Əhməd Ağaoğlunun anım günüdür

Bu gün türkçülük ideyalarının inkişafında, millətinin maariflənməsində böyük xidmətləri olan Əhməd Ağaoğlunun anım günüdür.

Əhməd bəy Ağaoğlu “Bizim millətçilər” adlı məqaləsində yazırdı:”Millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o xalqların həyatında bir zərurətdir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz, onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq… Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir”.

Millətçiliyin gərəkliyi mövzusunda “Millət və millətçilik” başlıqlı dörd hissədən ibarət məqaləsində isə yazırdı:” Cümlə millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o moşəşe (parlaq), o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman nasyonalizm dövrəsi oldu!” deyə bildirirdi.

Milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirən, Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi.

“Azad qadınsız milli inkişaf ola bilməz” fikrini məqalələrində sübuta yetirirdi.

Azərbaycan siyasi fikrinin görkəmli nümayəndəsi, türkçülük ideyasının əsasını qoyan ideoloqlardan biri, Cümhuriyyət dövrünün fəal ictimai xadimi Əhməd Ağaoğlunun xatirəsini dərin sayğı ilə yad edirəm!

Müəllif: Anar ƏSƏDLİ

ANAR ƏSƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HƏSƏN CABBARIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

                              ŞAİRİN YENİ KİTABI

“Mütərcim” nəşriyyatı Həsən Cabbarın yeni şeirlər kitabına həyat vermişdir.  

 Vətənimizin gözəl təbiəti, əmək adamları, dostluq və saf məhəbbət hissləri kitabda toplanmış şeirlərin əsas möv­zu­sunu təşkil edir. Şairin şeirlərində bir kövrəklik, zəriflik hiss olunur.

Kitabın redaktoru yazıçı, tərcüməçi, pedaqogika elmləri doktoru, professor Akif Abbasovdur.

                  HƏSƏN CABBAR YARADICILIĞINA BİR NƏZƏR

          Həsən Cabbarla (Həsən Xanoğlan oğlu Cabbarovla) mən Şirvan (keçmiş Əli Bayramlı) şəhər Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbində bir sinifdə təhsil almış, 1967-ci ildə orta təhsilimizi başa vurub ali məktəblərə üz tutmuşuq. Həsən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin (hazırda ADPU), mən isə, M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsinin məzunu olaraq əmək fəaliyyətinə başlamışıq. İlk pedaqoji fəaliyyətimiz Sabirabad rayonunun Şıxsalahlı kənd otda məktəbində olmuşdur. Həsən Cabbar burada  Azərbaycan dili və ədəbiyyat müəllimi, mən isə ingilis dili müəllimi kimi işləmişik. 1975-ci ildə yollarımız ayrılmış, o, həmin məktəbdə qalaraq çalışmış, mən isə, müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunduğumdan Bakıya gəlmişəm.

          Dostluğumuz isə davam etmiş, hazırda da tez-tez görüşürük.

          Həsən Cabbar kimdir?

          Həsən Cabbar hazırda təqaüddədir. Yaxşı ədəbiyyat müəllimi, sədaqətli dost və yoldaş, şagirdlərinin sevimlisi olmuşdur. Hələ orta məktəbdə oxuyarkən   bədii yaradıcılıqla məşğul olmuş, tələbəlik illərində, müəllim işlədiyi vaxtlarda yenə də qələmə sarılaraq, gözəl şerlər yazmaqda davam etmişdir.  Şeirləri ilk əvvəllər Əli Bayramlı (Şirvan) şəhərində çıxan “İşıq” qəzetində, daha sonralar “Azərbaycan” jurnalında, “Azərbaycan gəncləri”,  “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri” (hazırda “Savalan”) və b. qəzetlərdə dərc olunmuşdur. 1999-cu ildə onun “Sənə həsrət qalacağam” şeirlər kitabı “Mütərcim” nəşriyyatı tərəfindən çapdan çıxmışdır.

          Mən ingilis və rus dillərindən bir sıra pyeslər (Q.Qrin “Canlılar yaşayan otaq”, “ Mar Bayciyev “Duel”, Georgi Xuqayev “Andro və Sandro”, Touşan Esenova “Ali təhsilli arvad”)  tərcümə etmişəm, onların hər biri ayrıca kitab şəklində nəşr olunmuşdur. Həmin pyeslərdə şeirlər də öz əksini tapmışdır. Onları dilimizə Həsən Cabbar çevirmişdir.

           Tərcüməçilik də  bədii yaradıcılıqda bir istiqamətdir. Həsən Cabbar bu sahədə də qələmini sınamışdır.

          O, gənclik illərində çox yazıb-yaradardı. İndi nə isə tənbəlləşib, çox az hallarda yazır.. Səmimi şeirləri var.

          O  zamanlar “Vətən”, “Xatirə”, “Aparma”, “Sənə həsrət qalacam”,  “Qoyma məni qocalmağa”, “Babam”, Qaya” və başqa şeirləri  şeirləri dilimizin əzbəri idi. Dostlar (Fəxrəddin Rəhimov, Malik Qədimov, Rafiq Rəsulov, Vaqif Qarayev) bir yerə, bir məclisə yığılanda Həsənin şeirləri səslənərdi. Rafiq Rəsulov,  mərhum Malik Qədimov onun şeirlərini avazla,  yüksək sənətkarlıqla deyərdilər.

          Həsən Cabbar son dərəcə sakit, təvazökar, abırlı, həm də nikbin insandır. Özünü öyməyi xoşlamır, öz şeir deməz, dostları onun şeirlərini səsləndirəndə isə, sıxılır. 

          Abırlı, təvazökar, sadə, dostcanlı insanlara eşq olsun!!!

          Həsən Cabbarın şeirləri məzmun baxımından rəngarəngdir. Vətənpərvərlik (“Vətən”, “Qız Qalası”);  təbiət mənzərəsi, vəlövhələri  (“Ləpələr”, “Son payız”, “Durna”, “Qış”, “Qaya”, “Yol ver, baba” və s.);  valideyn-övlad münasibətləri, ata-anaya, baba-nənəyə hörmət, bağlılıq (“Babam” və s.); sevgi, məhəbbət (“Xatirə”, “Gizlət baxışlarını”, “Apardın”, “Gəlin köçəndə”, “Unudacaqsan”, “Darıxmışam”, “Gələrəm”, “Görüş yerimiz” və s.) səpgili  şeirləri sevə-sevə oxunur.

          Həsən Cabbar  sözdən ötrü gəzmir, mənalandırmağı, yeni fikir söyləməyi bacarır. Doğmalarını sevib-əzizləməklə yanaşı, xahiş edir ki, ona qayğını bir az da artırsınlar, onu qocalmağa qoymasınlar. Şairlər kövrək olurlar axı. Oxuyuru     q:

                             Aylar, günlər ildən getdi,

                             Durna köçü göldən getdi.

                             Cavanlığım əldən getdi,

                             Qoyma məni qocalmağa.

          Əslində onu qocalmağa qoyan yoxdur. Şair xəyalıdır. İstəyir təkcə fiziki baxımdan deyil, eyni zamanda mənəvi cəhətdən də, ruhən də cavanlığını uzun müddət saxlasın. Ailəyə lazım olmaq üçün, bədii yaradıcılıqda uzun müddət qalmaq üçün, dostlarla, yoldaşlarla birgə gəzib-dolanmaq üçün:

                             Bir bulaqdım, dedim coşam,

                             Qoymadılar aşıb-daşam.

                             Bəlkə bir də cavanlaşam,

                             Qoyma məni qocalmağa.

          “Babam” şeirində çox gözəl bənzətmə ilə rastlaşırıq. Artıq müəyyən yaş həddinə çatmış babada  yaşamaq, fəaliyyət göstərmək, sevib-sevilmək arzusu qüvvətlidir. Cavanlaşmaq istəyir, yenə də arzusundadır ki, qəşəng, alyanaq qızlar oğrun-oğrun onun ardınca boylansınlar. İstəkdir də, nə deyəsən?  Bu arzuların qanadında elə bilir ki, doğrudan da cavanlaşıb. Üzünü ağbirçək həyat yoldaşına tutaraq:

                               Sən demə gözəllər çoxmuş hər yerdə,

                             Tələsdim, ay qarı, səni sevəndə, – deyir.

          Bu misralar nikbin əhval-ruhiyyə aşılayır. Təbii ki, baba demək istəmir ki, o zaman evlənməsəydim, ay qarı, indi bu cavan, yarlı-yaraşıqlı, nazlı-qəmzəli qızlardan birini alardım. Yox, bunu nəzərdə tutmur. Bir zarafatdır da. Şair xəyal  dünyasındadır. 

          “Xatirə” şeiri maraq doğurur. Sanki kiminsə, bəlkə də şairin cavanlıq sevgisini yada salır. Bu kim isə sevgisinə qovuşmayıb. Arada ötüb-keçən günləri yada Salı, qəhərlənir, o illərdən  təsəlli alır:

                                Biz oynardıq, uşaq qəlbin nə dərdi,?!

                             Qonum-qonşu açıq-aydın görərdi.

                             Qızlar səni mənə “gəlin” verərdi.

                             Yada düşür nələr, nələr, Xatirə,

                             Nə şirinmiş xatirələr, Xatirə?

          “Sənə həsrət qalacağam” şeiri də uğurludur. Həsrət insanlara əzab verir, sevgililər bir-birindən aralı düşür. Həmişə olduğu kimi, hərə öz iş-gücündədir. Həyat davam edir. İşə gedən – işə, dərsə gedən – dərsə gedir. Yenə günəş doğur, həm də batır,  yenə göy üzünü ulduzlar bəzəyir, yenə ulduz  axır, sevənlər çoxalır, dünya daha da gözəlləşir. Fəqət birisinin işləri, necə deyərlər, düz gətirmir, sevgisi cavabsız qalıb. Şeirdəki kimi:

                             Yenə günəş doğacaq,

                             Yenə ulduz axacaq.

                             Bu dünyada mən ancaq

                             Sənə həsrət qalacam.

                                         Sevənlər çoxalacaq,

                                          Sevəcək, ucalacaq.

                                          Dünya gözəl olacaq.

                                        Sənə həsrət qalacam.

         Həsən Cabbarın uğurlu şeirlərindən biri də “Vətən” adlanır.  Şair Vətəni özünəməxsus tərzə səciyyələndirir.

                             Dağlarında bulaq olsam,

                             Ağacında yarpaq olsam,

                             Bir nəğməli dodaq olsam,

                             Mən – Vətənəm!

          Biz Həsən Cabbarın “Qaya” adlanan şeirlər kitabını yüksək dəyərləndirir,  ona uğurlar diləyirik. Arzumuz budur ki, bədii yaradıcılıqdan qalmasın. Tez-tez oxucuları ilə görüşsün.

                                                               AKİF ABBASOV,

                             pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim,

                                                              yazıçı, tərcüməçi

AKİF ABBASOUN YAZILARI

HƏSƏN CABBARIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

19 may – Rəsul Rza günü.

Bu gün Xalq şairi Rəsul Rzanın dünyaya gəldiyi gündür!

“Çinar ömrü” filmi.


Ssenari müəllifi: Anar.

Rejissor: Ramiz Həsənoğlu.

Doğum günündə şairi rəhmətlə anırıq. Ruhu şad olsun.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Haydeggerin məzar daşında ulduz simvolunun anlamı

Martin Haydeggerin fikrincə, öyrənmək həvəsi insanları həmişə uzaqdakı bir ulduz kimi özünə çəkir. Həmin arzunun arxasınca qaçmaq insan üçün heç vaxt bitməyəcək bir yoldur.
Ölümündən sonra Haydeggerin məzar daşına ulduz simvolu qoyulması onun bu fikrini yaşatmaq məqsədi daşımışdır.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Bir küçə var…

Bir küçə var

Bir küçə var bu şəhərdə…
Ətrafında dalğalanan
dar və geniş küçələrdən
Heç nə ilə fərqlənməyən,
Bir küçə var bu şəhərdə, adi küçə…
Hər gün səhər ordan keçir hamı öncə,
Keçmişimə qayıdıram səhər-axşam
o küçəni mən görüncə.
Bir zamanlar bu küçədə qış yox idi,
Nə payız yox, nə də solğun, qəmgin rəng yox.
Bu küçədə yalnız bahar, yaz olardı,
Bu küçədə arzu dolu yeni ümid doğulardı…
Çünki, burda sən də vardın…
İndi burda xəyalımda söz düzülür, sətir olur,
Bu küçənin hər ağacı yağış vaxtı gözəllərə çətir olur,
Xəyallarsız bu küçədən ötüb keçib getmək olmur.
İndi hər gün qızıl payız
Həzin-həzin dolaşaraq,
Bir əbədi sakitliyə, bir sükuta qoşularaq,
Gəzər burda, xatirələr yaradaraq…
Hər tərəfdə solmuş aləm, saralmış gün,
Burdan yenə keçməliyəm mən də hər gün.
Keçməliyəm, çünki yolum burdan keçir,
Burdan keçib və keçəcək.
Bu yol mənlə elə burda,
bu küçədə yenə səni gözləyəcək…

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ehtiram İlham – Elə gözəlsən ki, Sən…


Elə gözəlsən ki, Sən…
elə gözəlsən ki, Sən…
Elə belə olasan ömrümün hər anında.
Zaman durub dayana, dayanıb dura zaman,
Zamanını alasan durdurub zamanın da.

Nə ucasan, İlahi, verdiyinə şükürlər!
Sənsən ən xoş nəğmələr, ən ilahi şəkillər.
Səndən ötüb dolaşır ən müqəddəs fikirlər,
Nə asta yeriyirsən ruhumuzun canında.

Yenə günəş doğacaq, yenə yağacaq dolu,
Tutacaq hara varsa, alacaq sağı, solu.
…Necə var eləcə də keçəcəkdi bu yolu –
Yenə əli ətəkdə bu qul Ehtiramın da.

18.05.24.

Müəllif:Ehtiram İLHAM

EHTİRAM İLHAMIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aşıq Talıb – Deyim mən.

DEYİM MƏN

Eşidin sözümü arif olanlar
Bu dünya fanıdı, fanı deyim mən
Beş gün dəm eyləyən, on gün qəm eylər,
Belə qurub kərəmkanı, deyim mən.

Məğribdən Məşriqə tutan dünyanı
Gündən xərac alan İsgəndər hanı?!
Neçə danəndənin boşdu meydanı,
Neçə-neçə Süleymanı deyim mən.

Mən Talıbam, hərzə-hədyan bilmənəm,
Dərd əlindən dəqiqəsi il mənəm.
Ölənədək ağlayaram, gülmənəm,
Görməyincə ol İmanı*, deyim mən.

*-Növrəs İman

Müəllif: Aşıq Talıb

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Krım türklərinin Özbəkistana sürgün edilməsindən 74 il ötür.

Sovet Rusiyasının törətdiyi soqırımlardan daha biri – Krım türklərinin Özbəkistana sürgün edilməsindən 74 il ötür.

1944-cü il mayın 18-də yüz minlərlə Krım türkü Stalinin tapşırığı ilə doğma torpaqlarından zorla çıxarılaraq, minlərlə kilometr uzaqda yerləşən Özbəkistana sürgün edilib.

Üç gün davam edən sürgün prosesində 400 mindən çox Krım türkü qadın, uşaq, yaşlı fərqi qoyulmadan heyvanların daşındığı qatarlara doldurularaq, uzaqlara göndərilib. Günlərlə davam edən məşəqqətli səfər zamanı 8 minədək günahsız insan yolda həlak olub. On minlərlə Krım türkü məcburən köçürüldüyü ərazinin şəraitinə dözməyərək, dünyasını dəyişib.

İşğal etdiyi bütün torpaqlarda yerli xalqları soyqırımına məruz qoyan Çar Rusiyası və onun xələfi SSRİ-nin bu siyasəti ,Türklərin doğma torpaqlarından məcburi köçürülməsi Türkiyənin Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi idi.

Stalin Krım türklərinin bütün izlərini aradan qaldırmağa çalışırdı. Hətta o, bu məqsədlə əhalinin növbəti siyahıyaalmalarında bu etnik qrupun adının çəkilməsini qadağan etmişdi. Nikita Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla Stalinin apardığı siyasəti tənqid etsə də, Krım türklərinin geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair qərar qəbul etmədi. 1980-ci illərin sonlarınadək Mərkəzi Asiyada yaşamağa davam edən Krım türklərindən 260 min nəfəri 45 il sonra əvvəlki yurd-yuvasına geri qayıda bildi.

Krım Ali Şurası 14 noyabr 1989-cu ildə Stalinin hakimiyyəti illərində baş tutmuş deportasiyanı cinayət kimi qəbul etdi.

12 dekabr 2015-ci ildə isə Ukrayna Ali Radası bu hadisələri soyqırımı kimi tanıdı, 18 may Ukraynada Krım türklərinin soyqırımı günü kimi ölkə təqviminə salındı.

Sürgün zamanı həlak olmuş Krım türklərinin əziz xatirəsini ehtiramla yad edirəm!

Gənclərimiz qonşularımızı yaxşı tanımalı,oxumalı və öyrənməlidirlər.

Müəllif: Anar ƏSƏDLİ

ANAR ƏSƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kırım Tatarları, Kırım yarımadası…

Kırım Tatarları, Kırım yarımadası ve Ukrayna’nın bozkır kesimlerinde oluşan Türk kökenli Ukrayna’nın yerli halkıdır.

Kırım Tatarları toplamda üç işgal yaşadılar. İlki, 1783 yılında Rusya İmparatorluğu Kırım Hanlığı’nı ilhak ettiğinde olmuştu. Sonuç olarak 18. yüzyılın sonunda – 19. yüzyılın başında çok sayıda Kırım Tatarı Osmanlı İmparatorluğu’nun topraklarına göç ettiler.

İkinci işgali Kırım Tatarları 1944 yılında Sovyet yönetimi tarafından sürgün edildiklerinde yaşadılar. O sırada 18 Mayıs günü ve ardından geçen birkaç gün içerisinde Orta Asya ve Rusya’nın bazı kuzey ve doğu bölgelerine 191 binden fazla kişi sürgün edilmişti. Farklı değerlendirmelere göre, Kırım’ın o zamanki Kırım Tatar nüfusunun üçte biri ila yarısı kadar sürgün sonucunda hayatını kaybetti.

Sürgünden sonra Ukrayna’nın bağımsızlık döneminin başında evlerine dönen Kırımlılar, 2014’te Rusya Federasyonu’nun Kırım’ı ilhak ettiğinden dolayı yine topraklarını terk etmek zorunda kaldılar.

Tarixdə bu gün 18 may 1944-cü il

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tarixdə bu gün 18 may 1944-cü il

Tarixdə bu gün 18 may 1944-cü il

Tarixdə bu gün 18 may 1944-cü ildə Sovet hakimiyyəti 400 minə yaxın Krım tatarını öz dədə-baba yurdundan zorla Özbəkistan ərazisinə sürgün etmişdir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir.Səbəb isə İosif Stalinin Krım tatarlarını nasistlərlə əməkdaşlıqda ittiham etməsi idi. Sürgün edilən 400 min nəfərdən təxminən 45 %-i sürgün zamanı yolda və Özbəkistana çatan vaxtlarda həyatını itirmişdir.1956-cı ildə hakimiyyətə gələn yeni Sovet lideri Nikita Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla Stalinin apardığı siyasəti tənqid etsə də, Krım tatarlarının geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair də bir qərar qəbul etmədi. Krım tatarları 1980-ci illərin sonlarında Yenidənqurma hərəkatının başlanmasına qədər Mərkəzi Asiyada yaşamağa davam etdilər. Məhz həmin dövrdə 260,000 tatar yenidən öz əvvəlki yurd-yuvasına geri qayıda bildi. Onların sürgünü 45 ildən sonra başa çatmışdı. Krım tatarlarının geri qayıtması haqqında olan qadağa ləğv olundu və Krım Ali Şurasının 14 noyabr 1989-cu ildə qəbul etdiyi qərara əsasən Stalinin hakimiyyəti illərində baş tutmuş deportasiya cinayət kimi qəbul olundu.
2004-cü ilə qədər tatarların böyük hissəsi Krıma geri qayıtdı və yarımadanın əhalisinin 12 faizini təşkil etdilər. Yerli hakimiyyət onların geri qayıtmasına heç bir köməklik göstərmədi, həmçinin itirdikləri torpaqlara görə kompensasiya vermədi. 12 dekabr 2015-ci ildə Ukrayna Ali Radası bu hadisələrin soyqırım kimi tanınması barədə qərar qəbul etdi və 18 may günü Ukraynada “Krım tatarlarının soyqırımı” günü kimi ölkə təqviminə salındı.

Müəllif: Şəbnəm XATUN,

Tarixçi.

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"