Neçə dağlar keçdim, neçə yol aşdım Neçə qapıları döydüm, dil açdım Tək sənə sığındım, sənə əl açdım Uca varlığına gətirdim pənah Atalar yatağa düşməsin Allah.
Sovuşsun evlərdən qada bəlalar Atalar bir ömür sağlam qalalar Atasın yataqda görən balalar Ah necə ürəkdən ah çəkərmiş ah! Atalar yatağa düşməsin Allah.
Mən ki yoğrulmuşam qanından onun Bir an ayrılmaram yanından onun Kaş ala biləydim canından onun Özüm ağrıların çəkərdim vallah Atalar yatağa düşməsin Allah.
Muradam, atayam, həm də övladam Atama baxanda balama yadam Üsyançı naləyəm, acı fəryadam Sənə yalvarıram hər axşam, sabah Atalar yatağa düşməsin Allah.