Görün necə… Bu vətənin sağlığına can verənlər yaşayarmış, Yaşadıqca vətən adın zirvələrə daşıyarmış, Görün necə, vətən üçün əlləriylə daş oyarmış, Şəhidlərim…
Görün necə… Pak torpağa paklığını qanlarıyla bəxş edərlər, Yaddaşlara igidliyi, mərdliyini nəqş edərlər, Görün necə, azadlığı bizə verib, tez gedərlər, Şəhidlərim…
Görün necə… Yaramızı sarmaq üçün gəncliyinə vəda edib, Həqiqi eşq ilə canı vətəninə fəda edib, Anar kimi şəhadəti könlümüzə nida edib, Şəhidlərim…
***
TORPAĞI DOYDURAN ŞƏHİD (Şəhid Zeynallı Rəşad Qiyas oğlunun xatirəsinə)
Vətən doydu qanın ilə, Torpağı doyduran şəhid. Elə cavan şəhid oldun, Ürəyi oyduran şəhid.
Arzulara baxmadın sən, Həyat yolu axmadın sən, Bəyliyini taxmadın sən, Bayrağı qaldıran şəhid!
Tarixə həkk oldu adın, Var idi bircə muradın, Muradı yetdi Rəşadın, Torpağı doyduran şəhid.
Gözü yaşlı qaldı anan, Bütün ömrü oldu talan. Halına olmadı yanan. Bağrını yandıran şəhid.
***
ANAMA HƏDİYYƏM ŞƏHİDLİYİMDİR!
(Şəhid Cəbrayıl Dövlətzadəyə həsr)
Anacan, ad günün mübarək olsun! Başını uca tut, göz yaşı tökmə. Fəxr elə, şəhidlik zirvəsindəyəm, Ağlama, heç zaman dərd-qəmi çəkmə.
Haqqını halal et, gələ bilmədim, Bu il yanağından öpə bilmədim. Öpmüşəm vətənin torpağını mən, Vətəni tək qoyub, dönə bilmədim.
Fəxr elə, anacan, qürur duy hər vaxt, Düşmənə bircə an boyun əymədim. Halal torpağımda döyüşdüm, ancaq Özgə torpağına zərrə dəymədim.
Anacan, andımız var idi bizim, Vətənçün yaşayıb, ölməyi seçdim. Uşaqlıq arzumu gerçək etmişəm, Mən şəhid olmuşam, Əbədi həyatın şərbətin içdim.
Anacan, ad günün mübarək olsun, Qoyma gözlərində kədər-qəm olsun. Vətənin bayrağın ucaltmışam mən, Şəhidlik məzarım hədiyyəm olsun.
***
VƏTƏN UĞRUNDA İKİ GÖZÜNÜ DƏ İTİRMİŞ QAZİ İSMAYIL HÜSEYNZADƏYƏ
Vətən adlı günəş doğdu bir igidin gözlərində, Gözlərinə qəlpə dəyən zaman, günəş utandımı? Görən varmı əvvəlkitək o taqəti dizlərində? Bu zülmətin ağuşunda çarə tapıb, tutundumu?
O pak eşqin beşiyində, vətəninin keşiyində, Tutunmağa bircə yeri onun qəlbindəki yerdir. İnsanlığa örnək verən məhəbbəti var igidin, Vətən ilə anasına sığındığı qucaq birdir.
Gözlərini bu vətənə qurban verən qazilərin, Sevincini itirdiyi gözlərinə qurban olum. Haq döyüşdə səngərlərdə gecə-gündüz yorulmadan, Zərəf ilə addımlayan dizlərinə qurban olum.
İtirdiyi günəşini, hər işıqlı sabahını, Mərd oğullar yerdə qoymaz igidimin bu ahını. Qürur duyub, fəxr elədi vətən torpağı sizlərlə, Uca Allah, əksik etmə igidlərdən pənahını! Uca Allah, əksik etmə igidlərdən pənahını!
***
(Şəhid Əşrəf Məmmədliyə həsr)
Rahat uyu, igid əsgər, Vətəninin torpağında. Adın daim ucalacaq, Büküldüyün bayrağında.
Rahat uyu, igid əsgər, Qanın yerdə qalmadı, bil. Sənin şücaətin varkən, Bu vətən əzilən deyil!
Rahat uyu, igid əsgər, Şəhidliyin məqamında. Alnımızı ağ etdin sən! Hər addım, intizamında.
Rahat uyu, igid əsgər, Doğma vətən, bil, azaddır! Düşmənlərdən pak etdiyin, Hər qarışı bil, abaddır!
Rahat uyu, igid əsgər, Bu xalq səni unutmazdır. Öpüb sənin ayağından, Təşəkkür etsək də azdır! Rahat uyu, igid Əşrəf!…
***
MƏN ŞƏHİDƏM!
(Şəhid Baş Leytenant Ramil Bayramovun xatirəsinə)
Mən Şəhidəm! Çünki, mənim damarımda vətən axır qan yerinə! Qeyrətimdə, namusumda, bədənimdə can yerinə! Son nəfəsi vətənimçün vermişəm qurban yerinə! Siz yaşadın bu vətəni!
Mən şəhidəm, Vətənimin torpağında, ağacında, suyundayam, Yüz illərdir azadlığın yazılmayan sayındayam, Artıq varam, ruhum azad! Bu vətənin hayındayam, Siz yaşadın bu vətəni!
Mən Şəhidəm! Məhəbbətim, sədaqətim vətənimçün müqəddəsdir! Həqiqi eşqi var olan şəhadəti dadan kəsdir. Vətən gülü yüz illərdir qan ağladı, daha bəsdir, Siz yaşadın bu vətəni!
Mən şəhidəm!.. Mən cənnəti vətənimin azadlığında istərəm! Bayrağı yüksələn yeri uçub səmada göstərəm. Vətən üçün gərək isə ruhum ilə səfərbərəm, Siz yaşadın bu vətəni!
Atalar fəxr edər oğul gücünə, Mərdliyi, qeyrəti tarix yazıbdır. Gənc yaşda başdaşı qoyulan şəhid, Ana ürəyində məzar qazıbdır.
Vətənin səngərdə doğan günəşi, Yüksələn bayrağı, şərəfi oldun. Sənin yüksəlişin dəldi göyləri, Cənnət məqamına qədəmin qoydun.
Sən idin vətəni qoruyan mələk, Vətənə sinəni sipər edərək. Xain ayaqlardan azad etdiyin, Torpağa sarıldı anan, öpərək.
Ömrünü yarıda qoyan Əkbərim, Yaşatdın gələcək nəsilləri sən. Vətənim sağ olsun! -dedin və getdin, Qoxladın əbədi o gülləri sən.
***
(Şəhid Mayor İlkin Rzayevin xatirəsinə)
Vətən, məni bağışla… Şəhidlik zirvəsinə daha erkən ucaldım. Məni Tanrı apardı, özüm vətəndə qaldım. Qanımı qurban verib, düşmənlərdən öc aldım, Zəfərlə addımladım, azadlığa yol aldım, Məni Murov dağına sancın bayraq yerinə.
Oğul, məni bağışla… Yanında olmasam da tarixdə yaşayacam, İgidliyin, mərdliyin adını daşıyacam. Murovda aslan kimi, əzmlə vuruşmuşam, Vətənin qucaqında şəhadətə çatmışam. Bağışla məni Əli, yarım qalan ömrümə…
Qızım, məni bağışla… Fələyin çevirdiyi saat sükuta doldu, Səni xoşbəxt etməyim ürəyimdə köz oldu, Sən gözümün Nurusan, nurun mənə göz oldu. Baxma ki gözlərimdə həyat çiçəyi soldu, Kaş kədər toxunmasın o gülən gözlərinə.
Ana, məni bağışla… Ağarmış saçlarına toxuna bilməyəcəm, Sənlə keçən ömrümü səndən əsirgəyəcəm. Bağışla məni ana, daha mən gəlməyəcəm, Ahh, o xumar telinə sarılıb öpməyəcəm, Vətənin torpağını öpmüşəm qanım ilə…
***
(Şəhid Elçin İsmayılov İlqar oğlunun xatirəsinə)
Fəxr edirəm, vətən oğlu, Min igid var, biri sənsən. Hər igidin min hünəri, Min hünərdən nəri sənsən.
Nə gözəldir bu torpağın, Duz-çörəyi, naz-neməti. Həm qüvvəti, güc-qüdrəti, Səndə olan şux qeyrəti.
Mərd əlində qalxar bayraq, Yüksəkliyə ucaldıqca. İgid əsgər vətəninin Düşmənindən öc aldıqca.
Sən cənnətin beşiyində Bir gül idin, qoxladıq biz. Ulu torpaq keşiyində, Elçin, adın saxladıq biz.
***
(Şəhid Şəhriyar Əsgərovun xatirəsinə)
Bu gün göyərçinin qanadlarında, Yüksələn ruhuma baxır vətənim. Üç rəngli bayrağın ayparasında, Şəhidlik rəmzini taxır vətənim.
Anam nalə çəkib diz çökən anda, Tutun qollarından, qaldırın onu. Mənsiz bükülməyə izn verməyin, Şəhriyar oğlutək qoruyun onu.
Vətənə qanımı halal etmişəm, Bu haq belə asan verilməz ələ. Qalmasın düşməndə bu pak torpağım, Yoxsa yaralarım ağrayar hələ.
Allaha əmanət qoyub sizləri, Əbədi cənnətə yol alıram mən. Azadlıq uğrunda savaşan varsa, “Şəhidlər ruhutək” yaşayar vətən.
***
(Şəhid İlqar Bürcəliyevin xatirəsinə)
Bu gün doğum günün imiş, Ey qəhrəman şəhid, İlqar. Gəncliyinə vəda etdi, Torpağa döndü arzular.
Vətən qucaq açdı sənə, Sən vətənə qucaq açdın. Şəhidliyin zirvəsindən, Torpağa nurunu saçdın.
Gözlərində işıldayan, Günəş sönən deyil, oğul. Bizi daim yaşadacaq, Həyat eşqindi bil, oğul.
Səmalara ucaltmısan, Sən bu vətən bayrağını. Qanın ilə tarix yazıb, Öpdün vətən torpağını.
***
XOCALIM
Susun, sakit durun! Dünyanın dərinliyindən bir səs gəlir, körpə səsi, Boğur insanlığı, qopur göylərdəki ah-naləsi. Duyun, ölmüş vicdanların qətl etdiyi məzlum kəsi, Vermiş həyat bətnindəki doğulmamış son nəfəsi.
Susun, sakit durun! Günəştək qalxsa da erkən, bu erkən yatma dünyası, Mənafe uğruna neyçün tükənməz qanlı dəryası? Ürəklər ürpədən fəryadı duymaq gec, nə faydası? Bəşər dönmüş müqəvvaya? Nədəndir yoxdur ehsası?
Susun, sakit durun! Bədənlər sağ ikən yandı, Xocalım yandığı gündən, Nə eybi gördülər əfsus, fəqətdir güldülər gendən, Susun! Əlbət bu səssizlik çıxardar sizləri dindən! Həqiqət olduğu yerdə susan varsa, odur düşmən.
Susun, yox, susmayın bir də! Dönüb dəryatək axdıqca bilin ki, qan tutar aləm, Duyunca körpə fəryadın İlahi dillənər hər dəm, Daha susma, daha susma, insan oğlu deyil əbsəm, Mən insanlıq mayasından zühur etmiş həmin sidqəm!
***
ƏSGƏR QARDAŞIMA
Qardaş, əsgərliyin mübarək olsun! Bu vətən torpağı sənə əmanət. Biz, ana-bacını qorumaq üçün, Düşmənlə üz-üzə gələrsən əlbət!
Qardaş, əsgərliyin mübarək olsun! Qolumu göndərim, yenə güc olum, Dizimi göndərim taqətin üçün, Özümü göndərim, sənə güc olum.
Qardaş, əsgərliyin mübarək olsun! Darıxma, özümtək yaxınam sənə. Bu il yuxusuzsan, bilirəm necə, Çünki öz gözümtək yaxınam sənə.
Qardaş, əsgərliyin mübarək olsun! Təki sağ-salamat qayıt evinə! Sənin bir Allahın, bir də vətənin, Bir də ana-bacın sənə pərvanə.
Qardaş, əsgərliyin mübarək olsun! Səninlə fəxr edir yerlə göy inan! Bu yolda müqəddəs xidmətin üçün, Baş əyir vətəni sevənlər hər an.
Qardaş, əsgərliyin mübarək olsun! Qoru sən özünü, anana xatir. Gözü həsrət çəkən bacına xatir, Anatək ürəyi yanana xatir!
Qardaş, əsgərliyin mübarək olsun! Allah pənahında saxlasın səni. Yolunu gözlərik, sağ-salamat gəl, Anan doya-doya qoxlasın səni!
Наташа уже давно собиралась это сделать – взять ребёнка из детского дома. Потому что муж, с которым прожили 6 лет и так и не нажили своих детей, ушёл к другой, более успешной и более молодой. А Наташа словно бы надорвалась от семейной жизни: не было у неё уже ни сил, ни желания ещё раз попробовать сотворить семью и найти того, кто «и в горе, и в радости»… Нет, всё, хватит. Так она решила. И если уж тратить силы и душевное тепло, то не на спутника жизни, а на того, кто в этом тепле действительно нуждается. Вооот, стало быть. И начала действовать. Всё узнала в органах опеки, собрала необходимые бумаги. Теперь – главное: найти того самого мальчишку, который бы стал её сыном, её продолжением, и отдать ему всё тепло души, скопившееся за 38 лет. Совсем маленького брать не хотела, боялась, что с грудничком не справится, потому что уже перешла ту возрастную грань, когда женщина страстно хочет, сама того не подозревая, не спать ночами, пеленать, баюкать и агукать. Потому и поехала в детский дом, чтобы найти трёх-пятилетнего карапуза, который бы стал ей родным. Когда ехала на трамвае, то волновалась, как перед первым свиданием, а потому и не замечала, что весна в городе встала уже по-настоящему. Молодая, шёлковая, с лёгким холодком и невозможно ярким солнцем. Трамвай поскрипывал на поворотах, а Наташа всё волновалась и думала о будущем ребёнке, который есть уже на белом свете, но пока ещё не знает, что он судьбою для неё предназначен. За окном трамвайным жил весенний город: гудели, поблёскивая стёклами, автомашины, люди куда-то шли. И никто из них не знал, что едет сейчас Наталья на встречу с собственным счастьем. А она отвернулась от всех в вагоне к окну, но что за окном происходит – тоже не видела, потому что уже улыбалась своему будущему сыну, с которым встретится через несколько минут. Вот и остановка нужная. Прямо так и называется: «Детдом»… следующая – «Детсад»… Вышла и сразу увидела старый особняк с колоннами, на которых обвалилась штукатурка, и они из когда-то белых стали похожи на камуфляжно раскрашенные, чтобы, наверное, «враг не заметил». Вошла, всё объяснила охраннику, который указал ей кабинет директрисы. Вошла, представилась очень немолодой женщине, почти старухе, в самовязанной растянутой кофте в катышках. Директриса была какая-то провинциальная, неухоженная, почти неопрятная, но по глазам сразу видно, что она – на своём месте в жизни. И уже – давно. Говорили недолго, потому что накануне созванивались.
Ну, что, пойдёмте выбирать?- сказала директриса и первой встала со своего места. Наталья послушно последовала за нею. Идя по длинному коридору с тёмно-синими крашеными панелями, директриса сказала через плечо:
Младшая группа сейчас в игровой, значит, и нам туда. Толкнула дверь, и обе они с Натальей порог переступили. Человек, наверное, пятнадцать ребят, девочек и мальчишек, возились на полу, застланном ковром, и у шкафчиков с игрушками. Воспитательница сидела за столиком у окна и что-то писала, изредка поднимая голову и профессионально зорко присматривая за порядком. Как только вошли взрослые, детвора уже привычно ринулась к дверям. Они обступили женщин, обнимали за колени кто Наташу, кто директрису, задирали вверх мордашки и как галчата орали наперебой:
Это за мной мама пришла! За мной!..
Нет, это моя мамочка, я её сразу узнал! Я её сегодня во сне видел…
Меня, меня возьми! Это я – твоя дочка!.. Директриса машинально поглаживала детей по головам и негромко давала Наталье коротенькие характеристики на каждого. А Наталья даже растерялась, потому что брать нужно было – всех… Всех, вместе с тем мальчиком, что сидел у окна на стульчике и так и не подошёл к взрослым, а только обернулся через плечо и рассматривал привычную, наверное, для него картину смотрин. И Наташа почему-то пошла к нему. Подошла и сразу руку на голову положила. Из-под её ладони выглядывали небольшие, чуть раскосые глаза неопределённого цвета, удивительно подходившие к скуластому лицу, широкому носу и светлым, едва намеченным бровям. Мальчик был совершенно не похож на того, которого рисовала себе в воображении Наташа. И, словно бы подтверждая её мысль о том, что он – «типичное не то», ребёнок сказал:
Вы меня всё равно не выберете. А сам жадно как-то смотрел на незнакомую ему женщину и будто молил о другом.
Почему ты так решил, малыш?- спросила, не убирая руки с его головы, Наталья.
А потому что я сопливый и болею часто. А ещё у меня сестрёнка есть, Нелька. Маленькая ещё, в малышковой группе. А я к ней каждый день бегаю и по голове её глажу, чтобы она не забыла, что у неё старший брат есть. А меня Витя зовут, и без Нельки я никуда не пойду… И вдруг, от напряжения, наверное, у него и вправду побежали из носу сопли. … Вот тут и поняла Наталья, что всю жизнь ждала встречи с сопливым Витей, который часто болеет, и с его сестрой Нелькой, которую она ещё не видела, но уже любила… Автор: Олег Букач
7 yaşı olarkən Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmağa başladı. İlk qələm təcrübələri onu qanadına aldı, 20-ci illərdə artıq öz istedadı ilə fərqlənməyə başladı. Özünə təxəllüs seçmək qərarına gələndə Hafizin “Bəxtnamə”sini açdı, bəxtinə Şəhriyar sözü çıxdı. Bu adı çox bəyəndi. O gündən Şəhriyar onun təxəllüsü oldu və əsərlərini Seyid Məhəmmədhüseyn Şəhriyar adi ilə yazmağa başladı. O, əsərlərini klassik janrlarda – qəsidə, qəzəl, məsnəvi, qitə, rübai formalarında yazırdı. Xəlqilik, vətənpərvərlik, humanizm, azadlığa, bərabərliyə, sülhə çağırış şairin müraciət etdiyi əsas mövzular olmuşdur. Şəhriyarın həyatında və yaradıcılığında ana dilinin təəssübkeşliyi də xüsusi yer tutur. Dünya ədəbiyyatına bəxş etdiyi “Heydər babaya salam” poeması da məhz bu təəssübkeşliyin nəticəsi olaraq meydana gəlmişdir. Şair həm Azərbaycan, həm İran ədəbiyyatınin inkişafında böyük rol oynamışdır. Doğum günündə şairin xatirəsini ehtiramla yad edirik. Allah sənə rəhmət eləsin böyük ustad sənətkar!
…Deynən mənim şair oğlum Şəhriyar, Bir ömürdür qəm üstündən qəm qalar.
Azərbaycanda keçiriləcək COP29-un dünya üçün multikultural əhəmiyyəti
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) Tərəflərin qarşıdan gələn 29-cu Konfransı (COP29) Bakıda keçiriləcək. Bu məkan iqlim dəyişikliyinə dair qlobal perspektivlərin müxtəlif qobelenlərini əks etdirən və beynəlxalq ətraf mühitin idarə edilməsində inklüzivliyin vacibliyini vurğulayan dərin multikultural əhəmiyyətə malikdir. Azərbaycan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən mədəni mozaika müxtəlif qlobal sivilizasiyaların qarşılıqlı əlaqəsini təmsil edir. COP29-a ev sahibliyi etməklə Azərbaycan müxtəlif mədəni və tarixi kontekstlərin qlobal ekoloji strategiyalara necə töhfə verdiyini nümayiş etdirərək iqlim müzakirələrində bu müxtəlifliyi ön plana çıxarır. Azərbaycanda keçirilən COP29 mədəniyyətlərarası dialoqu qlobal səhnədə nümayiş etdirmək və təşviq etmək üçün unikal imkan yaradır. Ölkənin müxtəlif etnik qrupların və dinlərin qarışığı müxtəlif dünyagörüşləri və iqlim fəaliyyətinə yanaşmaları başa düşmək və inteqrasiya etməyin vacibliyini vurğulayır. Bu parametr nümayəndələri müxtəlif perspektivləri nəzərə almağa və hörmət etməyə sövq edir, daha vahid və əhatəli iqlim həllərinə gətirib çıxarır. Azərbaycanın mövqeyi müxtəlif regionları, o cümlədən Avropa, Asiya və Yaxın Şərqi birləşdirir. COP29-un belə bir strateji məkanda keçirilməsi iqlim məsələlərinə vahid qlobal yanaşmanın zəruriliyini vurğulayır, regional fərqləri aradan qaldırır və beynəlxalq əməkdaşlığı gücləndirir. Bu əlaqə təbii olaraq transsərhəd olan və əlaqələndirilmiş qlobal səylər tələb edən iqlim problemlərinin həlli üçün çox vacibdir.Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu regional geosiyasət və ekoloji məsələlərdə strateji əhəmiyyət kəsb edir. Bakıda keçiriləcək COP29 iqlimə davamlılıq, ətraf mühitin mühafizəsi və davamlı inkişaf üzrə regional əməkdaşlığı gücləndirə, qonşu ölkələri və beynəlxalq maraqlı tərəfləri bir araya gətirməklə, konfrans ortaq ekoloji problemlərin həllinə və birgə təşəbbüslərin təşviqinə kömək edə bilər. Azərbaycanın müxtəlif demoqrafik mənzərəsi, o cümlədən müxtəlif etnik mənsubiyyətlər və dillər qlobal iqlim siyasətində inklüzivliyin vacibliyini göstərir.Konfrans müxtəlif icmaların iqlim dəyişikliyi ilə necə qarşılaşdığını və fərqli şəkildə necə davrandığını vurğulaya bilər. Bu inklüzivlik iqlim həllərinin ədalətli və mədəni cəhətdən həssas olmasını təmin edir, tək ölçüyə uyğun yanaşmadan daha çox bütün icmaların ehtiyaclarına cavab verir. Azərbaycandakı COP29-un multikultural konteksti müxtəlif iqlim prioritetləri və imkanları olan ölkələr arasında çoxtərəfli əməkdaşlığı təşviq edir. Konfrans müxtəlif millətləri və mədəniyyətləri bir araya gətirməklə, müxtəlif mədəni və iqtisadi fonlar üzrə bilik, strategiya və innovasiyaların mübadiləsini asanlaşdırır. Bu əməkdaşlıq Paris Sazişi kimi sazişlərlə müəyyən edilmiş qlobal iqlim məqsədlərinə nail olmaq üçün vacibdir. Azərbaycanın ev sahibi ölkə kimi rolu Paris Sazişinin hədəfləri kimi beynəlxalq iqlim öhdəliklərinin irəliləyişində bu konfransın əhəmiyyətini artırır. O, həmçinin ölkələrə öhdəliklərini yeniləmək, tərəqqini bölüşmək və iqlim strategiyalarında boşluqları aradan qaldırmaq üçün platforma təklif edir. Ölkəmizin COP29-a ev sahibliyi etməsi ətraf mühitin mühafizəsinə mədəni töhfələri qeyd etmək üçün bir platforma təklif edir. Əsrlər boyu müxtəlif ekosistemləri qoruyub saxlayan yerli və yerli təcrübələr davamlı yaşama dair dəyərli fikirlər verə bilər. Bu təcrübələri tanımaq və qlobal iqlim strategiyalarına inteqrasiya etməklə konfrans iqlim həllərinin zənginliyini artıra bilər. Azərbaycanda COP29 sadəcə bir konfrans deyil; qlobal iqlim fəaliyyəti üçün kritik bir nöqtəni təmsil edir.Azərbaycan öz unikal mövqeyindən istifadə etməklə, yaranan iqtisadi çağırışları həll etməklə, enerji keçidini təşviq etməklə, regional əməkdaşlığı təşviq etməklə və innovasiyaları sürətləndirməklə, iqlim siyasətinin gələcəyinin formalaşdırılmasında mühüm rol oynamağa hazırlaşır. Dünya Bakıya yaxınlaşdıqca, COP29-un nəticələri dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə və davamlı gələcək qurmaq üçün nə dərəcədə effektiv birləşə biləcəyini müəyyən etməkdə mühüm rol oynayacaq. Zəngin mədəni irsə və strateji coğrafi mövqeyə malik bir ölkə kimi Azərbaycan iqlim fəaliyyətinə dair qlobal dialoqun təşviqi üçün unikal şərait təklif edir. Mədəni müxtəlifliyi əhatə etməklə və mədəniyyətlərarası əməkdaşlığı təşviq etməklə, COP29 inklüziv, əməkdaşlıq və effektiv iqlim idarəçiliyi üçün presedent yaratmağı hədəfləyir. Bu konfrans təkcə iqlim dəyişikliyi problemini həll etmək üçün platforma deyil, həm də mədəniyyətlər və sərhədlər arasında birgə işləməkdən gələn gücü vurğulayan dünyanın zəngin mədəni qobeleninin təntənəsidir.
Əslində, hər bir şair bu dünyada anadan olan, amma alayı bir aləmdən göndərilən elçidir. Bu dünyadan ona qalan ad və təxəllüs, bu dünyada saxladıqları isə gətirdikləri olur. Bu gün sizə onlardan biri- şair Naibə Yusubludan söhbət açmağa səy göstərəcəm…
Deyir ki;-“Arzum dünyada Azərbaycanımızın xüsusi dəst-xəttini görmək; təhsilimizə ayaq açan yad ünsürləri aradan qaldırmaqdır. Niyə gizlədim, sovet dönəmindən qalma pafoslara, mədhiyyəçiliyə son qoyulmasını, ədəbiyyatımızın bütpərəstlərdən xilas olmasını istəyirəm…”
Naibə Yusublu Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya gəlib. Orta təhsilini Şirvan (Əli Bayramlı) şəhər 10 nömrəli orta məktəbdə başa vurub. Sonra ADPU-nun Filologiya fakültəsini bitirib. O vaxtdan da Şirvan şəhər 20 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir…
Qara-qura gecələrdən, əyri-üyrü küçələrdən, ilmələri hörülməyən keçələrdən xoşum gəlmir. Saxta, iblis gülüşlərdən, dodaqaltı söyüşlərdən, bar-bəhərsiz döyüşlərdən xoşum gəlmir. Ot-ələfsiz örüşlərdən, ayaqüstü görüşlərdən, haqqı danan yürüşlərdən xoşum gəlmir. Yad ellərdə rahat yatan el dərdini başdan atan halalına haram qatan vətənsizdən, ağ rəngi də qara görən kəfənsizdən xoşum gəlmir. Xoşum gəlmir kölgələnən təpələrdən, sahilləri xımır-xımır, asta yeyən ləpələrdən. Xoşlamıram narın, sısqa yağışları, Sis-dumanı, ağ alnıma damğa olan qara-qara “naxış”ları, ellərimə xəyanəti, məlul, miskin, baxışları, sərhəd boyu utancından üz gizləyən barışları… Xoşlamıram korun-korun öləziyən ocaqları, namərdlərə meydan verən veyl, səfil bucaqları, hər küncündə ilan yatan soyuq, mənfur qucaqları. Dağ çayıyam, himə bəndəm, Soruşmayın kimə daşqın, kimə bəndəm. Kükrəməyə, çağlamağa nazik, sarı simə bəndəm….
Bu, onun “İlmə” şeiridir. Ümumiyyətlə, Naibə xanım bədii yaradıcılığa hələ ədəbiyyatçı olmamışdan çox-çox qabaq, 5-ci sinifdə oxuyarkən başlayıb. Səkkiz kitabın müəllifidir. İlk şeirlər kitabı “Dünya, səndə nəyim qaldı” adlanır. “Özüm olmaq istəyirəm” şeirlər kitabı və “Qəzəllər” toplusu da oxucular arasında maraq doğurub. Nəşr olunası iki şeirlər kitabı, bir romanı və bir hekayələr kitabı var…
Adətən xanımlar “hamıdan gözəl mənəm mən” qənaətilə yaşamağı xoşlayırlar, amma o, yerli-yersiz öyünməkdən çox uzaqdır. “Hər kəs ədəbiyyatda, eləcə də həyatda çəkisini- yerini bilməlidir. Sənətə- sözə qiymət verməyi bacarmalıdır. Söz adamlarına rütbəsinə görə deyil, sözünün qüdrətinə görə hörmət etmək lazımdır. Püxtələşməkdə olan gənc nəslə təmənnasız dəstək olmağa çalışmalıyıq”- söyləyir…
Mütaliə etməyi və tarixi filmləri izləməyi xoşlayır. Yaradıcılıq uğurları isə az olmayıb. Bir-birinin ardınca yazdığı “Tənha köç”, “Zərbə”, “Gülün yarpıza dönsün”, “Gəzən şəhid”, “Yüz on ikinci gün” romanları oxucuların rəğbətini qazanıb. Şeirləri, qəzəlləri də oxucuların diqqət mərkəzindədir…
Naibə xanımın yaradıcılığı o qədər zəngindir ki, onu bir söhbətə sığışdırmaq çətindir. İnanıram ki, gələcəkdə Naibə Yusublu imzası Azərbaycanın ən çox sevilən qadın imzaları sırasında tez-tez sadalanacaq…
1907-ci ildə Haverhill Massaçusetdə olan Duncan MacDougall adlı həkim müəyyən təcrübə üzərində çalışmış və ruhun çəkisini ölçmək istəmişdir. Bir çox ölüm anında olan insanlar çox həssas tərəzilər üzərində böyük həssaslıqla ölçülmüş və ortaya maraqlı nəticə çıxmışdır. Aparılan ümumi təcrübə sonunda insanların ölüm anında 21 qram ( daha düzü 21,3 qram) çəki itirdikləri məlum olmuşdur, ancaq daha maraqlı hal isə çəki itirilməsi ölüm anında müəyyən zaman sonra yenidən bərpa olunmaqda idi. Haqqında söz açdığımız 1907-ci ildə aparılan təcrübə bizlərə nəyi göstərməkdədir? Ruhun müyyən çəkisi ola bilərmi? Tarix boyu bütün dinlərdə də insanın maddi və mənəvi tərəfləri olması barədə fikirlər mövcud olmuşdur, amma indiyə qədər ruh barədə tam sübutlu dəlil gətirə bilən olmamışdır. Şəxsən mənim düşüncəmə görə ruhumuzun cismimizdən ayrı olması fikri düzgün gəlməməkdədir. Maddənin təməli olan atomun təməli enerji tezliklərinə, yəni enerji dalğalanmalarına söykənməkdədir, yəni sərt cisimlər əslində sərt deyildir, enerji tezlikləri vasitəsilə yaradılmış sistemlərdən ibarətdir. Bizim ruhumuz ətrafı anlayan, analiz edən şüur olaraq vardır və bu bizim hüceyrələrimizdən etibarən formalaşaraq gəlməkdədir. Hüceyrələrimiz ibtidai şüur olaraq, öz ətraflarını təhlil edərək, ətrafa uyğunlaşaraq yaşamağı öyrənən mexanizmlərdir. Bəs belədirsə, ərtaf özü nədir? Gerçəkdə ətraf fəzanın və ya kainatın özü ümumi şüur olaraq varlığını saxlamaqdadır. Hər bir hüceyrə isə kainatda yerləşdiyi məkan-zamana uyğun olaraq öz ibtidai şüuruna sahib olur. Bunu isə hüceyrə ətraf fəza ilə qarşılıqlı təsirdə olaraq etməkdədir. Geniş miqyasda nəzər yetirsək, hüceyrənin də atomlardan təşkil olunduğunu görərik, yəni hüceyrədə öz təməlini sonucda enerji tezliklərinə söykəməkdədir. Hüceyrə sistemi özü-özlüyündə kainata bağlanmaqdadır, ondan gəlməkdədir. Bu əsnada abzasın əvvəlindəki cümləni daha düzgün anlamış oluruq. Əgər hüceyrələrin və onlardan yaranmış bizlər şüura sahib oluruqsa, demək ki, ümumi kainat fəzası da şüur sisteminə sahibdir. Şüurumuz fərqli yerdən deyil, yerləşdiyimiz kainatın özündən gəlməkdədir. Bu mövzu ilə bağlı hüceyrə bioloqu olan Bruce H.Liptonun “İnancın biologiyası” kitabındakı fikrini qeyd etmək düzgün olar. Qeyd olunmuş fikir bu şəkildədir: “Hüceyrə membranının quruluşu məni vücudlarından ayrı olaraq düşünüldüyündə ölümsüz və mənəvi varlıqlar olduğumuza inandırmışdır.” Bizlər dünyəvi deyil, kosmik varlıqlarıq, yəni Kosmopolitə daxil olaraq varlığımızı saxlayırıq. Bəs bizlərin ayrı-ayrı fərdlər olmağımızı nə formalaşdırır. Bu məqamda yenidən hüceyrə bioloqu olan Bruce H.Liptonun İnancın biologiyası kitabındakı başqa qeydini vermək yerinə düşər. Fikir bu şəkildədir: “Hər bir insanın hüceyrələrinin qruplaşmaları özünə spesifik hala gətirən şey nə idi? Hüceyrələrimizin xarici qatında qruplar halında şəxsiyyət qəbulediciləri vardır və bunlar bir fərdi digərindən ayırır.” Bu bilgiləri fiziki çəhətdən incələsək, hüceyrələrin xarici qatında yerləşən şəxsiyyət qəbulediciləri və kainatın bunlara verdiyi cavablar, hər biri tək gerçəyi ortaya qoymaqdadır. Kainat enerji alanından cismani alana enmişdir. Şəxsiyyət qəbulediciləri enerji tezliklərinin uyğunlaşması ilə mümkün olmaqdadır. Kainatda yerləşən ümumi şüur sonsuz sayda tezliklərə bölünməkdədir və hüceyrə qruplarının yerləşdikləri konuma münasib olaraq uyğunlaşan enerji tezliyi həmin hüceyrənin şəxsiyyətini təyin etməkdədir. Qısacası kainatdan gəlməkdəyik. Indi isə 1907-ci ildə aparılan təcrübəni xatırlasaq, ölüm anında itirilən 21 qram və sonra onun bərpasının nə anlama gəldiyini araşdıraq. Məqalədə öyrəndiklərimizə əsasən hüceyrələr kainatda olduqları məkan və zamana uyğun olaraq enerji tezliklərinə uyğunlaşır və formalaşır. Insan ölüm anında onun cisminin hüceyrələrinin toplam şüuru kainatın müəyyən tezliyindən ayrılaraq, fərqli tezliyə keçməkdədir. Bu halı fizika elminə əsasən təcil ilə əlaqələndirmək mümkündür. Təcilin düsturu aşağıdakı kimidir: a = F/m Düsturda yer alan a – təcili, F – qüvvəni, m – kütləni xarakterizə etməkdədir. İlk öncə təcilin nə olmasını qeyd edim. Təcil – sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fasiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir. Təcil sürətin dəyişməsinə, daha artıq sürət əldə olunmasına deyilir. Və düstura fikir versək, cismin təcili artdıqca, kütləsi azalmaq üzrə getməkdədir. Kütlənin azalması ilə birlikdə tətbiq olunan qüvvə də artmaqdadır. Bu bilgiləri ölüm anındakı kütlə itirilməsinə tətbiq edərsək, belə bir fikir irəli sürə bilərik: – ölüm anında insanın sahib olduğu enerji tezliyi alaraq yüksəldiyi üçün insan bədənində kütlə azalması olmaqdadır. Enerji tezliyimiz yüksəlir və daha üst məkan zaman ölçüsünə keçid etdiyi üçün daha dünya ölçüsündə fəaliyyətdə ola bilməməkdə və biz buna ölüm deməkdəyik. Qaldı ki, ölümdən sonra itirilən 21 qram kütlənin bərpa olunması, bunu isə vücuddan itirilən enerji tezliyinin yerinə fərqli tezliyin yüklənməsi kimi açıqlaya bilərik,sanki dənizdə müəyyən zonadan su götürülər və götürdüyü zonaya yenidən fərqli su kütləsi gələrək zonanı doldurması kimi insan vücudu da itirilən enerji tezliyinin yerini dolduraraq itirilən kütləni bərpa etməkdədir. 21 qram təcrübəsinin tam izahının məqalədəki kimi olması ehtimalı olduqca yüksəkdir. Indi isə, mövzunu bir az da genişləndirərək insanlığın kosmopolit nəslini izah etmək yerində olacaqdır. Məqalədə qeyd etdik ki, insan şüuru hüceyrələrdən gəlməkdədir və kainatın uyğun gələn enerji tezliyi ilə formalaşır. Hüceyrələrin də molekulyar sistemlərdən təşkil olunması bilinən bilgidir. Kimya elminə əsasən isə molekulların sonlu sayda qruplaşmalarının olması məlumdur, yəni yaranmış müəyyən molekul qrupları fərqli məkan və zaman aralığında yenidən formalaşmaq ehtimalı vardır. Bu ümumi kainat üzrə bu şəkildə davam etməkdə və kainatın dərinliklərində müəyyən məkan və zaman intervalında fərqli, amma bizimkinə çox bənzər olan Yer kürəsi daha ola bilər. Bu Yer kürəsi cüzi fərqliliklərə sahib olmaq şərti ilə bizimki kimi Günəş sisteminin daxilində ola bilər. Belə olduğu halda orada da hüceyrələr sisteminin yaranması və bizlərin eyni kopyaları cüzi fərqlər ilə yaranması ehtimalı da vardır. Belə olduğu halda, kainat daxilində var olan fərqli Yer kürələrində olan mənim cüzi fərqlər ilə yenidən yarana bilmə ehtimalım var, amma heç var olmaya da bilərəm. Hamısı molekulyar qruplaşmalarından asılı olaraq davam etməkdədir, amma fərqli mənlər heç də eynilə mən olmuram, çünki yerləşdiyi məkan fərqi səbəbi ilə enerji tezlikləri tam eyni olmayacaqdır. Xarici quruluş baxımından və xarakterik baxımdan cüzi fərqlər ilə mən orada da özümü burada olduğu kimi hiss edəcəyəm. Bu bilgi bizlərin kainata yayılmamızı və beləliklə, kosmopolit nəslini yaratmağımızı göstərən ehtimal faktlardır. Ehtimal olaraq niyə qeyd edirəm, çünki bilgilərlə təsdiq olunsa belə, konkret təsdiqi hələ ki tapılmamaqdadır.