Zaur Ustac – Övladıyam

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” adlı  kitabı Türkiyə   oxucularının ixtiyarına verilib

Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” adlı  kitabı Türkiyə   oxucularının ixtiyarına verilib

Olaylar.az xəbər verir ki, Türk dünyasının tarixi, etnogenezi və dövlətçilik ənənələri ilə bağlı araşdırmaları ilə tanınan yazıçı və tədqiqatçı Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” adlı  kitabı Türkiyə   oxucularının ixtiyarına verilib.

Bilgə Tonyukuk Yayınları tərəfindən nəşr olunan kitabda müəllif türk etnoniminin mənşəyi, türk xalqının formalaşması və qədim tarixinin müxtəlif aspektlərini araşdırır. Əsərdə qeyd olunur ki, bu gün türklərin harada meydana gəlməsi və inkişaf etməsi ilə bağlı iki əsas nəzəriyyə mövcuddur. Müəllif xüsusilə XIX əsrdən etibarən formalaşmış və uzun illər əsas elmi yanaşma kimi təqdim edilən nəzəriyyəyə fərqli  münasibət sərgiləyir.

Kitabda bildirilir ki, keçmiş Çar Rusiyası və daha sonra Sovet İttifaqının siyasi təsiri nəticəsində türklərin ana vətəninin yalnız Orta Asiya olduğu barədə yanaşma geniş yayılıb. Müəllif bu nəzəriyyənin siyasi amillərin təsiri altında ön plana çəkildiyini vurğulayaraq, türk tarixinin daha geniş coğrafi və tarixi kontekstdə araşdırılmasının vacibliyini önə çəkir.

Yunus Oğuz əsərdə türklərin etnik kimliyi, qədim adət-ənənələri, dövlətçilik və töre sistemi ilə bağlı müxtəlif mənbələrə istinad edir, oxuculara alternativ elmi baxış təqdim etməyə çalışır.

“Türk Etnonimi ve Töreleri” kitabı türk tarixini, etnologiyasını və mədəni irsini araşdıran tədqiqatçılar, tarixçilər, tələbələr və türk dünyasının keçmişi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

I>>>>>YUNUS OĞUZ (  olaylar.az )

YUNUS  OĞUZUN  BLOQU – CIĞIR

YUNUS OĞUZUN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I