Şəlalə Camal – İlahi

Kaş bu dünyadan
baş götürüb gedim
Həyatın caynağından çıxım —
didim-didim.

İlahi,
danış mənlə –
söylə, nə edim?
Mən axı
kainatdan
zövq alammadım…

Elə bil bu dünyanın
yarı gözəldi,
Elə bil
dağlarının qarı gözəldi,
Elə bil
bağçasının barı gözəldi,
Mən axı
kainatdan
zövq alammadım…

Gözlərim görsə də,
könlüm kor qalıb,
Sevincə sarı
gedən yolum
yar qalıb,
İçimdə bahar bitib,
qışın qar qalıb,
Mən axı
kainatdan
zövq alammadım…

Elə bil bu dünyanın
yarı gözəldi,
Elə bil
dağlarının qarı gözəldi,
Elə bil
bağçasının barı gözəldi…
Mən axı
kainatdan
zövq alammadım…

Nə göy danışdı mənlə,
nə yer dinlədi,
Nə külək apardı qəmi,
nə yağış sildi.
Bir ömür
içimdə
sükut inlədi…
Mən axı
kainatdan
zövq alammadım…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir