Etiket arxivi: Faiq Balabəyli

Faiq Balabəyli – SƏNİ GÖRƏNDƏ

SƏNİ GÖRƏNDƏ

Qaya ovulardı, daş əriyərdi
Bulud üzülərdi göyün üzündən.
Dənizin tozunu külək silərdi
Xəfifcə əsərək suyun üzündən,
səni görəndə.

Üzünü üzümə söykərdin onda,
Boynuma sarılan qol görünərdi.
Məni xoş günlərə apara bilən,
Gözümə işıqlı yol görünərdi,
səni görəndə.

Bütün bu şəhəri – sən varsan deyə
Sıxardım, yığardım bağrıma qədər.
Elə sevinərdim, elə sevərdim
Bütün əzabları – ağrıma qədər
səni görəndə.

Müəllif: Faiq Balabəyli

Faiq Balabəylinin yaziıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina Rəşid – SƏN BİR DƏNİZÇİ…

Əziz dostumuz, qardaşımız şair, publisist Faiq Balabəyli haqqında kitab hazırlanır. Tez-tez buradan da onun haqqında yazılan yazıları oxuyuruq. Mən də həmişə işığını hiss etdiyim və “qardaşım” dediyim şair dostuma bu kiçik şeiri hədiyyə elədim…

SƏN BİR DƏNİZÇİ…

(Faiq Balabəyli üçün)

Sən bir dənizçi,
səni yosunlar da, balıqlar da,
sahillər də, qumlar da sevər…

Sən bir dənizçi –
adamlar arasında da,
qəvvas kimi görünərsən,
adamları ayırmazsan, seçməzsən-
hamıya yaxşılıq edərsən…
amma səni işıqlı ürəklər, könüllər
çəkər özünə
adamlara dost, qardaş olarsan…

Sən intihar etmək istəyən birinin,
heç tanımadığın bir zavallının
boynundan ipi qoparıb
onu bağrına basan adam,
sən bir dəniz qəlbli şair,
sən bir dənizçi…

12 sentyabr, 2024

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru