Etiket arxivi: İLİN YAZARI

Zaur Ustac “İlin Yazarı” oldu

“Mücrü”nün “İlin Yazarı” mükafatının nəticələri

“Mücrü” nəşriyyatı 5 yaşı münasibəti ilə əsərlərini çap etdiyi müəllifləri mükafatlandırıb. Qiymətləndirmə aparılarkən son illərdə ən çox oxunan, habelə oxucu rəğbəti qazanan, o cümlədən redaktorlar tərəfindən yüksək qiymətləndirilən kitabların müəllifləri seçilmişdir.

Mükafatın 2024-cü il üçün yekun seçimləri başa çatmışdır. “Mücrü” nəşriyyatının İdarə Heyətinin qərarına əsasən adları göstərilən müəlliflərə “İlin Yazarı” mükafatı verilmişdir:

  • Anar Şamil
  • Ayaz İmranoğlu
  • Aydın Arslan
  • Aypara Ayxan
  • Aysel Xanlarqızı
  • Azad Qaradərəli
  • Azər Salayev
  • Cavid Zeynallı
  • Cəlil Cavanşir
  • Elvin Rzayev
  • Ədalət Qərib
  • Əli bəy Azəri
  • Əyyub Qiyas
  • Femida Nağıyeva
  • Hədiyyə Şəfaqət
  • Xanım İsmayılqızı
  • İlham Abbas
  • İlham Tumas
  • İlhamə Kədər
  • İmran Axundov
  • İsaxan İsaxanlı
  • Jalə İsmayıl
  • Kənan Hacı
  • Könül Fərmanzadə
  • Qoşqar Qaraçaylı
  • Qüdrət Kərim Sabit
  • Mehman Qaraxanoğlu
  • Məqsəd Nur
  • Məmməd Oruc
  • Mirağa Qafarzadə
  • Mirmehdi Ağaoğlu
  • Nizami Orucov
  • Ramil Mərzili
  • Ramiz Qusarçaylı
  • Rövşən Şərif
  • Ruzigar Ələkbər
  • Sara İbrahim
  • Sevinc Elsevər
  • Sevinc Yunuslu
  • Seymur Atilla
  • Signor Bayramlı Məhəmməd
  • Südabə Sərvi
  • Şahnaz Kamal
  • Təranə Dəmir
  • Turan Uğur
  • Vahid Aslan
  • Vüsal Yurdoğlu
  • Yaqut Dəmirov
  • Zaur Ustac

“Yazarlar”  olaraq, “Yazarlar” jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, şair-publisist Zaur Ustacı və digər laureatları bu münasibətlə  təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!

İlkin mənbə: “Mücrü”nün “İlin Yazarı” mükafatının nəticələri

Məlumatı hazırladı: Günnur Ağayeva

 

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sadıq Qarayev “İlin yazarı” nominasiyası üzrə təltif olunub – 39 foto.

22 dekabr 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyində “HEYDƏR ƏLİYEV -100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: alim-yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçirilib. Tədbirin gedişində alim-yazar, milli məfkurə sahibi Sadıq Qarayev hər ilin yekunlarına görə yalnız bir yazara təqdim olunan “İlin yazarı” mükafatı ilə təltif olunub. Mükafatı yazarlar adından “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac təqdim edib.

AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Salim Babullaoglunun moderatorluğu ilə keçirilən bu maraqlı tədbirdə mövzu ilə əlaqəli AYB katibləri Səlim Babullaoğlu, İlqar Fəhmi və Elçin Huseynbəyli, Ədəbiyyat fondunun Baş direktoru Varis, bioloq-alim Əlisahib Hüseynli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri və əməkdaşları:, fil.ü.f.d Şahlar Göytürk, Fəfa İsmayılova, AMEA əməkdaşları, fil.ü.e.d Lutviyye Əsgərzadə, fəl.ü.f.d. Zeynəddin Şabanov, Sabunçu rayon Ağsaqqalar Şurasının Sədri yazıçı Vəli Səfərov, Azərbaycan Voleybol Federasiyası rəsmisi Vidadi Hacıyev, yazarlardan Lətifə Oruc, Arzu Əsəd, Esmira Günəş, Həcər Paşayeva, Kənan Hacı, Vüqar Abbasov,  Mehriban Abdullayeva, Zakir Ağdamlı, Sima Cəfərova, Əli Bəy Azəri, Qabil Dərdli, “ASAN Xidmət” əməkdaşı Alim Ismayil,  b.ü.f.d Çingiz Əliyev və başqaları mövzu ilə bağlı çıxışlar ediblər. 

Çıxışlarda Sadıq Qarayevin kitabları, xüsusən 44 günlük müharibədən bəhs edən “N saylı qəhrəmanlıq” kitabında Azərbaycançılıq məfkurəsinin necə aparıcı xətt təşkil etməsi, yazıçının gənc nəslin yetişməsi yolunda ortaya qoyduğu zəhmət qeyd edilib, yazıçıya uğurlar arzu edilib.

Sonda alim-yazar Sadıq Qarayev tədbir iştirakçılarına təşəkkür edib, arzu edənlər üçün kitablar imzalayıb, xatirə şəkilləri çəkdirib. Yüksək əhval-ruhiyyədə davam edən tədbiri əvvəlcədən planlaşdırılmış vaxtda yekunlaşdırmaq mümkün olmayıb. Qələmdaşlar, oxucular bir sözlə milli məfkurə sahibi Sadıq Qarayevi sevən hər kəs müasiri olan sevimli yazarı ilə mümkün olan qədər daha çox vaxt keçirməyə çalışıb və buna maksimum nail olublar. Sadıq Qarayev isə öz növbəsində bu haldan məmnun olduğunu gizlətməyib, əksinə onun üçün gələcək fəaliyyətində böyük stimul olacağını qeyd edib. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

Mustafa Müseyiboğlu adına kitabxana

SADIQ QARAYEVİN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

TƏRANƏ MƏMMƏD MÜKAFATLANDIRILIB

Yazarlar jurnalının redaksiya heyətinin üzvü və digər mühüm işlərdə daim dəyərli tövsiyələri ilə gənc yazarlara dəstək olan Təranə Məmməd “İlin yazarı” nominasiyasında beynəlxalq mükafata layiq görülüb. Təranə xanım təəssüratlarını oxucuları ilə belə bölüşüb:

“Qonşu Gürcüstanda təşkil olunmuş “İveriya” beynəlxalq ədəbiyyat və incəsənət festivalına dəvət almışdım. Müəyyən səbəblərdən həmin festivalda “onlayn” iştirak etməli oldum.
Bu yaxınlarda aldığım “İveriya” mükafatı çox gözlənilməz və sevindirici oldu.
Müsabiqəyə 4 kiçik hekayə göndərmişdim. Müsabiqənin təşkilatçısının dediyinə görə hekayələr münsüflər heyəti tərəfindən bəyənilib.
Festival-müsabiqənin təşkilatçılarına və şəxsən Nuqzar – petre Çeaberaşviliyə təşəkkür edirəm.”

Biz də “Yazarlar” olaraq, Təranə xanımın uğurna öz uğurumuz kimi sevinir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Təranə xanım!



>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN AD GÜNÜDÜR!

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

Bu gün “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri, İNK-sı Abşeron rayon şöbəsinin sədri, “Tərəqqi”medallı, “İlin müəllimi” fəxri adını qazanmış, fəal ictimai xadim Nəzakət xanım Kərimova – Əhmədovanın doğum günüdür. Ad günü münasibəti ilə Nəzakət Kərimova – Əhmədovanı təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarıız bol olsun, Nəzakət xanım!

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru