BİR ÖMÜR SEVDASI

ZAUR USTAC TƏQDİM EDİR:

BİR ÖMÜR SEVDASI

(Mübariz SÜLEYMANLI (Ağaxan oğlu) haqqında)

Yəqin ki,Mübariz Süleymanlı imzasını poeziyasevərlər və jurnalistlər daha yaxşı tanıyır. İxtisasca jurnalist olan Mübariz Ağaxan oğlu Süleymanlı – Lənkəran rayonunda dünyaya göz açıb. Ömrünün 30 ilindən çoxunu Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb.27 il “Xəbərlər ” baş redaksiyasında böyük redaktor vəzifəsində çalışıb. Və 17 il adıçəkilən qurumun Həmkarlar İttifaqı Komitəsi sədrinin 1-ci müavini və büro üzvü olub.
Mübariz Süleymanlı hal-hazırda futbol klublarının birində mətbuat xidmətinin rəhbəri və eyni zamanda (Türk Ağsaqqalları İctimai Birliyinin)TAİB-nin idarə heyətinin üzvüdür.
O hələ kiçik yaşlarından şeirə, poeziyaya maraq döstərib. On dörd yaşından özünü bir şair, yaradıcı adam kimi dərk edib. Elə o vaxtdan da yaradıcılığa başlayıb. İlk dəfə əlinə qələm alıb yazdığı “ Kəndimiz ” şeiri olub. Elə həmin şerilə də ədəbiyata gəlib və mərkəzi mətbuatda çap olunmağa başlayıb. Şeirləri “Azərbaycan gəncləri”, “Ədəbiyat və İncəsənət”, “Sovet kəndi”, “Azərbaycan pioneri”, “Ədalət”, “525-ci qəzet”, “Azərbaycan”, “Kaspi” kimi aparıcı qəzetlərdə, “Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Yurd”, “Söz” ,”Məşəl” ,”Yurd”,
“Şəms” bir sıra başqa jurnallarda işıq üzü görüb.
Bir şeirlər kitabının müəllifidir, 30-a yaxın kitaba ön söz yazıb, şeirlərinə 15-dən yuxarı mahnı bəstələnib. Həmçinin şairin öz səsində səsləndirdiyi bir sıra şeirlər Azərbaycan Dövlət Televiziya və Radiosunun “Qızıl Fond” unda saxlanılır. AYB və AJB-nin üzvüdür. Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin fəxri doktorudur. AYB nəzdində fəaliyyət göstərən Gənc Yazarlar Birliyinin mükafatçılarından biridir. Onun yaradıcılığı ilə bağlı tanınmış ədəbiyyatşünas-alimlər, ictimai-siyasi xadimlər onlarla məqalə yazıblar, mətbuatda çıxış edərək, öz fikirlərini söyləyiblər. Eləcə də, tanınmış şairlərimiz ona iki poema və 30-dan çox şeir həsr ediblər. Eyni zamanda, bir sıra dövlət qurumlarının fəxri fərmanlarına, diplom və medallarına, eləcə də bir sıra ölkələrin beynəlxalq mükafatlarının laureatı adına layiq görülüb.Mübariz Süleymanlının onlarla şeiri bir sıra xalqların dillərinə tərcümə olunub və həmin ölkələrin nüfuzlu mətbuat orqanlarında nəşr olunub.Mübariz Süleymanlının şeirləri 2022-ci ildə Azərbaycanın bir neçə tanınmış şairlərilə birlikdə Özbəkistan Respublikasında özbək dilində işıq üzü görən “Orta Asiyanın qızıl kitabı”na salınıb.
Biz də tanınmış şair-jurnalist Mübariz Süleymanlıya yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

BİR ŞAİR ÖMRÜNÜ
YAŞAYIRAM MƏN

Sancıla-sancıla söz ürəyimə,
Basıla-basıla köz ürəyimə,
Dünyanın yükünü öz kürəyimə,
Alıb gecə-gündüz daşıyıram mən,
Bir şair ömrünü yaşayıram mən.

Ümidim yerə yox,indi göyədi,
Dünya qana batdı,bağrım göynədi,
Zaman təzələndi, dərdlər köynədi,
Didərgin ruhuma oxşayıram mən,
Bir şair ömrünü yaşayıram mən.

Üfürə-üfürə içdim suyumu,
Mənim ürəyimdə sevgi uyumur,
Heç vaxt itirmədim,hissi,duyumu
Dahilər önündə baş əyirəm mən.
Bir şair ömrünü yaşayıram mən.

MƏN SƏNİ SEVMİRƏM Kİ

Mən səni sevmirəm ki,
Tellərini sevirəm!
Əllərimi isidən ,
Əllərini sevirəm !

Mən səni sevmirəm ki,
Məni dəli eyləyən…
Sözü şirin söyləyən,
Dillərini sevirəm!

Mən səni sevmirəm ki,
Ömrə məna gətirən…
Səni mənə yetirən,
Ellərini sevirəm !

Mən səni sevmirəm ki,
Məni divanə salan…
Eşqindən bihuş olan,
Güllərini sevirəm !

Mən səni sevmirəm ki,
Bulaq kimi çağlayan…
Səni mənə bağlayan,
İllərini sevirəm !

            DAYAN 

Dayan ! Ey ömrümün amansız vaxtı..!
Dayan ki, dünyaya sözümü deyim.
Dayan,nakamların yarımçıq baxtı …
Dayan ki ,xoşbəxtlik köynəyin geyim,

Dayan ki, yolumla gedim birazca…
Bir azda həyatın dadından dadım…
Əzabla, ,zillətlə sıxmısan məni.
Yadımdan çıxıbdı halalca adım,

Dayan! Zamanımın dəlisov atı !
Onsuzda insafın mürvətin yoxdur,
Mübariz sevmədi belə həyatı ?!
Axı tale yükü çiynimdə çoxdur …

       SÖZÜMÜZ

Söz ilə tanınar Tanrı kəlamı,
Söz ilə kəsərlər haqqı-salamı.
Sözün deyiləsi vardır məqamı,
Bir yanan ocaqdır,közdür sözümüz

Xəstəni söz ilə sağaldar həkim,
Düz sözlə ucalar,yenilməz heç kim.
Sözdən xeyir tapıb,yaşasa hər kim,
Bilər ki,dayaqdır,sözdür sözümüz.

Sözün yükü ağır,çəkmək çətindir,
Sözündə düz olan qoçaq,mətindir.
Söz bir kəsin deyil,bir millətindir,
Ucalan bayraqdır,sözdür sözümüz.

Cənnətə çevrilər söz ilə Vətən,
İpindən bilinər bez ilə kətən,
Tanrım məbəd qurdu sözə qiblədən,
Şəkkərdir,qaymaqdır,sözdür sözümüz.

Mübariz hər zaman deyər sözünü,
Sözüylə tanınar,görər özünü,
Ürəkdən istəyər,yazar sözünü,
Ulu bir maraqdır,sözdür sözümüz.

       QAR

Baxtı qara olanın,
Qəlbi yara olanın,.
Dərdə çara olanın,
Halına yağır, bu qar!

Ürəklərdən dərd-qəmi,
Könüllərdən məlhəmi,
Allı-güllü çəməni,
Öpməyə yağır, bu qar!

Hər dənəsi ulduz- ay,
Göydən yağan nurlu-pay..!
Donub bulaq,donub çay,
Yamanca yağır,bu qar!

Mübarizin sevinci !
Hər dənəsi bir inci…
Çöl-çəmənə birinci,
Yağan qar oldu,bu qar!

ÖLMƏK OLMAYIR AXI

İçim-içim yananda,
Gülmək olmayır axı.
Kimin nə çəkdiyini,
Bilmək olmayır axı.

Bəzən gül vaxtsız solur,
Sevən nigaran qalır,
Bəzən yol uzaq olur,
Gəlmək olmayır axı.

Övlad fərsiz çıxanda,
Öz evini yıxanda,
Düşmən gülüb baxanda,
Dözmək olmayır axı.

Dost keçilər ələkdən,
Kəsdiyin duz-çörəkdən,
Sevdiyini ürəkdən,
Silmək olmayır axı.

Ömür şirin gələndə,
Sevincini böləndə,
Ölüm yaxın gələndə,
Ölmək olmayır axı.

NAKƏSDƏN DOST OLMAZ

Sən mənim dostumsan deyən adamı,
Bir ara, çətinə düşəndə sına .
Bir azda dil açıb bir, kömək istə,
Bax onda tanınar kimliyi sənə…

Əsl dost unutmaz duzu – çörəyi ,
O,sənin halını gözündən anlar .
Səninlə döyünən məğrur ürəyi,
Səndə bir səhv olsa üzünə danlar !

Sirrini sir kimi O, gizli saxlar ,
Ağır günlərində durar yanında,
Sənin əzabların qəlbini dağlar ,
Səni tənha qoymaz, çətin anında !

Bel bağlama , şərəfsizə – namərdə ,
Çarəsiz qalsanda , əyilmə ona !
Sarsılıb , üzülüb , düşsəndə dərdə ,
Unut beləsini , su qatar qana !

Unutma sözümü ,saxla yadında ,
Yaltaqdan, nakəsdən dost ola bilməz !
Böyük bir hikmət var, dostluq adında!
Dost – dosta tən gələr, biganə qalmaz !

  YAZDIĞIM

Gözü tox,könlü toxam,
İçim,saf sular,içim.
Bu gün var,sabah yoxam,
Keçim,qıl körpü keçim.

Eşqdən gülüstan salım,
Düz edim yadda qalım.
Hamı bir olmur,zalım,
Yanıram, içim-içim.

Həyat çox kələ-kötür,
Baxtlar,ağ-qara,götür.
Tanrım,bu eşqi bitir,
Köçüm,nahaqdan köçüm.

Belim dik,üzüm ağdır,
Yollarım çılçıraqdı,
Sevən Mübariz sağdır,
Seçim,bu yolu,seçim.

CAN İLAHİ SƏRVƏTİDİR

Bilirəm öz yerimi,
Cüt atıram zərimi,
Hər dərdimi – sərimi,
Öz içimdə uduram.

Can İlahi sərvəti
Söz Tanrı əmanəti
Ömür tale qisməti
Ümidimə çatıram

Yox suçum,qorxum,hürküm,
Əynimdədir öz kürküm,
Utanmadım ət töküm,
Rahat yuxu yatıram.

Sərt keçirdim qışımı,
Daşa saldım xışımı,
Ağacımı, quşumu,
Şeirimə qatıram.

    İNANMIRAM

Gecə də, gündüz də əhdin pozubdur,
Bu yola,bu rizə inanmıram mən.
Gecələr yuxumu yalan yozubdur,
Lal baxan dənizə inanmıram mən.

Yalanı,talanı çoxdur dünyanın,
Könül təsəllisi yoxdur dünyanın,
İblis də, evini yıxdı dünyanın,
Dünyanın özünə inanmıram mən.

Yaranın üstünə köz basanların,
Əhdi-ilqarını tez pozanların,
O ülvi hisslərin,xoşbəxt anların,
Soyuyan közünə inanmıram mən.

Fırlanır tərsinə yerin oxu da,
Bir kərə görmədim yalan yuxuda,
Geridə qalıbdır ömrün çoxu da,
Çoxuna,azına inanmıram mən.

Ömrümü-günümü əlimdən alıb,
Sevən ümidlərim solub,saralıb,
Niyə dilim susub,gözüm qaralıb,
Aldadan gözünə inanmıram mən.

QƏRİBLİK

Bir qərib ölkədə yaşayan insan,
Tək-tənha ömürü sürdükcə yanır …
O , daim şərəflə qoruyur asan,
Bir uzaq diyarda yurdunu anır !

Bu dünya əzəldən belədir- belə,
Nə qoca saxlayıb ,cavana qıyır.
Dünyanın mizanı düzəlmir hələ,
Yanan ocaqları, viranə qoyur !

Öz tanrım ,duamı eşitsə bəsdir,
Biz ona inanıb şükürlər etdik..!
Bu ömrə təsəlli içimdə səsdir,
Nə yaxşı insanlıq yoluyla getdik .

Tur dağın Əlaya eylədi yaxın,
Nur uzlü elçisin sınadı ,Allah !
Bir dönüb diqqətlə tarixə baxın,
Bu dünya deyildir hamıya agah…

KÜSMƏDİM

Salxım-salxım arzularla yaşaram,
Dözə-dözə dərd içimdə daşaram,
Coşa-coşa şeirləri qoşaram,
Tanrı yazan taleyimdən küsmədim.

Ləçək-ləçək ümidlərim solanda,
Damla-damla gözümə yaş dolanda,
Neçə-neçə istəklərim qalanda,
Tanrı yazan taleyimdən küsmədim.

Gülə-gülə,gilə-gilə ağladım,
Bilə-bilə, ürəyimi dağladım,
Bölə-bölə sevincimi, çağladım,
Tanrı yazan taleyimdən küsmədim.

Əsə-əsə yaşamadım ömrümü,
Küsə-küsə yaşamaq da ömürmü?
Qorxa-qorxa heç demədim sözümü,
Tanrı yazan taleyimdən küsmədim.

           A DÜNYA

Altun gəncliyimi, aldın apardın,
Aldadıb toruna saldın,a dünya!
Şirin dillər ilə ruhumu sardın,
Elə bilirdim ki, baldın, a dünya!

Gözümün içinə danışdın yalan,
Tamam varlığımı eylədin talan.
Ögey balan oldum,mən ögey balan,
Sevinci əlimdən aldın, a dünya!

Daş üstə qoymadın yurdun daşını,
Əzaba,zillətə qatdın başımı.
Sel kimi axıtdın gözüm yaşını,
Haqqımı daşlara çaldın,a dünya!

Əydin, kaman kimi əydin qəddimi,
Çox erkən tanıtdın mənə həddimi.
Bu bir taledimi,bir qismətdimi?
Özün də məəttəl qaldın, a dünya!

        BU DAĞLARDADIR

Yolları dolanbac, hündür qayalı,
Sıldırım zirvəli, halal mayalı,
Dədəmin söy-kökü,eli,əyalı,
Nənəmin nəğməsi bu dağlardadır.

Meşəsi yamyaşıl xalı naxışlı,
Dumanı sürünən, çəni yağışlı,
Baharı gülərüz, ülvi baxışlı,
Babamın nəfəsi bu dağlardadır.

Çobanın örüşü oyadan səsi.
Yaşamaq həvəsi, qurmaq həvəsi.
Seyidin segahı, Xan zənguləsi.
Həyat möcüzəsi bu dağlardadır.

Behruzun, Məzgərin barlı meşəsi,
Yurdumun eşq dolu cənnət guşəsi,
Sevən ürəklərin qəmi,nəşəsi,
Ruhumun haqq səsi bu dağlardadır.

Ulular yurdunun sönməz ocağı,
Vətənin əbədi, isti qucağı,
Şair Mübarizin eşqi,sorağı,
Şirin zümzüməsi bu dağlardadır.

ŞAİRLƏRƏ

Söz üstündə əsməyi
Buyurub Tanrı bizə.
Düzü sapa düzməyi
Yazıb qismətimizə.

Nədənsə göz yumuruq
Hərdən bu həqiqətə.
Millətdən nə umuruq-
Biz gərəyik millətə!

Şair yazmasa düzü,
Ona şair deyilməz.
Tərəzidir el gözü,
Şair olan əyilməz.

Çalışın qorxmayın siz,
Ay qardaşlar, ölümdən.
Şair, şair olarsa,
Od qalanar külündən!

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ YANVAR – 2025 № 01 (49)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ YANVAR – 2025 № 01 (49)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB-PDF: yazarlar-49

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə 10-cu “ARPAÇAY OPEN” karate turniri keçiriləcək

17–19 yanvar 2025-ci il tarixlərində Bakı İdman İdman Sarayında baş tutacaq  yarışda 10-a yaxın ölkədən idmançılar iştirak  edəcək

Yerveinsan.az xəbər verir ki, hər il olduğu kimi, 20 Yanvar faciəsi ərəfəsində ənənəvi “ARPAÇAY OPEN” karate yarışına hazırlıq işləri gedir. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə 17–19 yanvar 2025-ci il tarixlərində Bakı İdman Sarayında 10-cu “ARPAÇAY OPEN” karate turniri keçiriləcək.

20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsinə həsr olunmuş karate turniri ilə bağlı fikirlərini bölüşən Zeyd Döyüş Mərkəzinin birinci vitse-prezidenti, Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, sayca 10-cu – yubiley yarışına hazırlıq işləri başa çatmaq üzrədir. 3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 18 yanvar 2025-ci il tarixində saat 15:00-da Bakı İdman Sarayında baş tutacaq. Karate idman növünün kata və kumite yarışlarında uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”.

Y.Hüseynovun sözlərinə görə, X “ARPAÇAY OPEN” karate turnirində 10-a yaxın xarici ölkədən, eyni zamanda paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 700-ə yaxın idmançının iştirakı gözlənilir.

SİZİNLƏ QÜRUR DUYURUQ,VƏTƏN ÖVLADLARI

SİZİNLƏ QÜRUR DUYURUQ,VƏTƏN ÖVLADLARI
Azərbaycanın fenomen şəxsiyyəti,görkəmli yazıçı- dramaturq,həkim,xalqın oğlu Nəriman Nərimanov deyirdi:” Vətənin qədrini o şəxs bilər ki, Vətən ilə bir yerdə ağlasınbir yerdə gülsün! Kim özü üçün yox,ancaq Vətən,məmləkət üçün işləyərsə onun sevib – sevilməyə haqqı var” Bəli, Vətənimizin müstəqilliyi ugrunda,Qarabagımızın düşmən tapdagından azad edilməsində canlarını qurban verən şəhidlərimiz,qazi və müharibə veteranlarımız məhz müharibə meydanlarında,Qarabagımızın vəhşi vandallardan azad edilməsində misilsiz şücaət göstərdilər.Onlar Ali Baş Komandanımızın əmrini səbrsizliklə,hazır vəziyyətdə gözləyir, faşistlərdən də qəddar,qaniçən düşmənləri dogma torpaqlarımızdan rədd etmək üçün intizarla gözləyirdilər! Düşmən isə soyqırımlar,qətliamlar törətməkdə davam edirdi…
..Quduzlaşmış vandallara yerilərini göstərmək zamanı çatırdı…Onlar həyasızcasına daim dinc mülki əhaliyə ,qocalara körpələrə snayperlərdən atəş açmaqla öldürür ,əsirlərə dünya tarixində misli görünməmiş işgəncələr verir, hər tərəfi- dogma yurd- yuvalarımızı talan edir,yandırırdılar! Yeri gəlmişkən qeyd edim ki, biz Şuşaya gedərkən yollar boyu xarabalıqlara çevrilmiş şəhərlərimizi gördükcə aglayırdıq…Xüsusən,Fizulidən keçəndə elə bil bizi oxlayırdılar!! Belə vəhşiliklər heç yerdə olmayıb ,ola da bilməzdi! Körpələrin,qadın və qocaların günahı nə idi ki,onları amansızlıqla öldürür,soyqırımlar törədirdilər! Mənim yadımdadır, ibtidai siniflərin birinin dərslliyində faşistlər işgal olunmuş şəhərə girərkən,evlərin birində beşikdə uyuyan körpəni görəndə ona toxunmayıb getmışdi ,çünki o əsgər özünün də körpəsinin oldugunu nəzərə almışdı..
Bəli ,səbr kasamızın da doldugu vaxt gəlib çatdı..Nəyi,?Necə? Nə zaman?etmək lazım oldugunu planlaşdıran Ali Baş Komandanın əmrini səbrsizliklə gözləyən yenilməz Ordumuzun döyüşə başlamaq anı gəlib çatdı! Dövlətimizin Müzəffər Ali Baş Komandanı ” dəmir yumrugu”nu işgallçılara bildirdi!30 ildən artıq işğal altında qalan torpaqlarımız’– dogma Qarabagımız azad edildi!! Bu qələbə 30 ilin deyil,200 illik əsarətə son qoydu!
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin( DAMM) ( Prezidenti Xalq yazıçısı Çingiz Abdullayevdir)l vitse – prezidenti Ruhiyyə Poladova ,idarə heyətinin üzvləri :Ramil Məlikov,Gülnarə Əmirquliyeva və bu sətirlərin müəllifi 44 günlük müharibənin canlı şahidi olaraq şəhid ailəllərinin ,qazi və müharibə veteranlarının yanlarında olmuş,onlara maddi və mənəvi arxa ola bilmişik. Belə ki, komanda olaraq şəhid anaları,qazi və veteranlarla respublikamızın yüzlərlə ailələrində olmuşuq…..
Beyləqanın Qəhrəmanlı,Biləsuvarın Əliabad,Kürdəmirin Köhnə bazar,Qəbələnin Vəndam,Bərdə,İmişli,,Sabirabad,Şirvan,Quba,Sumqayıt,Lənkəran,Xaçmaz,Şabran və digər rayonlarda ; Bakının Binə,Ramana,Zabrat ,Suraxanı, Binəqədi, Bakıxanov,Sabunçu,Masazır,Məhəmmədli və başqa qəsəbə və kəndlərində vətənpərvər ogullarımızın- şəhid,qazi və veteranlarımızın ailə üzvləri ilə müxtəlif tədbir və görüşlərdə onlara arxa olmagımızla mənəvi dəstək vermiş,dərdlərinə şərik oldugumuzu əyani olaraq bildirmişik!
Bir çox yerlərdə kədərimizi udaraq,analara təsəlli vermişik! Təkcə Qəhrəmanllı kəndindən 17 ci şəhidin oldugu gün Beyləqanda olarkən,bizi dörd hərbiçi könüllü :-qazilər Orxan Balakişiyev və Məhərrəm Məhərrəmov,müharibə veteranları- Asəf Əliyevlə Sadiq Həziyev müşayiət edirdilər. Yolboyu 44 günlük Qarabağ müharibəsinin 17 şəhidinin gül -çiçəyə bürünmüş plakatlarını gördükcə həm kədərlənir,həm də belə igidlərimizlə qürur duyurduq!Şəhidimizin tikintisi yarımçlq qalmış evinə daxil olduqda küncdə qoyulmuş stolun üstündə 27 yaşlı şəhid atanın( I ci Qarabag müharibəsinin) və 27 yaşlı ogulun şəkillərindən ibarət guşə,onların əşyalarını və bayragımızı gördük!…
Şəhid analarının bir istəyi var:-onlara mənəvi dəstək olmaqla diqqətdə saxlamaq! Onlar bir daha mənəvi dəstəyə ehtiyac duyduqlarını xatırlatdılar….
Biz hansı rayon və şəhərdə olurduqsa oranın Fəxri Xiyabanını da ziyarət edirdik.Təəssüf ki,,bəzi məzarlıqlarda ayaq qoymaga yer tapmırdıq .Naməlum məzarlardan DNT nümunələri götürüldüyünü də görürdük!! Bilmirdik ki,haradan başlayıb,harada qurtaraq!Kədər və qürur qarışıq günləri keçirirdik!
Atam Kərimov Emın Böyük Vətən müharibəsinin(1941-45) əlil veteranı idi. O dövrün orden və medallları ilə təltif olunmuşdu. Son döyüşü Kerçdə olmuş,yaralanmış,lakin müharibənin sonuna kimi vuruşmuşdu. ADU – nun( indiki BDU- nun) tarix və hüquq fakultələrində təhsil almış,müxtəlif vəzifələrdə çalışmışdl,sonda məktəb direktoru işləyirdi.(51 yaşında ürək çatmamazlıgından bizi tərk etdi) .Bəlkə də atamın genini daşıdıgım üçün Vətənimə,elimə sevgim,məhəbbətim güclüdür! Ömrümü məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi üzrə işin təşkilinə həsr etmiş ,işlədiyim N.Nərimanov adına 2 nömrəli orta məktəbdə böyük əziyyət və zəhmətlə təşkil edib yaratdığım “N, Nərimanov xatirə muzeyi” vasitəsilə vətənpərvərlik tərbiyəsi üzrə mütəmadi olaraq məqsədyönlü iş aparmışam.Muzey üzvlərimin çoxu hazırda hərbi sahədə çalışır. Məktəbin 12 şəhidinin olması ,onların vətənpərvər kimi tətbiyə olunmasının göstəricisidir,bu sahədə pedaqoji kollektivin də əməyi olmuşdur.
DAMM- nin üzvlərindən biri- l ci Qarabag müharibəsinin veteranı,ehtiyatda olan zabit,komandan,mühəndis, AJB və AYB- nin üzvü,” Qızıl qələm” mükafatı laureatı, Prezident təqaüdçüsü(2019),” İlin vətənpərvər şairi” mükafatlı hərbi yazılar müəllifi Zaur Uztacdır.O,bizim təşkil edib ,iştirakçısı olduğumuz tədbirləri özünün təsisçisi və redaktoru olduğu “Yazarlar” jurnalında dərc edir.Eyni zamanda bu qəbildən olan məqalələrimiz ” Yeni Təfəkkür”( red.əməkdar jurnalist Ş..Kərimova),”Kredo”,(red.Əlirza bəy Xələfli),” Samur”(red..S.Kərimova)və digər qəzetlərdə,”Xəzan”,( red Əli BəyAzəri)Carçı”(red.G.Əmirquliyeva) və s. jurnallarda ” Poeziya Antologiyası” nda müntəzəm dərc olunaraq həmin ailələrə çatdırılır.Bir şəhid anası etiraf edərək bildirdi ki,oglum haqqında yazılan qəzet və ya jurnalı alanda elə bilirəm ki,oglumla danışıram ! Elə bu da bir növ anaya olan mənəvi dəstəkdir!
DAMM- nin l vitse prezidenti Ruhiyyə xanım Poladovanın əməyini xüsusi qeyd etmək yerinə düşərdi.Bu xeyriyyəçi qadın təmənnasız olaraq,öz şəxsi vəsaiti hesabına şəhid,qazi və veteran ailələrinin hər birinə bayramlarda ,anım günlərində,sovqat aparır, ehsanlar verir.Agacəkmə aksiyasının təşkilində hərbi hissələrdə,məktəb və müxtəlif müəssisələrdə 5minə yaxın agacın alınıb əkilməsinə də ( tinglərin üstündə şəhidlərin foto şəkilləri olmaqla)öz şəxsi vəsaiti hesabına nail olmuşdur.Eyni zamanda uşaq sıgınacaqlarındakı (Şirvan və Bakıda) körpə və kiçik uşaqlari.da bayram hədiyyələri ilə sevindirmişdi.Belə görüşlər Prezidentimizin ad günündə,ulu ondərimizin anım günlərində də təşkil olunmuşdu.Onun təşəbbüsü ilə MN nin dəvətinə əsasən “Zəfər günü”nü Tovuzdakı N saylı hərbi hissədə keçirdik.
Bölgələrdə müntəzəm olaraq şəhid övladlarının kiçik toy məclislərində iştirak etməklə yanaşı,tanınmış mügənnilərin də həmin məclislərdə iştirakını təmin etməyi bacaran Ruhiyyə Poladova şəhid,qazi və veteran ailələrinin toy məclislərinə idarə heyəti ilə getməyi özünə borc bilir, bununla həmin ailələrə həm də mənəvi dayaq oldugumuzu bildirir!
Bizim apardıgımız işləri,keçirdiyimiz görüş və tədbirləri saymaqla bitməz! Əlbəttə,əsas odur ki ,bu işləri təmənnasız görməklə özümüzdə də mənəvi rahatlıq tapa bilmişik.İnsan kiməsə lazım oldugunu bildikdə, kiməsə kömək etdikdə,kiminsə problemlərini həll etməyə çalışdıqda özündə mənən yüngüllük,rahatlıq tapır və uzun müddət onun sevincini yaşayır!Əlbəttə,şəxsən igid oğullarımızın əbədi olaraq xatirələrdə yaşamasını bütün vasitələrdən istifadə edərək bizlər gələcək nəsillərə ötürməliyik.Çünki bu günkü qələbəyə Zəfərə məhz şəhid,qazi və müharibə veteranlarımızın canları,qanları bahasına nail olmuşuq! Şübhəsiz başda Ali Baş Komandanımızın ” Dəmir yumruğ”u olmaqla! Müzəffər Ali Baş Komandanımız və Yenilməz Ordumuzla fəxr edir,qürur duyuruq! Eşq olsun ! Var olasız! Allah cəmi şəhidlərimizə rəhmət eləsin,ruhları şad,məkanları cənnət olsun!Allah qazi və veteranlarımlza şəfa versin!

Nəzakət Eminqızı,

AJB və AYB-nın üzvü, yazıçı-publisist

Zaur Ustac – Vətən

VƏTƏN

Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
* * *
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
* * *
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

01.12.2000. Batabat.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏN MƏHRİBAN USTAD

ƏN MƏHRİBAN USTAD

Bu gün sevgi, mərhəmət, insanlıq çatışmazlığı olan bir dövrdə yaşayırıqmı, deyə düşünürəm…
Hamı öz-özü ilə məşğuldur, mənə elə gəlir.
“Beş barmaq bir deyil” deyən sözlər boşuna deyilməyib.
Ətrafımızda laqeyd, biganə, mərhəmətsiz insanlar olduğu kimi, ürəyi həmişə yaxşılıqla döyünən, insanlara yalnız yaxşılıq etməyə çalışan insanlar da çoxdur.
Əslində belə narahat insanların, oyanıq ürəklərin varlığı sayəsində dünya daha gözəl və təravətli olur.
Yaxşı insanların ürəyindəki sevgi istiliyi üzlərində nur kimi parlayır.
Bugün məhz belə böyük istedad sahibi, böyük yaradıcılıq sahibi, ürəyi özündən çox daha böyük insan, qiymətli ustad — MƏHRİBAN ABDURAHMONOVA’nın doğum günü.
MƏHRİBAN ablam həqiqətən də ən mərhəmətli insan, ən mərhəmətli ustaddır.
Həmişə onların şagirdlərinə olan heyrətim, bəzən qısqanclığım da olur.
Çünki onlar MƏHRİBAN ablam kimi canıyanan, fədakar və sədaqətli bir ustadda şagird olublar.
Nə qədər Namanqanda yaşasam da, MƏHRİBAN ablamı heç bir tərəddüd etmədən ustadım deyə bilərəm.
Çünki onlar Cizzaxda olsalar da mənə doğru yolu göstərib, düzgün məsləhətlər verirlər.
Ürəyində sədaqəti və səmimiyyəti olan bir insan üçün məsafələr maneə ola bilməz.
Beləliklə, ustad olmaq üçün, şagird olmaq üçün məsafələr heç bir əhəmiyyət daşımır.
Əsas olan ürəklərin, könüllərin birləşməsidir.
Xüsusilə, insanlıqları və şagirdlərə olan heç bir mənfəət güdməyən məhəbbətləri, dəstəkləri onlara olan sevgi hissimi artırıb.
Şübhəsiz, harada olursa olsun, MƏHRİBAN ablamın məni mənəvi, ruhi olaraq dəstəklədiyini, dualarını hər zaman hiss edirəm.
İlahi, onlar kimi ustadlar çox olsun!
Biz şagirdlər belə bir ustadı dəyərləndirib, xidmətini edib, dualarını almağı hər zaman yadda saxlamalı, onlara layiq tələbələr olmalıyıq!
İlahi, şagirdlərə, bütün yaradıcı insanlara, bəşəriyyətə etdiyiniz yaxşılıqlar yüz dəfə daha çox qaytsın!
Doğum gününüz mübarək olsun, ustad!
Allahım, bütün xeyirxah niyyətlərinizi gerçəkləşdirib, sizi iki dünyada da xoşbəxt etsin!

Hörmətlə: Cahangir NAMAZOV,
“Butov Azerbaycan” qəzetinin,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyi qeyd edilib

Rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyi qeyd edilib

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş» mükafatı laureatı, rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyinə həsr olunmuş xatirə günü keçirilib.
Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sənətkar dərin hörmət və ehtiramla yad edilib.
Çıxış edənlər – Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə və İlham Rəhimli, Mədəniyyət Nazirliyinin məsul işçisi Nəsibə Novruzova, Əməkdar artist, professor Azad Şükürov, Xalq artisti, professor İlham Namiq Kamal, ssenarist və rejissor Əhməd Orucoğlu, Xalq artistləri Mərahim Fərzəlibəyov və Yasin Qarayev Məhərrəm Bədirzadə haqqında xoş sözlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə həmçinin sənətkarın quruluş verdiyi tamaşalardan və verilişlərdən parçalar, görkəmli teatr xadimləri Azər Paşa Nemətovun, Elçin Əfəndiyevin onun haqqında dəyərli fikirləri və rejissorun iştirakı ilə çəkilmiş Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri” (rejissor Ramiz Həsənoğlu) tamaşasından parçalar nümayiş etdirilib.
Tədbirin sonunda Məhərrəm Bədirzadənin həyat yoldaşı Xuraman xanım təşkilatçılara minnətdarlığını bildirib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdırılıb.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Faruk Habiboğlu – ŞİİR OLSUN

ŞİİR OLSUN

Kalem elde kelam dilde
Yaz deftere şiir olsun
Mor sümbülde pembe gülde
Şol renklere şiir olsun

Nazeninin gözlerine
O işveli sözlerine
Akıl çelen gizlerine
Bak bir kere şiir olsun

Yardan haber vermez kuşlar
Vuslat yolu sarp yokuşlar
Hani kalbe dokunuşlar
Sor kedere şiir olsun

Talih vermez ümit bize
Vermez sevinç gönlümüze
Hüzün dolu her bir dize
Çak mermere şiir olsun

Ahım suskun gitmez yare
Sığmaz derdim gün sehere
Bu son sözüm gönüllere
Göğe yere şiir olsun.

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu – Beynəlxalq Mükafatla mötəbər sırada yer aldı

SƏLİM BABULLAOĞLU İLİN ŞAİRİ ADINA LAYİQ GÖRÜLÜB və ADINA SƏHİFƏ YARADILIB :

Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvü cənab SƏLİM BABULLAOĞLU İLİN ŞAİRİ (2025) adına layiq görülüb.

Orfey Mətn/Ədəbiyyat Mükafatları ABŞ, Texas Universiteti (Dallas& Kleyton, Oklahoma), “Mundus Artium Press” nəşriyyatı tərəfindən verilir. Artıq qaliblər elan olunub. Sevindirici haldır ki, tanınmış Azərbaycan şairi SƏLİM BABULLAOĞLU da qaliblərin arasında yer alıb.

Səlim Babullaoğlunun namizədliyini Özbəksitan (həm də təşəbbüsçü idi), Türkiyə (Ərdəhan Universiteti) , Moldova (Elmlər Akademiyası) , Rumıniya (Mihay Eminesku Akademiyası) və Ukrayna (“Vsesvit” jurnalı) dəstəkləmişlər.

Açıqlama belədir:

“Müasir poeziyaya verdiyi müstəsna töhfələrə görə İlin Şairi adına layiq görülüb. Azərbaycan ədəbiyyatının görkəmli səsi olan Səlim Babullaoğlunun yaradıcılığı ümumbəşəri insanlıq və dözümlülük mövzuları ilə səsləşir, o poetik sənəti mədəni və emosional əlaqənin dərin aləti kimi şöhrətləndirir…”


“Yazarlar”
  olaraq, bu münasibətlə  Səlim Babullaoğlunu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

MƏQALƏNİN ORİJİNALI :

Orfey Mətn Mükafatı, ABŞ / “Orpheus Texts Award, USA”, Mundus Artium Press resurslarında “Səlim Babullaoğlu səhifəsi”:
https://mundusartiumpress.us/salim-babullaoghlu-named-orpheus-texts-poet-of-the-year-for-2025/

Mənbə: Mundus Artium Press Announces the 2025 Orpheus Texts Award Winners

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"