəllifin “Oriyentir ulduzu”, “Dağ”, “Nəcəfi Elxan”, “Vaqif Mustafazadə” kimi  bir sıra əsərləri vətənpərvərlik ideyasının təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. “Oriyentir ulduzu” əsərində vətən sevgisi və milli birlik ideyası təbliğ edilir. Zaur Ustac “Oriyentir ulduzu” adlı əsərində Qarabağın Azərbaycan xalqının ayrılmaz tarixi torpağı olduğunu xüsusi vurğulayır. Əsərdə müəllif işğal nəticəsində yaranan ağrıları, xalqın keçirdiyi mənəvi sarsıntıları və doğma yurda bağlılıq hisslərini emosional şəkildə təqdim edir. Müəllif Qarabağı yalnız coğrafi ərazi kimi deyil, milli qürurun və tarixi yaddaşın simvolu kimi təsvir edir. Əsərdə xalqın birlik içində mübarizə aparmasının vacibliyi ön plana çəkilir və vətən uğrunda mübarizənin müqəddəsliyi vurğulanır. “Oriyentir ulduzu” povestində qəhrəmanlıq və şəhidlik zirvəsi əsasdır: bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı– Qaladı eee, Qala- bura QARABAĞDI- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura ADƏMİN vətənidi, bura AZƏRBAYCANDI, bu torpaqlar türk oğluna UCA TANRININ ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda ŞƏHİD olmaq hər kəsə nəsib olmur… “ Müəllifin vətənpərvərlik mövzusunda diqqət çəkən əsərlərindən biri də “Xudayar dastanı” əsəridir. Bu əsərdə şəhid obrazı yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi təqdim olunur. Zaur Ustac şəhidliyi xalqın azadlığı uğrunda göstərilən ən böyük fədakarlıq nümunəsi hesab edir. Əsərdə vətən uğrunda canından keçən insanların qəhrəmanlığı böyük ehtiram hissi ilə təsvir edilir. Müəllif şəhidlərin xatirəsinin xalqın yaddaşında daim yaşayacağını vurğulayaraq gənc nəslə vətənə sədaqət ideyasını aşılamağa çalışır. “Zabitlər” əsərində vətəndaşlıq məsuliyyəti qabardılır.  “Zabitlər” əsərində müəllif vətənə bağlılıq hissini daha çox mənəvi və fəlsəfi aspektdə təqdim edir. Əsərdə vətənə xidmət insanın ən ali borcu kimi qiymətləndirilir. Müəllif göstərir ki, insan yalnız vətəninə faydalı olduğu zaman öz mənəvi dəyərini təsdiq edə bilir. Burada vətən sevgisi sadəcə hiss deyil, həm də əməli fəaliyyət və vətəndaş məsuliyyəti kimi təqdim olunur. Əsərdə torpaq, xalq və dövlət anlayışları vahid mənəvi sistem daxilində təsvir edilir. “Ustacam” (“Övladıyam”) əsərində qələbə ruhu və dövlətçilik düşüncəsi əsasdır. Zaur Ustac “Ustacam” (“Övladıyam”) əsərində Azərbaycan ordusunun qəhrəmanlığını, xalqın birliyini və qələbə ruhunu ön plana çıxarır. Əsərdə Vətən müharibəsində əldə olunan zəfər böyük qürur hissi ilə təqdim edilir. Müəllif bu qələbəni yalnız hərbi uğur deyil, həm də milli ruhun və xalq birliyinin təntənəsi kimi qiymətləndirir. Əsərdə dövlətçilik düşüncəsi, vətənə sədaqət və xalqın mənəvi gücü əsas ideya xəttini təşkil edir. “Ustacam” (“Övladıyam”)  əsərində müəllif Azərbaycan xalqının tarixi qələbəsini bədii şəkildə əks etdirir. Əsərdə Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqın birliyi və milli ruh yüksəkliyi xüsusi vurğulanır. Müəllif zəfər anlayışını yalnız hərbi uğur kimi deyil, həm də xalqın mənəvi dirçəlişi kimi təqdim edir. Əsərdə vətən sevgisi ilə yanaşı milli qürur və tarixi yaddaş anlayışları da əsas yer tutur.  “Anam” əsərində torpaq və yurd anlayışı ön plandadır. “Anam” əsərində vətən anlayışı daha çox doğma torpağa mənəvi bağlılıq kontekstində işlənmişdir. Müəllif yurdu insanın mənəvi dayağı, tarixi yaddaşı və milli kimliyinin əsas hissəsi kimi təqdim edir. Əsərdə doğma torpağın insan həyatındakı rolu emosional təsvirlərlə ifadə olunur. Zaur Ustac vətəni ana obrazı ilə müqayisə edərək torpağa bağlılığın müqəddəs hiss olduğunu vurğulayır. “Ana dilim” əsəri də sanki “Anam”ın davamıdır. “Ana dilim” əsərində milli qürur və tarixi yaddaş əsasdır.

      Publisistik yazılarında vətənpərvərlik ideyası olduqca güclüdür. Zaur Ustac yalnız bədii əsərlərində deyil, publisistik yazılarında da vətənpərvərlik mövzusuna geniş yer verir. Onun publisistik məqalələrində Azərbaycançılıq ideyası, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinə və mədəniyyətinə sahib çıxılması kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Müəllif gənclərin milli ruhda yetişdirilməsini vacib hesab edir və vətənpərvərliyi cəmiyyətin inkişafı üçün əsas amillərdən biri kimi qiymətləndirir. Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu çoxşaxəli şəkildə işlənmişdir. Müəllifin əsərlərində Qarabağ sevgisi, torpaq uğrunda mübarizə, şəhidlik, milli birlik və dövlətçilik düşüncəsi yüksək bədii ustalıqla təqdim olunur. Bu əsərlər oxucuda vətənə bağlılıq hissini gücləndirən mühüm ədəbi nümunələr kimi dəyərləndirilə bilər. Zaur Ustacın publisistik fəaliyyəti də onun vətənpərvərlik mövqeyinin mühüm göstəricilərindən biridir. Müəllif publisistik yazılarında milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinə və mədəniyyətinə sahib çıxılması, gənclərin milli ruhda yetişdirilməsi kimi məsələlərə xüsusi diqqət yetirir. O, vətənpərvərliyi yalnız emosional hiss kimi deyil, həm də əməli fəaliyyət, vətəndaş məsuliyyəti və ictimai borc kimi dəyərləndirir. Bu baxımdan yazıçının yaradıcılığı yalnız bədii-estetik deyil, həm də ideoloji və maarifçi əhəmiyyət daşıyır. Müəllifin dil və üslub xüsusiyyətləri də vətənpərvərlik ideyasının təsir gücünü artıran mühüm amillərdəndir. Zaur Ustac sadə, aydın və emosional ifadə tərzindən istifadə etməklə oxucu ilə səmimi əlaqə yaradır. Onun əsərlərində istifadə olunan bədii təsvir vasitələri, obrazlı ifadələr, poetik düşüncə tərzi və milli ruhla zəngin dil oxucunun emosional dünyasına təsir göstərir. Yazarın üslubunda pafosdan çox səmimiyyət və həyat həqiqətlərinə bağlılıq üstünlük təşkil edir ki, bu da onun yaradıcılığının inandırıcılığını artırır. Zaur Ustac yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında vətənpərvərlik ideyasının yaşadılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Onun əsərlərində vətən sevgisi, Qarabağ həqiqətləri, şəhidlik zirvəsi, milli birlik və mənəvi dəyərlər yüksək bədii ustalıqla əks etdirilmişdir. Yazıçının yaradıcılığı həm milli ədəbiyyatın inkişafına töhfə verir, həm də oxucularda vətənə bağlılıq, milli qürur və vətəndaş məsuliyyəti hisslərini gücləndirir. Zaur Ustacın əsərləri müasir Azərbaycan cəmiyyətində milli ruhun qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm ideoloji və mənəvi əhəmiyyət daşıyır. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun davamlı şəkildə inkişaf etdirilməsinə xidmət edir və milli düşüncənin formalaşmasında təsirli ədəbi mənbələrdən biri kimi çıxış edir. Bu baxımdan müəllifin əsərlərinin gələcəkdə də filoloji və ədəbi baxımdan geniş şəkildə araşdırılması mühüm elmi əhəmiyyət kəsb edir.

Müəllif: Həcər Atakişiyeva

“Yazarlar” jurnalının redaktoru, Yaradıcılıq Komissiyasının sədri, ədəbiyyatşünas-tənqidçi

Atakişiyeva Həcər Aslan qızı

Həcər Atakişiyevanın yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Gövhər Cəfər (2000)

Gövhər Cəfər

Cəfərova Gövhər Arif qızı 16 avqust 2000-ci il tarixində Şamaxı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Suraxanı rayonu 327 nömrəli tam orta məktəbdə almışdır. 2017-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olmuş, 2021-ci ildə bitirmişdir. 2021- 2023-cü illər ərzində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə oxuyub bitirmişdir.
2023-cü ildə Bakı şəhəri Xəzər rayonu 262 nömrəli tam orta məktəbdə, 2024-cü ildə Bakı şəhər Xəzər rayonu 324 nömrəli tam orta məktəbdə müddətli olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləmişdir. 2025-ci ildən isə Bakı şəhəri Xəzər rayonu 256 nömrəli tam orta məktəbdə müddətsiz əsaslarla müəllim vəzifəsində çalışır.
Kiçik yaşlarından etibarən hekayələr, romanlar, dram əsərlərinə olan marağı onun ilk qələm təcrübəsinin yaranmağına səbəb oldu. 2025-ci ildə ilk əsəri “Həyatın oyunu”romanını yazdı. 2026-cı ildə romantik-psixoloji mövzulu bu romanı nəşr olundu.
Gənc yazıçı belə deyir: ” Əsər yazmaqla şeir yazmaq tamamilə fərqli duyğular bəxş edir. Özüm də şeirlər yazsam da, əsər yazmaq, o duyğuları ətraflı şəkildə oxuculara çatdırmaq məni daha rahat hiss etdirir. Çünki şeir anlıq bir partlayışdır, qəfildən gələn və insanı sarsıdan bir duyğu selidir. Amma əsər (roman) yazmaq mənə o duyğunun içində yaşamaq, hər bir xarakterin ruhuna toxunmaq imkanı verir. Şeirdə misralara sığışdıra bilmədiyim o böyük dünyanı, romanda sətir-sətir, obraz-obraz böyüdürəm. Bu, təkcə yazmaq deyil, həm də öz daxili fırtınalarıma geniş bir sığınacaq tapmaqdır.”
“Şeir oxucuya bir anlıq hiss bəxş edir, amma böyük bir nəsr əsəri onu tamamilə başqa bir aləmə aparır. Mən istəyirəm ki, oxucu qəhrəmanlarımla birlikdə sevsin, onlarla birlikdə kədərlənsin və eyni suallara cavab axtarsın. Duyğuları tələsmədən, bütün rəngləri və çalarları ilə bədii şəkildə işləmək, oxucunun qəlbinə gedən o uzun və incə yolu kəşf etmək mənə böyük bir mənəvi zövq verir.”

Məlumatı hazırladı: Bahar Bəxtiyarqızı

Bahar Bəxtiyarqıznın yazıları

Gövhər Cəfərin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Halime Hüdayberdiyeva (1947)

 Halime Hüdayberdiyeva,
Özbekistan halk şairi

  Halime Hüdayberdiyeva, 1947 yılının 17 Mayısında Sirdarya vilayetinin Boyovut ilçesinde doğmuştur. 2018 yılının 17 Ağustosda vefat etmiş.
Aşağıda onun şiirini Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun öǧrencisi Vazira Hüsniddinova tercümesinden okuyacaksınız.


Sizi bulduğum, kaybettiğim değil,
Siz şahinim, acız  kuşum değil.
Siz dünyada gerçek diye tutuğum,
Tutmadiğim yalan düşüm değil.
 
Size feda olmak isterim,
Sizin için heba olmak isterim.
Yavaş yavaş kaybetmeden size,
Birden mahrum kalmak isterim.
 
Geriliyor teller gerim, söyleyin,
Hayallere dalsınlar, söyleyin.
Siz cansınız, canımı acıtmadan,
Birdenbire olsunlar, söyleyin.
 
Sizi bulduğum, kaybettiğim değil…
 
Çevirmen: Vazira Hüsniddinova,
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğrencisi

Təqdim etdi: Khaitov Khusniddin (Hüsniddin Hayıt)
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğretmeni

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YARALI CANIN FƏRYADI

YÜZ ALTINCI YAZI

YARALI CANIN FƏRYADI

(Gülnarə İsrafilin yeni şeirləri)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu olduqca səmimi, içdən gələn şeirlər olacaq. Elə şeirlər ki, müəllifi olduğu kimi təqdim edir və bu müəllifin heç vecinə də deyil… Bax, elə belə… Çox maraqlı…
Müasir Azərbaycan poeziyasında daxili sarsıntını, milli yaddaşı, qadın duyğusunun incəliyini və mənəvi axtarışları bir araya gətirən şairlərdən biri də Gülnarə İsrafildir. Onun şeirlərində həm Vətən ağrısı, həm qadın həssaslığı, həm metafizik düşüncə, həm də insan ruhunun qaranlıq və işıqlı tərəfləri poetik dillə ifadə olunur. Gülnarə İsrafilin poetik dünyası oxucunu yalnız misralarla deyil, həm də yaddaş, vicdan və hisslərlə danışmağa vadar edir. Təfərrüata keçməzdən əvvəl onu yaxından tanıyaq:

QISA ARAYIŞ

Gülnarə İsrafil, Gədəbəy rayonunun Qarıkənd kəndində doğulub, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Torpaq adamlar”, “İki”, “Sirran” adlı şeir kitablarının müəllifidir. Onun bu yaxınlarda “Daşın bağrında bir daş” adlı şeir kitabı əski Azərbaycan əlifbası ilə öz ana dilimizdə Urmiya şəhərində işıq üzü görüb. 2002-ci ildən müxtəlif qəzet və jurnallarda çap olunur. “Düşünürəmsə varam”, “Zərrələr” adlı layihələrin müəllifidir. Hal-hazırda jurnalist olaraq fəaliyyət göstərir.
Şairənin “Əfəndim” şeiri milli parçalanmanın, tarixi ağrının və bütöv Azərbaycan duyğusunun poetik manifesti kimi diqqət çəkir. Burada coğrafiyalar artıq xəritə deyil, ruhun parçalarıdır:
“Məni soruşsan yaralı canam,
İrəvanam!
Paramparça Azərbaycanam!”

Bu misralarda bir xalqın bölünmüş taleyi, didərgin yaddaşı və mənəvi bütövlük arzusu yaşayır. Təbrizdən Borçalıya, Dərbənddən Qarabağa qədər uzanan poetik xəritə əslində milli kimliyin ruh xəritəsidir.
“Göylər saçlarımın duvağı” şeirində isə şairə qəmli ruhu işığa çağırır. Yağışdan sonrakı günəş, göy qurşağı, rənglər və işıq insan ruhunun qaranlıqdan çıxışına çevrilir:
“Bir göyqurşağıyla yallı oynayaq,
Çal, sakit havada cəngini mənə.”

Bu poetik ovqatda həm nikbinlik, həm də ruhun özünü təbiətdə bərpa etməsi hiss olunur. Şairə rəngləri sadəcə vizual element kimi yox, mənəvi şəfa vasitəsi kimi təqdim edir.
“Ruhumun qalxanı” şeirində sevgi artıq adi hiss deyil, insanın varlığını qoruyan müqəddəs qüvvəyə çevrilir:
“Ay ruhumun qalxanı, cismimin dəbilqəsi.”
Bu misra sevginin insanı necə qoruduğunu, ruhu necə sipərə çevirdiyini poetik güclə ifadə edir. Gülnarə İsrafil sevgini zəiflik yox, mənəvi dayaq kimi təqdim edir.
Şairənin “Birdən” şeiri isə insanın daxili dəyişmələrinin fəlsəfi poetikasıdır:
“Birdən öz içimdə məğlub oluram,
Birdən öz içimdə mətinləşirəm.”

Burada insanın ruh halının ani dəyişmələri, həyatın gözlənilməz çevrilmələri və daxili savaşları çox təbii şəkildə verilib. Şairə insanın öz daxilində həm məğlub, həm qalib olduğunu göstərir.
“Gəncliyin yuxusu apardı məni” şeirində nostalji duyğular üstünlük təşkil edir. Keçmişin uşaq yuxuları və zamanın axışı poetik bir həzinliklə təqdim olunur:
“Uşaq yuxularım dağılmamışdı,
Gəncliyin yuxusu apardı məni.”

Bu misralar insanın yaş artdıqca uşaqlıq təmizliyinə və gənclik hisslərinə daha çox bağlandığını göstərir.
“Könlünə ebru çək” şeiri sevginin estetik fəlsəfəsidir. Burada sevgi sadəcə hiss yox, həyatın bozluğunu rəngləndirən sənətdir:
“Boz ömrü rəngləyək, silim demə heç.”
Şairə münasibətləri səthi deyil, “dərinə yazmaq” istəyir. Bu da onun sevgi anlayışının dərin mənəvi qatlara bağlı olduğunu göstərir.
“Kağız” şeirində insan taleyi kağız metaforası ilə təqdim edilir:
“Hərdən misra-misra şeir yazılan,
Hərdən qəzəb-qəzəb əzilən kağız.”

Burada insanın həm yaradıcılıq, həm də həyat qarşısında əzilməsi poetik obrazla ifadə olunur.
“Özüm gedərəm” şeirində sevginin fədakarlıq tərəfi ön plana çıxır:
“Sən getmə, əzizim, özüm gedərəm…”
Bu misralarda sevən insanın öz ağrısını belə qarşı tərəfin rahatlığına qurban verməsi görünür.
“Gedən payız gələn ilə eynidir” şeirində həyatın təkrarlanan ağrıları, insanın zaman qarşısında yorğunluğu ifadə edilir:
“Bu həyatın bəlkə, özü bir yuxu?!”
Şairə burada həyatın mənasını sorğulayır və insanın öz daxilindəki boşluq hissini poetikləşdirir. Bu məqamda qısa bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

“Gülnarə İsrafilin şeirlərində lirik qəhrəman obrazı daha çox üstünlük təşkil edir. Bu lirik qəhrəman sevgi yolunun yolçusudur.
O öz sevgi yolunda “Mən”- dən “Sən”- ə doğru yol gedir və bu yolda xoşbəxtliyə ümid və çağrış da var, üzüntü də var, məyusluq da, anlaşılmazlıq da. Onun digər şeirlərindəki təzadlı hisslər, sevgi şeirlərində də öz əksini tapır.

“Yandırıb eşq oduna,
Qəlbimi şan-şan etmisən.
Şirinin qəmdən acı,
Qəmimi al-qan etmisən.
Nə məni öldürmüsən,
Nə də məni var etmisən.
Yaralanmış ürəyimi
hansı yana alım gedim?
Dəvətsiz qonaq olmuşam
bu sevgiyə, qalım, gedim?”
Qalsa yaxşıdır… Çünki sevgi ömrü tükənmir. Füzuli babamız demişkən:

“Ey Füzuli, çıxdı can,
çıxmam təriqi eşqdən,
Pərgüzari əhli-eşq
üzrə qılın mədfən mənə”.

Gülnarə İsrafilin şeirlərində sərbəst dil manerası ilə rastlaşdım. Doğrudur, çətin anlaşılan sözlər, ifadələr də var, amma bundan keçmək olar. Fəqət bir çox şeirlərində şeirə uyuşmayan sözlərə, ifadələrə nə deyəsən? Şair bir də baxsın “Mən adlı kim qaldı ki…”,”Boşluqda ulayan “mən”im”, “Sonsuzluq” şeirlərinə… Bu şeirlərdə fikir var, amma şeir yoxdur. Və birdə baxsan “Payız” və “Dirilim” şeirlərinə əsl şeir kimi şeir…

Gülnarə İsrafil! Sənin üç kitabının şeirlərini mən oxudum. Və sevindim ki, sən, əsl şairsən…Yoluna davam et!” Gülnarə İsrafil haqqında bu dəyərli fikirlər filologiya elmləri doktoru, professor Vaqif Yusifliyə aiddir.
Eldar Baxışa ithaf edilən “Öldürdülər şairi” şeiri isə sənət adamının cəmiyyət içində yaşadığı faciəni göstərir:
“Sağ olanda öldürdülər şairi.”
Bu misra təkcə bir şairin deyil, ümumən sənət adamlarının zaman-zaman yaşadığı mənəvi tənhalığın simvoludur.
“Tökül gözlərimdən” şeirində ölüm duyğusu, həyat yorğunluğu və insanın son həddə çatmış ağrısı hiss olunur:
“Ürəyim elə çox yanır ki, bu dəm
Ölümün ömrümə az vaxtı gəlib.”

Bu poetik ağrı oxucunu sarsıdır və insan ruhunun dərin qatlarına toxunur.
“Sübh mavi gəlinlikdə” şeiri isə romantik poetik tablo təsiri bağışlayır:
“Qışa doğru yeriyən,
Payız mənim ünvanım.”

Burada payız həm zamanın, həm də insan ömrünün metaforasıdır.
“Dirilim” şeirində sevgi yenidən doğuluşun səbəbi kimi təqdim edilir:
“Könlümə sevdadan qaynasın bulaq,
Günümü ruhuma əkim, dirilim.”

Bu şeir insanın sevgidə özünü yenidən tapmasının poetik ifadəsidir.
“Ey insan!” şeirində isə müəllif mənəvi oyanış çağırışı edir:
“Ey insan!
Elə sənin özünsən,
Nurdan doğmuş kainat.”

Bu misralar insanın ilahi mahiyyətini xatırladan fəlsəfi çağırışdır.
“Kiməm” şeirində şairə özünü və insan varlığını sorğulayır:
“Düşüncələr böyüdükcə,
bu dünyaya sığammıram.”

Bu artıq təkcə fərdi hiss deyil, müasir insanın mənəvi sıxıntısının poetik ifadəsidir.
“Səs çıxarma, yat, bala” şeiri müharibələrin ən ağır yükünü uşaqların daşıdığını göstərən təsirli bir etiraz poeziyasıdır:
“Yat iki məzar arasında,
səs çıxarma, yat, bala.”

Bu misralar oxucunun vicdanına toxunan ağır humanist çağırışdır.
“Kəpənək qadın” şeirində qadın obrazı həm incə, həm də yaralı təqdim olunur:
“Sən ey əlləri boş, kəpənək qadın…”
Burada qadının daxili sükutu, cəmiyyət içindəki yorğunluğu və mənəvi tənhalığı hiss edilir.
“Darıxmaq” şeirində həsrət duyğusu çox canlı poetik ifadə tapır:
“Bu darıxmaq o darıxmaq deyil hələ…”
Şairə darıxmağı adi hiss deyil, insanı içindən dağıdan mənəvi yanğı kimi təqdim edir.
“Odunçu” şeirində isə ekzistensial boşluq və ruhun işığa ehtiyacı ön plana çıxır:
“Qaranlığımı al odunçu,
yax odunla-işıqlat.”

Bu misralar insanın öz qaranlığından xilas olmaq istəyinin simvoludur.
“Zikr sevdiyim” şeiri mistik sevgi poeziyası təsiri bağışlayır:
“Əgər bu yuxudursa,
sonsuzluğu seçirəm!”

Burada sevgi artıq maddi yox, kosmik və ruhani məna daşıyır.
“Yarğısız infaz” şeirində sevginin insanı necə dağıda bildiyi göstərilir:
“özünün öldürdüyün?!”
Bu poetik sual həm sevgi, həm xəyal qırıqlığı, həm də daxili məhvin ifadəsidir.
“Payız” şeirində isə Azərbaycan kənd həyatının nostalji mənzərəsi yaradılır:
“bəzənib,
qışa gedir payız.”

Bu sadə, amma təsirli sonluq həyatın dəyişən ritmini poetik tabloya çevirir.
Gülnarə İsrafilin poeziyası müasir Azərbaycan qadınının ruh xəritəsidir. Onun şeirlərində Vətən də danışır, sevgi də, insan ağrısı da, Tanrı axtarışı da. Bu poeziya yalnız oxunmur — yaşanır, hiss edilir, insanın daxilində iz buraxır. Müasir Azərbaycan ədəbiyyatında belə poetik səsin varlığı sözün hələ də ruhu yaşatdığını sübut edir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
14.05.2026. Bakı.
Müəllif: Zaur USTAC

AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Gülnarə İsrafilin yeni şeirləri

Əfəndim

Məni soruşsan yaralı canam,
İrəvanam!
Paramparça Azərbaycanam!
Bir tərəfim Təbriz,
bir tərəfim Borçalı,
hərəsindən bir tikəyəm,
yekəyəm, Əfəndim.
Dərbənddir anamın bayatıları.
Urmiyada iki canıq deyir,
Kərbəlada əlimi öpən, yaşlı qadın.
Ərdəbil ətri gəlir
məzarından babamın.
Şanlı-şanlı uyuyuram…
Xallı gözümdə işıldayan
parıltımdır
İğdırım, Qarsım.
Dərbədər halımın kəpənək qanadında
hal-halam.
Evimizin üstündə əridilmiş Xalxalam,
Xal-xalam, Əfəndim.
Kibrit boyda alışqanam…
Qarabağın ağrıyan vücuduyam,
Şəhidəm, şahidəm, Əfəndim.
Vətən yağır gözlərim…
Bir ovuc boyda qalmışam,
bir ovuc torpağam, Əfəndim…


Göylər saçlarımın duvağı

Hər dəfə yağışdan sonra gün çıxır,
Gətir, göy üzünün rəngini mənə.
Bir göyqurşağıyla yallı oynayaq,
Çal, sakit havada cəngini mənə.

Rənglərdən azacıq otağa düşsün,
İsitsin yastığı gün qırıqları.
Qəmli baxışlara bir nur yapışsın,
Məst etsin özündə qaranlıqları.

Göylər saçlarımın duvağı, örtüm,
Gəlib yer üzündə yanağıma çən.
Bu qədər çiskini neynirəm axı?
Yığıb qucaq-qucaq, qucağıma cəm.

Götür gözlərimə göygurşağı çək,
Görməsin yerdəki uzaqlıqları.
Əl atım hər dəfə tuta bilim, Yar!
Buludun rəngindən ən ağlıqları.


Ruhumun qalxanı

Bir çəkimlik nəfəsəm, bir udumluq su düşün,
Büsbütün ruhundakı qida kimi, səs kimi.
Sən məni unutmusan, unut, unuda bilsən,
Səni çəkdim içimə ən qəşəng nəfəs kimi.

Gözümdə bir güzgülən, gözümdə bir köç də, qal!
Bu dünyanın yox üzü, hə üzü üzümdədir.
Sənin mən olan adın kainatın köçündə,
Yaşanmış və yaşlanmış ən ali, ən ümdədir.

Elə sanma getmərəm, gedər, geri gəlmərəm,
Buludların əlində göy üzü çiliklənər.
Sən müqəddəs sandığın bağımız qopsa birdən,
Ən ali həqiqətlər, yuxular da çirklənər.

Sənin döydüyün qapı ürəyimin çarpışı,
Sənin gəzdiyin ürək gözlərimin qibləsi.
Sən məni yox saymağa davam etmə eləcə,
Ay ruhumun qalxanı, cismimin dəbilqəsi.


Birdən

Birdən ölümümə doğru gedirəm,
Birdən dirilərək yoxa dönürəm.
Birdən azalıram özüm-özümdən,
Birdən əriyərək çoxa dönürəm.

Bu halım halbahal qorxudur məni,
Birdən asanlaşır, çətinləşirəm.
Birdən öz içimdə məğlub oluram,
Birdən öz içimdə mətinləşirəm.

Hər şey birdən olur, hər şey qəfildən
Od tutub alışır gözümün üstü.
Birdən çiçəkləyir, birdən də solur,
Birdən də şehləyir üzümün üstü.


Gəncliyin yuxusu apardı məni

Bu qış da ömrümə nağıl danışdı,
Nağıl yaman doğma, yaman tanışdı,
Uşaq yuxularım dağılmamışdı,
Gəncliyin yuxusu apardı məni.

İllərim, aylarım, fəsillərim çin,
Hər gecə, hər gündüz, ömür bir əlçim,
Bulud arasından doğub göyərçin,
Yağış damlaları yapardı məni.

Nə qış axşamıydı, yaz axşamıydı,
Nə gün işığıydı, nə ağ şamıydı,
Bu ömür ömrümə heç oxşamırdı,
Ayılıb, ayılıb tapardı məni.


Könlünə ebru çək

Könlünə ebru çək baxışlarımı,
Boşuna gözəlim, gülüm, demə keç.
Əl-ələ tutmadan, tutaq əl-ələ,
Boz ömrü rəngləyək, silim demə heç.

Səni bənd-bənd yazım, şeirbəşeir
Sallanaq bir ağac budağına söz.
Uşaqlıq şəklimdə təbbəssüm qalıb
Götür, dodağımdan yanağıma düz.

Təmizlə lallığın qırışlarını,
Axım tozlu ömrə, şələlə axım.
Səndə güzgülənim, səndə daranım,
Səndə ürkək-ürkək camala baxım.

Xoşlansın günümüz sığalbəsığal,
Yazaq özümüzdən, qərinə yazaq.
Üzdə hamı sevər, hamı sevilər,
Gəl, biz sevgimizi dərinə yazaq.


Kağız

Elə kağız-kağız, varaq-varağam,
Şəkil dəftəritək bəzənən kağız.
Hərdən misra-misra şeir yazılan,
Hərdən qəzəb-qəzəb əzilən kağız.

Elə kağız-kağız, varaq-varağam,
Uşaq sevincinə gəmi düzəldən.
Arabir doğranıb rəqəm yerinə,
Say-say toplanaraq cəmi düzəldən.

Elə kağız-kağız, varaq-varağam,
Elə təmiz-təmiz yuyulan kağız.
Sualsız cavabsız kənarda qalan,
Sualsız cavabsız soyulan kağız.


Özüm gedərəm

Sən getmə, əzizim, özüm gedərəm,
Yollar ayağımın həsrətindədi.
Getmisən, yamanca qəribsəmişəm,
Bu hikmət dizimin əsməsindədi.

Səni soruşuram, yollar lal olur,
İzini gəzirəm, izin qar olur.
Nəfəs alammıram, köksüm daralır,
Nəfəsim izinin kəsməsindədi.

Sən getmə, dön geri, özüm gedərəm,
Yoluna səcdələr düzüm, gedərəm.
Çökərəm diz üstə, dizin gedərəm,
Sevgin dizlərimin gəzməsindədi.


Gedən payız gələn ilə eynidir

Bu payızın küləyinə qarışdım,
Yağışı da, küləyi də sərindi.
Bu həyatın yolu, dərdi ayrıdı,
Bu həyatın ələyi də dərindi.

Qarsaladı , təndirində bişdi can,
Yağış yağdı, qaysağını qopardı.
İşlərindən başım çıxmır, qardaşım,
Xəstə qaldı, sağlamını apardı.

Aləmində, aləm sirli, gün sirli,
Cəld talenin maymağından yapışdım.
Hamı getdi öz işinin dalınca,
Yerimdəcə saymağıma çalışdım.

Qara saça, ağ rəng verib süslədim,
Ürəyimdə dərd böyüdüb, ev etdim.
Sevinəndə kiçik şeyə sevindim,
Qəmlənəndə qarışqanı div etdim.

Gedən payız gələn ilə eynidir,
Gecələrin gündüzüdü qaranlıq.
Bu həyatın bəlkə, özü bir yuxu?!
Bu həyatın könlü, gözü o yanlıq.


Öldürdülər şairi
(Eldar Baxışa itihaf)
Həyatına neçə çəpər çəkildi,
Yollarına tikan kolu əkildi,
Bu şairin ölüm evi tikildi,
Sağ olanda öldürdülər şairi.

Viran evi, viran ömrü dil açdı,
Hər kəlməsi hər misrası, sirr açdı,
Əzabından daş göyərib gül açdı,
Bağ olanda öldürdülər şairi.

İşıq üçün od başına dolandı,
Yol başına, yurd başına dolandı,
Ömür ipi yaddaşına dolandı,
Dağ olanda öldürdülər şairi.


Tökül gözlərimdən

Tökül gözlərimdən yaş əvəzinə
Desinlər yağışın yaz vaxtı gəlib
Ürəyim elə çox yanır ki, bu dəm
Ölümün ömrümə az vaxtı gəlib

Yandır nə deyirəm külüm qalmasın
Ölüm yer üzündə ölüm qalmasın
Bürünüm kilimə kilim qalmasın
Ölümün ömrümə toz vaxtı gəlib

Yanağım sel tutub selimə minnət
Sənsiz keçib bitən ilimə minnət
Son sözü söyləyən dilimə minnət
Ölümün ömrümə buz vaxtı gəlib.
14.09.24.


Sübh mavi gəlinlikdə

Sübh mavi gəlinlikdə,
Mənsə ulduzlu axşam.
Əks olur dodağımda
İçimdə əriyən şam.

Açılır hər gün yeni
Xəyalıma pəncərə.
Göy qurşağı deyilir,
Arzular doğan yerə.

Qanadları bəmbəyaz,
Uçur gedir zamanım.
Qışa doğru yeriyən,
Payız mənim ünvanım.


Dirilim

Külək, sevdiyimi götür geri gəl,
Çəkim ciyərimə, çəkim dirilim.
Əvvəlki ömrümdə xarabalıqdır,
Alım can evimə tikim, dirilim.

Öpüb gözlərimin üstünə qoyum,
Ərisin şövqümə, tüstüyə doyum,
Sinəmin üstündə büstünü oyum,
Gözümün nuruna çəkim, dirilim.

Günəş, dər gecəmi, çevir gündüzə,
Bərqindən süzülən eşqi çək üzə,
Məni nökər elə, döndər kənizə,
Önündə diz üstə çöküm, dirilim.

Göylər, yağışını sevdiyimlə yağ,
Gecəmin üstünü nurlasın çıraq,
Könlümə sevdadan qaynasın bulaq,
Günümü ruhuma əkim, dirilim.

26.08.24


Ey insan!

Sübh çağı hər yan şəfəq,
Ağac əyir başını,
Yaradanın qulutək.
Hətta ilham alıbdır,
Bu dünyanın daşı da.
Mələklər endirərkən,
Göylərdən yağışı da.
Buludlar aram-aram
Səmadan çəkiləndə,
Damla-damla nur yağır,
Dan yeri söküləndə.
Demə hər gün yenidən
Doğulurmuş kainat.
Oyan, ey qafil insan!
Sən yalanlar içində,
Qara üzlü günahın
Yuxusuna qalmısan,
Neçə haqqı çalmısan.
Nə eşqdən xəbərin var,
Nə də ki oyanışdan.
Hər gəlişdə bir sevgi,
Hər gedişdə bir həyat.
Ey insan!
Elə sənin özünsən,
Nurdan doğmuş kainat.


İlahi

Mənim bir dənəyimlik ömrüm yoxdur, İlahi,
Ondansa bağrım üstə daş göndər, taxta göndər.
Sən verdiyin şeyləri almadım ki, vaxta var,
Bir işığın vardırsa, qısacıq vaxta göndər.

Boş qalan beşiyimin layla səsi çatışmır,
İçimdəki ocağın, su töksəm də yatışmır,
Başımı nəylə qatsam, qarışmır ki, qatışmır,
Beynimi dondurmağa azacıq şaxta göndər.

Sil ömrümdən nə olar anam atam nə yazdı,
Mən dərinəm, olanlar ömrüm üçün dayazdı,
Əgər deyirsən ki, Sən, olub bitənlər azdı,
Səsi, nəfəsi də al, nə versən yoxda göndər.


Kiməm

Çox qəribəm, yüküm ağır,
yüklənirəm hər dərdləri.
Hey uduram içimdəki
fırtınalı küləkləri.
Yer içimdə, göy içimdə,
Dünya mənim içimdədi.
Yer kürəsi,
düşücəmin küncündədi.
Bəs, mən kiməm?
Hey qəmginəm.
Uzaq-uzaq arzulara,
sarılıbdır baxışlarım.
Tapammıram sualların cavabını,
bəs, nə qoyum öz adımı?
Dadmamışkən yer üzündə
nemətləri, dadı məndə.
Dağın, daşın, çiçəklərin
rəngi, ətri, adı məndə.
Əzilirəm ayaqların altında mən,
çox qəribəm.
Məkanımı tapammıram,
zamanımı tapammıram,
itirmişəm öz adımı,
öz adımı tapammıram.
Düşüncələr böyüdükcə,
bu dünyaya sığammıram.


Təpəgözün nağılı

Sənə uzaq, sənə yaxın nəyim var,
Bir daxmam yox uçuq, sökük közərə.
Ümidlərim çarmıxlardan asılı…
Tərsə gedən həyat çətin düzələ.

Hər şey başdan təpəgözün nağılı,
Cütcü babam oğurlayıb noğulu,
Hardan alım səndəki son ağılı?
Gizli tutum, kilidləyim özələ.

Ürəyimdə bir işartı sevinc yox,
Yaşamağa kök altında bilinc yox,
Yorulmuşam, qabağında gülünc yox,
Sozalmışam, nə qalıb ki, sozala.

Hardan getsəm, hara çıxsam dolanbac,
Sevgi desəm, gözü, könlü, qarnı ac,
Nəyə gərək od üstünə qoyum sac,
Ürəyimdə bişirdiyim az ola.


Səs çıxarma, yat, bala

Anasını, atasını
itirən uşaq!
Üzünü soyuq daşa qoyub…
İsti qucaq əvəzinə,
iki məzar arasında
yatan uşaq,
əllərini başı altda qoşa qoyub.
Anasının, atasının nəfəsini,
duymaq üçün,
gecə-gündüz yatır orda.
Göz yaşını, ahına qatır orda.
Bu uşağın taleyini düşünəcək,
bir kimsə yox.
Mərmi yağır göy üzündən,
yağış kimi.
Səs çıxarır zülmlərə
əl çalınan alqış kimi.
Şak, şak, şak…
Bu cənnətmi, cəhənnəmmi,
qiyamətmi..?
Yoxsa bütün insanların
göz yumduğu cinayətmi…
Sadə bir ad qoyublar,
vətəndaş müharibəsi.
Yaxşı addır,
yatımlıdır qulağa.
Yat iki məzar arasında,
səs çıxarma, yat, bala.


Göy qurşağı çəkildi

Dağ yamacda ayaq izi göyərçin,
Taptağında pasa batıb kərənti.
Buludlara daldalanmır bədirli,
İki donmuş səsə batıb kərənti.

Gecələrin ilığımında ot küsük,
Gündüzlərin hovruğunda ömür tən.
Tər, buz olub laylaların üzündə,
Varlığımın büsbütünü kömürdən.

Bir oraq var nənəm asıb kərtmədən,
Bir güyüm var əl yerləri qalaylı.
Öpəmmirəm od püskürən əlləri,
Ağrılarım daş torpağa halaylı.

Həyat nədir; bircə nəfəs, bircə səs,
Göz yaşımda anam atam şəkildi.
Kim nə deyir, desin, artıq yoxdu, yox,
Varlığımdan göy qurşağı çəkildi.


Səni görsün gözlərim

“Cəhalət qunası”da sevdim səni sevdiyim,
Egomla aşiq oldum səni sevdiyim günü.
Sən İlahi sevirdin, sev, ilah ol könlümə,
Dünyamın rənginə dön, sənə döndüyüm günü.

Gedirəm dediyimdə, bil ki, sənə gedirəm,
Darıxmağım ölümdür, səsin nəfəsim kimi.
Bütün aləm bir yana, sən aləmsən canımda,
Elə möhkəm sevirəm, deyil həvəsim kimi.

Ruhum darmadağındır, bu dünyada kəsim sən,
Varım da sən olmusan, varlığım da, yarım da.
Elə istəyirəm ki, həm gecə, həm də gündüz,
Səni görsün gözlərim açıldıqda yanımda.


Kəpənək qadın

Sən ey əlləri boş, kəpənək qadın,
de niyə dinmirsən dilin tutuldu?
ağrıdı saçların sığalsızlıqda,
ovcunmu lillədi, əlin tutuldu?

De hara gedirsən, yolun hardadır,
“dünya tək adamlıq yerdir” demişdin.
nə çoxdur yol üstə ruhu əzilmiş,
nə çoxdur sürüdən ayrılmış adam
sən dik baxışları kimdə əymişdin?

Sən ey əlləri boş, kəpənək qadın,
nəfəs boyda qaldın, nəfəs-nəfəsə.
deyirlər üstündə şam yandıran yox,
qəlbini küsdürmə gül və ağla keç,
tutun, bərk tutun!
səni ovunduran bax gör nədirsə.


Darıxmaq

Həsrətindən sürsümüyüm çıxıb burda,
Elə bil ki, yüz illərdir görüşmürük.
Dodaqlarım parçalanıb susuzluqdan,
Öpüşünün qollarında gülüşmürük…

Yatağımda titrəyirəm, hənirin yox,
Buzlayıbdır ürəyimin divarları.
Darıxmağa nə verirlər, darıx kiri,
Buz adamlar görür gözüm adamları.

Dur azacıq otağından çölə boylan!
İnanmırsan baxışında isinəcəm?
Ruhundakı od gölünə buxarlanıb,
Ruhumdakı od gülünə sindirəcəm.

Bu darıxmaq o darıxmaq deyil hələ,
Gözə görün, bu gözləri öldürəcəm!

Odunçu

Qaranlığımı al odunçu,
yax odunla-işıqlat.
Qurumuş qollarımın ağrısı
sükutuma dolub.
Diriliyim səhər danı
qürub kəhkəşanı.
Qaleriyadan abstraktımı çıxarıb
fırla
sinirlərim rəng kolleksiyasını itirib
Gəl odunçu!
Yax təmizlik simvolumu-
qürurlanmaq yadlaşıb,
həyatla bağım qopub
ağız dadım dəyişib
bəxtim, heçliyə ilişib-
boşluq doğur eləcə…

Açılmır dan səhərim.

Gəl odunçu!
Cismimi yax,
İşıqda bəxtimə bax-
İşıqlansın, dəfn elə – ruhumu qəbrimə tax!


Zikr sevdiyim

Zikr sevdiyim,
səsimdəki titrəyişindir
kainatın orbit qatında,
ümidimin nəbzində,
əbədiliyimin ritmində,
nöqtələrimin halında.

Səbəbim; azan çiçəyinin açılışında,
dan çağının arıntısında,
qürub şəfəqinin qığılcımında.

Qollarında əzabımın yenilgisi,
yüz illik tənhalığımın çırpıntısı,
istiliyində qızınan “Mən” im…

Zikr sevdiyim,
aludə olmuşam gecə yarısı
şirin yuxumu bölən hənirinə,
pıçıltına,
başımı döndərən ürək atışına.

Əgər bu yuxudursa,
sonsuzluğu seçirəm! –
əbədiyyətində.
Zikr et,
ruhumun kəhkəşanını,
zikr et, toxunuşunu,
zikr et, ömrümün çıxışını,
yoxuşunu,
doluşunu – sevgində.

Güvəncə yerim,
güc yerim,
ayaq çakrasından
təpə çakrasına yüksələn “Sən” də –
yəni, “Sən”imdə hərəkətli.

Öz yaşarlığımda Sən!


Yarğısız infaz

Mən səni sevmişdim ki,
ağrıyan göz yaşını öpüm,
ağrın dinisin.
Qəlbindən qopan külək,
sussun,
yatsın,
kirisin.
Kədərin buzlaqları
gözlərindən yerisin,
Parçalarını yığdım,
özümü parçaladın.

Susdum ağrımı bilmə,
Dağıldım kəlmə-kəlmə.
Sən keçmişlə yaşadın,
Mən isə ilmə-ilmə.

Hər şey uzaq görünür,
sevmək də,
sevməmək də.

Adam müqavva olur,
adam hissiz duyğusuz.
Mən ki sənlə bir bədən,
ruh sanmışdım sən demə;
biz ikimiz yaralı,
biz ikimiz yuxusuz.

Dünyaya gözlərindən baxanda
gözüm oldun.
İşığım da yox daha,
hünərim də,
səsim də,
səni çəkdiyim o bol,
o isti nəfəsim də.

Bax gör indi mən kiməm,
külək,
yağış,
yoxsa Gün,
özünün öldürdüyün?!


Payız

Dəli külək əsir üfüqdən,
torpaq gömgöy.
Xəzəllənib göy üzü,
sarı gəlin deyir nənələrimiz
dəyişkən havalıya.
Tumurcuqlayır,
tisələyir arabir bulud.
Qurov bağlayır
biçilmiş otların kökü.
Palıd yığmağa gedir
kənd qadınları meşədən.
Fıstıq dibinə tökülüb,
sevinir uşaqlar…
Səsi xışıldayır,
qızıllanır yarpaqlar,
əynini dəyişib
ağ gəlinlik geyinir xınalı gəlin,
bəzənib,
qışa gedir payız.

MÜƏLLİFGÜLNARƏ İSRAFİL

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əli Nəcəfxanlı – Zalım dostlar

Zalım dostlar
(eyni adda 2-ci şeir)

Xain tövrünüzdən sındı ürəyim,
Quru təsəllilər deyil gərəyim.
Heç kim qulağına yemir çörəyi,
Elə bilməyin ki, heç nə bilmirəm.

Tapdaq elədiniz halal haqqımı,
Kəsdi nəfəsimi hava vakkumu.
“Xeyir-dua”nızla uddum zəqqumu,
Elə bilməyin ki, heç nə bilmirəm.

Araya kim girdi sizin bazarda? –
Nırxı dəyişdirdi sizin bazarda.
Yağ da, şor da birdi sizin bazarda,
Elə bilməyin ki, heç nə bilmirəm.

Eşşək quyruğuna bağlanan dəvə
Nifrin yağdırmazmı sizə hər dəfə?
Səhv addım ya sondu, ya da ərəfə,
Elə bilməyin ki, heç nə bilmirəm.

Dinmirəm, sanmayın, avamam, avam,
Nə siz ovçusunuz, nə də mən ovam.
Davam gətirməzsiz başlansa davam,
Elə bilməyin ki, heç nə bilmirəm.

10.05.26.

Müəllif: Əlir Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I