Etiket arxivi: Çağdaş Azərbaycan uşaq ədəbiyyatı

Zaur Ustac haqqında yeni kitab nəşr olunub – AL!

Zaur Ustac haqqında yeni kitab nəşr olunub
Azərbaycan şairi, yazıçı-publisist Zaur Ustacın yaradıcılığına həsr olunmuş yeni elmi monoqrafiya işıq üzü görüb.
Ayətxan Ziyadın (İsgəndərov) müəllifi olduğu “Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud uşaq dünyası Zaur Ustacın gözü ilə” adlı kitab 2026-cı ildə Bakı şəhərində “İmza” nəşrlər evində çap olunub. 280 səhifədən ibarət nəşrin ön sözünün müəllifi və elmi redaktoru pedaqogika elmləri doktoru, Naxçıvan Müəllimlər İnstitutunun professoru Kamal Camalovdur. Kitaba ədəbiyyatşünas-tənqidçilər Həcər Atakişiyeva və Günnur Ağayeva rəy veriblər.
Monoqrafiyada Zaur Ustacın uşaq poeziyası elmi-nəzəri aspektdən araşdırılır, şairin poetik yaradıcılığının ideya-estetik xüsusiyyətləri, bədii ifadə vasitələri və sənətkarlıq prinsipləri təhlil olunur. Tədqiqatda uşaqların yaş və psixoloji xüsusiyyətlərinin poetik mətnlərdə əksi, obrazlar sistemi, dil və üslub, ritm, qafiyə, kompozisiya və poetik dinamika kimi məsələlərə geniş yer verilir.
Kitabda, həmçinin, XXI əsr Azərbaycan uşaq ədəbiyyatının inkişaf xüsusiyyətləri və bu ədəbi mühitdə Zaur Ustacın yaradıcılığının yeri araşdırılır. Müəllif şairin əsərlərini milli kimlik, vətənpərvərlik, ana dilinə bağlılıq, ailə dəyərləri, humanizm və əmək tərbiyəsi kontekstində təhlil edir.
Tədqiqatda Zaur Ustacın uşaq şeirlərində folklor ənənələrindən yaradıcı bəhrələnmə, obrazlı və anlaşıqlı dil, ahəngdarlıq və uşaqların dünyasına uyğun poetik ifadə imkanları xüsusi diqqət mərkəzində saxlanılır. Şairin yaradıcılığı konkret poetik nümunələr əsasında araşdırılır, onun uşaq poeziyasının pedaqoji və estetik xüsusiyyətləri nəzərdən keçirilir.
Monoqrafiyada “Ağıllı Gülər”, “Tuncay” və digər şeirlər təhlilə cəlb olunur. Zaur Ustacın “Gülünün şeirləri”, “Güllünün şeirləri”, “Gülüzənin şeirləri” və “A1” kimi kitablarına da istinad edilir. Müəllif uşaq poeziyasının uşaqların dil bacarıqlarının, obrazlı təfəkkürünün, estetik zövqünün və mənəvi dünyasının formalaşmasındakı rolunu elmi mülahizələrlə əsaslandırmağa çalışır.
Nəşrdə Azərbaycan uşaq ədəbiyyatının tarixi inkişaf yolu da diqqətdən kənarda qalmır. Xalq yaradıcılığı nümunələri, klassik və müasir Azərbaycan ədəbiyyatının nümayəndələrinin yaradıcılığı ilə müqayisələr aparılır, uşaq poeziyasının nəzəri və metodoloji məsələləri nəzərdən keçirilir.
Kitabın elmi və praktik əhəmiyyəti onun yalnız ədəbiyyatşünaslar üçün deyil, pedaqoqlar, müəllimlər, magistrantlar, doktorantlar və uşaq ədəbiyyatı ilə maraqlanan geniş oxucu auditoriyası üçün də nəzərdə tutulması ilə səciyyələnir.
Nəşr Azərbaycan uşaq ədəbiyyatının müasir inkişaf meyillərinin, uşaq poeziyasının bədii-estetik imkanlarının və Zaur Ustacın yaradıcılıq xüsusiyyətlərinin öyrənilməsi baxımından diqqət çəkir.
Ayətxan Ziyadın bu monoqrafiyası Zaur Ustacın uşaq poeziyasına həsr olunmuş sistemli elmi araşdırma kimi Azərbaycan ədəbiyyatşünaslığına təqdim edilir.
Yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın (İsgəndərov) çağdaş Azərbaycan uşaq ədəbiyyatı yaradıcıları; Zahid Xəlil, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu və Zaur Ustac yaradıcılığı haqqında müqayisəli şəkildə təqdim etdiyi “Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud uşaq dünyası Zaur Ustacın gözü ilə” adlı kitabı Bakı şəhərində 28 May metrosunun yaxınlığında yerləşən “Kitabevimaz” kitab evindən ibtidai sinif müəllimi, uşaq bağçası müəllimləri, pedaqoji təhsil alan tələbələr, məktəbəqədər hazırlıqla məşğul olan şəxslər və ümumiyyətlə uşaq ədəbiyyatı ilə maraqlanan hər bir şəxs 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar başlanmış aksıya – xeyriyyə tədbiri çərçivəsində olduqca simvolik bir qiymətə əldə edə bilərlər:
https://kitabevim.az/az/ecommerce/roman-badii-adabiyyat/26312/zaur-ustacin-usaq-poeziyasinda-badii-sanatkarliq-sistemi-usaq-dunyasi-zaur-ustacin-gozu-ila

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf
  6. Sədulla Şirinov – “Kimdir xoşbəxt?” pdf
  7. Sədulla Şirinov – “Şəhid atası” kitabı – pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I