Etiket arxivi: Muhamməd Rahal

Muhamməd Rahal

Muhamməd Rahal
1992-ci il 18 martda doğulmuşdur.
Beynəlxalq Media Səfiri
Dünya Poeziya Federasiyası – Cesarte təşkilatının Beynəlxalq Koordinatoru
Tərcüməçi
Ərəb və beynəlxalq jurnalların baş redaktoru

Bu sayı­mızda oxucularımızı Əlcəzairin uzaq şərqinə — Tébessa vilayətinə bağlı Bir əl-Atər şəhərinə aparırıq. Burada yaşayan və yaradıcılığı ilə geniş tanınan şair Məhəmməd Rahal haqqında söz açırıq. O, akademik elmi fəaliyyətlə bərabər, rəssamlıq, irs araşdırmaları və nəğmə yaradıcılığını birləşdirən çoxşaxəli sənət adamıdır. Onun poetik nümunələri 33 dünya dilinə tərcümə edilmiş və beynəlxalq səviyyədə maraqla qarşılanmışdır.

Ənənəvi Əlcəzair Geyimi: Nəsilləri Birləşdirən Mədəni İrs

Cənubi Əlcəzairin geniş səhralarında, qızılı qumlar üzərində əsrlərin ruhunu daşıyan bir geyim yaşayır — melhafa. Bu qadın libası yalnız gündəlik ehtiyac məhsulu deyil, həm də kimlik və yaddaşın parlaq ifadəsidir. Melhafa rəngləri, toxunuşu və incə işləmələri ilə Səhra qadınının səbri, zərifliyi və həyat tərzi haqqında susaraq danışan bir irs nümunəsidir.

Sahra Geyimlərinin Əsas Növləri

Melhafa — qadın geyimi

Melhafa iri ölçülü, yüngül parçadan hazırlanmış, bədən ətrafına xüsusi üsulla dolanan ənənəvi qadın libasıdır. Parçasının keyfiyyəti, rəng seçimi və bəzəyi onu müxtəlif Səhra bölgələrində fərqli edən əsas xüsusiyyətlərdəndir. Həm gündəlik, həm də mərasimlər üçün özünəməxsus növləri mövcuddur.

Bazin — kişilər üçün

Tuarəq tayfalarının kimlik və mərdlik rəmzi sayılan ənənəvi kişilər geyimidir.
Qaşabiyya — kişilər üçün qış libası
Yun və tük qarışığından hazırlanır, sərt Səhra qışında kişiləri soyuqdan qoruyan əsas geyim hesab olunur.
Bu geyimlərin hamısı bölgənin tarixini, estetik ənənələrini və mədəni yaddaşını özündə yaşadır. Qandura, melhafa və kaftan kimi bəzi libaslar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına da daxil edilmişdir.

Melhafa: İffət, Estetika və Yaşayan Simvol

Əlcəzairin cənub vilayətlərində — Tamanrasset, Adrar, Tinduf, İllizi və Beşar bölgələrində — melhafa qadın zərifliyinin ən mühüm göstəricisi hesab olunur. Yüngül, nəfəsalan parçalardan hazırlanan bu geyim Səhra qadınlarının çətin iqlim şəraitində belə rənglərə və həyata bağlılığını əks etdirir. Çəhrayı, indiqo, narıncı və qırmızı kimi canlı rənglər ən çox seçilən nümunələrdəndir.
Melhafa bədəni tam örtür, lakin onun örtülmə tərzi, gümüş “xələl”lər və ənənəvi boyunbağılarla tamamlanan dəst qadının zövqünü və zərifliyini ön plana çıxarır.

Tarixdən Gələn Dərinlik

Melhafanın yaranması barədə müxtəlif rəvayətlər mövcuddur. Onun əsrlər əvvəl Səhra tayfalarının gündəlik məişətindən qaynaqlandığı, zamanla isə İslam və ərəb ənənələrinin təsiri ilə formalaşdığı bildirilir. Nəsillər boyu analardan qızlara ötürülmüş, toy və bayram mərasimlərinin ayrılmaz hissəsinə çevrilmişdir.

Qeyri-Maddi İrs Statusu və Müasir Yenilənmə

Son dövrlərdə keçirilən mədəni tədbirlər və gənclərin təşəbbüsləri sayəsində melhafa yenidən diqqət mərkəzinə qayıdıb. Qırmızı Vaha bölgəsindən Naciya Bən Musa bu barədə belə deyir:

“Melhafa təkcə geyim deyil, sosial həyatın dərin simvolikasını daşıyan tam bir mədəniyyət mənzərəsidir. Toylarda, ənənəvi rəqslərdə sədaqət və mənsubiyyət rəmzi kimi istifadə olunur.”

Melhafa keçmişdə donub qalmamışdır — gənc dizaynerlər onu müasir modaya uyğun şəkildə yenidən işləyir. Tamanrassetli dizayner Xədicə Almaoui bildirir:

“Biz melhafanı sadəcə folklor kimi təqdim etmirik. Onu moda podiumlarına çıxarır, rəsmi tədbirlər və iş mühiti üçün də uyğun modellər yaradırıq. Bu, keçmişlə bu günü birləşdirən bir körpüdür.”

Turizm və Mədəniyyət Məkanlarında Melhafa

Xarici nümayəndə heyətlərinin bölgəyə səfərləri zamanı ən çox diqqət çəkən mədəni rəmzlərdən biri məhz melhafadır. Xüsusilə Cənət şəhərində keçirilən və UNESCO tərəfindən qeydə alınan “Eyd Sbbiba” festivalında melhafa özünün mədəni dəyərini daha aydın göstərir.

Tərcümə və təqdimat:
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I