YADAŞLARDA QALAN XATİRƏLƏR

YADAŞLARDA QALAN XATİRƏLƏR

       Əziz dostum Hacı Əkbər bu yaxınlarda yeni nəşr olunmuş “Xatirələr yaşadır məni” kitabının bir nüsxəsini mənə hədiyyə etdi. Kitab 519 səhifədən ibarətdi. Kitab haqqında öz düşüncələ­rimi sizinlə bölüşməyi özümə borc bildim.

     Əkbər Rüstəmovu hamı idman müəllimi kimi tanıyır. Bakı şəhərindəki 74 saylı TPM (Texniki Peşə məktəbi)-də idman mü-əllimi işləməyə başladı. Sonra Ağdamdakı 50 saylı TPM-də öz işini davam etdirdi. Hələ Vətən müharibəsi başlayana qədər ne­çə-neçə dünya səviyyəli idmançılar yetişdirib.

      Yeri gəlmişkən onu da deyim ki, məşhur “Qarabağ” futbol komandasının ilk bazasının yaradıcısı da Əkbər müəllim olub­du. “Qarabağ”ın adı əvvəlcə “Şəfəq” idi…

      Lakin ermənilərin torpaq (Qarabağ) iddiaları, imperiya döv­lətlərinin ölkəmizə qarşı ədalətsizliyi onu vətənin azadlığı, müs­təqilliyi uğrunda Milli Azadlıq hərəkatına qoşulmağa məcbur etdi. Azərbaycanda Milli Ordunun da yaradılmasında fəallardan biri oldu. Ağdam rayonunda ilk yaradılan 836-cı hərbi hissənin özünü­mü­da­fiə dəstələrindən təşkil olunmasına kömək edənlərin biri də Əkbər müəllimdi.

     Bundan sonra onun iştirakı ilə özünümüdafiə batalyonunun bazasında 845 saylı h/hissə yaradılır. Bu h\hissəyə də komandir müavini təyin edilir. Bir zabit kimi 3 oğlu ilə erməni–rus hərbi birləşmələrinə qarşı döyüşüb. Oğlu Sənan ermənilər tərəfindən vurulan qırıcının pilotlarını xilas edən zaman şəhid olur.

      O, döyüşə-döyüşə qələmini yerə qoymayıb. Bir əlində silah, bir əlində qələm düşmənlə döyüşdən geri çəkilməyib. Döyüşə başlayan gündən özünə gündəlik tutub. Müəllim işləyən zaman şagirdlərinə bu qələmlə qiymət yazardı. İndi isə döyüşən şagird­lərinin, döyüşçü dostlarının gündəlik həyatlarını gündəliyinə köçürürdü.

      Dünyada baş verən haqsızlıq, ədalətsizlik onu şeir, publisis-        

tik məqalə, esse yazmağa vadar edir. Yurd-yuvasından didərgin düşən Əkbər müəllim bu yazdıqlarını cilalayıb kitaba çevir­məyi qərara alır.

                                                   ***

      Əkbər müəllim içindəki harayları oxucusuna belə çatdırır:-İndi mən necə haray çəkim ki, içimdəki iniltiləri bütün dünya, bütün Azərbaycan eşitsin? İçimdəki iniltini axı kim duya bilə­cək ki, nələr çəkirəm bu səngərdə?!…

      Müəllif içindəki haraylar şeirlərində, poemalarında da öz əksini tapır. Vətən həsrəti, oğlu Sənanın və bütün şəhidlərin ruhları onu sakitləşməyə qoymur. Çünki bu şəhidlərin arzuları yarımçıq qalmışdı. Vətənin azadlığı, müstəqilliyi və ərazi bü­tövlüyü uğrunda onlar canlarını torpağa qurban verdilər. Bu şə­hidlərin analarının da fəryadları onun içindəki iniltilərə qoşul­muşdular. O Anaların biri də onun həyat yoldaşı Mənsumə xa­nım idi.

      O, Mənsumə xanım ki, 3 övladı, bir də həyat yoldaşı Vətən uğrunda mənfur düşmənə qarşı döyüşürdülər. Evində rahat out­ra bilmirdi. Fikri onların yanındaydı. Balası Sənan şəhid olan­da, onun harayı da, şəhid analarının harayına qoşuldu. Bunula belə o, möhkəm dayandı. Axı onun 3 igidi hələ də imperiya ilə döyüşürdü.

      “Yazmasam olmur” poemasında yazır:

       …Ömür-gün yoldaşım, bilirsən ki, sən

        Ancaq güc almışam həyatda səndən…

        Sonra deyir:

        Qarabağın dərdi, mənim dərdimdi,

        Qələbə bizimdi, zəfər bizimdi…

        O, qələbəyə ümidini itirmədi. O günün gələcəyinə inanırdı. Onun poemalarında başına gələn hadisələr ilə bərabər, həm də bir vətən həsrəti var. Bu hadisələri də xronoloji ardıcıllıqla ve­rib. Burda yurd, yer adlarını elə həssaslıqla vəsf edib ki, orada Qarabağın xəritəsini cızıb. O yerləri tanımayana bələdçilik elə-yib…

                                                   ***

       Bu kitabın ikinci hissəsində Vətənin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda düşmənlə-ermənilər, imperiya qüv­və­ləri, dünyanın muzdlu əsgərləri ilə döyüşən ordumuzun əsgər­lə­rinin, zabitlərimizin portretlərin çəkib. Çünki torpaq sevdalısıdı, vətən təəssübkeşidi. Özü də onlarla birlikdə döyüşüb. Döyüşçü­ləri öz balası bilib. Komandir kimi yox, bir doğma ata kimi on­ların qay­ğılarına qalıb.

       Səngər onun birinci evi olmuşdu. Ona görə də elə ikinci bö­lümü “Əsgər xatirələri” adlanır. O, cəbhədəki komandirlər, əsgərlər ilə ayrı-ayrılıqda ünsiyyətdə olub. Əvvəlki 4 kitabında da onlardan bəhs edibdi. Bu kitabda olanlar, o kitablarda olan hadisələrin davamıdı. İstəmir ki, vətən uğrunda döyüşən bir dö­yüşçü kənarda qala. Onların hər biri haqqında az da olsa məlu­mat verməyi özünə boc bilir.

       Əkbər müəllimin məqalələri o zamankı dövri mətbuatları­mızda mütəmadi çap olunubdu. “Ədalət”, “Təzadlar”, “Qara­bağ” və başqa qəzetlər onun məqalələrinə həmişə yer ayırıblar.

                                                    ***

      Kitabın üçüncü bölümü ziyalılar ilə olan xatirələridi. Dü­şüncələri ilə həmfikir olduğu ziyalılar ilə tez-tez görüşərdi. O, bu görüşləri ömrünün ən gözəl anları kimi xatırlayır. Belə ziya­lılardan biri Azərbaycanın görkəmli şairi, Filologiya Elmləri doktoru, professor Famil Mehdidi. F.Mehdi ona dediklərini belə yada salır, “Bəşər övladı daim yenilənməyə, tərəqqiyə, yaradı-cılığa can atır. Bu da ancaq və ancaq xeyir əməlli, xoş niyyətli insanların işidi”.

     Famil müəllim regionçuluğun, qohumbazlığın əleyhinə olan ziyalılarımdandı. Belə əlamətlər millətin birliyini pozur. Birliyi­mizi istəyiriksə, tayfabazlıqdan kənar olmalıyıq. Bunlar F.Meh­di əqidəsinin məhsullarıdı…

      Azad Vətən partiyasının (keçmiş QAT) sədri, Tarixçi-alim Akif Nağı haq­qında deyir:-Mən onu yenidən “tapdım”, yenidən “kəşf etdim”,  yenidən “tanıdım” və yenidən özümə həmdəm bildim. Vətənə gərəkli olduğumu özüm üçqn ayırd etdim…

      Bir məqaləsində belə yazır, “Mən hələlik sağ qalmışamsa, bir miəllim olaraq, bir keçmiş döyüşçü komandir olaraq gücüm, qüvvətim daxilində bacardığım qədər o günləri, o illəri gələcək nəsilə xatırladım. Müdhiş döyüş günlərini gələcək millətsevər, vətənsevər, dövlətçiliyi sevən gənclərə ötürməyi özümə özümə borc bildim…     

                                                 ***

       Dördüncü bölüm, UNUTMA adlanır. Bu Əkbər müəllimin aforizmləridi. O, gələcək nəsilə deyilənləri unutmamağı tövsiyə edir. Millətimizin başına gələnləri, bu tarixləri heç bir zaman unutmamağa çağı­rır. Başımıza gələnlərin bir də təkrar olmasını istəmir.

     Bəli, Hacı Əkbər Rüstəmovu yaşadan bu xatirələridi. Bu xa­tirələrin bir hissəsi də şəkillərdə yaşayır. Əziz oxucular, “Xati­rələr yaşadır məni” kitabın oxuyanlar, burada çox maraqlı mə­lu­matlar əldə edəcəklər.

     Əziz dostum Hacı Əkbər, təbrik edirəm, sənə uğurlar olsun!   

Müəllif: Məmməd Gürşadoğlu,

Şair, publisist AJB-nin üzvü

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitabı işıq üzü görüb

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin üzvü dənizçi-şair Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitabı işıq üzü görüb.

Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar”, “İlham çeşməsi” ədəbi məclisinin üzvü olan S.Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir, sözlərinə mahnılar bəstələnib tanınmış müğənnilər tərəfindən ifa olunur. Müəllifin şeirlərində Vətən, yurd, təbiət sevgisi, ata-anaya hörmət, böyüyə ehtiram yaradıcılığının əsas xəttini təkil edir.
Əvvəlki kitablarda olduğu kimi, bu kitabda da müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər, lirik düşüncələr, 44 günlük II Qarabağ müharibəsində müzəffər ordumuzun qazandığı ugurlardan və canlarını BÜTÖV AZƏRBAYCAN uğrunda qurban verən Vətən şəhidlərinin müqəddəs ruhlarına ehtiramdan yaranan poetik nümunələr, dənizçi ömrünün təəssüratları və həyat müşahidələrini əks etdirən əsərlər bir araya gətirilib. Əsərlərdə Vətənə məhəbbət, insanın mənəvi dünyası, xatirələrin yaşatdığı duyğular, dostluq, sədaqət, ailə dəyərləri və həyatın fəlsəfi məqamları poetik dillə oxucuya təqdim olunur. 
Müəllif əsərlərində həyatın müxtəlif çalarlarını səmimi poetik dillə ifadə edir, mənəvi dəyərlərin qorunmasının vacibliyini önə çəkir. Kitabda yer alan şeirlərdə vətənpərvərlik duyğuları, doğma yurda bağlılıq, insan sevgisi və xeyirxahlıq ideyaları aparıcı xətt təşkil edir.
Müəllif zəngin həyat təcrübəsini səmimi ifadə tərzi ilə birləşdirərək oxucunu duyğular aləminə aparır. 
Şairin dənizçilik həyatı ilə bağlı şeirlərində tənha günlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır. Sevgidə etibarı əsas tutan müəllifin saf duyğulardan  yaranmış məhəbbət şeirləri də səmimiyyətlə qələmə alınıb.
Kitaba həmçinin müəllifin qəzəlləri, bayatıları, uzun illərin dostlarına həsr etdiyi və ya onların dilindən yazdığı şeirləri, şirin-şəkər balaları düşünməyə vadar edən tapmacaları da daxil edilib. 

“Xatirələr ünvanımdır” Səxavət Ənvəroğlunun oxucularla doqquzuncu görüşüdür. İndiyə qədər onun “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017), “Sətir-sətir oxu məni” (2018),  “Gedirəm…” (2020) “Məni bağışla…” (2022), “Xatirələr qocalmır” (2024) və “Gecikmiş məhəbbət” (2025) kitabları işıq üzü görüb. 

Kitabın redaktoru və “Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Anar Məmmədovdur.
İnanırıq ki, müəllifin digər kitabları kimi “Xatirələr ünvanımdır” kitabı da qədirbilən oxucular tərəfindən rəğbətlə qarşılanacaq.

Məlumatı hazırladı: Leyla Mahirqızı

SEVDA SƏFƏRLİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

BAHAR ÇİÇƏKLƏRİ

BAHAR ÇİÇƏKLƏRİ

Norveçin paytaxtı Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri Qarabağa səfər ediblər. Səfər çərçivəsində məktəblilər Azərbaycanın tarixi və mədəni irsi ilə yaxından tanış olub, işğaldan azad edilmiş əraziləri ziyarət ediblər.

Səfərin ən yaddaqalan anlarından biri şagirdlərin Qarabağda vətənpərvərlik mövzusunda mahnılar səsləndirməsi olub. Onların ifası Vətənə sevgi, milli həmrəylik və dövlətçilik dəyərlərinə bağlılığın ifadəsi kimi böyük maraq doğurub.

Bu cür səfərlərdə məqsədi xaricdə yaşayan azərbaycanlı gənc nəslin milli kimliyə bağlılığını gücləndirmək, Azərbaycanın tarixi həqiqətlərini və mədəni irsini gələcək nəsillərə aşılamaq, həmçinin Qarabağın dirçəliş prosesi ilə onları yaxından tanış etməkdir. Fotolar:

DİGƏR MƏNBƏLƏRDƏ:

https://diaspor.gov.az/az/news-detail/oslo-meri-nizami-gencevi-adina-azerbaycan-dili-heftesonu-mektebinde-olub-3445

https://www.diaspor.org/news/2022?sub=root

https://modern.az/az/diaspor/256669/oslo-seherinde-nizami-gencevi-adina-heftesonu-azerbaycan-mektebi-acilib/

https://diaspor.gov.az/az/news-detail/osloda-azerbaycan-dili-heftesonu-mektebinde-vetenperverlik-dersi-6153

https://az.baku-art.com/az/ushaq-yazich-s-gulzar-ibrahimova-norve-de-azerbaycanl-u-aqlarla-gor-b

https://ustacaz.wordpress.com/2021/03/19/osloda-h%C9%99ft%C9%99sonu-m%C9%99kt%C9%99binin-sagirdl%C9%99ri-zahid-x%C9%99lil-v%C9%99-gulzar-ibrahimova-il%C9%99-gorusub/

https://1news.az/az/news/20240530040650991-Osloda-Fexreddin-Manafov-ve-Gulzar-Ibrahimova-ile-gorush-kechirilib-FOTO

https://portal.azertag.az/az/node/30229

https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-gencin-xaribulbul-resmi-norvec-muzeyinde-numayis-olunur-5121

https://bakunews.tv/dunya/6151-osloda-mektebeqeder-soydaslarimiz-ucun-yeni-layiheye-start-verilib.html

https://diaspor.gov.az/az/news-detail/norvecdeki-heftesonu-azerbaycan-dili-mektebinin-novbeti-dersi-oslodaki-muzeyde-bas-tutub-2045

https://diaspor.gov.az/az/news-detail/osloda-musteqillik-gunune-hesr-olunan-tedbir-kecirilib-7102

https://aqreqator.az/az/cemiyyet/3857907

https://olaylar.az/news/diaspora/538763

https://1news.az/az/news/20210315051925308-Oslodaki-Heftesonu-Mektebinin-shagirdleri-Neriman-Hesenzade-ve-Baba-Veziroglu-ile-gorushubler-FOTO

https://yazarlar.az/2024/11/11/osloda-z%C9%99f%C9%99r-gunun%C9%99-v%C9%99-bayraq-gunun%C9%99-h%C9%99sr-edilmis-gorusu-kecirilib/

https://azertag.az/xeber/osloda_norvech_azerbaycan_diasporunun_ilk_sahmat_turniri_bas_tutub-4251455

OSLODA ILQAR FƏHMİ VƏ KAMAL YAŞAR İLƏ GÖRÜŞ OLUB – GÜNAY ƏLİYEVA

Məlumatı hazırladı: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I