Murad Eloğlunun doğum günüdür – Təbrik!

Bu gün tanınmış şair, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü Murad Eloğlunun doğum günüdür!

Murad Eloğlu (Məmmədli Murad Elburus oğlu) 12 iyul 1988 – ci ildə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində anadan olub. Əslən Ağdam rayonunun Yusifcanlı kəndindədən olan Murad ana tərəfindən Şəhrilidir. İlkin təhsilini öz kəndində tamamladıqdan sonra keçmiş ittifaqın müxtəlif ölkələrinə səyahət etmiş, hal-hazırda bizim üçün xarici sayılan bir neçə ölkədə olmuşdur.
Murad Eloğlu kiçik yaşlarından şeir yazmağa başlamış, “Yazarlar” jurnalının nəzdində mütəmadi olaraq təşkil olunan “Yazarlar Akademiyası”nın 2021-2023-cü il buraxılışının Poeziya şöbəsinin ən istedadlı məzunlarından biridir. “39” şeirlər kitabının müəllifidir.
Ədəbiyyat sahəsində uğurlarına görə 2022-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.

Murad Eloğlu – “39” (şeirlər) kitab – pdf

“Yazarlar” jurnalının tərəfindən “İlin şairi” (2026) və “Ziyadar” (2026) mükafatları ilə təltif olunub.
“Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür və hal-hazırda bədii yaradıcılıq sahəsində fəaliyyətini davam etdirir.
Bakı şəhərində yaşayır. Evlidir. İki qız, bir oğlan olmaqla üç övladı var.

“Yazarlar” olaraq bu və digər nailiyyətləri münasibətilə Murad Eloğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Hörmətlə, Zaur USTAC

“Yazarlar” jurnalının baş redaktoru

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NİGAR ATAKİŞİYEVA

NİGAR ATAKİŞİYEVA alim, pedaqoq
    Nigar ATAKİŞİYEVA – Atakişiyeva Nigar Aslan qızı 31 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur.
    Orta təhsilini Bakı şəhəri Qaradağ rayonunda yerləşən 228 nömrəli tam orta məktəbdə almış və həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
    Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavr pilləsində almışdır. Daha sonra həmin universitetdə Kimya fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistr təhsili alaraq müvafiq elmi dərəcəyə yiyələnmişdir.
    Pedaqoji fəaliyyətə böyük maraq göstərən müəllif kimya fənninin tədrisində müasir metod və yanaşmaların tətbiqi, şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, eləcə də nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərir. Hazırda Şabran şəhəri Oktay Bəşirov adına 2 nömrəli ümumi orta məktəbdə kimya müəllimi kimi çalışır.
    Müəllifin “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı kitabı kimya tədrisinin həyat və istehsalatla inteqrasiyasına dair apardığı araşdırmaların nəticəsidir. Əsərdə VII sinif şagirdlərinə kimya biliklərinin kənd təsərrüfatında tətbiqi imkanlarının öyrədilməsi, onların fənnə marağının artırılması və praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə metodik tövsiyələr və nümunələr təqdim olunmuşdur.
  Nigar Atakişiyeva “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı kitabın nəşrinə görə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatı ilə təltif olunub. Nigar Atakişiyeva həmçinin səmərəli pedaqoji fəaliyyəti nəzərə alınmaqla “İlin müəllimi” (2026) mükafatına layiq görülmüşdür.

NİGAR ATAKİŞİYEVANIN KİTABI

Nigar Atakişiyeva “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” PDF

“Yazarlar” olaraq bu və digər nailiyyətləri münasibətilə Nigar xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

NİGAR ATAKİŞİYEVNIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“AZƏRBAYCANCA-NORVEÇCƏ SÖZLÜK” YAYINLANDI

“AZƏRBAYCANCA-NORVEÇCƏ SÖZLÜK” YAYINLANDI

Bu günlərdə Norveçdə yaşayan azərbaycanlı alim, Dr. İrəc İsmayılın müəllifi olduğu “Azərbaycanca-norveçcə sözlük” Salman Mümtaz Yayınları tərəfindən nəfis şəkildə nəşr edilib.

Azərbaycan və Norveç dilləri arasında lüğətçilik sahəsində ilk dəfə hazırlanan bu nəşr iki xalqın dil və mədəni əlaqələrinin inkişafı baxımından olduqca mühüm hadisədir. Sözlükdə 25 mindən artıq söz və söz törəməsinin norveçcə qarşılığı verilmişdir. Lüğət Azərbaycan dilinin leksik imkanlarını norveçdilli oxucuya tanıtmaqla yanaşı, Norveçdə yaşayan azərbaycanlıların gündəlik ünsiyyət, təhsil, tərcümə və dil öyrənmə ehtiyaclarına da cavab verir.

“Azərbaycanca-norveçcə sözlük”, özəlliklə Norveçdəki soydaşlarımızın ana dilinin qorunması və yeni nəslə ötürülməsi baxımından dəyərli mənbədir. Sözlüyün, eyni zamanda, Azərbaycan dili və mədəniyyətinə maraq göstərən norveçlilər, tərcüməçilər, müəllimlər, tələbələr və dilçi ailimlər üçün də faydalı vəsait olacağı şübhə doğurmur.

Dr. İrəc İsmayılın uzun illər ərzində hazırladığı, gərgin əməyin bəhrəsi olan 400 səhifəlik sözlüyün nəşri Azərbaycan türkcəsinin uluslararası arenada tanıdılması, müxtəlif dillər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və Azərbaycan–Norveç ədəbi-mədəni əlaqələrinin genişlənməsi istiqamətində mühüm addımdır.

Xatırladaq ki, “Azərbaycanca-norveçcə sözlük” İrəc İsmayılın oxuculara ünvanlanan ilk əsəri deyildir. O, çağdaş Azərbaycan yazıçı və alimlərinin əsərlərinin ingilis dilinə çevrilməsi, redaktə olunması, yayınlanması və təbliği yönündə xeyli işlər görmüşdür. Belə ki, İrəc İsmayılın Vaqif Sultanlı ilı birlikdə hazırladığı “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani prose, 2012; 2019), “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s prose, 2014), “Güney Azərbaycan nəsri” (2017) antologiyaları, “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” (2024), “Ana dili – milli varlığın təməli” (2023) adlı elmi araşdırmalar toplusu Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Azərbaycanda yayınlanmışdır. 

“Yazarlar” olaraq bu və digər nailiyyətləri münasibətilə Dr. İrəc İsmayılı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

NİGAR ATAKİŞİYEVNIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]