Bəşər tarixinin yaranması haqqında polemik fikirlər biri-birini təkzib edərək nəticəsiz sonluq almışdır.Sonda onun insanlar tərəfindən dərkolunmayan, Tanrı qüvvəsi tərəfindən yarandığı qəbul edilmişdir. Nitqin yaranması haqqında olan düşüncələr də mübahisəli və nəticəsiz olaraq qalmışdır.Yenə də Tanrı sirri… Həqiqətən sözlərin Tanrı ilə əlaqəsi mütləqdir.Əgər biz bu fikirlərə idealizmdən fərqli olaraq metafizik nəzərlə baxsaq, sözlərin Tanrı tərəfindən yaranmasını deyil, məhz Tanrı adlarından sözlərin yaranması faktının təkzibolunmazlığını qəbul edərik. Bütün dünya xalqlarının dillərində olan ilkin sözlərin hamısı eyniyyət təşkil edir.(FB səhifəmdə çoxsayda məqalələrimdə paralel müqayisəli şəkildə izahlar verilib) Mövzuya keçək.Mənsub olduğumuz Qədim Oğuz xalqlarının adları da Ulu “Qa” Tanrısının adından yaranmadır.Qədim Oğuzlar (türklər) Tanrını göydə təsvir edirdilər.Əslində Tənqri sözü avropa alimlərinin tədqiqatlarından gələn termindir.Qğuz dil qrupunun dil sxemində C+C (samit+samit) yoxdur.Əslində bu “Tənqiri”dir.Yəni qədim tayfalar birləşən vaxt milli tolerantlıq xislətindən hər iki tayfanın tanrılarının adlarını yaşadırdılar.”Tən” (tan), Qiri (Qor) də “”qor”dan yaranmadır.Tanrının iki səsli “qa” adından yaranan “quz” sözündəki “z” cəmliyi bildirən səsdir.Sözün “ğ” samiti ilə başlanması dildə çətinlik yaratdığından dialektdə bir çox hallarda “o” protezası artırılaraq “quz” sözü “oğuz” formasını almışdır.Bəzi hallarda isə “quz” sözündən “ğ” samiti düşərək sait keçidi ilə “az, öz, uz, üz…” yeni sözdüzəldici söz komponentləri yaranmışdır. Məqalədəki “uz” sözündən yəni tanrı adından yaranan sözlərə diqqət verək. ”Uzay” əsasən türklər “fəza, səma” mənasında işlədir.Yəni tanrının fəzada olması semantikasından yaranmadır.”Uzaq” sözü yəni göyün uzaqda olması məntiqindən yaranmşdır. Bu gün türklər “uzaq” sözünə “uz” deyirlər.Qədim nağıllarımızda olan “Az getdi, uz getdi, dərə, təpə, düz getdi” deyimində bizlər “uz getdi” sözünü “üz getdi” işlətdiyimiz üçün bu sözün qədim mənasını tapa bilmirik. ”Uzun” sözü də məntiqi olaraq məsafəni bildirir.”Uzanmaq” sözü də “uzununa” sözündəndir.”Uzatmaq”da “uzun danışmaq” mənasındadır.”Azmaq” sözü də uzaqlaşmaq mənasındandır.”Azğın” yəni yolunu azmış.”Özgə” sözü də “uzaq” sözündən törəmədir. ”Üz” sözündən “üst, üstün” sözü yaranıb.”Uzlaşmaq”- yəni “üst-üstə düşmək”. Hətta “üzmək” sözü də suyun üzündə qalmaq mənasındandır. Qədim Oğuzların tanrı təsəvvürünə görə göy üzünü “uca” adlandırırdılar Türklərin işələtdiyi “yücə” sözü “uca” sözünün qədim formasıdır.”Yücə Tanrı” sözündəki “yücə-uca “ da “uz” sözünün derivatividir.Əslində dilimizdə olan “yüksək” ( dialektdə “yühsəh”) sözü də “üst” sözündəndir. “Uc” sözü də predmetin ən uzaq nöqtəsini nəzərdə tutur.”Ucqar” sözü də buradandır. ”Uçmaq” sözü də məntiqi cəhətdən “uz” sözündəndir.Ölümdən sonra ruhun uçmasına nəzərən.”Uçmaq” sözünün oğuzlarda “cənnət” mənasında işlənməsi Tanrının məkanının “uz” da (səmada) olması təsəvvüründəndir. Ən qədim insanların göy üzünü dairəvi, yumru şəkildə təsəvvür etməsi dildə yeni sözlərin yaranmasına təkan vermişdir. “Üz-yüz”-sifətin yumru formasından, “göz”ün də fizonomiyasının yumru olmasından adlanmadır.
“Üzük-yüzük”ün forması da məntiqidir.Maraqlıdır ki, “yüz” –“100” rəqəmindəki “0” işarəsi də “yumru” təsəvvüründən özünə nominasiya almışdır.Türklər ofislərdə ayaqyolunun qapısına “00”-“ yüznumara” yazırlar. P.S. Həqiqətən də bu sözlərin yaşını necə bilmək olar? Bir şey maraqlıdır ki, Tanrı insana bu yolu açıq qoyub.Sözün ilkin formasının tapılması çətin olsa da, dərkolunandır.Bu sözlərin də yaşını tapmaq çətindir.Ancaq nəticə məntiqi cəhətdən dərk olunandır və qəbulediləndir. Görəsən professional (“professor” sözü də buradandır) dilçilər bu sözlərin açılışını akademik şəkildə nə vaxt mənbələşdirəcəklər?
RİYAZİYYATDA “X” (İKS) İŞARƏSİNİN ADI HARADAN GƏLİR? (DİLÇİLİKDƏN ETÜDLƏR…RİYAZİYYATÇILARA HƏDİYYƏ) Dilçilik elmi bütün elm sahələrində olan terminlərin açılmasında müstəsna rol oynayır.Bu gün terminlərin mənası fənnə dair izah olunsa da, onların orfoqrafik şəkildə öyrənilməsi qənaətbəxş deyildir. Riyaziyyat elmində “X” (iks) məfhumu məchulluğu bildirir.Onun heroqlifi də “yox” işarəsini təsdiqləyir.Riyaziyyatla məşğul olmayanlar da “yox” qeydlərini də “x”-lə işarə edirlər.Bu anlayış dünyəvidir. Maraqlıdır ki,”x” işarəsinin adı necə yaranıb? Bəlkə də məhşur riyaziyyatçı Eyler də bu günki riyaziyyatçılar kimi bu sualı özünə verməyi vacib bilməyib.Yəqin ki,”X” məchul – “bilinməyən, naməlum” kimi öz mənasını sabit şəkildə qoruyub saxladığına görə. Həqiqətən da riyaziyyat elmi müasir dövrün inkişafının ən yüksək mərtəbəsi sayılır.Riyaziyyat sözü ərəb dilində “riyazət” sözünün məcazi mənasındakı “çətinlik, əzab, işgəncə” kimi izah olunur.”Cəbr” sözü də “zülm, məcbur edilən, zorakı” mənalarını bildirir.Latın dilində olan “mathematica” sözü də “mat”- “parlamayan, sönük, ölgün” mənasını bildirir.Təsviri tərcümə olunsa “zülümdən zülm”… Riyaziyyat elmi çox qədimdir.Məhz onun qədimiliyi bu riyazi sirri açmaqda əsas vasitədir.Sözün etimologiyası psixolinqvistik yolla açılması mümkün sayıla bilər. Əgər biz qədim əsatirlərə diqqət versək, keçmişdə insan ömrünü uzatmaq, cavanlığını mühafizə etmək üçün qədim kimyagərlərin tapmaq istədikləri, ancaq tapa bilmədikləri “həyat suyu” –“Həyat iksiri” fenomeni bütün dünyaya səs salmışdır.Hətta bu kimyagərlər iksirlə metalı qızıla çevirə biləcək sərsəri ideyalar da irəli sürmüşlər.İnsanlar kütləvi surətdə onun axtarışına çıxmışlar. Böyük şairimiz Nizami Gəncəvi İskəndərnamə poemasında da İskəndərin zülmət dünyasına gedib, bu “abi həyat”ı axtarmasını təsvir etmişdir. İnsanlar onu nə qədər axtarsalar da, tapa bilməmişdilər. Əslində “iksir” sözü ərəb dilinə yunan dilindən keşmə bir növ qədim “ulu beynəlxaəq” sözdür.”İksir” sözü müəyyən assmiliyasia ilə bütün dillərdə oxşar şəkildədir.Sözün yunan mənşəli olması ellinizmdən gəlir.Məhz İskəndərin özü də yunandır. Riyaziyyat elmi ən qədim elmlərdən biridir.Bu elmin əsas mahiyyəti məchulu tapmaq olmuşdur.”Misal, məsələ” sözünün özü də “sual” sözündəndir.Sual da məchuldan doğur-yəni “x” (iks)dən. “X” işarəsi məchuldur – axtarılandır.İksir də axtarılandır.Məhz riyaziyyatın əsası qoyulan dövrdə “iksir” fenomeni məlum idi. Riyaziyyat elmində “axtarılan”ın işarəsi “X”-in adı həmin dövrdə axtarılıb tapılmayan “iksir”in adından yaranmadır.”X” işarəsinin özü də, adı kimi yoxluğu (tapılmayanı) özündə ehtiva edir. P.S.Sözün əsl mənasında dilçilik elmi bütün elmlərin açarıdır.Dil olmasa elm necə yarana bilər?Məhz elmi akademik formaya salan terminologiya dilçilik elminin məhsuludur və bütün elmlər terminlərlə elmləşir. Təşəkkür edirəm.
Bu gün FB səhifəsində alim və yazıçı HÖRMƏTLİ Əlirza Xələfliyə bir ziyalı “Hey” adlı təcnis yazmışdı.Oxudum və təsirləndim. Məndə sual yarandı ki, görəsən qədim türk xalqlarında “salam” sözü əvəzinə əvvəllər hansı sözümüz olmuşdur.Doğrusu nə qədər araşdırdımsa belə sözün işlək alternativini tapa bilmədim. Bir çox dillərdə fonetik müqaisəli təhlil əsasında apardığım araşdırmalarda “salam” sözünün “səlamət, sağlam” sözündən yaranması öz təsdiqini tapdı. Belə ki, rus dilində “здоровый – здравствуйте”; ingilis dilində “healthy – hello”; ərəb dilində “səlamət – səlam”; yunan dilində “geia sou – geia sou” və s. kimi eyni kökdən olan sözlər kimi təsnif olunmuşdur. “Salam” sözünün dilimizdə özünə alternativsiz yer tutması əslində islamla sıx bağlıdır.Hətta “salam” sözü “müslim, müsəlman” sözünün epiteti kimi də qəbul edilir. Digər dillərin müqayisəli təhlilindən aydın olur ki, “salam” sözü “səlamət, sağlam” sözlərindən alınmadır.Dilimizdə bu sözün arxaikləşib dildən çıxması türk dillərinə xələl gətirir.Əslində “salam” sözü ta ibtidaidən bütün xalqların dillərində ilkin söz kimi olmuş və saxlanılmışdır. Yalnız türk dillərində bu sözün qədim forması arxaikləşmişdir. Folklorumuzun nümunəsi olan “Kitabi Dədə Qorqud”da “xanım hey” ifadəsi vardır.Dilçilər onu müraciət kimi qəbul edirlər.Əslində kütləyə “salam” vermək də müraciətdir.
Qədim Oğuz dillərində “hey” sözünün “səlamət” sözü ilə eyni kökdən olmasını sübut etmək araşdırmada ən əsas şərtdir.Əgər biz dilimizdə olan qədim ifadələrə diqqət versək, bunun izini görmək mümkündür.Dilimizdə olan ifadələri nəzərdən keçirək:”heyim kəsilib, heyim yoxdur, heyim qalmayıb, heyim qurtarıb, heysiz olmuşam, “hey-heyim gedib, vay-vayım qalıb” və s. kimi. Türk dillərində bu ifadələrdə olan “hey” sözü “səlamət, sağlıqlı” sözünün alternativi kimi tam özünü doğruldur. Araşdırmadan tam məlum olur ki, Qədim Oğuzlarda “hey” sözü “salam” sözünün türk dilində ilkin forması olmuşdur.”Hey” sözü həm “səlamət”, həm də “salam” mənasını bildirmişdir. Maraqlıdır ingilis dilinin izahlı lüğətində “səlamət” sözünün 2-ci mənası “sound” – “səs” sözüdür.Türk dillərində də bu belədir.”Hey, səsin gəlsin!” ifadəsi bəzən “salam, səsin gəlsin” ifadəsini əvəz edir.Əslində dilimizdə olan “hay” (hay-küy, səs-küy) sözü “hay salmaq, səs salmaq” semantik cəhətdən “hey” sözündəndir. Folklorumuzun digər nümunəsi olan “Koroğlu”dastanındakı “hoydu dəlilərim, hoydu” ifadəsi də müasir hərbi salamın qədim türk variantıdır. P.S.Mən deyərdim ki, bütün xalqların dillərində “salam” sözü ən müqəddəs sözdür.Yəni “Salam Allah kəlamıdır”.Bütün xalqlar kimi biz də öz salamımızın qədim leksik formasını bilməliyik və onu xalqımıza çatdırmalıyıq. Təşəkkür edirəm.
MAHRASA MƏBƏDİ VƏ YA ÇAREK VƏNG, YOXSA ÇIRAQ QALA? (BÖYÜK İNSAN VƏ BÖYÜK ALİM RAMİZ ƏSKƏRƏ İTHAF EDİRƏM.)
Azərbaycanın ensiklopediya və vikepediya məlumatlarında göstərilir ki, Gədəbəy rayonunda yerləşən tarixi Çarek qalası (Namərd və ya Qız) hüdudları daxilində, Şəmkirçayın sol sahilində yerləşən qədim alban Mahrasa ay məbədi kimi tanınan Çarek vəng monastr kompleksidir. Bu monastr haqqında yazılan fərziyyələri oxuyarkən qədim Azərbaycan torpaqlarında mövcud olmuş alban məbədlərinin erməni məbədgahları kimi tarixə təqdim olunması çox təəssüfləndirici haldır.Hətta yazılanları təkzib etmək istəyərkən də, tarixçilərin bu məbədləri erməniləşdirmə faktlarını təkrar etmək azərbaycançılıqla bir araya sığmır… Azərbaycanda islam dini qəbul edildikdən sonra xristian məbədləri sahibsiz buraxılmış, həmin məbədlərdə heç bir dini ayin və ziyarətlər təşkil olunmamışdır.Sadəcə olaraq Türkiyə və İranda yaşayan erməni icmaları Allah evinin sahibsiz qalmasını xristian dininə görə günah hesab olunduğuna istinad edərək, Azərbaycanın hökmdarlarından xahişlə icazə alaraq azsayda erməni kilsə rahibləri mövcud xristian məbədlərində kilsə ayinlərini yerinə yetirmişlər. Azərbaycanın mərkəzi Bakı şəhərində mövcud olan atəşgahlarda da eyni missiyalar Hindistandan gəlmiş atəşpərəstlər tərəfindən icra edilmişdir. Adı çəkilən Mahrasa monastrı Azərbaycanda mövcud olan qədim alban abidələri ilə həmyaşdır.Yəni Roma İmperiyasının xristianlığı dövlət dini kimi qəbul etdikdən sonra İmperiyanın nəzarətində olan bütün ərazilərində IV əsrin ortalarından başlayaraq dinin atributu olan kilsələrin tikilməsi tarixi faktlara söykənir.Azərbaycanın da əraziləri həmin dövrdə Roma İmperiysının nəzarətində olduğundan bu ərazilərdə saysız-hesabsız dini məbədlər inşa edilmişdir.Bu kilsələrin “Alban kilsələri” adlanması da təsadüfü deyildir.Xristianlıq Roma İmperiyası tərəfindən 300 ilə yaxın bir dövrdə təqib olunan zaman, İngiltərədə xristianlığı yayan romalı əsgər Albanın şərəfinə II Konstantin tərəfindən xristianlığı dövlət dini kimi qəbul edərkən xalqla barışıq üçün Albanın adını həmin kilsələrə vermişdir.Romalı əsgər Alban xristianlığı yaydığına görə İngiltərəni idarə edən romalı imperator Serivus tərəfindən onun boynu vurulmuşdur.Alban xristianlığın ilk marturu (şəhidi) adlandırılmışdır.Xristian yürüşlərində Albanın əksi ilə bəzədilmiş dini bayraqlar yürüşün əsas simvolu hesab olunurdu. Bu səbəbdən də Avropa ölkələrində bu günə qədər gəlib çatmış məbədlərin hamısı “Alban kilsəsi” kimi adlanmaqdadır. Mahrasa monastrının adı niyə Ay məbədi kimi tanınır və eyni zamanda kimlər bu adın əleyhinə gedərək onu Çarekvəng adlandırılmasını tələb edirlər? Əslində məsələnin qoyuluşu anonim olsa da burada erməni izi sezilməkdədir.Məbədin adının Mahrasa kimi adlanması erməni dilinə aid olmamasını sübut edir.Ona görə də erməni təbliğatı öz işini bizim əlimizlə görmək istəmişlər. Əslində “monastr” sözü avropa mənşəli dillərdən gəlir.Onlar da monastrı “ay məbədi” kimi qəbul edirlər və onu xristianlığın qəbulundən daha əvvəl mövcud olmasını təsdiqləyirlər.Əslində xristianlığa qədər dünya dinləri əsasən 3 dini inanca: Heliusa (günəş), Zeusa (göy, ildırım) və Selenaya (ay) sitayiş etmişlər.Bu sitayişlərin son dövrü aya (selenaya) daha çox olmuşdur. “Monastr” sözündəki “mon”- “moon” sözünün qədim forması olub “ay” deməkdir.2-ci heca “astr” sözü isə göy cismi olan “ulduz” sözündəndir.Ayın gecə vaxtı ulduzların əhatəsində olduğundan dini inanca görə onların hər ikisi dini inanc kimi qəbul edilmişdir.Ölkələrin bayraqlarında olan nişanələr onun qədim inanc atributlarındandır. Əslində “man” sözü Amon tanrısının (Ay Tanrısının) adındandır.Amona sitayişlə əlaqədar bir çox teofor(tanrısal) terminlər mövcuddur.Məs: monk(rahib, zahid); monarh(şah, mütləq hökmdar);montane (dağ-Tanrını uca dağ başında olması təsəvvüründən); monument(heykəl-qədimdə tanrıların heykəlləri);monkery (zahidlik həyatı) və s. Amon tanrısının ibtidai təktanrıçılığa aid olması səbəbindən onun “bir” mənasıda çoxlu sayda teofor sözlər mövcuddur.Məs: Monday(birinci gün); mone (pul vahidi); moncraf (təkbaşına hakimiyyət); manager (rəhbər); mondate (səlahiyyət) və s.sözlər. Man sözünün insan mənasını bildirən sözlər: monde (kübar, pullu adam); monitor (tərbiyə edən); monkish (tək halda təkyəyə sığınan-guşənişin, zahid, asket); monopolist (tək əlçilik); monk-fish (su pərisi-yarı insan yarı balıq. Ramiz Əskərin “Su pərisi” şeirini xatırladım…); monkey (İnsanabənzər-meymun) və s. Dillərin müqayisəli təhlilindən aydın olur ki, “monastr” sözü həqiqətən həm tanrı evidir, həm də Ay Tanrısının (Amonun) ibadət yeridir. O ki qaldı Çarekqala və ya Çarek vəng adlarının mənasına, bu söz ermənilər tərəfindən elə dəyişdirilmişdir ki, sözün mənasını nə bizimkilər, nə də ermənilər müəyyən edə bilməmişlər. Əslində “Çarek” sözü qədim türk dilindəki “çıraq” sözüdür.Qədim türklərdə “çər” od deməkdir.”Çərşəmbə” sözü də buradandır.Od Tanrısının inancına görə uca dağların başında od yandırılırdı.Orada tikilən məbədlərdə tanrıya ibadət üçün qalalar tikilirdi və həmin qalalarda od yandırılırdı. Bəzi türk tayfalarında “qal” sözü də od deməkdir.”Qala” sözü orada od qalandığından özünə neologizm yaratmışdır. Azərbaycan ərazisində “çıraq” sözü ilə əlaqədar bir çox toponomik adlar vardır.Məs: Çıraqlı, Çıraq qala, Çıraqkənd, Çərəkən və s. Maraqlıdır ki, Ərəb xilafəti dövründə Gədəbəydə erməni rahiblərinin ibadət etdikləri Çıraq qala monqolların Azərbaycana 1-ci yürüşü dövrü Kəlbəcər rayonundakı Gəncəsər kilsəsinə köçürülmüş və 17-ci əsrdə yenidən Gədəbəydəki məkanına – Çıraq qalaya qaytarılmışdır. Gəncəsər monastrı adından göründüyü kimi onun xristanlıqdan əvvəl ay məbədi olması məntiqi nəticəyə gəlməyə əsas verir.Onun yerləşdiyi kəndin adı da Vəngdir.”Vəng” sözü xristianlıq termini olan “yevangeliya”- “dini məbəd” sızündəndir.Azərbaycanda toponim kimi formalaşmış Qərvənd, Xudavənd, Xocavənd, Sırxavənd və s. adlar Alban məbədlərinin yerləşdiyi məkanlardır.Elə Vəng kəndinin də adı oradandır. O ki qaldı Kəibəcər toponiminin adına, təəssüf ki, bu günə qədər heç bir dilçi və toponimist alim bu adı fonetik dəqiqliklə aça bilməmişdir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycanda Ərəb xilafəti uzun müddət hakimiyyətlərini sürdürmüş və bu ərazidə ərəb arealı formalaşmışdır.Məlum olduğu kimi Azərbaycan ərazisində qədim alban kilsə kompleksi Kəlbəcərin Vəngli kəndindəki Gəncəsər monastrıdır. Ərəb dilində “böyük” mənasını bildirən “kəbr” sözü vardır.Kəlbəcər sözünün 1-ci hissəsi “kəlbə” sözü mümkün “r-l “ fonetik əvəzlənməsi və sözün bütünlükdə yerli şivədə türkləşməsi nəticəsində “kəbr” sözü “kəlbə” kimi formalaşmışdır.Sözün 2-ci hissəsi “cər-çər” sözü də “çıraq” sözünün ərəbcədən sıxılmış formasıdır.Söz bütövlükdə “Böyük Çıraqlı, Böyük vəng, Böyük kilsə” mənasına gəlir. “Gəncəsər” sözü heç də təsadüfi yaranmamışdır.Bu kilsələrin əsas məramı xristian əhalisindən xərac toplayan funksiyasına görə adlanmışdır.”Gəncə” sözü “xəzinə” mənasını bildirir.”Sər” sözü isə “çər” (çıraq) sözünün asimlatik formasıdır.Gəncəsər sözü bütövlükdə “Xəznədarlıq kilsəsi” mənasına gəlir.”Gəncə” sözü ərəb dilindəki “xəzinə” sözünün farslaşmış formasıdır.Dilimizə bir çox fars sözləri kimi daxil olmuşdur. Bu gün Ermənistan ərazisində Üçkilsə rayonunda qədim alban abidəsi Eçmiəzdin kilsəsinin adı da ərəblər tərəfindən verilmişdir.Ərəb dilində “məaz” sözü dilimizdə “sığınma, sığınacaq, pənah yeri” yəni təkyə kimi mənalanır.”Məad”sözü də “qayıdılacaq yer, axirət” kimi izah olunur. Eçmiəzdin kilsəsi azsaylı rahiblərin yaşayış tərzi, yəni monastr həyatı olduğundan onu ərəblər təkyə yeri (dindarların sığınacağı) adlandırmışlar. İrəvan toponiminin də etimologiyası bu səpgidəndir.Bu ərazidə də çox sayda kilsə olduğundan “İr-hor-günəş tanrısı”, “van” isə yevangeliya sözündən olub, “vəng” şəklində formalaşmışdır.Yəni “Tanrı monastrları” kimi anlaşılır. Qədim Azərbaycan ərazisi olan Göyçə gölünün ətrafında alban abidələri yerləşdiyindən Sevan sözündəki “van” sözü də “vəng” sözündəndir.Sevan və Eçmiəzdin sözünün birinci hecası “üç” və “sə” (fars) sözləri 3 rəqəminə işarədir. Həqiqətən də orada yerləşən kilsələrin sayı 3 korpusdan ibarətdir. Araşdırmadan belə nəticəyə gəlmək olur ki, Gədəbəy rayonunda yerləşən Mahrasa monastrının türkcə adı “Çıraq qala” olmuşdur.Sonradan adı monastr sözünün şərq sinonomi olan Mahrasa kimi formalaşmışdır.Ermənilər həmin monastra gəldikdən sonra məbədi özününküləşdirmək üçün qədim türkün “çıraq” sözünü “çarek” edərək türkçülüyün izini itirmək istəmişlər. Məbədin qədim adlarından biri olan “Qız qalası” sözü də ərəblərdən gəlmədir.Ərəblər Oğuz sözünü sıxaraq onu “qız və quz” kimi işlətmişlər.Buna səbəb ərəb dilində “o” səsi o qədər də mütəhərrik deyildir.”Qız qalası” sözü yerli oğuzların adını andıran “Oğuz qalası” mənasındadır. Erməni saxtakarlığı daş kitabələrdən tutmuş bu günkü kitablarına qədər saxta və uydurma mifologiya ilə doludur.Əslində onların ideologiyası mifologiya əsasında qurulmuşdur.Daha doğrusu bu onlarda anadangəlmə instinkt qədər daşlaşmışdır. P.S.Mən deyərdim ki, dilçilik elmi müqayisəli təhlillə tarixin bir çox açılmamış səhifələrinə aydınlıq gətirər.Mən düşünürəm ki, dilçilik elmini dəqiq elmlərə aid etmək daha düzgün olardı. Təşəkkür edirəm.
Bu gün biz beynəlxalq söz kimi işlənən “kultura” sözünü “mədəniyyət” sözü kimi başa düşürük və onun işlənməsini sinonim kimi qəbul edirirk.Demək olar ki, kultura sözü ilə mədəniyyət sözü danışıqda yarıbayarı işlənir. Həqiqətənmi “kultura” sözü dilimizə ərəb dilindən keçmiş “mədəniyyət” sözüdürmü? Bütün dünya dillərində Ulu dilə aid az saylı sözlərdən biri də “kult” sözüdür.Bu söz başlanğıcını tanrıçılıqdan almışdır.Dilçilik tarixinə nəzər salsaq görərik ki, ən ulu dilə aid ilkin söz “ka”dır.(Prof.Qəzənfər Kazımov)O, bütün tanrıçılıqda “tanrı” mənasında işlənmişdir.Qədim Oğuzlarda “qor, qut”,qərb mənşəli dillərdə “kor, kr, kur, kir, qot, qod.”, Qədim Misirdə “gi – qibti” və s. Əslində latın dilində “cult” sözü “cur, cor” sözündəndir.Yəni Tanrı sözündəndir.Sözdə mümkün r-l samitinin fonetik dəyişikliyi baş vermişdir.Cur- cul. Ən qədim insanlar tanrının təsviri kimi qəbul olunan inanclara, tanrının məkanı hesab etdikləri uca dağlara,ağac kultlarına və s.səcdə edərək inam gətirmiş və onların qarşısında dini ayinlər, bayram təntənələri, məhsul bayramları, təbiət bayramları və s. toplu şəkildə yığıncaqlar keçirmişlər.Qədim Oğuzların Novruz bayramı da bizim qədim mədəniyyətimiz hesab edilir.Eyni zamanda digər xalqların mədəniyyətinə xas milli bayramlar, rəngarəng adət-ənənələr mövcuddur. “Kult” sözü bütün dillərdə bir neçə mənada işlənilir.Kənd təsərrüfatında torpağa qulluq (kultivatsiya), bədənə qulluq (bədən tərbiyəsi-fizkultura), geyim və bəzək əşyalarının istifadəsi, qədim mədəni irsin nümayiş etdirilməsi və s. bu kimi tədbirlər bütövlükdə mədəniyyət-kültür hesab olunur. Latın dilində olan “CULTURA” sözünü izah edək. Maraqlı burasıdır ki, “kultura” sözü günümüzə haradan gəlmişdir?Əvvəldə qeyd edildiyi kimi qədim insanlar tanrı inancları, tanrı məkanları hesab etdikləri, tanrının təsvir olunduğu bütlər və s. qarşısında dini ayinlər və dualar edib ona səcdə edirdilər. Sözün 1-ci hecası latın dilində olan “cult” sözü “cur” sözündən olub, ulu dildə “tanrı” deməkdir. 2-ci heca “ur”, bu günkü “or” sözünün əski formasıdır.”Hor” –“adam” sözündən şəkilçi halına düşən “or” sözü peşə sahibliyini bildirir. Sözün 3-cü hecası “Ra” günəş tanrısının adındandır.Cultura sözündə “r” samitinin biri eliziyaya uğrayaraq düşmüşdür. “CULTURA – KULTURA” sözü bütıvlükdə “Günəş tanrısına ibadət edənlər” mənasına gəlirSovet dövründə işlənən (Stalin haqqında), bu gün Şimali Koreyada mövcud olan “şəxsiyyətə pərəstiş” sözü də bu mənadan yaranmadır. Qədim türk dillərində olan “qulluq etmək, qul işi” sözləri də ulu dildən gəlmədir.Rus dilində də “раб, работа” (Ra tanrısının adından), ingilis dilində “work, worker” sözləri Fironun tanrı titulundan gəlmədir.”For” sözünün latın variantıdır. Dilimizdə işlənən “abid” sözü də qərb mənşəlidir.İngilis dilində “abbey” sözü “monastr, kilsə” mənasını bildirir Orada ibadət edənlər isə “abbat” – “rahib” adlanırlar.”Ra” sözünün özü “tanrı” mənasındadır.Abidlər təkyəçilər (zahidlər) kimi də başa düşülür.Onlar monastr həyatı keçirirlər.Yəni tərkidünyaçılıq edirlər.Ola bilsin ki, ingilis dilində “Abbat” sözü “abandon” – “tərk etmək, qapılmaq,əl çəkmək, uymaq,” sözündən alınmadır.Dilimizdəki ”təkyə, təkyədə oturan, təkyədə sakin olan (təkyənişin)” sözlərinin mənasına gəlir. P.S. Dilimizdə olan sözlər çox vaxt şablon kimi işlənir.Lakin hər bir sözün nüvəsində sözün mənası vardır.İstər öz sözümüz olsun, istərsə də digər dillərdən keçən sözlər.Dilçilik elmi sözdən başlayırsa, sözün mənşəyi həmin dildə öyrənməlidir və bu mümkündür.Bu səbəbdən də dilçi alim 5-6 dilə bələd olmalı, sözləri sözduyumu, paralelliklə, müqayisəli şəkildə axtarıb, onun yuvasını tapmalıdır. Dilçilik elmində reformaya böyük ehtiyac duyulur.Qədim sözlərin fonetik qaydada öyrənilməsi praktikası nəzəri cəhətdən elmi surətdə işlənib hazırlanmamışdır. Bu gün bütün elmlər kimi, dilçilik elmi də müasir tələblərə cavab verməlidir.
QƏDİM KELTLƏRİN (SELTLƏRİN) MİFOLOJİ TERMİNLƏRİNİN İZAHI. (DRUİDİZM – AĞAC KULTU)
Dilçilik elminin problemləri qlobal problemlərdir.Bütün dünya dillərində bu problemlərin yolları araşdırılır.Buna baxmauaraq dilçilik akademiyaları bu prosesləri ləngidə bilmir, əksinə problemlər daha da dərinləşir.Dillərdə sözlər arxaikləşir və tam şəkildə sıradan çıxaraq yerini digər xalqların dillərində olan sözlərlə əvəzləşdirir.Soyumuzun mirası olan sözlər qeybə çəkilir.Bu bütün dillərdə belədir.Yeganə olaraq ərəb dilidir ki, Qurani Kərimin sayəsində qədim ərəb sözləri bu günki günə qədər qorunub saxlanmışdır.Təfsirçilər Quranın hər bir kəlamını əski qaydada izah edərək, ayələrdəki sözlərin arxaikləşməsinin qarşısını ala bilmişlər. Bəlkə də, Şah İsmail Xətai dövrünün savadlı adamları sayəsində qələmə aldırdığı “Kitabi Dədə Qorqud”un nüsxələrini çoxaldıb yaymağa icazə vermiş olsaydı, yəqin ki, qədim oğuz dillərində olan sözlərin də çox hissəsi günümüzə gəlib çata bilərdi… Ozümüzdən qurtarmayıb keçək qərb xalqlarının yəni keltlərin dillərində olan tanrısal sözlərin izahına. Dilimizdə olan “Kelt dili” sözünün özü deformativ şəkildədir.”Kelt” sözü dilimizə rus dilindən “sekond-hand” (ikinci əl) kimi keçmişdir.”Kelt” sözü qədim və bu gün mövcud olan qədim avropalıların Qaliya adından əvvəlki məcmu adıdır. “Kelt” sözü əslində avropalıların doğma dilində “Selt”dir.İngilis dilinin fonologiyasına görə “c” hərfindən sonra “e, i, y” hərfləri gələrsə, “c” hərfi “s” kimi oxunur. Bu gün rus dilindən dilimizə keçən avropamənşəli bu strukturlu sözlərdə ingilis dilindəki “c” hərfi “s” səsi əvəzinə “k” səsi ilə oxunur.Məs: “cedrus”-“кедр”, “centaurus- “кентавр”, “cinema”-“ кино”, ”Cyprus” – “Кипр” , ”Cyrus” – “Кир” və s. Bu gün qədim avropa xalqlarının “keltlər” adlanmasında da səs deformasiyası müşahidə olunur.”Kelt” sözü qədm avropa xalqlarının dilində “Seltae” sözündəndir.Yəni – “Seltlər”.Selt – Kelt Tarixdən məlumdur ki, keltlərin vətəni olan Qərbi Avropa xalqları poiiteist (çoxtanrıçılıq) olmuşlar.Qərb mifologiyasının ən dərin qatları keltlərə məxsusdur.Qədim Kelt xalqları təbiətdə olan ağacları, bitkiləri, heyvanları tamamilə mifləşdirmişlər.Kelt xalqlarının tarixində “Druizm” elə bir iz qoymuşdur ki, o bu günə qədər avropa xalqlarının folklorunda və real həyatında mühüm yet tutur.Druidlərin ağac cadusu çox qədim zamanlara gedib çıxır.Hətta kelt kahinlərini “druidlər” adlandırmışlar.Druidlər ağac kultunu sehrbazlıq rəmzinə çevirmiş, özlərini ağaclarla danışa bilən, onların gücünü özlərinə tabe etdirə bilən kahinlər kimi təqdim etmişlər.Ölkədəki yüksək sehrbazlıq əhval-ruhiyyəsi druidlərə dövlətdə vəzifə tutmağa da şərait yaratmışdır.(Ensiklopedik materiallarda geniş təsvir olunduğundan təkrara ehtiyac bilmədim.) Bu gün irlandlar kelt mənşəli dillərdə olan “draoidh”, “deru”, druiade”, “druides” və s. sözlərin kökünü “deru” sözündən yarandığını hesab edərək, “sabit olmaq, bərk qalmaq” kimi mənada qəbul edirlər. Doğrudanmı bu belədir? Əgər bu sözün yaşını biz axtarsaq mənbələrdə göstərilən e.ə. 500-ci ildən çox qədimdir.Əslində ən qədim mifologiyalar hər xalqın insanı ilə yaşdaşdır.Məgər dünya xalqları 2500 il əvvəl dünyanı dərk etməyə başlamışlar?Halbuki, Misir Fironları (şərti 5000 il də azdır) mifologiyanı yaradanda məgər avropa xalqları ondan kənar qala bilərdilərmi? Əslində kelt dilində olan “draoidh” sözü çox qədimdir.Ona verilən məna sözün qədim forması ilə uyuşmur.Baxmayaraq ki, bu etimologiyanı müasir,qədim kelt mənşəli dilçi alimlər özləri vermişlər. Əgər məsələ “druidlər” sözünün etimologiyasının açılmasından gedirsə birinci növbədə sözün yaşı axtarılmalıdır.Söz mifolojidirsə deməli, bu sözün yaşının qədimliliyi təkzib olunmazdır. Əgır söz ““ağac” kultu ilə bağlıdırsa, ilk növbədə dilçi-tədqiqatçı “ağac” sözünün həmin dildə oxşar variantlarını izləməlidir.Əgər biz “druid” sözünü şərti olaraq 2 hecaya bölsək, 1-ci heca olan “dr”, “dra”, “dro”, “dru”, “der” sözlərinin bir kökdən olmasını görərik. Bu gün biz ingilis dilini qədim kelt (Selt) dilinin varisi kimi qəbul ediriksə, “dro” sözünün psixolinqvistik-semantik analizlə müəyyən etmək olur ki, “dro” sözü müasir ingilis dilindəki “tree” – “ağac” sözünün qədim kelt dilindəki ilkin formasıdır. Qədim Kelt dilində “Dryas”- “Meşə Nimfası” kimi mənalanır. Sözün 2-ci hecası “iade” əslində qədim kelt gilində “inanc” mənasını bildirən, müasir ingilis dilindəki “idol” sözündəndir. Qədim Kelt dilində “Druid” sözü fonoloji qaydada “Ağac inancı” mənasını bildirir.(müəllif) Müasir rus dilində “druidlər”lə bağlı kelt mənşəli sözlər lüğət tərkibində özünə xüsusi yer tutmuşdur.Eyni zamanda bu sözlər “druid” sözünün açılmasında açar rolunu oynayır.Rus dilində “дрова” – “ağac” mənasını verir. İngilis dilindəki “İdolatres” sözü isə rus dilində “ идолопоклонник” – “bütpərəst” anlamına gəlir.İngilis dilində ”İdolatres” sözünə diqqət versək, bu sözün tərkibində həm”idol”, həm də “tree” sözlərini görərik. Əslində “idol” sözünün özü də 2 hecadan ibarətdir.1-ci heca “İda” Qədim Friqiyalıların (Müasir Türkiyə ərazisinin Kiçik Asiya Qərbi-mərkəzi Anadoluda mövcud olmuş Friqiya dövləti) yaşadıqları ərazidə İda dağını özlərinə inanc yeri hesab edən Kibellərin inanc yerinin adından yaranmışdır. 2-ci heca “ol” isə qərb dillərində peşə bildirən “or” sözünün fonetik mümkün r-l əvəzlənməsi nəticəsində assimlatik formasıdır.”İdol” sözü qədim kelt dilində “inanca sitayiş edənlər” mənasını verir.(müəllif) Rusiyada xristianlığın qəbulu zamanı bir müddət bütpərəstlərin çoxu yeni dini qəbul etmir, öz məsləklərində qalırdılar.Dindarlar onları “idiotlar” – “bütpərəstlər” adlandırırdılar.Sonralar Rusiyada xristianlıq hakim dinə çevrildikdən sonra bu söz rahiblər tərəfindən təhqiredici məna alaraq xalq arasında “idiot” – “axmaq” mənasında işlənmişdir Sanki bu İslam dinində də “şərik” mənasını verən “müşrik” sözü kimi.İslamda Allahın tovhidliyini qəbul etməyən, ona şərik qoşanlara günah işlədən adamlar mənasında onlara “müşriklər” adı verilmişdir.Dildə özünəməxsus məna kəsb edən söz özünə yeni nominasiya almışdır. Druidlərin dini ayinləribdən olan “Hollywood” bayramının adı da “ağac” mənasından yaranmadır.İngilis dilində “wood” sözü “meşə, odun, ağac, taxta” mənalarını bildirir.”Holly” sözü də Qədim Kelt dilində “holy” müqəddəs sözündən olub, “müqəddəs bayramlar” mənasını bildirir.Sözün kökü Fironizmlə bağlıdır.”Holy” sözü Qədim Misirlilərin “Hor” – “Günəş Tanrısı”nın adından yaranmadır.(mümkün r-l əvəzlənməsi)İngilis dilindəki “holyday” – “istirahət günü, tətil” sözləri də buradandır. Qərbdən fərqli olaraq Qədim Tütklərdə ağac kultu sehrbazlıqdan çox, məişətdəki əhəmiyyətinə görə inanca çevrilmişdi. Qədim Oğuzlar “qara ağcaqayın” ağacını müqəddəs hesab edirdilər.Onlar bu ağacdan ov və silah vasitəsi olan “ox” alətini düzəldirdilər.Ağcaqayın ağacının onların həyatında mühüm rol oynaması səbəbindən bu ağac onlar üçün müqəddəs hesab edilmişdir.Qərb ölkələri Qədim Oğuzların bu inanclarına görə “qara ağcaqayın” ağacını “Acer Tataricum” adlandırmışlar.(Avropalılar türklərə “tatarlar” deyirdilər) Dağdağan ağacı da Qədim Türklərin müqəddəs ağac kultudur.Maraqlıdır ki, bu günə qədər folkloristlər “dağdağan ağacının” müqəddəsliyini sözün mənşəyinə görə təqdim edə bilməmişdilər. Ta qədim zamanda türklər (eyni zamanda bütün dünya xalqları) dağları müqəddəs hesab edərək, onuOd Tanrısının məskəni kimi hesab etmişlər.Dağdağan ağacı sərt mühitə davamlı olduğundan ziyarət hesab edilən dağlarda bitdiyindən onu müqəddəs hesab etmişlər. ”Dağdağan” sözünün 1-ci hecası dağda bitdiyi üçün “dağ” sözündəndir.Qərb dillərindədə bu eyni semantikadandır.Latın dilində ”Dağdağan” – ”Montanum” sözü “mountain”- “dağ” sözündəndir. Dağdağan sözünün 2-ci hissəsi olan təkrarlanan “dağ” sözü isə teolojidir.Teoloji düşüncəyə görə dağın zirvəsi “Od Tanrısı”nın məkanı sayılırdı.Dağdağan ağacının oduncağından düzəldilən nəzərqaytaran muncuqlar hazırlandıqdan sonra onları odda dağlayaraq ütürdülər. Qədim Türklərin “ütmək” sözünün kökü “üt” sözü də “od” sözündəndir.”Ütü” sözü rus dilinə də “утюr” kimi adlanır. “Ütü” sözü “Od Tanrısı”nın əlaməti kimi Qədim Türkün sözyaradıcılığında onların psixoloji düşüncələrinin məhsuludur. İngilis dilində də eyni paralellikdir.”İron”-“ütü” qədim Fironizmdən gələn “od” mənasını verən “hor-ir” sözünün assimlatik formasından yaranmadır.. Türk ağac kultundan olan Qarağac” da müqəddəs ağac hesab olunur.Ağacın rənginin matəm rəngində olması-(qalarkən qara rəng alır) həmin ağacdan qəbirüstü (başdaşı əvəzi) əlamət kimi istifadə olunmuşdur. Ağdam rayonunda olan məhşur Qarağacı qəbirsanlığı da adını bu ağac kultundan götürmüşdür.Rəvayətlərdə söylənilən Sarıhacı və Qarahacı qardaşları hekayəti xalq etimologiyasıdır.(Həmin əraziyə yaxın olan yerdə Sarıhacılı kəndinin adı ilə Qarağacı adına oxşarlıq yaratmaq fikrindəndir.) P.S.Mifologiya folklorun elə tərkib hissəsidir ki, o bütün xalqların tarixində mövcuddur.O, xalqların formalaşmasında mühüm yer tutur. Bəzən mifik hesab etdiyimiz təsəvvürlər həyatda gerçəkliyə də keçə bilir.Necə ki, Qədim Türklərin uçan xalça, yerin altı ilə getmək, sevgilisinin əksini suda görmək, telinin tükününü bir-birinə sürtməklə sevgilisi ilə danışmaq və nələr, nələr…Bu gün bu mifik arzuların hər biri yeni texnologiya əsasında həyata keçmişdir. Əgər biz insanı “ömür ağacı” kimi təsvir etsək, sanki o, ictimai formasiyanı özündə təzahür edir.İbtidai, orta, tam şəklində dünyanı hissə-hissə dərk edir.O, da nağıllardan başlayıb, gerçəkliyin dərkinə qədər.(Dünyanı dərk etmək istisna olmaqla) Mifologiya həyatın rənglənmiş formasıdır.O, insanın əlçatmaz arzuları şəklində ömürboyu onunla olur. Dilçilik elmi mənbələrə görə XVIII əsrdən formalaşıb.Əslində dilçilik elmi də tarix elmi kimi ibtidadan öyrənilməlidir.Deyək ki, bizlər sovet sistemində yaşadığımızdan dilçilik tarixini dərindən öyrənə bilməmişik.Yəni dilin tanrıçılıqla bağlı olduğu səbəbindən.Bəs Avropa dilçiləri Oxford, Humbolt, Kembric, Harvard Universitetlərinin akademikləri bu sahəni niyə öyrənməyiblər?Onlar sözlərin təsnifatlandırılması yolunu heç bu gün də bilmirlər.Əgər ən müasir loboratoriyalar, İTK, robotizm buna kömək edə bilmirsə yenə də fərdi insan amili daha üstündür.Onu da qiymətləndirən olsa… Bu məqaləni bir dilçi alim yaza bilsəydi mən inanıram ki, dilçilik tarixi çox inkişaf etmiş olardı.Hər bir xalqın dilinin zənginliyi onun dil tarixinin öyrənilməsi ilə ölçülür.Bunun yolu isə birdir.Yəni heç bir elmi mənbəsi yazılmayan TEOLİNQVİSTİKA. Fikirləşirəm, görəsən adını çəkdiyim universitetlərin aliminin biri bu məqaləni oxusaydı mənə nə cavab yazardı?…
QAZAX RAYONUNUN GERİ QAYTARILMIŞ “AŞAĞI ƏSKİPARA” KƏND ADININ ETİMOLOGİYASI.
Bu günlərdə Ermənistanla Azərbaycan arasında razılaşmaya əsasən 1990-cı ildə ermənilər tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının 4 kəndi:Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri geri qaytarılır. Bu kəndlərdə 1990-cı ildən qanunsuz olaraq məskunlaşdırılmış erməni əhalisi Ermənistan dövlətinin bu qərarına etiraz edərək, İrəvan-Tiflis yolunu bağlamışlar.Bu görüntülər efir və digər vasitələrlə yayımlanmışdır. Mən bu yayımlara baxarkən arxa planda kənddə qədim alban kilsəsinin olduğunu müşahidə etdim.Məhz bu alban kilsəsi Aşağı Əskipara kəndinin adının etimologiyasının öyrənilməsində açar rolunu oynadı. Ta qədimdən Oğuz ellərində dini inanc yerləri olan pirlər vardır.Pirlərin əski forması ağac kuitu əsasında formalaşmışdır.Bu kulta qarağac, əncir, dağdağan, çinar və s. ağaclar daxil idi.Əslində bu ağacların müqəddəs hesab edilməsi təsadüfi olmamışdır.Bu ağaclar odda yanarkən onların kösövündən od qığılcımları çıxdığından onu od tarısının rəmzi hesab etmişlər.Əslində bu ağaclar yanarkən ondan çıxan qığılcımlar çox vaxt insanların gözünə sıçrayaraq onları kor etmişdir.Məhz bu səbəbdən də müqəddəs sayılan ağacları yandırmaq qadağan edilmişdir.Hətta qəbirüstü nişanalarda da qarağacdan istifadə olunmuşdur.Bu gün işğaldan azad olunmuş Ağdamın məhşur Qarağacı qəbirsanlığının adı da qarağac ağacının qədim inancının adından yaranmışdır.Orada ən qədim qəbirlərin baş tərəfində qarağac ağacından hazırlanmış nişanə olmuşdur. Təsvirlə yozulan iki qardaş Sarıhacı və Qarahacı adı ilə Qarağacı qəbirsanlığının adı xalq etimologiyasıdır. Zaman keçdikcə pirlər ağac kultundan daş kultuna keçmişdir.Buna səbəb təbiət hadisələri zamanı göydən yerə düşmüş qara daşları müqəddəs hesab edilərək, onları Göy Tanrısının insanlara göndərdiyi inancı kimi qəbul edilməsi idi.Onlar bu qara daşları da ziyarət edərək dini ayinləri orada icra etmişlər.Kəbədə olan müqəddəs Qara Daş da dünyəvi dini inancın atributudur. Hələ islamdən əvvəl Roma imperiyasının xristianlıq dinini qəbul etməsindən sonra onun idarəsində olan Azərbaycan torpaqlarında da alban kilsələri tikilmiş və onlar müqəddəs yerlər hesab edilmişdir.Ziyarətlər və dini ayinlər bu daş tikililərdə icra edilmişdir.Ta qədimdən bu kilsələr daş kilsələr kimi adlanmışdır.Zəngin tayfa başçıları, sərkərdələrin, müqəddəs hesab olunan adamların qəbirüstü türbələri də daş tikili şəklində olmuşdur. Qədim Oğuz tayfalarının dillərində “daş” sözü “bərk” sözü kimi də işlənmişdir.”Daşlaşmış” sözü türklərdə “birikmiş” kimi də işlənməkdədir.”Bir” sözünün “daş” sözü ilə semantikası qədim insan təxəyyülünün ibtidai formasının təzahürüdür.Məhz dilimizdə sinonim sözlərin zənginliyi, çoxsaylı türk tayfaların dilindəki olan sözlərin hesabınadır. Araşdırmadan aydın olur ki, dilimizdə olan “pir” sözü də bəzi tayfaların dilində “daş” sözünün “bərk, birk, bir” və s. sözlərinin assimlatik formasıdır.Yəni “b” səsinin “p” səsi ilə əvəzlənməsindən “bir” sözü “pir” şəklini almışdır. O ki qaldı Qazax rayonunu “Aşağı Əskipara” kəndinin adına, sözdəki “para” sözü də yerli xalqın dialektində “pir” sözünün deformatik şəklidir. Həqiqətən də “əskipara” sözü “qədim pir” sözündən alınmadır. Tarixi mənbələrdən məlumdur ki, qədim dini tikililər yerli əhalinin müqəddəs sandığı pir yerləşən yerlərdə tikilmişdir. Qazaxın “Yuxarı Əskipara” kəndinin görüntüsünü görməsəm də inanıram ki, orada da qədim alban kilsəsi mövcuddur.Qismət olar oranı da görərik.(əminəm) P.S.Əslində toponimik adlar həmin ərazidə yaşayan (və yaxud yaşamış) ərazinin vətəndaşlıq pasportudur.1969 cu ildə Uzaq Şərqdə Çin Xalq Respublikası ilə SSRİ arasında torpaq iddiası zəminində silahlı toqquşma olmuşdur.Çinlilər iddia edirdilər ki, bu torpaqlar onlara məxsusdur.SSRİ EA-nın Dilçilik İnstitutunun mütəxəssisləri çinlilərlə görüşü zamanı sübut etdilər ki, həmin ərazilərin toponimik yer adları orada yaşayan türkköklü xalqların dilində olan sözlərdən yaranmadır.Bununla da bu hərbi münaqişəyə son qoyulmuşdur. Erməni ideoloqları da əllərinə imkan keçən zaman arxivlərdə saxlanılmış xəritələri saxtalaşdırıb, erməni adları ilə adlandırırlar.Hətta 30 il əvvəl işğal etdiyi “Aşağı Əskipara” kəndinin adını da “Voskepar” qoymuşlar. Baxmayaraq ki, “Toponimika” elmi coğrafiya elminin bir sahəsidir, onun öyrənilməsi əslində dilçilik elmindən keçir.Toponimik adlar xalqın dilinin mirasıdır.Adın mənasının dilçilər tərəfindən öyrənilməməsi səbəbindən tarixi yer adları yeni adlarla əvəzlənir.Qıraqdan azmış kimi, özümüzünkülər də tariximizi özümüzə yaddaşdırırlar…
BAKININ FƏVVARƏLƏR MEYDANININ “PARAPET” ADI HANSI MƏNADANDIR? (Əsl bakılılar bu bağa “Parapet bağı” deyirlər.)
Bu gün Bakı şəhərində öz gözəlliyi ilə insanı məftun edən Fəvvarələr Meydanı şəhərin köhnə meydanlarından biridir.Onun görünüşü şəhərimizin və xarici turistlərin nəzərini cəlb edir və bura bir turistik məkana çevrilmişdir. Parkı gəzərkən ətrafımda gəzişən bir uşaq anasından xəbər aldı ki, “ana bura niyə Parapet bağı deyirlər?”Anası uşağa cavab verə bilmədi və “biz belə eşitmişik” cavabını verdi. Bu gün mövcud olan istər toponimik, istərsə də tarixi adların öyrənilməsi dilçilik elmindən keçir.Həm toponimik adlar, həm də tarixi adlar insan təfəkkürü ilə yaranmışdır.Söz yaradıcılığının sütunu insanın təfəkkürüdür.Nominativlişmiş sözlər insan zəkasının məhsuludur.Əgər söz varsa orada dilçilik faktoru mütləqdir. Bakının Fəvvarələr Meydanının tarixi “Parapet” adının öyrənilməsi dilçilik baxımından çox vacibdir.Bu adın bu günə qədər öyrənilməməsi bəzi jarqon mənşəli mənaların meydana gəlməsinə səbəb olmuşdur.Məhz bu məndə təəssüf hissi oyadır.Uşağın verdiyi suala nəinki tək onun anası, heç dilçiliklə məşğul olanlar da cavablandıra bilməmişlər.Bu nə vaxta qədər davam edəcəkdir? Keçək “Parapet” adının semantik etimologiyasına.(Onsuz da bu suala cavab verən olmayacaq.) Tarixi məlumatları təkrar etmək məqsədim yoxdur.Ancaq tarixi məqamlar dilçilik aspektinə böyük cığırlar açır.Tarixi məlumatın birində deyilir ki, “1920-ci ildə Sovet dönəmində bağın “Günəşli meydan” adı “Marks bağı” adlandırıldı, bağ yaşıllaşdırıldı və orada daha parad keçirilmədi.Paradlar əvəzinə sovet tədbirləri və teatrların açıq havada tamaşaları, siyasi çıxışlar keçirilirdi. Bu tarixi mətndə “parad” sözü nəzərimi cəlb etdi və adın öyrənilməsinə düzgün istiqamət oldu. “Parapet” sözünün 1-ci hecası latın mənşəli dillərdə olan “parade” sözü dilimizdə “rəsmi keçid, nümayiş” kimi mənalanır. Sözün 2-ci hecası “pet” sözü latın mənşəli dillərdə “pedestrian, a pied, a piedi, in pede” və s. kimi “piyada” mənasını bildirir. Həqiqətən də bu meydanın həm nümayiş məqsədli və eyni zamanda şəhərin digər küçələrinə keçid kimi funksiyası olmuşdur. “Parapet” meydanının adı geniş mənada “nümayiş və keçid” meydanı mənasını daşımışdır. “Parade” sözü latın mənşəli söz olsa da, Oxford lüğəti bu adı heç bir izahlı lüğətində aça bilməmişdir.Bunun səbəbi dünya dilçilərinin (lüğətçilərin) Fironizm dilçiliyindən xəbərlərinin olmamasıdır.Təəssüf ki, bu mənzərə bu günə aiddir. “Parade” sözü fironizmin leksikasıdır.Latın dilindəki, “pare” sözü qibti dilindəki “fərr” sözündəndir.Dilimizdəki ərəb mənşəli “feil” sözü də “hərəkət” mənasını bildirir.”Hərəkət” sözü də qibti mənşəli olub, “Hor” tanrısının adından yaranmadır. Sözün tarixi semantikası Fironla bağlıdır.Firon Musanın adamlarını “Günəş Tanrısına” biət etmədikləri üçün onları Misirdən qovmuşdur.Lakin Musanın adamları Fironun qisasını duyaraq onlar yol boyu piyada qaçmışlar.”Parade” sözü Fironun dövründən latın dilinə Fironun adının “far” şəklindən “par” şəklini almış yüzlərlə adlarından biridir. Bu gün moda sərgilərinin nümayiş etdilməsinə ingilis dilində “fair” deyilir.Bu sərgidə geyimləri yeriyərək nümayiş etdirirlər.(Görəsən dünyanın ən varlı milyarder modelyerləri bu sözün mənasını bilirlər?) Ingilis dilində “fare” sözü “gediş haqqı”; arxaik mənada “səyahət etmək” kimi mənalanır.(Ingilislər bunu haradan bilərlər?) Hətta ingilis dilində olan “following” -“ardınca getmək” sözü də buradandır.(Sözdə r-l samit əvəzlənməsidir.)
“Qaçmaq” sözü istər latın mənşəli olsun, istər Qədim Oğuz mənşəli dillərdə eyni paralellikdədir.Yəni latın mənşəli dillərdə “pair”-“qoşa” sözü və oğuz dillərində “qoşa” cüt mənasında “ayaq” mənasını bildirir. Maraqlıdır, dilimizdə olan “piyada” sözü yəqin ki, yunan-roma dövründən dilimizə keçmədir.Rus dilindəki “пешком” sözü də buradandır. Ərəb dilindəki “fərari” – “qaçqın düşmək” sözü də fironizmlə bağlıdır. Araşdırmadan aydın olur ki, “parad” sözü həm semantik, həm də tarixi mənada fironizmdən gəlir.Onun tarixi terminologiyası Fironun keçirdiyi müxtəlif tədbirlərin nümayişlərindən formalaşmışdır.Rus dilindəki “парадный” sözü də “keçid” mənasındadır.”Keçmək” sözü də dilimizə “qoşa” sözündən törəmədir.Sözün ən ilkin mənası “qoç” inamından yaranmadır.Yəni “qoç” inancımızın “qoşa buynuzlu” olmasından yaranmadır.Yəni ayağın qoşa olması(iki).Əslində bizlərə verilən “köçəri” adı bizim inancımızın adı olan “qoç+lar” terminin təhrif olunmuş nominatividir. Tarixdəki “ağ qoyunlular” və “qaraqoyunlular” soyları da “qoç” heyvanının adı ilə tayfanın inanc adı ilə adlanmasındandır. Latın mənşəli dillərdə “keçmək” sözü də türk dillərinin paralelliyindədir.”Cross” sözü bu gün də idman yarışlarının bir növü kimi adlanır.”Cross” sözünün özü Latın dilindəki “cornu”-“buynuz” sözündəndir.Yəni dilçilərin aça bilmədiyi C+C –dir.Ayağın qoşa(iki) mənasındandır.Türklərin “koşmak” sözü daha əski türk formasını özündə saxlamışdır. Nəticə olaraq “PARAPET” sözünün əsl mənası dilimizdə olan onun jarqonik mənadan təmizlənmiş “Nümayiş keçidi, rəsmi keçid” mənası daşıması dilçiliyin tarixi və müqayisəli təhlili əsasında ən doğru yekunudur. P.S.Hərdən fikirləşirəm “yazım, yazmayım?”Mənə elə gəlir ki, “yazmaq” yaxşıdır.”Oxumaq” olsa daha da yaxşıdır.
AİDA ADI NECƏ YARANMIŞDIR? (Adı Aida olanlara ithaf edirəm.)
Aida adı elə ilk baxışdan avropayönümlü ad kimi qəbul edilir.Buna baxmayaraq Aida avropa mənşəli ad kimi görünsə də, adın birbaşa məna anlamını tapmaq mümkün deyildir. Bəzi avropamənşəli adlara nəzər yetirək.Məs: yunan dilində Marqarita adının mənası latınca “ margarita”- “mirvari” mənasındadır;Akvila-aquila “qartal”; Roma imperatoru Avqustun adının mənası latın dilində “augustus”-“əzəmətli” sözündən; Fabull adı latın dilində “fabula”-“nağıl, təmsil” sözündən, Marina adı latın dilində “mare”-“dəniz” sözündən alınmışdır.Bu səpgidə çoxlu sayda misal gətirmək mümkündür. Aida adının etimologiyasını axtarmağın tək bir yolu- sözduyumudur. Əgər bizim e.ə. VII əsrdə Yunanıstanda yaşamış, antik yunan ədəbiyyatının ən məşhur siması olan Homerin “İliada” əsərinin adına nəzər salsaq Aida adının oradan gəlməsi ağlabatan kimi görsənir. Əsilndə Homer bu əsəri Yunan tarixinin mifoloji dastanı kimi işləmişdir.Əgər biz Yunan ölkəsinin Homer dövrünə tarixi səyahət etsək, görərik ki, həmin dövrdə ölkənin adı “Ellada” kimi adlandırılırdı.Yunan dövlətinin həmin dövrdə yunanca adı “Ellinizm”, latın dilində isə “Hellonismos” kimi adlanmışdı. Bu adların hər ikisinin nüvəsində Fironizmdən gələn “Hor” Tanrısının adı göz qarşısındadır.”El” hecası ilə “hel” hecası bir kökdəndir.Sadəcə olaraq “el” sözündə “h” səsdüşümü(eliziya) və r-l əvəzlənməsi baş vermişdir.Teolinqvistikaya əsasən bütün ölkələrin adları “Günəş” Tanrısının adı ilə yaranmışdır.Yunan dilində “günəş”-“ilios” kimi tərcümə olunur.Ölkənin Ellada və İliada adları yunan dilində “günəş” mənasını verən “ilios” sözündəndir. Yunan dövlətinin adının latınmənşəli dillərdə “Greece” kimi adlanması da fironizmdən gələn Hor Tanrısının adının “gor-gr”, “cor-cr”(dilçilikdə bu günə qədər öyrənilməyən c+c sözquruluşu) və s. kimi “Od Tanrısı” mənasında işlənməsindəndir. Maraqlıdır, dilin tarixlə müqayisəli şəkildə (tarixi dilçilik bax budur) öyrənilməsi FİRONİZMİN yaşının 5000 il olmasını təsdiqləmir. Fironizmin dünya üzərində substantlığının tarixi səhih öyrənilməmişdir.Quranın da surələrində Fironun allahlıq iddiasında olması barədə ayələr vardır. Həqiqətən də araşdırmadan aydın olur ki, Aida adı İliada adından alınmadır.Ellada adı da həmçinin.Bu adların hamısı Günəş tanrısının adından gələn “Gözəllik” mənasını daşıyır. Sadəcə olaraq “İliada” adından metateza(səs yer dəyişməsi) ilə “Aida” adı nominativləşmişdir.”Ellada” adı isə sözün daha qədim formasını özündə əks etdirir. P.S. Sözsüz.
SUFİZMİN İZİ İLƏ… (Qədim Türklərin Tanrıçılıq təsəvvürü paralelliyində) Əgər Sufizm haqqında geniş məlumat versəm bu, təkrarçılıqdan başqa bir şeyə bənzəməz.Bu səbəbdən də məlumatlardan bəhrələnib, onların axtarışlarını izləməyi özümə vacib saydım. Sufizm kəliməsi yunan təlimindən gələn “sofizm” in oriental variantıdır.Sofistlərin sahəsi həqiqətə sığmayan bir fikri qarşısındakı insana doğru kimi çatdırıb, ona fikirlərini inandırmaqdır.Həyatda görünməyən şeyləri ruhən (vizual) göstərməkdir. Sufizmin şərq qolu sayılan Hürufizm daha elmi yol olaraq hərflərin və rəqəmlərin Allahın təzahürü olduğunu isbat etmək olmuşdur.Hürufizm Sofistlərin görükməyənlərini yox, görükənlərin dərk edilməsi təriqəti olmuşdur. Hürifilər özləri də etiraf edirdilər ki, onlar bəzən islama əks gedərək Allahı insan surətində dərk etmək yolunun axtarışında olmuşlar. Əslində bu Allaha ifrat dərəcədə eşq idi.Biz bunu Nəimidə, Nəsimidə, Füzulidə Allaha eşqin dərəcəsində dərk edirik. Hürufilər insan surətinin gözəlliyində Allahın izini axtarır və bunu dərk etməyin yolunu axtarırdılar.(“təriq” sözü ərəbcə yol, məslək deməkdir) Məgər bu mümkündürmü? Hürufilərdən hələ çox-çox əvvəl Qədim Türklər də buna səy etmişlər.Deyərdim ki, onlar hürufilərdən irəli gedərək, insanın surətindəki əzaları Tanrının adı ilə adlandırmışlar. (Hürufilər bundan xəbərsizdirlər) Dilimizdə insanın surətində olan “qaş” sözü vardır.Görəsən bu söz, adlanma hansı məntiqlə yaranmışdır?Bunu hansı dilçi alim bilmiş və yazmışdır? Yunan filosofları (sofistlər) sözün Allah tərəfindən yaranmasını və hətta sözün özünün Allah olmasını tərif edirlər.Məhz hürufilər də sözü Allahın insana verdiyi səsin kamilliyi hesab edirlər. Qədim Türk Tanrını fövqəlbəşər olmasını təsəvvür etmişdir.(Bütün dünya xalqları da tanrı təsəvvürləri eyni olmuşdur.)Tanrının yerdəki insanlardan fərqli olması əlaməti onun buynuzlu olması təsəvvürü idi.Bu Tanrının ibtidai formada vahidliyinin dərk olunmasının ibtidai təməli idi. İbtidai insan özünün yaranışını Tanrı tərəfindən yaranmasına inanırdı.Elə bu səbəbdən də öz surətində Tanrı əlamətlərini axtarırdı.O, Tanrının buynuzlu olmasını qəbul edir və insanın surətində onun təcəlləsini dərk edir.Qaşın Tanrının buynuzuna bənzədilməsi ibtidai insan üçün ağlabatandır. Maraqlıdır bəs “qaş” sözünü Qədim Türklər hansı psixoloji məntiqlə yaratmlşlar? Ta Qəim Türklər Tanrının yerdəki inancını yaradanda onun təsvirinə uyğun qoç heyvanını seçmişlər.Qoçun buynuzunu Tanrının buynuzuna bənzədərək onu müqəddəsləşdirmişlər.Yəni Qor tanrısının adına uyğun olaraq.(Qa-qa+ş)”Qaş” sözünün “qoç” sözündən yaranması mistik panteizmin əyani sübutudur.Qədim Türklərin tanrıçılıq sözlərindən daha yeni sözlər və adlanmalar(neologizmlər) yaranmışdır. Məs: “qoşa” sözü.”Qoşa” sözü tanrıçılıqla yanaşı “qoşqu” kimi məişətə dair- yəni kəlin qoşa olmasından yaranmadır.Hətta “qaşıq” sözü də “qaş”a bənzədilərək yaradılmışdır.”Quş” sözünün də qoşa qanadlı olmasının burada rolu vardır.Qədim türklərin “köçəri” adı da “qoç”a inamından yaranmadır.Hətta “qoçu” sözü də qoç kimi döyüşkən olmağa işarədir. Birbaşa “qoç” sözü ilə əlaqəsi olmasa da paralel semantika kimi dilimizdə olan “öyəcmək” sözü də qoyunun buynuzlu növü olan “öyəc” sözündəndir.Yəni sözlə buynuzlaşmaq mənasına gəlir. Dilimizdə olan “qıç” sözü də “qoşa” sözündən alınmadır.”Qaçmaq” sözü də buradandır.(Bütün bu sözlər tanrı ilə əlaqəsi olmasa da tanrı adından yaranan və tanrı təsəvvürünə xidmət edən “qa” hecasından yaranan sözlərdir.) ”Qoşqar” dağının adı da iki “qoç+qar” tanrının adındandır. “Tanrı” sözünün özü də “tən”-“yarı, qoşa mənasından alınmadır.Bütün dünyəvi tanrıçılıqda vahid təsəvvür nəticəsində Tanrı adları “qoşa” sözündən yaranmışdır.Deo(Theo) “duble”, Xuda “do”, Qədim Qibtilərdə “zövc”-“qoşa, cüt”Bu söz Qədim Qibtilərdə o qədər qədim sözdür ki, tək onu zövc və zövcə- ər, arvad sözlərinin digər dillərdəki: man, women(Amonun adından); ər, arvad sözünün Qor tanrısının adından (sözdə q səsinin düşməsi) yaranma paralelliyində isbat etmək mümkündür. Ən qədim Günəş tanrısı “Ra”nın inancı olan “kəl” sözü də latın dilində “urus” adlanmışdır. Yazdığım bu müfəssəl Tanrı anlayışınının ibtidai insanın Tanrı təsəvvürünün təsəvvüfi kimi qəbul etmək mümkün sayıla biər. Bütün dilçilik sahəsində Teolinqvistikanın(əsasən də fironizmin) rolu əvəzsizdir.Qədim sözlər ən qədim insanla yaşdaşdırsa, həqiqətən qədim sözlərin(miraslarımızın) hamısının adı Tanrıya bağlıdır.Hürufilər də bunun axtarışında olmuşlar. P.S.Əslində sözün sahibi əsas şərt deyildir ki,”yazan kimdir?”Sözün özü əgər bir məna kəsb edirsə o, sanki anonim olan “atalar sözü”nün mahiyyəti kimi qəbul olunmalıdır.Atalar sözü ən məhşur dahilərin sözlərindən də qüvvətlidir.Sahibini axtaran da yoxdur.Əslində “atalar” sözü bizim başa düşdüyümüz “valideyn ata” deyildir.Yəni bu sözün omofonudur.”Od Tanrısının” adından “böyüklər” mənasındandır.Ata da ailədə böyük olduğundan eyni mənanı daşıyır. Bu məqalənin ən maraqlı cəhəti bir mövzu ətrafında alimlərimizin “daşlaşmış” adlandırdıqları sözlərin açılması prosesi baş tutur.İnanın ki, təkrar olsa da, mən özüm də bu izahları yazı anında mətnə alıram.Və həqiqətən də özümü həmin anda xoşbəxt hiss edirəm ki, bu yazılardan bəhrələnənlər vardır. Təşəkkür edirəm.