Etiket arxivi: Bəhram Boymurodov

Azərbaycan və Özbəkistan mətbu orqanları arasında yaradıcılıq əməkdaşlığına dair memorandum imzalanıb

Azərbaycan və Özbəkistan mətbu orqanları arasında yaradıcılıq əməkdaşlığına dair memorandum imzalanıb
     12 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Sirdərya vilayətində nəşr olunan “Yangi Sirdaryo” və “Novaya Sirdarya” qəzetləri ilə Azərbaycan Respublikasında nəşr olunan “Yazarlar” jurnalı arasında yaradıcılıq əməkdaşlığı haqqında memorandum imzalanıb.
      Memorandum “Yangi Sirdaryo” və “Novaya Sirdarya” qəzetlərinin baş redaktoru Bəhram Yangiboyeviç Boymurodov və “Yazarlar” jurnalının baş redaktoru Zaur Mustafa oğlu Mustafayev (Zaur Ustac) tərəfindən təsdiq edilib.
     Sənədin əsas məqsədi Özbəkistan və Azərbaycan arasında media, ədəbiyyat, mədəniyyət və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi, iki ölkənin yaradıcı və jurnalist dairələri arasında əməkdaşlığın genişləndirilməsidir.
Memoranduma əsasən tərəflər:
-yaradıcılıq və informasiya materiallarının qarşılıqlı mübadiləsini həyata keçirəcək;
-mədəniyyət, ədəbiyyat, incəsənət, idman, iqtisadiyyat və ictimai həyat sahələrində əldə olunan nailiyyətlərin işıqlandırılmasını dəstəkləyəcək;
-jurnalistlər, yazıçılar və mədəniyyət xadimləri arasında peşəkar əlaqələrin inkişafına töhfə verəcək;
-seminarlar, təlimlər, dəyirmi masalar, konfranslar və media-turlar təşkil edəcək;
-xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsini təşviq edəcək.
     Sənəddə həmçinin Azərbaycan Jurnalistlər Birliyi, Yazıçılar Birliyi və Özbəkistanın müvafiq yaradıcı təşkilatlarının iştirakı ilə ədəbi-mədəni görüşlərin, birgə media layihələrinin keçirilməsi nəzərdə tutulur.
      Tərəflər bildiriblər ki, bu əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin inkişafına, mədəni və informasiya məkanında qarşılıqlı əlaqələrin güclənməsinə, həmçinin iki ölkənin media qurumları arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək.
    Memorandum 12 iyun 2026-cı il tarixindən qüvvəyə minib və Azərbaycan və Özbək dillərində iki nüsxədə tərtib olunub. Hər iki mətn eyni hüquqi qüvvəyə malikdir.

Müqavilə hər iki dildə (PDF):

DAHA ÇOX MƏLUMAT BURADA

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bəhram Boymurodov yazır

Bəhram Boymurodov,
“Yeni Sırdərya” və “Novaya Sırdərya” qəzetlərinin baş redaktoru

QƏLƏMİN QURDUĞU KÖRPÜLƏR
 
Bugünkü qloballaşma dövründə dövlətlər arasında münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqla deyil, həm də mədəni-maarif əlaqələri ilə müəyyən olunur. Xüsusilə mətbuat və ədəbiyyat sahəsindəki əməkdaşlıq xalqları bir-birinə yaxınlaşdıran mühüm vasitə hesab edilir.
Son illərdə “Yeni Sırdərya” və “Novaya Sırdərya” qəzetləri tərəfindən beynəlxalq yaradıcılıq əməkdaşlığının inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, Tacikistan Respublikasının Sugd vilayətində nəşr olunan “Suğd Həqiqəti”, “Həqiqəti Suğd” qəzetləri, həmçinin Rusiya Federasiyasının Saxa Respublikasında çap edilən “Kıım” (“Qığılcım”) qəzeti ilə əməkdaşlıq memorandumları imzalanmışdır.
İndi isə Azərbaycanın nüfuzlu ədəbi nəşrlərindən biri sayılan “Yazarlar” jurnalı ilə əməkdaşlıq memorandumu imzalamaq niyyətindəyik.
Bu yaradıcılıq əməkdaşlığının bir sıra mühüm cəhətləri vardır.
Əvvəla, belə əməkdaşlıq yaradıcı insanlar üçün yeni auditoriyalara yol açır. Sirdəryalı şairin, yazıçının və ya publisistin əsəri Azərbaycan oxucusuna çatdırıla, azərbaycanlı müəllifin yaradıcılığı isə özbək kitabsevərlərinə tanıdıla bilər. Bu isə yaradıcılığın milli sərhədlərlə məhdudlaşmamasına xidmət edir.
İkincisi, əməkdaşlıq tərcümə mədəniyyətinin inkişafına təkan verir. Türk xalqları ədəbiyyatları arasındakı yaxınlığa baxmayaraq, hələ də çoxlu əsərlər qarşılıqlı şəkildə tərcümə olunmamışdır. Memorandum çərçivəsində dərc ediləcək məqalələr, şeirlər və hekayələr hər iki xalqın ədəbi irsini bir-birinə daha da yaxınlaşdıracaqdır.
Üçüncüsü, bu əməkdaşlıq gənc yaradıcılar üçün mühüm bir məktəb rolunu oynayır. Müxtəlif ölkələrdən olan qələm sahiblərinin təcrübə mübadiləsi, yaradıcılıq görüşləri və birgə layihələri yeni nəslin dünyagörüşünün genişlənməsinə xidmət edir.
Özbəkistan və Azərbaycan xalqlarını ortaq tarix, ümumi dəyərlər və türk kökləri bir-birinə bağlayır. Bu baxımdan, “Yazarlar” jurnalı ilə qurulan əməkdaşlıq təkcə iki redaksiya arasında deyil, həm də iki xalqın yaradıcı insanları arasında dialoqu daha da fəallaşdırması ilə əhəmiyyətlidir.
Son illərdə Özbəkistanın açıq və praqmatik xarici siyasəti sayəsində beynəlxalq mədəni əlaqələr də yeni mərhələyə yüksəlmişdir. Bu prosesdən Sirdərya yaradıcıları da kənarda qalmırlar.
“Yeni Sırdərya” və “Novaya Sırdərya” qəzetlərinin Tacikistan, Rusiya və indi də Azərbaycan nəşrləri ilə əməkdaşlığı ilk baxışda yerli təşəbbüs kimi görünə bilər. Əslində isə bu, xalq diplomatiyasının praktik təzahürüdür.
Bu gün Sirdəryadan Düşənbəyə, Yakutiyadan Bakıya qədər uzanan yaradıcılıq əlaqələri coğrafi məsafələri qısaldır. Çünki qələm adamlarının dostluğu dövlətlərarası münasibətlərin ən möhkəm təməllərindən biridir. Əgər iqtisadi layihələr illər ərzində nəticə verirsə, ədəbiyyat və mədəniyyət insan qəlbində dərhal öz əksini tapır.
Bu mənada yeni əməkdaşlıq memorandumları təkcə iki redaksiya deyil, həm də iki xalq arasında qurulan mənəvi körpünün daha bir möhkəm dayağı olacaqdır.
 
Müəllif: Bəhram Boymurodov,
“Yeni Sırdərya” və “Novaya Sırdərya” qəzetlərinin baş redaktoru
 
Çevirdi və təqdim etdi: Khaitov Khusniddin (Hüsniddin Hayıt)
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğretmeni, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]