
Əvvəli burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ-GEDƏRDİ
DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
III yazı
2003-cü ildə,Rəsul Həmzətov vəfat edəndə Rus qəzetlərinin biri “Böyük Sovet şairi Rəsul Həmzətov vəfat etdi” yazmışdı.Həmin nekroloqdakı bu cümlə mənə təəccüblü gəlmişdi.2003- cü ildə,Rəsul Həmzətov vəfat edəndə,Sovet dövləti artıq 12- ci il idi ki,tarıxın səhnəsindən silinmişdi.Amma Sovet dövlətinin varisi olan Rusiyanın mətbu orqanı Həmzətovu yenə də Sovet şairi kimi təqdim edirdi.Rəsul Həmzətov şübhəsiz ki,çox istedadlı şair idi,istedad onda anadangəlmə idi,yəni Allah vergisi idi,bu həqiqəti,birmənalı olaraq belə qəbul etmək gərəkdir…Amma şovinist rus hökuməti belə düşünmürdü,onlar hesab edirdi ki,Həmzətov qazandığı bütün uğurlara görə Sovet dövlətinə minnətdar olmalıdır.Cünki,ən ali mükafatları,orden- medalları,fəxri adları Həmzatova sovet dövləti vermişdi,onu deputat etmişdi,kitablarını həm SSRİ məkanında,həm də xarici ölkələrdə kütləvi tirajla çap etdirmişdi,,şeirlərini dərsliklərə saldırmışdı,televiziyada,radioda Həmzətov haqqında çoxlu sayda verilişlər səsləndirmişdi və Rusiyaya görə Həmzətov,yenə də deyirəm,bütün uğurlarına görə SSRİ yə minnətdar olmalı idi…
Səməd Vurğun haqqında yazımin III hissəsini Həmzətovla başlamağım təsadüfü deyil.Səməd Vurğun da Həmzətovun yaşadığı taleyi yaşamışdı.Sovet təbliğat maşını elə təəssürat yaradırdı ki,bütün uğurlarına görə Səməd Vurğun Partiyaya,Sovet dövlətinə ,yoldaş Stalinə minnətdar olmalıdır.Hətta bunu Səməd Vurğun özü də deyirdi.Yaxud dedizdirirdilər,yaxud da Səməd Vurğunun adından belə yazırdılar…Sovet dövlətinin himayəsi altında yaşayan qələm adamları ya doğrudan xöşbəxt idilər,ya da xöşbəxt görünməyə məcbur idilər.Düzdür,onlar dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunurdular,elə Səməd Vurğunu götürək,Bakının mərkəzində bütün təminatı olan ev,xidməti maşın,yüksək vəzifə,yüksək maaş,fəxri adlar,titullar,xarici ölkələrə səfərlər, həm özləri,həm də ailə üzvləri xəstələnəndə xüsusi xəstəxanalar,xüsusi mağazalar…Düzdü,bunlar hamısı olub…Böyük nüfuzları…Rahat həyat…Bax dolaşıqlıq əslində burdadı. Nüfuzları hər yerdə kecərli idimi,Həyatları doğrudan da rahat idimi? .Səməd Vurğunun axırıncı fotoşəkillərinə baxıram…48,49 yaşlarında çəkilmiş şəkillərdir..O şəkillərdə Səməd Vurğuna 48,yaxud 49 yaş vermək olarmı? Əsla.O şəkillərdə Səməd Vurğun ən aşağısı 80 yaşlı,həyatdan yorulmuş,bezmiş usanmış qocalara bənzəyir…Sovet mətbuatı,Səməd Vurğun haqqında yazan müəlliflər o vaxtlar partiyanın,dövlətin Səməd Vurğuna göstərdiyi qayğıdan hörmətdən yazırlar…Amma əsl həqiqətdən- Səməd Vurğunun məruz qaldığı məhrumiyyətlərdən,ona edilən təzyiqlərdən,30, 40, hətta 50- ci illərdə yaşadığı qorxu,həyacan hissindən bir kəlmə də olsun nə yazıblar,nə də deyiblər.Səməd Vurğun özü də bu haqda danışmayıb,danışsa da ən mərhəm, ən yaxın adamlarına danışıb…Çünki yerin də qulağı var idi və Səməd Vurğunun nəinki narazı, hətta ən adi sözləri belə həmin gün, insan qəssabı Bağırova çatdırılırdı.Səməd Vurğun əgər o illərin mətbuatının yazdığı kimi xöşbəxt taleli Sovet şairi idisə,bəs
48 yaşında,niyə 80 yaşında yorğun,üzgün,qocaya bəzəməli idi ki? Sıməd Vurğun hər cür qayğı,diqqət ilə əhatə olunmuşdusa, 50 yaşında niyə o amansız xəstəlikdən ( o amansız xəstəlyin hansı səbəblərdən: qorxu,stres- yarandığını hər halda hamımız bilirik) dünyasını niyə dəyişirdi ki?…
Səməd Vurğunun əsl,həqiqi ömrünü (həyatını) bilmək üçün Müstəqilliyi gözləmək lazım gəldi…Əlbəttə,Müstəqillik illərində çox həqiqətlər üzə çıxdı….Amma təəssüflər olsun ki,bütün xalqımızın sevimlisi olan Səməd Vurğuna ən ağır zərbələr də ( mənə görə haqsızlıqlar) elə müstəqillik illərində,(qərəzli,yaxud qərəzsiz,bilərəkdən,yaxud bilməyərəkdən) elə öz həmvətənlərimiz tərəfindən müstəqillik illərində dəydi.

Şəkildə:Səməd Vurğunun atama avtoqrafla bağışladığı kitabı
Ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında