
BƏXTİM HARDASAN?
Könlümü dağlayır uğursuz yollar
Bir təhər dözürəm, bəxtim hardasan?
Çeşmələr quruyur məni görəndə
Axı mən bezirəm, bəxtim hardasan?
Gərdişlər yayımı qışa döndərib
Həyat ürəyimi daşa döndərib
Ən şirin arzumu yaşa döndərib
Gözümnən süzürəm, bəxtim hardasan?
Mən ki əriyirəm göz görə-görə
Bax məni qınayır o dağ, bu dərə
Üz tutdum qürbətə, düşdüm çöllərə
Mən səni gəzirəm, bəxtim hardasan?
31.07.2024.
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var