LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA HAQQINDA
MƏLUMAT
Əziz dostlar, Laçın şəhərinin bünövrəsinin qoyulmasının 100 illiyi şərəfinə hazırladığımız ədəbi antologiyanın çapa verilməsinə az qalıb. Poeziya və nəsr ayrı-ayrı mütəxəssislər tərəfindən korrektə edilmişdir (təbii ki, hər kəs gördüyü işin müqabilində zəhmət haqqını almışdır). Kitabımızda müəllif şəkilləri olmasından dolayı səhifələnmə həm çox pul (səhifə 0,50 qəpikdən), həm də həcmi böyük olduğu üçün xeyli zaman aparacaq. Kitabın 1 ədədinin çap xərci toplam 8 manatdan aşağı deyil (maya dəyəri bundan çoxdur – 1 ildi üzərində işləyirəm). Biz kitabı müəlliflərin özünün dəstəyi ilə 360 tirajla çap etmək imkanına malikik. Bundan əlavə kitab çap olunandan sonra kitab götürmək fikrində olan müəllif və müəllif qohumlarını da əlavə etdikdə 500 ədəd say düzəlir. Əlavə sayda 3 nəfər laçınlımız üst-üstə tirajı 70 ədəd artırıblar. Burdan həmin əmoğlulara təşəkkürümü bildirirəm. Elə müəllif var ki, kitabın tirajının 1ədəd belə artımında iştirak etmək istəmədi. 12 müəllif tiraja 1ədəd, 5 müəllif 2 ədəd, 2 müəllif 3 ədəd artım etdilər. Bu məlumatları paylaşmaqda fikrimiz ondan ibarətdir ki, kitab iri həcmli və dəyərli kitabdır. Təəssüf ki, tiraj məhduddur – yəni sabah bir laçınlımız istəsə, kitabdan əldə edə bilməyəcək. Çünki, tiraj belə demək mümkünsə bron olub. Amma, indi burdan bizə müraciət edib kitabdan almaq istədiyini bildirən hər bir şəxs üçün tirajı artırmaq imkanımız var. Kitab Laçının 400 illik yazılı söz xəritəsidir. Müasirlərlə bərabər Sarı Aşıq, Mir Həmzə Nigari, Aşıq Alı (Aşıq Abbasın atası), Aşıq Abbas, Qara Kərim, Aşıq Cəfərqulu, Şair Məmmədalı, Əmir bəy və s. kimi imzalarla zəngindir. Kitabın tirajını artırmaq həm də bizə onu Azərbaycanın bütün rayon Mərkəzi Kitabxanalarına göndərə bilmək imkanı verərdi. Hər kəs istəsə kitabdan sifariş edə bilər. Qabaqcadan ödəniş istəmirik. Sadəcə kim könüllü ədədi 10 manat olmaqla neçə kitaba yiyə durmaq istəyini yazsın, biz tirajı müəyyənləşdirək.
Mənbə: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru