
Bayram qabağı
Sevən qovuşsun
Həsrət sovuşsun
Duyulmasın ahh
Hər evin Allah
Yansın ocağı
Bayram qabağı.
Bərəkət gəlsin
Göylərdən ensin
Hər ev isinsin
Hamı hər kəsin
Gülsün yanağı
Bayram qabağı.
Xalqım sevinsin
Fərəhlə dinsin
Sevib sevilsin
Ucadan gəlsin
Səsi-sorağı
Bayram qabağı.
Şöhrətim, şanım
Azərbaycanım
Nura boyansın
Hey dalğalansın
Gözəl bayrağı
Bayram qabağı.
Murad, ”asilər”
Umu-küsülər
Keçmişdə qalsın
Hər qəlbdə yansın
Ümid çırağı
Bayram qabağı.
11.03.2023.
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var