Vaqif OSMANLI – Bu gün

ÜMDƏ VƏZİFƏMİZ: UĞURLU SÖZƏ YAŞIL İŞIQ

Azərbaycanda mətbuat sistemininin formalaşmasında dərgiçiliyin də rolu danılmazdır. Bu sistemi və onun layiqli nəslini formalaşdıran, peşə prinsiplərini yaradan maarifçilik ideyalarının daşıyıcısı, milli mətbuatımızın qaranquşu, 1875-1877-ci illərdə nəşr olunan, 300-400 tirajla yayımlanan, cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın böyük ziyalısı, milli mənəvi dəyərlərin qoruyucusu Həsən bəy Zərdabinin işıqlı təxəyyülündən doğulan ilk vicdanlı söz və fikir qaranquşudur. “Əkinçi” xalqımızın dünyagörüşünün formalaşmasına, genişlənməsinə, mədəni intibaha qədəm qoymasına kömək etmək üçün gələn ilk mətbuat elçisidir.

Azərbaycan ədəbi-bədii mühitində öz mövqeyi, prinsipləri, nüfuzu, ilahi sözə vicdanlı münasibəti ilə seçilən “Ədəbi ovqat” ədəbi-bədii dərgisinin cəmi beş yaşı olsa da, zəngin və şərəfli yola möhkəm addımlar atdığını anlayır. Artıq dərgi təkcə Vətənimizdə yox, onun hüdudlarından kənarda da yaxşı tanınır, oxucular və müəlliflər, onunla əməkdaşlıq etmək arzusunda olanlar gündən-günə artmaqdadır. Beş il müddətində keçdiyimiz yola nəzər salanda qürur duyur, uğurlu sözə daha məsuliyyətlə yanaşmaq iş prinsipimizdi.

Peşəkarlığı, ədəbi sözün və dərgimizin nüfuzunu qorumaq ümdə vəzifəmizdi. Ədəbi sözə özfəaliyyət, əyləncə kimi yanaşanlar, sözü bizneslə eyniləşdirənlər, kiməsə yararlanmaq üçün sözə yarınıb fürsət axtaranlar həqiqi ədəbi nümunə yarada bilməzlər. Söz duyğulu və təmənnasız ürəyin, təbin və qələmin bəhrəsi olmasa heç kimdə ilahi hisslər yarada bilməz. Hissiz, duyğusuz “söz sənəti”nin meydan oxuduğu zamanlarda həqiqi ədəbiyyata çox böyük ehtiyac olub və olacaq. Biz sözə vurğunların mənəvi ehtiyacını ödəmək üçün cəfalı, inanırıq ki, həm də səfalı “uzun, incə bir yol”dayıq. Bu dərgi ədəbi mühitə, ilahi sözə biganə olmayanların yolunda yaşıl işığa çevrilib. Biz həqiqi sözün xidmətçisi kimi bir missiyanın daşıyıcısı olmağı qətiyyətlə qərara aldıq. Dərginin yaradıcılarının qarşısında bir prioritet vəzifə durur: ilahi sözün dəyərini həmişə müqəddəs və uca yerdə saxlamaq. Bu nəşri zövqlü sözsevərlərin sözə sevgisi səviyyəsinə qaldırmaq həm də oxucularımızdan asılıdır. Əlahəzrət həqiqətə tapınaraq biz SÖZün keşiyində ayıq-sayıq söz əsgəri kimi dayanacağıq. Bizi ruhlandıran, əqidəmizə, verdiyimiz sözə sadiq olmağa məcbur edən vicdanlı və istedadlı söz adamlarının qəlbinin, təxəyyülünün məhsulu ancaq bir amala – həqiqətə tapınan SÖZ olacaq…

Böyük elm və fikir dahisi Xudu Məmmədov deyirdi: “Sənət insanı həm ağıl azlığı, həm də ağıl artıqlığı bəlasından qoruyur”. Yəni söz ən dəqiq tənzimçidir. Biz belə söz axtaranlardanıq. Fərəhimiz, sərvətimiz uğurlu sözdür.

Həqiqi söz, fikir, ideya axtarışında olanların yolu heç vaxt hamar, asan olmayıb. Yaxşı anlayırıq ki, çətinlikdən qorxanlar bu yola çıxmırlar. Biz həqiqi söz yolçularıyıq. Qarşımıza o qədər “mən həqiqətəm!” hayqıran saxta sözbazlar çıxır ki, bəzən doğru və uğurlu sözlə yalanı saf-çürük eləmək çətinləşir. Biz o hay-küyün içində abır-həyasına qısılıb bir küncə sığınan həqiqi sözü axtarıb tapmaq, oxucularımıza tanıtmaq üçün bu yoldayıq. Sözə sevgi bu yolda bizim Simurğ lələyimizdi. Həyatın, sözün yolu nə qədər kələ-kötür olur-olsun, sözə, həqiqətə sevginin gücü bütün çətinliklərə qalib gəlmək üçün bəs edər. Həqiqətə xəyanət edənlərin yolunda qırmızı işıq kimi dayanıb, həqiqi sözü uğurlayan yaşıl işıq olmaq ümdə vəzifəmizdir.

Müəllif:  VAQİF OSMANLI

“Ədəbi ovqat” ədəbi-bədii dərgisinin baş redaktoru

VAQİF OSMANLININ YAZILARI

ABBAS İLHAMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

ƏDƏBİYYAT.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Yazarlar təltif olunub

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə başda cənab Yunus Oguz olmaqla bir qrup yazar Yazarlar Jurnalının Təltif Komissiyasının qərarı ilə təltif olunub:

  1. Yunus Oğuz “Olaylar” ,
  2. Fatimə Abbasquliyeva “Olaylar”,
  3. Zeynəb Mustafazadə “Olaylar”,
  4. Ayətxan Ziyad “Yazarlar”,
  5. Südabə Mətanətli “Yazarlar”,
  6. Günnur Ağayeva “Yazarlar”,
  7. Həcər Atakişiyeva “Yazarlar”,
  8. Əli Bəy Azəri “Xəzan”,
  9. Ramiz İsmayıl “Xəzan”,
  10. Vaqif Osmanov “Ovqat”,
  11. Faiq Balabəyli “Müstəqil.az”,
  12. Nizami Kolanılı “Xəzan”.
    Nəzərinizə çatdırırıq ki, çox əziz və dəyərli dostumuz Yunus Oğuz bu gün həm də doğum gününü qeyd edir. Cənab Yunus Oğuzu və digər təltif olunan qələm dostlarımızı bu münasibətlə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Dostlar!

Hörmətlə: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aqillər yurdunun pir övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar

YÜZ ON ÜÇÜNCÜ YAZI

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar
(Yunus Oğuzun doğum gününə)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin qəhrəmanı tarixdən gələcəyə uzanan sözün və milli kimliyin yazıçısı tarixçi alim Yunus Oğuzdur! Müasir Azərbaycan ədəbiyyatında tarixi roman janrına yeni nəfəs gətirən, tarixşünaslıqla bədii təfəkkürü eyni müstəvidə birləşdirən yazıçılardan biri olan Yunus Oğuz yalnız romanlar müəllifi deyil, həm də tarixə analitik münasibət bəsləyən, milli kimliyin elmi və bədii əsaslarını araşdıran mütəfəkkir yazardır. Onun əsərlərində tarix keçmiş hadisələrin sadə təsviri deyil, gələcəyin ideoloji istiqamətlərini müəyyənləşdirən mənəvi məktəb kimi təqdim olunur. Bu baxımdan Yunus Oğuzun yaradıcılığı Azərbaycan nəsrində xüsusi bir istiqamət formalaşdırmışdır. O, tarixi faktları bədii təxəyyülün imkanları ilə zənginləşdirsə də, heç vaxt həqiqətdən uzaqlaşmır. Yazıçının əsərlərində hadisələrin arxasında duran siyasi, mədəni və mənəvi səbəblər analitik baxışla açılır. Məhz buna görə onun romanları həm ədəbi, həm də tarixi mənbə kimi maraq doğurur.
Olduqca müxtəlif auditoriyalada bütün söhbətlərmdə və əksər yazılarımda dəfələrlə qeyd etmişəm. Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla bərabər, öz imzası, dəsti-xəttilə seçilən söz sənətkarlarındandır. Onun ümumi dünya qələmdarları sırasında yeri Təbəri, Mahmud Kaşğarlı, Lev Tolstoy, Yevgeni Tarle, Vasiliy Yan, Məmməd Səid Ordubadi kimi ustad sənətkarların arasındadır. Bu fikir təsadüfi deyil. Çünki Yunus Oğuz tarixi sadəcə nəql etmir; o, tarixi düşünür, araşdırır və onu yeni nəsillərə milli yaddaş kimi təqdim edir.
Yunus Oğuzun yaradıcılığına nəzər saldıqda aydın görünür ki, onun üçün tarix yalnız keçmiş deyil. Tarix insanın özünü tanımasının başlanğıcıdır. Yazıçının qəhrəmanları da məhz milli kimlik uğrunda mübarizə aparan şəxsiyyətlərdir.
Tarixi romanlarında müəllif hadisələri dövrün siyasi panoramı ilə yanaşı, milli-mənəvi dəyərlər prizmasından təqdim edir. Bu xüsusiyyət onu klassik salnaməçilikdən fərqləndirir.
Onu bir yazar kimi sələflərindən və xələflərindən fərqləndirən başlıca xüsusiyyət istər tarixi, istərsə də şahidi olduğumuz hadisələrə yalnız quru bədii salnaməçi mövqeyindən yanaşmamasıdır. Onun bütün qələmə aldığı mətn nümunələrində mövzuya analitik yanaşma mövqeyi qabarıq şəkildə ortaya çıxaraq keçmişi təsdiq, gələcəyi isə tərtib edir. Məhz bu cümlə Yunus Oğuz yaradıcılığının ən dəqiq elmi xarakteristikalarından biridir.
Yunus Oğuz tarix və siyasət elminin mahir bilicisi kimi “”Türk” etnonimi və törələri”indən “Cığır”a qədər olduqca geniş spektrli, ta qədim zamanlardan günümüzədək uzanan dövrü əhatə edən salnamələrində döyüş sənəti haqqında da faydalı informasiya ötürməyə nail olmuşdur.
Yunus Oğuz yalnız romanlar müəllifi deyil. Onun türk tarixinə dair araşdırmaları türkşünaslığın diqqətçəkən nümunələri sırasındadır.
2025-ci ildə nəşr olunan “Türk etnonimi və törələri” kitabı müəllifin uzun illər apardığı araşdırmaların nəticəsi kimi meydana çıxmışdır. Kitabda müəllif “türk” sözünün etimologiyasınıas,, qədim mənbələrdə işlənmə formalarını, türk törələrinin mahiyyətini, qədim dövlətçilik ənənələrini və milli hüquq sistemini geniş şəkildə araşdırır.
Akademik Nizami Cəfərov ön sözdə yazır:
“Yunus Oğuz yalnız məşhur romanları ilə deyil, akademik araşdırmaları və elmi-publisistik yazıları ilə də türk tarixinin qaranlıq, mübahisəli tərəflərinə aydınlıq gətirməyə çalışan müəllifdir.”
Müəllif əsərində “türk” etnoniminin yalnız dil baxımından deyil, həm də dövlətçilik və mədəniyyət baxımından daşıdığı mənanı araşdırır: “Bir millət öz tarixini bilmədikdə və ya öyrənmək istəmədikdə çoxsaylı yanlışlıqlara yol verir…”
Bu fikir əslində kitabın ideya açarıdır. Müəllif hesab edir ki, milli kimliyin qorunmasının ən əsas yolu tarixə doğru baxışdır.
Kitabın ən maraqlı bölmələrindən biri qədim türk törələrinə həsr olunmuşdur:
“…törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan mənasını verir… toplumda siyasi, sosial, dini, iqtisadi və digər məsələləri müəyyənləşdirən yazılı olmayan hüquq qaydalarına törə deyilir.” Bu yanaşma göstərir ki, müəllif qədim türk dövlətçiliyini yalnız hərbi qüdrətlə deyil, hüquqi-mənəvi sistemlə də əlaqələndirir.
Kitabın digər üstün cəhəti isə türk qadınının cəmiyyətdəki roluna ayrıca yer ayırmasıdır. Tomris, Türkan xatun, Möminə xatun kimi tarixi şəxsiyyətlərin fəaliyyəti türk dövlətçilik ənənələrinin ayrılmaz hissəsi kimi təqdim olunur.
Qədim Türk törəsindən maya tutub, qidalanan yazıçı ruhu tarixi, siyasi biliklərin çuğlaşmasında bişirib, yetişdirdiyi döyüş sənəti haqqında fikir və ideyaları, gələcək nəsillər üçün mesajlarını “Cığır” – Zəfərin bədii salnaməsində reallaşdırmaq imkanı əldə etmişdir. Onun Şuşaya ilk səfərlər zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qarşısında böyük qürur və məsuliyyətlə dediyi, – “…mən Şuşada yazıram…” – cümləsi ədəbiyyat tariximizə qızıl hərflərlə yazılmış tarixi kəlamlar sırasında öz möhtəşəm və şərəfli yerini həmin andan etibarən almışdır.
Yunus Oğuzun yaradıcılığında xüsusi yer tutan əsərlərdən biri də “Cığır” tarixi romanıdır.
Bu roman artıq yalnız bədii əsər deyil, müasir Azərbaycan tarixinin mənəvi salnaməsinə çevrilmişdir.
Yunus Oğuz qələbədən, şanlı Zəfərimizdən, Şuşadan mütləq yazmalı idi… Bu nümunə “Cığır” oldu. Şəxsən mən romanın anonsunu Şuşada şanlı Zəfərimizin memarı Müzəffər Ali Baş Komandanın hüzurunda müəllifin öz dilindən eşitdim… gözlərimin önündə fatehlərin yanında olan salnaməçi mirzələrdən biri qismində canlandı Yunus Oğuz.
Bəli bu bənzətmə təsadüfi deyil. Tarix boyu böyük zəfərlərin yanında onları gələcək nəsillərə çatdıran salnaməçilər olub. Müasir Azərbaycanın həmin salnaməçilərindən biri də Yunus Oğuzdur. Yunus Oğuz tarixin təsdiq etdiyi, qələmi ilə tarix yazan yazıçılardan biridir. “Cığır” onun silsilə tarixi romanlarının içərisində Şuşanın havası kimi saf, yolları kimi dolanbac, qayaları kimi sıldırım olan uca bir zirvədir. Yunus Oğuz “Cığır” romanında müəllif təkcə baş vermiş hadisələri təsvir etmir. O, gələcək siyasi prosesləri də tarixi məntiq əsasında proqnozlaşdırır.
Yunus Oğuzun tarixinə söykənərək romanda verdiyi tərtiblərin çoxu qısa bir müddət ərzində həyata keçdi. Bu gün artıq Xankəndində bayrağımız dalğalanır. Bu fikir yazıçının tarixi təfəkkürünün nə qədər güclü olduğunu göstərən mühüm göstəricidir.
“Cığır” romanı yalnız bir yazıçının deyil, bütövlükdə Azərbaycan tarixi roman məktəbinin uğurudur. Ən yüksək mükafatlara layiq bir əsərdir. “Yazarlar” olaraq, yazarlar cameəsi və səngər həyatının nə demək olduğunu bilən, döyüş yolu keçmiş hərbçilər adından dəyərlimiz Yunus Oğuzu “Cığır” romanına görə “Əsrin yazarı” mükafatı ilə təltif edirik. Xeyirli olsun! Əlbəttə Yunus Oğuz daha çoxuna layiq bir yazardır. O zaman-zaman Türk dünyasının müxtəlif müstəqil qurumları tərəfindən mükafatlandırılıb. Və bu proses fasiləsiz olaraq davam edir.
Belə əsərlər milli yaddaşın formalaşmasına xidmət edir və məhz bu səbəbdən layiqli qiymətini almalıdır.
Ümidvaram ki, növbəti xəbərlərdən biri “Cığır”ın Dövlət mükafatına layiq görülməsi haqqında olacaq.
Yunus Oğuzun yaradıcılığı təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır. O Azərbaycanda tanındığı kimi, Türkiyədə, Özbəkistanda və digər soydaşlarımızın yaşadığı ölkələrdə də məşhurdur. Məsələn, Özbəkistanda Yunus Oğuz ən azı Azərbaycanda olduğu qədər tanınır və sevilir. Yunus Oğuz türk dünyasının ortaq fikir adamı və sevilən yazarlarından biridir. Onun əsərləri türk dünyasının ortaq tarixini, ortaq yaddaşını və ortaq gələcəyini düşünən müəllifin baxışlarını əks etdirir.
Tarixi romanlar, elmi araşdırmalar, publisistik yazılar və türkçülük düşüncəsi bir yerdə Yunus Oğuzu müasir Azərbaycan ədəbiyyatında xüsusi məktəbə çevirir. Bu məktəbin əsas ideyası isə sadədir: Tarixini bilən millət gələcəyini də özü yazır. Akademik Nizami Cəfərov Yunus Oğuzun tarixçiliyindən danışarkən qeyd edir ki, tarixi iki cür öyrənirlər: akademik tarixçilik. Bəzən buna, hücrə tarixçiliyi, universitet tarixçiliyi də deyirlər. Burda daha çox akademizim, faktlar, sxemlər, modellər öyrədilir. Tarixə müdaxilə edilmir, mümkün qədər tarixi necə varsa, o cür təqdim edirlər. Bu tarixçilik tamam başqadı. Bir də var tarixi ədəbiyyatlardan, romanlardan dinamik şəkildə öyrənmək. Yunus Oğuzun tarixçiliyi çox dinamikdi. Yunus Oğuzun tarixi romanlarında və tarixi pyeslərində (“Attila”) və ümumiyyətlə yaradıcılığında tarixi xronologiya mövcuddur. Əmir Teymura həsr olunmuş romanında Yunus Oğuz çalışır ki, Əmir Teymurun həm ümumən türk dünyasındakı tarixi rolunu dəyərləndirsin, həm də Azərbaycanla əlaqələndirsin. Mən şahidi olmuşam (N.Cəfərov dəfələrlə deyib) ki, hətta Daşkənddə Özbəkistanın ən məşhur tarixçilərinin iştirak etdiyi tədbirdə bu romanın təqdimatı və müzakirəsi zamanı Yunus Oğuz öz mövqeyini qoruyaraq müəyyən mənada fikirlərini qəbul etdirməyi bacarıb. Yunus Oğuzun “Nadir şah” əsərini daha çox qiymətləndirən Nizami Cəfərov qeyd edir ki, Nadir şah dövrü Azərbaycan tarixşünaslığında həmişə pərakəndəlik, ziddiyyətlər dövrü kimi təqdim olunur. Nadir şaha müsbət bir sərkərdə kimi baxılmayıb. Daha çox Səfəvilərdən sonra dağıdıcı, süni imperiya kimi söhbətlər olub. Amma yunus Oğuz “Nadir şah” əsərilə əsaslandırır ki, bizim müasir Azərbaycan tarixinin yaratdığı etnik, siyasi, coğrafi mənzərənin yaranmasında Nadir şahın əvəzsiz rolu olub.
Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü – İyulun 22-si tanınmış yazıçı, tarix araşdırıcısı, publisist və türk dünyasının yorulmaz tədqiqatçısı Yunus Oğuzun doğum günüdür. Təqvimin bu günü dünyaya göz açan yazara sanki, uca Yaradan qələmi özü ərmağan edərək, onu anadan qələmdar doğulanlar sırasına yazıb.
Belə bir əlamətdar gündə onun yaradıcılığına nəzər saldıqda aydın görünür ki, Yunus Oğuz yalnız roman müəllifi deyil. O, milli yaddaşın keşiyində dayanan fikir adamıdır. Onun əsərləri keçmişi öyrədir, bu günü düşündürür, gələcəyə isə inam aşılayır.
“Cığır” kimi Zəfər romanları, “Türk etnonimi və törələri” kimi elmi-publisistik araşdırmaları, qədim tariximizə yeni baxış gətirən əsərləri göstərir ki, Yunus Oğuz Azərbaycan ədəbiyyatında həm tarixçi yazıçı, həm də milli kimlik fəlsəfəsinin müasir daşıyıcılarından biridir.
Doğum günü münasibətilə Yunus Oğuza möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, türk dünyasının ortaq tarixi və milli yaddaşı naminə başladığı elmi və bədii yolun yeni sanballı əsərlərlə davam etməsini arzulayırıq. Çünki belə qələm sahibləri yalnız kitab yazmırlar – onlar millətin tarixi yaddaşını gələcəyə daşıyan mənəvi körpülər salırlar. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!

22.06.2026. Şuşa – 22.07.2026. Bakı

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

22 iyul – 365 gündən biri

22 iyul – 365 gündən biri
22 iyul – Azərbaycan Milli Mətbuatın yarandığı gün
Milli Mətbuatın yaradıcısı Həsən bəy Zərdabinin anıldığı gün… Onunla bərabər Əli bəy Hüseynzadənin, Mirzə Cəlilin, Sabirin və digər maarifçi ziyalıların xatırlandığı gün…
Nə xoş o adamların halına ki, milli mətbuatın inkişafında iz qoya bilib.
Ötən illərin birində mənə elə gəldi ki, mətbuat donub. Həsən bəy Zərdabinin tək varisi mənəm. Mənim də qələmim donub, heç nə yazmıram, yaza bilmirəm. Sən demə belə deyilmiş. Müasirlərimizdən gözəl qələm sahibləri Bayram Məmmədov, Şahməmməd Dağlaroğlu, Qafar Cəfərli, Damət Salmanoğlu, Mahir Cavadlı, Yunis Qaraxanlı, yaradıcılığıma dönə-dönə müraciət etmiş Vaqif Osmanov və onlarla digər həmkarlarım mənim də nələrsə yazdığımı qeyd etdilər. Deməli, mətbuatda günümüzü boş keçirtməmişik.
Onların arasında Teyfur Çələbinin qeydləri xüsusilə diqqətimi çəkdi. Mən elə bilirdim Həsən bəy Zərdabinin yolunu davam etdirirəm. Teyfur Çələbi məni həm də Əli bəy Hüseynzadə ilə müqayisə etdi. Çox sevindim. Bu, mətbuatdakı zəhmətimə verilən ən böyük dəyərdir.
Həsən bəy Zərdabi hamını maarifləndirməyə çalışırdı. Bərkə düşəndə kapital sahibləri hesab etdiyi Qarabağ bəylərinə üz tutdu. Təəssüf ki, bir qəzeti yaşatmaq üçün nə sadə rəiyyətdən, nə də bəylərdən dəstək görmədi. Əli bəy Hüseynzadə isə ziyalılarla işlədi, bəsirət gözü açıq olan ziyalılarla, milləti parlaq gələcəyə apara bilən ziyalılarla… Onlar isə çox azdır, bəlkə də barmaqla sayılası qədər…
Gününüz mübarək, dostlar!

Təqdim etdi: Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Milli Mətbuat Günüdür

Jurnalistika ilə yaşlanmaq

Bu gün Milli Mətbuat Günüdür

Bu peşənin içində düz 46 ilim keçib. Bir ömür… Kağız qoxusu, mətbəə səsi, müsahibələr, səfərlər, gecələr boyu yazılan məqalələr, insanların sevinci, kədəri, ümidləri ilə yoğrulan 46 il.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmək mənim üçün böyük qürur oldu. Amma etiraf edim ki, mənim ən böyük mükafatım həmişə oxucuların etimadı, insanların “yazınız bizə təsir etdi”, “səsimizi çatdırdınız” sözləri olub.

Məndən tez-tez soruşurlar: “Heç jurnalistikadan bezdiyin vaxt olubmu?”

Cavabım həmişə eyni olub: Əsla!

Həyatda elə məqamlar olub ki, daha yüksək vəzifələr təklif edilib. Bəlkə də rahatlıq, imkanlar, başqa üstünlüklər vəd olunub. Amma mən jurnalistikanı heç nəyə dəyişməmişəm. Çünki bu peşə mənim üçün sadəcə iş deyil, həyat tərzidir, nəfəsimdir, taleyimdir.

Jurnalistika ilə yaşlanmağın özünəməxsus bir zövqü var. İllər keçdikcə anlayırsan ki, yazdığın hər sətir, görüşdüyün hər insan, şahidi olduğun hər hadisə sənin ömrünün ayrılmaz parçasına çevrilib. Bəzən bir kənddə rastlaşdığın ağsaqqalın sözü, bəzən bir ananın göz yaşları, bəzən də haqsızlığa qarşı yazılmış kiçik bir yazı yaddaşında ömürlük iz salır.

Bu illər ərzində heç vaxt sensasiya dalınca qaçmadım. Oxucunun diqqətini çəkmək naminə kiminsə taleyini alətə çevirmədim. İnsan ağrısını manşetə çevirməyi peşəkarlıq hesab etmədim. Mənim üçün jurnalistikanın əsas missiyası həqiqəti qorumaq, insanın yanında olmaq, onun səsini eşitdirmək olub.

Peşəmə heç vaxt xəyanət etmədim. Çünki bilirəm, jurnalistin ən böyük sərvəti adı, sözü və vicdanıdır. Bunlar itiriləndə qalan heç nə insanı xoşbəxt edə bilmir.

Bu 46 ildə çox şey dəyişib. Qələm kompüterlə əvəz olunub, qəzetlər rəqəmsal platformalara köçüb, xəbərlər saniyələr içində yayılır. Amma dəyişməyən bir həqiqət var: vicdanla yazılan söz həmişə yaşayır.

Bu gün geriyə baxanda peşman deyiləm. Əksinə, taleyimə minnətdaram ki, məni bu müqəddəs peşəyə gətirdi. Çünki jurnalistika mənə təkcə peşə vermədi. Mənə insanları tanıtdı, həyatı öyrətdi, sevinci də, ağrını da paylaşmağı öyrətdi.

Əgər ömrü yenidən yaşamaq imkanı verilsəydi, yenə eyni yolu seçərdim. Yenə jurnalist olardım.

Çünki mən jurnalistikanı seçmədim. Elə bilirəm ki, jurnalistika məni seçdi.

Milli Mətbuat Günü münasibətilə ömrünü bu şərəfli peşəyə həsr etmiş bütün həmkarlarımı ürəkdən təbrik edir, qələmlərinin həmişə həqiqətə xidmət etməsini arzulayıram.
Çünki zaman keçir, vəzifələr dəyişir, adlar unudulur. Amma vicdanla yazılmış bir söz yaşayır. Hətta onu yazan insanın özündən də uzun yaşayır…
etdirəcəkdir.
Şəmsiyyə Kərimova,
22.07.2026 Bakı
Əməkdar jurnalist

Şəfəq Nasirin yazıları

Şəmsiyyə Kərimovanın yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AZƏRBAYCAN MƏTBUATI – 151

AZƏRBAYCAN MƏTBUATI – 151
Həmişə dilimizdə tez-tez səslənən bir məsəl var: deyir, söz vaxtına çəkər. 365-gündən sonra, gecədən üzü sabaha açılan səhərimizdə yenə o sözün vaxtı özünü yetirdi…

22 iyul 1875 ci il Azərbaycan mətbuatının yarandığı gün kimi həyatımıza daxil olub. Bu tarixi gün “Əkinçi” qəzeti ilə bütün Şərq aləminə nur təki saçılan Azərbaycan mətbuatının banisi maarifçi ziyalı, unudulmaz Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Nə xoş ki onun mətbuatda açdığı cığır sozalmadı, itmədi və böyük yola çevrildi.

Milli mətbuatımız zaman-zaman qadağalar, basqılar, ağrılar yaşadısa da xalqın milli, ictimai şüuruna öz təsirini göstərə bildi. Bu çətin, şərəfli yolu ondan sonra gələn zəka sahibləri – Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli… kimi Söz xiridarları, maarifçi nəsillər böyük cəsarətlə, fədakarlıqla davam etdirdilər…

Mənə görə, jurnalistlərin peşə bayramı əslində xalqın bayramıdır. Həqiqi sözün qüdrətilə həyatımızın ictimai, siyasi, sosial, mədəni-mənəvi problemləri və inkişafı zaman-zaman mətbuatda öz əksini tapıb. Bu mənada 22 iyul tarixini xalqımızın da bayramı kimi qəbul etməkdə məni qınamayın…

Cəsarətli sözün qüdrəti və özünün peşəkarlığı, intellekti, mənəviyyatı ilə Azərbaycan mətbuatının inkişafına xidmət edən bütün jurnalist həmkarlarımı təbrik edirəm. Hər zaman HAQQ SÖZünüzlə var olun! Bayramınız mübarək, mətbuat fədailəri!

Hörmətlə: Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəlalə Camal – Jurnalistəm

Jurnalistəm

Jurnalistəm, a dostlar,
Girmişəm söz meydanına.
Nə qılıncım var əlimdə,
Nə də qalxanım çiynimdə.
Mənim gücüm həqiqətdir,
Silahım sözdür, qələmdir.

Qılınc oynatmıram mən,
Sözümlə savaşıram.
Haqq səsini duyurub,
Yalana da qarşıyam.
Bəzən xəbər izindəyəm,
Bəzən xalqın sözündəyəm,
Bəzən də susanların
Ümid dolu gözündəyəm.

Sözə işıq tuturam mən,
Qaranlığı yarıram.
Bir cümlənin içindəki
Həqiqəti axtarıram.
Sözüm həm qalxanımdır,
Həm bayrağımdır mənim.
Sözüm vətən sevgisidir,
Böyük dayağımdır mənim.

Sözsüz günüm olmasın,
Səssiz sabah açılmasın.
Haqqın nəfəsi kəsilsə,
Vicdanım rahat qalmasın.
Mən bu yolun yolçusu,
Sözün keşiyində duran,
Xalqla dövlət arasında
Etibar körpüsü quranam.

Bir gün səngərdən yazmışam,
Əsgərin hünərindən.
Torpaq üçün can verənin
Şərəfli zəfərindən.
Bir gün müəllimdən yazıb,
Elmi işıqlandırmışam.
Bir gün həkimdən danışıb,
Ümidi canlandırmışam.

Bir gün kənddən yazmışam,
Torpağı becərən əllərdən.
Bir gün şəhərdən yazmışam,
Gecə-gündüz çalışanlardan.
Bir gün ananın göz yaşını,
Bir gün körpə sevincini,
Bir gün şəhid ailəsinin
Qürurunu, dözümünü.

Jurnalistəm, a dostlar,
Qələmim nə görməyib?
İnsan ömrünün ağrısını,
Sevincini, kədərini,
Zəhmətin nə olduğunu
Qələmimlə çəkmişəm.
Bəzən yağış altında,
Bəzən qızmar günəşdə,
Bəzən uzun yollar keçib,
Xəbər dalınca getmişəm.

Mənim yolum asan deyil,
Amma şərəfli yoldur bu.
Həqiqətin keşiyində
Ayıq duran ordudur bu.
Hər yazılan bir sətirdə
Vicdanın izi qalmalıdır.
Jurnalistin hər sözündə
Xalq səsi duyulmalıdır.

Çəkilin qabağımdan,
Sözüm haqqdır, yolum aydın.
Həqiqətin yolçusuyam,
İnamım da, amalım da budur bu
Sözüm – sabaha aparan
İşıqlı bir çıraqdır mənə.

Jurnalistəm, a dostlar,
Şirin yuxum qələmimdir.
Həqiqəti yazan qələm
Bayrağımdır, vətənimdir.

Siz rahat yatan zaman
Müsahibələr almışam,
Gecənin səssizliyində
Xəbərlər hazırlamışam.
Bir hadisə baş verəndə
Yollara üz tutmuşam,
Həqiqətin sorağında
Neçə-neçə iz tapmışam.

Jurnalistəm, a dostlar,
Vaxtla yarışmışam mən.
Bəzən günəş doğmamış
İş başında olmuşam.
Bəzən gecə yarısından
Səhərəcən oyaq qalıb,
Bir cümlənin arxasınca
Saatlarla yol almışam.
Bəzən müsahiblərə
Bir kəlmə desin deyə
Az qala yalvarmışam

Elə zaman olub ki,
Mən sözsüz də qalmışam.
Şəhidlərdən yazanda…
Ailəsi danışanda –
Anaların ahını,
Ataların nisgilini
Qəlbimdə yaşatmışam.
Bütün ifadələri
Göz yaşımda qurmuşam.
Sətirlərə köçürərkən
Kövrəlib dayanmışam.

Bəzən qələm əlimdəykən
Sətirləri görməmişəm,
Dolmuş gözlərimdən axan
Yaşları gizlətmişəm.

Bir şəhid övladının
“Atam nə vaxt gələcək?”
Sualını eşidib
Susqunluğa bürünmüşəm.
Yaralının ağrısını
Dinləyib kövrəlmişəm,
Onun keçdiyi yolları
Yazıb qürurlanmışam.
Xalqımın yarasına
Sözümmlə məlhəm olmuşam

Jurnalistəm, a dostlar,
Sevinc də yazmışam mən,
Kədər də yazmışam mən.
Bir körpənin gülüşünü,
Bir elin bayramını,
Xalqın qələbəsini
Qələmimlə daşımışam.

Mənim silahım söz olub,
Mənim gücüm həqiqətim.
Haqqı yazmaq, düz danışmaq
Ən böyük cəsarətim.
Jurnalistəm, a dostlar,
Ömrümü bu yola vermişəm.
Xalqın səsini duyurmaq üçün
Qələmimlə nəfəs almışam.

Müəllif: Şəlalə CAMAL
Prezident təqaüdçüsü

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I