
DEYİM MƏN
Eşidin sözümü arif olanlar
Bu dünya fanıdı, fanı deyim mən
Beş gün dəm eyləyən, on gün qəm eylər,
Belə qurub kərəmkanı, deyim mən.
Məğribdən Məşriqə tutan dünyanı
Gündən xərac alan İsgəndər hanı?!
Neçə danəndənin boşdu meydanı,
Neçə-neçə Süleymanı deyim mən.
Mən Talıbam, hərzə-hədyan bilmənəm,
Dərd əlindən dəqiqəsi il mənəm.
Ölənədək ağlayaram, gülmənəm,
Görməyincə ol İmanı*, deyim mən.
*-Növrəs İman
Müəllif: Aşıq Talıb
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru