RİYAZİYYATDA “X” (İKS) İŞARƏSİNİN ADI HARADAN GƏLİR?

RİYAZİYYATDA “X” (İKS) İŞARƏSİNİN ADI HARADAN GƏLİR?
(DİLÇİLİKDƏN ETÜDLƏR…RİYAZİYYATÇILARA HƏDİYYƏ)
Dilçilik elmi bütün elm sahələrində olan terminlərin açılmasında müstəsna rol oynayır.Bu gün terminlərin mənası fənnə dair izah olunsa da, onların orfoqrafik şəkildə öyrənilməsi qənaətbəxş deyildir.
Riyaziyyat elmində “X” (iks) məfhumu məchulluğu bildirir.Onun heroqlifi də “yox” işarəsini təsdiqləyir.Riyaziyyatla məşğul olmayanlar da “yox” qeydlərini də “x”-lə işarə edirlər.Bu anlayış dünyəvidir.
Maraqlıdır ki,”x” işarəsinin adı necə yaranıb?
Bəlkə də məhşur riyaziyyatçı Eyler də bu günki riyaziyyatçılar kimi bu sualı özünə verməyi vacib bilməyib.Yəqin ki,”X” məchul – “bilinməyən, naməlum” kimi öz mənasını sabit şəkildə qoruyub saxladığına görə.
Həqiqətən da riyaziyyat elmi müasir dövrün inkişafının ən yüksək mərtəbəsi sayılır.Riyaziyyat sözü ərəb dilində “riyazət” sözünün məcazi mənasındakı “çətinlik, əzab, işgəncə” kimi izah olunur.”Cəbr” sözü də “zülm, məcbur edilən, zorakı” mənalarını bildirir.Latın dilində olan “mathematica” sözü də “mat”- “parlamayan, sönük, ölgün” mənasını bildirir.Təsviri tərcümə olunsa “zülümdən zülm”…
Riyaziyyat elmi çox qədimdir.Məhz onun qədimiliyi bu riyazi sirri açmaqda əsas vasitədir.Sözün etimologiyası psixolinqvistik yolla açılması mümkün sayıla bilər.
Əgər biz qədim əsatirlərə diqqət versək, keçmişdə insan ömrünü uzatmaq, cavanlığını mühafizə etmək üçün qədim kimyagərlərin tapmaq istədikləri, ancaq tapa bilmədikləri “həyat suyu” –“Həyat iksiri” fenomeni bütün dünyaya səs salmışdır.Hətta bu kimyagərlər iksirlə metalı qızıla çevirə biləcək sərsəri ideyalar da irəli sürmüşlər.İnsanlar kütləvi surətdə onun axtarışına çıxmışlar.
Böyük şairimiz Nizami Gəncəvi İskəndərnamə poemasında da İskəndərin zülmət dünyasına gedib, bu “abi həyat”ı axtarmasını təsvir etmişdir.
İnsanlar onu nə qədər axtarsalar da, tapa bilməmişdilər.
Əslində “iksir” sözü ərəb dilinə yunan dilindən keşmə bir növ qədim “ulu beynəlxaəq” sözdür.”İksir” sözü müəyyən assmiliyasia ilə bütün dillərdə oxşar şəkildədir.Sözün yunan mənşəli olması ellinizmdən gəlir.Məhz İskəndərin özü də yunandır.
Riyaziyyat elmi ən qədim elmlərdən biridir.Bu elmin əsas mahiyyəti məchulu tapmaq olmuşdur.”Misal, məsələ” sözünün özü də “sual” sözündəndir.Sual da məchuldan doğur-yəni “x” (iks)dən.
“X” işarəsi məchuldur – axtarılandır.İksir də axtarılandır.Məhz riyaziyyatın əsası qoyulan dövrdə “iksir” fenomeni məlum idi.
Riyaziyyat elmində “axtarılan”ın işarəsi “X”-in adı həmin dövrdə axtarılıb tapılmayan “iksir”in adından yaranmadır.”X” işarəsinin özü də, adı kimi yoxluğu (tapılmayanı) özündə ehtiva edir.
P.S.Sözün əsl mənasında dilçilik elmi bütün elmlərin açarıdır.Dil olmasa elm necə yarana bilər?Məhz elmi akademik formaya salan terminologiya dilçilik elminin məhsuludur və bütün elmlər terminlərlə elmləşir.
Təşəkkür edirəm.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir