Əziz oxucular! Müəyyən səbəblərdən fasilə verdiyimiz “Kitab tövsiyəsi” rubrikamıza yenidən davam edirik. Bu dəfə sizə tövsiyə edəcəyimiz əsər yazıçı Vüsal Nurunun “Qaraqaşlı” romanıdır.
Romanda ilk diqqətimi çəkən məqam dağdağan ağacına niyyətlə bağlanmış rəngli parçalar oldu. Bu simvolik səhnə insanın inanc və ümidlərini təmsil edir və roman boyunca da öz rəmzi mənasını qoruyur. Ən maraqlısı isə odur ki, müəllif bu əsəri 44 günlük Vətən müharibəsindən əvvəl qələmə almış olsa da, sanki o hadisələri öncədən hiss etmiş və təsvir etmişdir.
Romanın sonunda qəhrəmanın sağ qalması oxucuda sevinc doğurur. Halbuki, İbad özünü ruhən şəhid sayır. Bu daxili mübarizə və ziddiyyət əsərə dərin emosional qatlar bəxş edir.
Əsəri ikinci dəfə oxuyarkən daha fərqli duyğular və düşüncələrlə qarşılaşdım. Sanki hər sətrində xalqımızın yaşadığı faciələri bir daha yaşayır, lakin eyni zamanda ümid və dirəniş ruhunu da hiss edirsiniz. Sonda pöhrə verən dağdağan ağacı isə bizə həyatın davam etdiyini, ümidin heç vaxt ölmədiyini xatırladır. Və bu ümid bizi qələbəyə aparır.
“Qaraqaşlı” romanını hər birinizə səmimiyyətlə tövsiyə edirəm. Yazıçı Vüsal Nuruya isə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
“Xəzan” jurnalının may (2025) sayı çapdan çıxıb. Bu barədə jurnalın nəşr olunduğu mətbəədən məlumat veriblər. Jurnalın may nömrəsi bütövlükdə Özbək ədəbiyyatından nümunələrlə doludur. Azərbaycanda Özbək ədəbiyyatına yüksək maraq olduğu kimi Özbəkistanda da belə bir maraq mövcuddur. Bir qrup Özbək şair və yazıçı əsərlərinin Azərbaycan dilində və Azərbaycanda çap olunması məqsədilə bu addımı atmışlar. Gənc tərcüməçi, şair Rəhmət Babacan onların bu istəyini reallaşdırmaq məqsədilə Azərbaycanda çıxan ədəbi-bədii jurnalları incələmiş və “Xəzan” jurnalını seçmişdir. Yeri gəlmişkən, qeyd edək ki, jurnalın bu sayında AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səmanın “Azərbaycanda özbək ədəbiyyatının tərcüməsi və nəşri” sərlövhəli elmi məqaləsi və bu işdə əməyini əsirgəməyən şair Anar Əhmədovun Özbəkistana həsr olunmuş şeirləri də yer almışdır. Beləliklə, “Xəzan” jurnalının may (2025) nömrəsinə yer almış yazıların DÜZÜMÜ aşağıdakı kimidir:
2.Publisistika -Gülnar SƏMA – “Azərbaycanda özbək ədəbiyyatının tərcüməsi və nəşri” -Əli BƏY AZƏRİ – “Özbək söz sərraflarının əsərləri Azərbaycan dilində” -“Özbək, Azərbaycan və türk dillərini yaxınlaşdıran şair-tərcüməçi Rəhmət Babacan” -Əbdumurat TİLAVOV – “Mətləbə aparan mərifət məskəni”12
“1-ci Uşaq Teatr Festivalı”nın iştirakçıları regionlara səfər edir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı ilə keçirilən “1-ci Uşaq Teatr Festivalı” çərçivəsində festival iştirakçılarının ölkəmizin müxtəlif bölgələrinə səfərləri davam edir.
İlk səfər 16 iyun 1-ci Uşaq Teatr Festivalının 3-cü yerin qalibi, Azərbaycan İncəsənət Məktəbinin “Səhnənin ulduzları” teatr kollektivinin “Tısbağanın yolu” tamaşası ilə Gəncə şəhərinə təşkil olunub. Tamaşa Gəncə Dövlət Kukla Teatrının səhnəsində nümayiş etdirilib.
Tədbirin açılışında Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev çıxış edərək səfər hüququ qazanan iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra layihənin rəhbəri, teatrşünas Dağlar Yusif Əfəndi çıxış edərək festivalın davamlı xarakter daşıyacağından söz açıb və növbəti teatr festivalı haqqında məlumat verib. O, çıxışının sonunda bu cür layihələrin ardıcıl şəkildə keçirilməsinin mədəni inkişaf baxımından önəmini vurğulayıb.
Quruluşçu rejissoru Qasım Nağı olan “Tısbağanın Yolu” tamaşası uğurla təqdim olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Festival proqramına daxil edilən seçilmiş teatr tamaşaları ümumilikdə Azərbaycanın dörd şəhərində – Gəncə (16 iyun), Şəki (17 iyun), Mingəçevir (23 iyun) və Lənkəran (30 iyun) Dövlət Dram Teatrlarının səhnəsində nümayiş olunacaq. Tamaşalarda çıxış edən uşaq aktyorlar minlərlə tamaşaçı qarşısında səhnəyə çıxaraq istedadlarını nümayiş etdirməklə yanaşı, regionlarda yaşayan həmyaşıdlarına da unudulmaz teatr təcrübəsi bəxş edəcəklər.
Layihənin əsas məqsədi teatr sənətinin maarifləndirici və tərbiyəvi imkanlarından istifadə etməklə uşaqların estetik zövqünün, mənəvi dünyasının və yaradıcı potensialının inkişafına dəstək verməkdir. Bu təşəbbüs, Ulu Öndər Heydər Əliyevin “Bizim gələcəyimiz uşaqlardır” prinsipinə uyğun olaraq, gənc nəslin intellektual və mədəni inkişafını təşviq edən mühüm bir platforma rolunu oynayır.
Festival, eyni zamanda, ölkəmizdə uşaq teatrının inkişafına, bu sahəyə marağın artırılmasına və səhnə sənətinə maraq göstərən gənc nəslin yaradıcı fəaliyyətə cəlb edilməsinə xidmət edir. Layihə çərçivəsində uşaqlar səhnə təcrübəsi qazanır, kollektivdə işləmək bacarığını inkişaf etdirir və sənətə olan maraqlarını cəmiyyətlə bölüşmək imkanı əldə edirlər.
Festival iştirakçılarının regionlara qastrol səfərləri mədəni həyatın canlandırılması və uşaqlar arasında teatr sənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər zamanı nümayiş olunacaq tamaşalar, birbaşa uşaqları hədəf alan məzmunları ilə onların estetik və mədəni inkişafına töhfə verməyi hədəfləyir. Fotolar:
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Qazaxıstanın Aktau şəhərində Birinci Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbini keçililib
13-14 iyul 2025-ci il tarixlərində Qazaxıstanın Aktau şəhərində “Azərbaycan və Qazaxıstan: Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi” adlı I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi uğurla keçirilib. Bu mühüm tədbiri “Azərbaycan Mərkəzi” İctimai Fondu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu və Qazaxıstanın Yesenov Universitetinin dəstəyi ilə təşkil edib. Yay məktəbi Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm addım olub. Azərbaycan, Qazaxıstan və digər Türk dünyası ölkələrindən 40 dinləyici konstitusiya quruculuğu, suverenlik tarixi və mədəniyyətlərarası dialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq üçün unikal imkan əldə ediblər. Bakı-Qroznı təyyarə qəzasında zərər çəkənlərə yardım göstərən Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşlarının iştirakı iki ölkə arasında həmrəylik və qarşılıqlı yardım rəmzi olub. Məktəbin işində Azərbaycandan alimlər Eldar Cəfərov (Bakı Dövlət Universiteti) və Elvin Talışinski (Azərbaycan Universiteti) də iştirak ediblər. Yay məktəbinin zəngin proqramına seminarlar, treninqlər, Abiş Kekilbayevin adını daşıyan muzeyə ziyarət və dəniz ekskursiyası daxil olub ki, bu da iştirakçılara iki ölkənin tarixini, mədəniyyətini və ictimai həyatını dərindən anlamağa imkan verib. İyunun 14-də keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları iştirak ediblər ki, bu da tədbirin yüksək səviyyəsini vurğulayıb. Yay məktəbinin bağlanışına həsr olunmuş bayram şam yeməyində müxtəlif dövlət qurumlarından rəsmilər çıxış ediblər. “Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov tədbiri açaraq Yay məktəbinin işinin yekunlarını açıqlayıb, onun gənclər əməkdaşlığının inkişafına və Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib. O, ikitərəfli münasibətlərin gələcəyi üçün mədəniyyətlərarası dialoqun və təcrübə mübadiləsinin vacibliyini xüsusi vurğulayıb. Azərbaycanın Aktaudakı Baş Konsulu Ayxan Süleymanlı Yay məktəbinin uğurla keçirilməsindən məmnunluğunu ifadə edərək, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu bildirib. Yesenov Universitetinin nümayəndəsi Elvira Canqojaeva universitetin bazasında belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək, “Azərbaycan Mərkəzi” ilə əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu bildirib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində gənclərin rolunu vurğulayaraq, Yay məktəbinin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib. “Dostluq” Etno-mədəni Birliyinin nun sədri Şəmsəddin Hüseynov Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafının və bu prosesdə gənclərin rolunun vacibliyi barədə danışıb. Sertifikatların təqdim olunmasından sonra azərbaycanlı müğənni Rafaelin çıxışı qonaqlar tərəfindən çox yüksək alqışlarla qarşılanıb. Fotolar:
Can Azerbaycan’ın Üstad Âşıklarından Âşık Elesker ile Şiir Sohbetine Buyurunuz.
Zavallı – Yazıq (Âşıq Ələsqər) Qoşma
Âşıq Ələsqər O qəmli könlünü müşkül halını, Düşünən də yazıq, bilən də yazıq! Ağlasan ağlaram, mən səndən betər, Dağladın sinəmi güləndə, yazıq!
Âlimî – Halûk Tanrıverdi Bin bir işve ile eda eyledin, Okladın kalbimi çalanda yazık, Bâd-ı hevâ ile veda eyledin, Bu hüznü gönlüme salanda yazık!
Âşıq Ələsqər Bir mərdi sevəydin, sirdaş olaydın, Könlün istəyənə peşkaş olaydın, Ya da quruyaydın, bir daş olaydın, Bəzənib bu evə gələndə, yazıq!
Âlimî – Halûk Tanrıverdi Derdimle dertlenen dildaş olaydın, Canıma can katan candaş olaydın, Aşkıma ses veren paydaş olaydın, Gücenen gönlümde solanda yazık! Âşıq Ələsqər Ələsqər durar mı mətah satmasa, İyid sarsıyar mı baxtı yatmasa?! İki könül bir-birini tutmasa, Alan da yazıqdı, gələn də yazıq!
Âlimî – Halûk Tanrıverdi Âlimî kalpler tek yürek çarpmazsa, Er sayılır mı, aşkla bend olmasa, İki gönül sevgide bir olmazsa, Bölen de yazıktı, silen de yazık!
qəmli: gamlı müşkül: zor duruma düşmek, çıkılmaz vaziyete düşmek könül: gönül heva: istek, meyil, heves, sevme, düşme, keyfe düşkünlük bâd-ı hevâ: karşılıksız, bedava, kalbini çalmak: sevgisini kazanmak, kendine âşık etmek. salmak: koymak, katmak, sürmek sırdaş: birinin sırlarını bilen kimse, mahrem peşkaş: peşkeş, hediye olarak verilmek, bağışlanılmak bezenmek: süslenmek dildaş: aynı dili konuşanlardan her biri candaş: can dostu, çok yakın dost paydaş: bir ortaklık veya mal üzerinde payı olan kimse, hissedar gücenmek: birinin herhangi bir söz veya davranışı yüzünden kırgınlık duymak; içerlemek, kırılmak yazıq : yazık (zavallı manasında) iyid: yiğit sarsımak: olumsuz durumda kalmak, güçsüz hale gelmek, yerinden oynamak, baxt: baht mətah: metah, mal, satılan mal, alınıp satılan şey bend olmak: bağlanmak, tutulmak
Şiirin Kaynağı: Âşıq Ələsqər,”Can” Deyin! – Şeirlər, Klassiklərim Seriyası, Bakı Kitap Klubu, 208, 320 səh. Zeka Kitabevi, , s.115, Bakı, 2018, Azərbaycan
Âşık Elesger, Azərbaycan’da 19. Ve 20. Asırda yaşamış olan ve Azerbaycan halk şiirinin en büyük temsilcilerinden ve halk şiirinin en yüksek zirvelerini fetheden sanatkârlarındandır. Bu vesileyle Âşık Elesger’e (Göyçe Mahalı, Basar-Keçer Kasabası, Ağkilse Köyü – İrevan Hanlığı, 22.03.1821: Ağkilse, Yeni Beyazid Kazası, 07.03.1926) Allah’dan (cc-cş) rahmet diliyorum.
Norveçlilər və ümumilikdə Skandinaviya xalqları özlərini yaşadıqları torpaqlara sonradan gəlmiş xalqlar kimi qəbul edirlər. Maraqlı bir hipotez isə onların uzaq keçmişdə, hətta Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz bölgəsindən köç etmiş ola biləcəklərini irəli sürür. Bu qeyri-adi, amma maraqlı fikri məşhur norveçli səyyah və tədqiqatçı Thor Heyerdahl ortaya atmış və bunun üzərində illərlə tədqiqat aparmışdı.
Heyerdahl hesab edirdi ki, Skandinaviya xalqlarının, o cümlədən vikinqlərin ulu əcdadları min illər əvvəl Xəzər dənizi sahillərindən Voqa boyu yola çıxaraq Qara dənizi keçib, oradan Avropaya və nəhayət Skandinaviya yarımadasına qədər köç ediblər. Bu nəzəriyyəni dəstəkləmək üçün o, bir neçə dəfə Azərbaycana səfər etmiş və xüsusilə Qobustandakı qədim qayaüstü rəsmlərlə ciddi maraqlanmışdı.
Heyerdahl ilk dəfə 1981-ci ildə Sovetlər dönəmində Azərbaycana gəlmiş və Qobustanda tapılan petroqlifləri yerindəcə araşdırmışdı. Onun xüsusi diqqətini çəkən isə qayaüstü rəsmlərdən birində təsvir olunan kiçik, manevrli və sürətli bir gəmi olub. Bu təsvir ona qədim viking gəmilərini xatırladıb. Bildiyimiz kimi, vikinqlər gəmiqayırma və naviqasiya sahəsində son dərəcə mahir idilər və onların bu bacarığı sayəsində 9–11-ci əsrlərdə Avropa ölkələrinə tez-tez və demək olar ki, itkisiz qarət yürüşləri həyata keçirirdilər.
Qobustandakı bu gəmi rəsmi isə Heyerdahl üçün bir ipucu olmuşdu. Bəlkə də bu texnologiya Skandinaviya yarımadasına Qobustandan daşınmışdı? Onun fikrincə, vikinqlərin əcdadları Azərbaycanda yaşadıqları dövrdə bu tip qayıqları hazırlamağı bilirmişlər və bu bilik nəsildən-nəslə ötürülərək sonradan Norveçdə, Danimarka və İsveçdə daha da təkmilləşdirilmişdir.
Heyerdahl tədqiqatlarına sovet dövründə başlasa da, bu iş asan olmamışdı. İlk vaxtlar həmin zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev ona müəyyən dəstək göstərsə də, 1982-ci ildə Heydər Əliyevin Moskvaya, SSRİ Nazirlər Sovetinə yüksək vəzifəyə getməsi bu tədqiqatların davamına mane olmuşdu. Azərbaycana yeni gələn sovet rəhbərliyi H.Əliyevin bütün layihələrdində problemlər, nöqsanlar axtarmağa başlamış, belə demək mümkündürsə ayağının altını qazıblar, haqqında mərkəzi hakimiyyətə olmasın şər-böhtan, yalan-palan yazıb göndəriblər. Bu bədxalar Heyerdahlın işlərinə də şübhə ilə yanaşmış və onun təqdqiqatlarını yarımçılıq saxlamışdılar.
Lakin illər sonra, müstəqil Azərbaycanın prezidenti olaraq Heydər Əliyev bu layihəni yenidən canlandırmaq istəyir. 1994-cü ildə Thor Heyerdahl ikinci dəfə Azərbaycana dəvət olunur. Bu dəfə o, yalnız Qobustanla kifayətlənmir, ölkənin müxtəlif bölgələrinə səfərlər edərək öz nəzəriyyəsini dərinləşdirməyə çalışır. Prezidentlə görüşü zamanı qədim sivilizasiyaların miqrasiyası haqqında fikirlərini paylaşır və Azərbaycan mədəniyyəti ilə Skandinaviya arasında oxşarlıqları daha ətraflı araşdırmağa başlayır.
Aşağıda çəkdiyim şəkildə və yanında durduğum Norveçdə hazırda turistlər üçün bərpa edilən qədim üslublu viking gəmilərindən biridir. Gəminin forması Qobustan petroqlifində təsvir olunan gəmi rəsmi ilə təəccüblü dərəcədə oxşardır. Bu bənzərlik Thor Heyerdahlın nəzəriyyəsini tam sübut etməsə də, tarixə fərqli baxış bucağı gətirdiyi üçün həm elmi, həm də mədəni baxımdan böyük maraq doğurur.
“YAZARLAR” cameəsi adından NATELLA xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq:
AD GÜNÜ Doğum günüm xoş gəldin, Məni yenə kövrəltdin. Yaşıma inanmıram, Vaxta təəccüb qalıram. İllər sürətlə gedir, Zaman hara tələsir? O da öz sözün deyir.
Bu gün hey zənglər gəlir, Dostlar təbrik eyləyir, Gözəl sözlər söyləyir. Ürəyim fərəhlənir, Minnətdarlıq bildirir. Evdə əzizləyirlər, Süfrəni bəzəyirlər, Gül- çiçəklər düzürlər.
Əzizlərim, şənlənək, Ürəkdən deyək, gülək, Şən zarafat söyləyək, Yeyək, içək, rəqs edək, Əziz günü qeyd edək. Yaş üstünə yaş gəlir, Yeni ahəng gətirir. Qədəmləri mübarək, Ona xoş gəldin- deyək. Yansın rəngarəng şamlar, Çiçəklənsin arzular. Yeni yaşa alqışlar, Qoy gətirsin uğurlar! 15.06.2025