Etiket arxivi: MÖVLUD MÖVLUD

16 MART – MÖVLUD MÖVLUD

MÖVLUD MÖVLUD

Gənc yazıçı Mövlud Mövludun əziz xatirəsinə ithafən…

Bilirsən, Mövlud,
Bu insanlar ki var,
pafosla danışıb,
bir qəpiyə dəyməyən,
qarışqa mənəviyyatlı olanları deyirəm,
onlar  ən qatı cinayətkardırlar…
Elədiklərinin fərqinə varmasalar,
zaman keçdikcə,
 həyatın oyuncağına çevriləcəklər …
Qısılacaqlar bivecliklərinə,
guya fərqlilik axtaracaqlar…
Gedəcəklər…
Lakin Tanrı çox az insana,
 fərqli ruh verib …
Hansı ki, o həssadı,
O, başından dırnağına kimi
sadiqlikdən yaranıb…
O, vicdanlıdı,
O, yeni fincan görəndə belə,
20illik qulpu sınıq fincanını atmır!
Elə sənin kimi…
Bizlər kimi…
 Bu dəmdə, sənin 17-ci mərtəbən düşür yadıma…
Məhəbbətdən yetim qalan sən,
Yerlə göyün arasında,
necə hərəkətsiz qaldın axı…
Sən cəsarətlisən!
Onlar isə qorxaqdı!
Qorxaqlar!
Hisslərini itirib,
məhrumdular hər şeydən…
Acdılar mərhəmətə!
Bilmirlər ki, fədakarlıq nədir!
Bilmirlər ki, körpən böyüyəndə
Ona səndən nə danışsınlar!

Mövlud…Mövlud..Mövlud…
Nə çox oxşayırmışıq biz…
Qorxuram ki, sonumuz da eyni ola…
Sadəcə başqa versiyalarda…
Bilməyəcəklər nələr çəkdiyimizi
Qınayacaqlar, qorxdu deyəcəklər..
Halbuki məlum olmayacaq,
hansı cəsarətlə ölümün üstünə getdiyimiz…
Danışacaqlar…
Danışacaqlar …
Və susacaqlar…

Əzizim, Mövlud
Çətin də olsa vərdiş etməliyik,
Gələnlər dəyişilər…
Əvvəl cüzi yalanlar,
Sonra başqaları, fərqli mühit
Və dizlərini qucaqlayan
Bu dünyanın kimsəsizi”Sən”!
Qəbullanmalıyıq, əzizim
Ya elə ,ya da belə
Gələn mütləq getməlidir…
Torpaqdan yaranan biz də,
Kişinin qabırğasından yaranan,
Ruhu milyon ilə bərabər
Heç getməyəcəm deyən qadın -elə mən də,
Cırtdanından tutmuş,
 Div’inə qədər
Pisindən yaxşısına,
Varlısından kasıbına qədər…
Kirpiyindən tökülən ,
Yanağında itən damlan kimi
Əriyib, itib, səssiz gedəcəyik…
Gedənləri qınama, mənim ruhum
Elə hamımız getmək üçün gəlmişik…

12.04.2019.

Bu dünyada sipər olduq,
Kədər nədir bilər olduq.
Özümüzdən keçər olduq,
Əzizimizin gül xətrinə.

Qiyamət deyib sus qalmışıq,
O dünyaya səs salmışıq.
Köç edənlərə darıxmışıq,
Yamanların dad əlindən.

Saçlarımız üsyan edir,
Bir-bir düşüb gözdən itir.
Ömür belə gəlib keçir,
Qalmışıq elə tən yarıda.

Dünya başdan yalandı,
Özünü çoxdan danandı.
Axı bu mirət kimə qalandı?!
Süleymanı tək apardı axırda.

Bu dünyada əhdə vəfa hardadır?!
Adəm oğlu yenə dərdə bulandı.
Yara deyin, əğyar yaman dardadır,
Vay o gündən aşiq gəlib çıxmasın.

Yaralarımı can dediyim sarmadı,
Çoxları da sözün üstə durmadı.
Beyin getdi, qəm də məni yormadı,
Belə yorulmağa dəyməz həyatda.

Dost dediyim yağı imiş, bilmədim,
Gözüm gördü, qulaq duydu, dinmədim.
Bircə dəfə lap ürəkdən gülmədim,
Sakit-sakit ağladanmış bu dünya…

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru