Etiket arxivi: FOTO

ZAUR USTAC – DOQQUZU ON BEŞ KEÇİR…

Zaur USTAC, şair-publisist.

DOQQUZU ON BEŞ KEÇİR…
(Mayakovskidən danışan Xanıma)
Danışdıq, gələcəksən…
Sən dedin: – “Çalışaram…”
Mən dedim: – “Gözləyəcəm…”
Səkkizi on beş keçir…
Kipriklərim asılıb, saniyə əqrəbindən
Baxışlar mədət umur, saatın məhvərindən…
Zamanın kəfkirində yellənir neçə xəyal…
Doqquzun yarısı oldu…
İstəyirəm, diksinim qəfil qapı zəngindən
Ta ki, yaxam qurtarsın bu zamanın əngindən…
Çık-çık saat səsində ələnir neçə istək…
Daha doqquz olubdur…
Eşikdə şər qarışıb…
Fikirlər də dolaşıb…
Çöl işığı yandırım, yolun işıqlı olsun…
Doqquzu on beş keçir…
Danışdıq gələcəksən…
Sən dedin: – “Çalışaram…”
Mən dedim: – “Gözləyəcəm…”
Yəqin ki, çalışırsan…
Mən də ki, gözləyirəm…
Kipriklərim dolaşıb, əqrəbi izləməkdən,
Baxışlarım əzilib, zamanı “bizləməkdən…”
Onun da yarısı oldu…
Zaman sürəsi doldu…
Bundan sonra hər bir an, artıq, zamana yükdü…
Durum, eşiyə baxım…
İşıq sönməyib, barı…
Birdən qəfil gələrsən, gözün görməz kandarı…
On oldu, torba doldu…
On birdir, – gözləyirəm…
Çalışırsanmı, sən də…
On iki, bir, iki, üç…
Əlim gəlmir, söndürüm, bayırdakı işığı…
Dilimdə bitən budu: – “Xoş gəldin içəri keç…”
Dörd yoldaş sirdaş olub,
Belə qovuşduq sübhə…
Daha gələ bilməzsən,
Buna qalmadı şübhə…
İndi saat doqquzdur, hətta onu beş keçir…
Qulaq qapı zəngində, göz ilişib əqrəbə…
Dünya şən, zaman məzə…
Təkcə bizik qəribə…
Doqquzu on beş keçir…
Yəqin, indi yoldasan, işə tələsən vaxtdır…
Çalışırsan çatasan gecikmədən işinə…
Mən də durum, söndürüm, qoy bayırın işığın…
Çalar saatla oyaq, alım gözün acısın…
Zaman kimə istəyir qoy dişini qıcasın…
Artıq onun yarısıdır…
Əlim qopmur qələmdən…
İstəyirəm biləsən, bunlar hamısı deyil…
Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm…
Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm…
31.07.2017. Bakı.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİL CƏFAKEŞ – A SEVGİLİM…

Adil CƏFAKEŞ – şair, aşıq, saz müəllimi, sazbənd.

TAC YERİNƏ HÖRDÜYÜM
Ay başımda çələng kimi bəzəyib
Sevdasını tac yerinə hördüyüm.
Kərpic – kərpic təcrübəli bənnatək,
Savabını suç yerinə hördüyüm.
* * *
Noolar, yazma son cümləni vidatək,
Sonda məni işarələ nidatək.
Ay sevgisin ən ləzzətli qidatək,
Ürəyimin ac yerinə hördüyüm.
* * *
Cəfakeşəm, bildirmirəm ismini,
Tərifləyib, məxfi yazdım vəsfini.
Ay mənalı baxışının rəsmini,
Gözlərimin künc yerinə hördüyüm.
Müəllif: Adil CƏFAKEŞ



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURBAN BAYRAMOV HAQQINDA

Qurban BAYRAMOV – professor, ədəbiyyatşünas-tənqidçi.

QURBAN BAYRAMOV HAQQINDA

QISA ARAYIŞ: Qurban BAYRAMOV Bayramov Qurban Fərman oğlu — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.

Həyatı
Qurban Bayramov 1946-cı il mayın 30-da Azərbaycanın Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N.Tusi adına ADPU-nin filologiya fakültəsini (1963-1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967-1971). Hərbi xidmətdə olmuş (1967-1968), aspirantura təhsili almışdır (1970-1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işci olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir.

1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” elmi-nəzəri, “Yaralı Vətənin yaralı övladları” bədii-publisist kitabları var. Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” təkin maraqlı tədqiqat işləri vardır.

Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, “Azərbaycan poeziyası”na həsr etdiyi ədəbi icmalları maraq doğurmuşdur.

Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü(2011)olmuşdur.

Azərbaycan MEA-nın Rəyasət Heətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına(2016, 2019), “Tanınmış Vurğunşünas alim”(2011), “Fədakar alim”(2011), “Elm fədaisi”(2012) fəxri diplomlarına, “Səməd Vurğun mükafatı”na(2011), “Avropa Nəşr Mətbu Evi”nin “Qızıl medal”ına (2011), AMEA-nın Azad Həmkarlar İttifaqının “Fəxri fərmanı”na (2016),Beynəlxalq statuslu “Vintsas” Mükafatı diplomuna (2020) layiq görülmüşdür.

Əsərləri

  • Vurğun poeziyası, B., Elm, 1976, 78 səh., 1.000 nüs.
  • Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi.), B., Elm, 1986, 140 səh., 1.200 nüs.
  • Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv), B., Elm, 1988, 388 səh., 1.800 nüs.
  • Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq, (Jalə Qurbanqızı ilə birgə) B.,BDU-nun nəşriyyatı, 2001, 138 səh., 500 nüs.
  • Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya), B., “MBM”, 2009, 104 səh., 500 nüs.
  • Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü (monumental monoqrafiya), B., “Nurlan”, 2009, 560 səh., 500 nüs.” və s.
  • Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə (Jalə Qurbanqızı ilə birlikdə), Bakı, “Yazıçı”, 2014, – 272 səh.
  • Xalq şairi Nəriman Həsənzadə (akademik İsa Həbibbəyli ilə birlikdə). – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.529-560. – 800 s.
  • Şeirlərindən görünən şair – Musa Yaqub. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.623-638. – 800 s.
  • Hidayətin poeportretindən cizgilər. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.29-48. – 1088 s.
  • Çağdaş poeziya – ədəbi istiqamətlər, mövzu aktuallığı, sənətkarlıq məsələləri. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.548-563. – 1088 s.
  • Sonsuzluğun ahəngini yazan şair – Əhməd Qəşəmoğlu. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.714-724. – 1088 s.
  • Yaşar Qarayev: Azərbaycan istiqlalı – yaxın və uzaq tarixlər… (Jalə Qurbanqızı ilə birlikdə), – kollektiv, Bakı, “Sabah” nəş., 2016, s.162-186. – 404 s.

Məqalələri

(Qeyd:Burada verilən məqalələr tam siyahı deyil seçmədir.)

  1. Aşıq gördüyün çağırar.(Qasım Qasımzadənin eyni adlı əsəri barədə), 1970. Məqalə ilk dəfə Şahməmmədin “Şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti” monoqrafiyasında çap edilibdir, Bakı,”MBM” nəş.,2011, s.137-144. – 428 s.
  2. Ədəbi düşüncələr (Bəkir Nəbiyevin eyni adlı əsəri barədə), “Azərbaycan gəncləri” qəz.31.IX.1971.
  3. Səməd Vurğun poeziyasının novator xüsusiyyətləri.AEA,Nizami ad.Ədəbiyyat İnstitunun Elmi konfrasının materialları, 1973, s.19.
  4. Yaradıcılıq əlaqələri möhkəmlənərsə. “Ədəbiyyat və incəsənət” qəz.,19.V.1973.
  5. Səməd Vurğun poeziyasında emosionallıq və rasionallıq.Azərb. EA-nın “Xəbərləri” (Ədəbiyyat ser.),№ 4,1975.
  6. Şair haqqında ilk söz. (S.Vurğun) “Ədəbiyyat və incəsənət” qəz.,O9.IX. 1975.
  7. Алега Кюрчайлы, Нариман Гасанзаде, Hakime Bulluri.(портрет очерки, КЛЕ,№9, Москва, 1978.
    8.Təbiiliyin poetik dərki (Cabir Novruzun yaradıcılığı), “Bakı-axşam” qəz.,13.01.1979.
  8. “Yazmaq yaxşıdır, amma…” (Ədəbiyyat-son poçta), “Bakı”-axşam qəz.,04.05.1979.
  9. Şəxsiyyət və yaradıcılıq.(Kamal Talıbzadə), “Ədəbiyyat və incəsənət” qəz.,20.04.1979.
    11.Лирический герой в поэзии Самеда Вургуна. Автореферат. Баку,Елм, 1979, 21 с.
    12.Mənəvi saflığın bədii təcəssümü. (Elçin Əfəndiyev).),”Bakı” qəz., 19.02.1979.
    13.Arazın nəğmələri (Naxçıvan şairlərinin yaradıcılığı). “Azərbaycan gəncləri” qəz.,13.12.1979.
    14.Gerçəklik poeziyası (Qasım Qasımzadə), “Azərbaycan gəncləri” qəz., 15.05.1980.
  10. Söz – abidə (Adil Babayev), “Ədəbiyyat və incəsənət” qəz., 25.07.1980.
    16.Ədəbiyyatımızın böyük dostu (Nikolay Tixonov), “Ədəbiyyat və incəsənət” qəz., 14.11.1979.
    17.Hamı elə bilirdi (Seyran Səxavəti nəsri), “Kommunist” qəz., 10.03.1981.
  11. Выдающейся поэт современности. (Самед Вургун -75), Газ. “Баку”, 20.03.1981.
    19.Yazıçı şəxsiyyətilə bədii obrazın qovuşuğu.(Əli Vəliyevin yaradıcılığı),”Ulduz” jurn.,say:4;, 1981.
    20.Tənqidçi xarakteri. (Qulu Xəlilov), “Ədəbiyyat və incəsənət” qəz., 21.05.1982.
    21.Ədəbiyyata tükənməz məhəbbətlə.(Kamal Talıbzadə). “Bakı” axşam qəz.,30.09.1983.
    22.Ədəbi irs və ədəbiyyat (Qulu Xəlilov). “Kitablar aləmi” jur. № 03, 1984.
    23.Bir ürəyin söhbəti (İbrahim Göyçaylı),”Ədəbiyyat və incəsənət” qəz.,20.09.1985.
    24.Ədəbi tənqidimizin bu günü və gələcəyi.”Azərbaycan gəncləri” qəz., 06.06.1985.
  12. Əxlaqi münasibətlərin bədii təqiqi(Əzizə Əhmədovanən nəsri), “Azərbaycan gəncləri” qəz., 22.06.1985.
    26.История Азербайджанской критический мысли.(Кяамал Талыбзаде),”Баку”, вечер.газ.,23.04.1986.
  13. Görkəmli yazıçı, alim, ictimai xadim. (Akademik, Xalq yazışısı Mirzə İbrahimov), Qasım Qasımzadə ilə birgə, “Elm” qəz., 23.10.1986.
    28.Сегодния перо мае стало штыком (К 80 л. С. Вургуна), газ.”Вышка”, 23.10.1976.
    29.Səməd Vurğun lirikasında müasirlik. Azərb.EA “Xəbərləri” (Ədəbiyyat ser.),№ 4, 1986.
    30.Poema və qəhrəmanın fəal həyat mövqeyi.”Müasir ədəbiyyatın qəhrəmanı” kitabı, kollektiv,Bakı, “Elm”, 1986.
  14. Süleyman Rüstəmin şeirində müharibə mövzusunun şərhi. “Süleyman Rüstəm” kitabı,kollektiv, Bakı, “Elm”, 1986.
    32.Alman xalqının böyük nağılçıları-ön söz.”Dünya ədəbiyyatı kitabxanası” ser.,”Qrimm qardaşları”, Bakı, “Gənclik”, 1987.
    33.Üslubi aydınlıq (Zeynal Xəlil), “Ulduz” jur.,say:05,1987.
    34.Poeziya: tarixilik və müasirlik.”Sosializm realizm müsir mərhələdə” kollektiv, Bakı, Elm,1988.
    35.Səməd Vurğun irsi və müasir nəzəri fikir. Azərb.EA Ədəbiyyat İnst., elmi konf. mater., Bakı, Elm, 1989.
    36.İrəvanda qalmayan xalın nisgili (Hidayətin poeziyası), “Yeni fikir” qəz., 01.11.1990.
    37.Məmməd Araz poeziyasında Vətən və vətəndaşlıq motivi.(Məmməd Araz-60),Azərb.EA Nizami ad. Ədəbiyyat İnstitutu, Ədəbiyyat Muzeyi və Azərb. Yazıçılar İttifaqının birgə elmi sessiyası. Məruzə.22.10.1993.
  15. Milli azadlıq hərəkatı və Əhməd Cavad poeziyası. Gəncə şəhərində, Beynəlxalq səyyar elmi sessiyada məruzə, 20.03. 1993.
    39.Ziyalı mövqeyi. “Doğru yol” qəz., 05.02.1993.
    39a. Yaşayan sətrlər (Əhməd Cəmil), “Ədəbiyyat qəzeti”, 19.09. 1993.
    39b.Maarif sahəsinə yeni baxış tələb olunur…,”Doğru yol” qəz., 02.07. 1993.
    39c.Şamaxının yolları yastıdı…, “Meydan” qəz.,13.07.1994.
    39.ç Həmişə bizimlə (Məmməd Cəfər-75), Azərb. EA Ədəbiyyat inst., elmi sessiyasında məruzə, 17.05.1994.
    40.Ədəbi icmal əvəzi. “İcmal” qəz.,21.11.1995.
    41.Səməd Vurğun lirikası…, “Ədəbiyyat qəzeti”, 09.05.1996.
    42.Satirik şeirin imkanları. “Tək səbr” qəz.,05.09.1997.
  16. XX əsr Göyçə aşıq mühiti. “Respublika” qəz.,27.07.1997.
  17. “Qəzəldir güli-busitani hünər”, Kazım Ağa.”Bir gözəl, 200 qəzəl” kitabı. Redaktoru və ön
    sözün müəl. Qurban Bayramov, Bakı, “Şərq”, 1997, s.5-12.
    45.Qəlbini nar kimi kağıza sıxan şair” (VI-məqalə), “Tək səbr” qəz., 15-08; 10, 22,30-09;10-10-1997; 11-10.1998.
    46.Ədəbiyyat və zaman (IV məqalə), “Vicdanın səsi” qəz.,(say:12-15),1998.
    47.Gənc şairin ilk kitabı və ilk söz.Qələndər Xaçınçaylı.”Qarabağın ağlar gözü” (şeirlər), Tərtibçi, redaktor və ön sözün müəllifi Qurban Bayramov, Bakı, “Şərq-Qərb” nəş., 1998, s.4-12.
    48.Redaktor sözü. Elşin İsgəndərzadə. “Müqəddəs görüş” kitabı,(Ön söz- Məmməd Araz),Bakı, “Gənclik”, 1998, s.98-102.
    49.”Ədəbiyyat generalları” və ya pərqu yastıq sindromu.”Çıraq” jur., 1999,№ 03,s.48-55.
    50.Ədəbi proses-98. Poeziya. AMEA-nın Ədəbiyyat İnstitutu. İlin ədəbi yekunları, Elmi sessiya.Məruzə.1999.
    51.Özgürlüyün olmasaydı özün olmazdın.(Vaqif Arzumanlı haq.) Vəli Həbiboğlu.”Azərbaycanı dünyaya tanıdan alim” kitabında, Bakı, “Qartal”, 2000, s.178-187.
    52.Yazıçılar birliyində nə baş verir? (Açıq məktub).”Təzadlar” qəz.,12-19.10.1999.
    53.Qarabağ ədəbi mühiti. Azərb.Respub. Təhsil Cəmiyyəti.Şuşanın 200 illik yub. həsr olunmuş elmi-prakt. konf. məruzə.(14 mart 2001).Həmin konfrasın “Materialları”, ,Bakı, “Təhsil”,2001, s.14-19.
  18. O, bu gün də bizimlədir.(Yusif Əzimzadə)- AYB-nin plenar iclas. məruzə; “Ədəbiyyat qəzeti”, 23.02.2001.
    55.Tale düyünlərindən keçən şair ömrü (Tale Həmid), “Mədəniyyət qəzeti”, 22.05.2002.
  19. Nəsrimiz – yeni mövzunun yeni bədii həlli. AYB plenar iclasında məruzə. “Ədəbiyyat qəzeti”, 12.07.2002.
  20. Ədəbi prosesin qayğiları polemik müstəvidə. “Sözün işığı” qəz.,04.04.2003.
  21. Ölümündən doğulan şair (Zakir Fəxri). “525-ci qəzet”, 29.04.2003.
  22. Ömrü nağıla dönmüş şair-Əhməd Cəmil (90), “Palitra” qəz., 30.04.2003.
    60.”Ədəbiyyatımızda qara səhifələr var.( I-II məqalələr), “Həftə içi” qəz., 18; 19.03.2003.
  23. “Eol arfası” effekti.(I-II məqalələr),”Həftə içi” qəz., 24;25.03.2003.
  24. Elitar ədəbiyyatın qısqanclığı.(I-III məqalələr),”Həftə içi” qız., 26; 27; 28.03.2003.
  25. Şeiri tənqidə qurban vermişəm (müsahibə), “Sözün işığı” qəz., 10-17.05.2003.
    64.”Qan içində xarı bülbül”, “Vətəndaş həmrəyliyi” qəz., 04-10. 05. 2003.
  26. İstedadlı ədəbiyyat özü hər şeyi yerbəyer edir. “Vətəndaş həmrəyliyi” qəz., 11-17ş 05.2003.
  27. Qəlbimizə açılan pəncərə-Qarabağ yanğısı (Yusif Kərimovun yaradıcılığı), AYB-nin plenar iclasında məruzə, “Ədəbiyyat qəzeti”, 15.08. 2003.
    67.Şuşa elm və mədəniyyət mərkəzi kimi… “Qarabağ dünən, bu gün və sabah” II Ümumrespublika elmi-əməli konf. mater.,Bakı, “Şuşa” nəş., 2003, s.140-147.
  28. Qarabağ ədəbi mühiti – uzaq tarixi keçmişimizdən bu günümüzədək. Şuşa şəhərinin ermənilər tərəfindən işğalına həsr edilmiş II Ümumrespublika elmi-praktik konfransının materialları,Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı, 2003,s.30-37.
    69.Ədəbiyyat tarixi də Şumerdən başlayır. “Yeni Azərbaycan” qəz.,19.06.2004.
    70.Şair ömrünün sirləri (Nazim Əhməd), “525-ci qəzet, 27.09.2004.
    71.Ədəbi proses- ilin yekunları. 2004-cü ilin poeziyası. “Ədəbiyyat qəzeti”, 08.04.2005.
    72.Müasir poeziya haqqında düşüncələr. (I-II məqalə),”Vətəndaş həmrəyliyi” qəz., 18-22; 22-25. 05.2005.
    73.Kövrək hisslər şairi- Hidayət. “Zəngəzurda doğuldum” kitabında, Bakı, 2005, s.50-61.
    74.Aydınların aydınlığı(Hüseyn Kürdoğlu). “Bir şeir kitabıydım” məqalələr toplusu, Bakı, “Sabah” nəş.,2005, s.92-99.
    75.Poetik hissin palitrası (Nəriman Həsənzadə). “Ədəbiyyat qəzeti”, 17.02.2006.
    76.Müasir nəsrin imkanları və yaxın tarixi keçmiş. (I-IV məqalə),”Kredo” qəz., 25.03; 01, 08,15.2006.
  29. Çağdaş poeziya – ədəbi istiqamətlər və sənətkarlıq məsələləri (2005-ci il poeziya materialları əsasında), “525-ci qəzet”, 02.05.2006; “Ulduz” jurn.,2006, say.04,s.5-18.
    78.Poeziyanın bu günü və perspektivləri.(I-III məqalə), “Açıq söz” qəz., 15.04; 06,12.05.2006.
    79.Müasir poeziya – illər və nəsillər. (I-VI məqalə), “Kredo” qəz.,10,17,24-06;01,08,15-07-2006.
    80.Искусство слова.”Литературный Азербайджан”журн.№8, 2006, ст.98-100.
    81.Штрихи к портрету писателя и публициста Али Илдырымоглу. В кн. Али Илдырымоглу “Возрождение” (роман), предсловя, Баку,”Нурлан”, 2006, ст.3-28.
    82.İbrahim Göyçaylının ədəbi portretindən cizgilər.(I-III məqalə), “Kredo” qəz.,29.07;08,12.08.2006.
    84.Poeziyanın kredosu, “Kredo”nun poeziyası (2006-cı il poeziyası haqqında düşüncələr).AYB-də poeziya müşavirəsində məruzə. “Kredo” qəz.,30.06.2007, s.2-3,5.
    86.Ömrün zirvəsindən baxanda…(Cəmil Əlibəyov-80), “Ədəbiyyat qəzeti”, 30.11.2007.
    87.Seçmələrin seçməsi, poyezyanın çeşməsi, yaxud Hidayətin poeportretindən cizgilər. (I-VI məqalə), “Kredo” qəz.23.02; 01,08,15,20.03;05.04.2008.
    88.Yazıçı ömrünün çəhlimləri (Yusif Həsənbəy-70).(I-II məqalə), “Kredo” qəz., 24, 31.05.2008.
    89.Sahilsiz istedadın imkanları (Elçin-65)-ədəbi məktub, “Kredo” qəz., 31.05.2008.
  30. İçində sufi ruhu gəzdirən şair (Zakir Fəxri-60).”525-ci qəzet”, 25.10.2008.
    91.Arta juvantulu.Joteva amanunte despre portretue seriitorului Ali ildaraoqlu.(rumın dilində ön söz.),Ali İldaramoqlu.Rasplata(roman), İDEEA EUROPEANA,Budapeşt, 2008.s.5-23.- 455 s.
    92.Ənənəvi üslubun müasirlik ladı (Ön söz). Şöhlət Əfşar.Dodaqdan könüllərə(şeirlər), Bakı, “Nurlan”, s.3-28.- 236 s.
  31. “Karvan yolu”nun fatehi” (Bayram Bayramov – 90), “Ədəbiyyat qəzeti”, 16.01. 2009, № 02(3649), s.1-2-3.
  32. “Uca sözə doğru gedən yol”, “Ədəbiyyat qəzeti”, 20.02.2009, № 7(3654), s.3,8.
  33. “Həmişə bizimlə” (Məmməd Cəfər – 100), “Kredo” qəzeti, 03-10. 10. 2009, № 37-38(556-567), s.17.
  34. “Ədəbiyyatın təəssübkeşi, həqiqi dostu və xeyirxah məsləhətçisi” (Mehdi Hüseyn – 100), “Kredo” qəzeti, 17.10. 2009, № 39(558),s.3.5.
    97.“Müasirliyin epik-lirik dərkində mənsur şeirin imkanları”, “İslam Ağayevin elmi və bədii yaradıcılığı” kitabı: (tərtibçi Fərhad İslamoğlu, red., Qurban Bayramov), Bakı-2009, “Qarabağ” nəş., s.298-310.
  35. “Tale çiçəkləri”, “İslam Ağayevin elmi və bədii yaradıcılığı” kitabı: (tərtibçi Fərhad İslamoğlu, red., Qurban Bayramov), Bakı, 2009, “Qarabağ” nəş., s.271-273.
  36. “Zəngəzur dağlarından car olan poeziya çeşməsi” (Hidayət – 65), “Ədəbi İrəvan” (almanax), Bakı-2009, “Nurlan”, s.377-410.
  37. “Ana südü, dağ çiçəyi” və ya sözlə ucaldılan ana abidəsi”. Nailə Bayramqızı. “Anamla söhbət” kitabı, Mingəçevir-2009, “MMC” nəş., s.3-9.
    101.“Ölməzliyə qovuşan şair ömrü…”, I məqalə, “Qarabağa aparan yollar” qəzeti, 20.01.2010, № 01(103), s.5.; “Ölməzliyə qovuşan şair ömrü…”, II məqalə, “Qarabağa aparan yollar” qəzeti, 30.01.2010, № 02(104), s.5.;“Ölməzliyə qovuşan şair ömrü…”, III məqalə, “Qarabağa aparan yollar” qəzeti, 11.02.2010, № 03(105), s.5.; “Ölməzliyə qovuşan şair ömrü…”, IV məqalə, “Qarabağa aparan yollar” qəzeti, 26.02.2010, № 04(106), s.5. (Əhməd Elbrus haq.)
    102.“Şeyxülislam – ömrün salnaməsi: sözdə və şəkillərdə”, “Kredo” qəzeti, 09.09.2010,№32 (597), s.3-4-5. ( 1-məqalə); “Ömrün salnaməsi – sözdə və şəkillərdə” – (“Şeyxülislam – alın yazısı: kitab-albom, Bakı, 2009, – 296 səh., 156 şəkil), “Zamanın nəbzi” qəzeti, 15.09. 2010, № 01(027), s. 4-5. (2-məqalə).
    103.“Əhməd Elbrus haqqında xatirələrim”, “Əhməd Elbrus dünyası” kitabı, Bakı, “Gənclik”, 2010, s.53-76.
    104.İlin ədəbi yekunları (2010-cu ilin poeziyası), “Ədəbiyyat qəzeti”, 22.04. 2011, №14(3765), s.3.
    105.“Müasir poeziya haqqında düşüncələr – Poeziyamızın bu günü…”, I məqalə, “Həftə içi” qəzeti, 29.04.2011, №075(2211), s.7.; “Müasir poeziya haqqında düşüncələr– Sənət həyatın güzgüsüdürmü?…”, II məqalə, “Həftə içi” qəzeti, 02.05.2011, №076(2212), s.10-11.; “Müasir poeziya haqqında düşüncələr – Epik poeziyanın imkanları.”, III məqalə, “Həftə içi” qəzeti, 04.05.2011, №077(2213), s.7.
    106.“Hər şair ömrü bir taledir…”, “Həftə içi” qəzeti, 28-31.05.2011, № 095(2228), s.13-14.
    107.“Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), I yazı, “Kredo” qəzeti, 07.05. 2011, № 17(637), s.6; “Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), II yazı, “Kredo” qəzeti, 14.05. 2011, № 18(638), s.3.; “Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), III yazı, “Kredo” qəzeti, 21.05. 2011, № 19(639), s.3. ; “Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), IV yazı, “Kredo” qəzeti, 28.05. 2011, № 20(640), s.3.; “Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), V yazı, “Kredo” qəzeti, 04.06. 2011, № 21(641), s.3.; “Müasir poeziyanın imkanları və imkansızlığı” (2010-cu ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədəki məruzənin tam mətni), VI yazı, “Kredo” qəzeti, 11.06. 2011, № 22(642), s.3.
    108.“Şair Əli Rza Xələflinin poepoetik obrazından cizgilər…”, “Kredo” qəzeti, 19.01.2011, № 40,(660), s. 4, 6.
    109.“Qorqudşünaslıq: Şakir Qabıssanlı – təzə tədqiqat üsulu…”. Şakir Qabıssanlının “Dədə Qorqud və Qabıssan” kitabı. Ön söz., Bakı, “Təkamül”, 2011, s. 10-28.
    110.”Şair ömrü şeirdə, şeir ömrü şairdə”, “Bütöv Azərbaycan” qəz.,№ 25(157), 25-31 iyul 2012, s.7.
  38. “Dilə sevgi xalqa xidmətdir”, ( Qəzənfər Kazımov – 75), “Ədəbiyyat qəzeti”, 02.03.2012,№8,(4811), s.5.
  39. “Çağdaş mətbuatımızda Qarabağ mövzusu.”, “525-ci qəzet”, 12.04.2012, №061(3617), s.6.
    113.“Azərbaycan türk dili tarixinə sevgi örnəyi”, I məqalə, “Kredo” qəzeti, 14.04. 2012, № 15(680), s.3.; “Azərbaycan türk dili tarixinə sevgi örnəyi”, II məqalə, “Kredo” qəzeti, 21.04. 2012, № 16(681), s.3.
    114.“Qarabağ – Şuşa ədəbi-mədəni mühiti” (AMEA Nizami adına Ədbiyyat İnstitutunun elmi müşavirəsində məruzənin tam mətni), I məqalə, “Bütöv Azərbaycan” qəzeti, 23-29.05. 2012, say: 17(149), s.6.; “Qarabağ – Şuşa ədəbi-mədəni mühiti” (AMEA Nizami adına Ədbiyyat İnstitutunun elmi müşavirəsində məruzənin tam mətni), II məqalə, “Bütöv Azərbaycan” qəzeti, 30-05.06. 2012, say: 18(150), s.4.; “Qarabağ – Şuşa ədəbi-mədəni mühiti” (AMEA Nizami adına Ədbiyyat İnstitutunun elmi müşavirəsində məruzənin tam mətni), III məqalə, “Bütöv Azərbaycan” qəzeti, 06-12.06. 2012, say: 19(151), s.6.
    115.“Məhəmməd Hadi və mətbuat” (İslam Qəribli), “Türk dünyası” qəzeti, say: 01(149), s.5.
    116.“Dünyamızın qara daşlarını göyərdən şair” (Musa Yaqub-75), “Ədəbiyyat qəzeti”, 26.05.2012, say: 19(4822), s.3.
    117.“Mələklər də günahkar olmur, yaxud, dan üzünün sevgisinə bələnmiş şeirlər”, İslam Qəribli. “Gecikmiş görüş” (şeirlər) kitabı, Bakı, “Elmvə təhsil” nəş., 2012, s.3-36. ; “…Dan üzünün sevgisinə bələnmiş şeirlər”, “Kredo” qəzeti, 28.07.2012, say: 29(694), s.5-6-7.
    118.“Şair ömrü şeirdə, şeir ömrü şairdə” (Şahməmməd-65), “Bütöv Azərbaycan” qəzeti, 21-31. 07.2012, say: 25(157), s.6-7.
  40. “Poetik obrazdan cizgilər – Əli Rza Xələfli”, “Ulduz” jurnalı, 2012, say: 06, s.35-46.
    120.“Məslək silahımsan sən poeziya” (Xəlil Rza Ulutürk-80) – Azərbaycan Respublikası Mədəniyyət və Turizmi nazirliyinin elmi-nəzəri konfransındakı məruzənin tam mətni; “Ədəbiyyat qəzeti”, 12.10.2012, say: 38(4841), s.6.
    121.“Milli müstəqilliyimizin mübariz şairi – Xəlil Rza Ulutürk”, “Bütöv Azərbaycan” qəzeti,24-31.10.2012, say: 37(169), s.10, 14.
    122.“Türk dünyasının türkçü şairi – Xəlil Rza Ulutürk”, oktyabr, 2012, “Kərkük” qəzetəsi, İraq.
    123.“Türk dünyasının türkçü şairi – Xəlil Rza Ulutürk”, noyabr, 2012, “Türkün səsi” dərgisi, Qüzey Kıprız Cümhuriyyəti, Kıpır.
    124.“Söz sənəti” (Əli İldırımoğu – 85), “Ədəbiyyat qəzeti”,16.12.2012, say: 42(4845),s.4.
    125.“Kərkük məcnunu” (Qəzənfər Paşayev – 75), “Kredo” qəzeti, 08.12.2012, say:44(709),s.5.
    126.“Kərkük sevdalı alim – Qəzənfər Paşayev”, “Kərkük qəzetəsi”,İraq, dekabr, 2012.
    127.“Qəzənfər Paşayev fenomeni ədəbi mühitin gözündə və sözündə”, “Bütöv Azərbaycan” qəzeti, 28-11, 04.12.2012, say:41(173), s.9.
    128.“Ədəbi mühitin gözündə və sözündə”(Qəzənfər Paşayev) “Ədəbiyyat qəzeti”, 23.11.2012, say: 43(4846), s.6.
    129.“Məhsuldar yaradıcı ömrü” (Yusif Həsənbəy-80), “Ədbiyyat qəzeti”, 21.12.2012, say: 47(4850), s.7.
    130.“Şair ömrü, söz ömrü” (Şahməmməd-65), “Şahməmməd- kitabında, Bakı, “MBM” nəş., 2012, s..104-121.
    131.Dünyamızın qara daşlarını göyərdən şair [Text] : Musa Yaqub – 75 / Q. ”’Bayramov”’ // Ədəbiyyat qəzeti. – 2012. – 26 may. – № 19. – S. 3
    132.Rəsmi təşkilatlara “Açıq məktub” (yazıçı Aqil Abbas və şair Ənvər Əhməd haq.), “Bütöv Azərbaycan” qəzeti,№14(146),25-30 aprel 2012,s.2.; “Modern.az.”, “Kult.az.”.
    133.“Vətəndaş alim”, Qəzənfər Paşayev. “Biblioqrafiya” kitabında, Bakı, “Təhsil”, 2013, s.99.
    134.“Tanıdığımız və tanımadığımız Məsiağa Məhəmmədi”, “525-ci qəzet”, 01.05.2013, say: 076(3852), s.7.
    135.“Tanıdığımız və ya tanımadığımız şərqşünas Məsiağa Məhəmmədi və ya Atlant əfsanəsi”, “Bütöv Azərbaycan” qəzeti, 01-07.05.2013, say:15(191), s.6,14; “Tanıdığımız və tanımadığımız şərqşünas Məsiağa Məhəmmədi”, “Məsiağa Məhəmmədi – 50” kitabı, Bakı, “Bakı Çap Evi” nəş., 2013, s.18-32.
  41. “Sahilsiz istedadın imkanları” (Azərbaycanın xalq yazıçısı Elçinə ədəbi məktub), “Kredo” qəzeti, 11.05.2013, say: 19(729), s.4.
    137.“Ədəbiyyatımızın xan çinarı” (Elçin – 70), “Bütöv Azərbaycan” qəzeti, 15-20.05.2013, say. 16(192), s.9; həmçinin “Modern.az” və “Kult.az” saytlarında yayımlanıb.
    138.“Vətən daşını vətəndaşa çevirən Məmməd Araz”, I məqalə, “Bütöv Azərbaycan” qəzeti, 25-30.09.2013, say.31(209), s.6.; “Vətən daşını vətəndaşa çevirən Məmməd Araz”, II məqalə, “Bütöv Azərbaycan” qəzeti, 02-08.10.2013, say.32 (210), s.10.; “Vətən daşını vətəndaşa çevirən Məmməd Araz”, III məqalə, “Bütöv Azərbaycan” qəzeti, 16-22.10.2013, say.33(211), s.9.
  42. “Türkün milli mücadilə şairi – Məmməd Araz”, “Türkümcə” dərgisi, noyabr, 2013, Kosova.
    140.“Söz içində söz”ə əlavə, yaxud, müəllif obrazının görünən tərəfləri…”, “Kredo” qəzeti, 12.10.2013, say: 39(749), s..8.
  43. “Onun bir şeir dünyası da var…” (AMEA-nın müxbir üzvü Teymur Kərimli – 60), “Bütöv Azərbaycan” qəzeti, 06-12.11.2013, say:35(213), s.6, 11,12; həmçinin “Modern.az”, “Kult.az” sayıtlarında yayımlanıb.
    142.“Toponimşünaslıq elminə yeni baxış”, Şakir Qabıssanlı. “Toponimlərin açılmayan sirləri” kitabı, Bakı, “Təkamül”, 2013, s.14-29.
    143.“Qubada, Qaraçay sahilində Nazif alleyası” (xatirə), “Unudulmaz Nazif Qəhrəmanlı” (tərtibçi V.Arzumanlı) kitabı, Bakı, “Qartal” nəşriyyatı, 2013, s.221-229.)
    144.“Mələklər də günahkar olmur, yaxud, dan üzünün sevgisinə bələnmiş şeirlər”, İslam Qəribli. “Gecikmiş görüş” (şeirlər) kitabı, Tehran (İran İslam Respublikası), 2013, s. 3-53.
    155.“Bir ananın söz çələngi”, Hacıxanım Səmayyə. “Ana duası” (mənzumələr) kitabı, Bakı, “Oğuz eli” nəş., 2013, s.3-5.
    156.“Poeziyanın kredosu…”, “Əlirza Xələfli – 60” (Ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr) kitabı, 3 cilddə, I cild, Bakı, “Vətən” nəş., 2013, səh.160-163. – 430 səh.
    157.“Azərbaycanın xalq yazıçısı Elçinə təbrik məktubu və ya sahilsiz istedadın imkanları”, “Tənqid.net” dərgisi (heoakademik nəşr), Bakı, 2013,say: 10, səh.289-293. – 455 səh.
    158.”Elmin və şeirin övladı – Hamlet İsaxanlı…”-Modern.az/articles/40454/1/19 июня 2013 г.
    159.”Vətən daşını vətəndaşa çevirən Məmməd Araz”,[“Bütöv Azərbaycan” qəzeti] №31(209), 25-30 sentyabr 2013-cü il, s.6.
  44. “Tanınmış mənbəşünas, mətnşünas alim (Asif Rüstəmli – 60), “Kredo” qəzeti, 15.02.2014, say:06(761), s.3; həmçinin “Modern.az” və “Kult.az” saytlarında yayımlanıb.
  45. “Cabbarlısevərlərin sevimli tədqiqatçısı – Asif Rüstəmli və yaxud, elm fədaisi”, “Kaspi” qəzeti, 19.25.2014, say: 27(3121), s.14.
  46. “Qarabağdan Xızı dağlarına açılan qollar”(Asif Rüstəmli-60.) “Bütöv Azərbaycan” qəzeti, 19-25.02. 2014, s.9.
  47. “Çırpdım söz qanadımı” Yusif Nəğməkar üçün və yaxud, poeziyanın söz ətri”, “525-ci qəzet”, 17.04.2014, say: 065(4082), s.8.; “Çırpdım söz qanadımı” Yusif Nəğməkar üçün və yaxud, poeziyanın söz ətri” (Yusif Nəğməkarın poeportreti), “Kredo” qəzeti, 26.04.2014, say: 17(772), səh. 3, 7, 9.
  48. “Qəzənfər Paşayev fenomeni poeziyada” (ön söz), Vaqif İsaqoğlu. “Mənalı ömrün dastanı” (poema), məsləhətçi və ön sözün müəllifi Q.Bayramov, Bakı, “MBM” nəşriyatı, 2014, s.3-13.; “Kredo” qəzeti, say: 19 (774), 10.05.2014, səh. 6-7-8.
  49. “Erməni məsələsi” ədəbi-bədii müstəvidə” (Azərbaycan və Türkiyə Yazıçılar Birliklərinin, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Müasir Azərbaycan ədəbiyyatında erməni məsələsi” mövzusunda keçirilən Beynəlxalq Konfransda məruzə – 24-26.04.2014.) – “Kredo” qəzeti, 03.05.2014, say:18(773), səh.2, 4, 6.
  50. “Bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot – “Erməni məsələsi” ədəbi-bədii müstəvidə”. ( I məqalə) – “Ədalət” qəzeti, say.77(4345), 06.05.2014, səh.5.; “Bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot – “Erməni məsələsi” ədəbi-bədii müstəvidə”. ( II məqalə) – “Ədalət” qəzeti, say.78(4346), 07.05.2014, səh.5.; “Bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot – “Erməni məsələsi” ədəbi-bədii müstəvidə”. ( III məqalə) – “Ədalət” qəzeti, say.79(4347), 08.05.2014, səh.5.
  51. “İrəvan türklərinin ədəbi mühiti yeni tədqiqatda”, “Kredo” qəzeti №21 (776) 24 may 2014-cü il. səh. 8.; və “Respublika” qəzeti №122 (4995) 11 iyun 2014-cü il. səh. 5.
  52. ”’Müasir poeziyanın problemləri (“Kredo” qəzeti, 24.07.2015, say.30(838), s. 8-9; “Media.info” 22.07.2015 .
    169.”ÜZÜ XƏLƏFLİYƏ SÖZ YAĞIŞI, yaxud “həsrətdən üzü bəri…” Daha bir görüş”. “Kredo” qəzetində də dərc edilibdir. “Mediainfo.az” 07.08.2015; Əlirza Xələfli. Həsrətdən üzü bəri (şeirlər,poetik məktublar, esselər),redaktor və ön sozün müəllifi Qurban Bayramov. On söz:”ÜZÜ XƏLƏFLİYƏ SÖZ YAĞIŞI, yaxud “Həsrətdən üzü bəri…” Daha bir görüş”.s.5-42; Bakı,”Vətən” nəşriyyatı,2015-224 s.
  53. Ədəbi hadisə: Poema-Trilogiya (“Modern.az.”. 16.09.2015; “Media.info”, 16.09.2015 13:56 {{!}} 369 dəfə oxunub; “Bütöv Azərbaycan” qəzeti, 04. 11. 2015; “Kredo” qəzeti, 06.11.2015, say.45 (853), s. 8, 9; Şöhlət Əfşar. Poema triogiya. Ön sözün müəllifi Qurban Bayramov. B., “Nurlan”, 2015, s.7-13. – 176 c.)
    171.”Şöhlət Əfşarın poema-trilogiyası”. www. kaspi. az. Ədəbiyyat səhifəsi. 19.09.2015. – 26.09.2015. say. 247,s.22. kaspiedebiyyat@gmail.com
    172.Şəhriyar şeirinə yeni baxış. “525-ci qəzet”,30.11.15.
  54. “Aydın Məmmədov – yeni tənqidçi tipi kimi və yaxud gerçəyin nağılı…” Aydın Məmmədov-70. (“Türkologiya” jurn, 2015, say. 2, s.12-25.)
    174.Biz Azərbaycan dilinin saflığını təmin etməliyik . (AMEA-nın 70 illik yubley mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışına münasibət.) “Həftə içi” gündəlik ictimai-siyasi qəzet, 11.11.2015, çərşənbə, s.3.
  55. Müasir Azərbaycan nəsrində feminizm və yaxud professor Rəhim Əliyev neorealist yazıçı obrazında. ( Avanqard.az. saytı, “Kredo” qəzeti, 09.10.2015, say.41(849), s.05.- 1 məqalə; “Kredo” qəzeti, 16.10.2015, say 42(850), s.5, 7. – 2 məqalə.
  56. Nuranə Nihan. “Bir qəlbin harayı” (şeirlər), Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2015, kitabının redaktoru və ön sözün – “Kolanı ellərinin göyərçin qızı – sözləri çin-çin qızı…” müəllifi Qurban Bayramov. s. 4-8.
  57. Sözlə xalça toxuyan tədqiqatçı. (Şakir Qabıssanlı (Həmzəyev), “Azərbaycan xalçalarının açılmamış sirləri”, Bakı, “Təhsil”, 2015, – 232 s. kitabına ön söz, s.3-18.
  58. Alim Qasımov – səsin sehri. “Həftə içi” gündəlik ictimai-siyasi qəzet, 21.10. 2015, s. 12.
  59. İstedadını zəhmətilə cilalayan qələm dostumuz… (İsmayıl Kazımov-60), “Kredo” qəzeti, 25. 09. 2015, say.39(847), s.6.
  60. Məsiağa Məhəmmədi. Şəhriyar və zəmanəmiz. Redaktoru və ön sözün (“Şəhriyar şeirinə yeni baxış” – s.5-9.) müəllifi Qurban Bayramov.B., “ADMİU”, 2015, 80 s.
  61. Poeziyanın söz ətri.Yusif Nəğməkar-60.Xüsusi buraxılış.№ 01.2015, s.11.
    182.Aşıq sənətinin bilicisi Elxan Məmmədli. (70 illik jubiley). “Kredo” qəzeti, say 02(863),08.01.2016, s.5.
  62. Təqdir olunmağa layiq ədəbi-poetik fakt. “525-ci qəzet”,14 yanvar 2016-cş il.№ 07(4503),s.8.
  63. Sazın, sözün xridarı – Elxan Məmmədli… “Bütöv Azərbaycan” qəz.,say: 2 (286), 20-27 yanvar 2016-cı il, s.9, 13.
  64. Ədəbi hadisə: poema trilogiya. “Aran” qəz., (Ağcabədi rayonunun ictimai-siyasi qəzeti, say: 01-02(702), 26 yanvar 2016-cı il, s.5.
  65. Ədəbi hadisə : poema trilogiya. “Vətən səsi” qəz., (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin orqanı),say: 01(1162), 15 yanvar 2016-cı il, s. 4.
  66. Sozün Maradonası… “Modern.az” saytı, 02.02.2016, 12:58; Qurban Bayramov – Sözün Maradonası… “Avanqard.net” ədəbiyyat portalı, 03.02. 2016; Sözün Maradonası_ Qurban Bayramov, “Persona.az” saytı, 08.02.2016.
  67. Əhməd Qəşəmoğlu = sonsuzluğun ahəngi. “Moderator.az.” saytı, 21/02/2016 [10:18] – Ədəbiyyat – (2925 dəfə baxılıb)
  68. Ruhu göylərdən eşq içən şair. (Əhməd Qəşəmoğlu haqqında),”Bütöv Azərbaycan” qəzeti, say: 12(296), 14-20 aprel 2016-cı il, s.11, 14.
  69. Jurnalistlərin ağsaqqalı Yusif Kərimov. azpress.az/index.php?lang=az&sectionid…
  70. Aşıq sənətinin bilicisi Elxan Məmmədli. “Elxan ömrü, saz ömrü” kitabı, Bakı, Ağrıdağ, 2016, s.44-49. – 336 səh.
  71. Qurban Bayramov. Jalə Qurbanqızı. Ədəbi-nəzəri etüd. “Kredo”, №21(882) 13.05.2016,s.4.
  72. Qurban Bayramov: Jurnalistlərin ağsaqqlı Yusif Kərimov.Перевести эту страницу
  73. Redaktordan. Ön söz əvəzi. (İsmayıl Kazımov.Müasirlik meyarı /Ağarəhimin yaradıcılıq potensialı/, Bakı: BQU nəşriyyatı, 2016,199 s. = s.3.
    195.Həmişə müasir şair – Nəbi Xəzri. “Modern.az” saytı
  74. 80 yaşlı müqtədir alim = Qəzənfər Paşayevin yeni monoqrafiyası.
  75. Dünyanın zərrəsi olmaq istəyi. “Azərbaycan müəllimi” qəzeti, № 06(8722) 18.02.2017.
  76. Ədəbi əlaqələrin “meqapolis” alimi – Vaqif Arzumanlı. “Bütöv Azərbaycan qəzeti”, №03(318), 23.02.2017., s.14.;
  77. “Bakı xəbər” qəzeti, № 39(3472),02.03.2017. s.13.
  78. Ədəbi əlaqələrin görkəmli tədqiqtçısı Vaqif Arzumanlı – 70. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi-Prktik konfransın materialları (27 fevral 2017), Bakı, “Ozan” nəşriyyatı, s.34-40. – 52 səh.
  79. İşıq adam – Aydın Dadaşov…(Vida sözü), “Ədəbiyyat qəzeti”,18.03.2017, şənbə, №10(5081), s.23.
  80. Leylanın poeziyası və yaxud poetik … – MODERN.AZ.17.04.2017/
  81. Poetik duyğuların zərif və səmimi ifadəsi, (Leylanın poeziyası). “525-ci qəzet, 25.04.2017.
  82. Xəlil Rza Ulutürkün mübariz poeziyası. Miq.az. saytı, baxış sayı: 4917; 08.09.2017. 203.Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti = M.P.Vaqif-300 məqaləm çapa təqdim olunmuş, Qazaxda keçirilən Ümumrespublika konfransında məruzə edilmiş, tezisləri nəşr edilmişdir. Bundan başqa: I məqalə, “Ədalət” qəz., say.234(5223), 21.12. 2017,s.7; II məqalə, Yenə orada, say.235(5224), 22.12.2017, s.7; Yenə orada, III məqalə, say.236(5225), 23.12.2017, s.4; IV məqalə, say.237(5226),26.12.2017, s.7; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Əsərləri, XXXI cild, Bakı, Elm və Təhsil, 2017, s.28-43. – 354 səh.
  83. Xeyir şairiydi, xeyir yazırdı (Hüseyn Kürdoğlu), “Ədəbiyyat qəzeti”, 18.03.2017, s.11.
  84. Yurd yerim, dərd yerim = Adil Cəmil. “Ədəbiyyat qəzeti”, “1 şeir/2 rakurs” layihəsi, 1126 dəfə oxunub, 07. 11.2017.
  85. Mənəvi saflığın Şirindil düsturu. “Bütöv Azərbaycan” qəz., 09.11.2017, say: 18(333), s.8-9; “Kulis.Lent.az” saytı, 30.10.2017; “Moderator. Az.” Saytı, 28.10.2017; “525-ci qəzet”, 01. 11.2017.
  86. Leylanın poeziyası və yaxud poetik hissin tərcüməsi (Leyla Əliyeva. Poeziya. Bakı, “Adiloğlu” nəşriyyatı, 2016, 200 səh.) , “Modern. Az.” saytı, 17.04.2017; “Aziya.İnfo” elm və araşdırma portalı, 04.07.2017; “525-ci qəzet, 25.04.2017; “Təzadlar” qəzeti, 04.07.2017;
  87. Xəlil Rza Ulutürk: O, bu gündür, o, gələcəkdir…, “Ədəbiyyat qəzeti”, (“Yurdum, sənin sağlığına” – Ulutürk – “1 şeir/2 rakurs” layihəsi), 30.09.2107, say: 34(5105), c.6-7.
  88. Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi. “Modern.Az.” saytı, 18.09.2017; “Ədəbiyyat qəzeti”, 16.09.2017, say: 32 (5103), s.24; “Ədəbiyyat qəzeti”nin saytı, 19.09.2017, 1139 dəfə oxunub; “Bakı Xəbər” qəzeti, 20.10. 2017; “Zim.Az.” saytı, 26.09.2017;
  89. 70 yaşın zirvəsindən boylananda = şair Şahməmməd. “Aktual” qəzeti, 27.07. 2017; “Oxu məni” qəzeti, 04.08.2017, say: 20(2835), s.9; “525-ci qəzet”, 01.08.2017, say: 135(4872), s.8.
  90. O, təkcə şair deyil, həm də yazıçı-publisistdir. (Şahməmməd), “Paralel” qəzeti, 05.08.2017,say: 135(2690) s.13.
  91. Ədəbi sözün sehrinə sığınanlar. “Media.İnfo.” saytı, 25.07.2017.
  92. Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun “Leyla Əliyeva: ürək, mərhəmət və şəfqət” məqaləsindən bir fraqment. “Təzadlar” qəzeti, 06.07.2017.
  93. Hikmət Ziya (radio-oçerk). Bu radio oçerk Mərkəzi Azərbaycan Radiosu = ” Gəl, səhərim” verlişində, 13 may 2017-ci ildə efirdə səsləndirildi və “Feysbuk”da 3700 dost arasında yayımlandı…
  94. Öz yaradıcılıq iqlimi olan şair-yazıçı Yusif Həsənbəy. I məqalə= “Ədalət” qəzeti, say: 210(5199), 17.11.2017., s.3: II məqalə = 211(5200), 18.11. 2017., s.4; III məqalə = 212(5201), 19.11. 2017.
    216.Ən qədim türk boylarından – Kolanılar.(Müəllif: Namiq Hacıheydərli), təqdim etdi- prof. Qurban Bayramov, I – IV məqalələr,”Ədalət” qəz., say. 217 – 221(6206 – 5209), 28, 29. 11. 2017; 01, 02. 12.2017-ci il saylarında., s.7.
  95. Poetik fikrin təbiiliyi (Sahib Əliyev). “Ədalət” qəz., say. 229(5218), 14.12.2017.
  96. “Həqiqəti, mənəviyyatı qorumaq istəyi… (Şair-publisist Nəcməddin Mürvətovun yaradıcılğı barədə düşüncələr…)”, “Kredo” qəzeti, № 04 (892), 15 mart 2018, səh. 6-7.
  97. “Mirzə Şəfi Vazeh irsinin ləyaqətli tədqiqatçısı – Akif Bayramov…”, modern.az/az/news/160716 . 28.03.2018, 09:51.
  98. “AKIF BAYRAMOV: Mirzə Şəfi Vazeh irsinin ləyaqətli tədqiqatçısı”,“Təzadlar” qəzeti, 27.03.2018.
  99. “İlhamının nəbzi Qarabağla döyünən şair… (Qələndər Xaçınçaylı – 60)”, “Həftə içi qəzeti”, 14. 04.2018.
  100. “Qəlbi Qarabağla döyünən şair – Qələndər Xaçınçaylının 60 yaşına”, “525-ci qəzet”, aprel 17, 2018.
  101. “Bir kövrək nəğmədir həyatım mənim”,“Ədalət” qəzeti, 82(5312), 09.05.2018, s.7.
  102. “Öz yaradıcılıq iqlimi olan – Yusif Həsənbəy”, 1-ci məqalə: “525-ci qəzet”, 30.01.2018. № 18(4996), s.06.
  103. “Öz yaradıcılıq iqlimi olan – Yusif Həsənbəy”, 2-ci məqalə, yenə orada, 31.01.2018. № 19(4997), s.06.
  104. “Öz yaradıcılıq iqlimi olan – Yusif Həsənbəy”, “Azərbaycan” jurnalı, 2017, say: 12, s.131-136.
  105. “Şair, nə incədir rübabın sənin?!”. “Kredo” qəz., say: 19(907), 21 iyun 2018-ci il, s.6, 11.
  106. “Sözün işığını tutub gedən şair…”, “Ədalət” qəz., say: 113(5343), 21 iyun 2018-ci il, s.8.
  107. “Poeziya – zülmətdə işıq axtarmağa bənzər…”, (Məqalə – son söz əvəzi.) Vəliyulla Novruz. “Görmədiyim yuxular” (şeirlər), Bakı, “Elm və təhsil”, 2018, s. 183-184. – 200 səh.
  108. “Hissin və idrakın vəhdətində”, “Kredo” qəz., say.20(908), 28 iyun 2018, s.10.
  109. “Əkbər Bayramov : Azərbaycan psixologiyasının korifey – fenomenal şəxsiyyəti (xatirə-oçerk)”, Nigar Nəsirova.“Əkbər Bayramov: alim ömrü” kitabı. Bakı, “Mütərcim”, 2018, səh.54-83. – 216 səh.; Bax: Əkbər Bayramov: Azərbaycan psixologiyasının korifey – fenomenal şəxsiyyəti…(Xatirə-oçerk )”, ;
  110. Qurban Bayramov. Şeirlər: “Bura vətəndirmi, balam?!”, “Bayram düşüncələri”, “Yollara bxma, quzum!”. AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Ədəbiyyatşünaslıq, plyus” Yaradıcılıq Birliyinin “Ədəbi Almanağı”, II kitab, Bakı, “Elm və Təhsil” nəş., 2018, s.145-151. – 500 səh.
  111. “Güllə işığında”, yaxud ölüm və qandan keçən azadlıq yolu…”, “Bütöv Azərbaycan” qəzeti, № 14 (350), 27.09. 2018, s.6, 10.
  112. Mənəviyyatı qorumaq istəyi… (Müstəqillik illəri poeziyası barəsində bir fraqmentlik düşüncə)”, “Dağdan dənizə doğru” kitabında, (Tərtibçi-müəllif Ə.Xələfli), Bakı, 2018, “3 saylı Bakı Mətbəəsi”, s.140-156. – 248 səh.
  113. “Azərbaycan mədəniyyətinin litvadakı böyük elçisi – Mahiras Gamzayevas”, I məqalə, “Kreativ düşüncənin dəyərli nəticələri…” , “Ədalət” qəzeti, № 192 (5422), 31.10. 2018, s. 12;
  114. “Azərbaycan mədəniyyətinin litvadakı böyük elçisi – Mahiras Gamzayevas”, I məqalənin ardı – “Kreativ düşüncənin dəyərli nəticələri”,”Ədalət” qəzeti, № 193 (5423), 01. 11. 2018, s. 12.
  115. “Azərbaycan mədəniyyətinin litvadakı böyük elçisi – Mahiras Gamzayevas”, II məqalə, “Ədəbi əlaqənin “bumeranq effekti”, № 194 (5424), 02. 11. 2018, s.7.
  116. “Azərbaycan mədəniyyətinin litvadakı böyük elçisi – Mahiras Gamzayevas”, II məqalənin ardı – “Ədəbi əlaqənin “bumeranq effekti”, № 195 (5425), 03. 11. 2018, s.7.
  117. “Şair Qələndər Xaçınçaylının “Güllə işığında” povesti və yaxud, ölüm və qandan keçən azadlıq yolu”, Kitaba ön söz. Qələndər Xaçınçaylı. Güllə işığında. Povest. “Zəngəzurda” çap evi, Bakı, 2018, s. 3-14. – 100 səh.
  118. Müasir mediamızın flaqmanı. (“Bütöv Azərbaycan” qəzetinə təbrik məktubu)”, “Bütöv Azərbaycan” qəzeti, № 16 (352), 01.11.2018, s.3.
  119. “Mahir Həmzəyevin 60 yaşına = Görünməz körpülərin Mahir memarı”, I məqalə, “525-ci qəzet”, № 200 (5178), 14. 11.2018, s. 6, 8.
  120. “Mahir Həmzəyevin 60 yaşına = Görünməz körpülərin Mahir memarı”, II məqalə, “525-ci qəzet”, № 202 (5180), 16. 11.2018, s. 6, 8.
  121. “Azərbaycan mədəniyyətinin Litvadakı böyük elçisi – Mahiras Gamzayevas.”,Ədəbiyyat.
  122. “Əbülfət Mədətoğlu – poeportretdən fraqmentlər və yaxud, istəkləri çin olmayan, kədərlə ovsunlanmış şair…”, I məqlə, “Ədalət” qəzeti, № 229 (5459), 22.12.2018, səh. 8-9.)
  123. “Əbülfət Mədətoğlu – poeportretdən fraqmentlər və yaxud, istəkləri çin olmayan, kədərlə ovsunlanmış şair…”, II məqlə, “Ədalət” qəzeti, № 230 (5460), 25.12.2018, səh. 6.)
  124. “Əbülfət Mədətoğlu – poeportretdən fraqmentlər və yaxud, istəkləri çin olmayan, kədərlə ovsunlanmış şair…”, III məqlə, “Ədalət” qəzeti, № 231 (5461), 26.12.2018, səh.6.)
  125. I məqalə: “Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti” (oxucuların xahişi ilə təkrar dərc), “Kredo” qəzeti, say: 24 (949), 06 iyun 2019, s.8.
  126. II məqalə: “Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti” (oxucuların xahişi ilə təkrar dərc), “Kredo” qəzeti, say: 25 (950), 13 iyun 2019, s.10.
  127. III məqalə: “Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti” (oxucuların xahişi ilə təkrar dərc), “Kredo” qəzeti, say: 26 (951), 20 iyun 2019, s.10.
  128. “Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi – Qurban Bayramov yazır.”, (oxucuların xahişi ilə təkrar dərc), “ONN media” informasiya agentliyi, 03 İyun 2019 – 10:30.ONN informasiya agentliyi.
  129. “Tahirə İmanovanın “Unuda bilmirəm” şeirlər kitabı barəsində düşüncələrim…” , “Ədalət” qəzeti, 01.08.2019, № 129(5593), s.7.
  130. “ELMİNİN KANI, MİLLƏTİNİN LİDERİ – KNYAZ MİRZƏYEV. Qəribə və maraqlı tale yolunun yolçusu.” (çapa təqdim olunub)
  131. Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , I məqalə. “Ədalət” qəzeti, 22.08.2019, № 137(5601), s.6;
  132. Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , II məqalə, “Ədalət” qəzeti, 23-24. 08. 2019, № 138(5602), s.12;
  133. Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , III məqalə, “Ədalət” qəzeti, 27.08.2019, №139(5603), s.6.;
  134. Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , III məqalə, “Ədalət” qəzeti, 27.08.2019, №139(5603), s.6.;
  135. Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , IV məqalə, “Ədalət” qəzeti, 29.08.2019, №140(5604), s.6.;
  136. Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə, oradan da, haqqa çağıran səsə – ruhun beşiyinə… (Mahirə Nağıqızının poeportreti…) , V məqalə, “Ədalət” qəzeti, 30-31.08.2019, № 141(5605), s.12.
  137. “Unuda bilmirəm”,( Məktub-təqdimat), “Ədalət” qəzeti, 01.08.2019, № 129(5593), s.7.
  138. “Ruhun beşiyi – poeziya (Mahirə Nağıqızı)”. “Kredo” qəzeti, 28.09.2019. № 39(964), s.8.
  139. “Ruhun beşiyi – poeziya (Mahirə Nağıqızı)”. “Kredo” qəzeti, 02.10.2019. № 40(965), s.9.
  140. “Ruhun beşiyi – poeziya (Mahirə Nağıqızı)” III məqalə, “Kredo” qəzeti, 16.10.2019. № 42(967), s.4.
  141. “Ruhun beşiyi – poeziya (Mahirə Nağıqızı)” IV məqalə, “Kredo” qəzeti, 06.11.2019. № 46(971), s.6.;
  142. “Ruhun beşiyi – poeziya (Mahirə Nağıqızı)” V məqalə, “Kredo” qəzeti, 04.12.2019. № 450(975), s.6.
  143. “Körpə duyğulu, saf ürəkli, incə rübablı şair – Tofiq Mütəllibov…” (İncə rübablı şair) – şərikli – Tofiq Mütəllibov. Seçilmiş əsərləri, 2 cilddə, I cild, Bakı, “Elm və təhsil”, 2019, s.3-34. – 712 səh.
  144. Xalq yazıçısı Bayram Bayramovun ədəbi portreti. – Zaur Ustac. “Qələmdar” (məqalələr toplusu), Bakı, “Ustac.az.” nəşrləri, 2020, s.3-40. – 298 səh.
  145. Mədəniyyətimizin və ədəbiyyatımızın yorulmaz tədqiqatçısı. (Dəyərli alim, şair və publisist Gülhüseyn Kazımlının 70 yaşına), “525-ci qəzet”, 01.02.2020, №12 (5393), s.20.
  146. Dəyərli şair, alim və publisist. (Gülhüseyn Kazımlı – 70), “Kredo” qəzeti, 13.02.2020, №07(987), s.8-9.
  147. Nəcməddin Mürvətovun “İnsanlıq fənnin”dən poetik dərsləri…”, “Kaspi” qəzeti, 8-10.02.2020, № 023(3863), s.23.
  148. Xalqın sözçüsü şair və yaxud şairliklə müəllimliyin vəhtəti. I – V məqalə, 1-ci məqalə: “Kredo” qəzeti, 17.02.2020, № 08(088), s.6.; 2-ci məqalə: “Kredo” qəzeti, 21.02.2020, № 09(089), s.6.; 3-cü məqalə: “Kredo” qəzeti, 26.02.2020, № 10(990), s. 6.; 4-cü məqalə: “Kredo” qəzeti, 06.03.2020, № 11(991), s. 5.; 5-ci məqalə: “Kredo” qəzeti, 11.03.2020, № 12(992), s. 6.

Haqqında

• Şahməmməd. Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti (essevari publisist tədqiqat) B., MBM, 2011, 480 səh., 1500 nüs.
• Qurban Bayramov -70. Azərbaycan Yazıçıları Birliyinin təbrik məktubu. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4.
• Mahir Qabiloğlu.Professor Qurban Bayramova təbrik-70.
• Asif Rüstəmli. Tənqidçi səmimiyyəti. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4-5.
• Qələndər Xaçınçaylı. Sözün qüdrətinə ilahi gözlə baxan alim. “Həftə içi” qəzeti, 27.05.2016.
• Asif Rüstəmli. Ədəbi tənqidimizin fədaisi. “525-ci qəzet”, 04.06.2016,№ 100(4596), s.19; “Kredo”, № 22(883) 30.05.2016,s.13.
• Ədəbi tənqiddə bənzərsiz ifadə tərzi. “AZER.TAG” xəbərlər, 06.06.2016. (Təqdim edən: Elçin Kamal.)
• Rəhim Əliyev. Tənqidçi ürəyinin miqyası. “525-ci qəzet”, say.119(4615), 05.07.2016, s.7. “Bütöv Azərbaycan” qəzeti, say:22(306),14-20.07.2006.
• Mənzər Niyarlı. “Ah, bu nəvələr,bu nəvələr”, Qurban Bayramovun 70-illik yubileyinə sənədli hekayə. “Ədəbiyyat qəzeti”, 02.08.2016, say.25(5044), s.26-27.
• Asif Rüstəmli. Təbrik məktubu= Qurban Bayramlı-70.
• Müşfiq Borçalı. Yazıçılar Birliyində Yubiley tədbiri = Qurban Bayramov-70;
• Aslan Salmansoy. Ruhların da, sevindiyi o gün… “Bütöv Azərbaycan” qəzeti, say 19(303), 9-15.06.2016., s.2.; “Kredo”, №21(882) 13.05.2016,s.4.
• Akif Bayram. Tanınmış tənqidçi, vətən sevdalı alim. “Respublika” qəzeti, say.131(5582), 19.06.2016, s.5.
• Əlirza Xələfli. Tənqidçi meyarı – sözün əyarı.Söz içində sözü görmək, yaxud tənqidçinin adı, istedadı.”Kredo”, №21(882) 13.05.2016,s.1.
• Qəzənfər Kazımov. Ustadları kimi. “Kredo”, №21(882) 13.05.2016,s.3.
• Qurban Bayramov – 70. Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu. “Kredo”, №21(882) 13.05.2016,s.3.
• İsmayıl Kazımov. Kimin kim olduğu bilinməlidir. “Kredo”, №21(882) 13.05.2016,s.8.
• Şakir Qabbısanlı (Həmzəyev). Qurban Bayramov-70. Pərəstiş ediləsi alim = Nə yaxşı ki, sən varsan Qurban Bayramov. “Respublika gəncləri” qəzeti, № 78(699), 15.06.2016, s.8.
• Şahməmməd. “Sözün də çəkisi var” (Tənqidçi haqqında poema), Bakı, “Ekoprint” nəş., 2017. – 143 səh.
• Şahməmməd. Qurban Bayramovun yaradıcılığı və şəxiyyəti (müəllifdən), ( Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.3-14.
• İsa Həbibbəyli. Mən heç inanmırdım ki… (“Ön söz əvəzi), ( Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.15-17.
• Tahir Taisoğlu. Redaktordan son söz əvəzi. ( “Sözün də çəkisi var” (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.138-142.
• Aqil Hüseynov . Şairin yeni poeması və onun qəhrəmanı (Yeni kitab təqdim edirik), “Təzadlar” qəzeti, 16.05.2017, say: 18(2114), s.15; “Zim.AZ.” saytı, 10.05.2017; “Media.İnfo.Az.”, 08.05.2017.
• Asif Rüstəmli. Qurban Bayramlı tənqidinin, ədəbi düşüncəsinin keyfiyyət göstəriciləri. “Aziya.İnfo” elm və araşdırma portalı, 30-05.2017.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI HAQQINDA

Mahirə NAĞIQIZI – yazar, alim, pedaqoq.

MAHİRƏ NAĞIQIZI HAQQINDA

QISA ARAYIŞ: Mahirə NAĞIQIZI Mahirə Nağı qızı Hüseynova, Mahirə Hüseynova (Mahirə Nağı qızı Hüseynova (Nağıyeva); 1960, Naxçıvan rayonu, (indiki Babək rayonu) Sust) — filologiya elmləri doktoru, professor, ADPU-nun Filologiya fakültəsinin dekanı.

Həyatı
Mahirə Hüseynova 1960-cı il ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, dolğun nəticələr əldə etmişdir. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunmuşdur. Mahirə Nağı qızı Hüseynova (Nağıyeva) 2017-ci il 2 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yüksək səviyyədə müdafiə etmiş və 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

Təhsili, elmi dərəcəsi və elmi adı

  • 1984-cü ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
  • 2013-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
  • 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
  • 2018-ci ildə professor elmi adına yiyələnmişdir.

Əmək fəaliyyəti

  • 1984-cü ildən 2004-cü ilədək Abşeron rayon Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə işləmişdir.
  • 2004-cü ildən 2009-cu ilədək Bakı şəhəri N. Nərimanov rayonundakı G. Əsgərova adına 43 saylı BMLK –da işləmişdir.
  • 2009-cu ildən. ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi.
  • 2014-cü ildən Müasir Azərbaycan dili kafedrasının baş müəllimi.
  • 2015- ci ildən həm Müasir Azərbaycan dili kafedrasının dosenti, həm də həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur.
  • 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru seçilmişdir.

Elmi yenilikləri
İlk dəfə olaraq Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətlərini araşdırmış, dolğun nəticələr əldə etmişdir.

Diplom və Mükafatları

  • 2003-cü il “İlin ən yaxşı müəllimi”
  • Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı
  • “Qızıl qələm” Media Mükafatı Laureatı
  • “İlin Alimi” Media Mükafatı Laureatı 2018

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda;
Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında;
Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransında;
13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresində;
Bakı Slavyan Universiteti, VI Beynəlxalq Elmi Konfransında;
Azərbaycan Dövlət Pedaqoji Universiteti, “I Türkoloji Qurultayın Türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransında;
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Müasir Dilçiliyin Aktual Problemləri Beynəlxalq Elmi Konfransında;
Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransında;
Tatarıstan Respublikası,“Dünya türkologiyası və Kazan Universiteti” adlı beynəlxalq elmi-praktik konfransında;
Azərbaycanın Türkiyə Cümhuriyyəti Qars şəhərindəki Baş Konsulluğu və Qars Qafqaz Universitesinin birgə təşkilatçılığı ilə təşkil olunmuş “Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi” ilə əlaqədar “Geçmişten Günümüze Azerbaycan Cumhuriyeti” adlı paneldə

Seçilmiş əsərləri

“Сравнительное исследование причастия в тюрксkих языках (на основе исследований профессора Г.Мирзоева)”. Хабаршы, Вестник филология сериясы, Серия филологическая, Алматы, 2010, № 1-2.
“Об исследованиях проф. Гасана Мирзоева, посвященных категории переходности и непереходности глагола”. Известия Таврического националь-ного Университета им.В.И.Вернадского.Научный журнал Серия Филоло- гия. Симферополь, 2010 Том 23 (62).№3.
“Лингвистические исследования Гасана Мирзоева и их зна¬чение для современной тюркологии”. Материалы III Междуна-родной научнойконфе-ренции. Нальчик, 17ноября 2010 г.
“Фонологические повторы на языке ашугов народных поэтов Азербайджана в XIX-XX веках (по округу Даралаяз)”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2014. №3 (661).
“Стилистическая форма выражения диалектизмов в творчестве Азербайджанских ашугов и народных поэтов XIX-XX веков (по материалам Даралаяз)”. Научные исследования в сфере гуманитарных наук: открытия XXI века Пятигорск 2015
“Literární prostředí ašyghů a lidových basníků Ázerbájdžánu XIX – XX století: zdroje myšlenek a poetická inika prožitých lidem tragedií”. Charles University Prague, ACSC,bulletin. Çeletna 20, Post index 11000, Praha 1.
“Поэтическая позиция и информационные возможности зоонимов”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2015 г. Магнитогорск, пр. Ленина, 114, ауд. 232.
“Azerbaycan ozan el şairlerinin eserlerinde hidronimlerin üslubi, sanatsal,ahlaki açıdan özellikleri”. Adıyaman Universiteti , 17 sayı Asos İstanbul 2015.
“XIX-XX centuries, language and style features of the ashik and folk poets creativity – according to Daralayaz region of the Western Azerbaijan”. Journal Papers on language and literature. Vol.23. No:4. 2016. USA Southern Illinois University.
On the origin of the names of some Azerbaijani dishes and drinks. British Journal for Social and Economic Research. Volume 3, Issue 2, April 2018
Çağdaş türk ləhcələrində yemək adları. Tatarıstan Respublikası, Kazan Federal Universiteti. 26 aprel 2018-ci il

Elmi kitabları

Ulu öndərimizə məhəbbət ruhunda. Bakı: “Təknur” nəşriyyatı, 2008
Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009
Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011
Alim təfəkkürünün itiliyi (monoqrafiya). Bakı: “Vətən” nəşriyyatı, 2013
Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013
Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013
Ədəbiyyatşünaslığa xidmət əzmi ilə (Çapar Kazımlı ilə birgə). Bakı: Elm və təhsil” nəşriyyatı, 2013
Həsən Mirzəyev və Azərbaycan dilində fel. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2014
Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
Müasir Azərbaycan dili: Pedaqoji universitetlərdə bakalavr hazırlığı üçün. (proqram) Bakı: ADPU-nun mətbəəsi, 2018
Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün. (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016
Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya). Bakı: ADPU-nun nəşriyyatı, 2015
XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015
Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015
Aşıq və el şairlərinin leksikası (monoqrafiya). Bakı: ADMİU, 2016
Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
Aşıq və el şairlərinin üslubi sintaksisi (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti).Bakı: Afpoliqraf mətbəəsi, 2017
Aşıq və el şairlərinin üslubi morfologiyası. (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
Aşıq və el şairlərinin poetikası. Bakı: 2017
Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018
XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018
Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU nəşriyyatı, 2018
Üslubi morfologiya (folklor mətnləri əsasında). (dərs vəsaiti). Bakı: ADPU nəşriyyatı, 2018

Bədii kitabları

Mənim anam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
Su at dalımca, ana. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
Ana sevgisindən doğan nəğmələr. Bakı: “Avropa” nəşriyyatı, 2008
Yaşadacaq anam məni. (şeirlər). Bakı: “Qismət” nəşriyyatı, 2009
Ana kəndim Xalxalım. Bakı: “Avropa” nəşriyyatı, 2010
Ömrün çıraqdır sənin. Bakı: “Avropa” nəşriyyatı, 2010
Sözün hikməti. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2012
Analı dünyam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
Haqqa çağıran səs. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
Bayatılar. Bakı: “Apostroff” nəşriyyatı, 2015
Bayatılar və üç şeir. Bakı: “Apostroff” nəşriyyatı, 2015
Ruhuna beşiksə, tanı, Vətəndir. Bakı: Afpoliqraf mətbəəsi, 2017



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VÜQAR AĞAYEV HAQQINDA

Vətən Müharibəsi Qəhrəmanı – şəhid Vüqar Əhməd oğlu Ağayev

Ağayev Vüqar Əhməd oğlu haqqında

Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Ağayev Vüqar Əhməd oğludur. Vüqar Ağayev 04 mart 1973-cü il tarixində Qubadlı rayon Xanlıq kəndində anadan olmuşdur. 1980-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 1990-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının ordu sıralarına hərbi xidmətə çağırılmış, 1992-ci ildə təxris olunmuşdur. 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş,1994- cü ildə hərbi təhsilini başa vuraraq leytenant hərbi rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra Naxçıvan şəhəri Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri olaraq hərbi xidmətə başlamışdır. 2016-cı ildə Hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır. 2020-ci ilin Oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı bölməsinə müraciət edərək II Qarabağ müharibəsində iştirak etmişdir. 01 noyabr 2020-ci il tarixində Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir iki övladı var.
Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağayev Vüqar Əhməd oğlu-mayor (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı”adı verilmişdir. Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın.

Müəllif: Ceyhun MƏMMƏDOV

VÜQAR ƏHMƏD OĞLU AĞAYEV HAQQINDA DİGƏR YAZILAR

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAN AY ATA – SƏNANIN ATASI

Müəllim – Hacı Əkbər Rüstəmov 28 il sonra oğlu Sənanı ziyarət eərkən…

HACI ƏKBƏR OĞLU SƏNANIN MƏZARINI ZİYARƏT ETDİ

Qarabağ camaatının – Ağdamlıların “MƏLLİM” deyə yaxşı tanıdığı Müəllim – Hacı Əkbər Rüstəmov uzun illərdən (təxminən 28 il vaxt ötüb) sonra Ağdamda həmişəlik qoyub gəldiyi şəhid oğlu, əbədiyaşar Sənanın məzarını ziyarət edib.

“Məllim” – Müəllim Hacı Əkbər Rüstəmov.

Qeyd:

El ağsaqqalı Hacı Əkbər sevimli yazarımız Aqil Abbasın “Dolu” romanında yer almış “Məllim” obrazının, oğlu Sənan isə son anda “…mən qız görmədim e…” deyib şəhid olan “Pələng”in prototipləridir (mənbə: Aqil ABBAS:>>> adalet.az). Aqil Abbasa o illəri reala daha yaxın xatırladan belə bir əsəri ərsəyə gətirdiyinə görə, hələ-hələ imkanlarından istifadə edib, onu dövrümüzün reallıqları ilə mümkün olan ən yüksək səviyyədə ekranlaşdırdığına görə təşəkkürlərimiz sonsuzdur.

Sənan Əkbər oğlu Rüstəmov – I Qarabağ Müharibəsi şəhidi – Ağdamın 6000 şəhidindən biri…

ŞƏHİD SƏNAN RÜSTƏMOV HAQQINDA

QISA ARAYIŞ: Sənan Əkbər oğlu Rüstəmov – Qarabağ müharibəsində şəhid olub. (d. 11 yanvar, 1973, Ağdam,- – ö. 15 may, 1992, Ağdam, Abdal -Gülablı kəndi)

Uşaqlıq illəri
Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olmuşdu. Sənan 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdu. 1983-cü ildə 3-cü sinifdə oxuyarkən musiqiyə həvəsi olduğu üçün Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar şöbəsinəsənədlərini verir. Enerjisi çox olduğundan idmana da maraq göstərir və atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edir. [[1984]]-cü ildən “Qarabağ bülbülləri” ansamblı]]nın ən fəal üzvü olur və 1988-ci ilə kimi ansanblda özünə məxsus yer tutur. Dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansanblla birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qimətlərlə bitirir. Sənan Rüstəmov 1 sentyabr 1987-ci ildən 23 may 1989-cu ilə kimi Ağdam şəhər Texniki İstehsalat Kursunda təhsil almış və çilingərlik peçəsinə yiyələnmişdir. O, 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq kişilər arasında ,,Sambo,, güləşi üzrə Respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib. Sənan 1989-cu ildə Ağdam şəhər 2 saylı orta məktəbi qurtarıb sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna vermiş, ancaq müsabiqdən keçə bilməmişdi. O, Ağdama qayıdaraq Ağdam 50 saylı Texniki Peşə məktəbinin bir illik Mühasibat şöbəsinə verilmiş və məktəbə daxil olmuşdur. 25 iyun 1990-cı ildə həmin məktəbin mühasibatlıq kursunu əla qiymətlərlə bitirmişdir. Sənan Rüstəmov 1990-cı ilin dekabr ayından 1991-ci ilin may ayına qədər, hərbi xidmətə gedənə kimi Ağdam Uşaq Gənclər Sambo məktəbiində sambo güləşi üzrə məşqiçi-müəllim işləyir. Hərbi xidmətə getməmişdən müxtəlif turnirlərin və ümumittifaq yarışların qalibi olmuşdu.

Əkbər Rüstəmovun oğludur.

Sənan Əkbər oğlu Rüstəmov döyüşçü yoldaşı ilə…

Müharibə həyatı
Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya- Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək Vətəni qorumaq niyətində olduların bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala 17 Nəfər könüllülərdən bir qrup]]bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçınstroyda yerləşən Şirin Mirzəyevin bataliyonuna gələrək orada xidmətin davam etdirir. Sənanın fiziki hazırlığı və qorxmazlıq, cəsarətliliyin nəzərə alaraq onu kəşfiyatçı rotasına qəbul edirlər. 1992-ci il yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv etmiş, özü isə ayağından yaralanmasına baxmayaraq özünə ilkin tibbi yardım edərək, əməliyat qurtarana qədər döyüş ərasindən çıxmamışdır. Döyüşdən sonra onu Tərtərə, ordanda Ağdam şəhər xəstəxanasına göndərmişlər. 1992-ci il 26 fevral tarixdə Xocalı faciəsi zamanı yarasının tam sağalmağın gözləyə bilməmiş hərbi hissəyə qayıtmış və xidmətini davam etdirmişdir. Cənan 1992-ci il mart ayında Malıbəyli- Quşçular kəndləri istiqamətindən, döyüş dostları Əkbər Məmmədov, Əlabbas və Aydın ilə birlikdə düşmən qüvvəlirinin arxasına keçərək Xankəndində 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürərək arxaya qayıdırlar. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirərək düşmənin iki atəş nöqtəsini zərərsizləşdirərək 7 avtomat, 1 ədəd rəbitə aparatını qənimət götürür. Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşmuşdur. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənin qəniminə çevirilmişdir. 15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirmişdi. Şirin Mirzəyev düşmən qüvvələrini kəndən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan Hərbi qüvvərinə aid SU-25 vertalyotu düşmən tərəfindən vurulur paraşutka tullanan pilatlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək emək üçün düşünmədə irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytinant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gəlir bu döyüşdədə qalib gəlir və Şuvaryovun sənədlərin götürüb qayıdarkən daha iki pilotun əsir aparıldığın görərək onları xilas etmək üçün döyüşə atılır lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir.

Əbədi həyat yolu
Bu döyüş 19 yaşlı Sənan Rüstəmovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına şəhid olur.

Ağdam rayon XDSİK-nin qərarı ilə Ağdam şəhər 2 saylı orta məktəbinə Sənan Rüstəmovun adı verilib.

Allah Sənan da daxil olmaqla (Ağdam I və II Qarabağ müharibəsində 6000 – dən çox şəhid verib) bütün şəhidlərimizə rəhmət eləsin… Amin…

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI – PDF:



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir

Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi tədbirləri

(Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə)

Salam, dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi tədbirləri çərçivəsində nəşr olunmuş “Dağlar” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı, eyni zamanda, “Yaradanla baş-başa” və “Qələmdar ”adlı kitablara  müstəqil məqalə kimi daxil olan iyirminci yazıdır. Odur ki, hamınızı dağların cəzbində yaranmış sirli-sehrli söz dünyasına səyahətə dəvət edirəm.

Mənim böyüyüb, boya-başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonunun Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə, Ağ göl ərazisində) al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görünürdü. Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “Qar Ağrıya düşdüsə, üçcə günə burdadı”.

Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən sirli Ayın evi… İndi siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar gecənin gizləndiyi, gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görünürdü və uşaqlarla həmişə mübahisə edərdik ki, ora neçə günə gedib çıxmaq olar?.. Sonra tale elə gətirdi ki, bu sirli-sehrli dağlara sirdaş oldum…

Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan-aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq zövqverici, eyni zamanda, ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın bitdiyini sandıqları halda, sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan – yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən…

Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə, Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz…

1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya – Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla, qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik… (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhədində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz, çox gözəl havası var, lap dağ havası kimi…) Olsa-olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar”a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa, bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət, doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:

Bahar fəsli yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı –
Tutmaz bir-birindən “aralı” dağlar.


***

Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!

Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllimim Həsən müəllimdən (Allah rəhmət eləsin!) bu “aralı”nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ: Hərbi xidmətdə olanların “kazarma” – əsgər yataqxanası haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100-200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. «Ev» sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiniz bütün bunların məsələyə nə dəxli?.. Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa:

Bahar fəsli yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı gədanı –
Tutmaz bir-birindən “aralı” dağlar.


– bu bəndi o qədər demişdim ki, artıq mən: “Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, – “…şair yenə başladı…” – deyənləri çıxmaq şərti ilə, “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan) uşaqların böyük əksəriyyəti bir ağızdan: “Süsənli, sünbüllü, lalalı dağlar” – deyə səsimə səs verirdilər…

Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar”ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu da qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir… Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan, sadəcə, Günəşin, Ayın, gecənin, gündüzün evi bildiyim dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə, nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr daim fikrimi məşğul edir. Almanaxla tanış olduqca burada toplanmış fərqli zamanlarda, müxtəlif statuslu, müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca siz də bu barədə düşünə bilərsiniz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layiq bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün önündə – məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:

Yoxsulu, ərbabı, şahı, gədanı –
Tutmaz bir-birindən alalı dağlar.


Misaldan göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik”, “bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir oğlu “Dağlar” obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrı-seçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qərq olanda isə özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:

Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!


– bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə, dönə-dönə təkrar edirəm:

Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!


Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:

Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!


Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki, yenə dağlar qoynunda – Şamıxıda olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq ölümün tam tərifi kimi alınmış «Ölüm nədir?» adlı bir şeir yazmışam:

Ölüm, ən şirin nemət,
Ən sonuncu diləkdir…
Ölüm, sonuncu fürsət,
Ümidsizə ümiddir…


07.01.2014.
Şamaxı

Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur-olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…

Odur ki, mən də şalışıram tək qalmayım:

Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!


– deməyim.

Tuncay mənə nə qədər “…şair yenə başladı…” desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…” – deməyə davam edim…

Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər! Ruhun şad olsun!..

Dədə Ələsgərin 200 illik yubileyi münasibəti ilə nəşr olunmuş “Dağlar” .

Qeyd:

“Dağlar” almanaxı ilə maraqlananlar bu lingdən DAĞLAR keçid edib oxuya bilərlər.

Zaur Ustac, şair-publisist.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AŞIQ ƏLƏSGƏR HAQQINDA

Ustad aşıq, el sənətkarı Dədə Ələsgər.

AŞIQ ƏLƏSGƏR HAQQINDA

Aşıq ƏLƏSGƏR  qədim Göyçə mahalının Ağkilsə kəndində 1821-ci ildə Novruz bayramı günü dünyaya göz açmışdır. Onun atası Alməmməd işgüzar və halal zəhməti ilə dolanan, həlim təbiətli bir kişi idi. O, həm də xalq arasında bir şair kimi tanınırdı. Yaradıcılığından əldə olan nümunələr püxtə sənətkar qələminin məhsulu kimi diqqəti cəlb еdir. Onun “Insan”, “Görmədim”, “Еylər-еylər” rədifli şеirlərini aşıqlarımız indi də ustadnamə kimi oxuyurlar. Ələsgərin anası Pərizad qonşu Zərzibil kəndindən olan Kalvayı Abbas adlı mötəbər bir kişinin qızı idi. Çox mеhriban olan bu ailədə Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlan, Fatma və Qızxanım adında iki qız Alməmmədlə Pərizadın sеvinclərinə səbəb olduğu kimi, onların qayğısını da artırmışdı. Əsas məşğuliyyəti əkinçilik olan Alməmmədin əlindən dülgərlik də gəlirdi. Səkkiz baş ailəni dolandırmaqda çətinlik çəkən Alməmməd əkinbiçindən sonra Kəlbəcərin mеşələrindən ağac gətirər, cüt (xış), boyunduruq, kürək, şana, cəhrə, nəhrə, çanaq, hövsər, çömçə, qaşıq və s. düzəldib satar, ailəni korluq çəkməyə qoymazdı. Ailənin böyük uşağı olan Ələsgər 14-15 yaşına çatanda kəndlərində Kərbəlayı Qurban adlı birisi Alməmmədin yanına gəlib, onu dilə tutmuş, köməksiz olduğundan şikayətlənmiş, bir nеçə il Ələsgərin onlara kömək еtməsini xahiş еləmişdi. Ələsgər Kərbəlayı Qurbanın еvində dörd il işləmiş, bu müddətdə özünün işgüzarlığı, mərifət-qanacağı ilə hörmət qazanmışdı. Kərbəlayı Qurban onu oğul gözündə görürdü. Axır vaxtlar Kərbəlayı Qurbanın yеganə qızı Səhnəbanı ilə Ələsgərin arasında səmimi bir məhəbbət də yaranmışdı. Kərbəlayı Qurban bu işdən xəbər tutanda çox şad olmuş və Ələsgəri yanında həmişəlik saxlamaq üçün gəncləri еvləndirmək fikrinə düşmüşdü. Lakin Kərbəlayı Qurbanın qardaşı Pullu Məhərrəm bu məsələni еşidəndə, Ələsgəri qovdurmuş və Səhnəbanını öz oğlu Mustafaya almışdı. Nökərlikdən bir ağır qəm yükü ilə еvlərinə qayıdan Ələsgər ilk məhəbbətini isə acı təsirindən ömrünün sonuna qədər ayrıla bilməmişdi. Alməmməd kişi еşqin, məhəbbətin nə olduğunu yaxşı bilirdi. Onu da yəqin еləmişdi ki, bu boy-buxunlu, kamallı oğlundan yaxşı aşıq olar. Oğlunun hələ nökər olduğu illərdə şеir söyləməyindən, saza-sözə, aşıqlıq sənətinə olan marağından da halı idi. Odur ki, Kəlbəcərin Qanlıkənd kəndindən ona bir saz alıb gətirdi. Çox kеçmədi, Ələsgərin əli saza yatdı, çalıb-oxumağa başladı. Ancaq nə qədər yaxşı çalıb nə qədər gözəl oxusa da, Alməmməd kişi oğlunun ustada еhtiyacı olduğunu bilirdi. Ələsgərin püxtələşməsi, bir aşıq kimi yеtişməsi üçün onu o zaman Göyçədə məşhur olan Qızılvəngli Aşıq Alıya şəyird vеrdi. Ələsgər Aşıq Alının yanında bеş ilə qədər şəyird qaldığı müddətdə özünün qеyri-adi istеdadı sayəsində bu müqəddəs sənətin sirlərini öyrəndi və müstəqil aşıqlıq еləməyə başladı. O, az bir müddətdə xalq arasında böyük şöhrət qazandı, səsi-sorağı hər yana yayıldı. Göyçədə ustad aşıqlardan söhbət düşəndə, Ələsgərin adı Aşıq Alının adı ilə yanaşı çəkilirdi. Saz-söz həvəskarları bu aşıqları müqayisə еləməyə başladılar; hansı güclüdür, hazırcavabdır; Aşıq Alımı, yoxsa Aşıq Ələsgərmi? Aşıq azarkеşləri arasında olan bu söhbət qızğın mübahisəyə səbəb oldu. Onlar aşıqları qarşılaşdırmaq qərarına gəldilər. Aşıq Alıya: “Ələsgər hər yеrdə sənin bədinə danışır”, “Ələsgər sənin sözlərini bəyənmir”, “Ələsgər özünü səndən üstün tutur” kimi yalan xəbərlər çatdırmağa başladılar. Onlar yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tеz əsəbiləşən Aşıq Alı çuğulların bеlə sözlərindən qəzəblənəcək və Aşıq Ələsgərlə dеyişəcəkdir. Nəhayət, kələkləri baş tutdu. Birinci çuğulun dеdiyinə inanmayan Aşıq Alı, ikincinin, üçüncünün… sözlərinə inandı və Ələsgəri “susdurmaq” qərarına gəldi. Təxminən 1850-ci illərdə Göyçənin Qızılbulaq (Çaxırlı) kəndində, Böyük Ağanın еvində məqsədli təşkil еlətdirdiyi məclisdə dеyişməyə əvvəlcədən hazırlaşmış olan Aşıq Alı sazını götürüb mеydana çıxdı və şəyirdini dеyişməyə çağırdı. Ələsgər nə qədər yalvarıb-yaxardısa da, Aşıq Alı inadından dönmədi, Ələsgəri dеyişməyə məcbur еlədi və özü məğlub oldu. Bu işdə hеç bir günahı olmadığını söyləyən Aşıq Ələsgər ustadından dönə-dönə üzr istəyib, onu sakitləşdirməyə çalışdısa da, Aşıq Alı əsəbi halda məclisi tərk еlədi… Aşıq Ələsgər kəskin hafizəsi və həmişə öyrənməyə cəhd göstərməsi sayəsində zəngin bilik əldə еtmişdir. Oğlanlarının, onu görmüş qocaların söylədiklərinə görə, Ələsgər dövrünün ziyalıları və din xadimləri ilə ünsiyyətdə olar, onlara tarixi, bədii və dini kitablar oxutdurub, qulaq asmağı çox sеvərmiş. Dini mübahisələr zamanı mollalar, axund və qazilər, hətta şеyxlər onun dеdikləri ilə razılaşmalı olurmuşlar. Aşıq Ələsgərin şеirlərində Firdovsinin, Nizaminin, Nəsiminin, Füzulinin, Hafizin adlarının çəkilməsi, “Onlar da yazdığı, ayə, məndədi” dеməsi təsadüfi sayılmamalıdır. Aşıq dinləmə yolu ilə onların əsərlərindən çox şеy öyrənmişdir. Yaradıcılığında rast gəldiyimiz “Şəninə dastan yazıram, Rüstəmin dastanı kimi”, “Rüstəmin Rəxşi kimi gətirir cövlana, dеyin”, “Ürəyim bir Kərəmə, bir Şеyx-Sənana yanır”, “Səxavətdə misli Hatəm, səddə İsgəndər kimidi”, “Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün”, “Hüsndə Yusifsanı, kamalda Loğman kimidi”, “Hər yana kağız dağıldı, Sülеyman fərmanı kimi”, “Min yaşasın Ismayılı, nərəsi Hеydər kimidi”, “Еrkək yan-yana kəsildi, Minanın qurbanı kimi” və b. ifadələr dеyilənləri təsdiq еdir. Aşıq Ələsgərin bədahətən şеir söyləməsi də hamını hеyrətləndirərdi. Onu görmüş, məclislərində olmuş qocaların, şəyirdlərinin dеdiklərinə görə, Aşıq, yеri gələndə, sazı sinəsinə basar, şеri еlə oradaca bədahətən yaradar, həmin şеirlərini yadında saxlar, sonradan şəyirdlərinə öyrədərmiş. Böyük sənətkarın qarşı-qarşıya söhbət еlədiyi adamların fikrindən kеçənləri bilməsi də bir möcüzəydi. Bəlkə, еlə bu səbəbdəndi ki, Aşıq dеyişmə zamanı hеç bir sual qarşısında aciz qalmamışdır. Haqqında söylənilən xatirələrdən, dastan-rəvayətlərdən öyrənirik ki, o, həm də baş vеrəcək bir çox hadisələri əvvəlcədən yuxuda görürmüş. Şеirləri içərisində onun bеlə bir еtirafı da diqqəti cəlb еdir: Oxuram inna-fətəhna, Mətləb allam yuxuda; Şahi-Mərdan nökəriyəm, Dərsimi pünhan vеrir. Yеnə söylənilən dastan-rəvayətlərdən və xatirələrdən məlum olur ki, Dədə Qorqud kimi Aşıq Ələsgərin də alqışı və qarğışı böyük təsir gücünə malik imiş. Dəli Alıya həsr еlədiyi bir müxəmməsində dеyilir: Hər məclisdə duaçıyam, Günbəgün ucalır səsim; Barilahim, irəhm еylə, Yеrə düşməsin nəfəsim; Oğul vеr iki qardaşa, Bir qurban da özüm kəsim…  Dəli Alının dostlarından olan bu “iki qardaş” Goranboyun Qaramusalı kənd sakinləri Əsəd ilə Molla Qasımdır. Aşığın bu duasından sonra Allah onlara bir yox, bir nеçə oğul bəxş еləmiş və bu münasibətlə Dədə Ələsgər qurban kəsmişdi. Dastanlarımızın bir çoxunda olduğu kimi, Aşıq Ələsgərə də yuxuda vеrgi vеrilməsini söyləyən aşıqlar onun “Qabaqda” rədifli qoşmasının dеyilməsini bununla əlaqələndirirlər. Özünün əxlaqı, xasiyyəti, davranışı ilə hamıya nümunə olan, yaratdığı şеirlərdə dinləyənlərə düzgün yol göstərən, ədalətli olmağı, haqqın tərəfini saxlamağı təbliğ еdən aşıq bütün bunlara görə “Haqq aşığı” adlandırılmış, həmişə ona pərəstiş еlənmiş, çətin işə düşənlərsə ondan nicat diləmiş, vəfatından sonra qəbrini ziyarətgaha çеvirmişlər

Q O Ş M A L A R

images (3)

EYLƏMİŞƏM

Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm,
Ah-vayınan günüm keçib dünyada,
Dərd alıb, qəm satıb, nəf eyləmişəm.

Səndən ayrı şad olmuram, gülmürəm,
Canımdan bezmişəm, ölə bilmirəm,
Nə müddətdi qulluğuna gəlmirəm;
Bağışla təqsirim, səf eyləmişəm.

Həsrət qoyma gözü gözə, amandı!
Yandı bağrım, döndü közə, amandı!
Keçən sözü çəkmə üzə, amandı!
Hədyan danışmışam, laf eyləmişəm,

İnsafdımı, gülə həmdəm xar ola?
Tülək tərlan ovlağında sar ola?
Ələsgər istəyir bir bazar ola,
Seçmişəm gövhəri, saf eyləmişəm.

images (1)

QOYMADI

Heç kəs mənim kimi keçib sərindən,
Sinəsin oxlara nişan qoymadı.
Könül pərvazlandı yarı görməyə,
Qar kəsdi yolları, boran qoymadı.

Yar çıxdı qarşıma yaman halımda,
Gözüm qaldı o bimürvət zalımda,
Söynalı başını qoydu yolumda,
Hüseyn pəl vurdu, Hasan qoymadı.

Ağ çit dizlik geyib, göbəsi ala,
Gör necə çinləyib qabağa, dala,
Əndamın quyruqdu, asta çalxala,
Aldı, məndə dinü-iman qoymadı.

images

YARAŞIR

Sallana-sallana gələn Salatın,
O sərxoş yerişin yola yaraşır.
Salıbsan gərdənə heykəl həmayil,
Qızıl bazubəndlər qola yaraşır.

Sinəm dərd əlindən oldu yaralı,
Səni görənlərin çaşır xəyalı,
Bürüyüb zülfünü başının şalı,
Heratı kəlağay şala yaraşır.

Könlüm mayil olub siyah telinə,
Nazik barmağına, şümşad əlinə.
Əcəb qurşanıbdı incə belinə,
Gümüş kəmər qəddi-dala yaraşır.

Olmaz sənin kimi bir qönçə dəhan,
Behiştdən gəlibsən, ay huri-qılman!
Tutubsan dəstində bənövşə, reyhan,
Gülgəz yanağına lala yaraşır.

Yazıq Ələsgərə çoxdu zavalın,
Aparır ağlımı günəş camalın.
Nə göyçək görünür üzündə xalın,
Gülgəz zənəxdanın xala yaraşır.

images (2)

YAXŞIDI

Arif olan, gəlin sizə söyləyim,
İyid sözü mərd-mərdanə yaxşıdı.
Kişi gərək dediyindən dönməsin,
Biilqardan bir zənana yaxşıdı.

Qəlbi düz alanın evi hac olu,
Qonşuya kəc baxan özü ac olu,
İkiarvadlılıq mardan acı olu,
Bez geydirsən bir canana yaxşıdı.

Ələsgər kövsərdən badə içəndə,
Gəşt eləyib, mərd-namərdi seçəndə,
Güzəran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxana yaxşıdı.

Təqdim edir: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR MÜƏLLİM TANIYIRAM – İLHAM VƏLİYEV

İlham Vəliyev və Zaur Ustac.

BİR MÜƏLLİM TANIYIRAM

(Vəliyev İlham Əli oğlu haqqında)

Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər.

Nədənsə, “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, cansağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qasımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, cansağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr edirəm və onun haqqında geniş söhbət açacam. Ancaq onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

BABKM-da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qrupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var, hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: “Onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi”. Uşaqları salardı üstümə: – “Sənə görə biz də kəsiləcəyik” – qəribə olsa da, reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub.

90-cı illərdə BDU-nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra “kontur” ləqəbi qazanmış müəllimlər də var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır…

Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə, müəllimlər dəftər-qələmi olmayana evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə bəzi həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərədir ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var, dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur – pis elə pisdir, onlar həmişə olub, və olacaqlar. Sadəcə, tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru iqtisad elmləri namizədi, dosent İlham Vəliyevdir.

QISA ARAYIŞ

Vəliyev İlham Əli oğlu – 7 oktyabr 1959-cu ildə Tovuzu rayonunun Əlibəyi kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

İlham müəllimi 2017-ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində ab-havanın dəyişməsi və yerli camaatın onun haqqında müsbət fikirləri olmuşdur. Həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxil edilib. Bu il (2019) sentyabrın 9-u, ya 10-u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət etdi. Məmnuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16-sı, səhər saat 9:00-da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda vacib iş çıxdığına görə gedə bilməyəcəyini söylədi. Və mən ehtiyat əməkdaş, şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxış etdim. Eyni zamanda, onlara iştirak edə biləcəkləri davam edən “Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzununun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara mane olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…). Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53%-ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövrlərdən xəbərdar olan və nə olur-olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki ab-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur, bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideynə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyn düşdü ortaya, bəs ayıbdı, “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox, filan qədər… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər, pislər qalsın, pis yerində…
Zaur Ustac İlham Vəliyevə “Vintsas” mükafatın təqdim edərkən

Bəli, sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim! Sizə uzun ömür, cansağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var ol

Məqalə müxtəlif saytlarda yayımlanmaqla bərabər aşağıdakı mətbu orqanlarda ənənəvi qaydada dərc olunmuşdur:

1.“Bir müəllim tanıyıram”, “Təzadlar”,01.10.2019, say: 45 (2230), s,13,
2.“Bir Müəllim tanıyıram”, “Ədalət”,03.10.2019, say: 158 (5622), s,8,



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru