
SİZİNLƏ QÜRUR DUYURUQ,VƏTƏN ÖVLADLARI
Azərbaycanın fenomen şəxsiyyəti,görkəmli yazıçı- dramaturq,həkim,xalqın oğlu Nəriman Nərimanov deyirdi:” Vətənin qədrini o şəxs bilər ki, Vətən ilə bir yerdə ağlasınbir yerdə gülsün! Kim özü üçün yox,ancaq Vətən,məmləkət üçün işləyərsə onun sevib – sevilməyə haqqı var” Bəli, Vətənimizin müstəqilliyi ugrunda,Qarabagımızın düşmən tapdagından azad edilməsində canlarını qurban verən şəhidlərimiz,qazi və müharibə veteranlarımız məhz müharibə meydanlarında,Qarabagımızın vəhşi vandallardan azad edilməsində misilsiz şücaət göstərdilər.Onlar Ali Baş Komandanımızın əmrini səbrsizliklə,hazır vəziyyətdə gözləyir, faşistlərdən də qəddar,qaniçən düşmənləri dogma torpaqlarımızdan rədd etmək üçün intizarla gözləyirdilər! Düşmən isə soyqırımlar,qətliamlar törətməkdə davam edirdi…
..Quduzlaşmış vandallara yerilərini göstərmək zamanı çatırdı…Onlar həyasızcasına daim dinc mülki əhaliyə ,qocalara körpələrə snayperlərdən atəş açmaqla öldürür ,əsirlərə dünya tarixində misli görünməmiş işgəncələr verir, hər tərəfi- dogma yurd- yuvalarımızı talan edir,yandırırdılar! Yeri gəlmişkən qeyd edim ki, biz Şuşaya gedərkən yollar boyu xarabalıqlara çevrilmiş şəhərlərimizi gördükcə aglayırdıq…Xüsusən,Fizulidən keçəndə elə bil bizi oxlayırdılar!! Belə vəhşiliklər heç yerdə olmayıb ,ola da bilməzdi! Körpələrin,qadın və qocaların günahı nə idi ki,onları amansızlıqla öldürür,soyqırımlar törədirdilər! Mənim yadımdadır, ibtidai siniflərin birinin dərslliyində faşistlər işgal olunmuş şəhərə girərkən,evlərin birində beşikdə uyuyan körpəni görəndə ona toxunmayıb getmışdi ,çünki o əsgər özünün də körpəsinin oldugunu nəzərə almışdı..
Bəli ,səbr kasamızın da doldugu vaxt gəlib çatdı..Nəyi,?Necə? Nə zaman?etmək lazım oldugunu planlaşdıran Ali Baş Komandanın əmrini səbrsizliklə gözləyən yenilməz Ordumuzun döyüşə başlamaq anı gəlib çatdı! Dövlətimizin Müzəffər Ali Baş Komandanı ” dəmir yumrugu”nu işgallçılara bildirdi!30 ildən artıq işğal altında qalan torpaqlarımız’– dogma Qarabagımız azad edildi!! Bu qələbə 30 ilin deyil,200 illik əsarətə son qoydu!
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin( DAMM) ( Prezidenti Xalq yazıçısı Çingiz Abdullayevdir)l vitse – prezidenti Ruhiyyə Poladova ,idarə heyətinin üzvləri :Ramil Məlikov,Gülnarə Əmirquliyeva və bu sətirlərin müəllifi 44 günlük müharibənin canlı şahidi olaraq şəhid ailəllərinin ,qazi və müharibə veteranlarının yanlarında olmuş,onlara maddi və mənəvi arxa ola bilmişik. Belə ki, komanda olaraq şəhid anaları,qazi və veteranlarla respublikamızın yüzlərlə ailələrində olmuşuq…..
Beyləqanın Qəhrəmanlı,Biləsuvarın Əliabad,Kürdəmirin Köhnə bazar,Qəbələnin Vəndam,Bərdə,İmişli,,Sabirabad,Şirvan,Quba,Sumqayıt,Lənkəran,Xaçmaz,Şabran və digər rayonlarda ; Bakının Binə,Ramana,Zabrat ,Suraxanı, Binəqədi, Bakıxanov,Sabunçu,Masazır,Məhəmmədli və başqa qəsəbə və kəndlərində vətənpərvər ogullarımızın- şəhid,qazi və veteranlarımızın ailə üzvləri ilə müxtəlif tədbir və görüşlərdə onlara arxa olmagımızla mənəvi dəstək vermiş,dərdlərinə şərik oldugumuzu əyani olaraq bildirmişik!
Bir çox yerlərdə kədərimizi udaraq,analara təsəlli vermişik! Təkcə Qəhrəmanllı kəndindən 17 ci şəhidin oldugu gün Beyləqanda olarkən,bizi dörd hərbiçi könüllü :-qazilər Orxan Balakişiyev və Məhərrəm Məhərrəmov,müharibə veteranları- Asəf Əliyevlə Sadiq Həziyev müşayiət edirdilər. Yolboyu 44 günlük Qarabağ müharibəsinin 17 şəhidinin gül -çiçəyə bürünmüş plakatlarını gördükcə həm kədərlənir,həm də belə igidlərimizlə qürur duyurduq!Şəhidimizin tikintisi yarımçlq qalmış evinə daxil olduqda küncdə qoyulmuş stolun üstündə 27 yaşlı şəhid atanın( I ci Qarabag müharibəsinin) və 27 yaşlı ogulun şəkillərindən ibarət guşə,onların əşyalarını və bayragımızı gördük!…
Şəhid analarının bir istəyi var:-onlara mənəvi dəstək olmaqla diqqətdə saxlamaq! Onlar bir daha mənəvi dəstəyə ehtiyac duyduqlarını xatırlatdılar….
Biz hansı rayon və şəhərdə olurduqsa oranın Fəxri Xiyabanını da ziyarət edirdik.Təəssüf ki,,bəzi məzarlıqlarda ayaq qoymaga yer tapmırdıq .Naməlum məzarlardan DNT nümunələri götürüldüyünü də görürdük!! Bilmirdik ki,haradan başlayıb,harada qurtaraq!Kədər və qürur qarışıq günləri keçirirdik!
Atam Kərimov Emın Böyük Vətən müharibəsinin(1941-45) əlil veteranı idi. O dövrün orden və medallları ilə təltif olunmuşdu. Son döyüşü Kerçdə olmuş,yaralanmış,lakin müharibənin sonuna kimi vuruşmuşdu. ADU – nun( indiki BDU- nun) tarix və hüquq fakultələrində təhsil almış,müxtəlif vəzifələrdə çalışmışdl,sonda məktəb direktoru işləyirdi.(51 yaşında ürək çatmamazlıgından bizi tərk etdi) .Bəlkə də atamın genini daşıdıgım üçün Vətənimə,elimə sevgim,məhəbbətim güclüdür! Ömrümü məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi üzrə işin təşkilinə həsr etmiş ,işlədiyim N.Nərimanov adına 2 nömrəli orta məktəbdə böyük əziyyət və zəhmətlə təşkil edib yaratdığım “N, Nərimanov xatirə muzeyi” vasitəsilə vətənpərvərlik tərbiyəsi üzrə mütəmadi olaraq məqsədyönlü iş aparmışam.Muzey üzvlərimin çoxu hazırda hərbi sahədə çalışır. Məktəbin 12 şəhidinin olması ,onların vətənpərvər kimi tətbiyə olunmasının göstəricisidir,bu sahədə pedaqoji kollektivin də əməyi olmuşdur.
DAMM- nin üzvlərindən biri- l ci Qarabag müharibəsinin veteranı,ehtiyatda olan zabit,komandan,mühəndis, AJB və AYB- nin üzvü,” Qızıl qələm” mükafatı laureatı, Prezident təqaüdçüsü(2019),” İlin vətənpərvər şairi” mükafatlı hərbi yazılar müəllifi Zaur Uztacdır.O,bizim təşkil edib ,iştirakçısı olduğumuz tədbirləri özünün təsisçisi və redaktoru olduğu “Yazarlar” jurnalında dərc edir.Eyni zamanda bu qəbildən olan məqalələrimiz ” Yeni Təfəkkür”( red.əməkdar jurnalist Ş..Kərimova),”Kredo”,(red.Əlirza bəy Xələfli),” Samur”(red..S.Kərimova)və digər qəzetlərdə,”Xəzan”,( red Əli BəyAzəri)Carçı”(red.G.Əmirquliyeva) və s. jurnallarda ” Poeziya Antologiyası” nda müntəzəm dərc olunaraq həmin ailələrə çatdırılır.Bir şəhid anası etiraf edərək bildirdi ki,oglum haqqında yazılan qəzet və ya jurnalı alanda elə bilirəm ki,oglumla danışıram ! Elə bu da bir növ anaya olan mənəvi dəstəkdir!
DAMM- nin l vitse prezidenti Ruhiyyə xanım Poladovanın əməyini xüsusi qeyd etmək yerinə düşərdi.Bu xeyriyyəçi qadın təmənnasız olaraq,öz şəxsi vəsaiti hesabına şəhid,qazi və veteran ailələrinin hər birinə bayramlarda ,anım günlərində,sovqat aparır, ehsanlar verir.Agacəkmə aksiyasının təşkilində hərbi hissələrdə,məktəb və müxtəlif müəssisələrdə 5minə yaxın agacın alınıb əkilməsinə də ( tinglərin üstündə şəhidlərin foto şəkilləri olmaqla)öz şəxsi vəsaiti hesabına nail olmuşdur.Eyni zamanda uşaq sıgınacaqlarındakı (Şirvan və Bakıda) körpə və kiçik uşaqlari.da bayram hədiyyələri ilə sevindirmişdi.Belə görüşlər Prezidentimizin ad günündə,ulu ondərimizin anım günlərində də təşkil olunmuşdu.Onun təşəbbüsü ilə MN nin dəvətinə əsasən “Zəfər günü”nü Tovuzdakı N saylı hərbi hissədə keçirdik.
Bölgələrdə müntəzəm olaraq şəhid övladlarının kiçik toy məclislərində iştirak etməklə yanaşı,tanınmış mügənnilərin də həmin məclislərdə iştirakını təmin etməyi bacaran Ruhiyyə Poladova şəhid,qazi və veteran ailələrinin toy məclislərinə idarə heyəti ilə getməyi özünə borc bilir, bununla həmin ailələrə həm də mənəvi dayaq oldugumuzu bildirir!
Bizim apardıgımız işləri,keçirdiyimiz görüş və tədbirləri saymaqla bitməz! Əlbəttə,əsas odur ki ,bu işləri təmənnasız görməklə özümüzdə də mənəvi rahatlıq tapa bilmişik.İnsan kiməsə lazım oldugunu bildikdə, kiməsə kömək etdikdə,kiminsə problemlərini həll etməyə çalışdıqda özündə mənən yüngüllük,rahatlıq tapır və uzun müddət onun sevincini yaşayır!Əlbəttə,şəxsən igid oğullarımızın əbədi olaraq xatirələrdə yaşamasını bütün vasitələrdən istifadə edərək bizlər gələcək nəsillərə ötürməliyik.Çünki bu günkü qələbəyə Zəfərə məhz şəhid,qazi və müharibə veteranlarımızın canları,qanları bahasına nail olmuşuq! Şübhəsiz başda Ali Baş Komandanımızın ” Dəmir yumruğ”u olmaqla! Müzəffər Ali Baş Komandanımız və Yenilməz Ordumuzla fəxr edir,qürur duyuruq! Eşq olsun ! Var olasız! Allah cəmi şəhidlərimizə rəhmət eləsin,ruhları şad,məkanları cənnət olsun!Allah qazi və veteranlarımlza şəfa versin!
Nəzakət Eminqızı,
AJB və AYB-nın üzvü, yazıçı-publisist