Etiket arxivi: Murad Eloğlu

Diz üstə çökməyi bacarma qızım…

Bacarma qızım…

Qızım, gəldiyimiz qoca dünyada
Allahdan özgəsi yetişməz dada
Lap dərdin özündən ağır olsada
Özün öz yükünü dartmağı bacar
Boynunu bükməyi bacarma qızım

Hər qədir bilməzin oduna yanma
Məğrur tut başını, əzilmə, sınma
Ehtiyac önündə aciz dayanma
Gecəni gündüzə qatmağı bacar
Göz yaşı tökməyi bacarma qızım

Səni sarsıtmasın hər acı, ağrı
Şux yaşa, parlasın xainin bağrı
Üz tut yoxuşlara zirvəyə doğru
Dizin qanasada çatmağı bacar
Diz üstə çökməyi bacarma qızım

Savab əməllərin çıx sorağına
Atanın, ananın dön fərağına
Yaxşılıq əkməklə ömür bağına
Hər kəsin könlünə yatmağı bacar
Yamanlıq əkməyi bacarma qızım

Ol təmiz adınla evin dirəyi
Murad eloğlunun budur gərəyi
Dərmanın olsada namərd çörəyi
Nəfsini cilovda tutmağı bacar
Gözünü tikməyi bacarma qızım
Boynunu bükməyi bacarma qızım.

17.12.2022.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şair Murad Eloğlu təltif olunub – Təbrik!

Tanınmış şair, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, “Yazarlar Akademiyası”nın müdavimi Murad Eloğlu Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Qızıl qələm” mükafatı ilə təltif olunub!

“Yazarlar” olaraq həmkarımız Murad Eloğluu təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Murad Eloğlu – Öz dilim

ÖZ DİLİM

Dəhşətdir, yurdumun gənc övladları
Nə öz dilin bilir, nə də özgəsin
Olmazmı bu gənclər ana dilimi
Ya heç danışmasın, ya da düz desin?

(X)ya (h) deyillər, (h)da (q) olub
Bu hansı modadır? Bu hansı dəbdir?
Öz dili dilində saralıb, solub
Özgə dil danışmaq sanır ədəbdir!

Mən demirəm özgə dil öyrənməyək
Deyirəm öz dilin düzgün danışaq
Özgənin oduna biz isinməyək
Özümüz od olaq, yanaq, alışaq.

Dil bilmək, öyrənmək, danışmaq olar
Gərək öz dilini unutmayasan
Özgəyə qaynayıb, qarışmaq olar
Gərək özününkün sən atmayasan.

Fizuli bu dildə qəzəllər deyib
Nizami bu dili yayıb aləmə
Ay Murad, bəlkə də düzələr deyib
Özüm öz dilimi aldım qələmə.

21.02.2022

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Eloğlu (1988)

Murad Eloğlu – Şair.

Murad Eloğlu (Məmmədli Murad Elburus oğlu ) 12 iyul 1988 – ci ildə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində anadan olub. Əslən Ağdam rayonunun Yusifcanlı kəndindədən olan Murad ana tərəfindən Şəhrilidir.

Murad Eloğlu digər mənbələrdə:

Murad Eloğlu,

Murad Eloğlu,

Murad Eloğlu,

Murad Eloğlu.

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

MƏN SƏNƏ NƏ NAĞIL DANIŞIM BALA?

MƏN SƏNƏ NƏ NAĞIL DANIŞIM BALA?

Nağıl istəyirsən yatanda məndən
Fikirdən düşürəm mən haldan hala
Böyüyüb cırtdanlar, kiçilib divlər
Mən sənə nə nağıl danışım bala?

Çörəyə möhtacdır indiki divlər
Ehtiyac önündə dönüb hambala
Anasın bəyənmir o şəngülümlər
Mən sənə nə nağıl danışım bala?

Şüngülüm pullanıb, buynuzu çıxıb
Fatmalar dubayda pul demir pula
O tıq-tıq xanımın qunduzu çıxıb
Mən sənə nə nağıl danışım bala?

Göydən üç alma yox, indi daş düşür
Ayıq ol, altında kim qala-qala
İndiki keçilər qurdla döyüşür
Mən sənə nə nağıl danışım bala?

Yaman xəsisləşib qarı nənələr
Özləri möhtacdır bircə noğula
Getdi o Bəhlullar, o Danəndələr
Mən sənə nə nağıl danışım bala?

Qarğalar tülküyə aldanmır daha
Götürür pendirin, düzəlir yola
Keçəl tük axtarır düşüb tamaha
Mən sənə nə nağıl danışım bala?

Muradam, sən məndən nağıl dilədin
İstəyin gözümdə döndü suala
Rüşvətə satılır indi Ələddin
Mən sənə nə nağıl danışım bala?

06.04.2021

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tək səni vəsv edə bilmədim ana

Tək səni vəsv edə bilmədim ana

Tək səni vəsv edə bilmədim ana
Təbimin qüdrəti çatmadı ona!

Yorğun avazın la, laylan la yatdım
Xeyrin lə, duan la arzuya çatdım
Mənə dil öyrətdin, yazdım, yaratdım
Gah sevinc içində, gah yana-yana
Tək səni vəsv edə bilmədim ana
Təbimin qüdrəti çatmadı ona.

Sən elə zirvəsən, sığmırsan dilə
İlhamım çağlayıb dönsə də selə
Sözümü deməyə utandım elə
Mənə bu dünyanı verən insana
Tək səni vəsv edə bilmədim ana
Təbimin qüdrəti çatmadı ona.

Alnında yaz ətri, üzündə bahar
Qəlbində gizlənir kədər, qəm, qübar
Demə ki mənimdə şair balam var
Qına mən Muradı, haqqın var, qına
Tək səni vəsv edə bilmədim ana
Təbimin qüdrəti çatmadı ona.

18.03.2021.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Alış da bu yaşda, yan da bu yaşda

Bu yaşda

Ötsə də baharım, itsə də yazım
Bir canlıq gəzirəm canda bu yaşda
Coşub çağlayıram kəsərim olsun
Paslanıb qalmaram qında bu yaşda.

Gözəllər bağına baxıb sezirəm
Bağların ən zərif gülün üzürəm
Mən hələ bir dəli sevgi gəzirəm
Eşq ilə qaynayır qan da bu yaşda.

Kim deyir fanidir, yalandır həyat?
Bacarsan həyatın olar toy, büsat
Ömür qabaqdadır demə ay Murad
Alış da bu yaşda, yan da bu yaşda.

16.03.2021.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Eloğlu – Çətin

Çətin

Ağrın alım ay kasıb
Yaşa çətin, öl çətin
Durmağa yer də yoxdu
Ev qaramat, çöl çətin.

Bəyənmədin qucağı
Özün seçdin bucağı
Di ha üflə ocağı
Közərərmi kül? Çətin!

Nə evinə gəliş var
Nə üzündə gülüş var
Nə əppək var, nə iş var
Sevin çətin, gül çətin.

Dərdin var hər biçimdə
İsinmədi peçin də
Bu qayğılar içində
Dikələrmi bel? Çətin!

Kimsə sənə yanmasa
Adın haraylanmasa
Gül ordan boylanmasa
Oxuyar bülbül? Çətin.

Tək əldən çıxmaz səmir
Fikirlə iş düzəlmir
Bəlkə Murad düz demir
Anla çətin, bil çətin.

25.02.2021.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ana dilim qəribsəmə

Ana dilim qəribsəmə

Sən anamın laylası san
Sən dilimin duasısan
Sən tarixin qalasısan
Ana dilim, qəribsəmə.

Yolun daim olub çətin
Hər dövrdə oldun mətin
Tükənməsin təravətin
Ana dilim, qəribsəmə.

Sənlə dinir saz obamda
Sənlə yanır köz obamda
Öz elində, öz obanda
Ana dilim, qəribsəmə.

Sən dərsliyim, əlifbamsan
Min illərdir yanan şamsan
Mən Muradam, sən anamsan
Ana dilim, qəribsəmə.

21.02.2021.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I