Etibar Həsənzadənin “Şuşa” mahnısı işıq üzü gördü – FOTOLAR/ VİDEO

Etibar Həsənzadənin “Şuşa” mahnısı işıq üzü gördü – FOTOLAR/ VİDEO

Prezident təqaüdçüsü, “Qızıl Qələm” Media mükafatı laureatı və Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Həsənzadə Şuşaya həsr olunmuş yeni layihələrini təqdim edib.

QHT.az xəbər verir ki, Etibar Həsənzadənin sözlərinə yazılmış və Mustafa Sarıkayanın bəstələdiyi “Şuşam” mahnısı artıq YouTube-da Etibar Salmanov və Etibar Həsənzadə adlı kanallarda dinləyicilərin ixtiyarına verilib. Mahnını Şərif Saka ifa edib, klipin rejissoru isə Uğur Demirbaşdır. Yaxın zamanda bu mahnı bütün dijital platformalarda yayımlanacaq. Eyni zamanda, Etibar Həsənzadə Şuşa ilində hazırladığı “Şuşa – Zəfərin Zirvəsi” adlı 4 hissədən ibarət Ədəbi-Bədii Kompozisiyanı təqdim edib. Bu kompozisiya da müəllifin YouTube kanalında yerləşdirilib. “Şuşam” şeiri və mahnısı sözügedən kompozisiyanın bir hissəsi olaraq təqdim edilir.

Layihə çərçivəsində Etibar Həsənzadə “Qarabağ Azərbaycandır” adlı fərdi təşəbbüsü ilə Şuşanın mədəni dəyərini və tarixi əhəmiyyətini vurğulamağı qarşısına məqsəd qoyub. Şuşanın ruhunu tərənnüm edən bu mahnını və kompozisiyanı dinləyərək, həm Şuşanın, həm də Qarabağın zəngin tarixi və mədəni irsi ilə bağlı unikal duyğular yaşayacaqsınız.

Müəllif: Pərvanə Fərhadqızı

Pərvanə Fərhadqızının yazıları


ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 50

Rəsm tərtibatı : RAHİLƏ QARALOVA

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Musiqi və video tərtibatı: Rüfət ALANQU

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

RAHİLƏ QARALOVANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Emil Nəsirli Türk Ədəbiyyati Vəqfinin Fəxri üzvü seçilib

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli uzun illər Türk ədəbiyyatı, dili və mədəniyyətinə göstərdiyi xidmətlərinə görə Türk Ədəbiyyati Vəqfinin Fəxri üzvü seçilib.

Türk Ədəbiyyati Vəqfinin Fəxri üzvlük sertifikatını Emil Nəsirliyə vəqfin başqanı Sərhat Kabaklı Vəqfin İstanbulun əsas memarlıq nümunələrindən Sultan Əhməd camisi ilə üzbəüz – Sultan Əhməd meydanında şəhərindəki inzibati binasında təqdim edib. Təqdimat mərasimində çıxış edən Türk Ədəbiyyati Vəqfinin başqanı Sərhat Kabaklı bildirib ki, Emil Nəsirlinin yaradıcılığı Türkiyə ədəbi mühitində diqqət və maraqla izlənilir. Emil Nəsirli peşəkar publisist olmaqla yanaşı, həm də Türk dünyasında maraqlı, əhəmiyyətli mövzularda şeir, hekayə, ensiklopediya janrlarında yazdığı əsərləri ilə tanınır. O, həmçinin həmin əsərlərin bir sıra dillərə tərcümə olunduğunu qeyd edib, xüsusən, Emil Nəsirli publisistik yazılarıyla Türk dünyasının fərqli problemlərini diqqət mərkəzinə çəkməsini onun üstün cəhətləri kimi vurğulayıb. S. Kabaklı, onu da əlavə edib ki, Emil Nəsirli özünün yüksək təşkilatçılığı ilə rəhbərlik etdiyi “Azərbaycanım” beynəlxalq jurnalı iki qardaş ölkənin ədəbi əlaqələrinin möhkəmləndirilməsində hər zaman xüsusi yer tutub. Emil Nəsirli son 20 ildən artıq bir müddətdə təkcə Türkiyədə deyil, Krımda, Qaqauz elində, Orta Asiya ölkələrində, eləcə də dünyanın digər bir sıra bölgələrində yaşayıb-yaradan türkdilli ədəbiyyat və mədəniyyət xadimləri ilə sıx yaradıcı təmaslar qurub. Onların Azərbaycanda tanıdılması, bir çoxunun fəaliyyətinin, əsərlərinin ölkəmizdə ilk dəfə nəşri və təbliği işinə dəyərli töhfələr verib. Sərhat Kabaklı onu da əlavə edib ki, Türk Ədəbiyyatı Vəqfi Türk dünyasının vəqfidir. Bizim Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Kosova, Bosniya və Kiprdə təmsilçiliklərimiz var. Bu təmsilçiliklər vasitəsilə Türk dünyasında kültür bütünləşməsini, mədəni əlaqələrin daha da genişləndirilməsini həyata keçirməyə çalışırıq.
“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Türk Ədəbiyyati Vəqfinin Fəxri üzvü seçdiklərinə görə vəqfin başqanı Sərhat Kabaklıya və bütün Türk Ədəbiyyati Vəqfinin ailəsinə dərin təşəkkürlərini bildirib. E.Nəsirli qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər özünün ən yüksək zirvəsindədir. İki qardaş ölkənin əlaqələri daim yüksələn xətlə inkişaf edir. Sarsılmaz birliyə söykənən dostluq və əməkdaşlıq prinsipləri möhkəm təməllərə əsaslanır. Çıxışında “Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlətimizin başçısı İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir” – deyə bildirən E.Nəsirli onu da xüsusi vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır. Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Tarixi Şuşa Bəyannaməsi ilə ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri rəsmən təsdiqlənib. Azərbaycan və Türkiyənin qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir.
Sonra Türk Ədəbiyyatı Vəqfinin yarım əsrdən artıq fəaliyyətini yüksək qiymətləndirən E.Nəsirli onu da vurğulayıb ki, elm, mədəniyyət və sənət adamlarını dəstəkləyən, onların əsərlərini yayımlayan qutlu bir ocaq olaraq varlığını davam etdirən Türk Ədəbiyyatı Vəqfi Türk Ədəbiyyatı kürsüsünü elm, mədəniyyət, sənət məsələlərinin dilə gətirildiyi, gündəmə daşındığı və müzakirə olunduğu bir platformaya çevirmişdir. Sonda E.Nəsirli bir daha Türk Ədəbiyyatı Vəqfinin Türk mədəniyyətinə önəmli xidmətləri olan elm və sənət adamlarını hər il mükafatlarla təltif etdiklərinə görə Sərhat Kabaklıya, İmdat Avşar, Esat Kabaklı başda olmaqla Türk dünyasının bu müqəddəs ocağının bütün əməkdaşlarını təbrik edib, gələcək işlərində başarılar diləyib.
“Vəqfin özü də, içərisindəki ədəbiyyat sevdalı aydınlar da bizə doğmadan doğmadırlar. Axı onlar Türk ədəbiyyatının keşikçiləri, Azərbaycan ədəbiyyatının ən yaxın dostlarıdırlar. 1972-ci ildə mərhum Əhməd Kabaklı tərəfindən qurulan Türk Ədəbiyyatı Vəqfi bu gün hörmətli Sərhad Kabaklının rəhbərliyi ilə uğurla öz işlərini davam etdirməkdədir” -deyə E.Nəsirli söyləyib.
Görüş əsnasında E.Nəsirli vəqfin başqanı Sərhat Kabaklı ilə Vəqfin hazırkı vəziyyəti, gördüyü işlər və gələcək planları haqqında fikir mübadiləsi aparıb.

Məlumatı hazırladı: Günnur Ağayeva

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sizə səslənirəm, Qoca nəsil – Südabə Məmmədova…

Sizə səslənirəm, Qoca nəsil – Südabə Məmmədova…

Sizə səslənirəm, Qoca nəsil:
Biz sizin qoyub getdiyiniz bir dünyada böyüyürük. Bizdən sonra gələnlər də bizi izləyəcək. Əgər sizdən düzgün tərbiyə almasaq, onlara bunu necə ötürəcəyik? Ona görə də əməlləriniz təkcə bizə deyil, gələcəyə də təsir edir .

Sizin dediklərinizi deyil, etdiklərinizi öyrənirik. Əməlləriniz bizim üçün aynadır. Niyə bəzən sözlərinizlə etdikləriniz üst-üstə düşmür? Vicdan, dürüstlük və ədalət öyrətmək sizin borcunuz idi ki, biz də bizdən sonrakılara ötürək.

Unutmayın, haqqı tapdalamaq heç nə qazandırmır,əksinə, bu, dənizə bir daş atmaq kimidir – dalğalar keçib gedər, amma daş dənizin dibində qalar .
Bu bizim yalnız öz vicdanımızı deyil, bizdən sonra gələn nəsillərin də ruhunu zədələyir. Həyat bir bumeranqdır – etdiklərimiz bizə qayıdır. Gələcək üçün bir iz buraxmaq istəyirsinizsə, bu iz haqqın və ədalətin izi olsun. Əlinizdən gələn hər yaxşılıq, hər dürüst addım gələcək nəsillərə işıqdır. Bu dünyada təkcə özünüz üçün deyil, ailəniz, övladlarınız bir sözlə gələcək nəsillər üçün də məsuliyyət daşıyırsınız.

Pul, mülk keçəridir, lakin insanlıq unudulmur, bir də bu dünyada yadigar qoyub getdiyimiz əməl kitabımız .
Mən bilirəm ki, sizin içərinizdə vicdanlı, obyektiv insanlar var. Məhz sizlər bizim ümidimizsiniz. Biz də sizdən öyrəndiklərimizlə dünyanı daha yaxşı bir yer etmək üçün çalışacağıq.
Əlimizdən gələn qədər yox, ondan da artığını etməliyik. Çünki gələcək nəsillər bizdən yalnız sözü yox, əməlləri görməlidir. Biz sizdən cəsarət, ədalət və birlik öyrənmək istəyirik.
Dünyada vicdan varsa, insan var, insan varsa, həyat var.

Müəllif: Südabə MƏMMƏDOVA

SÜDABƏ MƏMMƏDOVANIN YAZILARI

Südabə Məmmədova digər mənbələrdə


ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

CAROLİNE LAURENT TURUNC

Zaman!

Ey, o gururlu davulun uzaktan gelen sesi,
Yakınımızdaki bütün yeşil dallar kırılmış,
Evren sessiz çığlıklarla toza dönüşüyor,

Sanki müzik ve sessizlik içinde binlerce kez ölmüşüz gibi…

Bu sarı humma nedir? Aşk hakkında hiçbir şey denemeden, aşk hakkında son sözleri söylemeden geçmeyen bu ateş nedir?

Bu kaçıncı isyandır?
Bu kaçıncı çöküştür?

Oysa Zaman bize söz vermişti
İki sözümüzü dinleyecekti

Çocuklarımız doğacak, örgü örecektik, tencerede yemek pişirip çocuklarımıza yedirecektik
Sonra ıssız bir yerde dondurucu soğukta oynayan çocukların ellerini nefesimizle ısıtacaktık

Oturup birkaç cümle söylemeden Neden bu amansız kaçışlar ve anlamsız isyanlar,

Kaç söylenmemiş söz oldu, kaç çöküş oldu

Çiçekler doğmadan dallarında soldu
Sanki güneş doğmamış gibi, sanki hayatımızın her anı alacakaranlık gibi

Ey zaman,rüzgârın esintisi…
Birbirine değmeden tek tek düşen her yağmur gibi

Birbirine değmeden dans eden her kar tanesi gibi, bir gün neşeyle gülüp çiçek açacak her fidan

Her acıya ve her dikene milyonlarca selam vererek yürüdüm

Küçük bir pencereden gökyüzüne bakmayı öğrendim ve her acıyı, her aşkı öpmeyi öğrendim

Ey zaman, sana vadediyorum bu sadece bir başlangıç

Kalbimin derinliklerinde, kırılmaz Her renkten ve ırktan Kuşların özgürce uçması için yolu açtım.

16/01/2025-Paris

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

P.S. Gel sevgili, …

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dağıstan-1936 – ci il – Foto

“Bazardan gələn kişi” – Dağıstan 2936.

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustaca yubiley təbriki

Azərbaycan Jurnalistlər Birliyinin

                                                   TƏBRİKİ

Dəyərli qələm dostumuz Zaur Ustac!

Sizi-istedadlı şair-publisisti 50 illik yubileyiniz münasibətilə təbrik edirik.

Siz 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmusunuz.

Tam orta məktəbi Yusifcanlı kəndində – 1991-ci ildə bitirmisiniz.

Siz 1992-ci ildə Bakı Dövlət Universitetinə daxil olmusunuz.

1993-1995-ci illərdə təhsilinizi yarımçıq qoyub Ağdərə istiqamətində döyüşən orduda əsgər kimi xidmət keçmisiniz.

1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi təhsil almısınız.

2002-ci ildə Leytenant rütbəsində zabit kimi ehtiyata buraxılmısınız.

“Günaydın”, “Mum kimi yumşalanda”, “Məhdud həyatın məchul düşüncələri”, “Oriyentir ulduzu”, “Bayatılar”, “Gülünün şeirləri”, “Əliş və Anna”, “Sevgi dolu şeirlər” və s. kitabların müəllifisiniz. 2019-2020-ci tədris ilindən uşaqlar üçün olan şeirləriniz məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədis olunur.

Siz Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz.

Prezident təqaüdçüsüsünüz.

Müxtəlif mükafatlara layiq görülmüsünüz.

Müharibə veteranısınız. Ehtiyatda olan zabitsiniz. Müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalının təsiçisi və baş redaktorusunuz.

Hörmətli Zaur Ustac!

Sizi bir daha 50 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Jurnalistlər Birliyi

ZeferNews

Yəhya Paşazadə – Kim keçə bilir ki, sən keçən yolu?

Kim keçə bilir ki, sən keçən yolu?

Ayaq da səhv salır, göz də seçməyir,
Hər dəfə bir duman, çən keçən yolu.
Özündən savayı kimsə keçməyir,
Kim keçə bilir ki, sən keçən yolu?

Keçdiyin yolunun zamanı olmur,
Nə gecə keçirsən, gündüz keçirsən.
Bir Allah bilir ki, bu əyri yolu,
Sən necə əyilib, dümdüz keçirsən.

Durduğun yer belə, öyrəncəlidir,
Hər səmtə gah arxan, qarşın fırlanır.
Əlini sıxırsan, bükülür belin,
Boynunu tutursan, başın fırlanır.

Torunu qurursan bulanıq suda,
Balığın göllərin lilindən çıxır.
Dünyada nə qədər ucuz sözlər var,
Hamısı tək sənin dilindən çıxır.

Elə zənn edirsən əyilmədikcə,
Qazancın azalır, batır mayan da.
Qərarın kəsilir, səbrin çatmayır,
Ürəyin dincəlmir yarınmayanda…

Yalandır baxışın, hər bir addımın,
Bürüyüb büsbütün yalan ömrünü.
Bu gündən belə də şərsiz, yalansız,
Çətin yaşayarsan qalan ömrünü.

Ayaq da səhv salır, göz də görməyir,
Hər dəfə bir duman çən keçən yolu.
Özündən savayı kimsə keçməyir,
Kim keçə bilir ki, sən keçən yolu?

Mənbə və müəllif: Yəhya Paşazadə 

A Y B-nin Qarabağ Bölməsi

Yəhya Paşazadənin digər yazarları

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nigar Səttarzadə – Yaxşılığın cəzası

Yaxşılığın cəzas

(hekayə)

Nənəm sağlığında həmişə mənə gözəl məsləhətlər verərdi. Vaxtilə bir çox sözlərinin mahiyyətinə vara bilməsəm də, nəsihətlərini qulağıma sırğa edərdim.
– Mənə qulaq as, bala. Bu sözlərimi heç vaxt ağlından çıxartma. Heç kimə malını, pulunu, hətta hisslərini əmanət etmə. Yoxsa əlinlə verdiyini ayağınla gəzərsən.
Düşünürəm ki, dilimizi zənginləşdirən atalar sözləri, zərbi-məsəllər boşuna yaranmayıb. İnsan xislətindəndi bilmirəm, amma hər şeyin qiymətini itirəndən sonra dərk edirik.
Nənəmin bu sözlərini də orta məktəbi bitirənədək dərk etmədim. Bəzi şeyləri yaşayaraq təcrübə etməli imişəm. Ağılsız başımın cəzasını ayaqlarım çəkməli imiş.
Sözü çox uzatmayım. Mənim riyaziyyatla heç vaxt aram olmayıb. Heç öyrənməyə də çalışmamışam. Ona görə də nənəmin bu sözlərini on dörd yaşında, uşaq ağlımla qulaq ardına vurmuşdum. Nə malımın qədrini bilirdim, nə də cibimə hər həftə qoyulan məktəb xərcinin.
Ancaq bu müddət ərzində anamla atamın evdə borc söhbəti elədiyini eşidirdim. Dövlətinə sadiq bir qulluqçu olan atamın demək olar ki, hər gün birinin adını çəkib onlara borc verdiyini dediyini xatırlayıram. Bəzən bunları anamın da ağzından eşidirdim. Bəzən hətta dalaşırdılar da. Ancaq haradan bilərdim ki, borc kiməsə yaxşılıq etmək ikən, özünə pislik etməkdir?
Aylar, illər ötdükcə evdə vəziyyətimiz getdikcə ağırlaşmağa başladı. Eniş aldığım məktəb xərcliyinin azalması ilə başladı. Sonra hər yay tətilində getdiyimiz rayon gəzintilərimiz kəsildi. Məktəbə yeni çanta, ayaqqabı, geyimlər almaq çətinləşdi. O il ilk dəfə sinif otağına köhnə ağ köynək və qara ətəyimlə, keçən ilki məktəb çantası ilə daxil oldum. Mənim üçün çox da asan deyildi, ancaq deyəsən sinif yoldaşlarım üçün bu gözlənilməz idi. Bir hissəsi hətta dişlərini göstərərək gülməkdən belə çəkinmədi. O gündən sonra dost bildiyim hər kəslə arama aşılması imkansız məsafələr girdi.
Məktəblə ev arasında gərginlik cəhətdən çox fərq yox idi. Səkkizinci sinifə daxil olmuşdum. Dərs yüküm çox artmışdı. Bir yandan uşaqların kobudluğu, bir yandan da evdə səngimək bilməyən söz-söhbət məni çox sıxırdı. İki yerdə də rahatlıq tapa bilmirdim. Gedəcək başqa heç yerim də yox idi. Hər zaman məsləhətlərini dinlədiyim nənəm də bizdən uzaqda idi. Atama bir qəpiyə dəyməyən qohumlarına borc verdiyi üçün bərk acığı tutmuşdu. Başını götürüb rayonda müəllimə işləyən rəfiqəsinin yanına getmişdi. Mən on birinci sinfi bitirən ili ölüm xəbəri atama həmin rəfiqəsi tərəfindən verilmişdi.
“Əl tutmaq, Əlidən qalıb.” – deyən atam bu illər ərzində çox qocalmışdı. İllərlə bir kağıza imza atmağının cəzasını əvvəl işini, evini, sonra da yoldaşını, anasını itirməklə ağır ödəmişdi. Həqiqətən də ağılsız başın cəzasını ayaqlar çəkmişdi.
Lakin itkilərimiz ayaqlarımızın, bədənimizin ağrısından daha artıq idi. Təsəvvür edin, bir səhər oyanıb görürsünüz ki, sizi nəvazişi ilə yuxudan oyadan ananız evdə yoxdur. Əvvəlcə çörəyə getdiyini fikirləşirsiz. Sonra gecikməyini məhəllədə göy-göyərti satan dedi-qoduçu xalanın uzun çəkən söhbətinə yozursuz. Saat artıq 09:35-dir. Məktəbdə birinci dərs bitmək üzrədir. Sənsə evdən çıxa bilmirsən. Elə bilirsən ki, getsən ev tək tənha qalacaq. Elə bilirsən ki, çıxıb getsən anan bir də geri qayıtmayacaq.
Evdəki ölüm səssizliyini pozmaq üçün televizoru işə salırsan. Ekspertlər orada hansısa aktual məsələni müzakirə edir. Sənin beynində isə tək bir şey var. Ömür boyu tənha qalmaq təhlükəsi ilə qarşı-qarşıyasan. Bu dəhşətin hər variantını axşam düşənə kimi beynində yazıb yaşayırsan. Ta ki atan gəlib səni göz yaşları içində, qaranlıq otağında tapana kimi…
O cəhənnəmi yaşayanda çox yox, bir yaş böyümüşdüm. On beş yaşım təzəcə tamam olmuşdu. Anam, atama bir parça məktub qoyub həyatımızdan çıxmışdı. Yaşadığımız bütün itkilərin günahını atamda görürdü.
O gündən sonra atam yaşayan bir ölüyə çevrilmişdi. Mən sinifdə gizlicə bir məktub yazıb nənəmə göndərmişdim. Oğlu ilə danışmasa da, bəlkə mənimlə danışardı.
Anamdan sonra ikimizə böyük görünən evimizi dəyər-dəyməzinə satmışdıq. Atam evin puluna bütün borclarını ödəyib, yerdə qalan az miqdar pulla da başımızı soxacaq bir daxma almışdı.
Mən hər gün səhər məktəbə gedir, dərsdən sonra da evin yanındakı dərzidə həm sənət öyrənir, həm də çörək pulumu qazanırdım. İş çox olmayanda Zemfira xala kitab oxumağıma da bir söz demirdi. Həm işləyib həm də oxumaq mənim üçün çox çətin idi. Bütün bunlara anamın vəzifələri də əlavə olunmuşdu. Səhər çıxıb axşam gəldiyimə görə gündəlik yemək bişirmək, təmizlik işlərini gecə həll etməli olurdum. Əvvəllər yeməyi ya ötürür, ya tez, bişməmiş sobanın üstündən götürürdüm. Gah duzsuz, gah da əksinə o qədər duzlu çıxırdı ki, heç yeyə bilmirdik. Ancaq atam heç vaxt narazılıq bildirməzdi. Əksinə həmişə yanımda olmağa çalışırdı. Mən onun dəstəyi ilə gücümü toplayırdım, o isə gün keçdikcə gözümün qabağında şam kimi əriyib yox olurdu.
Gündəlik qayğılarla boğuşmaqdan bir neçə gün öncə nənəmə göndərdiyim məktubu unutmuşdum. Ancaq məktubun sonuna əlaqə nömrəsi kimi divar qonşumuzun ev telefonunu yazmışdım. Nənəm məktubu oxuyandan sonra iki dəfə həmin nömrəyə zəng edib, bizi xəbər alıb. Nənəm qonşu qadından bizim o evdən köçdüyümüzü, əslində məktubda yazılandan da çətin günlər yaşadığımızı eşidəndə dəli olub. Həmin gün də bu küskünlüyə son verib Bakıya yola düşüb. Əvvəlcə gəlib nömrəsini verdiyim Lətafət xala ilə görüşüb, sonra bir yerdə atamın təzə iş yerinə gəlib çıxıblar. Beləcə ana-bala qovuşublar.
Bir gün, soyuq, şaxtalı havada gəlib çatanda nənəmi evdə tapdım. O gün bizim üçün uzun zaman sonra ilk dəfə bayram oldu. Əvvəlcə nənəmlə qucaqlaşıb bir xeyli ağlaşıb ürəyimizi boşaltdıq. Sonra neçə vaxtdır həsrət qaldığımız isti şorbanı içdik. Nənəmin yeməkləri çox dadlı idi. Həm də ki evə gələndə isti yemək tapmağım məni keçmiş gözəl günlərə qaytarmışdı. Analı günlərə…
Bəli, həmin gün dərk etdim ki, neçə yaşın olursa olsun insan ana qucağına ehtiyac duyur. Bunu atamın gözlərinə baxanda da görə bilirdim. Və qadınlar, analar, hər yaşda nəvazişli, sevgi dolu, bir az küskün, bir az kədərli olurlar. Nənəmin görüşmədiyimiz zamanda üzündə, əllərində artmış qırışları, ağ düşmüş saçları mənə bunları hiss etdirirdi. Ən dadlı yeməkləri analarımız bişirir, ən təmiz paltarları analarımız yuyur, evi ən gözəl gül qoxuları ilə analarımız təmin edir.
Bu deyim də çox doğrudur. Bir xanım kişini vəzir də edər, səfil də.
Anam, atamı əvvəl vəzir edib, sonra gedişi ilə səfil etmişdi. Bəlkə də sadəcə ona zərər verəcəyini düşünmüş, amma məni də ona ən çox ehtiyacım olduğu yaşda tərk etmişdi. Sırf bu səbəbdən onu bağışlamır, axtarmırdım.
Nənəm o gündən sonra iki ay bizdə qaldı. Bu iki ayda mənə bir qadının bilməli olduğu hər şeyi öyrətdi. Ondan sonra artıq yeməklərim ləziz, paltarlarım təmiz olurdu. Bunlarla yanaşı təhsilimlə ciddi məşğul olur, ədəb-ərkan qaydaları öyrətməyə çalışırdı.
Bu günlərdə bizim daxma şənlənmiş, bir yuva olmuşdu. Atam dövlət işindən çıxarıldığı üçün, səhərdən axşama qədər atasından öyrəndiyi maşın təmirində işləyirdi. Arada dost tanışdan maşın tapanda gizlicə taksi də sürürdü. Yetər ki evimizə bir tikə çörək alıb gətirsin.
Nənəm rayona rəfiqəsi ağır xəstələnib yatağa düşdüyü üçün getməli oldu. Vəfalı qadın idi nənəm. Getməsə ağlı onun yanında qalacaqdı, getsə bizim. Ona görə getməyinə etiraz etmədik. Vəziyyətin biz sandığımızdan daha fərqli olduğunu isə çox sonra başa düşdük.
Əslində xəstə olan rəfiqəsi deyil, nənəm özü imiş. Xəstəliyini eşidib, gələcək günləri təxmin edib, bizdən uzaqlaşıb. Biz isə bir daha heç görməyəcəyimiz anamızı sevgi ilə, gülə-gülə yola salmışdıq o gün.
İndi düşünürəm ki, bəlkə də elə belə olmağı nənəm üçün daha xoşdur. Çünki heç kim vida edəcəyi insanı göz yaşları içində xatırlamaq istəməz. Bütün ayrılıqlar kədər gətirir, ancaq insana qalan, dərdinə dərman olan sevdiklərinin xoş xatirələri olur.
Yazıq nənəm iki il min bir əziyyət çəkib, yenə də yaşamağa çalışıb. Onun hekayəsini atamla, nənəmi son mənzilə yola salmaq üçün rayona gedəndə rəfiqəsindən dinlədik. Qadın, göz yaşları içində nənəmin xərçənglə necə mübarizə apardığı haqqında danışdı. O halda belə tək dərdinin biz olduğunu çox kədərli bir şəkildə öyrəndik. Məgər nənəm hər ay xəstə halına baxmayaraq anamı axtarır, ona məktublar yazırmış. Məktublar ünvanına çatmadığı üçün geri qayıdırmış. Firuzə xala da həmin məktubları poçtdan götürüb nənəmdən gizlədirmiş.
Vəfatından sonra Firuzə xala o məktubları gətirib mənə verdi. Onlar mənə, nənəmin əl yazmaları olduğu üçün çox doğma gəldi. Ölənə qədər o məktubları anamdan mənə qalan tək xatirə – taxta sandıqçanın içində saxlayacaqdım.
Ömrünün son dəmlərində atamla açıq-açıq, səmimi bir söhbətimiz oldu. Mən artıq BDU-nun jurnalistika fakültəsinin tələbəsi idim. Bir araşdırma tapşırığı verilmişdi. Mövzu belə idi: “Yaxşılıq sonradan qazanılan bir hissdir yoxsa, yaxşı və ya pis insan olaraq doğuluruq?”
Bu sual haqqında çox fikirləşdim. Belə bir suala elə-belə cavab vermək düzgün olmazdı. Nənəmin dediyi kimi edib, güzgünü birinci öz içimə tutdum.
Mən nə qədər yaxşı və ya pis bir insanam? Ümumiyyətlə, hansı xüsusiyyətlər insanı pis və ya yaxşı elan edir?
Qarşıma atamı qoyub onunla bir yeridiyimiz on doqquz illik ömür yolumuzu fikirləşdim. Mənə həm hər şeyin ən gözəlini bağışlayan, həm də quyunun ən dibini görmüş, özünü o quyuya həbs etmiş adamı düşündüm. Yadıma hansısa bir kitabdan oxuduğum bir cümlə düşdü.
“Heç bir yaxşılıq cəzasız qalmaz.”
Atam məhz bu cümlənin canlı nümunəsi idi. Səmimi söhbətimiz zamanı mənim üçün həmişə sirr olan sualı soruşdum:
– Ata, niyə bu qədər yaxşılığının qarşılığı budur səncə? Uğrunda yeri gəlsə anamla dalaşdığın o insanların biri də bizi xatırlamır. Ancaq bəzən elə bilirəm əlində olsa yenə kiməsə yaxşılıq edərsən.
– Düzdür, qızım. Çünki yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. Bilirəm sizə çox əziyyət vermişəm. Çox sıldırımlı, dağlı-daşlı yollardan keçmişik. Özümdən soruşmuşam ki, axı niyə? Niyə mənə bu həyatı rəva bildilər? Sonra o vaxtlar hansı hisləri keçirdiyimi yadıma salıb dinclik tapmışam. Mən, Allahın əmri ilə, mənə açılan heç bir əli geri qaytarmamışam. İndi bilməsən də, böyüyəndə biləcəksən. O biri dünyaya, yağ-bal içində, səfa sürüb yaşayıb günahla gedəcəyimə, əzab əziyyətlə yaşayıb kişi kimi getməyi üstün tutdum. Allah mənim bu dünyada mükafatımı səninlə verib, inşallah orada da yaxşı əməllərimə görə verəcək. Bil ki, nə vaxt dara düşsən ilahi bir güc səni o çətinlikdən xilas edəcək. Çünki mən səndən savayı heç kimi gözü yaşlı qoymamışam, gözəl qızım. Mənə haqqını halal et. Bir də heç vaxt yaxşılıq etməkdən əl çəkmə. Balıq bilməsə də, xaliq bilər.
Atam bu söhbətimizdən üç gün sonra həyata əbədi gözlərini yumdu. Mənə isə ondan geriyə sadəcə xeyir-duası, anamdan geriyə sandıqçası, nənəmdən isə əxlaqı, məni həyata hazırlayan sözləri, nəsihətləri və oxuduğum hər an göz yaşlarımı sel edən məktublar qaldı.
Atamın gedişindən sonra bir daha başa düşdüm ki, insanı insan edən bu dünyadakı yaxşı əməlləri, ondan geriyə qalan ən böyük miras isə ləkəsiz adıdır.
23.02.2024

Nigar Settar-zade

“Bir ömrün masalı”
Kitabı Türkiyədən sifarişlə əldə edə olar.

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dəniz nəğməsi – Zilaləbanu

Dəniz nəğməsi

Haray çəkir dəniz gurultusu.
Pıçıldayır şəfəqə baxıb.
Çalınmaqda payız tənburu,
Dalğa getdi nədən tez axıb?

Qumluqlara çırpılar arxayın.
Tullantıları səpər üstünə
Duyğu kimi köpüklədər ağın,
Aşıq edər qəfil özünə.

Gəmilərin qanadı yüksək,
Arzumtək vüqarlı güya.
Xəyalımda olunca sevincək,
Dəniz olub duyular dünya.

Dalğa olub coşdum hər səfər
Baxışın səslənər, yaxşıca aldadar.
Gözlərinə həsrət getsəm əgər.
Ey yar, məni gəzmədən axtar.

Müəllif: Zilaləbanu Xalıqova

Zilaləbanu Xalıqovnın yazıları

Zilaləbanu Xalıqovanın kitabı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

"…yazarlar, ancaq yazarlar…"