“Azərbaycançılıq məfkurəsi” Sadıq Qarayevin beşinci kitabıdır. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv, “N” saylı qəhrəmanlıq” elmi-fəlsəfi və tarixi janrlarında yazılmış iri həcmli romanlar, “Sarvansız Zamanlar” isə hekayə və esselerdən, müxtəlif janrlarda yazılmış əsərlərdən ibarət kitabdır. “Azərbaycançılıq məfkurəsi” kitabında altı fəsildən ibarət, müxtəlif janrlarda yazılmış əsərlər yer almışdır. I fəsil hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu, elmlə bədiiliyin vəhdəti baxımından yeniliklər yarada bilmişdir. Müəllifin “Düzülüş və mövcudluq”, “Zidiyyətin çalarları”, “Bağban və yol” hekayə və esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada təzahür nümunəsi olmaqla yanaşı, bu əsərlərdə cəmiyyət və təbiətin harmoniyası, insanın bəndə, bəşər övladı və vətəndaş kimi daxili aləmi, onun müqəddəs vəzifələri bir sıra fəlsəfi baxış nöqtələrindən müzakirə edilir. II fəsildə Azərbaycançılıq məfkurəsinin milli dövlətçiliyimizin, yeni milli hədəflərimizin işıqlı yolunun zəfərlərimizin hərəkətverici qüvvəsi olduğunu izah edən, əsaslandıran elmi-fəlsəfi, bədii yazılar yer almışdır. III və IV fəsillərdə müəllifin müxtəlif elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən, müxtəlif janrlı yazılar yer almışdır. Bu fəsillərdə yer alan yazıların da mahiyyətində milli və bəşəri dəyərlərin, problemlərin mahiyyətinə baxış, Azərbaycan xalqının milli dövlətçilik idealları, azərbaycançılıq məfkurəsinin mahiyyət elementləri, hər bir vətəndaşın dövlətçilik, vətən qarşısında müqəddəs hüquq və vəzəfəlirinə işıq salmaq dayanır. V fəsildə yazıçının sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer almışdır. VI fəsildə oxucu “Ömür lövhələri” adlanır və bir insanın – bioloqun yaşadığı, müşahidə etdiyi ətraf aləmin, ömür yolunun yazıçı təxəyyülündə əks olunan xatirələri ilə tanış olur. Kitabın Redaktoru Sima Cəfərova, Korrektor: Esmira Fərəcova, Dizaynı: 10-cu sinif şagirdləri: Nəzrin Qarayeva, Əli Qarayev, Məmizadə Fatimə, Şabanova Rəyyandır.
Görkəmli yapon şairi Basyö 1681-ci ildə inzivaya çəkilir; beş il sonra, 1686-ci ildə, ustadı Butço tələbəsi Qohei ilə onu ziyarətə gəlir. Görüşdə Basyönün də bəzi tələbələri iştirak edir. Basyönün bağını ilk dəfə görən Qohei belə deyir: “Bu sakit bağçada bütün bitkiləri, bütün ağaclarıyla necə də Buddanın cövhəri var!” Basyö cavab verir: “Böyük yarpaqlarda böyüklüyü, kiçik yarpaqlarda kiçikliyi ilə…” Ustad Butço söhbətə qoşulur: “Bəs indilərdə necədir?” Basyö deyir: “Yağış kəsib, yosunlar yaşıllaşır.” Ustad Butço soruşur: “Bəs Buddanın cövhəri yosunlar yaşıllaşmamışdan qabaq necəydi?” Deyilənə görə, bu məqamda bir qurbağa suya tullanır və Basyö belə deyir: “Qurbağa hoppandı, suyun səsi.” Rahiblər heyrətlənir, tələbələrdən biri deyir ki, ancaq ilk misra kəmdir. Basyö deyir, nə təklif edirsiniz? Biri “Axşam düşür”, bir başqası “Tənhalıqdakı”, digəri “Dağ çiçəkləri” misrasını təklif edir. Basyö deyir, bu misraların hərəsi vəziyyətin bir tərəfini yaxşı ifadə edir, ancaq mən belə deyəcəm:
Köhnə hovuz. Qurbağa hoppandı. suyun səsi.
Bir vacib məqam daha… Basyöyə inzivaya çəkilmək üçün daxmanı hədiyyə edən tələbəsi Sanpu balıq taciri olub, bağçadakı “köhnə” hovuz əvvəllər ovlanmış balıqları diri saxlamaq üçün istifadə edilirmiş. Belə-belə işlər… Bu üç misra haqqında cild-cild kitab var, ancaq tükənmir ki tükənmir…
Gecənin dörd yanı zülmətdi, Ulduzlar zülmətə dustaqdı… Ümid son işıqdı, Arzular boş ümid, Həyatsa oyuncaqdı… Ömür olla öl arası zaman kəsiyidi, Payız , qış həsrət yoğurur, Xoşbəxtlik bir baharlıq qonaqdı.. Yalanlar at oynatdıqca Rəng verib rəng alır dünya, Həqiqət son dayanacaqdı.. Sevdalar ayrılıqla başlayır, Taleyin işinə qarışmaq günahdı.. Hamı Tanrıdan yapışır, Tanrısa göydən, Göy üzü calaqdı. Rəngli -rəngli nağılla alladır bu günü adam, Bir də baxırsan ki…. Sabahdı…
***
Bir yiyəsiz əsgər çəkməsi yol gözləyir bir dağın aşırımında. Vətəndən aralı , gözdən, qulaqdan uzaq. İpi boğazından asılı, üz gözü tikə -tikə, cırmaq -cırmaq. Başının üstündə külək əsir, Yağış yağır.. Bir şair güzgü qabağında Vətənə qalibiyyət şeiri deyir , Bir qız gecənin qaranlığında saçlarına ayrılıq taxır . Şair sözü , qız saçlarını alladır , Qulağı cingildəyir tarixin. Sağ ayağı çəlik əsgər sol ayağıyla Vətənə çatır. O yeridikcə yollar töyşüyür, Torpaq qan -tərə batır. Və.. Sözündən düşür şeir! Özündən düşür şeir! Gözündən düşür şeir!
***
Bapbalaca yuvamız vardı, Pəncərəsi günəşə açılan, Tavanı göydən asılı. Divarlarında kölgəmiz qaçan, Qapısında sevdamız yazılı. Lap pəri masalı kimi. Uçuq -sökük divarlarında gizlədirdi İçindəki bəxtəvərliyi. Kimsəyə verməzdi sirrini. Qorxusu yox idi itdən, pişikdən, oğrudan. Bizimlə gecələyirdi, Bizimlə oyanırdı yuxudan. Ulduzları göy üzündən dərib sərirdik ömrümüzə. Ocaq idi yuvamız, Qucaq idi yuvamız . Cibimizdəki qəpiklərlə sayırdıq günlərimizi, Xoşbəxt idik ən azı. Bizi ağrıtmırdı dünəndə ilişib qalan xəyallar, Bu gündən sabaha daşıyırdıq yalın yalavac arzuları. ..Sonra üç əllə , Daha sonra dörd əllə döydük qapımızı. Açıldı qapılar, Bağlandı qapılar . Sonra daha cibimiz əlimizdən utanmadı, Genəldi yuvamız, Köhnəldi yuvamız. İllər saçımızı, Yollar ayağımızı yordu. Biz yorulduqca Dincəldi yuvamız. …Daha pəri masalına inanmıram, bilirsən? Yalanmış hamısı..
Tolstoya görə güclü insanların 7 xüsusiyyətləri var: • “Yox” deyə bilmək. • istədiyinizi çəkinmədən ifadə edə bilmək • Vəziyyət nə olursa olsun təslim olmamaq. • Lazım olanda təslim olmağı bacarmaq • Yalnızlıqdan qorxmamaq. • Öz səhvləri ilə üzləşməyi bacarmaq. • Mənfi tənqidə açıq olmaq. Bu dövrün dərk edilməsi, psixologiya-fəlsəfə savadına olan marağımızla öyrəndiklərimiz, məhşurlaşan çox qiymətli qədim biliklərimizi həyatımıza uyğunlaşdırmağımız bəzən bizi bir ucdan o biri uclara atır. Buna görə də bu vacib xüsusiyyətlər haqqında bir neçə şey yazmaq istədim.”Yox” deyə bilmək, öz ehtiyaclarını qarşılamaq, səmimi münasibətlər qurmaq, hissləri ilə paralel hərəkətlər etməyə diqqət yetirmək, eyni zamanda bunu edərkən qarşı tərəfə diqqətli və sadəlövh davranmaq lazımdır. Populyar anlayışlar bəzən rəqiblərini darmadağın edə bilir. Biz “yox” deməyin əleyhdarı ola və “fədakarlıq” anlayışına qarşı ol bilərik. Əslində hər anlayışa balanslı və çevik yanaşsaq, bəzən belə olur, bəzən də belə olur desək, heç nədən möhkəm yapışmasaq, “mən beləyəm” desək, daha sağlam əlaqələr qura biləcəyimizi düşünürəm. Söhbət “yalnız mənəm” demək deyil, hər şeydə olduğu kimi tarazlığı tapmaqdır. Bəs vaz keçməli olduğunuz məqam nə vaxtdır? Fikrimcə, bunu etmək üçün əlinizdən gələni etdiyinizə əmin olduğunuz nöqtədədir. İnandığınız hər yolu sınadığınıza və istədiyinizə əmin olduğunuz şey naminə əlinizdən gələni etdiyinizə əminsinizsə, “buraxın?” İnsanlar sosial varlıqlardır, lakin bəzən tək qalmaq sağlam münasibətlər qurmaq üçün vacib açardır.Ancaq tək qalmaq və hətta bundan həzz almaq üçün gücümüz varsa, həqiqətən istədiyimiz üçün biri ilə münasibət quracağıq.Ona görə yox ki, özümüzü ehtiyaclı və ya məcburi hiss edirik.zBu, bizə daha səmimi və ahəngdar münasibətlər qurmağa kömək edir. “Mən tək qalmaqdan qorxmuram” deyərkən biz də “əlaqədən qaçmamağımıza” əmin olmaq istəyirik. Bəzən yorucu olsa da, öz səhvlərini qəbul etmək və tənqidə açıq olmaq bizi həyatda çox daha sürətli irəli aparan, əlaqələrimizi asanlaşdıran xüsusiyyətlərdir.Bəs bunun əksi nədir? “Bir tərəfə çəkilmək, məsələn, özünə mərhəmət göstərməmək, çox tənqidi olmaq, manipulyasiya etməyə çox açıq olmaq və özümüzü manipulyasiya etmək” Doğru bildiyimiz və həqiqətən faydalı olan anlayışlardan belə möhkəm yapışmaq yox, balanslı olmaq, obyektiv və mərhəmətli mühakimə yürütmək, onları ağıl süzgəcindən keçirmək vacibdir.
27 iyun 1918-ci ildə Türk dili rəsmi dövlət dili elan edilib.
Dövlət dilimizin elan olunmasından 106 il keçir.
Dünən Ordumuzun yaranmasının 106 illiyini qeyd etdik. Ümumiyyətlə zaman-zaman Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikasının ölkəmiz üçün əlamətdar olan, özəlliklə dövlət tarixi ilə bağlı məsələlərdə təməlin Cümhuriyyət dönəmindən götürməsi həm hüquq, həm siyasi-ideoloji olaraq doğrudur və vacib amildir.
Lakin bu sadəcə dövlət qurumlarının yaradılışı ilə olmamalıdır. Biz sadəcə yaradılan nazirliklərin varisi deyilik axı. Biz hər şeydən öncə “Millətlərə İstiqlal, İnsanlara Hürriyət” fikrinin varisləriyik. Biz bu fikirlərlə Azərbaycan türklərinin dövlət anlayışının necə bir fəlsəfəyə söykəndiyini tarixdə dövlət quraraq isbat etdik.
Qurduğumuz dövlətin dili isə 27 iyun 1918-ci ildə Azərbaycan Hökuməti tərəfindən dövlət dili haqqında qərar qəbul edilərək Türk dili rəsmi dövlət dili elan edilib.
Azərbaycan xalqının 70 illik sovet əsarəti dövründə öz kökündən qopmamasının, Türkçülük ideologiyasını daha da gücləndirməsinin təməlində bu cür tarixi qərarlar dayanır. Qeyd etmək yerinə düşərdi ki, 1926-cı ildə keçirilən və bütün Türk cümhuriyyətlərindən elm adamları, ziyalıların iştirak etdiyi ilk türkoloji qurultay Bakıda baş tutub.
Cümhuriyyət dönəmində dövlət dili ilə bağlı müəyyən edilən siyasəti SSRİ ziyalılarımızın başını kəsdikdən sonra, yalnız 1938-ci ildə dəyişdirə bildi.
Hesab edirəm ki, cümhuriyyətçi babalarımızdan bizə miras qalan ideologiyanı inkişaf etdirməli, Türk kimliyinin gücləndirilməsi üçün vacib olan dil amilinə xüsusi önəm verməli və xarici təsirlərdən qorumalıyıq. Milli şüurun formalaşması, milli kimlik kimi vətəndaşın yetişməsində önəmli rol alan amillərin fundamental özülü Ana dilinin Dövlət dilinə çevrilməsi üzərində qurulur.
Bu da o deməkdir ki, dili milli-strateji məsələdir, milli təhlükəsizlik konsepsiyasına aiddir. Və bu gün siyasi olaraq bir türk ailəsi modelindən dövlətin ən üst səviyyələrində fikirlər dilə gətirilirsə demək ki, bu məsələyədə yenidən baxmaq günümüzün reallığıdır.
Bunu isə aydınlarımız müzakirəyə çıxartmalıdırlar. Aydınlarımız isə susur. Susqunluqla aydın olmaq mümkün deyil, cənablar. Aydını olmayan cəmiyyət qaranlığa məhkumdur. Tarixi və zamanı unutmayın.
P.S.Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin. Bu gün həm də onu anmaq haqqıdır.
Adi bir yay gecəsi.. çöldə yağış yağır, hərdənbir ildırım da çaxır, səs-küy salır aləmə göylərin gurultusu. Həyətdə qorxusundan hürən itimin, bir də yanımda yatan pişiyimin mırıltısı pozur gecənin sükutunu. Dinləyirəm, bu həzin simfoniyanı gilə-gilə, ruhum da, yavaş-yavaş gəlir dilə. Həmişəki kimi, bir kağız, bir qələm çəkir maqnit kimi məni özünə, masamın bir küncündən. İstəyirəm, ayrılıb bu karvanın köçündən xatırlayıb-xatırlamadığım hər şeyi unudam, yaddaşımı sıfırlayıb, silib atam… Körpə uşaq kimi düşüm ayaqyalın, qaçım o yana, bu yana, üstüm-başım islana-islana yuyum, təmizləyim ruhumu sabaha qədər…
…Yan otaqdan bir səs gəlir: -Dur, söndür o işığı, pul yazır axı yetər…
Allahverdi müəllim xeyirxah insan, Azərbaycan maraqlarını bütün başqa maraqlardan üstün tutan şəxsiyyət, yüksək mənəvi dəyərlərə sahib, ərəb dilinin incəliklərindən xəbərdar, hətta ilk baxışda nəzərə çarpmayan keyfiyyətləri ilə yaddaşımızda yaşamağa haqqı olan bir ziyalı idi. Allahverdi kəndimizin-Böyük Mərcanlı kəndinin böyüklərinin də, cavanlarının da dilində adı hörmətlə çəkilən, ağsaqqallığı, müdirikliyi ilə tanınan, təhsilə dəyər verən Məhəmməd kişinin ailəsində böyümüşdü… Bu ailə kəndimizin fəxr etdiyi ailələrdən idi… Ailələrə, gənclərə elm-təhsil yolunu göstərən önçül bir ailə idi… Allahverdi müəllim ADU-nin şərqşünaslıq fakültəsini bitirmiş, “Azərbaycan” qəzetindən öncə, Liviyada tərcüməçi işləmişdi… Radioda ərəb verlişləri redaksiyasında çalışmışdı. Onun haqqında ilkin məlumatım bu qədər idi… 2006-cı ildə “Ad günləri qarşıdadır” kitabım çap olunmuşdü. Tələbəlik illərindən tanıdığım, otaq yoldaşı olduğum “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov kitabla tanış oldu, məni təbrik etdi. Deyim ki, kitabdakı “Ad günləri qarşıdadır” poemam Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucova həsr edilib. Vəzir Orucov haqqında “Azərbaycan” və başqa qəzetlərdə çıxan məqalələri oxuyandan sonra bu poemanı yazmışam… Yeri gəldi, bunları da Bəxtiyar müəllimə dedim. Bəxtiyar müəllim: -Bu kitab haqqında bizim qəzetdə də bir yazı getsin,- dedi. Bundan sonra qəzetin şöbə müdiri Allahverdi müəllim də bizimlə həmfikir oldu. Ancaq mən narahat idim… Bu qəzet ədəbiyyatyönlü deyil, Allahverdı müəllim də müəyyən bir çərçivədə bu kitabın əsas cizgilərini ifadə edə biləcəkmi?.. Onun ədəbi nümunələrə münasibəti haqda da geniş məlumatım yox idi. Sonra Allahverdi müəllimlə görüşəndə məni heyrət bürüdü. Bu halı mənə yaşadan bu addamın bədii əsərə diqqəti, möhkəm yaddaşı idi… Ən yüksək mənəvi dəyərlərin üzərində möhkəmlənmiş yaddaşı… Məlum oldu ki,o, hətta sevimli şairimiz rəhmətlik İsa İsmayılzadənin radioda məndən bəhs etdiyi verilişə çox diqqətlə qulaq asıb. Və o veriliş bütün təfərrüatı ilə onun yadındadı… Mən özüm bu verlişə çol şəraitində, kəndimizdə tut bağında- səsucaldıcı radiodan qulaq asmışdım. Məlum oldu ki, kitabda gedən ictimai məzmunlu şeirlər onun yaddaşına hopur, belə şeirləri daha çox qiymətləndirir:
-Bir yоl vаr-dirənir dаşа, qаyаyа, Bir çаy vаr-bаğrımın bаşındаn кеçir… Хаlqın bölünməsi sоyuq su оlub, Хаlqın süfrəsindən, аşındаn кеçir!..
Bəli, sui-qəsd nəticəsində öldürülən, Azərbaycanın bütövlüyünə çalışan Nadir şahın kədəri, göz yaşları hələ də xalqımızın ürəyini dağlayır,- dedi…
-Аtа оcаğınа аrха çеvirmə, Кəsib hər tərəfi, yаnı sоyuqlаr. Isti оcаqlаrı suyа qərq еdir, Хаlqı кi düşünmür qаnısоyuqlаr!..
Şəxsi maraqlar var, gizlənib tində, Milli iradəsi, milli dərki yox… Оğrulаr bаşlаyаr öz оbаsındаn, Yахındı, uzаqdı оnа fərqi yох!..
Allahverdi müəllim çox sakit bir səslə: -Dəqiq ifadələrdi,-dedi. Allahverdi müəllim sonra kitab haqda “Yurd nisgilli misralar”ı yazdı: “Musa Aslanxanlının imzası ilə oxucular çoxdan-ötən əsrin 70-ci illərindən tanışdılar. O vaxtlar gənc şairin mətbuatda ara-sıra görünən şeirləri ədəbi ictimaiyyəin diqqətini cəlb etmişdi. Xüsusi ilə “Pıçıltı-pıçıltı açir çiçəklər “ şeiri rəfbətlə qarşılanmışdı. Şeirdə ürəkoxşayan sətirlər vardı:
Bir vахt bu yеrlərə bir qız gələrdi, Necə bəzənərdi göy biçənəкlər!.. Indi bu yеrlərdə susun, dinməyin, Pıçıltı-pıçıltı аçır çiçəкlər…”
Əziz oxucular, dəqiqlik üçün deyim ki, mənim mərkəzi mətbuatda ilk şeirim 1968-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub. “Yağış yağır, ay gülüm.” Oxucu məktubları da almışam… Təəssüf ki, Allahverdi müəllimə bu haqda mən məlumat verməmişdim.
Allahverdi müəllimin məqaləsindən: “Necə oldusa, Musa uzun illər poeziyadan uzaq düşdü. Amma qayıtdı. Qayıdanda isə dövr tamam dəyişmişdi. Vətənin başı üstünü qara buludlar almışdı. Qarı düşmən baş qaldırıb varlığımıza qənim kəsilmişdi. Vətənin dilbər guşələri yadların əlinə keçdi, yüz minlərlə soydaşımız kimi Musa da didərgin həyatı yaşamağa məhkum oldu. Şairin bu yaxınlarda çapdan çıxmış “Ad günləri qarşıdadır” kitabında toplanmış şeirlərdə hər şeydən əvvəl yurd həsrəti, yurd nisgili hakimdir. Müəllif indi əlçatmaz olmuş doğma yerləri xatırlayır, düşmən tapdığı altında qalmış vətənin harayını poetik dildə səsləndirir. Torpaq itkisinin doğurduğu ağri-aci bitməz-tükənməzdir:
Bir tоrpаqdаn söz аçırаm, О tоrpаq кi gözəl хаlı… Hər ilməsi min bir diləк nахış-nахış, çiçəк-çiçəк. Bаhаr ətri, göy qurşаğı büllur hаvа O хаlıdа nахış оlub, хоnçа оlub, О хаlının bir кiçiciк охşаrı dа Müdriк, gözəl sənətкаrın- Mir Cəlаlın Sоnаsının tохuduğu хаlçа оlub! Hеyif, bu gün qəlbimizin nахışlаrı, butаlаrı qаlıb yаdlаr аyаğındа… ardı var.
BU AXŞAM…. Bu axşam yenə də gəlmədin gülüm… Gözləyə-gözləyə qaldıq masada; Bir ağ kağız idi, bir sarı qələm, Pəncərə önündə üşüyən çayın, Bir də öləziyən şamdı kasada…. Sarı yarpaqlar da elədi xiffət, Hər səni görəndə gülən, sevinən… Pəncərə şüşəsi ağladı xəlvət… Çiyninə atdığın şalın üşüdü, Halsız uzanıbdı, tir-tap masamda….
* * * Bu axşam yenə də gəlmədin gülüm… Ocaqda üşüyən odun ağladı, Yataqda büzüşən yorğan ağladı, Tək mənim vecimə omadı heç nə… Dildə tez-tez dedim; gəlmir, gəlməsin… İçin-için yandım bir mehə təşnə… Yerin dəyişdiyin külqabı qəmgin, Bir qəfil toxunuş gəlir işinə, Mütəkkə qolunu gəzir bu axşam, Rəqqas bir qapaza həsrət masamda…. 29.09.2022. Bakı.
Dostoyevski izdihamlı bir yığıncaqda söylədiyi nitq və oxuduğu şeirə görə rus çarı tərəfindən həbsə məhkum edilmiş və Sibirə sürgün edilmişdir. O, həbsdə olduğu illəri “Ölü evdən qeydlər” kitabında toplayıb.Müəllif bildirir ki, burada yaşamazdan əvvəl o, xalqı tanıdığını zənn etmiş, amma həbsdə olduğu illərdə səhv etdiyini anlamışdır. Dostoyevski “qara insanlar” olaraq xarakterizə etdiyi bu qrupla qarşılaşdıqdan sonra insanları təhlil etməyə və onların daxili aləmlərinin dərinliklərinə getməyə başladı. Sürgündə Dostoyevski həbsxanada itlə insan münasibətləri ilə bağlı müşahidə eksperimenti aparır. O, itin arxasınca gedərəj yanından keçən hər bir məhbusun onu təpiklədiyini müşahidə etdi. Maraqlısı o idi ki, it məhbuslardan qaçmayıb və ona bir məhbus yaxınlaşanda əyilib mövqe tuturdu.İtin yanından keçən hər məhbus iti təpikləyir və it buna heç bir reaksiya vermirdi.Bir gün Dostoyevski itə yaxınlaşıb başını sığallamağa başladı. İt bir müddət təəccüblə ona baxır, sonra cəld ondan uzaqlaşır və acı-acı hürür. Qarşısına gələn məhbusun təpiklədiyi it o gündən Dostoyevskini hara görsə, ondan qaçır və bir daha ona yaxınlaşmır.Dostoyevskidən qaçan itin təpik atanlardan qaçmaq əvəzinə başını sığallamağının təbii ki, psixoloji izahı var!
“Şəri həyat şərti kimi qəbul etmiş məxluqların sevgini, qardaşlığı, paylaşmağı gördükdə böyük təəccüb və çaşqınlıq hissi bu…Ruhu əsarətə düşmüş bu it sevgiyə acdır və bu insanlar üçün də keçərlidir… Bəzən pis davrandığın insanlar sənə pərəstiş edir, bəzən də yaxşı davrandığın insanlar sənə nifrət edir…”