Salam olsun, əziz və dəyərli dostlar, bu gün – 20 fevral – axşam saat səkkizin yarsında (19:30), “Elmlər Akademiyası” metrosunun yaxınlığında (köhnə 5 nömrəli çörək zavodunun, 53 nömrəli məktəbin yanında) Zahid Xəlilov 43 ünvannda yerləşən “Litera kitab evi”ndə sizi şair Səlim Babullaoğlunun şeir gecəsinə dəvət edirəm. Bu axşam tamam fərqli olacaq! Gəl! Bax! Bil!
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Qarabağ Zəfəri və Türk Dövlətləri Təşkilatının tarixi inkişafı – turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihənin icrasına başlayır. Bu məqsədlə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada baş tutan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısından irəli gələn ədəbi-bədii düşüncələrın ədəbiyyatdakı yeri və rolunu müəyyən edən, xüsusilə Qarabağ Zəfəri və turançılıq ideyalarını əks etdirən əsərlər (nəsr və nəzm olmaqla) toplanır. Toplanan materialların “Qarabağ Zəfərindən Turana doğru” adlı kitab (2 kitab) şəklində nəşri; kitabların təqdimatlarının keçirilməsi, həmçinin kitabxanalara paylanması nəzərdə tutulur. Şair, yazıçı və publisistlərdən şeir, hekayə, povest (həcmi böyük olmayan) və publisistik məqalələrin aşağıdakı e-mail ünvanına göndərilməsi xahiş olunur. ☑️Hər müəllif bir (1) nəsr, və ya iki (2) şeir təqdim edə bilər. ☑️ Materiallar İdarə Heyəti tərəfindən oxunacaq və zəif əsərlər qəbul edilməyəcək. ☑️Materialların göndərilməsi üçün son tarix: 20 aprel 2025-ci il ☑️Antologiyanın nəşri və təqdimatı may-iyun aylarına nəzərdə tutulur.
Bu gün, 14 fevral, saat 15.00-da AYB-nin “Natəvan” klubunda Moldova və Rumıniya səfirlərinin iştirakı ilə “Moldova poeziyası saatı” keçiriləcək, görkəmli Moldova şairi Qriqore Vyerunun 90 illik yubileyi qeyd olunacaq, Vyerunun “İynənin nəğməsi”, İon Hadırkanın “Mavi güzgü” şeir kitablarının təqdimatı olacaq.
Əziz dostlar, Laçın şəhərinin bünövrəsinin qoyulmasının 100 illiyi şərəfinə hazırladığımız ədəbi antologiyanın çapa verilməsinə az qalıb. Poeziya və nəsr ayrı-ayrı mütəxəssislər tərəfindən korrektə edilmişdir (təbii ki, hər kəs gördüyü işin müqabilində zəhmət haqqını almışdır). Kitabımızda müəllif şəkilləri olmasından dolayı səhifələnmə həm çox pul (səhifə 0,50 qəpikdən), həm də həcmi böyük olduğu üçün xeyli zaman aparacaq. Kitabın 1 ədədinin çap xərci toplam 8 manatdan aşağı deyil (maya dəyəri bundan çoxdur – 1 ildi üzərində işləyirəm). Biz kitabı müəlliflərin özünün dəstəyi ilə 360 tirajla çap etmək imkanına malikik. Bundan əlavə kitab çap olunandan sonra kitab götürmək fikrində olan müəllif və müəllif qohumlarını da əlavə etdikdə 500 ədəd say düzəlir. Əlavə sayda 3 nəfər laçınlımız üst-üstə tirajı 70 ədəd artırıblar. Burdan həmin əmoğlulara təşəkkürümü bildirirəm. Elə müəllif var ki, kitabın tirajının 1ədəd belə artımında iştirak etmək istəmədi. 12 müəllif tiraja 1ədəd, 5 müəllif 2 ədəd, 2 müəllif 3 ədəd artım etdilər. Bu məlumatları paylaşmaqda fikrimiz ondan ibarətdir ki, kitab iri həcmli və dəyərli kitabdır. Təəssüf ki, tiraj məhduddur – yəni sabah bir laçınlımız istəsə, kitabdan əldə edə bilməyəcək. Çünki, tiraj belə demək mümkünsə bron olub. Amma, indi burdan bizə müraciət edib kitabdan almaq istədiyini bildirən hər bir şəxs üçün tirajı artırmaq imkanımız var. Kitab Laçının 400 illik yazılı söz xəritəsidir. Müasirlərlə bərabər Sarı Aşıq, Mir Həmzə Nigari, Aşıq Alı (Aşıq Abbasın atası), Aşıq Abbas, Qara Kərim, Aşıq Cəfərqulu, Şair Məmmədalı, Əmir bəy və s. kimi imzalarla zəngindir. Kitabın tirajını artırmaq həm də bizə onu Azərbaycanın bütün rayon Mərkəzi Kitabxanalarına göndərə bilmək imkanı verərdi. Hər kəs istəsə kitabdan sifariş edə bilər. Qabaqcadan ödəniş istəmirik. Sadəcə kim könüllü ədədi 10 manat olmaqla neçə kitaba yiyə durmaq istəyini yazsın, biz tirajı müəyyənləşdirək.
Hörmətli teatrsevərlər! Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində Türkiyənin Trabzon Sənət Teatrı Bakı tamaşaçılarının qonağı olacaq. Teatrın yaradıcı heyəti 06, 07 may 2024-cü il tarixlərdə “Neytral zona” (“Tarafsız Bölge”) tamaşası ilə (Müəllif:Firuz MUSTAFA) Teatr Xadimləri İttifaqının səhnəsində –“Aktyor Evi”ndə çıxış edəcək. Tamaşa saat 19.00-da başlanır. Giriş sərbəstdir.
Əziz dostlar, şeir həvəskarları! Aşağıda sizə gözəl ziyalı, şair, rəhmətlik Şair Səfər Boluslunun ən çox sevilib oxunan şeirlərindən birini yazıram. Bu şeir 60-70-ci illərin şeridir. Qoyun-quzu otarardıq- səsləndirərdik, qızlara oxuyardıq, yol gedərdik, bu şeiri züm-zümə edərdik. Toylarda hökmən oxunardı. Mqsədimsə xahiş etməkdir: Şeirin son iki bəndi təhrif olunub. Oriqinalı bilən varsa çox-çox XAHİŞ edirəm, göndərin!
Get, uğurlar olsun, mehriban sonam, Təhsilin bitəndə qayıt, kəndə gəl. Özün – öz əlinlə düzüb qurduğun, Sizin sarmaşıqlı aynabəndə gəl.
O siyah telləri kəsdirmə qısa, Mina gərdənini batırma yasa! Əzəlki sadəlik səndə qalarsa, Bilginən, artacaq inam məndə! Gəl!
Demirəm, oxuma! Oxu-savadlan, Elmidə alim ol, həyatda insan. İşdə mübariz ol, evdə mehriban, Yaşayaq bu bağda, bu çəməndə, gəl.
Kədər də, sevinc də olur həyatda, Nə qədər qiymət var bir təmiz adda! Əhdi-peymanını bərk saxla yadda, Gözlərəm – saçıma dən düşəndə, gəl!
Əqlini almasın hər gülən bəniz, Saxta məhəbbəti sevməyirik biz! Sadə get, sadə gəl, bəzənmə qəliz, Sevinsin el-oba sən gələndə! Gəl!
Buraya kimi, yəqin düzgündür. Şeirin mənası, gücü ilə, misraların bir-birini tamamlamağı ilə fəxr edirsən! Əfsuslar, sonrakı bəndlərdə ahəng pozulur, təkrarlığa yol verilir. Səfər Boluslu təkcə istedadlı şair yox, olduqca savadlı ziyalı olub. Moskvada Timiryazevdə oxumuş zəka sahibi, gözəl şair mətndə belə qırıqlığa, təkrara, misraların “özbaşınalığına” yol verə biməzdi. Son bənddə isə, şeirin ahəngi, mətn bütövlüyü pozulmağı ilə yanaşı, qafiyə itgisi (iki dəfə “kəndə gəl”) ortaya çıxır ki, böyük istedadın belə yazmağına heç cür inanmaq olmaz:
Deyirəm, hər yerdən bura gözəldir, Özün de, buradan hara gözəldir?! Yalvarmaq-yaxarmaq yara, gözəldir, Alaram könlünü hər küsəndə, gəl.
Kəndimizdə torpaq – ana, şirindir, Bilmirəm anadan bəs nə şirindir? Səfər başqasından yenə şirindir, Uyma başqasına, qayıt kəndə gəl.
Şair gözəl Goranboyda yaşayıb. Kimsə düz variantı bilirsə yazmağını xahiş edirəm. Onun əlimə düşən şeirlərini PDF edib qoyacam internetə, qoy yaşasın. Kağız cırıla, çürüyə bilər. İnternetsə yaşadacaq şeiri. Sağ olun!
Dəyərli dostlar, “Xəzan” jurnalı hekayələr toplusu hazırlayır. Toplu müəlliflərin öz hesabına nəşr olunacaq.
Hekayələrinizi 15 OKTYABR 2022-ci ilədək göndərə bilərsiniz.
Elektron poçt ünvanı: 5750399a@mail.ru
Mövzu seçimində müəlliflər sərbəstdir, lakin mümkün qədər müharibə mövzusunu əhatə etmək tövsiyyə olunur.
QEYD: Əgər kiminsə dostu, qohumu QHT təmsilçisidirsə, əlaqə yaratsın, danışaq. Bildiyim qədər büdcədən QHT-lər üçün bu məqsədə pul ayrılır. İştrak edəcək və dəstək olacaq hər kəs tarix üçün vacib olan tərəfsiz ədəbiyyatın inkişafına xidmət etmiş hesab olunur.
QEYD-2: Ödənişlərinizi də (50 manat) həmin tarixədək edin. Hər müəllifə 4 kitab veriləcək. 5-ci kitab kitabxanalara paylanacaq.
Bütün iştirakçılara uğur arzulayıram!
Hörmətlə: Əli Bəy Azəri “Xəzan” jurnalının baş redaktoru.
“Yazarlar” jurnalı “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində RESENZİYA MÜSABİQƏSİ elan edir. Bu şipşirin, doğma Ana dilimizdə oxuyub, anlayan hər kəs müsabiqədə iştirak edə bilər. Şərtlər çox sadədir. İştirakçılar PDF variantı aşığıda təqdim olunmuş Zaur Ustacın “BB” (hekayələr) https://ustacaz.files.wordpress.com/…/zaur-ustac-bb-1.pdf kitabı və ya bu kitabda yer almış hər hansı bir hekayə haqqında öz fikirlərini yazıb zauryazar@mail.ru email ünvanına göndərirlər. Yazılar redaktəsiz, yəni göndərdiyiniz kimi çap olunacaq. Yazılar 01.09.2022-ci ildən 01.12.2022-ci ilə qədər qəbul olunacaq. 01.12.2022-ci il gecə saat 23:45-də qaliblər elan olunacaq. 29.12.2022-ci ilə qədər göndərilmiş bütün resenziyaların redaktəsiz yer aldığı kitab nəşr olunacaq və bu vaxta qədər iştirakçıların sayına uyğun Bakı şəhərində adətən kitab təqdimatları, imza günləri keçirilən məkanlardan biri vaxt da göstərilməklə YER olaraq elan ediləcək. Bütün iştirakçılara diplomlar, qaliblərə isə təyin olunmuş pul mükafatları uyğun diplomlarla birlikdə həmin gün tədbirdə açıq şəkildə təqdim olunacaq.
BİRİNCİ YER-300 AZN
İKİNCİ YER -200 AZN
ÜÇÜNCÜ YER – 100 AZN
QEYD:
Kimliyinin bilinməsini istəməyən ölkə vətəndaşları tədbirə gəlmədən mükafatlarını (yer tutduqları təqdirdə) poçt və ya kart vasitəsi ilə təyin olunduğu kimi manatla, xarici ölkə vətəndaşları isə vətəndaşları olduğu ölkənin pul vahidinə uyğun təyin olunmuş mükafatın AZN ekvivalentində (yer tutduqları təqdirdə) eyni qaydada alacaqlar. Mustafa Müseyiboğlunu rəhmətlə anır, bütün iştirakçılara uğurlar arzulayırıq.
Yazıları bu email ünvanına göndərin: zauryazar@mail.ru
Akademik nəşriyyat sahəsində öz xüsusi yerini tutan Milli Təhsil Jurnalı (ULEDER) Azərbaycan Respublikasının 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə qeyd olunan “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş xüsusi buraxılışı üçün məqalə qəbul edir. Müntəzəm olaraq nəşr edilən Milli Təhsil Jurnalı (ULEDER) sizdən öz dəyərli araşdırmalarınızın oxuculara çatdırılması üçün təqdim edilməsini gözləyir. Göndərilən bütün məqalələr diqqətlə yoxlanılıb qiymətləndirildikdən sonra 8 noyabr 2022-ci il tarixində çap olunacaqdır. “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş xüsusi buraxılışa Azərbaycan və türk dillərində təhsilin bütün sahələrini əhatə edən məqalələr ödənişsiz qəbul edilir. Məqalələrin qəbulu https://uleder.com adresinden 15.08.2022-ci il tarixindən 20.10.2022-ci il tarixinədək davam edəcək. Məqsəd və əhatə dairəsi: Jurnalımız açıq çıxışlı milli jurnaldır. Jurnalda ikiqat kor hakimlik sistemi tətbiq edilir. Jurnal Türkiyədə təhsilin yaxşılaşdırılmasına yönəlib. Təhsilin bütün sahələrini əhatə edir. Elmi redaktor: Taleh XƏLİLOV